Qanunvericilik › Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Torpaq bazarında yaranan hüquqların əsasları

Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında torpaq bazarında əldə edilmiş torpaq sahələri üzərində hüquqlar aşağıdakı əsaslar üzrə yaranır:

dövlət torpaqlarının və onlar üzərində istifadə və icarə hüquqlarının, həmçinin bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqı-satqısı, girovu (ipotekası), nizamnamə (pay) fonduna verilməsi – müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarları və torpaq münasibətlərinin subyektləri ilə bağlanmış müqavilələr;

xüsusi mülkiyyətdə olan torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı, nizamnamə (pay) fonduna verilməsi, dəyişdirilməsi, bağışlanması, girovu (ipotekası), vərəsələrə keçməsi – hüquqi və fiziki şəxslər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilələr və aktlar;

torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;

torpaq üzərində hüquqların müəyyən edilməsinə dair məhkəmənin qərarı və ya hökmü;

kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələri üzərində hüquqların yaranması əsasları “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver