Qanunvericilik › “Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi Qaydaları”na əlavələr (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 12.05.2003) › Tam mətn

“Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi Qaydaları”na əlavələr (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 12.05.2003)

“Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi Qaydaları”na əlavələr (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, 12.05.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 20 dekabr 2001-ci il tarixli, 83 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 26 dekabr 2001-ci il tarixli, 2733 nömrəli Şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi Qaydaları”na “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 03 dekabr 2002-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən aşağıdakı əlavə edilsin:

1. Qaydaların ümumi müddəalar bölməsinin 1.3-cü bəndinə aşağıdakı məzmunda 1.3.11-ci yarımbənd əlavə edilsin:

“Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəsi”

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver