Qanunvericilik › Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.

Yerin təkindən, sudan, meşədən, bitki və heyvanat aləmindən, mədəni və təbii landşaftlardan istifadə üzrə icarə münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaqların icarəyə verilməsi barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Ələt azad iqtisadi zonasında torpaqların icarəyə verilməsi və icarə münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver