İcarəçinin vəzifələri aşağıdakılardır:
icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;
icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək;
icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;
icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;
torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək;
icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək;
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
IV fəsil
İcarə zamanı mülkİyyət münasİbətlərİ