Aşağıdakı hallarda sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fərdi qaydada həyata keçirilir:
sovxoz və kolxozların yaşayış məntəqələri ilə rayon mərkəzlərinin, şəhərlərinin və digər yaşayış məntəqələrinin sərhədlərini dəqiq müəyyən etmək mümkün olmadıqda;
torpaq paylarının bu qanunda nəzərdə tutulan qaydada müəyyən edilməsi və verilməsi mümkün olmadıqda.