Müvafiq göstəricilərə əsasən torpağın normativ qiyməti müəyyən edilir.
Torpaq alınıb satıldıqda, ipoteka qoyulduqda, irsən verildikdə, onun bərəsində digər əqdlər bağlandıqda torpağın qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətdən az olmamaq şərtilə müəyyən edilir.
İpoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun satış qiyməti normativ hüquqi aktlara uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.