Qanunvericilik › Azərbaycan Respublikasının Torpaq Məcəlləsi › Maddə 41

Maddə 41. Daşınmaz əmlakın dövlət kadastrı

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Daşınmaz əmlakın dövlət kadastrı – “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəriciləri üzrə məlumatlar məcmusudur.

2. “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında, torpaq münasibətlərinin tənzimlənməsində və digər işlərdə daşınmaz əmlakın dövlət kadastrı məlumatlarından istifadə olunur.

3. Daşınmaz əmlakın dövlət kadastrı mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün daşınmaz əmlaka, o cümlədən torpaqlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə aparılır.

4. Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver