Qanunvericilik › Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.1998) › Tam mətn

Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.1998)

Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 28.12.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 28 dekabr 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına əsasən hazırlanmışdır və torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasının və yeraltı qurğuların tikintisinin, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasının və istismarının aparılması qaydalarını müəyyən edir.

1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.

1.3. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında bu Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

II. Yer təkİnİn torpaq sahİblərİ tərəfİndən İstİfadəsİnə aİd əsas tələblər

2.1. Torpaq sahibləri:

2.1.1. onlara məxsus torpaq sahələrinin hüdudlarında çıxarılmış faydalı qazıntılardan yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilərlər və onları sata bilməzlər;

2.1.2. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsini təmin etməlidirlər;

2.1.3. yerin təkinin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını tənzimləyən standartlara (normalara, qaydalara) riayət etməlidirlər;

2.1.4. yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasını təmin etməlidirlər;

2.1.5. tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməməlidirlər;

2.1.6. mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirərkən Azərbaycan Respublikasının Su Məcəlləsinin və digər qanunvericilik aktların tələblərinə riayət etməlidirlər;

2.1.7. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən yerin təkindən istifadə ilə əlaqədar işləri dayandırmalı və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə dərhal məlumat verməlidirlər;

2.1.8. geodeziya və trianqulyasiya nişanlarının, yerüstü və yeraltı kommunikasiyaların mühafizəsini təmin etməlidirlər;

2.1.9. yerin təkindən istifadə zamanı yer təkinin və ətraf mühitin çirklənməsinə yol verməməlidirlər.

III. Yerİn təkİndən İstİfadənİn qadağan edİlməsİ

3.1. Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəsi aşağıdakı hallarda qadağan edilir:

3.1.1. yaşayış məntəqələrinin, şəhər ətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə ziyan vurarsa;

3.1.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

4.1. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə ilə əlaqədar işləri apararkən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Su Məcəlləsinin tələblərinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675)

14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver