Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Rəsmi elan

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Alan orqan bu Qanunun 10.2-ci maddəsində göstərilən məlumatları topladıqdan sonra torpağın alınması haqqında hazırlanan təkliflə bağlı rəsmi elan (bundan sonra — rəsmi elan) verir.

12.2. Rəsmi elanda aşağıda göstərilən məlumatlar əks olunur:

12.2.1. alınmanın təsirinə məruz qalan torpaqların yerləşdiyi ərazi (o cümlədən müvafiq şəhər, qəsəbə və ya kənd, onların daxil olduqları inzibati ərazi vahidi (rayon, şəhər və ya şəhər rayonu), mövcud olduqda ünvanı, habelə digər dəqiqləşdirici məlumatlar);

12.2.2. torpağın alınmasını zəruri edən dövlət ehtiyacının ümumi mahiyyəti;

12.2.3. torpağın alınması təklifinin şərtlərini izah etmək və alınma ilə bağlı etirazların edilməsinə imkan vermək üçün alınmanın təsirinə məruz qalan torpaqda və ya onun yaxınlığında keçiriləcək ictimai iclasın tarixi;

12.2.4. alan orqanın məqsədəmüvafiq hesab etdiyi digər məlumatlar.

12.3. Rəsmi elan alınmanın təsirinə məruz qalan torpağın aydın təsviri olan ərazisindən asılı olaraq müəyyən edilmiş miqyasda tərtib edilən yerquruluşu xəritəsi ilə müşayiət olunmalıdır.

12.4. Rəsmi elan və müvafiq yerquruluşu xəritəsi alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi vahidi üzrə müvafiq icra hakimiyyəti orqanının, habelə alınmanın təsirinə məruz qalan torpağın yerləşdiyi inzibati ərazi dairəsi üzrə müvafiq icra hakimiyyəti orqanının nümayəndəliyinin və müvafiq bələdiyyənin inzibati binasının rəsmi bildirişlər lövhəsində və alınmanın təsirinə məruz qalan torpağa yaxın olan və görünən yerlərdə asılır, habelə mediada yayılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver