Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir.

6.2. Alan orqan müəyyənləşdirilərkən həmin orqanların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri, onların təklif olunan layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə və digər zəruri imkanları nəzərə alınmalıdır.

6.3. Müvafiq icra hakimiyyəti orqanı alan orqan tərəfindən bu Qanunun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə torpağın alınması ilə bağlı aşağıdakılarla məhdudlaşmayan müəyyən şərtlər irəli sürə bilər:

6.3.1. təklif edilən alınma ilə bağlı ictimai məsləhətləşmələrin keçirilməsi;

6.3.2. iddiaçıya təklif olunan kompensasiyaya əlavə olaraq ödəniləcək kompensasiyaların növlərinin və məbləğlərinin müəyyən edilməsi;

6.3.3. torpaqların dövlət ehtiyacları üçün alınması prosesinin icrası planı və ya onun bir hissəsi;

6.3.4. kompensasiyaların növlərinin, ödəniş formalarının və müddətlərinin müəyyən edilməsi.

6.4. Alan orqan torpağın alınmasının icrası ilə bağlı məsuliyyət daşıyır və torpağın alınması prosesində iştirak edən bütün digər orqanlar (təşkilatlar) tələb olunan müddət çərçivəsində alan orqan tərəfindən onlara edilmiş müraciətləri təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver