Qanunvericilik › Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 20.08.1997) › Tam mətn

Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 20.08.1997)

Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 20.08.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi qeydə

qeydiyyat nömrəsi __71_____

tarix ____20 avqust 1997-ci il__

Nazir əvəzi S.Həsənova

Azərbaycan Respublikasının

Əmək və Əhalimin Sosial

kollegiyasının__________ nömrəli

“____”__________________1997-ci il

tarixli qərarı ilə təsdiq

Nazir prof. Ə.Nağıyev

1. Toxucu istehsalatının ümumi peşələri.

2. Pambıq parça istehsalı.

5. İpək sarıma istehsalatı.

6 Trikotaj istehsalı.

7. Toxumu xırdavat istehsalı.

9. Toxunmayan mallar istehsalı.

10. Əl toxunması istehsalatı.

Hazırki Vahid Tarif-ixtisas sorğu kitabçasının "Toxucu istehsalatının ümumi peşələri", "Pambıq parça istehsalı", "Yun istehsalı", "İpək istehsalı", "İpək sarıma istehsalatı", "Trikotaj istehsalı", "Toxucu xırdavat istehsalı", "Pambıq istehsalı" və "Toxunmayan mallar istehsalı" bölmələrinə daxil olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 №-li "Fəhlə peşələri və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında" qərarının icrası ilə əlaqədar işlənib hazırlanmışdır.

Hazırki bölmələrə daxil olan fəhlə peşələri ancaq bu sahə üçün spesifik olan peşələr üzrə verilmişdir. Hər hansı bir sahə üçün spesifik olmayan digər peşələr və işlərin tarif-ixtisas xüsusiyyətləri Vahid Tarif-ixtisas sorğu kitabçasının "Bütün sahələr üçün ümumi olan fəhlə peşələri" hissəsinə (VTİSK-1) daxil edilmişdir.

Fəhlə peşələri və işlərin Vahid Tarif-ixtisas sorğu kitabçası normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda məcburi xarakter daşıyır.

Tarif-ixtisas xüsusiyyətləri 6 dərəcəli tarif cədvəli üzrə verilmişdir. Dərəcələr işlərin mürəkkəbliyi üzrə, bir qayda olaraq əmək şəraiti nəzərə alınmamaqla verilişdir. Lazım olduğu hallarda əmək şəraitinə görə müvafiq orqan tərəfindən təsdiq edilmiş yüksəldilmiş tarif maaşları tətbiq edilməlidir.

Tarif-ixtisas xüsusiyyətlərindən istifadə, dərəcələrin təyin edilməsi və artırılması, dəyişiklik və əlavələrin edilməsi qaydası "Bütün sahələr üçün ümumi olan fəhlə peşələri və işlər" hissəsinin (VTİSK-1) "Ümumi müddəalar" bölməsində göstərilmişdir.

VTİSK-in ayrı-ayrı hissələrinə sorğu materialı kimi istifadə etmək üçün əlavə olaraq "Bölməyə daxil olan fəhlə peşələrinin indiyə qədər fəaliyyətdə olan fəhlə peşələri ilə müqayisəli adları və dərəcələr diapazonu", "Fəhlə peşələrinin əlifba sırasI ilə adları və dərəcələr diapazonu" daxil edilmişdir.

1. Avadanlığı təmizləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Maşınların, dəzgahların və cihazların (hörücü avadanlıqdan başqa) tozlardan, pərğulardan, cırbitdən, zibillərdən, işlənmiş yağlardan təmizlənməsi. Qayışların, ayrı-ayrı hissələrin, futlyar və çəpərlərin çıxardılması. Detalların silinməsi. bəzən lazım gəldikdə su ilə, neft və ya başqa yuyucu vasitələrlə yuyulması, təbaşirlə silinməsi. Bütün yağlayıcı deşiklərin təmizlənməsi. Təmizləmə qurtardıqdan sonra qayışların geydirilməsi, çıxarılmış hissələrin, futlyarların və çəpərlərin yığılması və qurulması. Təmizlənmiş maşın və dəzgahların yanındakı döşəmənin süpürülməsi. Süpürüntülərin və silgi materiallarının nəql edilməsi. Yarımfabrikat və məhsulun çirklənməsinin qarşısının alınması.

Bilməlidir. Maşın və dəzgahların təmizlənmə təlimatını, təmizləmə və yellənməsi, çırpılma qrafikini; xidmət etdiyi avadanlığın ayrı-ayrı mexanizm və hissələrinin quruluşunu; yuyumu vasitələrin xassələrini, onlarla davranış qaydalarını, Avadanlığın keyfiyyətsiz təmizlənməsinin məhsulun keyfiyyətinə təsirini.

2. Avadanlığı təmizləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Toxuma avadanlıqlarından başqa sökülmə maşınların, dəzgahların, cihazların tozlardan, pərğulardan, zibillərdən, çirklənmədən, işlənmiş yağlardan təmizlənməsi. Təmizlənmənin cədvəl və təlimatına uyğun avadanlığın dayandırılması, Hissələrə baxış və qüsurların aşkar edilməsi. İşlənmiş hissələrin dəyişdirilməsi. Mexanizmlərin Yığılması, sürtünən səthlərin yağlanması, məhsul istehsalı üçün tənzimləmə və sazlama işlərinin aparılması. Təmizləmədən sonra maşının işə buraxılması və işinin gedişinin yoxlanılması. Avadanlıqların keyfiyyətli təmizlənməsinin yoxlanması, maşın və dəzgahların müxtəlif hissələrinin, mexanizmlərinin yığılması. Təmizləmədən sonra avadanlıqların usta köməkçisinə təhvil verilməsi. İxtisası aşağı olan təmizləyicilərin təlimatlandırılması və işlərinə rəhbərlik edilməsi.

Bilməlidir. Maşın və dəzgahların təmizlənmə təlimatlarını; yelpikləmənin və təmizləmənin cədvəlini; avadanlığın işə buraxılması və dayandırılması qaydalarını, avadanlıqdakı müxtəlif mexanizm və hissələrin quruluşunu və təyinatını; müxtəlif mexanizm və ayrı-ayrı hissələrin sökülüb yığılma qaydalarını; yuyumu maddələrin xüsusiyyətlərini və onlarla davranmaq qaydalarını. Avadanlıqların keyfiyyətsiz təmizlənməsinin məhsulun keyfiyyətinə təsirini.

3. Avadanlığı təmizləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Toxuma avadanlığını və onun cihazlarını tozdan, pərğudan, cırbitdən, çirklənmədən və işlənmiş yağlardan təmizlənməsi. Cədvələ və təmizləmənin təlimatına uyğun avadanlığın dayandırılması. Hissələrin, qutuların, qabların (futlyarların) və qoruyucu çəpərin çıxardılması. Əsas və əlavə hörücü mexanizmlərin, naxışəmələgətirən mexanizmlərin sökülməsi, hissələrə baxılması və qüsurların üzv çıxardılması və işlənmiş hissələrin dəyişdirilməsi. Hissələrin yuyumu vasitələrlə yuyulması və silinməsi. Bütün yağlayıcı deşiklərin, sürtünən səthlərin təmizlənməsi və yağlanması, təmizləmədən sonra hissələrin, qutuların, qabların (futlyarların), qoruyucuların, çəpərlərin yığılması və quraşdırılması. Avadanlığın sazlanması və təmizlənməsi. Təmizləmədən sonra maşının işə buraxılması və hərəkətin yumşaqlığının yoxlanılması. Avadanlığın, mexanizmlərin və yığılmış ayrı-ayrı hissələrin təmizlənmə keyfiyyətinin yoxlanması. Təmizləmədən sonra maşının usta köməkçisinə təhvil verilməsi.

Bilməlidir. Avadanlığın mexanizmlərinin və ayrı-ayrı hissələrinin təyinatını və quruluşunu, avadanlığın təmizlənmə təlimatını; təmizləmə və yellənmə, çırpılma cədvəlini; işə buraxmanın, dayandırmanın tənzimlənməsi və avadanlığın sazlanmasının, maşının ayrı-ayrı hissələrinin və mexanizmlərinin sökülmə qaydasını. Yuyucu vasitələrin xassələrini və onlarla davranmaq qaydalarını; keyfiyyətsiz təmizləmənin məhsulun keyfiyyətinə göstərdiyi təsiri.

4. Ağardıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha Yüksək ixtisaslı ağardıcının rəhbərliyi altında texnoloji qaydaya uyğun fasiləsiz ağardıcı aqreqatlarda, aparatlarda, barkalarda, böyük qablarda, bişirmə qazanlarında pambığın, ipliyin, zəif əyrilmiş ipliyin, parçaların, adyalların ağardılması, bişirilməsi, yapışqansızlaşdırılması və materialyuyan maşınlarda, barkalarda, aparatlarda, bişirmə qazanlarında ipliyin, parçaların, trikotaj, toxunmayan və naxış tikilmiş kətanların, corab, qısa corab və digər məmulatların ağardılması, bişirilməsi və hopdurulması əməliyyatının aparılması. Avadanlığın işə hazırlanması. Parçaların maşına yüklənməsi, doldurulması, kələfdəki illiyin bərabər ölçüdə aparatın diyircəyindən asılması. İşçi məhlulunun hazırlanması. Adyalların qazanda yerləşdirilməsi, onlara bişirici məhlulun tökülməsi. İşçi tutumda məhlulun və suyun lazımi səviyyəsinin təmin edilməsi. Məhlulun qatılığını Yoxlamaq üçün sınağın, əyarın götürülməsi. Ağardılmış ipliyin diyircəklərdən çıxarılması, iplik kələflərinin yumaca burulması. Məhlulun buraxılması, Ağardılandan sonra məhsulun Yuyulması və onun çəndən, böyük qablardan, vannadan çıxarılması. Materialyuyucu maşınlara doldurmaq üçün ağardılmış adyalların uclarından çıxardılması. Parçanın, kətanın tikilməsi. Ağarılmış məhsulun keyfiyyətinin yoxlanılması. Məhsulun daşınması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, iş prinsipini, istismarı və onlara qulluq etmək qaydasını və yapışqansızlaşdırma; ağardıcı məhlulun və kimyəvi dərmanların xassəsini; tətbiq olunan məhlulun qatılığını və nüsxəsini;, emal etmənin texnoloji qaydasını; emal olunan məhsulun çeşidini.

5. Ağardıcı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş texnoloji qaydaya uyğun pambığın, ipliyin, zəif əyrilmiş ipliyin, trikotaj və toxunmayan kətanın barkalarda, böyük qablarda yapışqansızlaşdırması, bişirmə qazanlarında, müxtəlif sistemli aparatlarda; adyal, pərdə-tül, tor və pərdə-hörülmə kətanların bişirmə qazanlarında, uzlaşdırılmış materialyuyan maşınlarda parçaların fasiləsiz ağardan aqreqatlarda ağardılması; ipliyin aparatlarda ağardılması və boyanması; parçaların fasiləsiz ağardıcı aqreqatda düzəldilməsi, ağardılması və bişirilməsi əməliyyatının aparılması. Qazanın vintilin, nasosun və kranın vəziyyətinin yoxlanılması. İşçi məhlulun hazırlanması və doldurulması. Məhsulun yüklənməsi və boşaldılması. İşçi məhlulun təşkilində müəyyən olunmuş qaydaya riayət etməklə işlənən məhsulun keyfiyyətimin və texnoloji əməliyyatların yoxlanması. Müəyyən olunmuş qaydaya görə ağardılmış məhsulun yuyulması, Ağardılma qaydasının yazılması. Bişirmə vaxtı qazanlarda paslanmanın əmələ gəlməsinin qarşısını almaq məqsədilə xüsusi məhlulun hazırlanması və qazanın iç hissəsinin məhlulla emal edilməsi. Daha aşağı ixtisaslı operatorların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın, tənzimləyici qurğunun, yoxlama-ölçü cihazların və müxtəlif sistemli qoruyucu qurğuların qurluşunu, istismarını və onlara qulluq etməyin qaydasını; müxtəlif tipli liflərlə kimyəvi materialların qarşılıqlı təsirini və növlərini; emal olunan məhsulun çeşidini; ağardılmanın, yapışqansızlaşdırmanın və bişirmənin texnoloji qaydasını; məhlulun qatılığını və hazırlanması üsullarını, məhsulun keyfiyyətinə təqdim edilən tələbləri; əyar götürülməsi qaydasını.

6. Ayırıcı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı ayırıcının rəhbərliyi altında əriş saplarının ayırma dəzgahında əl ilə ayrılması. Cihazın hazırlanması və dəzgaha quraşdırılması. Ərişlərin verilməsi, açılması və onun ayırmaya hazırlanması. Verilən hesabata görə onların lamellərdə, remizlərdə, berdoda ayırması üçün əriş saplarının verilməsi. Əriş saplarının yerləşməsinin paralelliyini və onların əyri və xaç vəziyyəti almasının qarşısının alınması, lamelə bağlanması. Ərişlərin burulması işində iştirak edilməsi və ona lamellərin, remizlərin və berdonun bağlanması. Cihazın dəzgahdan çıxarılması. Ərişləri bağlamaq üçün sapların hazırlanması. Tullantıların təhvil verilməsi.

Bilməlidir. Ayırmanın və toxunmanın növlərini; emal olunan parçanın çeşidinə görə yükləmə hesablarını; əriş sallarının ayrılmasının keyfiyyətinə təqdim edilən tələbləri; ipliyin xətti sıxlığını.

7. Ayırıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Əriş saplarının əl ilə seçən ayıran dəzgahda və }a bilavasitə Toxucu dəzgahlarında ayrılması. Remizin, berdonun və lamellərin parçanın yükləmə hesabatına uyğun hazırlanması və onların ayıran dəzgahda quraşdırılması. Yarımmexaniki və ya mexaniki passeti tətbiq etməklə parçanın rapportuna görə əriş saplarının lamellərdə, remizlərdə, berdoda ol ilə ayrılması. Arılma vaxtı buraxılmışların, əyilmələrin, xaç şəkili almış sapların qarşısının alınması və ayırmanın eninin yoxlanması. Ayrılmış sapların berdoya bağlanması, ərişin burulması və remizin, lamellərin və berdonun ərişə bağlanması. Ayırmaya daxil olan ərişin, remizin, berdonun və lamellərin keyfiyyətinin yoxlanılması. Daha aşağı ixtisaslı ayıranların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Passetlərin quruluşunu, onların mexanizimlərinin işini və qarşılıqlı hərəkətini və onlara xidmət etməyin qaydasını; seçib ayırmanın, toxumanın növlərini və parçaların çeşidinə görə yükləmə hesabatını; əriş saplarının ayrılmasının keyfiyyətinə təqdim edilən tələbləri; ərişin keyfiyyətinə göstərilən əsas tələbləri; ipliyin xassəsini və onun xətti sıxlığını.

8. Altlıqları seçən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş çəkiyə və yığımın miqdarına uyğun lentləyici maşınlar üçün altlıqların seçilməsi. Lent qablaşdırmasının çəkilməsi. Kütləsinə görə qablaşdırma zayının seçilib ayrılması. Seçilmiş altlıqların və seçilib ayrılmış zay qablaşdırmanın hesabının aparılması. Altlıqların öz vaxtında seçilməsinin və lentləyici maşının fasiləsiz işinin təmin edilməsi.

Bilməlidir. Altlıqların seçilməsi və qablaşdırmanın çəkilməsi qaydasını; qablaşdırmanın müəyyən olunmuş kütləsini və buraxıla bilən həddini; lentin növünə görə altlıqları seçmək üçün qarışığı; altlıqların düzgün seçilməsinin lentlərin, zəif əyrilmiş ipliyin (ipin), ipliklərin keyfiyyətinə təsirini; tərəzinin quruluşunu və onlardan istifadə etmək qaydasını.

9. Appret bişirən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müəyyən olumuş texnoloji qaydaya uyğun verilən nüsxəyə görə bişirmə avadanlığında appretin müxtəlif növlərinin hazırlanması və bişirilməsi. Nişastanın, unun və başqa materialların gətirilməsi, hissələrə bölünməsi və onların bişirilmə avadanlığına yüklənməsi. Appretin keyfiyyətinin yoxlanması. Hazırlanmış appretin çəkilməsi və onun ötürücü boru ilə maşına verilməsi. Material sərfinin hesabının aparılması. Avadanlığın təmizlənməsi və yuyulması.

Bilməlidir. Bişirmə avadanlığının quruluşunu, istismar qaydasını və avadanlığa qulluq etməyi. İşlədilən materialların adını və xassəsini; qoyulmuş nüsxənin və appretin hazırlanmasının texnoloji qaydasını.

10. Appret bişirən. 4-cü dərəcə

İşim xüsusiyyəti. Bişirmə avadanlığında Müəyyən olunmuş qayda və nüsxə ilə süni yüksək polimer əsasında müxtəlif növ appretin bişirilməsi. Appretin keyfiyyətinin yoxlanılması. Kimyəvi materialların sərfinin hesabının aparılması. Avadanlığa xidmət edilməsi.

Bilməlidir. Mürəkkəb appreti bişirmək üçün avadanlığın quruluşunu, istismar qaydasını, ona qulluq etməyi; appretin hazırlanmasının müəyyən olunmuş texnoloji qaydasını və nüsxəsini.

11. Appretura aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında parçaların, xalçaların, kətanların, süni xəzin xovunu, baş örtüklərinin, toxucu-xırdavat məmulatlarının və toxunmayan kətanların qırışmayan, su keçirməyən, odadavamlı və emalın başqa növləri üçün appretura quruducu-barabanda, filskalandrlı-appretura-quruducu-enləşdirici aqreqatda; quruducu-sabitləşdirici-aqreqatda, appretura-quruducu-enləşdirici aqreqatda; appretura, quruducu-enləşdirici, appretura-quruducu-enləşdirici maşınlarda, barabanlı-şlixtləmə yapışqanlı məhlul maşınında, zəyləmə maşınında, birləşdirilmiş və birləşdirilməmiş asılqanlı ilməli quruducu-enləşdirici maşınlarla appretləmə, sabitləşdirmə, astarı latekslə işləmə, qurudulma, enləşdirmə əməliyyatlarının aparılması. Parçanın, kətanın, süni xəzin, xalçanın, Toxuculuq-xırdavat məmulatının, baş örtüklərinin axın xəttinə, maşınlara yüklənməsi. Əyriliyi aradan qaldırmaq. İşçi məhlulları hazırlamaq. Zəyləmə maşınını nişastalı appretlə doldurmaq. Parçanın, kətanın, xalçanın və başqa məmulatların hərəkət sürətini, dartılmasını, buxarın təzyiqini, işçi məhlulun verilməsini tənzimləməli. Parçanın kəsilməsini aradan qaldırmaq. Baş örtüklərinin səthinin aseton və ya spirtlə işlənməsi və onların qurudulması. Zəyləmə, birləşdirilmiş və birləşdirilməmiş quruducu maşınla şlixtləyici maşına emal etməyə daxil olan məhsulun keyfiyyətinin dövlət standartına uyğun olmasına nəzarət. Parçanın və kətan məmulatların uclarını damğalama. Pasportları doldurma. Kətan və məmulatların tikilməsi, tikişin buraxılması, daşınması. Maşının təmizlənməsi, sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydalarını və onlara qulluq etməyi, məhsulun emalının texnoloji əməliyyatlarını. Məhsul emal olunarkən buxarın təzyiqinin intervalını; məhsulun nəmlik normasını, yükləmə və tikmə qaydalarını, məhsulun çeşidini, növünü və onun keyfiyyətinə təqdim edilən tələbləri. İşçi məhlulların nüsxələrini.

12. Appretura aparatçısı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Parçaların, xalçaların, kətanların, polipropilen nazik təbəqəli parçaların, süni xəzin xovunun, toxucu-xırdavat məmulatlarının, toxunmayan parçaların və başqa məmulatların qarışmayan, sukeçirməyən, odavamlı, azyığılan və emalın başqa növləri üçün appretura-quruducu-barabanda, filskalandrlı-quruducu-enləşdirici aqreqatda; appretur maşınlarda; appretura-quruducu-enləşdirici və quruducu-sabitləşdirici aqreqatlarda, zəyləmə maşınında quruducu-maşınla, birləşdirilmiş və birləşdirilməmiş quruducu-enləşdirici-aqreqatda və maşında appretura ilə işləyib hazırlama, sabitləşdirmə, latekslə emal, istiliklə emal, hopdurulma, yuma, enləşdirmə, qurudulma əməliyyatlarının aparılması. Appretura ilə işləyib hazırlama əməliyyatının fasiləsizliyini, emal olunan məhsulun keyfiyyətini, buxarın, elektrik enerjisinin, kimyəvi məhlulların qənaətlə sərfiyyatını təmin etmək. İstiliyin və hopdurucu məhlulun səviyyəsini, quruducu kameralarda və termiki kameralarda istiliyi, parçanın və başqa kətan və məmulatların sürətini və onların dartılmasını tənzimləmək, parça və kətanların kəsilməsini aradan qaldırmaq. Məmulatın, liflərin, süni xəzin düzgün stabilləşməsini. Lateksin - vulkanlaşmasını (möhkəmlik və elastiklik vermək üsulu) təmin etməli. Parçanın kənarının və eninin ölçüsünün düzgünlüyünə, bərabər qalınlıqda lateks qatının çəkilməsinə, kətanın aqreqatda uzununa kəsilməsinə, çıxışda kətanın bərabər sarınmasına nəzarət etməli.

Parçada qırılmanın, kənarının qatlanmasının, xırda qatların əmələ gəlməsinin qabağını almaq. Məhlulun qatılığını yoxlamaq üçün əyar seçmək. Kətanın sıxılmasının bərabərliyini, məhsulun miqdarımı və qalınlığını təmin etmək. Nəzarət-ölçü cihazlarının hava dəyişən qurğuların avtomatik idarə mexanizmlərinin işini müşahidə etmək. Açma, diyirlətmə mexanizmi və elektrotelferlərə xidmət. Hazır məhsulun nəzərdə tutulmuş yerə daşınması; daha aşağı ixtisaslı işçilərə rəhbərlik.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar və onlara xidmət qaydalarını, məhsulun emal əməliyyatlarının texnologiyasını, texnoloji əməliyyatların avtomatik hərəkət sisteminin prinsiplərini, appretləmənin keyfiyyətinə təqdim edilən tələbləri.

13. Appretura aparatçısı. 5-ci dərəcə

İşin xüsusiyyəti. Axın xətlərində, texnoloji əməliyyatlar avtomatik idarə olunan aqreqatlarda və appretur-emal xətlərində, avtomatik idarə olunan quruducu-stabilləşdirici aqreqatlarda, qarışmayan, suda islanmayan, odadavamlı və başqa analoji emal növləri üçün parçanı, toxunmayan kotanı, polipropilen plyonkalı parçaları, kətanları, süni xəzləri və başqa növ məmulatları appretura ilə işləyib hazırlama, merserizə etmə, kimyəvi məhlulla hopdurma, enlətmə, qurutma, termiki emal, yuma, parçanın stabilləşdirilməsi əməliyyatlarını aparmaq. Maşınların, xətlərin və aqreqatların sinxron işini təmin etməli. İdarə pultundan appretləmə əməliyyatını, termiki sabitləşməni, qurutmanı, enlətməni aqreqatın bütün seksiyalarından keçməsini, nəzarət-ölçü cihazlarının göstəricisi üzrə xətləri və avtomatik idarə vasitələrini müşahidə etmək. Trikotaj sənayesində quruducu-enlədici maşınlarda təmir və sazlama işlərini yerinə yetirmək. Aqreqat və xətlərdə aşağı ixtisaslı aparatçıların işlərinə rəhbərlik. Kətan, parça, süni xəz və başqa məmulatların appretura ilə işlənib hazırlama keyfiyyətinə, emal olunmuş parçanın eninə, nəmlik dərəcəsinin Dövlət standartları səviyyəsində olmasına nəzarət.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar və xidmət qaydalarını; appretləmə və sabitləşmədə istifadə olunan əsas kimyəvi materialları və onlarla davranış qaydalarını; hopdurulacaq məhlulun nüsxə və qatılığının, appretləməyə, termiki sabitləşməyə və qurutmaya olan tələbləri; aqreqat və texnoloji axın xətlərinin idarə qaydalarını, emal olunan məhsulların çeşidlərini.

14. Açıcı. 1-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə və ya sadə qurğularda açılması; zay ipliyin, sapların, qaytanların və tesmaların, çox uclu toxuyan maşınlarda kəsilənlərin, müxtəlif növdə qaytan kələflərinin və tesmaların buraxılması; onların sonlarımın açılması və bağlanması; qüsurlu sahələrin götürülməsi.

Bilməlidir. Qurğunun quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; ipliyin (iplərin) növlərini, xətti sıxlığını; məmulatların çeşidini; qüsurlu yerlərin götürülməsi qaydasını.

15. Açıcı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif makaralarda ipliyin qalıqlarının mexaniki qurğularda, qaytanların və tesmaların maşında açılması. Makaralarda ipliyin uclarının açılması və onların sökülməsi. Qaytan və tesma kələflərinin açılması və onların uclarının bağlanması. Makara ilə birlikdə ipliyin quraşdırılması və çıxarılması. Qüsurlu makaraların növləşdirilməsi. Mexaniki qurğudan iplik kələflərin çıxarılması və onların çəkilməsi. Maşının təmizlənməsi və qurğunun Yelpiklənməsi.

Bilməlidir. İpliyi, qaytanları, tesmaları açmaq üçün mexaniki qurğuların quruluşunu; maşının sinfinə görə makaraları.

16. Açıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Qüsurlu sahələri çıxartmaqla açan maşında zay ipliyin sapların açılması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarını və onlara qulluq qaydasını, qüsurlu sahələrin çıxardılması qadasını.

17. Barabanları daraqağzı tullantıdan təmizləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən edilmiş qaydaya uyğun darayıcı maşının baş və çıxarıcı barabanların vərdənə ilə və ya sıxılmış hava qurğusu ilə daraqağzı tullantıdan təmizlənməsi. Maşının daraqağzı tullantıdan təmizlənməyə hazırlanması. Papaqdakı daraqağzı tullantının götürülməsi, təmizləyici vərdənənin qurulması. Daraqağzı tullantıdan təmizlənmədən sonra maşının işə hazırlanması və onun usta köməkçisinə təhvil verilməsi. Daraqağzı tullantıların növlərə və çeşidlərə ayrılaraq yığılması, göndərilməsi və onların təhvil verilməsi. Maşına, alətlərə və iş yerinə qulluq.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu və sıxılmış hava sistemi ilə daraqağzı tullantının təmizlənməsi, istismar qaydasını və onlara qulluğu. Daraqağzı tullantıdan təmizləmə qaydasını; daraqağzı. tullantının növünü, çeşidini və çıxım normasını.

18. Bişirici. 3-cü dərəcə

İşin xüsusiyyəti. Toxuculuq istehsalatında bişirici aparatlarda, qazanlarda, barkalarda, çənlərdə, maşınlarda və qurğularda təyin olunmuş texnoloji qaydaya uyğun ipliklərin, trikotaj kətanının, məmulatların, corab-qısa corab məmulatlarının, kətan və parçaların bişirmə əməliyyatının aparılması. Keçid aparatlarında, qazanlarda, barkalarda, o cümlədən mexaniki jqut (qaytan, kəndir) barkalarında müxtəlif sistemli bişirici aqreqatlarda texnoloji qaydalara uyğun olaraq daha yüksək ixtisaslı bişiricinin rəhbərliyi ilə illiyin, parçanın, ipək kələflərinin bişirmə əməliyyatının aparılması. Məhsulu bişirmək üçün avadanlığın hazırlanmasında iştirak edilməsi. Məhsulun və kimyəvi materialların müəyyən edilmiş yerə daşınması. Bişirmək üçün məhlulun hazırlanması, məhsulun yüklənməsi. Parçanın maşına yüklənməsi, bişirmənin tələb olunan texnoloji qaydaya görə məhlulun lazımi səviyyəyə çatdırılması və onun bişirmə əməliyyatında tənzimlənməsi. Parçanın gərilməsini və bişmə əməliyyatını müşahidə etməli. Parça ilmələrinin və ya iplik kələflərinin dolaşmasının qarşısını almaq. İplik və parçanı yumaq. İşçi məhlulun qatılığını yoxlamaq üçün əyarın seçilməsi, bişirildikdən sonra məhsulun boşaldılması, Avadanlığın sazlığının yoxlanılması, təmizlənməsi və yağlanması.

Bilməlidir. Nəzarət ölçü cihazlarının, tənzimləyici qurğuların və avadanlığın istismarını, quruluşunu və xidmət qaydalarını; emal olunan məhsulun çeşidini; hər növ məhsulun özünün emal texnologiyasını, yüklənmə qaydasını və normasını. Bişirilmiş məhsulun yerləşdirilməsi və boşaldılması. Tətbiq olunan məhlulun nüsxəsini və qatılığını. Kimyəvi materialların sərf normasını. Bişirilmiş pambığın, ipliyin, ipək kələflərin, parçanın keyfiyyətinə təqdim edilən tələbləri; məhlulun qatılığının təyin edilmə üsullarını; qaldırımı mexanizmlərin idarə qaydalarını.

19. Bişirici. 4-cü dərəcə

İşin xüsusiyyəti. Bişirmənin texnoloji rejiminə uyğun ipliklərin, parçaların, ipək kələflərin, pambığın müxtəlif bişirici aparatlarda, qazanlarda, barkalarda, böyük qablarda, mexaniki qaytan, kəndir barkalarında, bişirici aqreqatlarda, bişirici keçid aparatlarında və boyayıcı diyircəkli maşınlarda bişirmə əməliyyatının aparılması. Parçaların tikilməsi. Verilmiş nüsxəyə uyğun bişirmə məhlulunun hazırlanması. Bişirmə vannasında istiliyin, məhlulun qatılığının və səviyyəsinin təmin edilməsi. Texnologiyanın tələbi ilə bişirilən materialın aparata, barkaya, qazana yüklənməsi, doldurulması. Bişiriləcək materialın qazana (barkaya) qoyulmasının düzgünlüyünə nəzarət edilməsi. Bişirmə əməliyyatını müşahidə etmək. Nəzarət ölçü cihazlarının göstəricilərinə və təhlilin nəticəsinə görə texnoloji əməliyyatın tənzimlənməsi, Məhlulun dövretmə istiqamətinin vaxtaşırı dəyişməsinin təmin edilməsi. Bişirmə əməliyyatını jurnala yazmaq. Dövretmənin istiqamətini dəyişdirmək və ya işlənmiş məhlulu axıtmaq. Qaldırıcı mexanizmlərin idarə olunması. Nəzarət ölçü cihazlarının, tənzimləyici qurğuların və axıdılma deşiyinin (gözünün) sazlığının yoxlanılması. Parçaların, ipliklərin, məmulatların yuyulması. Məhsulun barkadan əl ilə boşaldılması və onların yerləşdirilməsi. Müşahidəçi sənədlərin uyğunluğunun yoxlanılması. Daha aşağı ixtisaslı bişiricilərin işinə rəhbərlik edilməsi. Avadanlığa qulluq.

Bilməlidir. Xidmət olunan avadanlığın, tənzimləyici qurğunun, nəzarət-ölçü cihazların və qaldırıcı mexanizmlərin quruluşunu, istismar və qulluq qaydasını; ipliklərin qazanlara, barkalara qoyulması və onlardan seçmə; bişirilən parçaların çeşidini; ipliklərin, ipəyin xətti sıxlığını, kimyəvi materialların növlərini və xassəsini; məhsulun bişirilməsinin texnoloji qaydasını; işçi məhlulun nüsxəsini; kimyəvi materialların sərf normasını; bişirilmə əməliyyatının yazılış qaydasını.

20. Boyaqçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Pambıq-boyayıcı keçid aparatlarında və sentrifuqa (mərkəzdən qaçan qüvvə ilə tərkib hissələrinə ayıran cihaz) tipli aparatda boyanma əməliyyatının aparılması. Qidalandırıcını işə hazırlamaqda iştirak edilməsi. Lifin səbətə doldurulması və onun çəkilməsi, boyanmış lifin nəql edilməsi və boşaldılması. Suyun, məhlulun yuyucu qutulara verilməsinin nizamlanması. Avadanlığın təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu və ona qulluq etməyin qaydasını pambığın növünü; çəkisinə və doldurulma sıxlığına görə liflə dolu səbətlərin sentrifuqa tipli aparata qidalandırmağın qaydasını; boyamanın, yumağın və sıxmağın qaydasını.

21. Boyaqçı 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı boyaqçının rəhbərliyi altında verilən texnoloji qaydaya uyğun boyaq maşınlarında, müxtəlif sistemli aparatlarda, qazanlarda, zəyləmə maşınlarında, barkalarda, xəttlərdə, qurğularda, sentrifuqalarda və başqa boyanan müxtəlif sistemli və tipli yuyan və sıxam maşınlarda pambığın, illiyin, sapların, daranmış lentlərin, parçaların, toxunmayanların, pərdələrin, tüllərin, krujevaların və trikotaj kətanının, qaytanların, lentlərin, təsmaların, torların, məmulatların, corab, qısa-corab məmulatlarının, təbii və kimyəvi liflərin, kələflərdə ipəyin, keçə ayaqqabılarının, baş geyimlərinin, gecələrin bişirməklə boyanması və hopdurulması əməliyyatının aparılması. Məhsulun boyanmaya hazırlanması. İpliyin səbətə yığılması. İpliyin isladılması. Partiyadakı məmulat paçkalarının (dəstələrinin) açılması, kəsiklərin və kətanın tikilməsi və sökülməsi. Məhsulun yüklənməsi, kimyəvi və rəngləyici məhlulların avadanlığa tökülməsi və onların səviyyəsinin tənzimlənməsi. Rənglənərkən əyarın (prob) seçilməsi. Texnoloji əməliyyatın gedişinin, yoxlama-ölçü cihazlarının və avtomatların göstəricilərinin müşahidə edilməsi. Əməliyyatların tənzimlənməsi, məhsulların kimyəvi preparatlarla yuyulması, sıxılması və emal olunması. Vaxtaşırı boyanmanın keyfiyyətimin yoxlanması. Məhsulun damğalanması. Məhsulun çıxardılması və nəql edilməsi. Məhsulun axıdılması və ya vurulması. Avadanlığım tənzimlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın, tənzimləyici qurğuların və yoxlama-ölçü cihazlarının quruluşunu, istismarını və onlara qulluq etmək qaydasını; boyanmış məhsulun növündən asılı olaraq boyanmanın, yumanın və sıxmanın texnoloji qaydasını; rəngləyici məhsulun hazırlanma nüsxəsini; kimyəvi materialların və işlədilən rənglərin xassəsini və əsas qruplarını; verilmiş nümunəyə görə boyamanın üsullarını; boyanan məhsulların çeşidini, ipliyin növünü və xətti sıxlığını; boyamanın keyfiyyətinə təqdim edilən tələbləri, rənglərin, kimyəvi materialların, suyun, buxarın sərfinin normasını; parçanın yüklənməsi və tikilməsi qaydasını; liflərin, yarımfabrikatların, lentlərin, ipliyin yüklənməsini; sıxmadan sonra nəmlik normasını.

22. Boyaqçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Boyaq aparatlarında, quruducu barabanla uzlaşdırılmışlarda, təzyiq altında bağlı aparatlarda (elektron maşınlarında), qazanlarda, barkalarda, müxtəlif sistemli maşınlarda, hopduran-boyaq aqreqatlarında və xəttlərində, zəyləmə maşınlarında boyayan xəttlərdə və başqa müxtəlif tipli və sistemli yuyumu, rəngləyici və sıxıcı avadanlıqlara verilən texnoloji qaydaya uyğun pambığın, ipliyin, parçaların, daranmış lentlərin, sintetik və təbii liflərin pərdələrin, tüllərin, krujevalı və trikotaj kətanların, toxunmayan kətanın, qaytanların, müxtəlif lentlərin, tesmaların, süni və təbii ipəkdən avrovlu ərişlərin, kəlağayı məmulatların, keçə ayaqqabıların, keçənin, kələflərdə təbii və sintetik liflərdən ipək tikiş saplarının (bişirməklə) rənglənməsi, yuyulması, bişirilməsi və qurudulması əməliyyatının aparılması. Buxarörtücü və suörtücü sistemin sazlığının yoxlanılması və müşahidə edilməsi. Müəyyən olunmuş dozaya uyğun rəngləyici məhsulun hazırlanması, rəngləyici məhlulla, emulsiya ilə, su ilə rəngləyici və yuyucu vannanın doldurulması. Boyaq məhlulunun lazımi temperaturaya qədər qızdırılması və vannanın modula uyğun quraşdırılması. Məhsulun alınması, müşahidə sənədi ilə partiyanın uyğunluğunun yoxlanılması. Məhsulun avadanlığa doldurulması. Texnoloji əməliyyatın gedişinin və rəngləmə qaydasının jurnala və ya qayda lövhəsinə qeyd olunması. Güllənmiş kəlağayıların boyanılması, parafinlənmiş, yağlanmış sahələrin təmizlənməsi. Kəlağayıların ağ qalan sahələrinin əl ilə xüsusi qaydada torbalara yığılması, ağaclara bağlanması. Haşiyələrin davamlığının möhkəmliyini və boyağın yaxşı hopması məqsədilə onların zəyli suda mis tozunda bir sutka saxlanılması. Sabunlu, sodalı suda dörd dəfə yuyulması, nişastaya çəkilməsi, əl ilə sıxılması və qurutmaya göndərilməsi. Boyanmanın keyfiyyətini yoxlamaq üçün vaxtaşırı əyarın seçilməsi. Aparata buxarın verilməsinin və təzyiqinin tənzimlənməsi. Avadanlığın, alətlərin və cihazların yoxlanılması və onların işinin tənzimlənməsi. Parçanın dartılmasının müşahidə edilməsi, düyünlərin və parçanın qırılmalarının aradan qaldırılması. Aşağı ixtisaslı boyaqçıların işinə rəhbərlik edilməsi. Avadanlığın tənzimlənməsi, sürtünən səthlərin yağlanması.

Bilməlidir. Qulluq edilən avadanlığın, avtomatik cihazın, yoxlama-ölçü cihazlarının quruluşunu, istismarını və onlara qulluq etməyin qaydasını, pambığın növünü, xam ipəyin növünü və xətti sıxlığını, bişirilən və rənglənən yarımfabrikatın və məhsulun çeşidini; işlədilən boyaqların əsas qrupunu və xassəsini və məhsulun yuyulmasında istifadə edilən digər kimyəvi materialları; boyama, yuma, qurutma, sıxma, bişirmə qaydalarını, sarağanın keyfiyyətini, boyaqların və kimyəvi materialların hazırlanma üsullarını, onlarla davranış qaydasını, boyaq məhlulunun təzyiqini, dövr etməsinin tənzimlənməsi üsullarını; boyamanın keyfiyyətini təyin edən əlamətləri; boyaqların və kimyəvi materialların sərfi formasını; istiliyin və başqa amillərin boyama əməliyyatına təsirini; müxtəlif növlü liflərin əsas xassəsini və işlədilən kimyəvi materialların onlara təsirini. Boyama və bişirmə əməliyyatının aparılması və tənzimlənməsi qaydasını; buxarötürücü, suötürücü armaturdan və cihazlandan istifadə qaydasını, təzyiq altında olan aparatda işləməyi.

23. Burucu. 2-ci dərəcə

İşin xüsusiyyəti. İpliyin qurğularda burulması (özüəyirən, halqa), sapın haçalara və makaraya yüklənməsi. İpliyin və ya sapın qırılmasının aradan qaldırılması. Burulmuş ipliklə makaranın çıxarılması.

Bilməlidir. İpliyi burmaq üçün qurğunun quruluşunu; onlarda işləmə fəndlərini; ipliyin (sapın) nominal sıxlığını; yükləmə qaydasını.

24. Burucu avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında burucu, eşmə-burucu maşınlarında təbii və kimyəvi liflərin kəndir üçün əyirmələrdən ipliyin və sapın torlu dəstənin burulması əməliyyatının aparılması. Maşının yüklənməsi və altlıqların "düzgün yayılmasına riayət etməklə qidalandırıcı qabların dəyişdirilməsi. Burulma üçün daxil olmuş iplərin və sapların xətti sıxlığına, birləşmələrin sayına, sarınmanın keyfiyyətinə və xarici görünüşünə görə qəbul edilməsi və yoxlanılması. Sarınması qüsurlu olan qabların seçilməsi. Maşının işçi orqanlarının sarınmadan təmizlənməsi. İplik qırılmalarının ləğv edilməsi. Qüsurların aradan qaldırılması. Su novlarının təmizlənməsi və suyun səviyyəsinin tənzimlənməsi. Halqaların silinməsi və yağlanması. Tullantıların yığılması və təhvil verilməsi. Qıçaların damğalanması. Çıxımın çıxardılması və yüklənməsi. Çıxardılmış qıçaların, makaraların qablara və nəqledici quryuya yerləşdirilməsi və hesab talonunun çıxardılması. Maşına qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar və ona qulluq etmək qaydasını; emal olunan ipliyin və sapların birləşmələrinin sayını və xətti sıxlığını; hazırlanmış, burulmuş məmulatların ölçülərini, burulmanın istiqamətini və ölçüsünü; emal olunan ipliyin keyfiyyətini və xassəsini; burulmuş və burulmamış sapların və iplərin keyfiyyətinə, sarınmanın keyfiyyətinə təqdim edilən tələbləri; tullantıların normasını və növünü; çıxarmaya sərf olunan vaxtın müddətini; çıxarmanın çıxardılma qaydasını.

25. Burucu avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Burucu və eşmə-burucu maşınlarında təbii və kimyəvi liflərdən iplik və sapların burulması əməliyyatının aparılması. İpliyin vəziyyətinin yoxlanılması. Sapların dartılmasının tənzimlənməsi. Çıxarmadan və qidalandırıcı qabların altlıqlarının yayılmasına riayət etməklə dəyişdirildikdən sonra maşının yüklənməsi və işə salınması. İpliklərin və sapların qırılmalarının aradan qaldırılması. Burulmanın keyfiyyətinin tələblərinə riayət edilməsi. Qüsurların aradan qaldırılması. Xidmət edilən maşınlarda bütün mexanizmlərinin vəziyyətinin və işinin, burulmuş sarınmasının müşahidə edilməsi və ortaya çıxan nasazlıqların aradan qaldırılması üçün tədbir görülməsi. Qıçaların damğalanması. Çıxartmaların yüklənməsi və götürülməsində iştirak edilməsi. Tullantıların yığılması və təhvil verilməsi. Cədvələ uyğun maşına qulluğu. Maşının təmirdən qəbulunda iştirak edilməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismarını və onlara qulluq etmək qaydalarını; işlədilən sapların və iplərin xətti sıxlıqlarını və birləşmələrinin sayını; hazır burulmuş məmulatların ölçülərini; burulmanın miqdarını və istiqamətini, işlədilən ipliklərin keyfiyyətini və xassələrini. Burulmuş və burulmamış sapların və ipliklərin keyfiyyətinə təqdim edilən tələbləri; hazırlanan burulmuş məmulatlara uyğun qaçağanların nömrəsini; qırılmaların azaldılması və aradan qaldırma tədbirlərini; çıxartmaların işləmə vaxtının davamiyyətini; çıxartmaların götürülməsinin qaydasını. Hesab talonlarının doldurulma qaydasımı; tullantıların normasını və görünüşünü; onların azaldılması yollarını.

26. Ventilyasiya qurğularını təmizləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Havanı dəyişən qurğuların, siklonların, süzgəclərin, tozsorucu kameraların, tranşeylərin və müxtəlif tozyığan qurğuların təmizlənməsi. Toza bulanmış liflərin, pərquların-tiftiklərin tozun yığılıb müəyyən edilmiş yerə nəql edilməsi, göndərilməsi.

Bilməlidir. Müəyyən edilmiş qaydaları və havanı dəyişən qurğuların təmizlənmə qaydasını və toz yığan qurğuları.

27. Vərdənələri aşındıran. 2-ci dərəcə

İşim xüsusiyyəti. Daha yüksək ixtisaslı aşındırıcının rəhbərliyi altında naxışların vərdənələrə aşındırılması və surətinin köçürülməsi. Vərdənənin hazırlanması. İşığa həssas emulsiyanın çəkilməsi. Surətin çıxardılması, aydınlaşdırılması, surətin bərkidilməsi. Aşındırılması mümkün olmayanların turşuya davamlı mastika ilə səthimin örtülməsi. Vərdənələrin quraşdırılması. Vərdənədən, moletdən, sink vərəqlərdən turşuya davamlı və işığa həssas emulsiyanın yuyulması.

Bilməlidir. Vərdənənin, moletin və sink vərəqlərin keyfiyyətinə texniki tələbləri; naxışların vərdənələ, moletlərə və sink vərəqlərə diapozitivlərdən köçürülməsi və montajı qaydasını; naxışın vərdənədə, moletdə və sink vərəqlərdə aydınlaşdırılmasını. Aşındırılması mümkün olmayan naxışların səthinin mastika ilə örtülməsi qaydasını; naxışların surətini aydınlaşdırarkən, aşındırarkən tətbiq olunan kimyəvi vərdənələrlə, moletlərlə və sink vərəqlərlə davranmaq qaydasını.

28. Vərdənələri aşındıran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Molet, pantoqraf və əl üsulları ilə oyulmaqla hazırlanan var-dənənin aşındırılması. Valların xromlaşdırılması, Nüsxəyə uyğun kimyəvi materialların, işığa həssas emulsiyanın, aşkarlayıcı və aşındırıcı məhlulların hazırlanması, bərkidilməsi üçün valların gətirilməsi və dəzgahda yerləşdirilməsi. (Aşındırıcı, köçürülən, surət çıxarma və i.a.). Aşındırdıqdan sonra valların yuyulması, onların növbəti emal etmək üçün nəql edilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Dəzgah və qurğuların quruluşunu, istismarı qaydasını və onlara qulluq edilməsini. Vərdənələrdə naxışların əmələ gəlməsi xüsusiyyətlərini; montajın keyfiyyətinə texniki tələbləri; aşındıran məhsulların xassəsini və aşındırma qaydasını; vərdənənin səthinin emalı keyfiyyətinə olam tələbləri; aşındırarkən, surəti çıxarılarkən işlədilən kimyəvi materialları və onların hazırlanması üsullarını; naxışların surətinin vərdənəyə köçürülməsi və közərdilməsi üsullarını; turşulara və aşındırıcı məhlullarla davranış qaydasını.

29. Vərdənələri aşındıran. 4-cü dərəcə

İşin xüsusiyyəti. Vərdənələrin fotomexaniki üsulla oyularkən aşındırılması, xromlaşdırılması və surətin köçürülməsi. Mürəkkəb olmayan ştrixli və üçrəngli naxışların oyulması. Nüsxəyə uyğun kimyəvi materialların, işığa həssas emulsiyanın aşındırıcı məhlulların hazırlanması. Vərdənələrin közərtmək üçün nəql edilməsi və onların dəzgaha (aşındırma, köçürmə, surət çıxarma və s.) quraşdırılması. Aşındırdıqdan sonra vərdənələrin yuyulması, onların növbəti emal üçün nəql edilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Dəzgahların və qurğuların quruluşunu. istismar qaydasımı və onlara qulluq edilməsini, vərdənələrdə naxışlarım əmələ gəlmə xüsusiyyətini; montajın keyfiyyətinə texniki tələbləri; aşındırıcı məhlulların xassələrini və aşınma qaydasını; vərdənənin səthinin emalına keyfiyyət tələblərini; aşındırmada, surətin çıxardılmasında işlədilən kimyəvi materialları və onların hazırlanması üsullarını; naxış surətinin vərdənəyə çıxarılması üsulunu və közərdilməsi; turşularla və aşındırıcı məhlullarla davranmaq üsullarını.

30. Vərdənələri aşındıran. 5-ci dərəcə

İşin xüsusiyyəti. Vərdənənin aşındırılması və xromlaşdırılması. Üçrəngli və mürəkkəb ştrixli naxışların fotomexaniki üsulla oyulması, vaxtı surətin çıxardılması və aşındırılması. Nüsxəyə uyğun kimyəvi materialların, işığa həssas emulsiyanın, aşkarlayıcı və aşındırıcı məhlulların hazırlanması. Közərdilməsi üçün vərdənənin nəql edilməsi və onların dəzgaha Yerləşdirilməsi (aşındıran, köçürən, surət çıxaran və s). Aşındırdıqdan sonra vərdənənin yuyulması, növbəti emal üçün onların nəql edilməsi. Avadanlığa qulluq edilməsi, Daha aşağı ixtisaslı aşındırıcıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Dəzgahların və qurğuların quruluşunu, istismarı qaydasını az onlara qulluq edilməsini; vərdənədə naxışın əmələ gəlməsi xüsusiyyətini; montajın keyfiyyətinə olan texniki tələbləri; aşındırıcı məhlulların xassələrini və aşındırma qaydasını; vərdənənin səthinin emalının keyfiyyətinə olan tələbləri; aşındırmada, surətin çıxardılmasında işlədilən kimyəvi materialları və onların hazırlanması üsullarını; vərdənəyə naxışların surətinin çıxarılması və közərdilməsi üsullarını; turşularla və aşındırıcı məhlullarla davranmaq qaydasını.

31. Vərdənələri taxan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı vərdənə taxanın rəhbərliyi altında oyulmuş vərdənələrin təzyiqli press milinə taxılması. Vərdənələrin qurulması və piramidadan çıxarılması, onların təzyiqli presdə sıxılması. Vərdənələrin arabacığa qoyulması və onların nəql edilməsi. Presin təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Təzyiqli presin quruluşunu; onlara qulluq etməyi e qaydasını; vərdənələri sıxmağın qaydasını. onların nəql edilməsi və saxlanmasını.

32. Vərdənələri taxan. 3-cü dərəcə

İşim xüsusiyyəti. Oyulmuş vərdənələrin təzyiqli presin milinə taxılması. Naxışın cədvəlinə uyğun vərdənələrin seçilməsi. İş yararlığını təyin etmək üçün vərdənələrə baxılması. Saz olmayan vərdənələrin təmirə göndərilməsi. Vərdənələrin qəbulu və onların piramidalara yerləşdirilməsi. Vərdənələrin hesabı. Aşağı ixtisaslı vərdənə taxanın işinə rəhbərlik edilməsi.

Bilməlidir. Təzyiqli presin quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; vərdənələrin keyfiyyətinə təqdim edilən tələbləri və onların çap sexi üçün yararlığını.

33. Qoyucu. 1-ci dərəcə

İşin xüsusiyyəti. Əyirici, burucu və zəif Əyrilmiş iplik maşınlarında işlənmiş makaraların və qarqarların dəyişdirilməsi. Başlanğıcların çıxarılması. Sapların uclarının (ipin eşilib bağlanması) bağlanması və onların sapötürücü armatura yüklənməsi. Təlimata uyqun qoymamışdan qabaq makara və qarqarların saf-cürük edilməsi. Konusların, qarqarların, başlanğıcların daşınması. Makara qoyulanın, çərçivələrin yelpiklənməsi və avadanlığın təmizlənməsində iştirak edilməsi.

Bilməlidir. Avadanlığın yüklənməsinə uyğun makara və qarqarların qoyulması; işlədilən illiyin, zəif Əyrilmiş ipliyin (ipin) xətti sıxlığını; makaraların, qarqarların qüsurlarını.

34. Qoyucu. 2-ci dərəcə

İşin xüsusiyyəti. Tor toxuyan maşınlarda işlənmiş makara və ya qarqarların dəyişdirilməsi. Başlanğıcların çıxardılması. Sapların uclarının bağlanması və onların yoxlama-dartıcı cihazlarına yüklənməsi. Təlimata uyğun qoymadan qabaq makara və qarqarların saf-çürük edilməsi. Boşalmış makaraların və qarqarların makarataxılandan çıxardılması və onların doluları ilə dəyişdirilməsi. Makarataxılandan tortoxuyan maşına gedən əsas sapların kəsilməsinin qarşısının alınması. Makaraların və qarqarların, çıxardılmış başlanğıcların və konusların nəql edilməsi.

Bilməlidir. Sapların xassələrini və xətti sıxlığını; onların keyfiyyətinə təqdim edilən əsas tələbləri; ərişlərin istehsalı artikuluna görə əriş hazırlama yükləyici parametrlərini; rəngli ərişləri hazırlayarkən makarataxılana makaraların (qarqarların) qoyulması qaydasını; düyünlərin bağlanması qaydasını.

35. Qoyucu. 3-cü dərəcə

İşin xüsusiyyəti. Əriş maşınlarında, toxucu dəzgahlarında, pərdə və pərdə-toxuyan maşınlarında makarataxılanlarda işlənmiş makara və ya qarqarların dəyişdirilməsi. Maşınların yanına ipliklə birlikdə makara və ya qarqarların gətirilməsi. Qoyulmamışdan əvvəl qarqarların saf-cürük edilməsi. Yükləmə naxışlarına uyğun qarqar və ya makaraların dəyişdirilməsi, sapların uclarının bağlanması və onların yoxlama-dartıcı cihazlarına yüklənməsi. Sapların qırılmasının qarşısının alınması. Boş qabların nəql edilməsi.

Bilməlidir. Pərdə və pərdə-toxuyan maşınlarda üstə qoymaların, məkiklərin və daraqların hərəkət mexanizmlərinin qarşılıqlı hərəkətini və quruluşunu; ipliyin xassəsini və xətti sıxlıqlarını və onun keyfiyyətinə təqdim edilən əsas tələbləri; əriş hazırlamanın yükləmə parametrlərini; makara və qarqarların qoyulması qaydalarını; düyünlərin bağlanması qaydasını.

36. Quruducu. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı quruducunun rəhbərliyi altında quruducu maşınlarında pambığı boyadıqdan sonra liflərin, ipliyin, parçaların, trikotaj və toxunmayan kətanın, lentin, tesmaların, qaytanların, xalça məmulatlarının, baş geyimlərinin, keçə ayaqqabılarının, keçə məmulatlarının, aşındırılmış dərilərin, yaylıqların, pərdələrin, torların, tüllərin. naxış tikilən və başqa məmulatların qurudulması əməliyyatının aparılması. Boyanmış pambığın quruducu kameralara və ya talvarlara daxil olmasının müşahidə edilməsi. Qurudulan pambığın bərabər ölçüdə qurudulmasının və nəmliyinin, pambığın boyanmasının keyfiyyətinin yoxlanması. Parça tikələrinin, yükləyici lentlərin tikilməsi. Qurutmadan əvvəl yaş trikotaj kətanların sökülməsi. Maşınların yüklənməsi və ya kameranın doldurulması. Özüyığanın işinin müşahidə edilməsi. Quruducu maşında və kamerada lazımı istiliyin saxlanılması. Pambığın, ipliyin, parçaların və məmulatların maşınlardan çıxardılması və nəql edilməsi. İpək kələflərin yumaqlanması. Avadanlığın təmizlənməsi, sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarı qaydasını və ona qulluq edilməsini; pambığın növünü, çeşidini; məhsulun qurudulmasının texnoloji qaydasını; qurutmanın keyfiyyətinə təqdim edilən tələbləri.

37. Quruducu. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xam kəlağayıları və kəlağayı məmulatlarının ölçülərinə uyğun doğranılması və bişirilməyə verilməsi. Müəyyən olunmuş texnoloji qaydaya uyğun quruducuda və enləşdirici-quruducu maşınlarda pambığın boyanmasından, kəlağayıların bişirilməsindən sonra liflərin, ipliyin, parçaların, trikotaj və toxunmayan kətanın, lentin, tesmaların, xalça məmulatlarının, yaylıqların, torların, baş geyimlərin, keçə ayaqqabılarının, keçələrin, keçə məmulatlarının, aşındırılmış dərilərin, pərdələrin, tüllərin, krujevaların, naxış tikilən və başqa məmulatların qurudulması əməliyyatının aparılması. Parçanın maşına yüklənməsi kələflərin asılması, kəlağayıların iplərə sərilməsi. Sürətin, quruducuda parçanın ilgəyinin uzunluğunun, istiliyin, buxarın təzyiqinin, nəmliyin, məhsulum dartılmasının tənzimlənməsi. Parçanın eninə uyğun zəncirin araməsafəsinin qoyulması. Dəriləri qurudarkən tüklü örtüyün aşındırılmasının başa çatma dərəcəsindən asılı olaraq havanın dəyişdirilməsinin tənzimlənməsi. Kəlağayıların boyanmadan və naxışlamadan sonra ikinci dəfə

qurudulması. Qurumuş kəlağayıların iplərdən yığılması, xüsusi mizlərin üzərində texnologiyaya və Dövlət standartına uyğun qatlanması, preslənməsi. Texniki şərtlərə uyğun qablaşdıraraq damğalanmaya verilməsi. Məhsulun qurudulmasının, rənginin, rənglənmənin bərabər ölçülülüyünün keyfiyyətinin yoxlanması. Hazır məhsulun nəql edilməsi. Daha aşağı ixtisaslı quruducuların işlərinə rəhbərlik edilməsi. Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarı qaydasını və ona qulluq edilməsini; quruducu kamerada buxarın təzyiqinin son həddini; qurutma qaydasını; məhsulun nəmlik normasını. Hazır kəlağayının və kəlağayı məmulatlarının çeşidlərini, presləmə, qatlana və qablana qaydalarını.

38. Quruducu (yükləyici). 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçaların quruducularda və ya çexollu və ya kirzyuyan çapedici maşınlarda qurudulması prosesinin aparılması. Quruducu kameranın işə hazırlanması. Lapinqin özüqoyana diyirləndirilməsi. Quruducu kameraya daxil etməklə parçaların quruducuya yüklənməsi. Quruducu kamerada buxarın təzyiqinin, istiliyinin, kameradan parçanın keçməsinin və onum dartılmasının, vaxtında kondensatın uzaqlaşdırılmasının müşahidə edilməsi. Quruducuda parçanın uzunluğunun və konveyerin zəncirinin razılaşdırılmış hərəkətinin, seçici diyircəklərin və özüqoyanın nizamlanması. Yükləyici lentaların tikilməsi və yüklənməsi və bilavasitə quruducu kamerada qırılarkən parçaların bağlanması. Raklistin günahı üzündən parçada yaranmış qüsur haqda təxirə salmadan ona məlumat verilməsi. Quruducu kameranın mexanizmlərinin yağlanması.

Bilməlidir. Quruducu kameraların çexollu və ya kirzyuyan çapedici maşınlarının quruluşunu və ona qulluq edilməsi qaydasını; buxardan istifadənin və quruducu kamerada buxarın təzyiqinin son hədd qaydasını; işlədilən parçaların çeşidini; parçanın qurudulmasına qədər nəmlik normasını və ondan sonrakını; quruducu kameraların mexanizmlərinin yağlanması qaydasını.

39. Qırxıcı avadanlığın operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli qırxımı avadanlıqlarda texnoloji qaydaya uyğun müxtəlif parçaların, toxunmayan kətanların, parça xovlu lentlərin təmizlənməsi, qırxılması əməliyyatının aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yun parçaların, xalçaların və xalça məmulatlarının qırxılması əməliyyatının aparılması. Sonlarının tikilməsi və emal olunan məhsulun maşına, aqreqata yüklənməsi. Qırxıcı cihazların, sorucu ventilyasiyanın İşinin, tikiş buraxmaq üçün avtomatın İşinin, bıçaqların vaxtında qaldırılıb saldırılmasının, emal olunan məhsulun diyirləndirilməsinin müşahidə edilməsi. Bıçaqların və cilalayıcı valların vəziyyətinin nizamlanması. Düzəldilmiş vəziyyətdə emal olunan məhsulun hərəkətinin lazımı dartılmasının təmin edilməsi. Emala daxil olan parçaların, kotanların, xalçaların və məmulatların keyfiyyətinin, məhsulun təmizlənməsinin və qırxılmasının keyfiyyətinin yoxlanılması. Diyircikləri çərçivəyə diyirləndirərkən və ya arabacığı dəyişərkən partiyaları ayırmaq üçün parça hissələrinin, xalçaların tikİşinin sökülməsi. Emal olunan məhsulun nəql edilməsi. Avadanlığa qulluq edilməsi. Sürtülən səthlərin yağlanması.

Bilməlidir. Qırxıcı maşının və aqreqatların quruluşunu və istismarı qaydasını və onlara qulluq etməyi; emal olunan məhsulun çeşidini; parçanın, kotanın və məmulatların qırxılma qaydasını; qırxmanın keyfiyyətinə təqdim edilən tələbləri; məmulatın tikilməsi və yüklənməsi qaydasını.

40. Qırxıcı avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçaların, xalçaların, xalça məmulatlarının, ipək, uzun xovlu məxmərlərin və süni dərinin, trikotaj kotanının, toxunmayan kətanların, keçənin xovunun (narın tüklərinin) universal qırxıcı maşınlarında və aqreqatlarında təmizlənməsi və qırxılması əməliyyatının aparılması. Emal olunan məhsulun keyfiyyətinin lazımı dartılmasının, qırxma sürətinin təmin edilməsi. Qırxıcı maşınların İşinin, xovun (narın tüklərin) hündürlüyünün, qırxılmış liflərin sorulmasının, qırxıcı cihazların vəziyyətinin və işinin, tikiş sökmək üçün avtomatın, bıçaqların öz vaxtında qaldırılması və saldırılmasının, parçanın dartılmasının müşahidə edilməsi. Bıçaqlı silindrlərin qırxma sürətinin və xovun (narın tüklərin) hündürlüyündən asılı olaraq nəqledici lentlərin, sumbata diyircəklərin vəziyyətinin və vaxtaşırı nizamlanmasının bıçaqlı silindrin itilənməsində iştirak edilməsi. Xüsusi pasta ilə spiral pərlərin və stasionar bıçağın düzəldilməsi. Kətanın tikilməsi və yüklənməsi. Məhsulun müəyyən olunmuş yerə nəql edilməsi. Blokirovkanın (siqnal), silindrlərdəki qoruyucu çəpərlərin sazlığının, kətanın cilalanmasının keyfiyyətinin yoxlanılması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın və yoxlama-ölçü cihazlarının quruluşunu, istismarı və qulluq edilməsi qaydasını; qırxmanın texnoloji parametrlərini; emal olunan məhsulun çeşidini; bıçaqların İşinin sürət qaydasını, stasionar bıçağın və nəqledici lentin surətinin nizamlanması üsullarını, bıçaqlı silindrlərin oturdulmasının və qırxıcı bıçaqların itilənməsinin nizamlanması qaydasını.

41. Qırxıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Texnoloji qaydaya uyğun qırxıcı maşınlarda pərğunun (narın tükün) və ya pesin qırxılması əməliyyatının aparılması. Emal olunan dərinin tük örtüyündən asılı olaraq qırxıcı maşının sazlanması. Dəri toplarının (qalaqlarının) açılması. Dərilərin maşına yüklənməsi. Dərinin bıçağa nisbətən yerdəyişməsinin nizamlanması, dərinin lətinin qalınlığından və tük örtüyünün xüsusiyyətindən asılı olaraq maşının işçi hissələri arasındakı ara məsafəsinin, pnevmatik sorucunun işinin nizamlanması. Qırxmanın keyfiyyətinin və bıçaqların vəziyyətinin yoxlanması. Pərğunun və tullantıların çıxardılması, qablaşdırılması, nəql edilməsi və çəki ilə təhvil verilməsi, Maşınların yelpiklənməsi, təmizlənməsi və yağlanması. Daha aşağı ixtisaslı operatorların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Müxtəlif tipli qırxıcı maşınların quruluşunu və iş prinsipini, onlara qulluq etməyik qaydasını; emal olunan dərilərik növünü və onların tüklü topoqrafiyasını; texnoloji qayda ilə qırxmanın normativini; tük normativindən asılı olaraq qırxma üçün maşının düzgün sazlanması; qırxılmanın keyfiyyətinə təqdim edilən tələbləri.

42. Qırxıcı bıçaqların itiliyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Qırxıcı, xovkəsici və diskli bıçaqların itilənməsi. Qırxımı və ya xovkəsici maşınların sökülüb yığılmasında iştirak edilməsi. İtiləyici dəzgahların sazlanması, təmizlənməsi və sürtünən səthlərin yağlanması. Qırxıcı bıçaqları itiləyərkən köhnələrin çıxardılması və dartılma ilə Yeni yaylı bıçaqların vala geyindirilməsi. Qırxıcı bıçaqların itilənməsi, düzəldilməsi, axıra çatdırılması və sazlanması. Bıçaqların maşına qurulması, onların kəsməyə düzəldilməsi və sazlanması. Qırxıcı cihazların təmir edilməsi. Xovkəsən bıçaqları itiləyərkən kəsici alətin hazırlanması. Ülgücün bıçaqlı metal örtüyünə ləhimlənməsi. Cilalayıcı daşda xovaltına keçirməklə ülgücün itilənməsi, kəsici alətin yığılması. Xovun kəsilməsi keyfiyyətinin müşahidə edilməsi. Diskli bıçaqları itiləyərkən itiləmək üçün komplekt bıçaqların seçilməsi. Çərçivənin yoxlanılması Komplekt bıçaqların çərçivəyə yerləşdirilməsi və onların diametrinə görə düzəldilməsi. Bıçağın itilənməsi və bıçağın neştərinin əl ilə itilənməsinin və cilalanmasının axıra çatdırılması. Düzgünlüyünün və itililiyinin yoxlanılması. Bıçaqların təhvil verilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq edilməsini; bıçağın lövhələrini və onların keyfiyyətinə təqdim edilən tələbləri; bıçaqların itilənməsinin, düzəldilməsinin axıra çatdırılması və cilalanması qaydasını, yoxlama-ölçü cihazlarını, bıçaqların itilənməsi üçün alət və qurğuları; hissələrim itilənməsinin çilingər fəndlərini.

43. Daraqağzı çıxaran. 2-ci dərəcə

İşin xüsusiyyəti. Kəndirkətandarayıcı və kətandarayıcı maşınlarının qutusundan daraqağzının çıxardılması. Qabın hazırlanması və daraqağzının nömrələrinə görə qaba yığılması. Daraqağzının çəkilməsi. Daraqağzı yığılmış qablara yarlığın, daraqağzının nömrəsini, çəkisini və digər keyfiyyət nişanlarını müəyyənləşdirəm birkanın qoyulması. Çıxardılmış daraqağzının presə, tərəziyə və saxladığı yerə nəql edilməsi.

Bilməlidir. Daraqağzının nömrəsini, onların maşının qutusundan götürülməsi və yarlığın doldurulması qaydasını.

44. Daraqlı – darayıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Daraqlı — darayıcı maşında daraqlı lentın istehsalı aparılması. Darananın verilən parametrlərinə uyğun texnoloji əməliyyatın fasiləsizliyinin təmin edilməsi. Maşının yüklənməsi. Qidalandırıcı qabların dəyişdirilməsi. Xolst ilişmələrinin, qaldırılma qopardılmalarının və lent qırılmalarının aradan qaldırılması. Maşında altlıqların yayılması. Lentin keyfiyyətinin Yoxlanılması. İşlənilmiş teştlərin, ləyənlərin dəyişdirilməsi, Maşının işçi üzvlərindən sarğıların kənar edilməsi. Lent və daranmışın qırılmalarının qarşısının sıxılmış hava ilə sorulmasının müşahidə edilməsi. Tullantıların görünüşünə görə çeşidlərə ayrılması və təhvil verilməsi. Xolstiklərin və lent dolurulmuş ləyənlərin, teştlərin müəyyən olunmuş yerə daşınması. Maşının təmirdən qəbul edilməsində iştirak edilməsi. Maşına qulluq edilməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydalarını onlara qulluq edilməsini; işlədilən lentin növünü, lentin keyfiyyətinə olan və təsir edən amilləri; tullantıların çıxış normasını.

45. Darayıcı avadanlığım operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Darayıcı avadanlıqlarda lifin (tullantıların) və lent istehsalı əməliyyatının aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında müəyyən olunmuş texnoloji qaYdaya uyğun pambığın darayıcı maşınlarda daranması. Lif doldurulmuş teştlərin darayıcı maşınların bunkerinin Yanına nəql edilməsi. Rənginə görə qarışıqdan fərqlənənləri, hər qarışıq üçün müəyyən hündürlükdə lifi seçməklə əl ilə silkələməklə bunkerin, darayıcı aparatının isə özüçəkən bunkerinin lif qarışığı ilə yüklənməsi. Lifin və yunun maşının qidalandırıcını məhəccərinə, kətana döşənməsi. Lifin qarışdırılması. Lifin vəziyyətinə uyğun salınmanın böyüklüyünün nizamlanması. Pambıq lent və lif qırılmalarının aradan qaldırılması. Pambığın, lifin və lentin keyfiyyətinin Yoxlanması. Sıxılmış hava ilə işləyən sistemin köməyi və ya əl ilə darayıcı maşınların barabanlarının altından vaxtaşırı tullantıların çıxardılması, Emulsiyalana qurğusunun köməyi ilə lentin emulsiyalanması. İşlənmiş pambığım və lifin çıxardılması və qablaşdırılması, müəyyən olunmuş yerə daşınması. Təmirdən maşının qəbul edilməsində iştirak. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Darayıcı avadanlığın iş prinsipinin, ayrı-ayrı mexanizmlərin qarşılıqlı hərəkətini, istismar qaydasını ö ona qulluq etməyi; qarışığın və lifin növünü və nömrəsini, tullantıların növünü, qarışığın tərkibini; kətanda, qidalandırıcı məhəccərdə döşənmənin normasını və qaydasını; maşının texnoloji yüklənmə parametrlərini; pambığın, lentin, lifin keyfiyyətinə təqdim edilən tələbləri.

46. Darayıcı avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Texnoloji qaydaya uyğun müxtəlif qidalanma ilə darayımı avadanlıqda lentin, daranmış pambığım və keçə məmulatlarının əsasının istehsalı əməliyyatının aparılması. Darayımı avadanlığın yüklənməsi. Lentdəki qüsurların aradan qaldırılması üçün profilaktiki işlərin yerinə yetirilməsi. Lentin istənilən kəsiyində bərabər qalınlığın təmin edilməsi. Qırılmaların, buraxılışların, sarınmanın, tıxanmanın ləğv edilməsi. İşlənmiş lent ş dolu teştlərin, pambıq hamar lövhələrinin, maşın barabanlarının, pambıq süzgəclərinin dəyişdirilməsi, işlənilmiş yumaqların makaraların çıxardılması, yarlığın qoyulması və onların daşınması, İstilik barabanına pambığın sarınması və emulsiya çəkilməsi əməliyyatının müşahidə edilməsi Tullantıların yığılması və təhvil verilməsi. Razılaşdırılmış cədvələ əsasən avadanlığa qulluq edilməsi. Maşının təmirdən qəbul edilməsində iştirak. Basmakeçə istehsalında ixtisası aşağı olan operatorların işinə rəhbərlik etməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, mexanizmlərim qarşılıqlı hərəkətini və onlara qulluq qaydasını, lif zolağının və daranmış lentmi xətti sıxlığını; emal olunan lifin, lentin növünü, nömrəsini adını və növləşdirilməsini, lif zolağının yüklənməsi və qidalandırıcı məhəccərə qarışığın döşənməsi qaydasını; qarışığın, lentin birinciliyini və bərabərliyini, hazır məhsulum tələblərini; hazırlanmış süzgəclərin keyfiyyətlərini; bərpa olunmuş yunun şərti işarələrini və onum rənginə görə qrupunu; müxtəlif liflərin emal qaydasını; yüklənmənin texnoloji parametrlərini; xətti ölçülərini, məmulatın çəkisini və fərqlənmə hədlərini; lifin qaydasını; verilən uzunluğunu və teştdəki lentin, lülənin çəkisini, üfüqi-darayıcı maşınlarında emulsiyalama qaydasını; tullantıların növünü, tipini və normasını, onlardan istehsalatda istifadə qaydalarını; daranmanın və sarınmanın keyfiyyətini təyin edən əlamətləri; lifin döşəmə fəndini və lentin çıxardılmasını.

47. Darayıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək məhsuldarlıqlı bir və ya ikibarabanlı darayıcı maşınlarda, aqreqatda, konusvari-darayıcı maşınlarda baş örtüklərinin əsasının sarınmasında, darayıcı aparatlarda keçələrin hazırlanması üçün, zərif-yun qarışığının daranmasında lent, və darayıcı aparatda zəif əyrilmiş iplik istehsalı əməliyyatının aparılması. Darayıcı aparatlarda makaraların yüklənməsi, sapın uclarının pnevmokeçiriciyə və ya qarqaraya yüklənməsinin, yarlıqların qoyulmasının təmini. Baş örtüklərinin əsasını hazırlamaq üçüm lazımi ölçüdə ülgülərin, əndazələrin qurulması. Qarışığın və pambıq hissələrinin çəkilməsi, texnoloji qaydaya uyğun qidalandırıcı məhəccərə döşənməsi. Zərif-yun daranmasında qarışığın özüçəkənə yüklənməsi. Daranma və lent qırılmalarının aradan qaldırılması. İşlənmiş lentli teştlərin dəyişdirilməsi və daşınması. Sarınmanın qurtarmasının təyin edilməsi. Baş örtüklərinin əsasının əndazədən, ülgüdən çıxarılması. Davranmanın, lentin, baş örtüklərinin əsasının, keçənin teştə yerləşdirilməsinin keyfiyyətinin yoxlanması. Elastiki valların, nizamlayıcının, dartıcı cihazın, maşının işə buraxılması və dayandırılması, siqnal sisteminin işinin bölücü qayışların və əyirici qolların vəziyyətinin və işlərinin müşahidə edilməsi. Maşının, aqreqatın daraqağzından təmizləndikdən, yonulduqdan, yoxlandıqdan sonra yüklənməsi. Müəyyən olunmuş qaydaya uyğun işlənmiş makaraların kənar qarqarların və maşının altından tullantıların kənarlaşdırılması yığılması. Tullantıların növlərinə görə təhvil verilməsi. Maşının təmirdən qəbul edilməsində iştirak etməsi. Maşının təmizlənməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və ona xidmət etməyi. Texnoloji əməliyyatların fasiləsizliyini təmin etmək üçün maşının avtomatik və ya əl ilə tənzimlənməsi prinsiplərini, əsaslarını, işlədilən lifin və qarışığın adını, növünü; döşənəyin daranmış lentin və zəif əyrilmiş-ipliyin xətti sıxlığını, pambığın kütləsini və xətti ölçülərini; istehsal olunan məhsulun çeşidini; döşənəyin, daranmış lentin, baş örtüklərinin əsasını; keçələrin keyfiyyətinə təqdim edilən tələbləri; tullantıların növünü və tipini; onların istehsalatda istifadə qaydalarını, yüklənmənin texnoloji parametrlərini.

48. Darayıcı aparatları təmizləyən-itiləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Daha aşağı ixtisaslı təmizləyici-itiləyicinin rəhbərliyi altında kard qarniturlarının əl ilə və ya vakuum-sorucuyla təmizlənməsi. Darayımı aparatın sökülməsi; ötürücü zəncirlərin və qayışların çıxardılması, özünəçəkənin, karetkanın diyirlənməsl. Qaçağanın, işçi və çıxımı valların çıxardılması. İşçi hissələrinin iynəli qarniturlarından qopmuşların götürülməsi və onların tozsuzlaşdırılması. Kard qarniturlarının itilənməsi və cilalanması. İtilənəcək üzvlərin səthinə itiləyici valın oturdulmasının nizamlanması. İşçi üzvlərin iynəli qarniturlarla çəkilməsinin və silindrikliyinin yoxlanılması. Özünəçəkənin, karetkanın və valların işçi vəziyyətinə quraşdırılması. Əyirici qolların yağla hopdurulması. Zəncir və qayış ötürmələrinin yığılması. Çıxarımı və işçi valların təmizləyici dəzgaha və əksinə nəql edilməsi. Maşınların buraxılması və yüklənməsi,

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və sjlara qulluq edilməsinin və işçi üzvlərinin qarşılıqlı hərəkətini; kard qarniturlarının təmizlənməsi və itilənməsi qaydasını və iynəli lentlərlə işçi üzvlərin çəkilməsini, darayıcı aparatın işçi üzvlərinin, kard qarniturların vəziyyətindən daraqağzı tullantının keyfiyyətinin aslılığını.

49. Darayıcı aparatları təmizləyən-itiləyən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Darayıcı aparatın kardlı qarniturlarının əl ilə və ya vakuum sorucuyla təmizlənməsi, itilənməsi. Müxtəlif növ qərişıqların qəbul olunmuş darana qaydalarının texnoloji parametrlərinə uyğun darayıcı aparatların işçi üzvlərində araməsafələrinin və oturmaların qoyulması və yoxlanılması. Şablonun və ya təbaşir zolağının köməyi ilə araməsafələrinin və oturtmaların ölçülərinin təyin edilməsi. İşçi hissələrinin iynəli səthinin vəziyyətinin və silindrikliyin yoxlanılması, Lazımi keyfiyyətdə lentin, zəif əyrilmiş ipliyin və pambığın alınması üçün aparatın işlərinin tənzimlənməsi. Darayıcı aparatı təmizlədikdən sonra usta köməkçisinə təhvil verilməsi. Daha aşağı ixtisaslı təmizləyici-itiləyicilərin işlərinə rəhbərlik edilməsi.

Bilməlidir. Darayıcı aparatın quruluşunu və onun işçi üzvlərinin və mexanizmlərinin qarşılıqlı hərəkətini; kardlı qarniturların təmizlənməsi və itilənməsi qaydasını; işmi hissələrinin araməsafələrinin qoyulması normasını və üsullarını; darayıcı aparatının işçi üzvlərinin kardlı qarniturlarının vəziyyətindən daraqağzı tullantının keyfiyyətinin asılılığını.

50. Dartıcıları, gəriciləri yoxlayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Darayıcı, daraqlı darayıcı, lentləyici. zəif əyrilmiş iplik maşınların işçi orqanlarının dartıcılarının, gəricilərinin daha yüksək ixtisaslı yoxlayıcının rəhbərliyi altında yoxlanmaya hazırlanması, Maşınların işçi hissələrinin arasında dartıcıların, gəricilərin qurulması. Baş və çıxan barabanlarının dəstlərinin (qarniturlarının) cilalanması. Darayıcı, daraqlı-darayıcı, lentləyici və zəif əyrilmiş iplik maşınlarının yığılmasında və sazlanmasında iştirakı.

Bilməlidir. Xidmət etdiyi maşınların texniki və konstruktiv xüsusiyyətlərini; dartıcıların, keçiricilərin; tullantıların növünü və normasını.

51. Dartıcıları, gəriciləri yoxlayan. 5-ci dərəcə

İşin xüsusiyyəti. Darayıcı, daraqlı-darayımı, lentləyici və zəif əyrilmiş iplik maşınların işçi hissələrinin dartıcılarının, gəricilərinin yoxlanılması. Əyirici-burucu, mexaniki sıxılmış hava ilə işləyən əyirici maşınların dartıcılarının, gəricilərinin və işçi hissələrinin yüklərinin yoxlanılmağa hazırlanması. Müəyyən olunmuş cədvəl üzrə reqlamentləşdirilmiş texnoloji qaydalara uyğun avadanlığın işinin, şablonun köməyi ilə maşının işçi hisələrinin arasında dartıcıların və yüklərin qurulması. Darayıcı, daraqlı-darayıcı, lentləyici, zəif əyrilmiş iplik, əyirici-burucu və mexaniki sıxılmış hava ilə işləyən əyirici maşınların yoxlanmadan sonra yığılması və sazlanması. İxtisası daha aşağı olan yoxlayıcıların işlərinə rəhbərlik.

Bilməlidir. Darayıcı, daraqlı-darayıcı, lentləyici, zəif əyrilmiş iplik, əyirici-burucu və mexaniki sıxılmış hava ilə işləyən əyirici maşınların texnoloji və konstruktiv xüsusiyyətlərini; maşınların orta və əsaslı təmirdən sonra və darayıcı maşınları itilədikdən sonra yoxlama qaydalarını. Dartıcıların, gəricilərin parametrlərini, itilənmənin və dartılmanın, gərilmənin keyfiyyətinin daranmanın keyfiyyətinə və tullantıların miqdarına təsirini; tullantıların normasını.

52. Dolayıcı avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif növlü sapların trunsal və ya dolayıcı maşınlarda bir qatlı sarıma (sapın dövrəsini) əməliyyatının aparılması. İpliyin alınması, Maşının yüklənməsi. Boşalmış və işlənmiş qarqaraların dəyişdirilməsi, sapların qırılmasının aradan qaldırılması, salın dövrəsini sarıma, hörmə əməliyyatının, maşınların və dartıcı aparatın İşinin müşahidə edilməsi. Hazır məhsulun çıxarılması və təhvil əyrilməsi. Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması. Trunsal maşında işləyərkən qarmaqla ərişi iydən keçirməklə gəzdirilməsi; saplarla qarqarların geydirilməsi, sapların roqulkaların gözcüklərindən keçirməklə gəzdirilməsi.

Bilməlidir. Maşının əsas mexanizmlərinin quruluşunu, işini və qarşılıqlı hərəkətini; işlədilən sapların nominal xətti sıxlığını və növlərini, yükləmə məmulatlarını; hazır məhsulun keyfiyyətinə təqdim edilən əmələ gəlmə səbəblərini; qarşısının alınması və aradan qaldırılması üsullarını.

53. Dolayıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Dolayıcı maşınlarında müxtəlif növlü lateks və poliuretan elastomer saplarının ikiqat sapın dövrəsini sarıma, dolama əməliyyatının aparılması. İpliyin alınması. Qarmaqla ərişin iydən keçirməklə gəzdirilməsi. Birinci qarqarların (katuşkaların) bir istiqamətdə fırlanan iylərə geydirilməsi, sapların roqulkanın gözcüklərindən keçirilərək gəzdirilməsi. İkinci qarqarların birincinin əks tərəfi istiqamətində fırlanan iylərə geydirilməsi, sapların roqulkanın gözcüklərindən keçirilərək gəzdirilməsi sapların silindr şəkilli patrona yüklənməsi. Patronlara nömrələrin salınması. Maşının işinin, dolana əməliyyatının müşahidə edilməsi. Sapın qırılmasının aradan qaldırılması. Daxil olan qarqarların (katuşkaların) dəyişdirilməyə hazırlanması. Dolmuş qarqarların dəyişdirilməsi. Dövrəsi sarınmış sapların qüsurlu yerlərinin aradan qaldırılması. Qablaşdırmada minimal tullantı ilə sapların uclarının tapılması. Dövrəsi sarınmış salların uclarının düyünləyici ilə düyünlənməsi. Çıxardılmada buraxılış qablamalarda saplardan birinin sapın sərbəst sonunun ilmə ilə bərkidilməsi. İşlənmiş qarqarların çıxardılması və onların qutuya yığılması. Hazır məhsula pasportların doldurulması. Tullantıların yığılması və təhvil verilməsi.

Bilməlidir. Maşının əsas mexanizmləri quruluşunu, işini və qarşılıqlı hərəkətini; işlədilən xammalın növünü, xətti sıxlığını; yükləmə məmulatlarını; hazır məhsulun keyfiyyətinə təqdim edilən tələbləri; saf-çürük etmə təlimatını; maşının istismarı qaydasını.

54. Döşənəkçi (sərici). 2-ci dərəcə

İşin xüsusiyyəti. Baş geyimləri istehsalında pərğunun və yunun özülyaradan və darayıcı-konuslu maşınların qidalandırıcı məhəccərinə döşənməsi. Texnoloji qaydanın normalarına uyğun pərğunun çəkilməsi və hissələrlə döşənməsi. Melanj baş geyimlərini hazırlayarkən rənglərinə görə qarışıqların (tərkibin) verilən miqdarına (nisbətinə) riayət edilməsi. Maşında yumşaltma və qidalandırma qaydasının tənzimlənməsi. Bitki keçəsi istehsalı üçün (kətan lüləsi, kənaf lifi, tənziflə təkrarlanan) yarımfabrikatların istehsalı. Döşənəyin kənarlarının düzəldilməsi. Tənzifim hazırlanması. Onun masada açılması. Seyrəlmiş yerləri aradan qaldırmaqla tənzifdə kətanın bərabər paylanması, sonların kəsilməsi və döşənəyin kənarlarının düzəldilməsi. Döşənəyin lülə bükülməsi və onun iynəbatıran maşına nəql edilməsi. İynəbatıran maşından çıxardıqdan sonra əl ilə bitki keçəsinin açılması. Bitki keçələrinin lövhələrlə yığılması. Qarışığın iş yerinə nəql edilməsi. Xidmət edilən avadanlığın təmizlənməsi və yığılması. Növləşdirən konveyerdə yuyulmamış yun kisələrinin və yuyulmamış yun döşənəyinin buğa verilərək yumşaldılması.

Bilməlidir. Xidmət edilən maşının quruluşunu, onlara qulluq etməyim qaydasını; qarışığın növünü; yuyulmamış yunun adını və növünü; bitki keçəsi üçün lifin növünü və tənzifin artikulunu; qidalandırıcı məhəccərə pərqu və pambığın döşənmə normasını; bitki keçəsinin keyfiyyətinə təqdim edilən tələbləri; ipin tənzifə, yuyulmamış yunun növləşdirici konveyerə döşənəyin qaydasını və materialların sərfi normasını; bitki keçəsinin açılmasını və onu lövhələrlə yığmağın üsullarını.

55. Düzəldici. 1-ci dərəcə

İşin xüsusiyyəti. İllik, təbii ipək, xam-ipək kələflərinin əl ilə yaxud maşında düzəldilməsi (hamarlanması). Müvafiq olaraq düzəldilmə (hamarlanma) qaydası ilə parçanın, kətanın əl ilə düzəldilməsi. Düzəldilmədə nöqsanın əmələ kəlməsinin qarşısını almaq. Xam-ipək kələflərin təmizliyinə baxmaq. Düzəldilmiş iplik kələflərini bürmələmək, xam-ipək kələflərini yumaqlanaq və onları yumaqlana maşınında tikmək, onları qoyulmuş yerə daşımaq. Düzəldilmiş parça ya kətanı, toxunmayan kətanı, yumaqları qablara yığmaq. Nöqsanlı məhsulu sarınmağa qaytarmaq.

Bilməlidir. Xidmət edilən maşının quruluşunu və ona qulluq edilməsi qaydasını. İşlədilən parça, iplik kətanın çeşidini, rəngini; xam-ipəyin rəng çalarlarını, iplik və xam-ipək kələflərin düzəldilməsi (hamarlanması) qaydasını, düzəldilmə (hamarlanma) İşinin keyfiyyətinə təqdim edilən tələbləri; xam-ipək kələflərinin yumaqlana qaydasını.

56. Düzəldici. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə təbii ipək kələflərinin düzəldilməsi (hamarlanması). Müvafiq olaraq düzəldilmə (hamarlana) qaydası ilə parçanın ya kətanın bağ, qaytan düzəldicidə düzəldilməsi. Məhsulun kələflərinin partiyaya və başqa əlamətlərə görə seçilməsi. Parça ya kətanın tikilməsi, onların maşına yüklənməsi. Düzəldilmənin gedişi və keyfiyyətini müşahidə etməli. Bağ, qaytan düzəldicinin təmizlənməsi və yağlanması.

Bilməlidir. Bağ, qaytan düzəldicinin quruluşunu, düzəldilməyə daxil olan parçanın və kətanın çeşidini, təbii ipək kələflərinin parça ya kətanın düzəldilmə (hamarlanması) qaydasını.

57. Düyünləyən maşının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında düyünləyən maşında tikiş saplarının, əriş saplarının düyünlənməsi əməliyyatının aparılması. Ərİşin düyünlənməyə hazırlanmasının yerinə yetirilməsinin düzgünlüyünün yoxlanılması. Düyünləyəm maşının qurulması və işə buraxılması. Düyünləyən karetanın mexanizmlərinin İşinin, düyünləmənin və növbəti sapların seçilməsinin düzgünlüyünün müşahidə olunması və təhvili. Maşına qulluq edilməsi.

Bilməlidir. Düyünləyən maşınların, toxucu dəzgahlarının, toxunmayan istehsalda maşınların və aqreqatların quruluşunu; emal olunan parçanın çeşidini; hörmənin və ayırmanın növünü.

58. Düyünləyən maşının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Düyünləyən maşında tikiş saplarının, əriş saplarının düyünlənməsi əməliyyatının aparılması. Toxucu dəzgahında və toxunmayan parça, kətan istehsalında avadanlığa ərİşin yüklənməsi, parça zolağının işlənməsi. Dəzgahların, maşınların (aqreqatların) işləyə-işləyə təhvil verilməsi. Düyün bağlanmasının yoxlanması. Daha aşası ixtisaslı operatorların İşinə rəhbərlik edilməsi.

Bilməlidir. Düyünləyən maşınların: toxucu dəzgahların, toxunmayan parça, kətan istehsalında avadanlıqların quruluşunu, istismarı və onlara qulluq etməyin qaydasını; emal olunan parçaların, toxunmayan kətanların yükləmə hesabatını; əsas ipliyin keyfiyyətinə təqdim edilən tələbləri; ipliyin xətti sıxlığından asılı olaraq iynələrin nömrələnməsi.

59. Emulsiyalayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Emulsiyalaşdırma qurğusunun köməyi ilə lentlərin açılıb-bağlanan və darayıcı maşınlarında, ipliyin emulsiya maşınlarında emulsiyalanması. Verilmiş nüsxəyə uyğun emulsiyanın hazırlanması. Emulsiyanın maşının bakına doldurulması. İpliyin maşınların bunkerinə yüklənməsi. İpliyin, lentlərin emulsiyalanmasının müşahidə edilməsi. Emulsiyanın sərfinin qeydiyyatının aparılması. Emulsiyalanmanın keyfiyyətinin yoxlanılması. Sapların, kimyəvi materialların daşınması. Avadanlığa xidmət edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarı qaydasını və onlara qulluq edilməsini; emulsiyanın hazırlanmasının nüsxəsini və qaydalarını; emulsiyalanmanın keyfiyyətinin tələblərini; emulsiyanın və kimyəvi materialların sərfi hesabının aparılması.

60. Enləşdirici avadanlığın operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında enləşdirici və ya arğac-düzəldici maşında parçanın enləşdirilməsi və arğaca görə əyriliyinin düzəldilməsi əməliyyatının aparılması. Parçanın zəyləmə maşından maşının enləşdirici sahəsinə keçməsinin müşahidə edilməsi. Parçanın eninə və onda arğacın vəziyyətinin düzgünlüyünün yoxlanılması. Parçanın iynələrə batırılması. Enləşdirərkən parçada əmələ gəlmiş qüsurların aradan qaldırılması. Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması. Parçanın sonlarının tikilməsi və tikişlərin sökülməsi. Parçanın maşının yanına gətirilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu, istismarını, ona qulluq etmək qaydasını; emal olunan parçanın çeşidini. Dövlət standartlarına görə onların enini.

61. Enləşdirici avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Enləşdirici və ya arğac-düzəldici maşında parçanın enləşdirilməsi və əyriliyinin düzəldilməsi əməliyyatının aparılması. Parçanın maşına yüklənməsi. Parçanın müəyyən olunmuş eninin saxlanması. Parçanın düzgün enləşdirilməsinin, buğaverilməsinin nəmləşdirilməsinin müşahidə edilməsi. Parçanın əyriliyinin aradan qaldırılması. Texnoloji rejim pozulduqda parçanın enləşdirilməsindəki qüsurların aradan qaldırılması. Parçanın sonlarının damğalanması. Müəyyən olunmuş yerə parçanın daşınması. Aşağı ixtisaslı operatorun İşinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismarını və ona qulluq etmək qaydasını; emal edilək parçaların çeşidini; onların Dövlət standartlarına görə enini.

62. Eşmə avadanlığının operatoru 4-cü dərəcə

İşin xüsusiyyəti. Təbii və kimyəvi liflərdən alınan sapların və ipliklərin eşmə maşınlarında eşmə əməliyyatının aparılması. Qablaşdırmanın dəyişdirilməsi. Sapların qırılmasının ləğv edilməsi və texnoloji əməliyyatın fasiləsizliyini, xammala qənaəti və eşmənin keyfiyyətini təmin edən başqa fondların yerinə yetirilməsi. Maşının mexanizmlərinin işinin və vəziyyətinin müşahidə edilməsi. Eşmə əməliyyatının yoxlanılması və yoxlama talonunun doldurulması, yerləşdirilməsi. Daxil olan ipliyin, patronların (içi boş borucuq silindr) və makaraların keyfiyyətinin yoxlanılması. Makaralarda sapların sarınma sıxlığının nizamlanması. Avadanlığın təmirdən qobulunda iştirak edilməsi. Tullantıların yığılması və təhvili. Avadanlığın təmizlənməsi,

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, maşınların mexanizmlərinin İşini və qarşılıqlı hərəkətini, istismarı qaydasını və onlara qulluq etməyi; emal olunan sapların və ipliklərin xassəsini və növünü; tullantıların növünü və normasını; texniki rezin tullantılarından kəndir eşilərkən - 2-ci dərəcə.

63. Əyirici. 3-cü dərəcə

İşin xüsusiyyəti. Pambıqparça, yun kətan (quru əyirmə) ipək və çətənə-cüt istehsalında istifadə olunan mexaniki sıxılmış hava ilə işləyəndən başqa, bütün sistem əyirici maşınlarında daha yüksək ixtisaslı əyiricinin rəhbərliyi altında ipliyin çıxarılması. Növbəti çıxarılma üçün qabların, içi boş boruların, makaraların və kasetlərin hazırlanması. İynələrdən işlənmiş qıçaların, qarqarların, bobinlərin çıxardılması və onların boş borularla, makaralarla, qarqarlarla dəyişdirilməsi və iylərin yüklənməsi. qüsurlu sarınmaların seçilməsi və müəyyən olunmuş qaydada təhvil verilməsi. Çıxarılmış qıçaların və bobinlərin qablara və ya nəqlediciyə yüklənməsi. Hesab talonlarının çıxarılması. Maşını işə salarkən əmələ gələn qırılmaların aradan qaldırılması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu və onlara qulluq qaydalarını; istehsal olunan ipliyin növünü və xətti sıxlığını. Qıçalara və qarqarlara sarınmış ipliyin keyfiyyətinə təqdim edilən tələbləri. Çıxarılma işinin vaxt davamiyyətini. Çıxımın çıxarılma qaydalarını.

64. Əyirici. 4-cü dərəcə

İşin xüsusiyyəti. Daraqlı-əyirici maşınlarında çətənə-cüt ipliklərinin istehsal edilməsi. Yüksək ixtisaslı əyiricilərin rəhbərliyi ilə mexaniki sıxılmış hava ilə işləyən əyirici maşınlarından pambıq ipliklərinin çıxarılması. Xammal sərfinə qənaət etməklə yüksək keyfiyyətli iplik istehsalı üçün texnoloji əməliyyatın normal gedişinin təmin edilməsi; zəif əyrilmiş iplik sarınmış bobinlərin, lentli teştlərin dəyişdirilməsi və hazırlanması. Lentlərin yüklənməsi. Bobinlərə sarınış ipliklərin çıxardılması; lentlərin, ipliklərin qırılmalarının aradan qaldırılması, bobinlərin növbəli çıxardılmasının yayılmalarının tənzimlənməsi. Lentlərin bərabər çıxımını və boş teştlərin dolusu ilə dəyişdirilməsini təmin etməli. İplik və lent qırılmalarının, qüsurlarının qarşısını almaq üçün profilaktiki işlərin yerinə yetirilməsi. Zəif əyrilmiş ipliyin və lentin keyfiyyətsiz hissələrinin açılması. Daxil olan lentin keyfiyyətinin yoxlanılması. İstehsal olunan ipliyin keyfiyyətini yoxlama. Lent ilə dolu teştlərin müəyyən olunmuş yerə daşınması. İylərin işləmə vəziyyətinin və onların fırlanma hərəkətinin müşahidə edilməsi. Azad olunmuş qarqarların təmizlənməsi və çıxımı götürmək üçün qabların hazırlanması. İşlənmiş çıxımın təhvil verilməsi. Avadanlığa qulluq.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydalarını, onların əsas mexanizm və hissələrinin qarşılıqlı hərəkətini; avadanlığa qulluğun cədvəlini və qaydasını; ipliyin, lentin, zəif əyrilmiş ipliyin keyfiyyətinə təqdim edilən tələbləri. Maşının işə sapınması qaydasını. İpliyin növünü və normasını.

65. Əyirici. 5-ci dərəcə

İşin xüsusiyyəti. Əyirici, əyirici-burucu və zəif əyrilmiş iplik maşınlarında iplik istehsalı və işlənmİşin çıxarılması. Maşının bütün əsas mexanizmlərinin və işçi orqanlarının vəziyyətini və işini, ipliyin düzgün sarınmasını və əyrilmə əməliyyatının gedİşinin müşahidə edilməsi; lent, zəif əyrilmiş iplik qırılmalarının aradan qaldırılması; bobinlərin, qıçaların işlənmənin çıxarılması, ipliklə birlikdə, zəif əyrilmiş ipliklə birlikdə bobinlərin, lent doldurulmuş teştlərin dəyişdirilməsi. Sıradan çıxmış xırda hissələrin (qaçağanların, valların, başlıqların) dəyişdirilməsi. Çıxarılmanın hesabına görə ilkin sənədin doldurulması. İplik istehsalında texnoloji əməliyyatların normal gedişini təklin etmək üçün işçi fəndlərin yerinə yetirilməsi. Maşının müəyyən olunmuş xidmət marşrutuna riayət edilməsi. Çıxımın götürülməsi üçün işin təşkili. İşlənmiş çıxımın götürülməsində və maşının yüklənəsində iştirak etmək. İylərə içi boş boruların, qarqarların düzgün oturdulmasını yoxlamaq. Təmirdən sonra maşının qəbul edilməsində iştirak edilməsi, təmizləmədən sonra maşının qəbul edilməsi. Çıxarmanın yayılmasının tənzimlənməsi. Tullantıların növlərə görə yığılması və təhvil verilməsi. Maşına qulluq edilməsi. İxtisası nisbətən aşağı olan əyiriciyə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət etdi)i maşınların quruluşunu, istismar qaydalarını və onlara qulluq edilməsini; lentin, zəif əyrilmiş ipliyin və ipliklərin xətti sıxlıqlarını; xammalın, köməkçi materialların sərfi normasını; lentin, zəif ipliyin və ipliyin qarqarların, içi boş boruların, makara, qaçağanların keyfiyyətinə təqdim olunan tələbləri. Çıxarma və altıqların yayılması üsullarını; çıxardılmış ipliklərə hesab talonlarının doldurulması qaydasını; çıxarmaların götürülməsi qaydalarını; maşının yüklənməsi və yenidən yüklənməsi.

66. Əriş avadanlığının operatoru 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha Yüksək ixtisaslı operatorun rəhbərliyi altında əriş üçün biçmə saplarının qarqarlarla ərişin hazırlanması, elastiki tesmaların, qaytanların hörülməsi. İpliyin visalara təkrar sarınması əməliyyatının aparılması; doldurucu ilə qaytanların hörülməsi üçün müxtəlif liflərdən qarqarlarla ərişin hazırlanması. İpliklə birlikdə qarqarın və ya makaranın əriş çərçivəsinə qoyulması. Sapların uclarının bağlanması və onların yoxlama-ölçü-dartıcı cihazlarına yüklənməsi. Əriş hazırlananın verilən hesabatına uyğun sapların berdoya, darağa, cərgələrə ayrılması, xüsusi darağa çəkilməsi. İpliyin, əriş hazırlananın keyfiyyətinin, maşınların Yüklənməsinin və təkrar Yüklənməsinin yoxlanması. Əriş saplarının qırılmasının qarşısının alınması. İşlənib qüurtarmış makaraların, qarqarların dəyişdirilməsi, dolu qarqarların çıxarılması, uclarının çıxıntıya bərkidilməsi. Sapların uclarının bağlanması və onların yoxlama-dartıcı cihazlara yüklənməsi. Qaytan maşınına hazırlanarkən hazır ərişin kəsilməsində iştirak edilməsi. Qarqarların, makaraların və visin daşınması və təhvili. Tullantıların yığılması və təhvil verilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan maşının quruluşunu, mexanizmlərin İşini və qarşılıqlı hərəkətini, istismarını və onlara qulluq etmək qaydalarını; əriş hazırlananın hesabatını; ipliyin çeşidini, ipliyin, ərişin, çıxıntının əriş hazırlanması keyfiyyətinə təqdim edilən tələbləri; ipliyin xassəsini, xətti sıxlığını; hesabatına uyğun sapların ayrılmasının qaydasını, maşının yüklənməsi və düyün vurmanın qaydasını; yükləməyə uyğun visdə sapların sayını; maşının Yüklənməsinə uyğun qarqarların, makaraların taxılması qaydasını.

67. Əriş avadanlığının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Toxunmayan kətan, trikotaj istehsalında qaytan istehsalı üçün əriş maşınlarında ipliyin əriş hazırlanması əməliyyatının aparılması; litrəli texniki mahud üçün sığallı ərişlə yüklənmə; xalça istehsalında köklü və döşənəkli ərişlərlə; verilən hesabata uyğun kiçik navoylarda əriş hazırlanması və dəstə-dəstə əriş hazırlanması; kəndir-cüt istehsalında sapların vislərə təkrar sarınması. Qarqarların, makaraların taxılması və dəyişdirilməsi; yükləmə hesabına uyğun sapların darağa ayrılması. Sena qaytanının, çöpün salınması. İpliyin bağlanması və onun barabana bərkidilməsi. Valların və navoyların (üzərinə əriş sarınan valların) ərişin uclarının əriş valına yüklənməsi, sayğacın verilən uzunluğa qurulması. Sapların, ipliklərin qırılmasının aradan qaldırılması və xammala qənaət edilməsini və texnoloji qaydanın düzgünlüyünü təmin edən digər işçi fəndlərin yerinə Yetirilməsi. Sayğacda ərİşin uzunluğunun sarınmanın düzlüyünün müşahidə edilməsi. Dartıcı qurğuların, özüdayandıranların və digər qurğuların vəziyyətinin yoxlanması. Tutacağın yerdəyişməsi, ərişin qovulması və dolanması, maşınlara əriş vallarının yerləşdirilməsi, əriş saplarının uclarının bərkidilməsi və hazırlanan valın, visin çıxardılması. Naxışlara görə sapların sayını, dartılmanın bərabərliyini və valda sapların paylanmasının yoxlanması; altlıqda verilən uzunluqda əriş hazırlanmasına və sapların sayına riayət edilməsi. Hazırlanmış ərişin kəsilməsi və navoyun çıxardılması. Tullantıların yığılması və nəql edilməsi, təhvil verilməsi. Maşının təmirdən qəbulunda iştirak edilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Qulluq edilən maşının quruluşunu; istismarı qadasını və onlara qulluq etməyi; əriş hazırlananın hesabatını; sapların dartılmasının böyüklüyünü və onun nizamlanması üsullarını; əriş hazırlananın yükləmə hesabatını; sapın qalınlığına və keyfiyyətinə təqdim edilən tələbləri.

68. Əriş avadanlığının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli əriş maşınlarında doldurulmuş maner yüklədici ərişlərin xovlu və güllü xalça istehsalında, texniki parçaların və mahudların, aksiminter xalçaların, rəngli və ya əriş hazırlana ilə hamarsaya, naxışlıq, kisəlik üçün, bükmək və qablaşdırma üçün parçaların astar, şəbəkə və qaytan üçün; şüşə saplar, məftillər, cüt sapı və yüksək xətti sıxlığı kapron saplarının tətbiq edilməsi ilə alınan texniki lent üçün; milli ipək parçalar üçün libitlər; elastomer saplar və dövrəsi sarınmış elastomer sapları istehsal etmək üçün sapların (iplərin) əriş Hazırlanması əməliyyatının aparılması. Lentli əriş hazırlanması. Altlıqların yığılması, məmulatların naxışlarının rapportuna və yükləyici xəritəyə uyğun sapların daraqda ayrılması. Yükləyici naxışa uyğun makaraların makara şpulyığana yığılması, sapların əriş maşınına yüklənməsi. Sapların qırılmasının ləğv edilməsi; hazırlanmış əriş vallarının çıxardılması; libitlərin ərişə komplektləşdirilməsi; sapların dartılmasının və istiqamətləndirilməsinin nizamlanması və onların əriş valının eni boyunca düzülməsi. Rəngli ərişlə və əriş hazırlama və işlədikdə əriş rapportuna riayət edilməsi. Proqramlı və elektron makara yerləşdirənlə işlədikdə maşının işçi üzvlərindən makara yerləşdirilmiş seksiyaların daxil edilməsi və çıxardılması. Navoyun (üzərinə əriş salınmaş valın) damğalanması. Ərişlərə görə rənglərin və sapların sayının və keyfiyyətinin, sapların vala və lentlərin barabana bərabər miqdarda bölünməsinin yoxlanması. Lentli əriş maşınlarında ərİşin barabandan navoya təkrar sarınması. Lentlərin sarınmalarının düzgünlüyünün yoxlanılması. Ərİşin qovulması və sarınması, əriş vallarının yerləşdirilməsi. Ərişin sarınmasının keyfiyyətinin yoxlanılması. Sapların çəkisinə görə təhvil verilməsi. Hazırlanmış ərişin kəsilməsi. Sepli qaytanın vaxtında salınması. Tullantıların yığılması və təhvili. Avadanlığın təmirdən sonra qəbulunda iştirak edilməsi. Avadanlığa qulluq edilməsi və sürtünən səthlərin yağlanması. Daha aşağı ixtisaslı operatorların İşinə rəhbərlik edilməsi.

Bilməlidir. Müxtəlif sistemli maşınların quruluşunu, ayrı»ayrı mexanizmlərin İşini və qarşılıqlı hərəkətini, istismarı və onlara qulluq etməyi, emal edilən ipliyin liflərin növünü, xassəsini, xətti sıxlığını, onların keyfiyyətə təqdim edilən tələbləri; əriş hazırlama rappotunu; lentin yerləşdirilməsini və sena qaytanlarının salınmasını; əriş hazırlamanın texnoloji hesabatını və naxışın manerini; sapların dartılmasının böyüklüyünü və onun nizamlanması üsullarını; sapların özüsaxlayan cihaza və berdonun dİşinə ötürülməsi qaydasını; yükləmə xəritəsindən istifadə qaydasını; tullantıların növlərini və normalarını; milli parçaların ərişlərinin limitlənməsi keyfiyyətinə təqdim edilən tələbləri.

69. Əriş eşək. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə əriş saplarının toxucu dəzgahlarında, köbəli ərişlərin — toxunmayan istehsalat avadanlığında eşilib bağlanması və ya bağlanmaması. Ərişlərin sarğısının və bağlanmasının açılması. Ərşin sonunun düzəldilməsi. Sena çubuqlarının qoyulması. Əriş saplarının yerləşməsinin paralelliyinə və onun bərabər ölçüdə dartılmasına əməl edilməsi. Əriş saplarının lameldən, remizlərdən, berdodan keçirildilməsi. Tullantıların təhvili.

Bilməlidir. Sapları eşib bağlanmağın və bağlamağın fəndlərini; ipliyin əsas xassələrini və onun xətti sıxlığını; əriş saplarının yüklənməsi qaydasını.

70. Zəif əyrilmiş iplik avadanlığının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında maşınların zəif əyrilmiş iplik istehsalı əməliyyatının aparılması, çıxımın çıxarılması. Lent maşının son keçidindən lentin qəbul edilməsi. Lent ilə dolu teştlərin zəif əyrilmiş iplik maşınlarının yanına qoyulması və lentin maşına yüklənməsi. Lentin maşına düzgün və fasiləsiz daxil olmasını və istehsal olunan zəif əyrilmiş ipliyin təmin edilməsi. Maşının daraqlarından lentin düzgün keçməsinin müşahidə edilməsi. Lent və zəif əyrilmiş ipliyin qırılmalarının ləğv edilməsi. Maşının çıxımı çıxarmağa hazırlanması. Çıxımın çıxarılması və yüklənməsi. Tullantıların Yığılması və təhvil verilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan maşının quruluşunu, istismarı qaydasını, lentin yükləmə qaydasını; zəif əyrilmiş ipliyin xətti sıxlığını; çıxımın çıxarılması və yüklənməsi fəndlərini. Avadanlığa qulluq qaydasını.

71. Zəif əyrilmiş iplik avadanlığının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Maşınlarda zəif əyrilmiş iplik istehsalı əməliyyatının aparılması. İpliyin qarqarlarla yüklənməsi. Lentlə birlikdə teştlərin, iplik sarınmış qarqarların dəyişdirilməsi, altlıqların yayılması, ipliyin və lentin qırılmasının aradan qaldırılması. Buraxılmış qalınlaşmış və nazilmiş yerlərin təmizlənməsi. Daraqlı sahənin normal vəziyyətini, maşının daraqlarından lentin düzgün keçməsini, zəif əyrilmiş ipliyin qarqarlara sarınmasını, dartıcı aparatın vəziyyətini və işini müşahidə etmək. Çıxımın götürülməsi və yüklənməsi. Yeyilmiş hissələrin və qurğuların dəyişdirilməsi. İplik salınmş qarqarların yerləşdirilməsi. Maşının təmirdən sonra qəbulunda iştirak etmək. Müəyyən olunmuş cədvəl üzrə maşına qulluq. İxtisası aşağı olan operatorların İşinə rəhbərlik. Tullantıların yığılması və təhvil verilməsi.

Bilməlidir. Maşının quruluşunu. və istismar qaydalarını, onların əsas mexanizmlərlə qarşılıqlı hərəkətlərini, avadanlığa qulluq cədvəlini, zəif əyrilmiş ipliyin növünü, xətt sıxlığını, lentanın, zəif əyrilmiş illiyin və sarınmanın keyfiyyətinə təqdim edilən. tələbləri. Qarqarların, daraqların, sancaqların, haçaların və sıxıcı valların keyfiyyətinə təqdim edilən tələbləri. Tullantıların növünü, normasını və onları azaltmaq tədbirlərini; altlıqların yayılması üsullarını; avadanlığa qulluq cədvəlini.

72. Zəyləmə aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Zəyləmə maşınında parçanın, toxunmamış kətanın kimyəvi məhlulla hopdurulması əməliyyatının aparılması. Parçanın və kətanın maşına yüklənməsi, uclarının tikilməsi. Məhlulun hazırlanması, vannanın məhlul və su ilə doldurulması. Məhlulun lazımi istiliyə qədər qızdırılması. Zəyləmədə hopdurma, sıxma, qurutma əməliyyatının və parçanın, toxunmamış kətanın hərəkətinin müşahidə edilməsi. Vaxtaşırı parçanın hopdurulmasının keyfiyyətini və sıxılmasının yoxlanılması. Vannanın yuyulması. Laboratoriya sınaqlarının aparılması üçük nümunələrin kəsilməsi. Parçanın, kətanın və məmulatın damğalanması, müəyyən olunmuş yerə daşınması. Yükləyici diyircəklərin yoxlanması.

Bilməlidir. Xidmət etdiyi maşının, təmizləyici qurğuların və yoxlama-ölçü cihazlarının quruluşunu və təyinatını, istismar qaydasını və onlara qulluq etməyi; parçanın, toxunmamış kətanın, kimyəvi materialların çeşidini və onların xassəsini; hopdurulmanın və qurudulmanın qaydalarını; parçanın və toxunmamış kətanın sıxıldıqdan sonra nəmliyini; parçanın, kətanın keyfiyyətinə təqdim edilən tələbləri; məhlulun hazırlanma üsullarını.

73. Zəyləmə aparatçısı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Uzlaşdırılmış plitə-hava-quruducusu və ya quruducu barabanla zəyləmədə, parçanın, kətanın kimyəvi məhlulla hopdurulması əməliyyatının aparılması. Zəyləmədə və qurudulmada parçanın, kətanın hərəkətinin, məhlulun və suyun qatılığının, istiliyinin səviyyəsinin müşahidə edilməsi. Vaxtaşırı hopdurulmanın keyfiyyətinin, parçanın qaydasının və qurudulmasının yoxlanılması. Parçaya baxış. Müəyyən olunmuş qaydaya uyğun quruducuları qızdırmaqla qurutma əməliyyatının aparılması.

Bilməlidir. Xidmət edilən avadanlığın, yoxlama-ölçü cihazların quruluşunu, təyinatını, istismar qaydasını və onlara qulluq edilməsini; parçanın, kətanın çeşidini, istifadə olunan kimyəvi materialların xassəsini; parçanın hopdurulma və qurutma qaydasını; hopdurulmanın keyfiyyətinə təqdim edilən tələbləri; buxarötürücüdən istifadə qaydasını.

74. İyləri yoxlayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Əyirici və burucu maşınlarında iylərin daha yüksək ixtisaslı iy yoxlayıcının rəhbərliyi altında yoxlanılması. İylərin sarınmasından təmizlənməsi, qıçaların və həlqəli plankanın çıxarılması. İylərin, yuva və oymaqların (vtulkaların) təmizlənməsi və çıxardılması. İşlənmiş yağların çəkilməsi və yuvalara təzə yağın tökülməsi. Həlqəli plankanın, dayaqların, həlqələrin, ayırıcıların təmizlənməsi, silinməsi və onların maşına quraşdırılması. Özüyağlayan həlqənin işlənmiş fitilinin çıxardılması və təzə fitillərin salınması. Tesma dartıcı diyircəklərin yoxlanması və təmizlənməsi. Şablon və şaqulun köməyi ilə sapkeçiricilərin qurulması. Maşınların yüklənməsində və onun işə buraxılmasında iştirak edilməsi. Tullantıların yığılması və daşınması.

Bilməlidir. Xidmət etdiyi maşın və iylərin quruluşunu və konstruksiyasını; istismar qaydalarını və avadanlığa qulluq edilməsini. İylərə yağ tökülməsi İşinin yerinə yetirilməsi üsullarını; iylərin, tesmaların dartıcı diyircəklərinin yoxlanılması və sapkeçiricilərin qurulması; iylərə tökülərkən yağların növlərini, yağın keyfiyyətinə təqdim edilən tələbləri,

75. İyləri yoxlayan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Əyirici və burucu maşınlarında iylərin yoxlanılması. İş üçün maşının quraşdırılması, Şablon və şaqulun köməyi ilə sapkeçiricilərin qurulması və iylərin yoxlanılması. Maşının iylərinin tökülməsi və yoxlanılması işi qurtardıqdan sonra usta köməkçisinə təhvil verilməsi. İxtisası nisbətən aşağı olan yoxlayıcının İşinə rəhbərlik.

Bilməlidir. İylərin yoxlanılması və tökülməsi qaydalarını və cədvəllərini; iylərin tökülməsi İşini yerinə yetirmək qanununun təlimatını; tesma dartıcı diyircəklərin və iylərin Yoxlanılması, sap gəzdiricilərin qurulması; iy yoxlayıcıların İşinin təşkili qaydasını.

76. İynə-platin məmulatları tökən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Hörücü maşınlara iynə-platin məmulatları ilə birlikdə plitələri hazırlanaq üçün ərinmiş metalın (qurğuşunun babbitlə ərintisi) əl ilə formalara, qəliblərə tökülməsi. Metal ərintisi üçün komponentlərin (tərkiblərin) hazırlanması. Tigel sobasının işə buraxılması və dayandırılması. Tökülmüş iynə-platin məmulatlarını quraşdırmaq üçün işçi alətin və qabın hazırlanması. İynənin və platinin alınması və onların benzində yuyulması. Əl ilə iynənin və platinin seçilməsi və presformaya qoyulması. Onların mailliyinin üfüqi xətt üzrə və oturma dərinliyinə görə yoxlanılması və düzəldilməsi. Əl ilə doldurucu qaşıqla ərinmiş metalın hissələrlə birlikdə formaya tökülməsi. Kəsici dəzgahda plitənin yanında novun təmizlənməsi. Texnoloji tələblərə (iynənin addımını və iynənin hündürlüyünü) riayət etməklə iynələrlə birlikdə soyumuş plitənin şablona yığılması və onların düzəldilməsi. Tökmənin keyfiyyətinin yoxlanılması. Müəyyən olunmuş qaydada hazır iynə-platin məmulatların qaba yerləşdirilməsi. İynə-platin məmulatlarının "Kokket" sistemli sürətlə işləyən "Vertelka" əriştoxuyan maşınında hazırlanmasında — hissələrin (platin, qarmaqlı iynə) qalaylanması; ərinmiş kanifola, metal ərintisinə batırılması və onların benzində yuyulması və silinməsi. İstifadə olunmuş iynələrlə qaytarılmış plitələrin və metal qalıqlarının yenidən əridilməsi. Təkrar istifadəyə yararlı olan iynələrin seçilməsi.

Bilməlidir. Tigel sobasının, kəsici dəzgahın və presformanın quruluşunu, ərintinin tərkibini və ərintidə komponentlərim (tərkiblərin) xüsusi çəkisini, tökmənin texnoloji və istilik qaydasını, maşının sinfini və iynə-platin məmulatın pozisiyasını; iynənin, platinin və hazırlanan iynə-platin məmulatın keyfiyyətinə təqdim edilən tələbləri.

77. İpliyi paylayan operator. 3-cü dərəcə

İşin xüsusiyyəti. Qablaşdırmanın ölçüsünə və sapların. xətti sıxlığına uyğun sarıyıcı, eşmə maşınlarının bunkerlərinə idarəedicidən (pultdan) ipliyin bölüşdürülməsi əməliyyatının aparılması, parçanın artikuluna uyğun və onların işlənib qurtardığına görə ərişin toxucu dəzgahlarına bölüşdürülməsi. Ərişi saxlanaq üçün mexanikləşdirilmiş qəfəsin idarəedicidə (pultda) maqnetonun işə buraxılması. Konveyerin, özü yükləyib boşaldan maşının müşahidə edilməsi. Çıxarma vaxtı sarınmanın doluluğunun, qəfəsdən ərişin düzgün çıxarılmasının və müəyyən olunmuş yerə göndərmək üçün ərişin qəfəsdə seçilməsinin yoxlanması. Hazır olan ərişin, əriş vallarının (yastıqlarının) hesabının aparılması. Qəza hallarında konveyerin dayandırılması, konveyerin qırılması haqqında idarəedicinin (pultun) mexanikləşdirilmiş qəfəsin işindəki nasazlıqlar barədə növbətçiyə məlumat verilməsi, İdarəedicinin (pultun), mexanikləşdirilmiş qəfəslərin İşinin yoxlanılması.

Bilməlidir. İdarəedicınin (pultun), mexanikləşdirilmiş qəfəslərin quruluşunu, istismarı və onlara qulpuq etməyin qaydasını; maqnetonun işə salınması qaydasını; ipliyin bunkerlərə yüklənməsini; ipliyin xətti sıxlığını; istehsal olan parçaların artikulunu, partiyalardakı əriş vallarının sayını; xətti sıxlığına görə ipliyin yenidən yüklənməsini; qablaşdırmanın ölçüsünü; göndərilən yarımfabrikatların hesaba alınması qaydasını; konveyerin və mexanikləşdirilmiş qəfəsin qəza və ya sıradan çıxması haqqında növbətçini xəbərdarlıq etməyin qaydasını.

78. İpliyi, parça və məmulatları komplektləşdirən. 1-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə iplik kələflərinin yumağa bükülməsi və komplektləşdirilməsi; iplik kələfələrin, yumaqların və ya lastiklərin müəyyən olunmuş çəki və uzunluqda lülə tesma ilə zəncirə bağlanması. Kələf və yumaq bağlamalarını yoxlamaq və bağlana qüsurlarını düzəltmə. Kələflərin qarmaqdan və ya başqa yerdən asılması və onların düzəldilməsi. Keyfiyyətsiz iplik və ya lastik kələflərin xarici görünüşünə görə seçilməsi. Müəyyən olunmuş qaydada seçilmiş xarab məhsulların təhvil verilməsi. Müəyyən olunmuş miqdarda kələflərin hesablanıb ayrılması, çıxarılması və onların yumaqla bükülməsi. Yumaqların qablara yerləşdirilməsi.

Bilməlidir. İpliyin və sapın xətti sıxlığını və növünü; ipliyin, lastiklərin və tesmaların xarici qüsurlarını; ipliyin və salın xətti sıxlığından asılı olaraq kələflərin miqdarına görə yumağın seçilmə qaydasını; bağlamağın və sarımanın qaydasını.

79. İpliyi, parça və məmulatları komplektləşdirən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Qüvvədə olan qaydada və müəyyən olunmuş əlamətlərinə görə illik partiyasının, torların, xam parçanın, kətanların, qarniturların (köməkçi materialların), buğa verilmiş keçə ayaqqabılarım, keçələrin və keçə dairələrinin, keçə ayaqqabılar üçün qəliblərin, toxunmayan materialların, corab, qısa corab və əlcək məmulatlarının daha yüksək ixtisaslı komplektləşdiricinin rəhbərliyi altında sonrakı emal üçün komplektləşdirilməsi, Torların çəkilməsi. Məhsulun nəql edilməsi, furniturların seçilməsi. Elastik lentin furnitura geydirilməsi. Parçanın üz tərəfinin arabacığa və ya masaya, kəsiklərin sonunu tikmək üçün çıxarıb atmaqla sərilməsi. Lent və iplik kələflərin silkələnməsi və açılması. Qəliblərin ölçüsünə və yeyilmə dərəcəsinə görə yoxlanılması, Torların fasiləsiz bağla bağlanması..Hər bir kəsiyin üz tərəfdən hər iki ucunun damğalanması və komplektləşdirilmiş məhsulun hesabının aparılması. Parçanın və kətanın uclarının tikilməsi. Sənədlərin rəsmiləşdirilməsi.

Bilməlidir. İstehsal olunan parçaların, ipliyin, torların, kətanların, furniturların çeşidini, partiyaların seçilməsi və komplektləşdirilməsi qaydasını; sənədlərin rəsmiləşdirmə qaydasını; lentin. furnitura geydirilmə qaydasını.

80. İpliyi, parça və məmulatları komplektləşdirən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Hazır parçanın, toxunmayan materialların, kətanların, lentlərin, tesmaların, qaytanların, baş geyimlərinin keçə hissələrinin, keçələrin və başqa məmulatların çeşidini, ölçüsünü, rənginə görə qablaşdırmaq və göndərmək üçün əl ilə cütləşdirməklə seçilməsi və komplektləşdirilməsi. Hazır məhsulun daşınması. Seçilmiş partiyaların qəfəsin gözünə yığılması. Müşayiətçi sənədlərin tutuşdurulması, kəsiklərin siyahıya alınması, hesabat işlərinin aparılması. Aşağı ixtisaslı komplektləşdirənin işinə rəhbərlik edilməsi.

Bilməlidir. İstehsal olunan parçaların, kətanların çeşidini, naxışını, emal olunmuş növlərini və hopdurulmasını; məmulatın çeşidini.

81. İpliyi, parça və məmulatları komplektləşdirək. 4-cü dərəcə

İşin xüsusiyyəti. Xalçanın verilmiş çeşidi üçün ipliyin rənginə, çalarlarına və digər əlamətlərinə görə komplektləşdirilməsi. Xalçanın naxışlarının və rəng qoşmasının ümumi kompozisiyasını pozmamaq şərti ilə bir rəngli və çalarlı ipliyin digər rəng və çalarlı ipliklə sərbəst dəyişdirilməsi. Qoyulmuş qaydada ipliyin komplektləşdirmə hesabatının aparılması.

Bilməlidir. Xalçanın çeşidini və onların texniki naxışlarını; xalçanın naxışlarının ümumi kompozisiyasını; bir rəngin digər rənglə dəyişdirilməsi imkanının variantını; ipliyin komplektləşdirmə hesabatının aparılması qaydasını.

82. İpliyi termorelaksasiya edən aparatçı. 3-cü dərəcə

İşim xüsusiyyəti. İpliyi yüksək təzyiqlə və vakuumda işləyən avtoklavda termorelaksasiya əməliyyatının aparılması. Qıçalarla dolu qutuların yüklənməsi və boşaldılması. Yoxlama-ölçü cihazlarının göstəricilərinə görə termorelaksasiya əməliyyatının tənzimlənməsi. Tənzimləyici qurğuların və mexanizmlərin sazlığının müşahidə edilməsi, aparatın ayrı-ayrı hissələrində sazlama və kiçik təmirin aparılması. Avadanlığa qulluq edilməsi. Aparatın işinin jurnala qeyd edilməsi.

Bilməlidir. Aparatın quruluşunu, istismar qaydasını və ona qulluq etməyi; təzyiq altındakı qablarla davranmağın qaydasını və yoxlama-ölçü cihazlarından istifadə; termorelaksasiya qaydasını.

83. Yandırmaqla naxış açan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı naxış açanın rəhbərliyi altında iri konturlu naxışların yandırıcı maşında əlaltı basmaqla ağac üzərində yandırmaqla açılması. Maşının işə hazırlanması. Metalın əridilməsi. Ülgünün tökülməsi, əlaltı basma üsulu ilə növbəti gülün hazırlanması üçün məmulatın qəlibdən çıxardılması və təmizlənməsi. Lazımi alətlərin hazırlanması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Yandırıcı maşında və metal əridən qurğuda işin qaydasını və quruluşunu; iri konturlu naxışların yandırılmasının texnoloji əməliyyatını, metalın əritmə üsullarını, ülgünün tökülməsi qaydasını; ülgünün keyfiyyətinə təqdim edilən tələbləri.

84. Yandırmaqla naxış açan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yandıran maşında naxışın qarışmış konturunun ağac üzərində açılması. Maşının işə hazırlanması. Metalın əridilməsi. Lekalın tökülməsi, əlaltı basma üsulu ilə növbəti gülün hazırlanması üçün məmulatın qəlibdən çıxardılması və təmizlənməsi. Ülgünün keyfiyyətinin yoxlanılması. Lazımi alətlərin hazırlanması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Yandırıcı maşında və metal əridən qurğuda işin qaydasını və quruluşunu; iri konturlu naxışların Yandırılmasının texnoloji əməliyyatını, metalın əridilmə üsullarını; ülgünün tökülmə qaydasını; tökülmədə işlədilən metalların tərkibini və miqdarını; lekalın keyfiyyətinə təqdim edilən tələbləri.

85. Yandırmaqla naxış açan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yandırıcı maşında kiçik naxışların və türk konturların ağac üzərində yandırılması. Maşının işə hazırlanması. Ülgünün tökülməsi, əlaltı basma üsulu ipə növbəti külün hazırlanması üçün məmulatın qəlibdən çıxardılması və təmizlənməsi. Ülgünün keyfiyyətinin yoxlanılması. Lazımi alətlərin hazırlanması. Avadanlığa qulluq edilməsi. Aşağı ixtisaslı yandırıcıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Yandırıcı maşında və metal əridən qurğuda işin qaydasını və quruluşunu; kiçik və türk konturlu çox mürəkkəb naxışların yandırılmasının texnoloji əməliyyatını; metaləritmə üsullarını; ülgünün tökülməsi qaydasını; tökmədə işlədilən metalların miqdarını və tərkibini; ülgünün keyfiyyətnə təqdim edilən tələbləri.

86. Yaş malı və ipliyi əl ilə seçib yerləşdirən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Lazımi sıxlıqda ilmə əmələ gəlməməklə yaş ipliyin, parçaların, toxunmayan kətanın əl ilə qazanlara, böyük qablara, vannalara, aparatlara, arabacıqlara və qutulara bərabər ölçüdə yerləşdirilməsi. Tikiş yeri zəif, cırılmış və çirkli yerləri olan parçanı arabacığın yanına yerləşdirməli. Qüsurlu yumağın seçilməsi, açılması. Parçanın yüklənməsində və təkrar yüklənməsində iştirak edilməsi. Emal olunduqdan sonra ipliyin seçilməsi və onların yuyulması. Yumağın burulması və onların yerləşdirilməsi, Qırılmanın aradan qaldırılması. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Parçaların, toxunmayan ketanın çeşidini, ipliyin xətti sıxlığını; qazanlardan, böyük qablardan, aparatlardan, vannalardan çıxardılan ipliyin, parçaların və toxunmayan kotanın seçilməsi və yerləşdirilməsi qaydasını. Məhsulun emal olunmasında texnoloji qaydanı.

87. Yuyucu avadanlığın operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş texnoloji qaydaya uyğun daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yuyucu maşınlarda, aparatlarda, aqreqatlarda, müxtəlif sistemli axın xətlərində müəyyən olunmuş texnoloji üsullara uyğun parçaların, kotanların və məmulatların yuyulması əməliyyatının aparılması. İpliyin, baş geyimlərinin, dərilərin yuyucu barkalarda, müxtəlif sistemli maşınlarda yuyulması. Parçadakı çirklənmiş yerlərin yuyucu və ya paltaryuyan maşınlarda Yuyularaq təmizlənməsi. Müəyyən olunmuş nüsxəyə uyğun yuyucu məhlulun hazırlanması. Maşında və ya əl ilə fasiləsiz kotan alınması üçün parçanın tikilməsi, yuyulduqdan sonra tikişin sökülməsi. Qalıq nəmliyin tələb olunan dərəcəyə qədər dorinin qurudulması. Yığılmış və kobud ətli dərilərin hamarlanması. Quruluğuna və çirklilik dərəcələrinə görə dərilərin növlərə ayrılması. Emal olunacaq məhsulun iş yerinə gətirilməsi. Yuyucu məhlulun hazırlanması. Maşınların, qutuların, barabanların soyuq su və yuyucu məhlulla doldurulması və onların lazımi istiliyə qədər qızdırılması. Məhlulun səviyyəsinin müşahidə edilməsi. Mexanizmlərin işinin, istiliyinin və yuyumu məhlulun qatılığının nizamlanması. Yuyulmadan sonra kəsilməsi və hamarlanması Parçanın yuyulmasının keyfiyyətinin yoxlanılması, yuyulmadan sonra çıxardılması, sıxılması və müəyyən olunmuş yerə nəql edilməsi. Suyun və yuyucu məhlulun dəyişdirilməsi. İşçi məhluldan onların qatılığını yoxlamaq üçün sınaq götürülməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu; iş prinsipini, istismarı və qulluq etmək qaydasını; yuyulan ipliyin qaydasını; yuyulan ipliyin, baş geyimlərinin, parçaların, kotanların, məmulatların çeşidini; dərinin növünü; parçanın, kətanın tikilməsi qaydasını, dorinin hamarlanması və kəsilməsini; yuyulmanın keyfiyyətinə təqdim edilən tələbləri; yuyucu məhlulun xassəsini, məhlulun hazırlanma üsullarını və kimyəvi materialların sərfi normasını; yuyulmanın və sıxılmanın texnoloji normativ qaydalarını.

88. Yuyucu avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçaların, kotanların və məmulatların maşınlarda, aparatlarda, aqreqatlarda müəyyən olunmuş texnoloji qaydaya uyğun müxtəlif sistemli yuyucu xətlərdə, trikotaj kətanlarının quruducu avadanlıqla uzlaşdırılmış relaksasiyon-yuyucu xətlərdə xüsusi emal və yuyulma əməliyyatının aparılması. Emal olunacaq məhsulun iş yerinə gətirilməsi. Parçaların, kotanların məmulatların müşayiətçi sənədlərə uyğunluğun yoxlanılması. Avadanlığın işə hazırlanması. Məhsulun maşına doldurulması. Parçaların hərəkətinin və dartılmasının müşahidə edilməsi. Vannalarda məhlulun qatılığının, istilik qaydasının, mexanizmlərin və cihazların işinin, yuyulmanın keyfiyyətinin yoxlanılması. Aşağı ixtisaslı operatorların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismarı qaydasını və onlara qulluq etməyi; işçi üzvlərinin təyinatını və qarşılıqlı hərəkətini; yuyulan və emal olunan məhsulun çeşidini; parçaların, trikotaj və toxunmayan kətanların, məmulatların yuyulmasının və xüsusi emalının texnoloji qaydasını, yuyucu məhlulların hazırlanması nüsxəsini; xüsusi emal əməliyyatının aparılması və tənzimlənməsi qaydasını; yuyucu və kimyəvi növünü və sərfi normasını; buxarötürücü ilə davranmamın qaydasını.

89. Yuyucu avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş qaydaya uyğun keçənin maşınlarda, aqreqatlarda, müxtəlif sistemli aparatlarda yuyulması əməliyyatının aparılması. Keçənin maşına yüklənməsi. Nüsxəyə uyğun yuyucu məhlulun hazırlanması. Yuyucu məhlulun tökülməsi; onun səviyyəsinin, istiliyinin və qatılığının saxlanılması. Avadanlığın işinin, tənzimləyici qurğuların, sıxıcı vərdənələrin, yoxlama-ölçü cihazlarının yoxlanılması, yuyulma qaydasına riayət edilməsi. Yuyulmanın keyfiyyətinin yoxlanması. Yuyulmuş keçənin turşuluğunun təyin edilməsi. Köçənin sıxılması.

Bilməlidir. Müxtəlif sistemli yuyucu avadanlığın quruluşunu və istismar qaydasını və onlara qulluq etməyi; yuyulan keçənin çeşidini; keçənin yuyulmasının texnoloji qaydasını; yuyulma əməliyyatının aparılması və tənzimlənməsi qaydasını; keçənin yuyulmasının keyfiyyətinə təqdim edilən tələbləri; yuyucu maddələrin xassəsini və növünü; məhlulun hazırlanması qaydasını; keçənin turşuluğunun təyin etmə üsullarını.

90. Yumşaldıcı-lif-didici maşının operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Pambığın, yunun, tullantıların kətanlı birəməliyyatlı didici, tullantıtəmizləyici, tozçəkən və başqa maşınlarda yumşaldılması və didilməsi əməliyyatımın aparılması. Xammalın maşına yüklənməsi üçün hazırlanması. Xammalın daşınması, onun qidalandırıcı məhəccərə qoyulması. Qarışığın tərkibini bir-biri ilə əvəz etməklə xammalın qidalandırıcı qurğuya yüklənməsi. Maşının işinin, qidalandırıcı qurğunun müşahidə edilməsi. Lifin keyfiyyətinə uyğun döşənəyin böyüklüyünün tənzimlənməsi. Yulşalmanın və didilmənin keyfiyyətinin yoxlanması. Kəndirin, yanlış atılmış, yerə tökülmüş zibilə qatılmış, normal yunun və kənar əşyaların növləşdirilməsi. Kipin, qablamanın açılması. Emal olunmuş xammalın qablaşdırılması və onların müəyyən olunmuş yerə nəql edilməsi. Tullantıların, qabların, qablaşdırma materiallarının yığılması və təhvil verilməsi. Maşınların təmizlənməsi və sürtünən hissələrin yağlanması. Avadanlığa qulluq.

Bilməlidir. Avadanlığın quruluşunu və istismar qaydasını, iş prinsipini və xidmət olunan avadanlığın ayrı-ayrı mexanizmlərinin qarşılıqlı hərəkətini; onlara qulluq etməyi; emal olunan xammalın xarici görünüşü və növünü, qidalandırıcı mühəccərə döşənəyin və ya qidalandırıcı qurğunun yüklənmə normasını; qidalandırma əməliyyatını və xammalın yumşalmasını; emal olunan lifin keyfiyyətinə təqdim edilən tələbləri.

91. Yumşaldıcı-lif-didici maşının operatoru. 3-ci dərəcə

İşin xüsusiyyəti. Şaquli, üfüqi və sorucu yumşaldıcılarda pambığın didilməsi əməliyyatının aparılması. Şaquli yumşaldıcıya xammalın bərabər yükləndirilməsi. Üfüqi və sorucu yumşaldıcıya xammalın düzgün daxil olmasının və maşının bütün üzvlərinin işinin müşahidə edilməsi. Hazırlanmış kətanın üfüqi və ya sorucu yumşaldıcıdan çıxardılması və onların çəkilməsi. Şaquli yumşaldıcıda emal olunan lifin qablaşdırılması. Maşının altından tullantıların çıxardılması. Tulantıların maşının altından uzaqlaşdırılması, yığılması və təhvil verilməsi. Təsdiq olunmuş cədvələ uyğun avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismarı qaydasını və onlara qulluq etməyi; emala daxil olan lifin adını, növünü; lif zolağının, normaya görə çəkisini və ondan buraxıla bilən kənara çıxmanı; lif zolağının çəkisinin düzgün nizamlanması qaydasını; tullantıların növünü və normasını.

92.Yumşaldıcı-lif-didici maşının operatoru. 4-ci dərəcə

İşin xüsusiyyəti. Pambığın didici maşınlarda didilməsi və lif zolağının hazırlanması əməliyyatının aparılması. Texnoloji əməliyatın gedişini müşahidə etmək. Mexanizmi hərəkətə gətirmək üçün ayaq linginin tənzimləyicisinin sazlanması, lif zolağının verilən qalınlığına müvafiq çəkisinin tənzimlənməsi. İşlənmiş lif zolağının əl ilə çıxarılması, lif zolağının avtomat çıxarıcısının müşahidə edilməsi, lif zolağının yüklənməsi. Lif zolaqlarının çəkilməsi. Müşayiətçi talonun qeyd olunub asılması. Lif zolaqlarının konveyerə nəqlediciyə yüklənməsinin müşahidə edilməsi. Tullantıların sıxılmış hava sistemi ilə və ya əl ilə vaxaşırı maşının altından çıxardılması. Tullantıların yığılması və təhvil verilməsi. Avadanlığa qulluq.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydalarını və onlara qulluğu. İşlədilməyə daxil olan çeşidini, tərkibini və adını. Norma üzrə lif zolağının çəkisini və onun buraxıla bilən həddini. Lif zolağının çəkisinin tənzimlənməsi qaydasını və ayaq linginin tənzimləyicisinin sazlama fəndini; görünüşünə və növünə görə tullantıların çıxış normasını.

93. Kalandrcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçanın, trikotaj və toxunmayan kətanın, trikotaj, toxucu-xırdavat məmulatlarının və süni dərinin xüsusi emalı, trikotaj əsasında buğaverən-ütüləyən maşınlarda və müxtəlif kalandrlarda verilən texnoloji qaydalara riayət etməklə nəm-isti emal əməliyyatının aparılması. Avadanlığın işə hazırlanması, parçanın, kətanın, məmulatın nəql edilməsi, parça hissələrinin tikilməsi və onların maşına yüklənməsi. Lifin xassəsindən, parçanın və məmulatın növündən asılı olaraq buxarın verilməsi, qızdırıcı sistemin və nəmləşdirmənin tənzimlənməsi. Müəyyən olunmuş qaydada çıxan parçanın, kətanın və başqa məmulatların keyfiyyətinin vaxtaşırı yoxlanılması və qüsurların aşkar edilməsi. Parçanın, məmulatın sonunun damğalanması. Məhsulun çıxardılması. İsti kamera ilə uzlaşdırılmış kalandra xidmət edərkən isti kameranın istiliyinin müşahidə edilməsi. Qazla işləyən kalandra qulluq edərkən qaz kamerasına verilən qazın və havanın təmizlənməsi və qazın normada yanmasının müşahidə edilməsi. Ölçən maşınla uzlaşdırılmış kalandra xidmət edərkən parçanın ştamplanmasını və enini vaxtaşırı yoxlamaqla ölçən maşına qulluq edilməsi, ölçülmüş parçanın çıxardılması və onun arabacığa yerləşdirilməsi. Naxışbasmalı kalandra qulluq edərkən naxışın aydınlığının, bərabər ölçüdə basılmasının müşahidə edilməsi. Emal olunmuş məmulatların müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismarı, qulluq edilmə qaydasını və onların müxtəlif hissələrinin qarşılıqlı hərəkətini; yükləmə və yenidən yükləmə üsulunu; emal olunan parçanın, kətanın və məmulatın çeşidini və artikulunu; emalın texnoloji qaydasını; sürtmənin qaydasını; Dövlət standartlarına uyğun məmulatın keyfiyyət göstəricilərinə təqdim edilən tələbləri; isti kamera ilə uzlaşdırılmış kameraya xidmət edərkən isti kamera ilə davranmağın qaydasını; ölçən maşınla uzlaşdırılmış kalandra xidmət edərkən parçanın maşına yüklənməsi üsulunu və ölçərkən dartılma dərəcəsini; qazla işləyən kalandra xidmət edərkən qazla davranmaq qaydasımı; naxışbasmalı kalandra xidmət edərkən metal valın qızma dərəcəsini.

94. Kalandrcı. 4-cü dərəcə

Kalandrın üst hissələrinin və ütüləyici valın cilalanmasını əl ilə həyata keçirdikdə.

95. Kard qarnitularını itiləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı itiləyicinin rəhbərliyi altında iynəli qarniturla çəkilmiş darayıcı maşınların işçi üzvlərinin itilənməsi. İtiləyici valların maşında qurulmasında iştirak edilməsi. İşçi üzvlərin itilənməsinin müşahidə edilməsi.

Bilməlidir. Darayıcı maşınların ayrı-ayrı üzvlərinin qarşılıqlı hərəkətini; itiləyici cihazların düzgün oturdulmasını; tullantıların növlərini.

96. Kard qarniturlarını itiləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xovlayıcı, daraqlı darayıcı, darayıcı maşınlarda iynəli lent çəkilmiş işçi üzvlərinin təmizlənməsi və itilənməsi. Valların, barabanların tozlardan təmizlənməsi, qopardıcının çıxardılması. Valların itiləyən dəzgahın yanına aparılması, qurulması və onların dəzgahda itilənməsi. Baş və çıxarıcı barabanların itilənməsinin müşahidə edilməsi. İtiləyici valların barabana taxılmasının təmizlənməsi. Cilalayıcı valiklərdə və ya cilalayıcı kolodkalarda əl ilə itiləndikdən sonra iynəli örtüyün düzəldilməsi. Diyircəklərin yeni qarniturla, itiləyici cihazların cilalayıcı lentlə çəkilməsi. İtiləyici cihazların xırda təmir edilməsi. İtilənmənin keyfiyyətinin yoxlanılması. Ara qatın parametrlərini gözləməklə valların, diyircəklərin maşına quraşdırılması. Dişli çarxların dəyişdirilməsi və yağlanması. Daha aşağı ixtisaslı itiləyicilərin təlimatlandırılması və işlərinə rəhbərlik edilməsi. İtiləyici dəzgahın sazlanması, təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarını və ona qulluq edilməsini; vallarda iynəli qarniturların dəyişdirilmə, itilənmə, təmizlənmə qaydasını və növbəliyini; darayıcı maşınlarda barabanların iynəli qarniturların cilalanması və itilənməsi qaydasını; kard qarniturların təmizlənməsi və itilənməsinə təqdim edilən keyfiyyət tələblərini; işçi hissələr arasındakı araməsafələrinin normasını və onların yoxlanılması üsullarını. İtiləyici dəzgahın sazlanması qaydasını.

97. Keyfiyyət nəzarətçisi. 2-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət standartlarına, texniki şərtlərə və təlimatlara uyğun ölçücü cihazların və şablonların köməyi ilə texnoloji keçidlər üzrə xammalın və yarımfabrikatların keyfiyyətinə nəzarət edilməsi. Parça hissələrinin, kətanın damğalanması və ya yarlıqların tikilməsi, hazırlanma əməliyyatında yarımfabrikatlarda xarici qüsurların aşkarlanması, düzəldilməsi və ölçü götürülməsi üçün usta köməkçilərinin xəbərdarlıq edilməsi. Keyfiyyətin tələblərinə və texniki şərtlərə uyğun gəlməyən yarımfabrikatların uyğun sənədlərini rəsmiləşdirməklə qaytarılması. İpək-sarıma istehsalatında xam-ipəyin qüsurlu sarınmalarının seçilməsi, kələflərin yumağlanması və bağlanması, yumağın dəstə şəklində preslənməsi və kiplərə qablaşdırılması düzgünlüyünün yoxlanılması. İşlənmiş tullantıların rənginə, zibilliyinə və digər əlamətlərinə görə növləşdirilməsi. Xammalın və yarımfabrikatların keyfiyyətinə dair sənədlərin doldurulması.

Bilməlidir. Yoxlanılan xammalın, yarımfabrikatların növlərini, çeşidini, artikullarını; xammalın və yarımfabrikatın keyfiyyətinə tələbləri; texniki şərtləri və Dövlət standartlarını; xammalın qarışığının təşkili, alətlərin istifadə qaydasını və təyinatını, ilkin sənədin doldurulma qaydasını, yoxlamanın nəticələrinin jurnallara, xəritələrə yazılma qaydasını; xam-ipəyin qablaşdırılması və yumaqlamanın yoxlama, qaydalarımı; növbəti işlədilmə yarımfabrikatın yararsızlığı haqqında sənədlərin rəsmiləşdirilməsi qaydasını.

Qısa kətan və kəndir-cüt liflər-keyfiyyətin yoxlanması.

Avtoprokladkanın hissələri — keyfiyyətik yoxlanması.

Barama sərtosu — düzəltmənin düzgünlüyünün və təmizləmənin keyfiyyətinin yoxlanması.

Lentin, daraqağzı tullantıların, kələfin, kətanın keyfiyyətinin yoxlanması.

Xam-iPəyin sarınması — keyfiyyətin yoxlanması.

Makaralardakı sapın, lentin, ipliyin, şəridin, qaytanın sarınması keyfiyyətinin, ölçülərinin və sıxlığının yoxlanması.

Lif zolağının bişirilməsi və qurudulması keyfiyyətinin yoxlanması.

Liflərin hazırlanması və növləşdirilməsi — keyfiyyətinin yoxlanması.

98. Keyfiyyətin nəzarətçisi. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinin Dövlət standartlarına, texniki şərtlərə və təlimatlara uyğun yoxlanılması. Parçanın sıxlığını, enini və uzunluğunu, mahudun və kətanın kütləsini, yarımfabrikatların və kəndir-cüt məmulatların ölçülərini və basma (yun keçə)—keçə istehsalını yoxlama. Qoyulmuş qaydada liflərin qarışdırılmasına riayət edilməsini, növün düzgünlüyünü, lifin, daranmanın hazırlanma keyfiyyətini Yoxlama. Basma—keçə yarımfabrikatların istehsalının yararlığının təyin edilməsi. Məmulatlarda və yarımfabrikatlarda qüsurların, zədələrin qarşısının alınması tədbirlərinin görülməsi, lazım gəlsə onların sahəyə, briqadaya əlavə işlənilmək və qüsurlarının aradan qaldırılması üçün qaytarılması. İpliyi qüsurlardan təmizləmə. İşlənilmiş qarqarların çıxarılması; ipliyin təmizliyini Yoxlama; yoxlamanın nəticələri barədə ilkin sənədin qoyulmuş qayda ilə tərtib edilməsi. Yoxlanılan məhsulun iş yerinə daşınması, avadanlığa qulluq.

Bilməlidir. Yoxlanılan xammalın, yarımfabrikatların, məmulatların növünü, çeşidini, artikulunu; və onların keyfiyyət tələblərini. Qüvvədə olan Dövlət standartlarını, texniki şərtlərin təlimatlarını; xammalın müəyyən olunmuş qarışığını; braklama maşının təyinatını və quruluşunu; iplik və yarımfabrikatların qüsurlarının aradan qaldırılması tədbirlərini. İlkin yoxlamanın-hesabın sənədləşdirilməsi qaydasını.

99. Keyfiyyət nəzarətçisi. 4-cü dərəcə

İşim xüsusiyyəti. Dövlət standartlarına, texniki şərtlərə və təlimatlara uyğun hazır parçanın keyfiyyətinin yoxlanması; qüsurların aşkara çıxardılması və növünün təyini. Parçanın sıxlığını, enini və uzunluğunu yoxlama; kotanın və mahudun kütləsinin, trikotaj və digər məmulatların ölçülərinin müşahidəçi sənədlərdə yazılanlarla və hesab göstəricilərlə uyğunluğunu. Daha aşağı dərəcəli olan yoxlayıcıların təyin etdikləri keyfiyyət və növlərin düzgünlüyünü seçmə yoxlama. Tül-pərdə məmulatlarını növlərə, artikullara və görünüşünə görə yığma; seçmə yoxlamada qoyulmuş həcmə riayət etmək. Aşağı növlü məhsulun fəhlələrə, usta köməkçilərinə və briqadirlərə təqdim edilməsi. Parça və məmulatları qüsurların aradan qaldırılması və təkrar emal edilməsi üçün sahə və sexlərə qaytarılması. Hazır məhsulu damğalama. Ticarət bazalarından və alıcılardan, istehlakçılardan məhsulun keyfiyyətinə görə alınan iddia və reklamasiyaların baxılmasında iştirakı. Hazır məmulatların pasportlarının və məhsulun keyfiyyətinin aşağı salınması aktlarının tərtibi. Yoxlamanın nəticələri barədə hesab sənədlərinin müəyyən olunmuş formada aparılması. İxtisası nisbətən aşağı olan yoxlayıcıların təlimatlandırılması. Məhsulun keyfiyyətinin yüksəldilməsinə və yaranmış qüsurların aradan qaldırılmasına aid tədbirlərin həyata keçirilməsində, işlənib hazırlanmasında iştirakı.

Bilməlidir. Nəzarət olunan hazır parçanın və məmulatların çeşidini, naxışların növünü və nömrəsini, məmulatların ölçüsünü; qüsurların növlərini və onların bal sistemi və digər vahidlərlə qiymətləndirilməsini; qüsurların əmələ gəlmə səbəbələrini. Hazır parçaya və məmulatların keyfiyyətinin yoxlanılmasına aid Dövlət standartlarını, texniki şərtləri və təlimatları; yoxlamada işlədilən cihaz və alətləri; parçalarda qüsurun kəsilib götürülməsi qaydasını, məhsulun damğalanması, hissələrin və parçaların formalaşdırılması qaydalarını; ölçü və çəki ilə hissələrin çıxımının azaldılması tədbirlərini; parça və məmulatların növlərinin təyin edilməSi qaydalarını və uyğun sənədlərin tərtibini; standart və texniki şərtlərin tələblərinə uyğun olmayan aşağı növlü məhsullara aktların rəsmiləşdirilməsi qadasını; maşının quruluşunu, mexanizmlərin qarşılıqlı hərəkətini və onlara qulluq qaydalarını, maşının yüklənməsi üsulunu və qüsurların hesablama sistemini.

100. Keyfiyyət nəzarətçisi. 5-ci dərəcə

İşin xüsusiyyəti. Hazır parçaların bütün növlərinin, üst və alt trikotaj məmulatlarının və bədii divar naxışlarının basma (yun-keçə)-keçə məmulatlarının, xalça məmulatlarının, hazır pərdələrin, tor kotanların və məmulatların texniki şərtlərə və Dövlət standartlarına uyğun keyfiyyətinin seçmə yoxlanması və növünün təyini. Təkrar yoxlama üçün seçmənin qoyulmuş həcminə riayət etməli. Qüsurları aradan qaldırmaq və ya təkrar işlənmək üçün parça və məmulatların sexlərə və sahələrə qaytarılması. Aşağı növə aid edilmiş məhsulların işçilərə, bu məhsulu hazırlayanlara, usta köməkçilərinə və briqadirlərə təqdim edilməsi. Keyfiyyəti aşağı salışmış və zay məhsula akt tərtib edilməsi. Ticarət bazalarından, mağazalardan və alıcılardan məhsulun keyfiyyətinə aid alınmış iddia və ya reklamasiyaya (şikayət, tələb) baxılarkən və kontrol saf-çürük edilmədə iştirakı. Məhsulun keyfiyyətini yüksəltməyə görə tədbirlərin işlənməsində və həyata keçirilməsində iştirak edilməsi.

Bilməlidir. Hazır məhsulun çeşidini; qüsurların növlərini və onların balla qiymətləndirmə sistemlərini; qüsurların əmələ gəlmə səbəblərini; hazır məhsulun keyfiyyətinə nəzarət Dövlət standartlarını, texniki şərtləri və təlimatları; parça hissələrinin formalaşmasını və ölçülü və çəkili tikə, parça çıxımının azaldılması tədbirlərini; məhsulun keyfiyyətinin (növünün) və ilkin sənədlərin qanuniləşdirilməsi hesabı qaydasını; keyfiyyətsiz məhsula aktın tərtib olunması qaydasını; qüsurların aradan qaldırılması və təkrar emal üçün qaytarılmış parçaların hesaba alınması qaydasını. Xüsusi orta təhsilin olması tələb olunur.

Keyfiyyətin düzgün təyin edilməsini (növünü) seçmə yoxlama.

1. Üst trikotaj, alt trikotaj, bədii divar naxışları, basma-keçə (ayaqqabı, baş geyimləri, texniki məmulatlar), xalça, hazır məmulatları.

3. Pərdə, tül, krujeva (tor) istehsalı, toxunmayan kətan, hazır məhsullar.

4. Pambıq, kotan, ipək, yun, hazır parçaları, trikotaj və tikmə kətanları.

101. Kimyəvi məhsulları və boyaqları hazırlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Kimyəvi məhsulların və boyaqların hazırlanması. Daha yüksək ixtisaslı hazırlayıcıların rəhbərliyi ilə məhlulun keyfiyyətinə təqdim edilən tələblərə uyğun kimyəvi və boyaq məhlulunun süzgəcdən keçirilməsi, Boyağın və boş tabların daşınması. Boyağın və boş qabın çəkilməsi. Boyaqların, materialların sərfi hesabının aparılması. Avadanlığın təmizlənməsi və təlimata uyğun tutumların, içliklərin yuyulması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu və istismar qaydasını və onlara qulluq etməyi: boyaqların adını və xassəsini, kimyəvi materialları, onların damğalarını; boyayıcı və kimyəvi məhlulun keyfiyyətinə təqdim edilən tələbləri, boyağın müəyyən olunmuş nüsxəsini; ilkin hesabın aparılma qaydasını.

102. Kimyəvi məhlulları və boyaqları hazırlayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçanın və torun tutumlarda boyanması və emalı, torun konservləşdirilməsi üçün müəyyən olunmuş qaydaya və nüsxəyə uyğun kimyəvi alışdırıcı, xlorlu məhlulun və boyağın hazırlanması. Boyaqların və kimyəvi materialların keyfiyyətinin yoxlanılması, onların çəkilməsi və tutumlara yüklənməsi. Boyaqlı qabların damğalanması. Bircinsli kütlənin əmələ gəlməsinə qədər buxarın verilməsini və təzyiqini, bişirmə davamiyyətinin tənmzimlənməsi. Məhlulların müəyyən olunmuş qatılığına riayət edilməsi. Uyğun sexlərin və maşınların lazımi məhsullarla (qaba boşaldılmaqla və ya boruötürücü ilə verilməsi) fasiləsiz təchzatının təmin edilməsi. Təhlil üçün boyaq əyarının götürülməsi. Kimyəvi və boyayıcı məhlulların daşınması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu; tənzimləyici qurğunun və yoxlama-ölçü cihazlarının adını, onlardan istifadə qaydalarını və onlara qulluq etməyi; məhlul və boyaq hazırlayarkən texnoloji qaydanı və nüsxəni; kimyəvi materialların və boyaqların adını; xassəsini, keyfiyyətini və təyinatını, onların damğasını və sinfini; kimyəvi məhlulların və boyaqların hazır olması əlamətlərini, müxtəlif kimyəvi dərmanları qarışdırarkən reaksiyasını; hazırlanmış məhlulların və boyaqların keyfiyyətinə təqdim edilən tələbləri.

103. Kimyəvi məhlulları və boyaqları hazırlayan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Tutumlarda kimyəvi, boyayıcı və xlorlu məhlulların, odadavamlı hopdurulması və bərkidilməsi. Sifarişə görə rəngləri seçməklə razılaşdırılmış qrafikə uyğun nüsxə ilə asanlıqla yuyulan rəng məhlulların, sintetik təmizləyici dərmanların və kükürdlü boyaqların hazırlanması; yapışqanlı toxunmayaq kətanlar üçün işçi məhlulun hazırlanması. Müəyyən olunmuş nüsxəyə uyğun bütün boyaq qruplarının hazırlanması üçün kupyurovkanın hesabatı. Kimyəvi materialların açılması və qabların daşınması. Tutumlarda təyin olunmuş ardıcıllıqla kimyəvi məhlulların çəkilməsi və yüklənməsi. Kimyəvi məhlulların müəyyən olunmuş qatılığına riayət edilməsi. Məhlulların, qatılığının və boyağın hazırlanmasının təyin edilməsi. Hazırlanmış boyağın keyfiyyətinin yoxlanması. Aşağı ixtisaslı hazırlayanın işinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, onlara qulluq etmək qaydasını; tənzimləyici-qurcuları və yoxlama-ölçü cihazlarını; emal olunan parçanın və məmulatın çeşidini; əlaqələndirici məhlulun, bərkidicinin, sabunun, rəngləyicilərin, xlorlu və ana məhlulların, boyayıcıların hazırlanmasının texnoloji qaydasını və nüsxəsini; məhlulların, bərkidicilərin, sabun və rənglərin hazırlanması əlamətlərini; müxtəlif kimyəvi dərmanları qarışdırarkən reaksiyasını. Bir sıra kükürdlü boyaqların hazırlanma üsullarını, kublu boyaqların bərpa edilməsini; məhlulun, bərkidicinin və kükürdlü boyağın hazırlanmasının keyfiyyətinə təqdim edilən tələbləri.

104. Lentləyici avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək məhsuldarlıqlı maşınlardan başqa) müxtəlif sistemli lentləyici maşınlarda lent istehsalı əməliyyatının aparılması. Maşının yüklənməsi. Maşının qidalanmasında və buraxılışında teştlərin, makaraların və ya yumaqların dəyişdirilməsi. Lentin qırılmalarının ləğv edilməsi və qısa lif zolağlarındakı siyirintilərinin qaldırılmaların kənarlaşdırılması və maşının işçi hissələrinin sarınmış liflərdən təmizlənməsi. Kəndirdə, lentdə və qısa lif zolağlarda buraxılışların və digər qüsurların qarşısının alınması və kənarlaşdırılması. Ştabelləşdirici maşının qidalanma sahəsində kəndirin düzəldilməsi. Maşının işçi hissələrində aralığın və yüklərin qoyulması. Maşının müxtəlif işçi mexanizmlərinin vəziyyətlərinin və işlərinin, lentin keyfiyyətinin müşahidə edilməsi. Sıradan çıxmış sıxıcı valların (yastıqların) və təmizləyici qurğuların deyişdirilməsi. Çıxımların çıxarılmasında iştirak etmək. Yarlıqların çıxarılması, daxil olan və çıxan lentin keyfiyyətinin yoxlanılması. Lentli teştlərin müəyyən olunmuş yerə nəql etdirilməsi. Tullantıların yığılması və təhvil verilməsi. Təmirdən maşının qəbul edilməsində iştirak etmək. Avadanlığın təmizlənməsi və yağlanması.

Bilməlidir. Xidmət olunan maşının quruluşunu və istismar qaydasını, onların mexanizmlərinin qarşılıqlı hərəkətini və işini; onlara qulluq etməyi; lif qarışığının tərkibini; altlıqların seçmə və maşının yüklənməsi qaydasını; lentin və yumağın növünü; onların keyfiyyətinə təqdim edilən tələbləri; qırılmaların səbəblərini və onların ixtisara salınması üsullarını; lentin və yumağın keyfiyyətini yoxlama üsullarını; girən və çıxan lentin çəkilməsini; tullantıların normasını və növünü.

105. Lentləyici avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək məhsuldarlıqlı lentləyici maşınlarda lent istehsalı əməliyyatının aparılması. Maşının lent ilə yüklənməsi. Teştlərin qidalandırma yumaqlarının dəyişdirilməsi və maşının işə salınması. Altlıqları yığma. Lent qırılmalarını aradan qaldırma və maşının işçi hissələrini sarınmış liflərdən təmizləmə. Lentdə buraxmaların və digər qüsurların qarşısının alınması və ya kənarlaşdırılması, Lentin keyfiyyətinə nəzarət edilməsi. Maşının müxtəlif mexanizm və cihazlarının vəziyyətini və işini müşahidə etmək. Çıxımların çıxardılmasında iştirak. İşlənmiş qabların daşınması. Tullantıların çeşidlərə ayrılması və təhvil verilməsi. Avadanlığın təmizlənməsi və sürtünən səthinin yağlanması. Maşının təmirdən qəbulunda iştirak edilməsi

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu və istismar qaydalarını; tənzimləyici cihazları, onların mexanizmlərinin qarşılıqlı hərəkətini: və işini, onlara qulluq qaydalarını; altlıqların yığılması qaydasını və maşının yüklənməsini; tullantıların növünü və normasını və onların azaldılma üsullarını; lentin xətti sıxlığını; lentin keyfiyyətinin yoxlanma üsullarını. Girişdə və çıxışda lentin çəkilməsini.

106. Lif emalçısı. 1-ci dərəcə

İşin xüsusiyyəti. Emal edilməsi — əl ilə lifin didilməsi. Lif olan qabın açılması. Kənar əşyaların seçilməsi. Emal olunmuş lifin qablara yığılması. Lif yığılmış qabların iş yerinə və emal əməliyyatı qurtardıqdan sonra təyin olunmuş yerə nəql edilməsi. İş yerinə qulluq edilməsi.

Bilməlidir. Emal olunan lifin növünü və görünüşünü; emal olunan lifin keyfiyyətin təqdim edilən tələbləri; işin fəndlərini.

107. Lifləri qarışdıran. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif növ təbii və ya kimyəvi liflərin qarışdırıcı, lentformalaşdırıcı aqreqatlarda, mexanikləşdirilmiş qarışdırıcı qurğularda, maşınlarda, qidalandırıcı-qarışdırıcıda, kipaçıcılarda və ya əl ilə talvarlarda texnoloji qaydaya uyğun qarışdırılması. Xammalın verilən nisbətdə çəkilməsi. Yağlayıcı mexanizmin emulsiya ilə doldurulması və onun səviyyəsinin nizamlanması. Didilmiş pambığın hopdurulmaya verilməsi. Emulsiyanın sərfi normasına və hər vahid sahəyə düşən çəkiyə görə müəyyən olunmuş ardıcıllıqla qarışığın komponentlərini qatlarla bərabər bölməklə döşənilməsi. Qidalandırıcı məhəccərdə qarışığın döşənilməsi. Lifayırıcı maşında qarışığın liflərə ayrılması, Qarışdırma əməliyyatının və qarışdırıcı qurğuların işlərinin və vəziyyətlərinin müşahidə edilməsi. Emulsiya verilməsinin nizamlanması. Xammalın və emulsiyanın müəyyən olunmuş yerə nəql edilməsi. Qablaşdırma materialının təhvili. Avadalığın təmizlənməsi və qulluq edilməsi. İş yerinə qulluq edilməsi,

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu və ona qulluq qaydasını; emal olunan lifin növünü və nömrəsini, qarışığın tərkibini; qarışığın yağlanması və qarışdırılması qaydasını; yağlayıcı emulsiyanın tərkibini və normasını; qidalandırıcı məhəccərdə lifin və tullantıların döşənməsi. qaydasını.

108. Lifləri qarışdıran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif növ təbii və ya kimyəvi liflərin yumşaldıcı-didici, quraşdırıcı, lentformalaşdıran aqreqatlarda, mexanikləşdirilmiş qurğularda, qarışdırıcı maşınlarda və ya ol ilə talvarlarda texnoloji qaydaya uyğun qaraşdırılması. Qarışığın nüsxəsinə uyğun xammalın qəbul edilməsi. Lifləri qarışdırıcı məhəccərə yaxınlaşdırma və döşəmə nəqlediciyə verilməsi. Maşının liflərlə bərabər miqdarda yüklənməsi. Xammalın keyfiyyətinin yoxlanılması və nüsxəyə görə emulsiyanın hazırlanması; qoyulan ölçülərə riayət edilməsi; qarışığın komponentlərinin qarışdırılması. Qarışdırılmanın keyfiyyətinin və qarışığın yağlanmasını yoxlama. Liflərin hesabının aparılması, Tullantıların növünə görə yığılması, bölüşdürülməsi və onların daşınması Avadanlığa qulluq. Sürtünən səthlərin təmizlənməsi və yağlanması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydalarını və onlara qulluq etməyi; emal olunan liflərin xassəsini; xammalın və qarışıqların keyfiyyətinə təqdim edilən tələbləri; xammalın qəbul və yükləmə qaydalarını; qarışdırmağı və yağlamağı; qarışığın tərkibini; emulsiyanın sərfi normasını; ilkin hesabların aparılma qaydalarını.

109. Makara taxan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Makaranın sıxıcı presin (məngənənin) milinə və ya manimulyatora taxılması və onların sıxılması. İpliyin, zəif əyrilmiş ipliyin sarınma sıxlığının yoxlanılması. Qoyulmuş tələblərə uyğun gəlməyən makaraların seçilməsi. Makaraların milə bərkidilməsi. Xüsusi barmaqla makaraların ipliklə milə bəndlənməsi. Əməliyyat (boyama, ağartma)., qurtardıqdan sonra makaraların mildən çıxarılması. Makara, milin müəyyən olunmuş yerə daşınması.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismarı və onlara qulluq etmək qaydasını; makaralara, qarqarlara ipliyin, zəif əyrilmiş ipliyin sarınmasının normal sıxlığını; onların tekslə xətti sıxlığından və növündən asılı olaraq ölçüsünü və çəkisini; makaraların, qarqarların taxılma və sıxılma qaydasını.

110. Makaraları təmizləyən. 1-ci dərəcə

İşin xüsusiyyəti. Maşındakı makaraların ehtiyat sarınmadan təmizlənməsi, makaraların növləşdirilməsi. Maşının təmizlənməmiş makaralarla yüklənməsi. Valların sarınmaş tullantılardan təmizlənməsi. Barabanlardan təmizlənmiş makaraların çıxardılması, qutulara yerləşdirilməsi və daşındırılması. Pərdə və tor maşınlarından makaraların və məkiklərin neftdə yuyulması və pasdan təmizlənməsi.

Bilməlidir. Maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi; yükləmə qaydalarını; ölçülərinə və siniflərinə görə məkiklərin və makaraların növlərini, onların işlədilməsi üsullarını; məkik və makaranın keyfiyyətinə təqdim edilən tələbləri,

111. Malyığan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət standartlarının tələblərinə uyğun parçaların, toxunmayan kətanların və məmulatların yığılması. Hazır məhsulun bağlanması, üzünün örtülməsi və banderol qablaşdırılması, kağıza bükülməsi və ya artikuluna, ölçüsünə, növünə görə qutulara yığılması, rulonun (lülənin) mal görünüşünün təmin edilməsi. Yarlıqların mal görünüşünün təmin edilməsi. Yarlıqların doldurulması. Hissələrin ölçüsünün və ya məmulatların miqdarının yoxlanılması; etiketin tikilməsi, plombun (qurğuşun, damğa) vurulması və lazımi qeydlərin aparılması. Hazır məhsulun nəql edilməsi. Ədədi parça məmulatlarını (yaylıqları, dəsmalları, ədyalı) yığarkən nişanlanmış növü düz gəlməyən məmulatların kəsilib götürülməsi; fasonlu plyüşü, don üçün məxməri — xüsusi çərçivəyə diyirləndirilməsi. Cüt tikilmiş corab-qısa corab və əlcək məmulatlarının zərfə qoyulması.

Bilməlidir. Parçaların, toxunmayan kətanların, məmulatların çeşidini; hazır məhsulun yığılması, qablaşdırılması və damğalanması qaydasını.

112. Malyığan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Dövlət standartlarının tələblərinə uyğun pambıq, ipək və yun parçaların yığılması. Hissəyə rekvizitlərin doldurulması, kartonun və etiketlərin və ya, yarlığın hissələrin içinə qoyulması, hissədə sapla tikilməsi, yarlığın bərkidilməsi, hissənin plomblanması, yarlığın doldurulması, bağlanması, artikuluna, ölçülərinə, növlərinə görə kağıza bükülməsi, rulonun mal görünüşünün təmin edilməsi. Parçanın nəql edilməsi. Parçanın baş tərəfindəki ucunun etiketinin rekvizitlərin uyğunluğunun yoxlanılması. Lazımi qeydlərin aparılması.

Bilməlidir. Parçaların çeşidlərini; yerləşdirilməsi və qablaşdırılması qaydalarını; xüsusi təyinatlı parçaların tərtib edilməsini; damğalanmaya aid Dövlət standartlarını.

113. Materialları və məmulatları kəsən. 1-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət standartlarına və texniki şərtlərə uyğun əl ilə maşında və ya qurğuların köməyi ilə materialların və məmulatların kəsilməsi işinin yerinə yetirilməsi. Növünə və çeşidinə görə kəsilən materialların keyfiyyətinin yoxlanılması. Kartona şablona görə nişan qoyulması. Kəsilən məmulatların uclarının bərkidilməsi. Kəsilmiş materialların və məmulatların Yerləşdirilməsi, asılması, bükülməsi, nişanlanması, yüklənməsi və nəql edilməsi. Kəsici alətlərin itilənməsi.

Bilməlidir. Xidmət olunan qurğuların və maşınların iş prinsipini, istismarı qaydasını və onlara qulluq qaydasını; məmulatların çeşidini; kəsmə qaydasını; Dövlət standartlarını və texniki şərtləri; alətin işlənməsi üsullarını, xəritənin öçülərini.

Kəsilməsi: məxmərlərin, lentlərin tesmaların, qaytanların, kətanın, tikələrin və keçə kəsiklərinin, parçalar, xalçalar, ədyallar və başqa məmulatlar.

Bölünməsi: lastiklərin, üst trikotajların yarımnizamlı məmulatlar.

Kəsmə: knopanın, kənarların, pəncələrin, qulaqların, dərilərin quyruqlarının.

Sökülməsi: kətanların tikişlərinin.

Doğranması: xəritənin.

114. Materİalları və məmulatları kəsən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət standartına və texniki şərtlərə müvafiq materialların və məmulatların maşınlarda, qurğularda və əl ilə, barmaqların baramakəsən tozsuzlaşdırıcı aqreqatlarda biçilmə və kəsilmə işinin yerinə yetirilməsi. Materialların, alətlər komplektinin seçilməsi və onların işlədilən məhsulun ölçüsünə uyğun quraşdırılması; xammalın, materialların və məmulatların keyfiyyətinin yoxlanılması, Avtoaqreqatların ölçüsündən asılı olaraq təbil tikişinin sapla bərkidilməsi. Basa və diskanta görə qalınlıqlarını yoxlamaqla konus-toxmaqla döyülmüş keçənin nişanlanması. Materialların maşına yüklənməsi, rənglənmiş yapışqanın verilməsi, Hissə işlənilib qurtararkən tikişin sökülməsi, Parçanın və lentin dartılmasının nizamlanması. Kəsmə əməliyyatının nizamlanması. Kəsmənin keyfiyyətimin yoxlanması. Tullantıların kənarlaşdırılması. Materialların və məmulatların çıxardılması, qoyulması, qablaşdırması, çəkilməsi, damğalanması və nəql edilməsi. Bıçaqların düzəldilməsi və itilənməsi. İtiləndikdən sonra bıçaqların çıxardılması və yerinə qurulması. Avadanlığın təmizlənməsi və yuyulması, maşınların sürtünən hissələrinin yağlanması. Avadanlığın təmirdən qəbul edilməsində iştirak edilməsi.

Bilməlidir. Maşınların, aqreqatların quruluşunu, xidmət olunan maşının, aqreqatın və qurğuların mexanizmlərinin qarşılıqlı hərəkətini, istismarı və onlara qulluq etməyin qaydasını, məmulatın çeşidini; işlədilən barabanın növlərini; avtoaraqatların, kəsilən materialların keyfiyyətinə təqdm edilən tələbləri; biçmənin, kəsmənin və əl ilə kəsmənin fəndlərini; təbil tikişinə sapların bərkidilməsi üsullarını; baramanın qarışığının komponentlərinin tərkibini; barabanlara kağız kətanının yüklənməsi üsullarını; ölçən və itiləyən alətlərin növlərini; onların itilənmə qrafikini və quraşdırılması qaydasını.

Kəsmə: xüsusi parçaları, kağızları, kağız lentləri, məxmər qaytanları, toxunmayan kətanı, daha Yüksək ixtisaslı kəsicinin rəhbərliyi altında lent kətanını. Xovlu (narın tüklü) parçaların, cilalayıcı kağızların, dərinin, baramanın və onların tullantılarının, sırıqlıların, avtoaraqatların sərbəst kəsilməsi əməliyyatının aparılması.

Kəsmə: lif; kəsib qısaltma. Xovkəsilmiş parçaların xovluarğac saplarının buraxmaları.

Biçmə: texniki keçə hissələrinin

Kəsmə: baş geyimlərinin keçə dairələrin, keçə ayaqqabıların boğazını, konus toxmaqla döyülmüş keçəni, dərinin üz üyəzini.

115. Materialları və məmulatları kəsən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xüsusi kəsicilərdə və diskli kəsici maşınlarda materialların və məmulatların kəsilmə əməliyyatının yerinə ytirilməsi. Materialların və məmulatların alınması və nəql edilməsi. Emulsiyanın hazırlanması və emulsiyalaşdırıcı qurğunun işinin müşahidə edilməsi. Materialların və məmulatların keyfiyyətinin yoxlanılması. Kəsici bıçaqların araməsafələrinin qoyulması. Alətlər komplektinin seçilməsi. Maşının sazlanması və yüklənməsi. Alətlərin dəyişdirilməsi, kəsici alətin vəziyyətinin və maşınları avtomatik dayandıran mexanizmin işinin müşahidə edilməsi. Parçanın tikilməsi və yüklənməsi. Diskli bıçağın düzəldilməsi və itilənməsi. Biçilən məmulatların keyfiyyətinin və ölçüsünün yoxlanması. Müəyyən olunmuş qaydada kəsilən materialların və məmulatların çıxardılması, nəql edilməsi və təhvil verilməsi. Maşının Yuyulması və sürtünən səthlərin yağlanması. Hər rəngə görə ayrıca tapşırılan naxışın sahələrə bölünməsi və nümunədən kağıza və ya xəritəyə köçürülməsi, köçürülən naxışa uyğun kağızın, xəritənin kəsilib götürülməsi və naxışın parçaya çəkilməsi ardıcıllığı ilə yerləşdirilməsi. Trafaretlərdə (qəliblərdə) yoxlama nöqtələrinin təyin edilməsi. Naxışın parçaya köçürülməsi. Trafaretdə aşkarlanan qüsurların aradan qaldırılması.

Bilməlidir. Xidmət olunan avadanlıqların quruluşunu, istismarı və onlara qulluq etməyin qaydasını; onu yükləməyi, kəsici aləti araməsafələrinin nizamlanması qaydasını; maşında materialları kəsərkən onun xassələrini; növünə, xətti sıxlığına və rənginə görə işlədilən xammalın xassəsini; emulsiyanın nüsxəsini, onun sərfi normasını; poliuretan sapların metrəsinə görə qarqarların Seçilməsini; yarımfabrikatın həcmi çəkisini; lentlərin yuxarı fiksasiya edilməsinin texnoloji əməliyyatının normasını; parçaların, ipliyin, xalçaların çeşidini dəyişdirərkən bıçaqların dəyişdirilməsi və itilənmə üsullarını. Məhsulun keyfiyyətinə təqdim edilən tələbləri. Kəsilən məmulatların çeşidini, ölçüsünü və təyinatını. Rənglənən yapışqanın xassəsini və təyinatını. Kəsilmiş trafaretin (qəlibin) hazırlanma texnologiyasını, trafareti parçanın üzərinə qoymağın ardıcıllığını. Trafareti hazırlanaq üçün işlədilən materialların xassəsini. Naxışın rənginə görə yerləşdirilməsi, nümunədən naxışın köçürülməsi fəndini, trafaretin istismarı qaydasını və onların keyfiyyətinin təyin üzrə təlimatını.

Kəsmə: kağız lentləri, xovlu keçə parçaları, xovlu arğac sapları, lent kətanını, məxmər qaytanları, saplara elastomer pastanı, lentlərə kətanı, yaylıqarası, şərfləri, kasınkaları, daha yüksək ixtisaslı kəsicinin rəhbərliyi altında xüsusi parçaları sap üçün poliuretanı kəsmə əməliyyatının sərbəst aparılması.

Kəsilməsi: lülə (rulon) kətanının, lif zolağının. Kəsilməsi və ultrasəsli qaynaq edilməsi. Toxunmayan kotandan alınan süd süzgəclərini.

Kəsilib çıxardılması: Daha yüksək ixtisaslı kəsicinin rəhbərliyi altında iri formada bitkili ornamentli naxışlı parçaların bədii cədvəli üçün trafaretləri.

Biçmə: Texniki keçə plastini və müxtəlif konfiqurasiyalı, fakturlu və ölçülü lentləri,

Kəsib gödəldilməsi: pardaqlayıcı keçə dairələri.

116. Materialları və məmulatları kəsən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Süjet və ya həndəsi ornamentli, kiçik bitkili naxışlarla çoxrəngli parçaların, bədii divar naxışı üçün trafaretlərin (qəliblərin) kəsilməsi. Tapşırılan naxışların hər rənginin ayrıma sahələrə bölünməsi və nümunədən kağıza və ya kartona köçürülməsi. Rənglərin hamısını ümumi naxışa uyğunlaşdırmaq üçün trafaretlərdə yoxlama nöqtələrinin təyin edilməsi. Trafaretlərdə müəyyən edilən qüsurların qarşısının alınması, qoyulmuş qaydada yerinə yetirilmiş işlərin təhvil verilməsi. Daha aşağı ixtisaslı kəsicilərin işlərinə rəhbərlik edilməsi.

Bilməlidir. Kəsilən trafaretlərin hazılanması texnologiyasını; naxışların rənginə görə qoyulmasını; naxışın nümunədən kağıza və ya kartona köçürülməsinin fəndlərini; rənglərin düz gəlməsi üçün hər trafaretdə yoxlama nöqtələrin qoyulması qaydasını; trafaretlərin istismarı qaydasının və onların keyfiyyətinin təyin edilməsinə görə təlimatını:

117. Merserləşdirmə aparatçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı aparatçının rəhbərliyi ilə merserləşdirmə maşınlarında xam və ya boyanmış pambıq ipliklərin və parçanın merserləşdirmə (yumşaltmaq, parıldatmaq və s. üçün qələvi ilə işlənməsi) əməliyyatının aparılması. İpliyin qəbul edilməsi. İpliyin və parçanın daşınması. Şvillərdə iplik kələflərin düzəldilməsi və onların maşının vərdənəsinə geydirilməsi. Parçanın maşına yüklənməsi. Parçanın sonunun tikilməsi və onun arabacığa yerləşdirilməsi. Qablarda kimyəvi məhlulun qatılığının və səviyyəsinin müşahidə edilməsi və lazım gələrsə məhlul və ya su əlavə edilməsi. Maşının yuyulması və təmizlənməsi, sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi merserləşdirmə maşının iş prinsipini, onlara qulluq cədvəlini və qaydasını; ipliyin xətti sıxlığını və onların şvillərə yığılması qaydasını; emal edilən parçanın çeşidini; emaldan sonra parçanın tələb olunan enini, merserləşdirmə qaydasını; işlədilən məhlulun qatılığını. və onların parçaya təsirini.

118. Merserləşdirmə aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı aparatçının rəhbərliyi ilə barabanla uzlaşdırılmış ayrı-ayrı sistemin merserləşdirmə maşınlarında və merserləşdirmə aqreqatlarında parçanın, xam və ya boyanmış pambıq ipliyin merserləşdirmə əməliyyatının aparılması. Texnoloji qaydaya riayət etməklə ipliyin turşulaşdırılması, yuyulması və qurudulması, merserləşdirmə əməliyyatının aparılması. Merserləşdirmə aqreqatında valların makarayığana yerləşdirilməsi. Bağın bağlanması və onların bağ yerləşdirəndən yüklənməsi. Uyğun qatılıqda qələvi məhlulun nüsxəyə görə hazırlanması və onun vannaya tökülməsi Buxar verilməsinin tənzimlənməsi. Parçanın maşına və ya aqreqatın bölməsinə yüklənməsi. Parçada kənarların qatlanmasının qarşısının alınması. Qələvisiz ipliyin qələvisi olmasının yoxlanması, texnoloji əməliyyatın gedişini, parçanın, ipliyin dartılmasını, sıxılmasını və qurudulmasını, maşında ipliyin, parçanın keçməsini və onun keyfiyyətli emalını; püskürənin və qələvi tutanın işini yoxlamaq; çıxışda parçanın eninin vaxtaşırı yoxlanılması. Merserləşdirilmiş ipliyin çıxarılması, yerləşdirilməsi və daşınması. Vannanın və bütün işçi qabların yuyulması və təmizlənməsi. Vərdənədən xlorid turşusunun boşaldılması. Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın işini və quruluşunu, ona qulluq etməyi; emal etdiyi parçanın və ipliyin çeşidini, emaldan sonra parçanın və ipliyin keyfiyyətinə təqdim edilən tələbləri. Aqreqata və ya maşına parçanın yüklənməsi fəndlərini; merserləşdirmə və turşulamaq üçün kimyəvi məhlulun nüsxəsini və onların xassəsini; turşulanmanın, yuyulmanın və qurutmanın qaydasını, istiliyin və digər faktorların merserləşdirmə əməliyyatına təsirini; kimyəvi materiallarla davranmaq qaydasını.

119. Merserləşdirmə aparatçısı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Barabanla uzlaşdırılmış merserləşdirmə aqreqatlarında parçanın, trikotaj kətanının, xam və ya boyanmış ipliyin merserləşdirmə əməliyyatının aparılması. Hörmə ilə birlikdə valların aqreqatın makara yığanda yerləşdirilməsi. Müəyyən edilmiş qatılıqda kimyəvi məhlulun hazırlanması və ya paylayıcı qablara tökülməsi. Vannanın məhlulla doldurulması. Məhsulun yüklənməsi. Maşınların, avtomatik qurğuların, yoxlama-ölçü cihazların, aqreqatların yoxlanması və onların işinə nəzarət edilməsi. Yoxlama-ölçü cihazlarının göstəricilərinə görə emal qaydalarını; parçanın dartılmasının və hərəkət sürətinin; temperaturanın, vannada məhlulun qatılığının və səviyyəsinin; aqreqatda zəyləmənin, quruducu barabanlarda buxarın təzyiqinin tənzimlənməsi. Aqreqatın maşınlarının işində ardıcıl qoşunlarının təmin edilməsi. Aqreqatda parçanın, kətanın keçməsinin və onların keyfiyyətli emalının müşahidə edilməsi. Teştlərin dəyişdirilməsi. Aşağı ixtisaslı aparatçının işinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq

etməyi; emal olunan iplikdən, kətandan və parçadan asılı olaraq merserləşdirmə qaydalarını; məhlulun qatılığını və onların parçaya, kətana və ipliyə təsirini; emal olunan ipliyin, parçanın və kətanın keyfiyyətinə təqdim edilən tələbləri; texnoloji əməliyyatları edən yoxlayan avtomat qurğuların quruluşunu, təyinatını və istismar qaydalarını.

120. Məmulatları və ölçüləri hesablayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yarımfabrikatların və hazır məhsulun artikuluna, rənglərinə, ölçüsünə və növlərinə, qablaşdırmaq, yerləşdirmək və göndərmək üçün seçilənlərin miqdarının və ölçülərin hesablanması. Corab-qısa corab, əlcək və digər trikotaj məmulatların rənginə, artikuluna, ölçüsünə görə bağlanması. Müəyyən olunmuş qaydada hər kipə, qəfəsəyə və ya partiyaya sənədlərin qanuniləşdirilməsi. İstehsalın keçidləri üzrə avadanlıqların hesablayıcı göstəricilərinin götürülməsi. Hesablayıcının işinin düzgünlüyünə nəzarət edilməsi. Dəzgahların növlərinin müəyyən olunmuş vahidlərdə çeşidlərə görə istehsalının hesablanması. Hesabat sənədlərində istehsalın qeyd edilməsi. Qurğuya şifrin verilməsinin düzgünlüyünün, hesablayıcının göstəricilərinin qeyd edilməsinin və sənədləşmənin aparılmasının yoxlanması. Parçanın ümumi ölçüsünün tikişin sonunda qeyd edilməsi.

Bilməlidir. Hesablayıcı maşınlarda işləməyi, istismarın və onlara qulluq etməyin qaydalarını; avtomatik qurğularda şifrlərin və işlərin qaydasını; müxtəlif parçaların və məmulatların çeşidini və seçilmə qaydasını; qəfəslərə və ya konteynerlərə yerləşdirilməsini; hesab sənədlərini qanuniləşdirməyin və istehsalın hesablaması qaydasını; sexlər və sahələr üzrə avadanlığın nömrəsini.

121. Məhsulu ölçən nəzarətçi. 1-ci dərəcə

İşin xüsusiyyəti. Lentin, məmulatların, krujevaların, toxunmayan kətanların, parçaların, tesmaların, trikotaj kətanların, haşiyələrin, qaytanların əl ilə tikmənin uzunluğunun ölçülməsinin yoxlanılması. Ölçülmüş məhsulların kəsiklərlə yığılması və ya lüləyə sarınması. Etiketlərə, marşrut xəritəsinə və ya yarlıqlara çeşidin, növün, metrənin qeyd edilməsi və onların kəsiklərə və ya lülələrə yapışdırılması. Məhsulun iş yerinə gətirilməsi. Kətanın damğalanması. İş yerinin təmiz saxlanılması.

Bilməlidir. Bütün növ məmulatların çeşidini, artikulunu, enini və naxışını; ölçmə qaydasını; məmulatın sarınmasını və yerləşdirilməsini.

122. Məhsulu ölçən nəzarətçi. 2-ci dərəcə

İşin xüsusiyyəti. Krujevaların, xalça məmulatlarının, trikotaj kətanın, toxunmayan kətanın, parçaların, tesmaların, lentlərin, qaytanların ölçülməsinin yoxlanması və maşınlara və ya öl ilə işləyən dəzgahlara yığılması. Kətan kəsiklərinin naxışına görə seçilməklə artikuluna və eninə görə salınması. Döşənəklərin əlavə materiallarla (düymə, astar və s.) komplektləşdirilməsi, döşənəyə sərmənin və ya trafaretin seçilməsi. Məhsulun gətirilməsi, maşına yüklənməsi. Kətanın, parçanın normal dartılması və kənarlarına uyğunlaşdırmaqla düzülüşünün düzgünlüyünün təmin edilməsi, qüsurlarının aşkar edilməsi. Ölçmənin nəticəsinin yazılması. Etiketlərin (yarlıqların) ölçülmüş məhsullara yapışdırılması, kətana damğalanması. Parçanın, ikiləşməsinin düzgünlüyünü, ştampın uzunluğunun nizalanması. Kətanın növünə, artikuluna və görünüşünə görə yerləşdirilməsi. Qulluq edilən maşının təmizlənməsi və ya yağlanması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismarını və onlara qulluq etmək qaydasını, məhsulun çeşidini, artikulunu, enini və naxışlarını; döşənək üçün kətanın seçilmə qaydasını və qəfəsə (stellaja) qoyulmasını; biçilmə planını; köməkçi materialların köməkçi sərfinin normalarını; təmizləmə və yağlama rejimini.

123. Məhsulu ölçən nəzarətçi. 3-cü dərəcə

İşin xüsusiyyəti. Pərdə-krujevaların, tüllərin, trikotaj və toxunmayan kətanların ölçən-yığan-əvəzedici maşınlarında ölçülməsinin yoxlanması. Kətanın ucunun maşına yüklənməsi. Kətanın bərabər ölçüdə hərəkətini müşahidə edilməsi, damğanın çıxarılması, etiketlərin rəsmiləşdirilməsi və kətanın çeşidinə, artikuluna və növünə görə yığılması. Məhsulun daşınması. Xidmət edilən maşının təmizlənməsi və yağlanması.

Bilməlidir. Ölçən-yığan-evəzedici maşının müxtəlif mexanizmlərinin qarşılıqlı hərəkətini və quruluşunu; istismarı və onlara qulluq etmək qaydalarını; kətanın ölçülməsi və yığılması qaydasını; ölçülən kətanın çeşidini, enini və artikulunu.

124. Məhsulu ölçən nəzarətçi. 4-cü dərəcə

İşin xüsusiyyəti. Ölçən-yığan-əvəzedici maşınlarda eyni vaxtda ölçülü tikələrin keyfiyyətini və növləşdirməsini yoxlamaqla pərdə-tül və krujevalı kətanların ölçülərinin yoxlanması. İstehsalat qüsurlarının aşkarlanması və onların kəsilib götürülməsi. Dövlət standartlarına uyğun kətanın sarınma uzunluğunun ölçüsünə riayət etməklə kətanın sarınma keyfiyyətinin müşahidə edilməsi. Parçanın baş tərəfinin, axırının damğalanması. Texniki şərtlərə uyğun ölçülmüş tikələrin növləşdirilməsi, kəsiklərin (tullantıların) yığılması və təhvil verilməsi. Kətanın maşına və kələfaçana yüklənməsi, məhsulun çıxardılması, maşına qulluq edilməsi.

Bilməlidir. Xidmət edilən maşının müxtəlif mexanizmlərinin qarşılıqlı hərəkətini, quruluşunu, zay məhsulun seçilməsi təlimatını, Dövlət standartlarını, texniki şərtləri; buraxılan məhsulun çeşidini; məhsulun damğalanma qaydasını, qüsurların kəsilməsini; müşahidəçi və hesabat sənədlərinin doldurulması qaydasını; sarınan məhsulun bərabərliyini və sıxlığının nizamlanması fəndlərini; maşının istismar qaydasını və ona qulluq etməyi.

125. Molet presləyəm. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı presləyicinin rəhbərliyi altında əl ilə naxışların presdə matrisalardan moletlərə preslənməsi.

Bilməlidir. Presin quruluşunu, naxışların moletlərə preslənməsinin texnoloji əməliyyatını.

126. Molet presləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Sadə və orta mürəkkəblikdə naxışların valından asılı olmayaraq matrisadan qabarıq moletə, presə preslənməsi. Polad silindrlərin seçilməsi (moletlər). Naxışın xüsusiyyətinə uyğun presləmə vaxtı lazımi təzyiqin qurulması. Basılmanın saxlanması. Mastikanın çəkilməsi və moletin aşındırılması. Moletdən tutmanın kəsilməsi. Matrisanın və moletlərin cilalanması və itilənməsi. Qabarıq moletin möhkəmlənməsi (tovlanması), onun boynunun cilalanması. Presin təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu, istismarı qaydasını və ona qulluq edilməsini; sadə və orta mürəkkəblikdə naxışların moletlərə preslənməsini, moletlərin tovlanmasını.

127. Molet presləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Hər hansı mürəkkəb naxışların presdə matrisadan qabarıq moletə preslənməsi. Polad silindrlərin (moletlərin) seçilməsi. Naxışın xüsusiyyətindən asılı olaraq presləmə vaxtı lazımi təzyiqi quraşdırılması. Tutmanın taxılması. Gümüş valiklər üçün moletlərin preslənməsi.Mastikanın çəkilməsi. və moletin araşdırılması. Moletdən tutmanın kəsilməsi. Qabarıq moletin möhkəmlənməsi (tovlanması) və onun boynunun cilalanması. Presin təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Presin hissələrinin qarşılıqla təsirini, istismarı qaydasını və onlara qulluq edilməsini; onların sökülməsi və yığılması qaydasını; hər hansı vərdənəli mürəkkəb naxışların moletlərə, gümüş vallar üçün naxışların qabarıq molet, preslənməsinin fəndlərini; moletlərin aşındırılması və möhkəmləndirilməsi üsullarını; təmizləmə və sürtünən səthlərin yağlanması qaydasını.

128. Molet presləyən. 5-ci dərəcə

İşim xüsusiyyəti. Xüsusi mürəkkəb naxışların divizir maşınında işləyərkən matrisadn qabarıq moletə preslənməsi. Naxışların rapportlar xəttinə və fiqura şaquli və maili bölünməsi. Tutmanın taxılması. Gümüş vərdənələr üçün moletin preslənməsi. Matrisada naxışların konturunun aşındırılması. Fiqurun konturunun xətlənməsi. Dişli çarxların seçilməsi, onların maşına yerləşdirilməsi və divizir maşının sazlanması. Divizir maşınlarının təmizlənməsi və yağlanması. Aşağı ixtisaslı presləyicinin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Divizir maşınlarının quruluşunu, istismarı qaydasını və maşına qulluq edilməsini, onun sökülüb yığılmasını; xüsusi mürəkkəb naxışların moletlerə preslənməsinin və divizirlənməsinin fəndlərini; naxışların rapport xətlərinə, fiqurlara bölünməsi qaydasını; gümüş matrisaların və moletlərin preslənməsi qaydasını; divizirli maşınların qurudulması və yağlanması qaydasını.

129. Naxışların patronçusu. 4-cü dərəcə

İşin xüsusiyyəti. Əsas toxunma ilə (kətan, sarja, sətin, atlas) birərişli və bir-arğaclı jakkard parçalar və məmulatlar üçün naxışa görə naxış trafaretinin yerinə yetirilməsi. Tor istehsalı üçün naxışın proqramlaşdırılması. Yükləmə hesabatına görə kanva (üzərində naxış işləmək üçün dama-dama tor) naxış trafaretinin və naxışın hesabatı. Naxış konturlarının (çevrələrinin) şəkildən naxış trafaretinə köçürülməsi. Müxtəlif toxunmaları təsvir etməklə kanva kağızına naxışın fonunun rənglənməsi. Hazırlanmış naxış trafaretinin yoxlanması və buraxılan səhvlərin düzəldilməsi.

Bilməlidir. Əsas toxunmaların növlərini; istehsalatda emal olunmuş jakkard parçaların və məmulatların çeşidini; naxışların naxış trafaretinə köçürülməsinin xüsusiyyətlərini; kasset lövhəsinə ayırmaların növlərini; naxışları trafaretinə səhv köçürülməsindən parça və ya məmulatın qüsurlarını.

130. Naxışların patronçusu. 5-ci dərəcə

İşin xüsusiyyəti. Çoxqatlı və çoxarğaclı jakkard parçalar və müxtəlif iri rapportla toxunmalı məmulatlar üçün naxış trafaretinin (patronun) yerinə Yetirilməsi. Yükləmə hesabatına uyğun kanva kağızlarının, patronun naxışının hesabatı. Naxış konturlarının şəkildən patrona köçürülməsi. Kanva kağızında naxışın fondunu rəngləmək yolu ilə müxtəlif toxunmaların təsvir edilməsi. Patron hazırlanarkən buraxılmış səhvlərin düzəldilməsi.

Bilməlidir. Müxtəlif toxunmaları, hər növ kətan, parça və məmulatlar üçün naxışların patronlaşdırılmasının xüsusiyyətini; kasset lövhəsinə ayırmanın növünü; patronun hesabatını və mürəkkəb dərəcəli hər hansı naxışın patronlama ardıcıllığını; toxunmanın düzgün seçilməsindən və patronlanarkən buraxılan səhvlərdən parçanın və məmulatların qüsurunu.

131. Nəmləşdirmə aparatçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Maşında enləşdirmədən qabaq parçanın nəmləşdirilməsi. Parçanın iş yerinə gətirilməsi və maşına yüklənməsi. Bərabər nəmlənmənin, parçanın diyirlənməsinin və ya onun arabacığa qoyulmasının müşahidə edilməsi Kərtik açılmanın, kənarların qatlanmasının, əyilməsinin və islanıb korlanmasının qarşısının alınması. Parça maşından arabacığa qoyularkən qüsuru olan parçanın seçilməsi və keyfiyyətinin müşahidə edilməsi; diyircəyin maşından çıxarılması. Nəmləşdirilmiş parçanın müəyyən olunmuş yerə daşınması. Maşınlara qulluq edilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, parçanın çeşidini və onun tələb olunan dərəcədə nəmləşdirilməsini.

132. Odaverici avadanlığın operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. İpliyində odaverilmə əməliyyatının aparılması; daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında odaverən maşında parçaların (yun və təbii ipəkdən başqa) və məmulatların oda verilməsi. Parçaların, illiyin və məmulatların maşına yüklənməsi. Oda verilmənin keyfiyyətini, parçanın arabaya çıxmağının və ya diyircəyə diyirlənməyinin müşahidə edilməsi. Kənarların dönməsini, qat yığılmasının və əyilməsinin qarşısının alınması. Maşının işə hazırlanmasında iştirak etməsi. İşlənmiş parçaların, ipliyin və məmulatların müəyyən olunmuş yerə nəql edilməsi. Odluğun təmizlənməsi. Maşına qulluq edilməsi.

Bilməlidir. Xidmət edilən maşının quruluşunu və təyinatını, istismarı və ona qulluq qaydasını; işlənən parçaların çeşidini; parçaların tikilməsi və maşına yüklənməsi qaydasını; odluqla davranış qaydasını.

133. Odaverici avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yun və təbii ipək parçaların odavermə əməliyyatının aparılması; parçaların və məmulatların müxtəlif sistemli odavermə maşınlarında oda verilməsi. Parçaların və məmulatların maşına yüklənməsi, odavermənin keyfiyyətini, qatların, kənarların əyilməsini, çevrilmələrin müşahidə edilməsini. Maşından parçanın çıxmasının müşahidə edilməsi. havavuran, yelləyən, nizamlayıcı qurğuların sazlığının yoxlanılması. Odluğun alışdırılması və oda verilən parçanın eninə uyğun alovun eninin nizamlanması. Normal dartılmanın və verilən istiliyin təmin edilməsi. Odluğun işinin, parçaların və məmulatların hərəkət sürətinin, odavermənin keyfiyyətinin, yelləyicinin işinin və qazın verilməsinin yoxlanması.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismarını və ona qulluq edilməsi qaydasını; odaverilən parçaların və məmulatların çeşidini; parçaların tikilməsi və maşının yüklənməsi qaydasını; odavermənin texnoloji qaydasını; müxtəlif lİflərin xassələrini və yüksək istiliyin onlara təsirini; qaz odluğu ilə davranış qaydasını.

134. Odaverici avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş texnoloji qaydaya uyğun müxtəlif sistemli odaverici maşında yun və təbii ipək parçaların, qaz odaverici aqreqatlarda; pambıq, kətan, qarışığı olan sintetik parçaların odaverilmə əməliyyatının aparılması. Avadanlığın avtomat sisteminin sazlığının yoxlanılması. Odluğun alışdırılması və istiliyin, parçanın eninə uyğun alovun eninin, qaz və qaz hava qarışığının verilməsi sisteminin parçanın hərəkət sürətinin nizamlanması. Maşınların, aqreqatların bütün mexanizmlərinin və qurğuların işinin, idarəedicinin (pultun), cihahzların göstəricilərinin mexaniki yerləşdirənin və ya diyirləndirən qurğunun müşahidə edilməsi. Parçanın oda verilməsinin keyfiyyətinin yoxlanması. Aşağı ixtisaslı operatorların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Maşınların, müxtəlif sistemli aqreqatların işini və quruluşunu; avadanlığın istismarı və ona qulluq etməyin qaydasını; qaz və qaz-hava qarışığının verilməsi və nizamlanması; qaz və hava ötürücü sistemini; odaverilən parçanın çeşidini; odavermənin texnoloji-qaydasını; lifin xassəsini və yüksək istiliyin onlara təsirini; qaz qurğuları ilə davranmaq qaydasını.

135. Oymaçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı oymaçının rəhbərliyi ilə matrisalara (mis qəliblərə), mallara və sink təbəqələrə əl ilə naxışların oyulması. Oyma alətinin hazırlanması, ağacnəqqaş qələminin itilənməsi.

Bilməlidir. Oymanın fəndlərini; parçanın çeşidindən və basmanın növündən asılı olaraq oymanın dərinliyini.

136. Oymaçı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Əl ilə matrisalarda sadə naxışların — birvallı (birrəngli) naxışın sadə konturunu və ştrifinin, bilavasitə aşındırılmasından düzgün kəsilməsi, astarlı naxışlarım konturlanması; sink təbəqələrdə — sadə naxışın, yaylıq naxışlarında ikinci konturun oyulması. Matrisanın və ya sink təbəqənin oymaya hazırlanması. Naxışın matrisaya və ya onu böyütməklə sink təbəqəyə köçürülməsi, naxışın düzəldilməsi. Matrisanın cilalanması və ondan modelin, sınaq. basmasının çıxarılması. Oymanın matrisada və ya sink təbəqəsində düzəldilməsi.

Bilməlidir. Sadə naxışın quruluşunu, onun rapportunu; naxışın matrisaya və sink təbəqəyə köçürülməsi üsulunu; sadə naxışların mis qəliblərə və ya sink təbəqəsinə oyulma fəndlərini. Basmanın növündən və parçanın çeşidindən asılı olaraq oymanın dərinliyini.

137. Oymaçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Orta mürəkkəblikdə əl ilə naxışın oyulması; matrisalarda boyaqla düzgün aşılandırılmış iki-üç vallı naxışlarım, açıq astarlı iri fiqurların, aşındırılmış qarışıq konturların, düzgün həndəsi fiqurların və araməsafələrinin; sinklənmiş təbəqədə -- mürəkkəb olmayan açıq tondan tünd tona keçid təşkil edəm rəng, iz buraxılmış orta mürəkkəblikdə quyruqlu və dairəvi konturlu çoxvallı yaylıq naxışlarının, vallarda - orta mürəkkəblikdə naxışların, rapportun nişanlanması və düzəldilməsi. Parçanın çeşidindən və fiqurun xassəsindən asılı olaraq oymada boyağın çəpərlənməsi. Konturun kəsilməsi və düzəldilməsi, ştrifin orta sahəsinin oyulması, mürəkkəb olmayan kölgələrin və yarımkölgələrin, valın işlənməsi səthindəki həlqələrin və darağın əlavə düzəldilməsi. İri ölçülü qüsurların düzəldilməsi. Modelin və sınaqbasmanın çıxardılması, oymanın düzəldilməsi.

Bilməlidir. Orta mürəkkəblikli naxışların tərtibini, onun rapportunu və aşındırmasını; naxışın matrisaya və sink təbəqəyə köçürülmə qaydasının; parçanın çeşidindən və basmanın növündən asılı olaraq oymanın dərinliyini; matrisaya, vallara və sink təbəqələrə orta mürəkkəblikli naxışın oyma fəndlərini; matrisanın modelini və onların köçürülməsinin və aşındırmanın yoxlanması üsullarını; matrisalarda və vallarda fiqurun ölçüsündən, rəngindən asılı olaraq hər boyaq üçün ştrifin seçilmə üsullarını; sink təbəqələrində proyeksiyalı fanarla oyma vaxtı işin qaydasını.

138. Oymaçı. 5-ci dərəcə

İşin xüsusiyyəti. Çoxvallı mürəkkəb naxışların əl ilə oyulması; matrisalarda — açıq fonlu açıq fiqurlarla çoxvallı naxışları; kölgəli və düzpikolu, rapportda kəsiyi olan iri torları, müxtəlif formalı və ölçülü daraqların, müxtəlif ölçülü və növlü dairəvi konturu aşındırılmış qarışıq konturları vallarda; mürəkkəb olmayan kölgəli (ştrifli və pikolu) konturdan təşkil olunmuş ştrixləri, vala həlqə çökməklə darağı, kvadratları və i.a. Naxışın çatışmayan fiqurlarının bərpa edilməsi; sink listlərdə — mürəkkəb çoxvallı yaylıq, haşiyə üçün naxışlarda.

Bilməlidir. Xüsusi mürəkkəb naxışları düzməyi, rapportu və onun oyulmasını; xüsusi mürəkkəb çoxrəngli naxışların moletlərə köçürülməsi üsullarını; parçaların çeşidindən və çal etmənin növündən asılı olaraq oymanın dərinliyini; vallarda və moletlərdə xüsusi mürəkkəb naxışların oyulması fəndlərini; moletlərdə və vallarda fiqurların ölçüsündən və rəngindən asılı olaraq hər rəngə ştrifin seçilməsi üsullarını, aşındarma usullarını.

140. Pantoqrafçı. 3-cü dərəcə

İşin xüsusiyyəti. 4-5 sink vərəqlərlə mürəkkəb olmayan dördvərdənəli yaylıq naxışlarının konturunun və ştrifinin pantoqrafın köməyi ilə vərdənəyə oyulması. Valların seçilməsi, onların maşına qurulması. Vərdənələrin qızdırılması və onların mastika ilə örtülməsi. Sink vərəqin pantoqraf maşınının stoluna bərkidilməsi. Rapportdan çıxıntı və pillələrə qurularkən almazın vərdənəyə quraşdırılması. Bölən həlqə ilə rapportun nişanlanması. Maşında vərdənənin düzgünlüyünün yoxlanması. Sink vərəqlərin dəyişdirilməsi. Oyulmuş valların maşından çıxarılması. Maşınların sökülməsi və yığılması.

Bilməlidir. Pantoqraf maşınlarının quruluşunu, ona qulluq etməyin qaydasını; oymanın, naxışın qurulmasını və rapportun fəndlərini; rapportun nişanlanmanın qaydasını; vərdənələrin oyulmasının keyfiyyətinə təqdim oluna bilən tələbləri; maşının sökülməsi və yığılması qaydasını.

141. Pantoqrafçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Dördvərdənəli yaylıq naxışlarının konturun və ştrifin mürəkkəb olmayan yarımtonlu və bəzəkli 1/2 çıxıntılı rapportla 6-9 sink vərəqlərlə mürəkkəb olmayan irivərdənəli naxışların pantoqrafçının köməyi ilə vərdənəyə oyulması. Vərdənənin seçilməsi. Vərdənənin maşına qurulması, onların qızdırılması, mastika ilə örtülməsi. Rapport tam çıxıntı və pillələrlə qurularkən almazların vərdənəyə quraşdırılması.

Bilməlidir. Pantoqraf maşınının quruluşunu, ona qulluq etməyin qaydasını; oymanın fəndlərini; naxışların və rapportun qurulma qaydasını; vərdənənin vəziyyətinə və rapportun nişanlanmasına təqdim edilən tələbləri.

142. Pantoqrafçı. 5-cü dərəcə

İşin xüsusiyyəti. Haşiyəli, kənar, türk tipli mürəkkəb yaylıq naxışlarını kontur və ştriflə; müxtəlif yarımtonlu və bəzəkli portret və şəkil xassəli naxışların pantoqrafçının köməyi ilə vərdənəyə oyulması. Vərdənələrin seçilməsi, onların maşına qurulması. Vərdənələrin qızdırılması, onların mastika ilə örtülməsi. Oymanın keyfiyyətinin oyma texnologiyasına əməl edilməsinin yoxlanılması.

Bilməlidir. Maşınların quruluşunu, onlara qulluq etməyin qaydasını; oymanın üsullarını və fəndlərini; rapportun nişanlanma fəndlərini.

143. Parafin həlqələr hazırlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. İpliyin parafinləşdirmək üçün parafin həlqələrinin hazırlanması əməliyyatının aparılması. Əridən aparatın parafinlə doldurulması. Parafinin qızdırılması və hazırlanmış qəlibə tökülməsi. Hazır parafin həlqələrinin çıxarılması və onların keyfiyyətinin yoxlanılması. Zədələnmiş həlqələrin seçilməsi. Həlqələrin yerləşdirilməsi və nəql edilməsi.

Bilməlidir. Əridən aparatın və parafin həlqələrin hazırlanması üçün qəlibin quruluşunu, onların istismarını və qulluq etmək qaydasını; parafin tərkibinin nüsxəsini; parafin həlqələrin keyfiyyətinə təqdim edilən tələbləri; hazır həlqələrin yerləşdirilmə qaydasını.

144. Parça naxışlayan. 3-cü dərəcə

İşim xüsusiyyəti. Yüksək ixtisaslı naxışlayıcının rəhbərliyi altında naxış vuran aqreqatlarda Parçaların naxışlanması, enləşdirilməsi, yığılması, ölçülməsi; naxışlayıcı diyircəkdə parçanın işlənməsi, parçaların aqreqatda qısalmamaq üçün emal əməliyyatının aparılması, Avadanlığın işə hazırlanmasında iştirak etmək. Parçanın daşınması. Parçanın tikilməsi və onun yüklənməsi. Parçanın işlənməsinin texnoloji parametrlərinə uyğun suyun verilməsinin, buxarın təzyiqinin, sıxılmış havanın, istiliyin və nəmliyin təmizlənməsi. Parçanı lüləyə diyirlədən mexanizmin müşahidə edilməsi. Parçanın uzunluğunda əyriliklərin görünməsinin, kənarların qatlanmasının, ucların, qırılmaların qarşısının alınması. İş əməliyyatında parçaların sonlarının damğalanması. Texnoloji qısalmanı yoxlamaq üçün işlədilən Parçaya yoxlama nişanının qoyulması. Parçanın qısalmasının, xarici görünüşünün, nəmliyinin, eninin, ştampın uzunluğunun yoxlanılması. Parçanın çıxardılması və müəyyən olunmuş yerə yığılması. Avadanlığın təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın, yoxlama-ölçü cihazlarının quruluşunu, istismarı, sazlama qaydasını və onlara qulluğu. Parçanın çeşidini və emalın növünü, parçanın. yüklənməsini, valikdən və diyircəkdən onun diyirlənməsini. Parçanın Dövlət standartı ilə razılaşdırılmış enini, Parçanın qısalmasına təsir edən amilləri, parçanın işlənməsinin texnoloji qaydasını, parçanın naxışlanmasının keyfiyyətinə təqdim edilən tələbləri; avadanlığın təmizlənməsi və yağlanması qaydasını.

145. Parça naxışlayan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Naxışlama maşınlarında parçanın, naxışlamada qısalmayan parçaların aqreqatlarda emalı əməliyyatının aparılması. Avadanlığın işə hazırlanması. Parçaların uzunluğuna və artikuluna görə seçilməsi. Parçanın yüklənməsi. Hidravlik nasosun köməyi ilə sıxıcı diyircəklərin qaldırılması və parçaların valiklərin arasından diyirlənməsi. Kommunikasiyalarda suyun təzyiqinin və nəmləşdirici kamerada seksiyaların istiliyinin, parçanın dartılmasının tənzimlənməsi. Maşında, aqreqatda, avtomatik sistemin, hidravlik nasosun işinin və parçanın keçməsinin müşahidə edilməsi. Aqreqatda maşınların sürət qaydalarının yoxlanılması. Enləşdirici maşında parçanın kənarlarının avtomatik tutanın və digər avtomatik tənzimləyici qurğuların sazlanması. Texnoloji qısalmanın verilən faizlə alınması variantlarının qurulması. Qısaltma maşınlarının müəyyən olunmuş istiliyə qədər qızdırılması, lazımi təzyiqin təmin edilməsi. Parçanı tikməyin, emal olunmanın keyfiyyətinin və özüyerləşdirənin işinin yoxlanılması. Pasportların vaxtında və düzgün tərtib edilməsi. Daha aşağı ixtisaslı naxışlayıcıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarı və ona qulluq etməyin qaydasını; avtomatik təmizləyən qurğuların sazlanması və texniki yoxlanması "üsullarını. Aqreqatda idarəetmə sxemini, emal olunan parçaların çeşidini; qısalmanın ölçüsünə təsir edən amilləri; avadanlığın yüklənməsi qaydasını və fəndlərini; valiklərin təzyiqinin, maşının və hidravlik nasosun idarə edilməsinin tənzimlənməsi qaydasını, parçaların naxışlanmasının texnoloji qaydasını; nəmlik normasını, qısaldan maşında quruducu barabanlarda buxarın təzyiqini; parçanın keçmə sürətini; parçanın keyfiyyətinə təqdim edilən tələbləri; avadanlığın təmizlənməsi və sürtünən səthlərin yağlanması qaydasını.

146. Parça nümunələrinin kolleksiyaçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı kolleksiyaçının rəhbərliyi ilə yeni naxışlı parça nümunələrindən kolleksiyanın toplanması. Nümunənin və yarlığın nömrəsini, növünü və parçanın naxışını göstərməklə kitaba yapışdırılması, Seçilmiş nümunələrin saxlanması və ya göndərilməsi üçün yerləşdirilməsi.

Bilməlidir. Parçanın çeşidini, rəngin və naxışın nömrəsini; nümunənin kəsilməsi qaydasını, onların ölçüsünü və saxlama qaydasını.

147. Parça nümunələri kolleksiyaçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Rənglərinə və naxışlarına görə parça nümunələrindən kolleksiya toplama. Sifariş cədvəlinin uyğun vaxtı üçün parça nümunələrinin alboma yapışdırılması. Sərgi, bədii sovet, yarmarka, sifarişlərə və xaricə göndərmək üçün parça nümunlərinin hazırlanması və keyfiyyətinin yoxlanılması. Qablaşdırmaya və ya konteynerlərə göndərilən nümunələrin parça üçün xüsusi listlərə yapışdırmaq üçün hazırlanması. Qəfəsin və ya kipin nömrəsini, tarixini, növünü, artikulunu və görünüşünü, hissələrin miqdarını və metrəsini göstərən xəritənin tərtib edilməsi. Aşağı ixtisaslı kolleksiyaçının işinə rəhbərlik edilməsi.

Bilməlidir. Parçanın çeşidini, naxışın, rəngin nömrəsini; parça nümunəsinin göndərilməsinin qaydasını və onların ölçülərini; nümunə üçün kitabın doldurulması qaydasını; nümunələrin saxlanması qaydasını; parçaların keyfiyyətinə Dövlət standartlarını.

148. Parçanı buğa verən. 2-ci dərəcə

İşim xüsusiyyəti. Müəyyən olunmuş qaydaya uyqun buxarvermə maşınlarda parçanın (yundan başqa), trikotaj və toxunmamış kotanların buğa verilməsi. Buğaverənin işə hazırlanması. Parçanın buğaverənə yüklənməsi. Emal olunmuş Parçanın və ya kətanın seçilməsi, arabacığa və ya diyircəklərə qoyulması. Texnoloji əməliyyatın gedişinə, parçanın çıxışında buğavermənin keyfiyyətinə və nəmliyinə, buxarötürücü sistemin və vakuum nasosunun işinə nəzarət edilməsi. Vannanın su ilə doldurulması və onun nəm buğaverənlə işləyərkən müəyyən olunmuş istiliyə qədər qızdırılması. Parçanın buxarla, isti və soyuq su ilə ardıcıl emal olunması. Parçanın maşına, emal olunmuş parçanın isə təyin olunmuş yerə nəql edilməsi. Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Buğaverən maşının quruluşunu və istismar qaydasını; buğaverənin yüklənmə qaydasını, nəqliyyat vasitələri ilə davranmağı; parçanın, trikotaj və toxunmayan kətanın çeşidini; buğa vermənin texnoloji qaydasını.

149. Parçanı buğa verən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Texnoloji qaydaya uyğun parçaların sulu və son buğaverəndə keçələrin özüpresləyəndə, baş örtüklərinin buğaverən qazanlarda buğa verilməsi. Avadanlığın işə hazırlanması. Məhsulun doldurulması, yüklənməsi. Keçənin fasiləsiz kətana tikilməsi. Buğavermə əməliyyatının müşahidə edilməsi. Buğavermənin keyfiyyətinin, baş örtüklərinin formadan çıxarılmasının, ölçüsünün götürülməsinin, fasonunun və mərkəzinin yoxlanması. Parçanın çıxışda nəmliyinin və buğavermənin keyfiyyətinin, kondensatın axıdılmasının, vakuum nasoslarının işinin, buxarın təzyiqinin müşahidə edilməsi. Emal olunmuş məhsulun çıxardılması. Pasportun doldurulması. Məhsulun daşınması, avadanlığa qulluq edilməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın və nəzarət-ölçü cihazlırının quruluşunu və istismar qaydasını və onlara qulluq etməyi; buğa veriləcək məhsulun çeşidini; buğavermənin texnoloji qaydasını; pasportun doldurulma qaydasını, avadanlığın yüklənməsi və işçi orqanlarının tənzimlənməsi qaydasını; baş örtüklərinin mərkəzinin təyin edilməsi üsullarını.

150. Parçanı, kətanı diyirlədən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Parçanın, trikotaj və toxunmayan kətanın diyirlədici və əvəzedici-diyirlədici, ikiləşdirən, ikiləyən-ölçən diyirlədən maşınlarda və axın xətlərində, aqreqatlarda qoşulmuş maşınlarda ikiləşdirilməsi və diyirləndirilməsi. Təmizləməklə diyirləndirərkən pərğunun, düyünlərin, sapların, ilmələrin çıxardılması. Parçanın, kətanın iş yerinə gətirilməsi, uclarının düzəldilməsi və maşına yüklənməsi. Avtomatik qurğuların, mexanizmlərin, maşınların işinə, kənarların dəqiq düzgün gəlməsinə, diyirlətmə, ikilənmə və təmizləmə keyfiyyətinin müşahidə edilməsi. Kənarların bükülməsinin, kərtlərin, qırılmasının, əyilməsinin qarşısının alınması. Parçanın, kətanın və toxunmayan ketanın maşından çıxardılması, damğalanması və müəyyən olunmuş yerə daşınması; tullantıların yığılması və daşınması. Hazır məhsulu lövhəyə diyirlədərkən yarlığa görə ölçüsünün yoxlanılması, tikələrin sonuna baxılması. Avadanlığın təmizlənməsi və yağlanması.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq. etməyi; parçanın, trikotaj və toxunmayan kotanın çeşidini; çeşidindən asılı olaraq lövhəyə və ya diyircəyə diyirləndirilmiş kətan və parça hissələrinin (tikələrinin) sayını.

151. Parçanı parafinləşdirən aparatçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusi maşın və ya aqreqatda parçanın parafinləmə əməliyyatının aparılması. Parçanın və parafinin iş yerinə gətirilməsi. Maşınların, aqreqatların ərimiş parafinlə və parça ilə yüklənməsi. Parafin qatının parçaya bərabər yıxılmasının müşahidə edilməsi. Parçanın hərəkət surətinin və qurudumu silindrin işinin tənzimlənməsi. Parafinləşdirmədə müəyyən olunmuş istilik qaydasına riayət edilməsi. Özüyerləşdirənin işini və Parçanın onun aparatçı diyircəklərinə sarımasının qarşısının alınmasının müşahidə edilməsi. Parçaya çəkilmiş parafin miqdarını təyin etmək üçün parça tikələrinin çəkilməsi. Parçanın müəyyən olunmuş yerə daşınması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq etməyi; emal olunan parçanın növünü və artikulunu; parçaya parafinin yaxılması normasını; parafinləşmənin istilik qaydasını.

152. Parçanı termik emal edən aparatçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı aparatçının rəhbərliyi altında müəyyən olunmuş texnoloji qaydaya uyğun yetişdirmə aparatlarında parçanın, kətanın termik emalı əməliyyatının aparılması. Parçanın, kotanın keyfiyyətinin yoxlanması. Xananın vallarına altlığın yapışdırılması, damğalanması və ya parçanın, kətanın parçalarının (tikələrinin) axırına yarlığın tikilməsi. Parçanın, kətanın daşınması. Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq edilməsini; təmizləmə və yağlama qaydasını; parçanın çeşidini, yükləmə qaydasını, parçanın və kətanın tikilməsini.

153. Parçanı termik emal edən aparatçı. 3-cü dərəcə

İşim xüsusiyyəti. Texnoloji qaydaya uyğun yetişdirmə aparatlarında parçanın, kətanın termik emalı əməliyyatının, aparılması. Məhsulun yüklənməsi. Parçanın, kətanın və boyaqların növündən asılı olaraq yetişdirmədə havanın istiliyinin və nəmliyinin, parçanın və kətanın keçmə sürətinin və dartılmasının tənzimlənməsi. Parçanın, kətanın qırılmasının qarşısının alınması. Sorucu ventilyatorun işinə, istiqamətləşdirici diyircəklərin vəziyyətinə və kameranı qızdıran qurğunun işinə nəzarət edilməsi. Parçanın, kətanın keyfiyyətinin yoxlanılması. Parçanın, kətanın daşınması. Aşağı ixtisaslı aparatçıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Yetişdirici aparatın quruluşunu, istismar qaydasını və ona qulluq edilməsini; təmizləmə və yağlama qaydasını; parçanın, kətanın çeşidini; kətanın, parçanın yüklənməsi və tikilməsi qaydasımı. Yetişmənin istilik qaydasını, aparatda parçanın, kətanın hərəkət sür ətini.

154. Parçaları, məmulatları təmizləyən. 1-ci dərəcə

İşin xüsusiyyəti. Parçaların, kətanın, xalça və digər məmulatların əl ilə sapların uclarından, ilmələrdən, şişlərdən, düyünlərdən qalınlaşmış və başqa qüsurlardan üz və tərs üzünün təmizlənməsi. Parçalarda, kətanlarda və başqa məmulatlarda ləkələrin xüsusi kimyəvi məhlulla yuyulması. Parçaların, kətanların və başqa məmulatların nəql edilməsi və onların yerləşdirilməsi. Tullantıların yığılması və təhvil verilməsi.

Bilməlidir. İstehsal olunan parçaların, kətanların, xalçaların və başqa məmulatların çeşidini, parçanın və başqa məmulatların keyfiyyətinə təqdim edilən tələbləri; parçaları və başqa məmulatları yumaq üçün məhlulun hazırlanması üsullarını; parçaların, kətanların və məmulatların təmizlədikdən və yuduqdan sonra yerləşdirilməsini.

155. Parçaları, məmulatları təmizləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Parçaları, kətanı, baş geyimlərini, keçə ayaqqabıları, dəriləri, xalçaları və başqa məmulatları müxtəlif sistemli maşınlarda saplarım uclarından, şişlərdən, düyünlərdən qalınlaşmış və başqa qüsurlardan üz və astar tərəfindən təmizlənməsi. Parçaların və başqa məmulatların xüsusi kimyəvi məhlulla ləkələrinin yuyulması. Təmizləmənin keyfiyyətinin yoxlanılması. Parçaların, kətanların və məmulatların nəql edilməsi və yerləşdirilməsi, Tullantıların yığılması və təhvil verilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu və qulluq etmə qaydasını; parçaların, kətanların, xalça məmulatlarının, baş geyimlərinin, keçə ayaqqabılarının, dərilərin və başqa məmulatların çeşidini; parçaların, kətanların və başqa məmulatların keyfiyyətinə təqdim edilən tələbləri. Parçaları, kətanı və başqa məmulatları yumaq üçün məhlulların hazırlanması üsullarını; təmizlədikdən və yuduqdan sonra parçaların, kətanın və başqa məmulatların yerləşdirilməsi qaydasını; təmizləmə qaydasını.

156. Pörtmə aparatçısı. 1-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusi kameralarda və pörtmə qablarımda makaralardakı ipliyin, tikələrin və kəsiklərin pörtmə əməliyatının aparılması. Görünüşünə, ölçüsünə görə tikələrin və kəsiklərin seçilməsi. Kameralarda və pörtmə qablarında buxarın təzyiqinin və pörtmə qaydalarının, istiliyinin tənzimlənməsi. Makaralarla dolu kassetlərin, tikələrin və kəsiklərin müəyyən olunmuş yerə daşınması, yüklənməsi və boşaldılması. Pörtmənin keyfiyyətinin yoxlanılması.

Bilməlidir. Pörtmə kamerasının və qablarının istismar qaydasını və iş prinsipini, pörtmə rejimini; kəsiyin, tikənin növünü və onların seçilmə qaydasını.

157. Pörtmə aparatçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. İxtisası daha yüksək olan aparatçının rəhbərliyi ilə kameralarda, emulsiya maşınlarında, çənlərdə, aparatlarda, avtoklavlarda kapron torların, arğacın, parçanın, qəliblərə oturdulmamışdan qabaq keçə ayaqqabılarının, trikotaj kotanın və məmulatların pörtülmə, emulsiyalanma, on stabilləşdirmə və stabilləşdirmə əməliyyatının, işlərinin aparılması. Görünüşünə və ölçüsünə görə ayaqqabıların növləşdirilməsi. Parçanın tikilməsi və tikişin buraxılması. Texnoloji əməliyyatın aparılmasının keyfiyyətinin yoxlanılması. Buxara verilmiş keçə ayaqqabıların dartmaqla uzadılması. Yoxlama-ölçü cihazlarının və xidmət olunan avadanlığın işinin sazlığının yoxlanılması. Məhsulun müəyyən olunmuş yerə nəql edilməsi, yüklənməsi və boşaldılması. Avadanlığa xidmət.

Bilməlidir. Maşınım quruluşunu, istismar qaydasını, iş prinsipini və ona qulluq etməyi. Pörtmənin, emulsiyalamanın və dartmanın texnoloji qaydasımı; məhsulun çeşidini; pörtülmədən sonra məmulatın keyfiyyətinə təqdim olunan tələbləri.

158. Pörtmə aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. İpliyin, parçanın, kord (çox möhkəm) sapın, burulmuş ipəyin, kimyəvi liflərdən alınan lentin, yaylıqların, kapron torların, corab-qısa corab məmulatlarının, üst və alt trikotaj məmulatarının, yarımfabrikatların, bədii divar naxış məmulatları və kətanların pörtülməsi əməliyyatının aparılması. Paqonlarda baftanı sırımaq üçün kontur xətlərin, buğumun (aralığın), şərflərin və ləçəklərin aparatlarda, kameralarda, qazanlarda. avtoklavlarda, proqramla idarə olunan lifi qısaldan maşınlarda, fasiləsiz işləyən zrelniklərdə, pörtmə maşınlarında, maşın-presslərdə, formalarda və kameralarda preslənməsi və pörtülməsi. Odadavamlı parça, kord (çox möhkəm) sapı ilə vallar sarınmalıdır. Məhsulun qəbulu, yüklənməsi, boşaldılması. Müəyyən olunmuş yerə nəql edilməsi. Qurğuların, alətlərin, yoxlama-ölçü cihazlarının, buxarın təzyiqinin və onun bərabər miqdarda avadanlığa verilməsinin müşahidə edilməsi. Pörtülmənin və preslənmənin qoyulmuş texnoloji qaydasına riayət edilməsi. Məhsulun pörtülmə keyfiyyətinin və kontur xətlərinin preslənməsinin yoxlanılması. Bilməlidir. Xidmət etdiyi avadanlığın təyinatını və quruluşunu; istismar qaydasını və ona qulluq etməyi; məhsulun çeşidini; pörtülmənin texnoloji qaydasını; pörtülmədən sonra məhsulun keyfiyyətinə təqdim edilən tələbləri.

159. Pörtmə aparatçısı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Texnoloji qaydaya uyğun iki pörtmə zonalı pörtmə maşınlarında elastik kətanın və parçanın pörtülməsi əməliyyatının aparılması. Diyirləmə qurğusunun, zəncirli sahənin və kameranın vəziyyətinin yoxlanılması. Pörtmə qaydasının müşahidə edilməsi. Pörtülən parçanın və kətanın keyfiyyətinin, sıxlığının. eninin yoxlanılması. Parçanın və kətanın tikilməsi. Elektrotelferə qulluq edilməsi. Məhsulun müəyyən edilmiş yerə nəql edilməsi.

Bilməlidir. Pörtmə maşının, elektrotelferin, diyirləmə qurğusunun, kinematik ötürmənin quruluşunu, itismar qaydasını və ona qulluq etməyi; pörtülmə qaydasını; parçanın və kətanın artikulunu, keyfiyyətə təqdim edilən tələbləri.

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı raklistin rəhbərliyi altında çap maşınlarında rəngli naxışların parçaya, trikotaj və toxunmayan kətanlara çap edilməsi. Çap maşınlarının arxa və ön hissələrinə xidmət edilməsi, sürtünən səthlərin yağlanması, sökülmədə, yığılmada və maşınların işə hazırlanmasında iştirak edilməsi. Naxışların rənglənməsində, naxış və növün dəyişdirilməsində, mahudu kirzlərin tikilməsində və dəyişdirilməsində, lapinqin diyirlədilməsində iştirak edilməsi. Parça (kətan) ilə diyircəklərin quraşdırılması, onun maşına yüklənməsi, diyircəklərin dəyişdirilməsi. Maşına daxil olan parçanın, kətanın keyfiyyətinin, istiqamətləndirilməsinin, parçanın (kətanın) dartılmasının və astarların müşahidə edilməsi. Qüsurlu (kərtikli, qatlanmış, qıraqları əyilmiş, arğacın çəpliyi) parçanın (kətanın) maşına buraxılmasının qarşısının alınması. Kirzyuyan qurğuların və bütün mexanizmlərin işlərinin, maşınların quruluşunun, parçaya (kətana) çap edilmənin keyfiyyətinin yoxlanması. Nümunənin işlənməsi. Raklilərin çıxarılması, itilənməsi və qurulması. Tutumların rənglərdən təmizlənməsi, raklilərin və vərdənələrin yuyulması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Çap maşının, kirzyuyan qurğunun quruluşunu, istismarı qaydasını və onlara qulluq edilməsini; çap edilməyə daxil olan parçaların, trikotaj və toxunmayan kətanların çeşidini; çap edilmə üçün onların yararlı olmalarına təqdim edilən tələbləri; parçanın maşına yüklənməsi qaydasını; işə hazırlayarkən naxışı vənövü dəyişdirərkən maşının sökülməsi və yığılması. Naxışın rənglənməsini, lapinqin diyirlənmə qaydasını. Mahudun tikilməsini və dəyişdirilməsini; kirzlərin tikilməsini.

İstehsal sənayeləri üzrə tarif dərəcələri və maşınların vallığı

Qeyd: Rəngli naxışların trikotaj kətanlarına, toxunmayan materiallara, müşəmbəyə çap edərkən raklistlərin tarifləşdirilməsi yuxarıda göstərilən dərəcələr üzrə kətanlar və materiallar hazırlanan liflərin növündən asılı olaraq; nazik təbəqə materiallarında — ipək sənayesinə oxşar yerinə yetirilir.

İşin xüsusiyyəti. Rəngli naxışların çap edici maşınlarında parçalara, toxunmayan və trikotaj kətanlarına; verilmiş cədvələ uyğun texnoloji əməliyyatı avtomatik tənzimləməklə çapedici xətdə xalça kətanına çap edilməsi. Maşınların və ya xəttin işə hazırlanması və sazlığın yoxlanılması. Parçanın, toxunmayan və ya trikotaj kətanının, xalça kətanının, çap rənglərin, keyfiyyətinin və onların tutumda miqdarının, avadanlığın düzgün quraşdırılmasının, çapedici vərdənələrim vəziyyətinin, kirzyuyan qurğunun, lapinqin çap edici maşınların işlərinin, maşının, mexanizmlərin və avtomatik qurğuların, çapedici xəttə daxil olanların yoxlanılması. Müəyyən olunmuş qaydaya uyğun raklilərin itilənməsi. Çapedici vərdənənin diametrindən asılı olaraq rapport dişli çarxların dişlərinin sayının hesablanması. Şablonların həlqəyə yapışdırılması, şablonların bərpa edilməsi. Nümunənin çap edilməsi və emaldan sonra ona baxış keçirilməsi. Çap maşınlarının və çap başlıqlarının sökülüb yığılmasıda iştirak edilməsi; yeni naxışlarla vərdənələrin yerləşdirilməsi. Çap maşınlarına və çap xətlərinə xidmət etmə, sazlama və yoxlama üzrə başqa işlərin aparılması. Daha aşağı ixtisaslı raklistlərin işinə rəhbərlik edilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Çap maşınlarının və çap xətlərinin quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; parçaların, kətanların çeşidini; onların keyfiyyətinə təqdim edilən tələbləri; boyaqların xassəsini və növlərini, onların sərfi normalarını; qravyuradan (üzərindəki şəkil qazılmış lövhəcik) çap olunmanın keyfiyyətinə təsirini; şablonların və ya vərdənələrin yerləşdirilməsi ardıcıllığını; naxışların rənglənməsi üsullarını raklilərin düzgün itilənməsi, şablonların yapışdırılması; çap edilmənin keyfiyyətinə təqdim edilən tələbləri; texnoloji qaydanın yetkinliyini; çap xəttinə xidmət edilərkən xalça kətanının yuyulmasını, qurudulmasını.

İstehsal sənayesi üzrə tarif dərəcələri və maşınların vallığı

Texnoloji əməliyyatı atomatik tənzmləməklə çap edici xətt

Qeyd: Rəngli naxışların trikotaj kətanlarına, oxunmayan materiallara, müşəmbəyə çap edilərkən raklistlərin tarifləşdirilməsi yuxarıda göstərilən dərəcələr üzrə kətanlar və materiallar hazırlaman liflərin növündən asılı olaraq; nəzik təbəqə materiallarında – ipək sənayesinə oxşar yerinə yetirilir.

162. Relaksasiyon - sarıyıcı aqreqatın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Sarıyıcı və pörtmə kamerasından təşkil olunmuş aqreqatda ipliyin relaksasiya və təkrar sarınması əməliyyatının aparılması. Bobinlərin konus yerləşdirənə qoyulma və sapların pörtmə kamerasının sorucu ucluğuna verilməsi. Müəyən olunmuş səviyyəyə qədər ipliyin kameraya doldurulması. Relaksasiya edilmiş ipliyin şüşə borulardan çıxardılması və onları təmizləyici qurğulu sarıyıcı maşının dartıcı və parafinləşdirici mexanizminə istiqamətləndirici çubuqdan yüklənməsi. Daxil olan və sarınmış qablaşdırmanın dəyişdirilməsi, sapların qırılmasının aradan qaldırılması və sarınmanın, relaksasiya əməliyyatının fasiləsizliyini təmin edən digər işçi fəndlərin yerinə yetirilməsi. Açılan və sarınan qablaşdırmanın bərabər çıxımının təmin edilməsi (qablaşdırmanın yayılması). Texnoloji əməliyyatın gedişinin, istilik borulara doldurulma dərəcəsinin, maşınlarda ipliyin dartılmasının, relaksasiyanın və parafinləşdirmənin keyfiyyətinin, ipliyin nəmliyinin və çıxan qablaşdırmanın ölçülərinin müşahidə edilməsi, Daxil olan ipliyin, konusların, ehtiyat sarınmanın, ucluğun və relaksasiya kameralarının vəziyyətinin )oxlanması. Tullantıların yığılması və təhvil verilməsi; makaraların ehtiyat çərçivəyə qoyulması. Avadanlığın təmirdən qəbul edilməsində iştirak edilməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Xidmət edilən maşının əsas mexanizmlərinin qarşılıqlı hərəkətini və işini, quruluşunu; avadanlığa xidmət etmək qaydasını; avadanlığa qulluq qaydasını; emal olunan ipliyin növlərini, xassələrini və xətti sıxlığını və onların relaksasiya və sarınmasının keyfiyyətinə təqdim edilən tələbləri; sapların dartılmasının böyüklüyünü və onların təmizlənməsi üsullarını; tullantıların növünü və normasını.

163. Sap sarıyan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli yarımavtomatlarla maşınlarda rəngli tikiş ipəyinin və muline kələflərinin sarınması. İpəyin və xətti sıxlığa görə sapın qəbulu və onun keyfiyyətinin yoxlanılması. Yarımavtomatın yayılmaya əsaslanaraq yüklənməsi. Makara və qarqarların dolduqca dəyişdirilməsi. Sapın silindrlərə düzgün sarınmasına, gərginliyinə, sarınan ipəyin enliliyinə nəzarət. Sapın qırılmasını ləğv etməli. İşlənmiş sarğıların çıxarılması və qutulara yığılması. Yığma maşınının qarqarına lülənin yarlıq kağızı ilə yüklənməsi və çənə su doldurulması sarınmış kələflərin hazırlanmış qablara yerləşdirilməsi, bağlanması, onların damğalanması və kağızların iş yerlərinə nəql edilməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, sapın xətti sıxlığını, növünü, cütləmənin sayını, emalın növünü, Dövlət standartlarının tələbləri.

164. Sap sarıyan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Sapın sarıyıcı avtomatlarda və ya yarımavtomatlarda yumaqlama avtomatlarında sarınması. Salın xətti sıxlığına, çəkisinə, emal növünə və rənginə görə qəbul edilməsi. Daxil olan qablaşdırmanın dəyişdirilməsi, qırılmaların və sapların yüklənməyənlərinin ləğv edilməsi. Yumaqların düzgün sarınmasının və borunun yarlıqla doldurulmasının yoxlanması. Qıçaların çıxardılması və qablaşdırmaya sapın uçunun bərkidilməsi. Boş silindrlərin yığılması və onların müəyyən olunmuş yerə qaytarılması üçün hazırlanması. Boş kağız silindrlərin şindelə geydirilməsi. Hazır məhsulun yığılması. Məhsulun keyfiyyətinin yoxlanması. İstiqamətləndiricilərdə silindrlərin düzəldilməsi. Yumaqların və makaraların qablara qablaşdırılması, onların bağlanması və damğalanması, kağızların, yarlıqların, qutuların, bağlamaların iş yerinə gətirilməsi. Müəyyən olunmuş cədvələ uyğun maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, nəqledici qurğunu, istismar qaydasını və ona qulluq etməyi, sapın xətti sıxlığını, növünü, cütləmənin sayını, rəngini və emalın növünü. Dövlət standartlarının tələblərini və əsas xassələrini, sapın qırılma səbəblərini, qablaşdırılan məmulatların çeşidini və damğalanmasını, sapın qablaşdırma üsullarını.

165. Sarıyıcı. 1-ci dərəcə

İşin xüsusiyyəti. Sarıyıcı dəzgahlarda, öl çarxlarında, qurğularda və əl ipliyi, tesmaların və başqa məmulatların təkrar sarıması. Təkrar sarınacaq ipliyin, tesmaların və digər məmulatların iş yerinə gətirilməsi. İpliyin, tesmaların və digər məmulatların uyğun qablara sarınması. İpliyin qırılmasının aradan qaldırılması. İşlənmiş məhsulun və tullantıların təhvili.

Bilməlidir. Sarınacaq ipliyin, tesmaların və digər məmulatların növlərini; sarınmanın keyfiyyətinə olan tələbləri; məhsulun yerləşdirilməsi qaydasını.

166. Sarıyıcı avadanlığın operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Vislərin arabaya sarınması və onun barabanın yanına gətirilməsi əməliyyatının aparılması. Visin barabana bağlanması. Sarınmış qarqarların çıxarılması və başlarının qurulması. İpliyin sapgəzdiricinin gözündən keçirməsində və qarqara yüklənməsində iştirak edilməsi. Avadanlığım təmizlənməsi.

Bilməlidir. Visləri Yükləmə, bağlama və sarıma fəndlərini; qarqara sarınmanın keyfiyyətinə təqdim edilən tələbləri.

167. Sarıyıcı avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Visin (ipin), kabelin, kəndirin və kanat ipliyinin (yoğun ipin, yoğun kəndirin) yumaqlayıcı, xaçvari sarıyıcı maşınlarında sarınması əməliyyatının aparılması; sarıyıcı maşınla çürüməyə və paslanmaya qarşı tərkiblə hopdurulmuş visin buxtadan qarqara sarınması. Maşının, visin barabana yüklənməsi. Qidalandırıcı qabların dəyişdirilməsi. Sarınmış qarqarların çıxarılmasında iştirak edilməsi. İpliyin və visin (ipin) qırılmasının aradan qaldırılması. Sarıma əməliyyatında visin dartılması; ipliyin, visin dartılmasının nizamlanması. İpliyin düzgün sarınmasının, qidalandırıcı və sarıma qabıma, sarğılara (qablaşdırmanı yaymaqla) bərbər düşmənin təmin edilməsi. Təkrarsarınan məmulatların qüsurlarının kənarlaşdırılması. Avadalığın təmirdən qəbul edilməsində iştirak ötməsi. Maşının təmizlənməsi. Tullantıların yığılması və təhvili.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, əsas mexanizmlərin qarşılıqlı hərəkətini və işini, istismarını və qulluq etməyin qaydasını; təkrarsarınan ipliyin qalınlığını və xassəsini, visin, ipin ölçüsünü; lifin növünü; yükləmə qaydasını; təkrarsarınan məmulatların keyfiyyətinə, yumaqların və ya makaraların qarqardakı ipliyik sarınmasının keyfiyyətinə təqdim edilən tələbləri.

168. Sarıyıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli sarıyıcı, arğac sarıyıcı, arğac təkrar sarıyıcı, rezin sarıyıcı avadanlıqlarında kimyəvi və təbii liflərdən alınam ayrı-ayrı növlü və xətti sıxlıqlı sapların, ipliklərin, şüşə liflərin, metal sapların elastomerlərin və xam ipəyin müxtəlif qablaşdırma ilə təkrarsarınması əməliyyatının aparılması. Təkrarsarınmaya daxil olan ipliyin xətti sıxlığının, rənginin, çıxan və sarınan qabların keyfiyyətinin, avtomatın mexanizmlərin işinin yoxlanılması. Texniki şərtlərə görə qüsurlu qablaşdırmanın (sarğıların) seçilib ayrılması. İşlənmiş qablaşdırmanın (sarğıların) çıxarılması və makaralarla qıçalarla avtomatın maqazininin doldurulması. Yoxlayıcı cihazların tənzimlənməsi. Avtomat işləmədikdə yoxlama-dartıcı qurğuya sapın yüklənməsi; sapların qırılmalarının ləğv edilməsi, işlənib qurtarmamış (yarımçıq işlənmiş) qıçaların yığılması, onların növləşdirilməsi və avtomatın maqazinini təkrar doldurmaq üçün qüsurlu yerlərin açılması. Xammala qənaəti, sarıma əməliyyatının keyfiyyətli və fasiləsizliyimi təmin edən, sarınmaların aradan qaldırılması, digər iş fəndlərinin yerinə yetirilməsi. Tullantıların yığılması və növləşdirilməsi. Avtomatın səhvlərini azaltmaq üçüm profilaktiki işlərin aparılması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Əsas mexanizmlərin quruluşunu, işini və qarşılıqlı hərəkətini və avadanlığa qulluq qaydasını; işlədilən xammalın çeşidini; işlədilən sapın və xam ipəyin qalınlığını, ipliyin növünü, xassəsini, xətti sıxlığını, qablaşdırmamın (sarğıların) sarınma sıxlığını və ölçülərini; sapların və ipliklərin dartılma böyüklüyünü və onu nizamlamaq qaydalarını; tullantıların növünü və normasını; buraxılan qablaşdırmanın keyfiyyətinə təqdim edilən tələbləri.

169. Saçaqçı. 1-ci dərəcə

İşin xüsusiyyəti. Məmulatın kənarından əl ilə sapların çıxardılması ilə müəyyən olunmuş uzunluqda saçağın əmələ gəlməsi. Parçanın məmulata doğranması və kənarının kəsilməsi. Saçağın daranmaqla saplarının tökülməsi, yığılması və

Bilməlidir. Məmulatın çeşidini və ölçüsünü, saçağın müəyyən olunmuş uzunluğunu, saçağın daranma qaydasını.

170. Saçaqçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Saçaq kökləyən maşında yaylıqların və ya ədədi məmulatların dövrəsinin toxunması ilə saçağın əmələ gəlməsi və müəyyən olunmuş şəklə uyğun saçağın və qotazın əl ilə, qarmaqla və ya dilli iynə ilə toxunması. Saçağın doğranması, tikədə kəsikdə məmulatın sayına və saçağın keyfiyyətinə nəzarət edilməsi. Maşınım yüklənməsi və saçağın köklənməsi. Qotazların bağlanması və qabarıqlı, çıxıntılı saçağın hazırlanması. Məmulatın yığılması və daşınması. Avadanlığa xidmət edilməsi.

Bilməlidir. Saçaq kökləyən maşının quruluşunu və istismar qaydasını; emal olunan məmulatın çeşidini, saçağın növlərini və onun keyfiyyətinə təqdim edilən tələbləri; əl ilə saçağın toxunma fəndini.

171. Saçaqçı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Saçaqburuğu və saçaq maşınında saçağın əmələ gəlməsi. Yaylıqların və başqa ədədi məmulatların düzəldilməsi, tikilməsi və fasiləsiz lentli maşına yüklənməsi. Saçağın burularkən işçi fondlarının ardıcıllıqla yerinə yetirilməsi Mexanizmlərin işinin, yaylıqların dartılmasının və saçağın burulmasının keyfiyyətinin müşahidə edilməsi. Əriş sapların sap ayırandan keçirilməsi. Məmulatım yerləşdirilməsi və daşınması. Maşına quluq edilməsi.

Bilməlidir. Saçaqburuğu və saçaq maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi; saçaq və yaylıq məmulatlarının çeşidini; saçağın növünü və onun keyfiyyətinə təqdim olunan tələbləri.

İşim xüsusiyyəti. Müxtəlif sistemli maşınlarda, sentrifuqalarda (mərkəzdən qaçan qüvvə ilə tərkib hissələr ilə ayıran cihaz) xammalın, ipliyin, parçanın, toxunmayan və trikotaj kotanının, məmulatların sıxılması. Məhsulun maşına yüklənməsi. Əməliyyatın, sıxmanın ya sormanın keyfiyyətinin müşahidə edilməsi. Mexanizmlərin işinin yoxlanılması. Müəyyən olunmuş qaydaya uyğun lazımi dərəcədə (vaxtda) parçanın sıxılmasının və keçmə surətinin təmin edilməsi. Məhsulun maşınlardan, sentrifuqalardan boşaldılması. Rəngi dəyişdirərkən avadanlığın yuyulması. Məhsulun müəyyən olunmuş yerə daşınması. Avadanlığın təmizlənməsi və yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu, istismarı qaydasını və ona qulluq edilməsini; xammalın, ipliyin, parçaların, toxunmayan və trikotaj kətanının, məmulatların çeşidini və növlərini; sentrifuqalara yüklənmənin həddini; sıxma qaydasını; sıxmanın keyfiyyətinə təqdim edilən tələbləri.

173. Termosabitləşdirmə aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçaya, kətana qısalmamaq və qırışmamaq xassəsi verməklə lifdə qalıq gərginliyi çıxartmaq üçün isti kamerada və ya sabitləşdirmə maşınında parçanın, toxunmayam və trikotaj kətanın sabitləşdirilməsi əməliyyatının aparılması. Maşının və ya kameranın işə hazırlanması. Avadanlığa, yoxlama-ölçü cihazlarına baxış, lazımi istiliyə qədər qızdırılması. Parçanın, kətanın kameraya və ya maşına yüklənməsi. Parçanın, kətanın dartılmasının və istilik qaydasının müşahidə edilməsi və tənzimlənməsi. Avadanlığın işinə nəzarət edilməsi. Parçanın, kətanın daşınması. Avadanlığın təmizlənməsi və yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu, istismar qaydasını, onlara və yoxlama-ölçü cihazlarıma qulluq etməyi; isti sabitləşdirmə əməliyyatının təyinatını sə mahiyyətini; sabitləşdirilən parçanın və kətanın çeşidini və onların emalının texnoloji qaydasını.

174. Tesmaçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əyirici və burucu maşınlarına xidmət edilməsi. Tesma dartıcı diyircəklərin işini və tesmaların saz, düz işləmə vəziyyətlərini müşahidə etmək. Tesma qırılmalarına görə iylərdə yaranmış boş dayanmaların aradan qaldırılması. Maşınlarda qırılmış və ya sıradan çıxmış, zədələnmiş tesmaların dəyişdirilməsi. Tesmaların yapışdırılması. Tesmaların hazırlanması. Tesmaların hopdurulması və dartılması. Tikiş maşınlarının təmizlənməsi, sürtünən səthlərin yağlanması və termomaşaya qulluq edilməsi. Tesma sərfi hesabının aparılması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydalarını və ona qulluğu; tesmaların böyük düyünsüz yapışdırılması və qalınlaşdırılması qaydalarını; tesma dartıcı diyircəklərin qurulması qaydalarını.

175. Texnoloji ləvazimatların təmirçisi. 1-ci dərəcə

İşin xüsusiyyəti. Burucu maşınlar üçün haçaların təmiri, toxumu dəzgahlarında lamel cihazlarının reykalarını və lamelləri. Materialın hazırlanması. Yeyilmiş dairəvi qurğular reykaların, lamellərin çıxardılması və dəyişdirilməsi. Parçanın artikuluna və dəzgahın tipinə görə lamel cihazlarının seçilməsi. Əyilmiş reykaların düzəldilməsi. Təklif edilmiş lamel cihazlarının, haçaların təmizlənməsi və müəyyən olunmuş yerə təhvil verilməsi.

Bilməlidir. Haçaların tiplərini və ölçülərini, dairəvi qurğular tətbiq olunan simin diametrini; ərişin, ipliyin xətti sıxlığının növünə görə lamellərin nömrəsini; uyğun artikullar üçün cihazda lamellərin miqdarını; lamellərin, reykaların düzəldilməsi fəndlərini, dairəvi qurğuların bərkidilməsi və ya lehimlənməsini; simlərin və haçaların, lamellərin keyfiyyətinə təqdim edilən tələbləri.

176. Texnoloji ləvazimatın təmirçisi. 2-ci dərəcə

İşin xüsusiyyəti Lentləyici, daraqlı-darayıcı, kətandarayıcı, zəif əyrilmiş iplik maşınları, əyirici və burucu istehsalatı maşınları, toxucu dəzgahları üçün texnoloji ləvazimatların təmir edilməsi; hissələrin və qovşaqların iş yerinə gətirilməsi, Təmir üçün materialların hazırlanması. Təmir olunan ləvazimatın təmizlənməsi, sökülməsi və yığılması. Yeyilmiş hissələrin düzəldilməsi, dəyişdirilməsi, lehimlənməsi, yapışdırılması və texnoloji ləvazimatın təmiri ilə bağlı başqa işlərin yerinə yetirilməsi. Təmir olunmuş ləvazimatların müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir. Darağın, iynənin, lövhənin (plankanın), pərçimin kolkalı lentlərin və ağac plankalı qarniturların, remizin təsnifatını. Bu məmulatların standartları; remizin, teştlərin. valların, təmizləyici alətlərin, daraqların keyfiyyətinə təqdim edilən tələbləri; onların istismarı şərtlərini; iynələrin, teştlərin, və valiklərin təmiri üsullarını, plankalarda təzə qalevlərin bərkidilməsi və bağlanması; işlədilin parçaların çeşidləri üçün toxucu cihazlarında qalevin, remizin miqdarının hesabını; texnoloji ləvazimatların sıradan çıxması səbəblərini və onların aradan qaldırılması üsullarını; təmir üçün işlədilən materialların xassələrini; materialların və ayrı-ayrı hissələrin sərfi normasını; texnoloji ləvazimatın hazırlanması və lehimlənməsi, yapışdırılması üsullarını.

Hazırlanması: teştlər üçün altlıq, sıxıcı valların.

Düzəldilməsi, dəyişdirilməsi: qalevlərin, daraqların, iynələrin, kolodkaların, qarmaqların, plankaların, remizlərin. Lehimlərə yapışdırma: iynələri darağın plankasına.

Təmir (mürəkkəb olmayan): yastı daraqların, daraqlı plankaları, kolkalı lentləri, remizləri, teştləri, sıxıcı valları, muftaları, təmizləyici qurğuları. Yapışdırma: sıxıcı valları, müxtəlif materiallarla təmizləyici qurğuları.

177. Texnoloji ləvazimatların təmirçisi. 3-cü dərəcə

İşim xüsusiyyəti. Lentləyici, ütüləyici, daraqlı darayıcı, zəif əyrilmiş iplik, əyirici, burucu, əriş, toxucu, iynəbatıran avadanlıqlar üçün texnoloji ləvazimatın təmiri Qovşaqların və hissələrin iş yerinə nəql edilməsi. İşçi səthlərin təmizlənməsi. Yeyilmiş hissələrin və müxtəlif qovşaqların dəyişdirilməsi; deşmə, itiləmə, vulkanizasiya, yandırılması, bitişdirilməsi, yiyələnməsi, emulsiyalanması, lakla örtülməsi, yapışdırılması, qətranlama, düzəldilməsi, müxtəlif hissələrin və texnoloji ləvazimatların hissələrinin cilalanması, işlərinin yerinə yetirilməsi. Yapışdırıcı tərkibin bişirilməsi. Ölçü cihazlarının, şablonların tətbiqi ilə ölçüyə, diametrə və oturmanın sıxlığına, əyilmələrin əyilmə bucağına, berdonun hesabatına və nömrəsinə əməl edilməsi. Yoxlama dəzgahında daraqların dairəvi seqmentinin, valiklərin və navoyların (üzərinə əriş sarınan val) fırlanmasının düzgünlüyünü, dairələrin (disklərin) paralelliyinin, flansların xamıtlarının və valların və navoydakı boltların yoxlanılması Təmir olunmuş və təzə məkiklərin keyfiyyətinin yoxlanılması. Müəyyən olunmuş qaydada təmir olunmuş ləvazimatların təhvil verilməsi. Dəzgahların və qurğuların təmizlənməsi.

Bilməlidir. Boltların, berdonun, daraqların, makaraların, məkiklərin, sətin qoxuma üçün remizlərin; valların və üzərinə əriş sarınan valların (navoyların) təmiri üsullarını; iynələrin plankada (ensiz hamar lövhədə) yerləşdirilməsi qaydasını; iynələrin oturdulması sıxlığını, iynələrin növü və nömrələnməsini; daraqlı plankanın, dairəvi daraqların seqmentlərinin və sancaqlı lentlərin çıxardılması və bərkidilməsi qaydasını.

Təmiri: yastı və dairəvi daraqların, daraqların, plankaların, iynədanın və iynəli lövhənin, sıxıcı valların, toxumu navoyların və əriş valiklərinin, batanların (hissə-hissə), berdonun, məkiklərin, sətin toxunması üçün remizlərin; makaraların, ağac plankalı qarniturların, təmizləyici alətlərin.

Hazırlanması: batanın mürəkkəb olmayan hissələrinin, maşınlar və dəzgahlar üçün ağac hissələrinin, lehimləmə yapışqanın, oda verilməsi, qətranlanması vulkanizasiya, emulsiyalanması, lakla örtülməsi; daraqların, iynədanların, iynəli lövhələrin, sıxıcı valiklərin, ipək remizlərin, makaraların, berdoların, batan hissələrinin, təmizləyici qurğuların.

Bağlanması, təzədən düzəldilməsi: satin toxuma üçün ipək remizləri, digər hesabla işlədilməsi üçün berdoların deşilməsi, itilənməsi, yiyələnməsi, cilalanması, ağacların, ebonitlərin, remizlərin, valların, disklərin, örtüklərin, dairəvilərin, batan hissələrinin, məkiklərin və digər materialların cilalanması.

173. Texnoloji ləvazimatın təmirçisi. 4-cü dərəcə

İşin xüsusiyyəti. Lentləyici, kotandarayıcı, daraqlı darayıcı, toxucu avadanlıqlar üçün texnoloji ləvazimatın təmir edilməsi. Müxtəlif hissələrin çertyoj və nümunələrə uyğun hazırlanması. Ayrı-ayrı hissələrin səthlərinin bərpa işlərinin yerinə yetirilməsi. Texnoloji ləvazimatın təmirinin keyfiyyətinin yoxlanması. Yoxlama və ölçü alətlərindən istifadə edilməsi. Təmir üçün istifadə olunan avadanlıqların və alətlərin xırda təmiri və sazlanması. Mastika və yapışqanlayıcı tərkiblərin hazırlanması və tərtib edilməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Texnoloji ləvazimatı təmir etmək üçün istifadə olunan qurğuların, dəzgahların təyinatını və quruluşunu, onlara qulluq etməyi; hissələrin, qovşaqların hazırlanmasını, təmirin üsullarını; onların yapışdırılması, biçilməsi, dartılması, deşilməsi, itilənməsi və mastika, xüsusi tərkibli yapışqanın hazırlanma üsullarını; ayrı-ayrı materialların xassələrini, ona təqdim edilən tələbləri; texnoloji ləvazimatın istismarını və saxlanması qaydasını.

Təmir: batanlar, sətin toxunması üçün berdolar, pnevmatik toxucu dəzgahları üçün sıxıcı və keçə valları, daraqlar, daraqlı plankalar, sancaqlı qarniturlar, şablonlar.

Hazırlanması: batanın hissələri, sıxıcı vallar, təmizləyici alətlər.

Tarımlaşdırması, dartılması, yapışdırılması, itilənməsi: keçələrin, pnevmatik toxucu dəzgahlarının təzyiq vallarının, sıxıcı valların, təmizləyici qurğuların.

179. Texnoloji ləvazimatların təmirçisi. 5-ci dərəcə

İşin xüsusiyyəti. Toxucu dəzgahlarının bütün sistemləri üçün çertyoj və nümunələrə uyğun yeni batanların hazırlanması, batanın yığılması, onun toxucu dəzgahına qoyulması və sazlanması. Ölçü alətlərindən və şablonlardan istifadə etməklə toxucu dəzgahlarında batanın yoxlanılması. Rapirli toxumu dəzgahları üçün rapirlərin bərpası və təmir edilməsi, yaramayam hissələrin dəyişdirilməsi, rapirin nizamlanması. Xüsusi yerdə rapirin sökülməsi və yığılması. Rapirin uclarının itilənməsi və cilalanması. Texnoloji lazımi təzyiqdə təmir olunmuş rapirlərin yoxlanılması, rapirin toxucu dəzgahlarında qoyulması. Xüsusi yerdə Yeni rapirlərin yoxlanılması və sazlanması və onların toxumu dəzgahlarında yerləşdirmək üçün hazırlanması.

Bilməlidir. Batanların, rapirlərin tipini və konstruksiyasını; batan hissələrinin çertyojunu və eskizlərini; rapirin, batanın hazırlanması, təmiri və qurulması qaydalarını, toxucu dəzgahında batanın, xüsusi yerdə rapirin yoxlanması qaydasını; rapirə, batana və onların ayrı-ayrı hissələrinə təqdim edilən tələbləri; müxtəlif cinsdən olan ağacların xassələrini, rapirin normal uzunluğunu və buraxıla biləm həddinin; batanın nasazlığının və rapirin xarab olmasının səbəblərini; bərpa etmək üçün alətlərin, qurğuların təyinatını, rapirlərin və batanların hazırlanması, onlardan istifadənin qaydalarını.

180. Texnoloji prosesin nəzarətçisi. 2-ci dərəcə

İşin xüsusiyyəti Uyqun yoxlama-ölçü cihazlarını tətbiq etməklə maşınlarda, dəzgahlarda və aparatlarda texnoloji əməliyyatın parametrlərinə riayət edilməsinin yoxlanması. Texnoloji keçidlərdə dəzgahların, maşınların işçi hissələrinin fırlanma tezliyinin və surətinin ölçülməsi. Dəzgahlarda və maşınlarda yarımfabrikatların və ya hazır məmulatların qırılma dərəcəsini (səviyyəsini) təyin etmək üçün müşahidələrin aparılması. Dinamometrlərdə parçanın və sapın möhkəmliyinin, istehlak sahələrində temperatur və nəmliyin ölçülməsi. Yarımfabrikatın və hazır məhsullarda qırılmaların, ipliyin sarınma sıxlığının, parçanın, yarımfabrikatın və məmulatların sıxlığının, ülgüdən (şablondan) istifadə etməklə qablaşdırmanın ölçüsünün, kimyəvi məhlulların qatılığının yoxlanılması. Xam pambığın, pambıq lifinin, kətan lifinin daranmışın zibilliyinə, kalibrlərinə (ölçülərinə), növlərinə görə baramanın düzgün seçilməsini, kondension aparatlarda lifin nəmliyinin və qarışığın keyfiyyətinin, ipliyik və yarımfabrikatların sarınmasının yoxlanılması, İşçi fəndlərin yerinə yetirilməsi vaxtının davamiyyətinin. Təkrarlığının müşahidə edilməsi. (Vahid normaya və vahid məhsula düşən halların sayı). Müəyyən olunmuş formada müşahidələrin və yoxlamanın nəticələrinin yazılması və ilkin sənədləşdirilməsi. Müşahidələrin nəticələrinin statistik işlənməsi.

Bilməlidir. Texnoloji əməliyyatın əsasını və avadanlıqları; yoxlama-ölçü cihazlarından istifadə qaydalarını və quruluşunu; ölçünün və müşahidənin aparılması üsullarını; ilkin sənədin formasını və onun doldurulma qaydasını.

181. Texnoloji prosesin nəzarətçisi. 3-cü dərəcə

İşin xüsusiyyəti. Uyğun yoxlama-ölçü cihazlarını tətbiq etməklə dəzgahlarda və maşınlarda texnoloji əməliyyatın parametrlərinə riayət edilməsinin yoxlanması. Əməyin təşkilinin səmərəli üsullarına və çoxdəzgahlığa xidmət üsullarına riayət olunmasının yoxlanması. Avadanlığın və iş vaxtının - faydalı istifadəsinin yoxlanması. İş vaxtının normativ sərfinin və avadanlıqların işində fasilələrə riayət olunmasının yoxlanılması. Mürəkkəb xronometraj müşahidələrin aparılması. İş vaxtının və avadanlıqların işinin əks etdirilməsi. Müəyyən olunmuş formaya uyğun müşahidələrin nəticəsi barədə ilkin sənədin doldurulması. Müşahidələrin nəticələrinin təhlili və statistik işlənməsi və qüvvədə olan normativlərlə müqayisə edilməsi, Yoxlama və müşahidələrin nəticələrinin sənədləşdirilməsi (yoxlama jurnalı, kitab, xəritə).

Bilməlidir. Avadanlığın xassəsini; əməyin normalaşdırılmasını və texnoloji əməliyyatın əsasını; əməyin təşkili üsullarını və işçi fəndlərini fəndlərini; avadanlıqların boş dayanma səbəblərini. Çoxdəzgahlı xidmət zamanı əməyin normalaşdırılması və təşkili qaydalarını; müxtəlif yoxlama-ölçü cihazlarının iş qaydasını, təyinatını və quruluşunu; işçilərin əməyinin təşkilini və texnoloji əməliyyatların gedişində müşahidə aparmağın üsullarını; iş vaxtından və avadanlıqdan istifadə etmək təhlili və yoxlamanın nəticələrinin hesabı üçün ilkin sənədin formasını, onların doldurulma qaydasını; iş vaxtının normativ sərfini və avadanlığın işindəki fasilələri.

182. Tullantıları işləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Tullantıların bütün növlərinin, hörmənin sərt uclarının, tikələrin, lifdə kobud dərilərin, keçə və digər tullantıların fırlananlarda, ucqıranlarda, regeneratorlarda, ucdidicilərdə, didicilərdə, sapsarıyan və başqa maşınlarda işlənməsi. Tullantıların maşının yanına gətirilməsi, onların bərabər ölçüdə maşınlara yüklənməsi. Tullantıların növləşdirilməsi. Maşına kənar əşyaların düşməsi hallarının qarşısının alınması. Maşınların və siqnalverənlərin işinin müşahidə edilməsi. Əl ilə və ya kisədolduran maşınlarda tullantıların kisələrə doldurulması və onların müəyyən olunmuş yerə daşınması. Avadanlığa qulluq edilməsi. Tullantıları hidrodinamik üsulla işləyərkən suyun verilməsinin tənzimlənməsi və onun dövretməsinin yoxlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; işlədilən tullantıların növlərini; tullantıların işlədilməsinin keyfiyyətinə təqdim edilən tələbləri.

183. Tullantıları işləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Köynək baramalardan hamar və ya tikanlı barama fırlanğıc barabanları ilə ipək liflərinin istehsalı işinin aparılması. İşləməyə daxil olan köynəklərin keyfiyyətinin yoxlanılması. Köynəklərin barabanlara verilməsi, onların qidalandırıcı məhəccərə yüklənməsi və maşının işə salınması Maşının işlənməsini müşahidə etmək və lif zolağının işləmə vaxtını təyin etmək, lif zolağının kəsilməsi və onun maşından çıxarılması. Qurdların və tullantıların yığılması. Barama fırlanğıclarının təmirdən qəbul edilməsində iştirak etmək. Fırlanğıcın sürtülən səthlərini təmizləmək və yağlamaq.

Bilməlidir. Maşının quruluşunu və onun ayrı-ayrı mexanizmlərinin əlaqəli hərəkətini; fırlanğıcda köynək baramaların emalının texnoloji qaydasını; köynəklərin barabana verilməsi qaydasını. Bir lif zolağının istehsalı üçün vacib olam köynək hissələrinin miqdarını; maşını təmizləmə və yağlama qaydasını.

184. Toxumu. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçaların, lentlərin, sadə növ toxumaların mexaniki toxumu dəzgahlarında və lent toxuyan dəzgahlarda və tüklü arğaclı bort parçalarının əllə işləyən dəzgahlarda hazırlanması. Dəzgahların normal işlərinin, parçaların lazımi keyfiyyətinin təmin edilməsi. Əriş saplarının qırılmalarının qarşısının alınması. Buraxılmış sapların axtarılması, uzun ucların kəsilməsi, ərişlərdə işlərin götürülməsi. Ayırma hesabına görə toxumanın rapportunun bərpa edilməsi. Lent oxuyan və mexaniki toxucu dəzgahlarında məkiklərin, makaraların doldurulması və dəyişdirilməsi. Toxucu dəzgahlarının barabanlarının və sandıklarının makaralarla (şpullarla) doldurulması. Dəzgahların əsas mexanizmlərinin işinin müşahidə edilməsi. Daxil olan xammalın keyfiyyətinin, məmulatların sıxlığının yoxlanılması. Qüsurların işlənməsi; əriş saplarının qırılmışlarının tutulması və əlavə artırılması. Qırılmış tutandan sonra ərişlərin işlənilməsi. Toxucu dəzgahlarında boşalmış makaraların dəyişdirilməsi. Təlimata uyğun makara qoymamışdan əvvəl xarablarının seçilməsi. Makaraların. qabların yığılması və nəql edilməsi.

Bilməlidir. Toxucu dəzgahının quruluşunu, işini və onun əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; parçaların, lentlərin çeşidini; yükləmə hesabatını; ipliyin növünü və xətti sıxlığını, lentlərin növlərinin təyin edilməsi qaydasını; tullantıların növünü və normasını, onların azaldılması yollarını; toxucu dəzgahlarının təmizlənməsi və yağlanması cədvəlini və təlimatını.

İstehsal: toxucu xırdavat istehsalı; izolyasiyalı, kiperli, pambıqparça, texniki, mitkal, haşiyəlik, ətriyyat, sarja, qütblü güləbətinli yarımipək, "Pukalka" və oxşar yükləmə ilə digər lentlər; qalstuklar üçün pambıq astarlıq.

Sahələri hamısı: toxucu dəzgahların barabanlarının sandıqlarının makara və ya qıçalarla doldurulması.

185. Toxucu. 4-cü dərəcə

İşin xüsusiyyəti. Toxucu və lenttoxucu dəzgahlarda parçaların, xalçalarım, lentlərin, qayışların və məmulatların istehsal edilməsi. Mexaniki toxucu dəzgahlarında işləyərkən sapçarxın doldurulması və dəyişdirilməsi. Lenttoxucu dəzgahlarına qulluq edərkən makaraların dəyişdirilməsi. Əriş və arğac saplarının qırılmasının qarşısının alınması. Əriş saplarının qırılmasının və məhsulun qüsurlarının qarşısını almaq üçün profilaktiki işlərin yerinə yetirilməsi. Ərişin dartınmasının tənzimlənməsi. Daxil olan ərişin və arğacın qalınlığına və rənginə, parçanın sıxlığına, keyfiyyətinə, bəzəkli parçalarda ərişə və arğaca görə toxumanın rapportuna və manerasına riayət olunmasının Yoxlanılması. İşçi fəndlərinin yerinə yetirilməsi ardıcıllığının seçilməsi, çoxdəzgaha xidmət edərkən səmərəli marşrutun seçilməsi və işlərin planlaşdırılması. Dəzgahın bütün mexanizmlərinin işinin və vəziyyətinin yoxlanılması, Mexaniki toxucu dəzgahlarında məkiklərin yayılması. Qırılmış qalev və remizlərin bağlanması. Məhsulun qüsurlarının işlənilməsi. Əriş saplarının qırılmışlarının tutulması və əlavə artırılması, qırılma və tutulmadan sonra ərişlərin işlədilməsi və zəncirin bağlanması, bağlanmış və yüklənmiş ərişin işlədilməsi. Dəzgahların təmirdən qəbulunda iştirak edilməsi: Avadanlığa və iş yerinə qulluq edilməsi.

Bilməlidir Xidmət olunan avadanlığın quruluşunu, işini və mexanizmlərin qarşılıqlı hərəkətini; istismar qaydasını və onlara qulluq edilməsini; parçanın, məmulatların yükləmə hesabatını və çeşidini; onların naxışlarını; ayırmanı və toxunmanın növlərini; xam parçaların və məmulatların növlərinin təyin edilməsi və keyfiyyətinin yoxlanılması qaydasını; ipliyin xətti sıxlığını; əriş və arğac saplarının qırılmasının səbəblərini; onların aradan qaldırılması üsullarını; tullantıların normasını və növlərini, onların azaldılması tədbirlərini; avadanlığa xidmət marşrutlarını və növbə ərzində işlərin planlaşdırılmasını.

1. Pambıq parça istehsalı: parçaların bütün növləri, qayışların bütün növləri, mexaniki. lenttoxuyan və qayıştoxuyan dəzgahlarında.

2. Kətan istehsalı; avtomatik məkikli toxucu dəzgahlarında kisə və qablaşdırma parçaları.

3. Yun istehsalında: müxtəlif sistemli (jakkard maşınları ilə olan dəzgahlardan başqa) mexaniki toxucu dəzgahlarında və avtomatik eksentrik toxucu dəzgahlarında parçaları, xalça və xalça məmulatlarını; xalça toxucu dəzgahlarında makara və qarqarların qoyulması.

4. İpək istehsalı: bütün sistemli mexaniki toxucu dəzgahlarında mürəkkəb olmayan toxuma parçaları.

5. Toxucu xırdavat istehsalı: mexaniki lenttoxuyan və jakkard maşını ilə, lenttoxuyan dəzgahlarda müxtəlif növlərdən mürəkkəb toxumalı və naxışlı lentləri; atlas, alt məmulatları, şalvarlıq, bəzək, korsaj, milli, batistli, bortlu, "Molniya", ikiqat, protez, qarınaltı, haşiyəli, rej formalı atlas, rotasion, ikiqat qulaqlı, hamar şlyapa, texniki kapron, elastiki bint, "Kaptal" lentləri; şlyapa fayası, tək kaprondan lentlər, hörgü qısa-corab izolyasiya borusu, fasonlu parça qaytanları, avtolentlər, baftalı ipəklər, fitillər, fasonlu araqatları, korset, dalğavari, qaft və tafta, emal olunmuş jakkard, ikiqat, üçqat qayışlar, fotolentlər, kabel lenti, saçaqlar, qol karqası və yükləməyə görə digər analoji çeşidli məmulatlar. Kapron və tüklü arğacla bortlu parçalar; kaşnelər, yaylıqlar, şərflər şallar, örpəklər, avtomat toxucularda və mexaniki məkikli və məkiksiz dəzgahlarda.

6. Kəndir-cüt istehsalı: avtomatik məkikli toxucu dəzgahlarında kisə, linoleum və qablaşdırma üçün parçalar.

186. Toxucu. 5-ci dərəcə

İşin xüsusiyyəti. Toxucu dəzgahlarında (maşınlarında) və lenttoxumu dəzgahlarında parçaların, lent və məmulatların istehsalı. Əriş, arğac və arkat saplarının qırılmasının aradan qaldırılması. Kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi. Sapın qırılmasının və parçanın qüsurlarının qarşısını almaq üçün profilaktiki işlərin yerinə yetirilməsi. Toxunmaların rapportunun və naxışlarım bərpa olunması. Parçanın sıxlığının, toxunmaya daxil olan əriş və arğac saplarının keyfiyyətinin yoxlanması. Parçaların qüsurlarının işlənib hazırlanması. Köklü döşəmənin, xovlu ərişin mütləq dartılmasının təmin edilməsi. Lamel mexanizminin kəsici, yığıcı mexanizmlərinin işinin, kətanın, kəsmənin keyfiyyətinin, xovlu ilgəklərin hündürlüyünün yoxlanılması. Qırılma zamanı əriş saplarının açılması və düyünlənməsi. Sapın sarınması, bağlanmış və yüklənmiş ərişin işlənməsi. Arğac makaralarının doldurulması və dəyişdirilməsi. Jakkard maşınlı dəzgahlara kartonun keçirilməsi. Rəngli kaymaların atılması. Dəzgahların ardıcıl işini təmin edən digər işçi fəndlərin yerinə yetirilməsi. Dəzgahın təmirdən qəbulunda iştirak edilməsi. İş yeri və avadanlığa qulluq edilməsi,

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, mexanizmlərin qarşılıqlı hərəkətini və istismarı, onlara qulluq etməyin qaydasını; parçanın, xalçanın, lentin, məmulatın işçi hesabını və çeşidini; onların naxışlarını; toxunmanın növlərini və ayırmanı; arkat şnurlarının ayırma növlərini; xəritənin növbəliyi ardıcıllığı və onların düzgün tikilməsi qaydasını; yayılmadan sonra rənginə və rapportuna görə sapçarxını dəyişdirmək üçün kartonun qoyulması qaydasını; işin planlaşdırma qaydasını; işçi fəndlərini, onların ardıcıllıqla yerinə yetirilməsi; kəsmənin keyfiyyətini və xovlu parçada xovun hündürlüyünü; tullantıların normasını və növünü.

1. Pambıqparça istehsalı. Avtomatik məkikli və məkiksiz toxucu dəzgahlarında (maşınlarında), jakkard maşınlı mexaniki toxucu dəzgahlarında bütün növlü parçaları, TV-160-ŞL markalı dəzgahlarda, jakkard maşınlı və çubuqlu mexanizmlə xovlu toxucu dəzgahlarında xovlu parçaları.

2. Kətan istehsalı. Müxtəlif sistemli avtomatik məkikli və məkiksiz toxucu dəzgahlarında bütün növlü parçaları, kisələr və qablaşdırma üçün parçaları.

3. Yun istehsalı. Jakkard maşınlı mexaniki və avtomatik toxucu dəzgahlarında, cihazında 12 və daha çox remizli karetkalı avtomatik dəzgahlarda parçalı, jakkard və xalça məmulatlarını, bütün sistemli məkiksiz dəzgahlarda parçaları, xalçaları.

4. İpək istehsalı. Xovlu, qalstuk üçün, çətirlik, sətin, təbii ipəkdən bütün növ parçaları, jakkard maşınla mexaniki çoxməkikli toxucu dəzgahlarında mürəkkəb toxumalı parçaları, milli, avrovlu parçaları, avtomat toxucu dəzgahlarında, xəzi bütün sistemli dəzgahlarda, bütün nov parçaları avtomatik məkiksiz toxucu dəzgah larında.

5. Toxucu xırdavat istehsalı, Mexaniki lenttoxucu dəzgahlarında metal, elastomer, şüşəlifli sapları tətbiq etməklə xüsusi mürəkkəb toxumalı lentlər; üçqatlı toxumalı, kapron saplardan xüsusi təyinatlı ağır texniki lentləri, kotan və cüt (kabel üçün nəqliyyat cütü, toxucu toqqa, təhlükəsizlik qayışı, emal sobalar üçün, şüşə məftilli, metal məftillərlə pambıq saplardan rulet); ipliklər və onların analoqları. Tematik naxışlı mürəkkəb çoxrəngli lentləri jakkard maşınlı lenttoxucu dəzgahlarında, Jakkard maşınlı çox məkikli toxucu dəzgahlarında şərfləri, yaylıqları, örtükləri.

6. Kəndir-cüt istehsalı. Kisələr, linoleum və qablaşdırma üçün parçaları məkiksiz toxucu dəzgahlarında.

187 Toxucu avadanlığını yükləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı hazırlayanın rəhbərliyi ilə tortoxuyan maşımın, rəngləmə əməliyyatında keçid aparatının lentlə, tesma ilə, kətan ilə yükləmə. Yarımfabrikatın ayırma və yükləməyə hazırlanması. Ərişlə toxuyan maşınlarda əriş saplarının ayırması və eşilib bağlanması. Parçanın zolağının işlənməsi. Tesmanın, lentli və parçanın dayağa yüklənməklə uclarının tikilməsi və tormoz kötüklərinin qurulması. Məhsulun keçməsinin müşahidə edilməsi və məmulatın birinci boyayıcı vannaya qədər diyircəklərə düzülməsi. Yüklənən ərişlərin hesabının aparılması. Arkatın və ramalı qaytanın hazırlanması. Sapın kələfdən və ya qarqardan lazımi uzunluqda açılması, onların kəsilməsi və dəstə bağlanması. Parçanın yüklənməsinə uyğun ilmənin toxunması. Hazırlanan arkatın on-on bağlanması. Ramalı qaytanları hazırlamaq üçün — sapların burulması, karabinlərin geydirilməsi və onların bərkidilməsi. Məkiyin makaranın dəyişdirilməsi və onların daşınması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın iş prinsipini və ona qulluq etmək qaydasını; emal edilən salın xətti sıxlığını; məmulatın, kətanın, arkat sapının və ramalı qaytanın keyfiyyətinə təqdim edilən tələbləri, onların makaraya sarınmasını; lentin, tesmanın və kətanın tikilməsi və yüklənməsi qaydasını; məmulatın dartılma dərəcəsini, arkatın və ramalı qaytanın hazırlama qaydasını.

188.Toxucu avadanlığını yükləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı yükləyicinin rəhbərliyi ilə jakkard maşınlarının yüklənməsi; aksminster xalça-toxucu dəzgahlarını, hörmə və hörmə-baftanı və arğac-toxucu maşınlarını, "Avtomat" naxıştikən maşının, yükləyici darağı, xovlu əriş katton maşının sığallı və naxışvari əriş saplarıyla, parça ilə: şpul çarxı dəyişdirilən tortoxuyan maşını. Texnoloji xəritəyə uyğun naxışvari əriş saplarının, arkat qaytanlarının seçilməsi və eşilib bağlanması. Avadanlığın ərişi yükləməyə və ayırmaya hazırlanması, ərişin yerləşdirilməsi və kəsilməsi. İyin, makaraların və dartıcı alətlərin əvvəlcədən yoxlanılması. Qarmaqların hazırlanması və onlarım üzünün bərkidilməsi. Xovlu salların uclarının hündürlüyünə görə bərabər və düz xətt boyunca düzləndirilməsi. Əlavə sarınması. (Kətanı tutub saxlama). Rənginə və çalarlarına görə əriş sapların seçilməsi. Avadanlığın işmi mexanizmlərinin nizamlanması. Arkatın, ramalı qaytanın yeyilmə ölçüsünə görə təzə üzlə dəyişdirilməsi. Yükləmənin keyfiyyətinin yoxlanılması. Yüklənmədən sonra maşının işlədilməsi, Əriş ayırmadan və eşilib bağlanmasından sonra kətan zolağının işlənməsi. Əyilmiş naxışların aradan qaldırılması. Sap qırılmalarının ləğv edilməsi. Lastikin ilməsinin və corab-qısa corab, əlcək və üst trikotaj məmulatların hissələrinin yükləyici darağa geydirilməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması. Tullantıların yığılması və təhvil verilməsi.

Bilməlidir. Xidmət etdiyi maşının sinfini, quruluşunu və istismar qaydasını və onlara qulluq etməyi; müxtəlif mexanizmlərin qarşılıqlı hərəkətini və işini; dekker və sapverici patentlərin ayrılma üsullarımı; toxunmanın növlərinin müxtəlif üsullarını; maşının sinfinə və sisteminə görə kətanın yüklənməsi qaydasını, kotanın dartılma dərəcəsini, yükləmə xəritəsini; hörmə məmulatlarının yükləmə hesabatını; tikmə məmulatlarının strukturunu və növlərini; naxışların və hörülmələrin növlərini; işlədilən xammalların xassəsini; ipliyin növünü və xətti sıxlığını; ipliyim, sapların, parçaların, kətanların və məmulatların keyfiyyətinə təqdim edilən tələbləri. 189. Toxucu avadanlığını yükləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yüklənənin parametrlərinə riayət etməklə ərişin toxumu və lenttoxucu dəzgahlarına yüklənməsi. Naxışın və hörmənin növünə görə yükləmə hesabatlarına uyğun jakkardlı arğacla-toxuyan maşınların; müxtəlif xətti sıxlığı süni və sintetik liflərdən və pambıq ipliyindən çəki, üç və dördaraqlı əriştoxuyan birfanturalı "Vertelka" maşının, tor və eləcə də saya ərişli maşınların yüklənməsi və yenidən yüklənməsi. Daha yüksək ixtisaslı yükləyənin rəhbərliyi ilə jakkard mexanizmlərin yığılması. Darağın işçi vəziyyətində ərişli valın və bütün hissələrinin quraşdırılması. jakkard maşınları üçün iynə və qarmaqların yığılması, qaytanın qırmağa geyindirilməsi, arkat qaytanlarının bağlanması və onların kassey lövhəsinə ayırmanın hesabatına uyğun birləşdirilməsi. Qaytanın və arkatın xüsusi tərkiblə doldurulması. Kətan zolağının işlənməsi. Sap qırılmalarının qarşısının alınması.

Bilməlidir. Müxtəlif maşınların əsas mexanizmlərinin işini və qarşılıqlı hərəkətini, quruluşunu, istismar və qulluq etmə qaydasını; ərişin və jakkard maşınlarının yükləmə qaydasını; ayırmanın, hörülmənin və naxışların növlərini; toxucu dəzgahının dəyişdirilən dişi çarxlarının seçilmə qaydasını; ipliyin xətti sıxlığını və növünü; işlənən məhsulun çeşidini; artikuluna görə yükləmə parametrlərini; yükləmənin keyfiyyətinə təqdim edilən tələbləri. 190.Toxucu avadanlığını yükləyən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Jakkard maşının, ərişlə-toxuyan jakkard, pərdə-toxuyan və krujevalı maşının, ərişlə-toxuyan və tül maşınlarının, bütün sistem və siniflərinin, yüklənən parçanın naxışına, hörülmənin və naxışın növünə görə yükləmə hesabatına uyğun iki, üç və dörd daraqlı ərişlə toxuyan birfanturalı "Vertelka" maşının naxışlı ərişlə, ajur hörməsinin xammalın qarışıq növünə yüklənməsi, yığılması və təkrar yüklənməsi; ikifanturalı ərişlə toxuyan maşınların və krujeva maşınlarının ərişlə süni və sintetik saplardan və müxtəlif xətti sıxlıqlı pambıq ipliklərdən olan ərişlə yüklənməsi, yığılması və təkrar yüklənməsi; kassey lövhəsini ayırma üçün arkatın dəstə hallarında hazırlanması. Naxışın rapportuna uyğun arkat qaytanlarının kassey lövhəsinə ayrılması. Maşının düzgün yüklənməsinin yoxlanılması, salların qırılmalarının və yüklənmədəki qüsurların qarşısının alınması. Maşının təmizlənməsi və sürtünən səthlərin yoxlanması. Aşağı ixtisaslı yükləyənin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Müxtəlif maşınların əsas mexanizmlərinin işini və kinematik sxemini, qarşılıqlı hərəkətini, quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; jakkard maşının yüklənməsi və yığılması qaydasını; naxışların rapportunu və yükləmə xəritəsini; parçanın çeşidini və yükləmə hesabatını; kassey lövhəsinin ayırma hesabatını, qarmağın və iynənin xüsusiyyətini və ölçüsünü; arkatın hopdurulması və qurudulması texnologiyasını; əlifin arkat qaytanına çəkilməsi qaydasını.

191. Toxucu məmulatlarının qəlibçisi. 1-ci dərəcə

İşin xüsusiyyəti. Sapların ucunu kəməklə və tikiş yerlərini düzəltməklə kisələrin, corab-qısa corab məmulatlarının, kiçik şərflərin, şərflərin və digər analoji məmulatların və onların hissələrinin tərs üzünü çevirmək yolu ilə, əl ilə və ya xüsusi qurğuların köməyi ilə formalaşdırılması. Ütüləmədən qabaq kiçik şərf və şərflərin yaş tənzifə bükülməsi. Məmulatların tikilməsi, dəstələnməsi və kisələrə yerləşdirilməsi. Məmulatların və kisələrin müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir Məmulatların ölçülərini və artikulunu, əl ilə və xüsusi qurğuların

192. Toxucu məmulatlarının qəlibçisi 2-ci dərəcə

İşin xüsusiyyəti. Formasını və tikiş yerlərini pozmamaqla dairəvi trikotaj kətanım, kisələrin, əlcək və digər analoji məmulatların və onların hissələrin tərs üzünə çevirmək yolu ilə maşında və ya xüsusi tərs üzünə çevirən aparatlarda formalaşdırılması. Salların tikişdən sonra uclarını və birləşdirici sapları kəsməklə qalstukların xüsusi qurğularla tərs üzünə çevrilməsi. Trikotaj kətanının, məmulatların və kisələrin tərs üzünə çevirən maşına və aparata yüklənməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması. Məmulatların müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir. Xidmət olunan maşın və aparatların hərəkət prinsipini və istismarını və onlara qulluq etmə qaydalarını; maşınlarda və aparatlarda işlərin fəndlərini; məmulatların artikulunu və ölçüsünü.

193. Usta köməkçisi. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş cədvələ uyğun sadə, maşınlarda, aqreqatlarda, kalandlarda profilaktiki baxış sazlama; ustanın göstərişinə əsasan yükləməyən təkrar yükləmə, yoxlama, sınama işlərinin yerinə Yetirilməsi, nasazlıqların və qüsurların aradan qaldırılması, avadanlıqla cari təmirin aparılması və onların orta və əsaslı təmirə hazırlanması, təmirdən sonra avadanlığın qəbul edilməsində iştirak edilməsi. Komplektlərdə (sahədə) texnoloji əməliyyatın gedişinə, diyircəkli yastıqların vəziyyətinə, yoxlama-ölçü cihazların işini, qayışların vəziyyətini və normal dartılmasını trosların, zəncirlərin, boltlu, şponkalı pazvari və digər birləşmələrin müşahidə edilməsi. Qoruyucu çəpərlərin olmasının yoxlanılması. Yüksək məhsuldarlı iş üçün komplektin (sahənin) xammalla, yarımfabrikatlarla, köməkçi materiallarla təminin yoxlanması. Məhsulun keyfiyyətinin yoxlanılması, keyfiyyəti aşağı salan səbəblərin aralan qaldırılması. Emalın texnoloji qaydalarının və məhsulun hazırlanma nüsxəsinin yoxlanılması. Avadanlığın müəyyən olunmuş surət qaydalarına riayət edilməsi. İşçilərin iş yerində yerləşdirilməsi. Avadanlıqların boş yerə dayanmalarının səbəblərə görə hesabının aparılması. Xidmət olunan avadanlığın sürtünən səthlərinin yağlanması..

Bilməlidir Xidmət olunan avadanlığın quruluşunu, qəbulunu və sazlama üsullarını, onlara qulluq qaydalarını, lifin texnoloji emal əməliyyatını; xidmət olunan avadanlıqda parçaların istehsalını və emalını; məmulatların çeşidini; avadanlığın orta, əsaslı təmirə təhvilini və təmirdən qəbul edilmə qaydasını; avadanlığın vaxtaşırı profilaktiki baxışını, orta və əsaslı təmirini; avadanlığın yüklənməsi və təkrar yüklənməsi qaydasını; xammalın, yarımfabrikatların, hazır məhsulların, materialların və digər keyfiyyətinə təqdim edilən tələbləri; tullantıların növünü və normasını; komplektin (sahənin) işinin əsas iqtisadi-texniki göstəricilərini.

İşin nümunələri, misalları.

Pambıqparça istehsalı.

1. Enləşdirici kalandrlar.

2. Aqreqatlara daxil olmayan məhsullar: odaverici, sıxıcı, yuyucu, quruducu.

4. Təkrarlama, ölçmə-braklama, saf-çürük eləmə, malqayırma, qablaşdırma avadanlıq ları.

1. Qazla odaverici aqreqatlar.

3. Qazlaodaverici, yuyucu, enləşdirici, quruducu maşınlar.

4. Ölçmə-braklama avadanlıqları, malyığma-ölçmə.

1. Yuyucu, sıxıcı, odaverici maşınlar, qaynadıcı xətlər texniki-mahud üçün maşınlardan başqa, emalın xüsusi növləri üçün maşınlar, yuyucu qaynadıcı xətlər (LM, LPJ, LPZ).

2. Quru emal maşınları (quruducu-enləşdirici, qırxıcı, xovlayıcılardan başqa

3. Ölçmə-braklama, malqayırma-təkrarlama avadanlıqları.

1. Yetişdirici-pörtücü sahənin maşınları.

2. Sıxıcı-qurudumu və qatlayıcı maşınlar.

3. Ölçmə-braklama, malyığma-təkrarlama avadanlıqları.

4. Ayırıcı, mexaniki, berdoyuyucu maşınlar.

İpək sarıma istehsalı.

1. Növləşdirici və tullantıları işləyən sexlərin avadanlıqları.

Döyülmüş basma-keçə istehsalı.

1. Diyirlənmə, emal maşınları.

2. Dərinin ilk emalı sahəsinin maşınları.

Toxucu-xırdavat istehsalı.

1. Kalandrlı, ölçmə, ölçmə-braklama, yuyucu, quruducu avadanlıqlar.

2. Mexaniki ötürücüsüz "Pantoqraf" naxıştikən maşınları.

Kəndir, çətənə lif-cüt istehsalı.

1. Diyirləndirici və emal edici kalandrlar.

2. Kağızkəsən, ölçücü-malyığıcı, kəsici, tullantı təmizləyən maşınlar, kətan yumşaldan yer.

1. Braklama-ölçmə maşınları.

2. Çəkib-bükən sexin maşınları.

194. Usta köməkçisi. 5-ci dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş cədvələ uyğun olan mürəkkəb quruluşlu maşınlara, aqreqatlara, avtomatlara, dəzgahlara və digər xidmət avadanlıqlarına profilaktik baxış, sazlama. Ustanın göstərişinə əsasən yüklənmə, təkrar yüklənmə, yoxlama və sınaq işlərinin yerinə yetirilməsi, nasazlıqların və qüsurların aradan qaldırılması. Cari təmirin aparılması, avadanlığın orta və əsaslı təmirə hazırlanması və təmirdən sonra avadanlığın qəbul edilməsində iştirak edilməsi. Qoruyucu çəpərlərin, yoxlama-ölçü cihazlarının, avtomatik qurğu və mexanizmlərin vəziyyətinin müşahidə edilməsi. İşçilərin iş yerində yerləşdirilməsi və onların işinə rəhbərlik. Yüksək məhsuldarlıqlı iş üçün komplektin (sahənin) bütün vacib materiallarla təmin edilməsi, avadanlığın müəyyən olunmuş sürət qaydasına, texnoloji parametrlərə, məhlulun müəyyən olunmuş nüsxə üzrə hazırlanmasına riayət edilməsi. Məhsulun keyfiyyətinin yoxlanması və keyfiyyəti aşağı salan səbəblərin aradan qaldırılması. Boş dayanma səbəblərinin qeydiyyatının aparılması. Yağlamadan, təmizləmədən sonra avadanlığın qəbulu və sürtünən səthlərin sərbəst yağlanması. Tullantıların işçilərdən qəbul edilməsi və təhvil verilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, kinematik sxemlərini və iş prinsiplərini; sazlama üsullarını və fondlarını; onlara qulluq qaydasını; texnoloji əməliyyatları, sürət qaydalarını, müxtəlif liflərin emal qaydalarını; onlardan alınan məmulatları, parçaların istehsal və emalını, yüklənmənin növünü; hörülmələri, naxışları, artikuları; xammalın, materialların, hissələrin, məhsulların keyfiyyətinə təqdim edilən tələbləri; istehsal olunan çeşidlərin yükləmə və texnoloji xəritələrini, əməyin qabaqcıl üsullarını və fəndlərini; qüsurlar cədvəlinin tərtibi qaydasını; avadanlığı orta və əsaslı təmirdən qəbul etmək qaydasını; avadanlığa vaxtaşırı profilaktik baxış; tullantıların növünü və normasını; boş dayanmaların qeyd olunma qaydasını.

Pambıqparça istehsalı.

Didici-təmizləyici aqreqatlar.

1. Appretur, merserizasiya (zəncirsizdən başqa), hopdurucu, yetişdirici, ağardıcı (fasiləsiz ağartmadan başqa), rəngləyici, yetişdirici, stabilləşdirici, quruducu-enləşdirici emaledici aparatlar və aqreqatlar.

2. Darayıcı (yüksək məhsuldarlıdan başqa) aparat əyirməsinin köməkçi sexlərinin, süzgəclər sexinin maşınları.

4. Eşmə, sarıyıcı, düyünvurucu, əriş yapışqanlayıcı (çox barabanlıda başqa), pardaqlayıcı maşınlar.

5. Xovlandırıcı, xovkəsici, qırxıcı, "Raşel" tipli saçaq düzəldən, etiketçi, yumaqlı yığışdıran, sarıyıcı, qarqarlı yarımavtomatlar, qablaşdırıcı maşınlar.

1. Qarışdırıcı aqreqatlar.

2. Aqreqatlar, aparatlar, xətlər, ağardıcı, rəngləyici, hopdurucu maşınlar.

3. Sarıyıcı, qatlayıcı, əriş yapışqanlayıcı (şlixtləyici), düyünvurucu, qırxıcı maşınlar.

4. Bişirici avadanlıqlar.

1. Yunu ilkin emal edən aqreqatlar.

2. Qarışdırıcı şöbənin (axın xətlərini daxil etməklə) və süni yunun işlədilməsi, tullantıları emal etmək üçün çırpıcı, tullantı təmizləyici, mexaniki talvarların maşınları.

3. Dartıcı, eşici, sarıyıcı, ağacsarıyıcı, düyünverici, əriş, şlixtləyici maşınları.

4. Saçaq tökən, xovlayıcı, çapedici, yetişdirici, karbanizasiya, yaş emal (yuyuculardan başqa). texniki mahud üçün yuyucu, LZP, LPJ, LM tipli xətlər, mahudlayıcı, quruducu, enləşdirici, buğa verici, qırxıcı maşınları.

5. Emal etmənin başqa xüsusi növləri üçün (qarışmayan, qısalan, küləyə qarşı və başqaları) maşınlar.

5. Aqreqatlar, aparatlar və müxtəlif markalı barkalar, rəngləri bişirmək üçün reaktorlar.

1. Ştabel vurucu, sarıyıcı, eşici, düyünləyici, şlixtləyici, əriş lamel geyindirən, qazla odaverən, yonucu, təmizləyici, müxtəlif markalı maili çapedici, dairəvi çapedici maşınlar.

2. Rəngləyici və appretur-emaledici sexin avadanlıqları.

3. Avto parçalar istehsalatı; distillə qazanı, avtotəkrarsarıyıcı, hamarlayıcı maşınları, averbad maşınları.

4. Şablon emalatxanalarının avadanlıqları.

İpək sarıma istehsalı.

Baramaları mərkəzləşdirilmiş qaynatmaq, pörtmək üçün konveyer maşınları.

1. Təkrarsarıma maşınları, vakuum aparatları.

2. Mexaniki barama sarıma dəzgahları.

1. Bir və ya iki sistemli bütün sinifli dairəvi corab avtomatları (naxış əmələ gətirən mexanizmlərlə təchiz olunmuş və ya rəngli və eninə zolaqlar əmələ gətirmək üçün, 28-ci sinif və yüksək dairəvi corab avtomatlarından başqa).

2. Eşmə, sarıyıcı, əriş, dairəvielastikli, dairəvihörücü bütün siniflərdən və sistemlərdən (jakkardla dairəvihörəndən başqa), oval, yastıhörən, dövrü, qırxıcı, süni dərini emal edən, cilalayıcı maşınlar.

3. Boyaq-bəzək avadanlıqları (kolormat-800, formpak-15 tipli avadanlıqlardan başqa).

4. Corab istehsalı üçün tikiş-kettel istehsalı.

Basma (yun keçə) və keçə istehsalatı.

1. Rəngləyici aparatlar.

2. İkiləşdirici-lentləyici, darayıcı, döyməkeçə, əriş əmələ gətirici, keçələşdirici, yumşaldıcı, baş geyimləri istehsalında naxış (bəzək), quruducu, naxışaçıcı, qırxıcı maşınlar.

3. Hazırlıq sexinin maşınları.

Keçə ayaqqabılarının başlıq və boğazlarını təmizləmək üçün yarımavtomatlar.

Toxucu xırdavat istehsalı.

1. Appretura aqreqatları.

2. Daraqların sayı 4-ə qədər olan "Raşel", naxıştikən maşınlar, flok-maşınlar.

3. Ağardıcı və rəngləyici sexlərin maşınları (təzyiq altında işləyən boyayıcı, diyircəkli appretur aparatlarından başqa).

4. Mexaniki ötürücülü naxış tikən "Pantoqraf" maşınları.

5. Aqromant, saçaqcı, baftalayıcı, pərdəhörücü, tor hörücü, arğacla hörücü, sarıyıcı, arğacla təkrar sarıyıcı, sarıyıcı, dövrü hörücü, əriş eşici, makara avadanlıqlar.

6. Əl ilə toxunan dəzgahlar.

1. Hopdurucu aqreqatlar.

2. Qarıdırıcı aqreqatlar.

3. Kəndirhörən, kətaneşən, yumaqlayıcı (xaçvari, sarıyıcı), pardaqlayıcı, qatlayıcı, eşici, əriş-yapışqanlayıcı, stasionar kanatburucu maşınlar.

1. Didici aqreqatlar.

2. Didici-çırpıcı, darayıcı maşınlar (yüksək məhsuldarlı maşınlardan başqa). Hazırlayıcı, ağardıcı, steril sexlərin, süzgəc emaledici sexin maşınları.

Toxunmayan materiallar istehsalı.

195. Usta köməkçisi. 6-cı dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş cədvələ uyğun mürəkkəb quruluşlu avtomatlara, aparatlara, aqreqatlara, maşınlara, dəzgahlara və digər xidmət edilən avadanlıqlara profilaktiki baxış, sazlama. Növbə ustasının göstərişinə əsasən yükləmə və yenidən yükləmə; istehsal nasazlıqlarının və qüsurların aradan qaldırılması; qüsurlar cədvəlinin tərtibi; avadanlıqların orta və əsaslı təmirdən sonra avadanlıqların qəbulu, sürtünən hissələrin sərbəst yağlanması, maşınlarda, dəzgahlarda, aqreqatlarda, avtomatlarda, digər avadanlıqlarda cari təmirin aparılması. İş yerində işçilərin yerləşdirilməsi və onların işinə rəhbərlik edilməsi, sahənin lazım olan bütün köməkçi materiallarla, xammalla, yarımfabrikatlarla, yüksək məhsuldarlı iş üçün təmin edilməsinin yoxlanılması. İstehsal olunan məhsulun keyfiyyətinin yoxlanılması və keyfiyyətin aşağı düşməsinə təsir göstərən səbəblərin aradan qaldırılması. Texnoloji parametrlərin riayət olunmasına, iş rejiminə. qarışıqların nüsxəyə görə hazırlanmasına nəzarət edilməsi. Avtomatik qurğu və mexanizmlərin, yoxlama-ölçü cihazlarının işinin vəziyyətlərinin müşahidə edilməsi. Növbə ustasının göstərişinə görə yoxlama işlərinin və sınaqların aparılması. Boş dayanmaların səbəblərə görə hesabının aparılması.

Bilməlidir. Maşının iş prinsipini, quruluşunu, avtomatik qurğu və mexanizmləri, kinematik və elektrik sxemlərini, müxtəlif avadanlıqların sazlanma üsullarını və qəbulunu; texnoloji əməliyyatları, bütün növlü liflərin, yarımfabrikatların emal qaydalarını; müxtəlif avadanlıqlarda parçaların, bütün tipli keçə məmulatlarının istehsalını və emalını; xammalın, yarımfabrikatın, hazır məhsulların növləşdirilməsini və çeşidlərə ayrılması qaydasını; buraxılan məhsulun keyfiyyətinə təqdim olunan tələbləri; məmulatın çeşidini, avadanlıqların təmirə verilməsi və qəbul edilməsi qaydalarını, avadanlıqlarda qabaqcıl iş fəndlərini; tullantıların növünü və normasını; boş dayanmaların hesabı qaydalarını. Xüsusi orta təhsili olması tələb olunur.

196.Ütüləmə-qurutma aqreqatının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli ütüləmə-qurutma aqreqatlarında lentlərin ütüləmə əməliyyatının aparılması. Vannaların yuyucu məhlulla doldurulması. Məhlulun və quruducu barabanların qızdırılması. Lent yumaqlarının aqreqata gətirilməsi və onların yüklənməsi. Lentin qidalandırıcı çərçivədə və ya açma stolunda dəyişdirilməsi. Lent qırılmalarının ləğv edilməsi və aqreqatın işçi üzvlərindən sarınmanın çıxarılması. Texnoloji əməliyyatın tənzimlənməsini və gedişini. Təmizləyici qurğuların təmizlənməsi və dəyişdirilməsinin müşahidə edilməsi. Hazırlanmış lentlərin çıxarılması. Daxil olan və çıxan lentlərin keyfiyyətinin yoxlanılması, qüsurlu yerlərin aradan qaldırılması. Daraqların və mexanizmlərin iş vəziyyətinin müşahidə edilməsi. Tullantıların seçilməsi və təhvil verilməsi. Avadanlığın təmizlənməsi və yelpiklənməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın iş prinsiplərini və quruluşunu, ona qulluq qaydasını; lentin növünü, onun keyfiyyətinə təqdim edilən tələbləri; lentin qüsurlarının, onların baş vermə səbəblərini; onların qabağını alma və aradan qaldırma tədbirlərini; daxil olan və çıxan lentin çəkisini; lenti ütüləmə əməliyyatının təyinatını; yuyucu məhsulların dəyişdirilmə qaydasını; tullantıların normasını və növünü, onların ixtisar edilməsi üsullarını.

197. Fotomexaniki həkk etmə fotoqrafı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Fotomexaniki oyma üçün neqativlərin montaja hazırlanması. Rapportların surətçıxaran-çoxaldıran maşında montaj edilməsi. Montajın aşındırılmasının yoxlanılması. Montaj olunmuş vərdənəyə surətini çıxarmaq üçün təhvil verilməsi.

Bilməlidir. Fotoaparatın və surətçıxaran-çoxaldan maşınların quruluşunu və istismarı prinsipini; fotoqrafik əksin alınması prinsipini; ekspozisiya, aşkarlanma və fiksə etmə qaydalarını; fotoqrafik qatların xassəsini və təsnifatını; işçi məhsulların nüsxəsini, fotoqrafik əksin yoxlanılması üsullarını; işlədilən fotoqrafik və kimyəvi materialların xassəsini.

198. Fotomexaniki həkk etmə fotoqrafı. 5-ci dərəcə

İşin xüsusiyyəti Fotomexaniki oyma üçün kombinasiya (birləşdirmə) çıxartma üsulunu tətbiq etməklə hər hansı mürəkkəblikdə şəkillərin çəkilməsi. Diaqonal və avtotipli rastr tətbiq etməklə yarımtonlu şəkillərin rastrla çıxardılması. Ştrixli neqativ və pozitivlərin hazırlanması. İşıq süzgəcləri tətbiq ötməklə fotoaparatlarda rəngli reproduksiya üçün diapozitivlərin rastr neqativlərinin və yarımtonlu neqativlərinin hazırlanması. Lazımi məhsulların hazırlanması.

Bilməlidir. Fotoaparatın və surəxçıxardıcı-çoxaldıcı maşınların quruluşunu, istismarı və onlara qulluq edilməsi qaydasını; fotoqrafik əksin alınması prinsipini; fotoqrafik qatların xassəsini və təsnifatını, işçi məhsulların nüsxəsini; yarımtonlu orijinalın yenidən hasil edilməsini; miniatür rastrların növlərini; fotoqrafik əkslərin yoxlanma üsullarını; işlədilən fotoqrafik və kimyəvi materialların xassəsini; dərəcələrə bölənin və rəng bölənin maskalanma texnikası variantlarını.

199. Xam ipəyi isladan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Vannada, vakuum aparatında müəyyən edilmiş rejimə uyğun ipəyin isladılması əməliyyatının aparılması. İpəyin isladılmaya hazırlanması; salfetkaya bükərək vannaya, vakuum aparatına yerləşdirilməsi, xam ipəkli milin kassetə yerləşdirilməsi, bağa doldurulması. İslatmaq üçün nüsxəyə uyğun emulsiyanın hazırlanması. İstiliyin, təzyiqin və dövretmə istiqamətinin müşahidə edilməsi. İpəyin çıxardılması, yerləşdirilməsi və xam ipəkli milin arabacığa qoyulması. Kələfaçanın və milin yığılması və nəql edilməsi.

Bilməlidir Aparatın iş prinsipini və quruluşunu; islatmanın texnoloji rejimini; isladılmanın keyfiyyətinə göstərilən tələbləri; islatmaq üçün emulsiyanın hazırlanmaq üsulunu və nüsxəsini; baramanın doldurulma qaydasını.

200. Xammalı, materialları və məmulatları növləşdirən. 1-ci dərəcə

İşin xüsusiyyəti. Artikuluna, ölçülərinə, növlərinə, liflərinə, rənginə və işlədilmə üsullarına görə çəkili tikənin (loskutun) növləşdirilməsi tullantıların növünə görə; qarqarların, makaraların, patronların qabları növlərinə və iplik qalıqlarından təmizləməklə, yaramayanları seçib götürməklə və kənar əşyaların uzaqlaşdırılması ilə görünüşünə və ölçülərinə görə seçilməsi. Müəyyən olunmuş ölçüdə tikələrin hissələrə doğranması. Təyin olunmuş nişanəsinə görə yuyulmuş yunun seçilməsi. Çökməklə və damğalamaqla tikələrin kisələrə qablaşdırması. Növləşdirilmiş tikələrin, materialların, mağaraların, qarqarların, naxış trafaretlərinin müəyyən olunmuş görə nəql edilməsi. Talvarda yunun bərabərləşdirilməsi və sıxlaşdırılması. Trafaretlərə yunun növünün qeyd edilməsi. Talvarların təmizlənməsi.

Bilməlidir. Çeşidi, artikulları, ölçüləri, lifin növünü; tikənin növləşdirilməsi və seçilməsi, yağlanması, tikənin qablaşdırılması qaydalarını; trafaretlərə qeyd edilməsinin qaydasını.

201. Xammalı, materialları və məmulatları növləşdirən. 2-ci dərəcə

İşin xüsusiyyəti. İpliyin, parçaların, saya corab-qısa corab məmulatlarının, ölçülü tikənin, iynə-platin məmulatlarının, toxunmayan və trikotaj kətanının, ipliklə metal mağaraların, dorilərin, artikulla qabların bütün növlərinin rənginə, ləkəsinə, çalarına, növünə, naxışın pozisiyasına və keyfiyyətinə görə Dövlət standartlarına uyğun növləşdirilməsi. Dərilərin, növünə görə yun qalıqlarının, çirkliliyinə, təyinatına və partiyalarla bölünməsinə görə seçilməsi. Hissə-hissə seçmə maşınından buraxmaqla lentlərin və qırxılmamışın seçilməsi. Əl ilə tikələrin, pərğuların yolunması və onların maşının bunkerinə yüklənməsi. Prosesin gedişinin, seçmə qaydasının; Pnevmatik sistemin işinin müşahidə edilməsi. Yunun yuyulmaya verilməsində iştirak edilməsi. Növləşdirilmiş xammalın, materialların və məmulatların kontrol yoxlanması. Qüsurlu qıçanın seçib götürülməsi və yenidən sarınmaya göndərilməsi. Kiplərin, kisələrin açılması. Növləşdirilmiş yunun talvara qəbul edilməsi. Yunun növünün qeyd olunması. Alətlərlə corab-qısa corab məmulatlarının çevrilməsi. Məhsulların və xammalın iş yerinə gətirilməsi. Növləşdirmənin keyfiyyətinin yoxlanması. Yarlıqların doldurulması, yapışdırılması və ya tikilməsi. Növləşdirilmiş məhsulun hesabı, qablaşdırılması və təhvili. Labozların təmizlənməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu və istismar qaydasını, nəql etmənin pnevmatik sistemlərini və üsullarını və onu nizamlamağı; parçaların, toxunmayan və trikotaj kətanlarının çeşidlərini; növlərinə, rənginə, görünüşünə, naxışlarına, seriyalarına və təyinatına görə növləşdirmənin hesabının aparılması; növləşdirməyə və ya seçilməyə aid təlimatı; qüsurlu məhsulun seçilməsi qaydasını; corab-qısa corab məmulatlarının artikullarını və ölçülərini; məhsulun keyfiyyətinə təqdim edilən tələbləri; ipliyin yerləşdirilməsi qaydasını; iynə-platin məmulatlarının keyfiyyətini və pozisiyasını; tullantıların seçilməsi qaydasını; makaraları sinfinə və makaraların flyanslarının arasındakı məsafənin ölçüsünə görə məhsulun açılması və qablaşdırılması üsullarını.

202. Xammalı, materialları məmulatları növləşdirən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Qısa kətan və kəndir-cüt lifi və daraqağzı tullantıların,

dovşan və ev dovşanı dərilərin nömrəsinə, uzunluğuna, rənginə, artikuluna, ölçüsünə və digər əlamətlərinə, baramaların üzünün sərtliyinə və qüsuruna görə, corab-qısa corab, ölçək məmulatlarının cütləşdirilməsi və növləşdirilməsi, Dövlət standartına və Dövlət etalonuna uyğun daha yüksək ixtisaslı növləşdiricinin rəhbərliyi altında növləşdirilməsi. Lif kipinin açılması. Nömrəyə, rənginə, uzunluqlarına və işlədilmə təmizliyinə uyğun gəlməyən bağlamalardan azca ayrı-ayrılıqda çıxarılması. Zəif bağlamaların bərkidilməsi və növləşdirmə əməliyyatında çıxardılmış azlıqların bağlanması. Növləşdirilmiş liflərin ştabelə yerləşdirilməsində iştirak edilməsi. Ştabellərə birkaların yapışdırılması. Lifin müəyyən olunmağına görə buraxılmasına əməl olunmasının yoxlanılması. Növləşdirilmiş məhsulun nəql edilməsi, yerləşdirilməsi və onun nəzarətə təhvil verilməsi. Qüsurlu baramanın, məmulatların seçilməsi. Etalona görə baramanın növünün təyin edilməsi. Aşkarlanmış qüsurların pasporta qeyd olunması. Müəyyən olunmuş qaydada növləşdirmənin ilkin hesabının aparılması.

Bilməlidir Corab növləşdirən. (saf-çürük edən) maşınların, quraşdırıcı konveyerin quruluşunu və işini və onlara qulluq etməyin qaydasını; qısa kətan və kəndir-cüt liflərinin və daraqağzı tullantıların, dərilərin xüsusiyyətlərini və növ müxtəlifliyini, onların Dövlət standartını və dövlət etalonunu azlığın təyin olunmuş çəkisini, yunun və lifin növünü; dəriləri növləşdirmənin qaydasını, növləşdirilmiş liflərin ştabelə yığılmasını, barabanın növləşdirilməsinin texnoloji xəritəsini və etalona uyğun növünü, çəkisini, hibridini (kalibrini), ölçüsünü, çalarlığını təyin edən əlamətləri; corab-qısa corab və ölçək məmulatlarının ölçülərini və artikulunu; hesaba alma sənədlərinin, reklamasiyanın tərtib etmə qaydasını.

203. Xammalı, materialları və məmulatları növləşdirən. 4-cü dərəcə

İşim xüsusiyyəti. Dövlət standartına və dövlət etalonuna uyğun müəyyən olunmuş növləşdirmə qaydası ilə rənginə, nömrəyə, uzunluğuna və təmizlik dərəcəsinə görə uzun kətan və kəndir-cüt liflərinin, Yunun növləşdirilməsi. Birkalarda qeyd olunana görə eyni növdə uzun lifin növləşdirilməsi üçün verilənin yoxlanılması. Nömrəyə, rənginə, uzunluqlarına və işlədilmə təmizliyinə uyğun gəlməyən bağlamalardan bir ovuc ayrı-ayrılıqda çıxarılması. Uzun lifin nömrəsinin təyin edilməsi. Zəif toxumaların bərkidilməsi və növləşdirmə əməliyyatında çıxardılmış bir ovucların bağlanması, onların düzəldilməsi və burulması. Növləşdirilmiş uzun lifin ştabelə yerləşdirilməsində iştirak edilməsi və yerləşdirilməsinin yoxlanılması. Ştabellərə birkaların yapışdırılması. Qoyulan qaydada lifin buraxılmasına riayət edilməsinin yoxlanılması. Yunun növləşdirilməsi qaydasının təyin edilməsi. Sənaye standartına uyğun yunun növləşdirilməsinin düzgünlüyünün seçmə yoxlanılması. Növləşdiricilərin işlərinin ilkim sənədlərinin və yunun növləşdirilməsi nəticələrinin hesabının aparılması. Nömrəyə, növünə uyğun gəlməyənlərdən bir ovumların kənarlaşdırılması və onların bağlanması.

Bilməlidir. Uzun liflərin xüsusiyyətini və növ müxtəlifliyini, lifə aid olan standartını və dövlət talonlarını, orqanoleptik yolla lifin qiymətləndirilməsini və instrumental üsul ilə lifin keyfiyyətinin qiymətləndirilməsi qaydalarını; növləşdirilmiş liflərin ştabelə yerləşdirilməsi qaydasını; onlara birkanın tərtib olunmasını; bir ovumların təyin olunmuş çəkisini.

204. Xammalı, materialları və məmulatları növləşdirən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət standartına və dövlət etalonuna uyqun təyin olunmuş növləşdirmə qaydalarına görə liflərin rənginə, nömrəsinə, uzunluğuna və təmizlik dərəcəsinə görə növləşdirilməsi. Liflərə, nömrələrinə görə sərbəst qiymət verilməklə liflərin bütün növlərinin (didilmiş, daranmış, sintetik) çeşidlənməsi üçün verilənin yoxlanması. Orqanoleptik yolla daxil olmuş liflərin keyfiyyətinin yoxlanılması. Nömrəyə, rənginə, uzunluqlarına və işləməmin təmizliyinə uyğun gəlməyən bağlamalardan ayrı-ayrı bir ovumların çıxardılması. Zəif bağlamaların bərkidilməsi və növləşdirmə əməliyyatında çıxardılmış bir ovumların bağlanması. Növləşdirilmiş liflərin ştabelə yerləşdirilməsində iştirak edilməsi və yerləşdirmənin müşahidə edilməsi. Lazımi qeydlərlə ştabelə birkaların yapışdırılması. Liflərin müəyyən olunmuş qaydada buraxılmasına əməl olunmasının yoxlanması.

Bilməlidir. Liflərin xüsusiyyətlərini və növ müxtəlifliyini; liflərə qüvvədə olan Dövlət standartlarını və dövlət etalonunu, liflərə orqanoleptik yolla qiymət verilməsinin qaydasını və liflərin keyfiyyətinə qiymət verilməsinin instrumental və orqanoleptik üsullarını; növləşdirilmiş liflərin ştabelə yerləşdirilməsi qaydasını və onlara birkanın tərtib edilməsini; bir ovucların təyin olunmuş çəkisini.

205. Xammalı, materialları və məmulatları növləşdirən. 6-cı dərəcə

İşin xüsusiyyəti. Daha aşağı ixtisaslı növləşdirənlərin lifləri növləşdirmələrinin düzgünlüyünün yoxlanılması. Lifin növləşdirilməsinin seçmə yoxlanılması. Daxil olan liflərin keyfiyyətinin orqanoleptik və instrumental qiymətləndirilməsi üsulu ilə yoxlanılması. Növləşdirilmiş liflərin ştabelə yerləşdirməyin düzgünlüyünün və birkaların qanuniləşdirilməsi qaydasının yoxlanılması. Liflərin yığılmasının, saxlanılmasının və ambardan buraxılmasının yoxlanması. Liflərin növləşdirmələrin iş yerlərinə vaxtında verilməsinin təmin edilməsi və növləşdirilmiş liflərin yığışdırılması. Növbə tapşırıqlarının və işlərinin keyfiyyətlə yerinə yetirilməsinin qeydə alınması. Eksporta təyin olunmuş liflərin çeşidləmək üçün seçilməsi. Sınaq kiplərində lifin keyfiyyətinin yoxlanılması. Mal göndərənə reklamasiyanı təqdim etmək üçün sənədlərin qanuniləşdirilməsi. Mal göndərənlə lifi alanın iddia və reklamasiyaya baxılmasında iştirak edilməsi. Liflərin qarışdırılmasının qarşısının alınması. Daha aşağı ixtisaslı növləşdirənlərin işlərimin təşkil edilməsi.

Bilməlidir. Liflərin xüsusiyyətini və növ müxtəlifliyini; lifin qəbul edilməsini; növləşdirmənin, saxlamağın qaydasını; müəssisələrdə emal olunan lif növlərinin qüvvədə olan standartlarını və dövlət etalonunu; liflərin nömrələnməsini; xammal reklaminasiyanın təqdim edilməsi qaydası haqqında qüvvədə olan vəziyyəti; hesab sənədlərinin qanuniləşdirilməsi qaydasını; xüsusi orqan təhsilin olması tələb olunur.

206. Xam parçanı çıxaran. 1-ci dərəcə

İşin xüsusiyyəti. Toxumu dəzgahlarından işlənmiş parçaların çıxardılması. Mal valına lazımi uzunluqda norma dolanarkən dəzgahların dayandırılması və hazır parçanın kəsilməsi. Kəsikdə toxumunun hesab nömrəsini, dəzgahın nömrəsini, növbələrin tarixinin qeyd edilməsi. Boş mal vallarının gətirilməsi və onların dəzgahlara qurulması.

Bilməlidir. Toxucu dəzgahlarının mal mexanizmlərin quruluşunu; istehsal olunan parçaların çeşidini; kəsiyin (hissənin) normal uzunluğunu; parçanı avadanlıqdan çıxartmağın qaydasını.

207. Xəritə və qablaşdırma materiallarını hazırlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Xəritənin nömrələr üzrə hazırlanması və seçilməsi, parça kəsiklərini bağlamaq üçün və parçanı tikmək üçün sapın, tesmanın qarqaraya sarınması. Pistonların xüsusi alətlərdə bərkitməklə xəritənin döşəyinə taxılması. Maşında və ya xüsusi qayışda xəritənin axırının birləşdirilməsi. Toxucu dəzgahlarından çıxan xəritənin təmiri və yoxlanması. Xəritənin toxunmasının düzəldilməsi. Yararsız xəritənin təzəsi və dəyişdirilməsi, düşmüş pistonların taxılması, millərin dəyişdirilməsi. Yeyilmiş toxunmanın kəsilməsi və maşında toxumaq üçün xəritənin nömrəyə görə seçilməsi. Maşınların təmizlənməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, xəritənin seçilməsi və nömrələşməsi qaydasını, tesmanın və ya sapın sarınması, pistonların bərkidilmə fəndlərini, xəritənin təmiri üsulunu; xəritənin keyfiyyətinə təqdim edilən tələbləri; qablaşdırmanın növlərini.

208. Xəritə və naxışların surətini çıxaran, 2-ci dərəcə

İşin xüsusiyyəti. Basmaq və çap eləmək üçün orijinaldan kalkaya və ya plyenkaya böyük fiqurlu mürəkkəb olmayan (sadə) və açıq fonda, kölgəli düz pikolu naxışların surətinin köçürülməsi. Surət çıxaran maşınla jakkard maşını və tikmə avtomatları üçün xəritənin çıxarılması. Məmulatı-etalonu yerinə yetirmək üçün rəssamın nəzərdə tutduğu texniki naxışların kağıza və ya kartona cızılması və iynə ilə batırılması. Rapportun aparılması və yoxlanılması. Naxışın surətini çıxardırkən boyağın icazə verilən həddə qədər axmasına riayət edilməsi. Naxışın çap valının ətrafı altında salınması. Kalkaya surəti köçürərkən matrisanı (qəlibi) oymaq üçün rapportun ölçüsünün hazırlanması. Rəngin ayrılması, plyenkaya sürəti çıxararkən işıq köçürməyən boyaqla neqativin retuşlanması. Kartonun xəritələrə onları nömrələməklə doğranması. Hazırlanmış xəritə komplektinin surət çıxaram maşına yüklənməsi. Çatmayan deşiklərin əl ilə açılması və artıqların yapışqanla tutulması. Xəritənin tikilməsi. Hazır xəritə dəstinin yığışdırılması. Texniki naxışın kalkaya köçürülməsi, naxışın keyfiyyətinin yoxlanılması, çap maşınında və ya stekloqrafda işçi naxışın (döymənin) çap edilməsi. Təyin olunmuş qaydada işin təhvil verilməsi. Maşına qulluq edilməsi.

Bilməlidir. Qulluq edilən avadanlığın iş prinsipini və quruluşunu, istismarını və ona qulluq etmək qaydasını; xəritənin və mürəkkəb olmayan naxışlarını çıxarmağa görə işi qəbul etməyi; naxışın qurulması planının qaydasını; rapportu və onun düzəlməsi qaydasını; naxışları aşındırmağı; surət çıxarmaq üçün boyağın tərtibinin nüsxəsini; oyma üsulundan asılı olaraq naxışların surətinin çıxarılmasına, xəritənin surətinin çıxarılmasının keyfiyyətinə təqdim edilən tələbləri; rəngayırmanın, retuşlanmanın üsullarını; krujeva toxunmalarının texnologiyasını; naxışın yerinə yetirilməsinin fəndlərini və onun çap edilmə texnologiyasını; işlədilən materialların xassəsini.

209 Xəritə və naxışların surətini çıxaran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Orijinaldan kalkaya, plyonkaya və millimetrəli kağıza mürəkkəb naxışların, kölgəli rastvərların (dəqiq bilinməyən, yayılmış naxışların) və sərbəst konturlu şərq bəzəkli naxışların surətinin çıxardılması. Naxışların çoxaldılması. Pərdə-tül və krujeva istehsalatında naxışların hesabata uyğun patron kağıza köçürülməsi.

Bilməlidir. Mürəkkəb naxışların surətini çıxartmaq üçün işin qəbulunu; naxışların surətlərinin çıxarılmasına təqdim edilən tələbləri; surət çıxartmaq üçün boyağın tərtibi nüsxəsini.

210. Xəritə və naxışların surətini çıxaram. 4-cü dərəcə

İşin xüsusiyyəti. Orijinaldan kalkaya (nazik şəffaf kağıza), plyonkaya (nazik pərdəyə) və ya millimetrəli kağıza xüsusi mürəkkəb konturlu çoxvərdənəli naxışların çap və basmaq üçün böyük olmayan fiqurların, qırıq əyri xətlərin, torlu və nazik diaqonalların, kölgələrin, xalis qabarıqların, yarımtonlu müxtəlif səpməli naxışların köçürülməsi; məmulatı, əl ələ basma trafareti (moner) hazırlamaq üçün naxışların surətinin çıxarılması. Növbəti ülgünü hazırlamaq üçün surəti çıxarılmış naxışların hissələrə bölünməsi. Naxışı təşkil edən hissələrin ağam parçasının səthinə köçürülməsi və hər rəngin ayrı-ayrı lövhəyə köçürülməsi.

Bilməlidir. Xüsusi mürəkkəb çoxvərdənəli naxışların fotomexaniki oymaq üçün surətçıxarma işlərinin qəbulunu; naxışları aşılamağı və rəng ayrımanı; trafaretin (moner) hazırlanması texnologiyasını və təyinatını; naxışların ağac parçasına və lövhəyə köçürülməsi qaydasını; ülgünü hazırlanmaq üçün naxışların tərkib hissələrinə bölünməsi əlamətlərini.

211. Xəritə kəsən 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə karetalı toxumu dəzgahı üçün xəritənin kəsilməsi. Kartonun müəyyən ölçüdə xəritəyə kəsilməsi. Naxışa uyğun xəritədə quraşdıran və remiz qaldıran deşiklərin deşilməsi. Xəritənin komplektə (dəstə) birləşdirilməsi. Komplektlərin plankaya (ensiz hamar lövhəyə) quraşdırılması.

Bilməlidir. Remiz qaldırmağa yüklənən naxışı; xəritənin hazırlanma qaydasını; onların komplektə birləşdirmək qaydasını; xəritənin düzgün birləşdirilməsi və hazırlanması səbəbindən parçalardakı qüsurları.

212. Xəritə kəsən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Kəsici maşınlarda karetalı toxucu dəzgahları üçün xəritənin kəsilməsi. Kartonun müəyyən ölçüdə xəritəyə kəsilməsi. Naxışa uyğun xəritədə quraşdıran və remizqaldıran deşiklərin açılması. Payacıqların plankaya quraşdırılması, Xəritənin komplektə birləşdirilməsi,

Bilməlidir. Kəsən maşının quruluşunu, istismar qaydasını və onlara qulluq etməyi; remiz qaldırmağa yüklənən naxışı, xəritəni hazırlamaq qaydasını, onları komplektə birləşdirmək qaydasını; xəritənin düzgün hazırlanması və birləşdirilməsi səbəbindən parçadakı qüsurları

213. Xəritə kəsən 4-cü dərəcə

İşin xüsusiyyəti. Toxucu dəzgahları üçün kəsici maşınlarında jakkard maşınları ilə pərdə maşınlarında, naxış tikən avtomatlarda naxışa görə xəritənin kəsilməsi. Naxışa uyğun xəritədə quraşdıran və remiz qaldıran deşiklərin açılması. Xəritənin nömrələnməsi. Xəritənin komplektə birləşdirilməsi. Xəritənin düzgün kəsilməsinin və yığılmasının təmin edilməsi. Naxış tikən avtomatlar üçün kartı kəsərkən naxışın kalkadan millimetrəli kağıza köçürülməsi və böyüdülməsi.

Bilməlidir. Kəsici maşının quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; istehsal olunacaq parçanın - hörülməsini və naxışını; naxışa uyğun xəritənin kəsilməsi üsullarını; naxışa görə xəritənin seçilməsi və bağlanması üsullarını; xəritənin düzgün kəsilməsinə görə parçadakı qüsurları; naxışlara görə parçanın ehtiyat norması

214. Xovlayıcı avadanlığın operatoru. 2-ci dərəcə.

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında müəyyən olunmuş texnoloji qaydaya uyğun güzəm-darayıcı maşınlarda xovlu parçaların (yundan başqa), lentin xovlama əməliyyatının aparılması. Parça hissələrinin (tikələrinin) tikilməsi. Maşımın yüklənməsində iştirak edilməsi. Kərtiklərin və qatlanmış kənarların əmələ gəlməsinin qarşısının alınması. Maşınların təmizlənməsi. Məhsulun müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu və iş prinsipini və onlara qulluq etməyin qaydasını; məhsulun çeşidini, təmizləmə və yağlama qaydasını.

215. Xovlayıcı avadanlığın operatoru. 3-cü dərəcə

İşim xüsusiyyəti. Parçanın bundan başqa, trikotaj və toxunmayan kətanın, baş geyimlərinin və müxtəlif növlərdə ipliyin və lifin müəyyən olunmuş texnoloji qaydaya uyğun güzəm-darayıcı və başqa xovlayıcı maşınlarda və aqreqatlarda xovlama əməliyyatının aparılması. Parçaların, kətanın və məmulatların yüklənməsi və çıxarılması. Qaldırılma, qırxılma, cilalama və xovun çəkilməsi davamiyyətinin və sürətinin yoxlanması və tənzimlənməsi. Kətan hissələrinin tikilməsi. Xovlama, buğla yumşalmanın düzgünlüyünün və xovun hamarlanması, lentə xovun çəkilməsi əməliyyatının müşahidə edilməsi. Nüsxəyə görə yapışqanın hazırlanması və onun süzülməsi Maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması. Məhsulun müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın iş prinsipini və quruluşunu və onlara xidmət qaydasını; parçaların, kətanın və məmulatların çeşidini, quruluşunu, növlərini və artikullarını; xovun keyfiyyətini təyin edən əlamətləri; xovlama qaydasını; kətanın dartılmasının tənzimlənmə üsullarını.

216. Xovlayıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yun parçaların, baş geyimlərin, ikitərəfli xovlanmış yarımyun vatinin müəyyən olunmuş texnoloji qaydaya uyğun müxtəlif xovlayıcı maşınlarda xovlama əməliyyatının aparılması. Məhsulun nəql edilməsi. Vatin təyin olunmuş dartılmaya riayət etməklə xovlamanın intensivliyini tənzimləməkdə, lazımi nəmliyi saxlamaqla məhsulun bərabər ölçüdə maçına daxil olmasının təmin edilməsi. Çap vərdənəsinin saxlayanın itilənməsi və qurulması. Lentin trafleniyası və naxışın çəkilməsi. Xovlayıcı dəzgahda verilmiş qalınlığa əməl etməklə fetr (ən zərif keçə) baş geyimləri də müəyyən parıltıda və qalınlıqda xovun daranması. Daranacaq materialın biçilməsi, onların maşının darayıcı üzvlərinə yüklənməsi. Xovlamanın keyfiyyətinin yoxlanılması, xovlama çərçivələrinin tənzimlənməsi və qutunun daraqağzı tullantıdan təmizlənməsini. Vatinin kitab şəklində yığılması. Naxış və çeşid dəyişdirilərkən maşınların və dəzgahların sökülüb, yığılmasında iştirak edilməsi. Maşının yelpiklənməsi, tənzimlənməsi və sürtülən səthlərin yağlanması. Aşağı ixtisaslı operatorların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın iş prinsipini və quruluşunu, istismar qaydasını, yükləməni və onlara qulluq etməyi; xovlamanın texnoloji qaydasını; maşının işçi üzvlərinin və məmulatların xovlama əməliyyatının intensivliyinin tənzimlənməsi üsullarını; yarımfabrikatların daranma keyfiyyətinin əlamətlərini; yapışqanın tərkibini və hazır məhsulun çeşidini; növləşdirmə damğalama, daranacaq materialların biçilməsi qaydasını; işçi məhsulun hazırlanması və normal sərfi qaydasını.

217. Hazır məhsulun bərpaçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Bütün toxumalardan (kiçik şəbəkəli və jakkardlardan başqa) olan parçaların, toxunmayan materialların, qarnitur və sarja toxumalarının, texniki mahudların, xam və hazır hamar corab-qısa corab, əlcəklər (kaprondan başqa) və yataq məmulatların və kətanların əl ilə bərpa edilməsi. Materialın bərpa edilməsi üçün hazırlanması. Bərpa vaxtı hörmələrin və naxışların yenidən düzəldilməsi. İlişmələrin, buraxılmış ilgəklərin və yırtıqların aradan

qaldırılması. Parçaların və məmulatların nəql edilməsi.

Bilməlidir Parçaların, məmulatların çeşidini, kiçik şəbəkəli və jakkard toxumalarının növlərini, naxışın, toxumanın rapportunu; bərpa etmənin qaydasını.

218. Hazır məhsulun bərpaçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Kiçik şəbəkəli və jakkardlı parçaların, süni dərinin, trikotaj kətanının, kuponların, jakkard və kiçik şəbəkəli toxumalı üst trikotaj məmulatlarının, kapron corab-qısa corab, naxışlı alt və əlcək məmulatlarının əl ilə bərpa edilməsi. Bərpa vaxtı toxumaların və ya rapportun naxışlarının Yenidən düzəldilməsi. Rənginə görə bərpa etmək üçün ipliyin seçilməsi. İlişmələrin, buraxılmış ilgəklərin və yırtıqların aradan qaldırılması. Parçaların və məmulatların nəql edilməsi.

Bilməlidir. Parçaların və məmulatların çeşidini, toxumanın növlərimi; bərpa edilməsi qaydasını.

219. Hazır məhsulu və tullantıları presləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçaların, yunun, ədədi məmulatların, toxunmayan materialların, tül-pərdə və krujevalı (torlu) məmulatların texniki təyinatlı ağır qayış lentlərin, pambığın, sarıqlının, hazır kisələrin, ipək daraqağzı tullantının mexaniki və ya hidravlik preslərdə kiplərə və müəyyən olunmuş ölçüdə və çəkidə dəstələrə preslənməsi. Presin və yoxlama-ölçü cihazlarının sazlığının yoxlanılması. Qablaşdırma materiallarının hazırlanması. Qablaşdırma aparmasının (tara) presə yerləşdirilməsi. Hazır məhsulun presə, preskameraya nəql edilməsi və yerləşdirilməsi. Kipin bağlanması, damğalanması və presin boşaldılması. Presin təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismarı qaydalarını və onlara qulluq edilməsini; kiplərin ölçüsünü və kütləsini; kipin qablaşdırılması və damğalanması qaydasını, məhsulun çeşidini.

221. Hazır məhsulu və tullantıları presləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli mexaniki və hidravlik preslərin sazlanması, onlarda hazır məhsulun kipə preslənməsi. Presin, kompressorun, yoxlama-ölçü cihazlarının sazlığının yoxlanılması. Yunun preslər arasında bölüşdürülməsi. Qablaşdırma parçasının presə yerləşdirilməsi. Məhsulun yüklənməsi, yunun keyfiyyətinə və rənginə görə seçilməsinin yoxlanılması, onun müəyyən olunmuş sıxlığa qədər preslənməsi. Presin boşaldılması. Dövlət standartları əsasında kip məhsulun preslənmə və damğalanma keyfiyyətinin yoxlanılması. Preslənmiş məhsulun görünüşünə, keyfiyyətinə və növünə görə hesabın aparılması. Presə qulluq edilməsi. Daha aşağı ixtisaslı presləyicilərin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Müxtəlif sistemli preslərin quruluşunu və iş prinsipini, onlara qulluq edilməsi qaydasını; məhsulun çeşidini və preslənmənin qaydasını; presləmə vaxtı təzyiqin normasını, kipin qablaşdırılmasını və damğalanmasını; Dövlət standartlarını; hesabın aparılması qaydasını.

222. hazır məhsulu təhvil verən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parça partiyasını və digər hazır məhsulları növlərinə, çeşidlərini, naxışlarını görə faktura ilə ambara təhvil verilməsi və yoxlanması. Etiketin eyniliyinin düzgünlüyünə nəzarət edilməsi. Yarlıqda olanların hansının fakturada göstərməklə doldurulması. Kəsiklərin, dəstələrin və məmulatların miqdarımın hesaba alınması, qəbul olunan məhsula uyğun sənədlərin tərtib olunması. Məmulatların növlərinə, çeşidlərinə və ölçülərinə görə dəstələrə bağlanması. Fakturanın kleymalanması. Müəyyən formaya görə haqq-hesabın aparılması. Hazır məhsulların nəql edilməsi və yerləşdirilməsi. Konteynerlərlə göndərilərkən — konteynerlərin kağızla, keçə ilə və digər materiallarla üzlənməsi və ya yapışdırılması. Konteynerə hazırlanmış hazır məhsulum yerləşdirilməsi. Yüklənmiş konteynerlərə plomb vurulması. Material buraxılmış vərəqənin hazırlanması.

Bilməlidir. Hazır məhsulun qəbuluna və təhvilinə təlimatı, hazır məhsulun çeşidini, onun növünə, vidinə və naxışlarına görə fərqləndirməyi; partiya ilə kartların tərtib edilməsi və doldurulması qaydasını; naryadları, faktura və müəyyən olunmuş formada haqq-hesabları, parçaları, çıxış bazasına təhvil verməyə görə təlimatı; konteynerlərin işlədilməsi və plomb vurulması qaydasını.

223. Hopdurma aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti İpliyin turşulama-yuma, hopdurma maşınlarında və aparatlarda kimyəvi məhlulla yuyulması, turşulanması, sabunlanması, lilələnməsi, yumşaldılması, isladılması və emalın başqa növlərinin hopdurulması əməliyyatının aparılması. Pambığın, xovlu süni dərilərin su keçirməyənlərə, xarab olmayanlara və digər tərkiblərlə zəyləmə maşınlarında, qazanlarda, applikator maşınlarında və boyayıcı xətlərdə hopdurulma əməliyyatının aparılması. Xammalın hopdurulma prosesinə hazırlanması. İpliyin qarqarlara və ya payalara geydirilməsi, kətanın, süni dərinin maşına yüklənməsi. Kətan tikələrinin tikilməsi. Hopdurma məhlulunun hazırlanması və onların vannaya doldurulması, buxarın buraxılması. Avadanlığın işinin qoyulmuş texnoloji qaydaya uyğun aparılması. Maşınlarda kimyəvi məhlulun normal daxil olmasına, onun xova bərabər yıxılmasına, şotkanın məhlula batırılma dərəcəsinə, düzgün dartmaya və sıxmaya məhsulun keçmə sürətinə, avadanlığın və onun çəpərinin vəziyyətinik sazlığına nəzarət edilməsi. Məhlulun qazana vurulması. Sürtünən səthlərin təmizlənməsi və yağlanması. Avadanlığa qulluq edilməsi. Məhsulun müəyyən olunmuş yerə daşınması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq etməyi; ipliyin növünü və xətti sıxlığını; kimyəvi materialların xassələrini, təyinatını və onlarla davranmaq qaydalarını; turşunun, qələvinin və digər kimyəvi materialların ipliyə, pambığa, süni dəriyə təsirini; məhsulun emalının texnoloji qaydasını; məhsulun kimyəvi emalına və keyfiyyətinə təqdim edilən tələbləri; hopdurma məhlulunun qatılığını və nüsxəsinin; buxarötürücü və suötürücü sistemdən istifadə qaydasını.

224. Çap avadanlığının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında müxtəlif sistemli çap maşınlarında torlu basma qəliblə (şablonla) verilən cədvələ uyğun parçaya, trikotaj və toxunmayan kətana, məmulatlara və köçürülən kağızlara naxışı, şəkli çap etmə, basma əməliyyatının aparılması. Çap etmə, basma üçün daxil olan parçaların, kətanların, məmulatların, rənglərin, köçürülən kağızların keyfiyyətinin yoxlanılması. Verilən naxışa, şəkilə uyğun basma qəliblərin, raklyanın (çap valının üstündəki rəngi silmək üçün qurğu) və rəngin seçilməsi. Diyircəyin və ya parçalı əlaqə arabasının qurulması. Maşınların parça, yapışqan və rənglə yüklənməsi. Naxışın qəlibə sarınması və sınaq nümunəsinin çap edilməsi. Naxışların çap edilməsi əməliyyatının müşahidə edilməsi və rapportun və rəng çalarlarının təmizliyinin təmin edilməsi. Raklyaların, şablonların çıxarılması, təmizlənməsi və yuyulması. Boyaqların maşının yanına gətirilməsi və onların yerlərində yerləşdirilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu və iş prinsipini, istismarı və ona qulluq etmək qaydasını; naxış vurmaq üçün daxil olan parçaların, kətanların, köçürülən kağızların və məmulatların çeşidini; parçaların maşına yüklənməsi faydasını; naxışın növlərini və onların düzülüşünü; parçaya, kətana, məmulata rəngin çəkilməsi ardıcıllığını; naxışın qəlibə salınması fəndlərini; maşına şablonların yerləşdirilməsi ardıcıllığını; parçaya vurulan naxışın keyfiyyətinə, raklyaya, şablona təqdim edilən tələbləri.

225. Çap avadanlığının operatoru. 5-ci dərəcə

İşin xüsusiyyəti. Verilən cədvələ uyğun müxtəlif sistemli çap maşınlarında altıya qədər rəngləri olan torlu şablonlarla parçaya, trikotaj kotanına və köçürən kağıza çap etmə. basma əməliyyatının aparılması. Boyağın keyfiyyətinin, raklyanın və şablonun təmizliyinin, onların naxışlara uyğunluğunun yoxlanılması. Raklyaların və şablonların maşına yerləşdirilməsi. Naxışların qəlibə salınması və sınaq nümunəsinin çap edilməsi. Raklyaların yastı çapedici maşınlarda itilənməsi. Məhsulun və kağızın keçmə sürətinin və dartılmasının tənzimlənməsi; naxışların düzgün vurulmasının, rəng-çalarlarının və rapportun təmizliyinin yoxlanılması. Maşının işinin müşahidə edilməsi. Naxışın rapportunun dəyişdirilməsi. Naxışın gözəlliyindən, ifadəliliyindən asılı olaraq raklyaların keçid sayının tənzimlənməsi. Maşınların işlənməsində nasazlığın aradan qaldırılması.

Bilməlidir. Avadanlığın quruluşunu, istismarı qaydasını və müxtəlif çapedici maşınlarda əsas mexanizmlərin qarşılıqlı hərəkətini, yoxlama-ölçü cihazlarının və təmizləyici qurğuların işini və təyinatını və onlara qulluq qaydasını; işlədilən boyağın keyfiyyət əlamətlərini; traflamanın fəndlərini və parçaya naxışın çal edilməsi qaydasını, rəngin çəkilməsinin növbəliliyini, şablonların ümumi maşınlarda yerləşdirilməsi ardıcıllığını; naxışlar vurulduqdan sonra parçaların qurudulması qaydasını, parçaların çeşidini, naxışlanmış parçaların keyfiyyətinə təqdim edilən tələbləri.

226. Çap avadanlığının operatoru. 6-cı dərəcə

İşin xüsusiyyəti. Verilən cədvələ uyğun torlu, yastı, dairəvi (rotasionlu) şablonlu fotofilm çal maşınlarında altı və daha çox rəngli naxışların müxtəlif lifdən alınan parçalarda və kətanlarda çapetmə əməliyyatının aparılması. Quruducu qutunun işinin, naxışın düzgün vurulmasının, rəng çalarlarının təmizliyinin və onun rapportunun yoxlanılması. Dəzgahda raklyaların dəyişdirilməsi və itilənməsi. Sınaq nümunəsinin çap edilməsi və onun etalona uyğunluğunun tutuşdurulması. Raklyaların sıxılmasının, şablonda çap edilən boyağın səviyyəsinin rotasion çap maşınlarında aradan qaldırılması. Aşağı ixtisaslı operatorların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Maşının quruluşunu və mexanizmlərin qarşılıqlı hərəkətini; yoxlama-ölçü cihazlarının və nizamlayıcı qurğuların işini və təyinatını; onların istismarı və qulluq qaydalarını; naxışların növünü və onların düzülməsini, tətbiq olunan rəngin keyfiyyət əlamətlərini; şablona olan tələbləri və onlarla parçaya naxışın çap edilmə qaydasını; qurutma qaydasını, boyağın vurulmasının növbəliliyini və şablonların yerləşdirilməsi ardıcıllığını.

227. Çap vərdənələrini cilalayan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Cilalanmanın və pardaqlanmanın keyfiyyətinə müəyyən olunmuş texniki tələblərə uyğun oymanın dərinliyini və düz səthini saxlamaqla cilalayıcı dəzgahlarda çap edən vərdənələrin cilalanması və pardaqlanması. Dəzgahın və cilalayıcı materialın işə hazırlanması. Vərdənələrin cilalayıcı dəzgaha qoyulması və onların yağlanması.

Bilməlidir. Cilalayıcı maşının quruluşunu, istismar qaydasını və ona qulluq edilməsini; cilalanmanın üsullarını və fəndlərini; oyma valları ilə davranış qaydasını; cilalayıcı materialların növlərini və onların təyinatını; vərdənənin səthinin keyfiyyətinin tələblərini; cilalayıcı pastanın xassəsini və tərkibini.

228. Cilalayıcı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı cilalayıcının rəhbərliyi altında cilalayıcı maşında sapın (sığalsız), ipin və digər burulmuş məmulatların cilalandırılması. Vannanın su və şlixtlə (yapışqanlı məhlulla) doldurulması. Makaraların, qarqarların makara saxlayanda dəyişdirilməsi. Sap kələflərinin cilalayıcı maşının vallarına geyindirilməsi, maşının işlənməsinin müşahidə edilməsi, sapın, ipin və digər burulmuş məmulatların qırılmasının aradan qaldırılması, İşlənilmiş çıxımların çıxardılması. Maşına və iş yerinə qulluq edilməsi.

Bilməlidir. Maşınların quruluşunu, istismarı qaydasını və ona qulluq edilməsini; cilalanmış salın, ipin və digər burulmuş məmulatların keyfiyyətinə təqdim edilən tələbləri; emal edilmə qaydasını; ipin və digər burulmuş məmulatların növünü və ölçüsünü.

229. Cilalayıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Sapların, sığallanmış kətan sapların, iplərin və digər burulmuş məmulatların cilalayıcı maşında cilalandırılması. Mum və muma bənzər maddələr tərkibli məhlulun hazırlanması, sap kələflərinin isladılması. Kələflərin maşının valına geydirilməsi. Maşınların işinin və cilalanma əməliyyatların müşahidə edilməsi. Qırılmanın ləğv edilməsi; yaxılan məhlulun keyfiyyətinin və miqdarının yoxlanılması. İplərin və digər burulmuş məmulatların maşından keçirilməsi. Makara saxlayanlarda qarqarların və ya makaraların düzgünlüyünün müşahidə edilməsi. Buxarın verilməsinin tənzimlənməsi və cihazlarda şlixtlərin sıxılma dərəcəsinin yoxlanılması. Çıxımın çıxardılması və yüklənməsi. Növünə və ölçüsünə görə iplərin və digər burulmuş məmulatların qəbul edilməsi. Tullantıların təhvil verilməsi. Maşınların təmirdən qəbul edilməsində iştirak edilməsi. Maşınlara qulluq edilməsi.

Bilməlidir. Cilalayıcı maşınların və yoxlama-ölçü cihazların quruluşunu, istismarı və onlara qulluq edilməsi qaydasını. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması qaydasını; sapların rəngini, növünü və xətti sıxlığını; iplərin və digər burulmuş məmulatların növlərini və ölçülərini; keyfiyyətə təqdim edilən tələbləri; emal edilmə qaydasını; məhlulun, şlixtin nüsxəsini, şlixtə gedən materialların, şlixtin keyfiyyətinin təyin edilməsi üsullarını; tullantıların normasını və onların azaldılma tədbirlərini.

230. Cilalayıcı, 4-cü dərəcə

İşin xüsusiyyəti. Cilalayıcı maşında ipliyin cilalandırılması. Ərişin və ya makaranın yüklənməsi qırılmanın ləğv edilməsi. Sapın dartılmasının və sarınmanın düzgünlüyünün təmin edilməsi. Tutumların şlixtlə və parafinlə doldurulması. Sapların istiqamətləndirici və rifli vallara bərabər ölçüdə bölüşdürülməsi və onların qəbuledici çərçivələrin boş flyanslı qarqarlarına yüklənməsi. Şlixtlərin və parafinli vərdənənin səthinin lazımi istilik qaydasının təmin edilməsi. İşlənmiş şlixtlərin vaxtında dəyişdirilməsi. İş yerinin qarqarlarla və lazımi sənədlərlə təmin edilməsi. Tullantıların nəql edilməsi. Daha aşağı ixtisaslı cilalayıcıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu; istismar qaydasını və ona qulluq edilməsini; ipliyin növünü, onun xətti sıxlığını və əsas xassələrini, şlixtlərin keyfiyyətini və nüsxəsini; şlixtlərin və parafin vərdənəsinin səthinin istiliyini.

231. Cırbıt çıxaran. 1-сi dərəсə

İşin xüsusiyyəti. Cırbıtların, tozların və başqa tullantıların darayıсı, kətandarayıcı, kəndirdarayıcı, kobuddarayıcı, tullantı təmizləyən maşınların altından çıxarılması. Süpürülənin və çırpılanın seçilməsi. Yararlı lifin ayrılması. Qabların qablaşdırılması və müəyyən olunmuş yerə nəql edilməsi.

Bilməlidir. Tullantının təsnifatını; cırbıtın və başqa tullantıların çıxarılma qaydasını.

232. Şablonçu. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha Yüksək ixtisaslı şablonçunun rəhbərliyi altında müxtəlif sistemli rotasion maşınlar üçün dairəvi nikel şablonların hazırlanması. Texniki şərtlərə uyğun onların keyfiyyətini yoxlamaqla deşilmiş nikel gilizlərin kəsilməsi, seçilməsi. Verilən ölçüdə gilizlərin kəsilməsi. Gilizlərin yağını təmizləmə üçün kimyəvi məhlulların hazırlanması. Gilizlərə işığa həssas emulsiyanın çəkilməsi üçün onların hazırlanması. Təyin olunmuş ardıcıllıqla müəyyən olunmuş nüsxəyə uyqun işığa həssas emulsiyanın hazırlanması və onun gilizlərə çəkilməsi,

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq etməyi; dairəvi şablonları hazırlamaq üçün tətbiq olunan materialların əsas xassələrini və onlarla davranmaq qaydasını; gilizlərə, işığa həssas emulsiyanın hazırlama nüsxəsinə, lazımi məhlullara təqdim edilən tələbləri; lakların və həlledicilərin xassələrini.

233. Şablonçu. 4-cü dərəçə

İşin xüsusiyyəti. Fotofilmpeçatlar üçün müxtəlif sistemli rotasion maşınlar üçün yastı deşikli şablonların və ya dairəvi nikel şablonların hazırlanması. Surətçıxarıcı-çoxaldıcı maşında və ya ekspozision masada naxışın surətinin şablona çıxardılması. Bezin uclarının ələyə tikilməsi. Ələyin çərçivələrə çəkilməsi. Traflamanın fiksatorların qurulması və nizamlanması. Müəyyən olunmuş nüsxəyə uyğun lakların və işığa həssas emulsiyanın hazırlanması və onların təyin olunmuş ardıcıllıqla şablona sürtülməsi. Naxışın aşkarlanması və ekspozisiyası, lakın təmizlənməsi, şablonun yuyulması və qurudulması. Aşkarlanmamış yerlərin əl ilə işlənməsi və naxışların korrektirovkası. Şablonların damğalanması. Şablonların istismarı əməliyyatında ortaya çıxan qüsurların qarşısının alınması. Texniki tələblərə uyğun verilən nüsxəyə görə stabilizatorun və fotoemulsiyanın hazırlanması. Texnoloji ardıcıllıqla fotoemulsiyalı örtüyün şablonlara sürtülməsi. Şablonların klimatizasiyalı işlənməsi və onların keyfiyyətinin yoxlanması. Nikel gilizlərinin dairəvi səthi boyunca calağın salınması, nişanlanması və damğalanması. Rotasion maşınların tipinə uyğun verilən ölçüdə gilizlərin kəsilməsi. Ötürücü həlqənin uclarını təmizləmək üçün epoksid yapışqanın və kimyəvi məhlulların hazırlanması. Rotasion şablona xüsusi həlqələrin yapışdırılması. Lazım gələrsə dairəvi şablonların daxili səthinin cilalanması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini, rotasion maşınlarda şablonların və ya yastı deşikli şablonların hazırlanması üçün işlədilən materialların xassəsini və onlara davranış qaydasını; şablonlara təqdim edilən texniki tələbləri; işığa həssas emulsiyanın və fotoemulsiyanın və başqa lazımi məhlulların hazırlanması nüsxəsini, lakların, epoksid yapışqanın və onların həlledicilərinin xassələrini, aydınlaşmayan yerlərin retuşlanması və əl ilə işlənilməsi, naxışların korrektirovkası qaydalarını; naxışları şablonlara köçürən vaxtı ekspozisiyanın davamlığının təyini üsullarını; şablonların stabilləşməsini və polimerizasiyasını.

234. Şablonçu. 5-ci dərəcə

İşin xüsusiyyəti. Rotasion maşınların bütün sistemləri üçün nikelli dairəvi şablonların hazırlanması. Müxtəlif qurğuların köməyi ilə texniki şərtlərə uyğun xüsusi dəzgahda hazırlanmış nikelli gilizlərin keyfiyyətinin yoxlanılması. Deşikli nikelli gilizlərin kimyəvi məhlulla çirklərdən yağsızlaşdırılması. Gilizlərə bütün uzunluqları boyu qəti silindrik formanın verilməsi. Termokameralarda şablonların termiki emal edilməsi. Fotomontaj plyonkaların traflanmasının yoxlanması, onların şablona uyğun nişanlanması və kəsilməsi. Montajın şablona qurulması və fiksə edilməsi. Naxışların gilizlərə, şablonların müxtəlif sistemli dəzgahlarda kontakt üsulu ilə şəkilinin çəkilməsi-naxışın aşkarlanması və fotoemulsiya ilə retuşlanması, polimerləşdirilməsi. Şablonların damğalanması. Xüsusi həlqəli gilizlərin, şablonların yanlarına epoksid yapışqanı ilə yapışdırılması. Rotasion maşınlarına verməmişdən qabaq naxışların yoxlanılması. Şablonların istismarı əməliyyatında əmələ gəlmiş çatışmamazlıqların aradan qaldırılması. Daha aşağı ixtisaslı şablonçuların işlərinə rəhbərlik edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın, qurğuların ləvazimatlarının quruluşunu, istismarı qaydasını və onlara qulluq edilməsini; nikelli gilizlərin saxlama vaxtını, gilizlərin yerləşdirilməsi qaydasını; gilizlərə təqdim edilən tələbləri; gilizlərə xüsusi həlqələrin yapışdırılması qaydasını; gilizləri işləyərkən tətbiq olunan kimyəvi dərmanların xassəsini; naxışın şablona köçürülməsi zamanı ekspozisiyanın davamlılığının təyini üsullarını; şablonların hesaba alınması və yoxlanması qaydasını.

235. Şəkillərlə naxışbasan. 1-ci dərəcə

İşin xüsusiyyəti. Məmulatın cizgilərini çəkmək üçün çərçivəyə bərkidilmiş metal qarmaqlara kətanın taxılması, kətanın dartılmasının tənzimlənməsi.

Bilməlidir. Kətanın çərçivəyə taxılma fəndlərimi; alətdən istifadə qaydasını; parçanın növünü və onların əriş və arğac üzrə uzanmasını; qarmaqlara qulluq etməyin qaydasını, kətanın taxılması keyfiyyətinə təqdim edilən tələbləri.

236. Şəkillərlə naxışbasan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Ədədi məmulatlara fotoşablondan rənglə şəkilin konturunun

əl ilə basılması. Daxil olan məmulatın və boyağın keyfiyyətinin yoxlanılması. Məmulatın masadan çıxarılması, qurutmaq üçün məmulatın asılması. Şablonun təmizlənməsi..

Bilməlidir. Naxışların basılması üçün şablonun və masanın quruluşunu; basılma üçün daxil olan məmulatların çeşidini; işlədilən boyaqların xassələrini.

237. Şəkillərlə naxışbasan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Şəkilin parçaya, trikotaj və toxunmayan kətana, köçürücü kağıza və məmulata masada tor şablonla əllə və ya verilmiş cədvələ uyğun yarımmexanikləşmiş üsulla basılması. Basma üçün daxil olan parçanın, trikotaj və toxunmayan kətanın, köçürücü kağızın və məmulatın və boyağın keyfiyyətinin yoxlanması. Şablonun, elastik lövhəciyin (rakli) təmizlənməsi. Torlu şablonun, elastik lövhəciyin, sürüncəyin naxışın rapportuna uyğun qurulması. Parçaya boyağın ardıcıllıqla çəkilməsinə riayət etməklə elastik lövhəciyin hərəkət etdirilməsi, naxışın aşındırılması. Elastiki lövhəciyin, şablonun, parçanın (məmulatın), trikotaj və unmayan kətanın masadan çıxarılması. Parçanın (məmulatın), trikotaj və toxunmayan kətanın qurudulması üçün asılması və onların çıxardılması. Şablonun təmizlənməsi və yapışqanın yuyulması.

Bilməlidir. Naxış basılması üçün daxil olan parçanın, trikotaj və toxunmayan kətanın və məmulatın çeşidini; tor şablonla naxışın basma üsulunu; parçaya, kətana, məmulata ardıcıllıqla boyağı çəkməyin, yüklənmənin qaydasını.

238. Şəkilləri (naxışları) diyirlədən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı diyirlədicinin rəhbərliyi ilə hər şəkil üçün keçid sayına əməl etməklə fırlanan silindrə, vərdənəyə mürəkkəb olmayan şəkillərin vərdələnməsi. Moletlərin keyfiyyətinin verilən naxış üçün gərəkliyinin və uyğunluğunun, maşının sazlığının yoxlanması. Vərdənənin seçilməsi və təzyiqli presdə sıxılması. Vərdənənin maşına quraşdırılması. Vərdənənin hamarlanması, cilalanması, pardaqlanması və itilənməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismar və onlara qulluq etmək qaydalarını; mürəkkəb olmayan naxışların, onların rapportunun qurulmasını; vərdələnmə və mürəkkəb olmayan işlənib köhnəlmiş naxışların gətirilmə üsullarını; hər naxış üçün keçid sayını; pis diyirləndirildikdə əmələ gələn qüsurların, onların qarşısını almaq və aradan qaldırmaq üsullarını; abraziv (cilalayıcı, itiləyici) materialların və parıldadan, hamarlayan pastanın növünü.

Birvallı (birvərdənəli) naxışlar — vintə, vərdənəyə diyirlətmə üsulu ilə köçürmə.

239. Şəkilləri (naxışları) diyirlədən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Hər naxış üçün keçid sayına əməl etməklə mürəkkəb olmayan naxışların vərdənədə vərdələnməsi. Moletin vərdənəyə quraşdırılması. Naxışın rapporta salınması. Mürəkkəb naxışları yeyilmiş vərdənələrə diyirlətmə. Onlarda qüsurların düzəldilməsi ilə vərdənələrin emalı və mastika ilə örtülərək aşındırılması. Maşının saz vəziyyətdə saxlanılmasının müşahidə edilməsi.

Bilməlidir. Mürəkkəb olmayan naxışların vərdələnməsi üsullarını; fəndlərini və mürəkkəb naxışlarım yeyilmiş vərdənələrə diyirlətməyi, rapportun hesəbatını; hər naxış üçün bölücü həlqənin və dişli çarxın seçilməsini.

Diyirlətmə üsulu ilə vintə (burmamıxa) zolaq, dama-dama tor birvərdənəli, ikivərdənəli naxışların vərdənəyə aşındırma ilə çəkindirilməsi.

240. Şəkilləri (naxışları) diyirlədən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Hər naxış üçün keçid sayına riayət etməklə mürəkkəb naxışların vərdənəyə vərdələnməsi. Vərdənədə fiqurların birləşməsini və rapportun köçürülmələrinin yoxlanması. Naxışın aşındırılması, yeyilmiş vərdənələrə xüsusi mürəkkəb naxışları diyirlətmə.

Bilməlidir. Xüsusi mürəkkəb naxışların qurulması, onların rapportu və aşındırılması; mürəkkəb naxışların diyirləndirmə üsulunu və fəndini. Yeyilmiş xüsusi çətin naxışların diyirlətməsini. Vərdənənin emalı və aşındırılması, vərdənəni aşındırmaq üçün işlədilən kimyəvi vəsaitlərin xassəsini, aşındırma məhsulunun hazırlanması.

Dairəyə, vintə diyirləndirmə üsulu ilə çoxvərdənə naxışları sıx aşındırmaqla rəngli fiqurların vərdənəyə çəkilməsi.

241. Şəkilləri (naxışları) diyirlədən. 6-cı dərəcə

İşin xüsusiyyəti. Hər naxış üçün keçid sayını əməl etməklə xüsusi mürəkkəb naxışların vərdənəyə vərdələnməsi. Daha aşağı ixtisaslı diyirlədicilərin işlərinə rəhbərlik edilməsi,

Bilməlidir. Xüsusi mürəkkəb naxışların qurulmasını, onların rapportunu və aşındırılmasını; hər naxışın hesabatını; xüsusi mürəkkəb naxışların diyirləndirmə fəndlərini və üsullarını.

Diyirlənmə üsulu ilə çoxvərdənəli astarlı naxışların vərdənəyə köçürülməsi, dairəyə, vintə çəkilməsi.

242. Şlixtləyici (yapışqanlayıcı) avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Texnoloji qaydaya uyğun ipək kələflərinin yapışqanlama əməliyyatının aparılması. Verilən nüsxəyə uyğun şlixtin, yapışqanın hazırlanması. Şlixt ilə birlikdə ipək kələflərinin vannaya doldurulması. Şlixtləmə, yapışqanlama və qurutma əməliyyatlarının müşahidə edilməsi. İpək kələflərinin vannadan çıxarılması, sıxılması, pərdəli quruducuda onların asılması. İpəyin quruducudan nəql edilməsi.

Bilməlidir. Şlixtin, yapışqanın nüsxəsini; şlixtləmə yapışqanlama və qurutma qaydasını; şlixtlənməyə qoyulacaq ipəyin keyfiyyətinə və şlixtlənmiş ipək kələflərinin keyfiyyətinə təqdim edilən tələbləri.

243. Şlixtləyici (yapışqanlayıcı) avadanlığın operatoru 4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yapışqanlayıcı və əriş-yapışqanlayıcı maşınlarda əriş saplarının yapışqanlanması və emulsiya sürtülməsi əməliyyatının aparılması. Verilən tikənin, parçanın uzunluğuna sayğac və damğalama cihazının qurulması. Yoxlayıcı və tənzimləyici cihazların işinin müşahidə edilməsi. Quruducu barabanlarda buxarın istiliyinin və təzyiqinin tənzimlənməsi, valın eni boyu daraqların yayılması, Toxucu üzərində əriş sarınan valların (navoy) əriş vallarının (snovol) yüklənməsi və qurulması. Tormozlama yüklərinin qoyulması. Qaytanların və sep çubuqlarının salınması, Sapların qabaq cərgənin və baldırın dişlərinə düzülməsi. Ərişin qovulması. Bobindən əriş sapının düzgün açılmasının müşahidə edilməsi və bobinlərin dəyişdirilməsi. Sap qırılmalarının ləğv edilməsi. Kənar bobinlərin dəyişdirilməsi. Düyünlənmiş, üst-üstə düşmüş 80 yapışmış əriş saplarının düzəldilməsi. Həlqəbəndlərin və əyriliklərin məhz gəlməsinin qarşısının alınması. Emulsiyanın səviyyəsinə ərişin sarınmasının keyfiyyətinin və dartılmasının müşahidə edilməsi. İşlənmiş əriş sarınmış toxucu vallarının çıxardılması və yenisinin qoyulması. Tullantıların yığılması və nəql edilməsi, Maşınların təmizlənməsi, sıxılan valların mahudlarının yuyulması. Bilməlidir. Xidmət etdiyi maşınların quruluşunu, əməliyyatı avtomatik tənzimləyən cihazların işlədilmə qaydasını, istismarını və onlara qulluq etməyi; əriş bobinlərin partiyalarla seçilmə qaydasını; bobinlərin keyfiyyətinə təqdim edilən tələbləri; ipliyin xətti sıxlığını və növlərini; istehsal olunacaq parça üçün sapların sayının hesablanması; şlixtin xassəsini və nüsxəsini; yapışqanlanan və emulsiya sürtünən əriş saplarının keyfiyyətinə təqdim edilən əsas tələbləri; yapışqanlaşmış ərişin keyfiyyətini; yeni partiyanın yüklənməsi qaydasını; tullantıların növünü və normasını.

244. Şlixtləyici (yapışqvilayıçh) avadanlığın operatoru. 5-ci dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş texnoloji qaydalara uyğun yapışqanlayıcı, əriş- yapışqanlayıcı və təkrar emulsiya sürtülməsi maşınlarında əriş saplarının yapışqanlanması və emulsiya sürtülməsi əməliyyatının aparılması. Yapışqan tutumu üçün yapışqanın (şlixtin), emulsiyanın normal səviyyəsinin və mütləq istiliyinin saxlanılması. Əriş saplarının nəmlik dərəcəsindən asılı olaraq yapışqanlanmanın və emulsiya sürtülməsinin sürətinin tənzimlənməsi. Ərişlərin sıxılma miqdarının qoyulması, Sıxılmış hava ilə işləyən sistemə, sıxma mexanizmini idarə edən sıxılmış iplə ilə işləyən kameraya verilən havanın mütləq təzyiqinin saxlanılması, Əriş saplarının yapışqanlanmasının, emulsiya sürtülməsinin və onların toxucu vallarına düzgün sarınmasının keyfiyyətinin yoxlanılması. Təmirdən sonra avadanlığın qəbulunda iştirak edilməsi. İxtisası nisbətən aşağı olan operatorların işinə rəhbərlik edilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, avadanlığın istismar qaydalarını və onlara qulluq etməyi; cihazların istifadə qaydalarını; ipliyin keyfiyyətinə təqdim edilən əsas tələbləri; əriş saplarımın yapışqanlanması və emulsiya sürtülməsi texnoloji qaydaları normasını yapışqanlanmanın faizini, nəmliyi; yapışqanlama əməliyyatında dartılmanın, sarınmanın sıxlığını, əriş və toxucu valların partiyalarla seçilməsi qaydasını.

245. Şlixt bişirən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş nüsxəyə və qaydaya uyğun şlixtlərin və emulsiyalaşdırıcı preparatların hazırlanması. Komponentlərin şlixtlərə dozalanması, şlixtləyici preparatın sulu məhlulunun və köməkçi maddələrin hazırlanması; şlixtləyici kompozisiyanın təşkil edilməsi, şlixtlərin hazır vəziyyətə çatdırılması. Texnoloji əməliyyatın gedişinin müşahidə edilməsi. Şlixtlərin keyfiyyətinin yoxlanılması. Şlixtlərin fiziki-kimyəvi xassələrinin və komponentlərin tərkibinin, onların miqdarının, hazırlanma əməliyyatının parametrlərini, şlixtlərin keyfiyyət xassələrinin qeyd edilməsi. Materialların sərfinin hesablanması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq edilməsini; şlixtləyici kompozisiyanın və emulsiyalaşdırıcı preparatın tərkibindəki komponentlərin fiziki-kimyəvi xassələrini, şlixtlərin bişirilməsi nüsxəsini və qaydasını; şlixtlərin və emulsiyalaşdırıcı preparatın keyfiyyətinə təqdim edilən tələbləri; onların yoxlanması üsullarını.

İndiyədək qüvvədə olan peşə

Avadanlığı təmizləyən

Чистильщик оборудования

Аппаратчик аппретирования

Barabanları daraqağzı tullantılardan təmizləyən

Очесывальщик барабанов

Burucu avadanlığın operatoru

Оператор крутильного обородования

Ventilyasiya qurğularını təmizləyən

Чистильщик вентиляционных установок

Vərdənələri aşındıran

Сушильщик (заправщик)

Qırzıcı avadanlığın operatoru

Оператор стригального оборудования

Qırxıcı bıçaqları itiləyən

Точильщик стригальных ножей

Daraqlı-darayıcı avadanlığın operatoru.

Оператор гребнечесального аппарата

Darayımı avadanlığın operatoru

Оператор чесального аппарата

Darayıcı aparatları təmizləyən; itiləyən

Чистильщик-точильщик чесальных аппаратов

Dartıcıları, gəriciləri yoxlayan

Проверяльщик разводок

Dolayıcı avadanlığın operatoru

Оператор окруточчого оборудования

Düyünləyən maşının operatoru

Оператор узловязальной

Enləşdirici avadanlığın operatoru

Оператор ширильного оборудования

Eşmə avadanlığının operatoru

Оператор тростильного оборудования

Əriş avadanlığının operatoru

Оператор основального оборудования

Zəif ayrılmış iplik avadanlığının operatoru

Оператор ровничного оборудования

Аппаратчик плюсования

İynə-platin məmulatları

Заливьщик игольно-платинных изделий

İpliyi paylayan operator

Оператор распределения пряжи

İpliyi, parça və məmulatları komplektləşdirən

Комплектовщик пряжи, ткани и изделий

İpliyi termorelaksasiya edən aparatçı.

Аппаратчик терморелаксации изделий

Yandırmaqla naxış açan.

Yaş malı və ipliyi öl ilə seçib-yerləşdirən

Укладчик-выбиральщик мокрого товара и пряжи вручную

Yuyucu avadanlığın operatoru

Оператор промывочного оборудования

Yumşaldıcı-lifdidici maşının operatoru

Оператор разрыхлительно-трепальной машины

Kard qarniturlarını itiləyən

Точильщик кардной гарнитүры

Keyfiyyət nəzarətçisi

Kimyəvi məhlulları və boyaqları hazırlayan

Заготовщик химических растворов и красок

Lentləyici avadanlığın operatoru

Оператор ленточного оборудования

Makaraları təmizləyən

Materialı və məmulatları

Резчик материалов и изделий

Merserləşdirmə aparatçısı

Аппаратчик мерсеризации

Məmulatları və ölçüləri hesablayan

Счетчик меры и изделий

Məhsulu ölçən nəzarətçi

Контролер измерения продукции

Naxışların patronçusu

Nəmləşdirmə aparatçısı

Аппаратчик увлажнения

Odaverici avadanlığın operatoru

Оператор опаливающего оборүдования

Parafin həlqələr hazırlayan

Изготовитель парафиновых колец

Parça nümunələrinin kolleksiyaçısı

Коллекционер образцов ткани

Parçanı, kətanı diyirlədən

Накатчик ткани, полотна

Parçanı parafinləşdirən aparatçı

Аппартчик парафинирования ткани

Parçanı termik emal edən aparatı

Аппаратчик термообработки ткани

Parçaları, məmulatları təmizləyən

Чистильщик ткани, изделий

Аппаратчик запаривания

Relaksasiyon-sarıyıcı aqreqatın operatoru

Оператор релаксационно-мотального агрегата

Sarıyıcı avadanlığın operatoru

Оператор мотального автомата

Termosabitləşdirmə aparatçısı

Аппаратчик термостабилизации

Texnoloji ləvazimatın təmirçisi

Ремонтник технологической оснастки

Texnoloji prosesin nəzarətçisi

Коктролер технологического процесса

Разрабатывальщик техстильного оборудования

Toxucu avadanlığı yükləyən

Заправщик текстильного оборудования

Toxucu məmulatların qəlibçisi

Формовщик текстильных изделий

Ütüləmə-qurutma aqreqatın operatoru

Оператор гладильно-сушильного агрегата

Fotomexaniki həkk etmə fotoqrafı

Фотограф фотомеханического гравирования

Замачизальщик шелка-сырца

Xammalı, materialları və məmulatları növləşdirən

Сортировщик сырвя, материалов и изделий

Xəritə və qablaşdırma materiallarını hazırlayan

Заготовщик карт и упаковочных материалов

Xəritə naxışların surətini çıxaran

Копировщик рисунков и кард

Xovlayıcı avadanlığın operatoru

Оператор ворсовального оборудования

Hazır məhsulun bərpaçısı

Реставратор готовой продукции

Hazır məhsulu və tullantıları presləyən

Прессовщик готовой продукции

Hazır məhsulu təhvil verən

Сдатчик готовой продукции

Hopdurma aparatçısı y 3

Çap avadanlığının operatoru

Оператор печатного оборудования

Çal vərdənələrini cilalayan

Шлифовщик печатных валов

Şəkillərlə naxışbasan

Şəkilləri (naxışları) diyirlədən

Şlixtləyici (yapışqanlayıçı) avadanlığın operatoru

Оператор шлихтовального оборудования

1. Qayışları dartan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Dartıcı və sarıyıcı maşınlarda çoxqatlı yarımkapron qayışların və çoxqatlı nəqledici lentlərin dartılması və lüləyə sarınması. Qayışların və nəqledici lentlərin yüklənməsi və dövlət standartlarına uyğun dartılmanın nizamlanması və lüləyə sarınması. Sayğacın göstəricilərinə görə qayış və nəqledici lentlərin uzunluğunun təyin edilməsi və kitaba qeyd olunması. Lülələrin çıxardılması, çəkilməsi və onların nəql edilməsi. Müəyyən olunmuş cədvələ əsasən maşının təmizlənməsi və sürtülən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu. istismar qaydasını və oma qulluq etməyi, çoxqatlı qayışların və nəqledici lentlərin dartılmasını nizamlamaq qaydalarını, qayış və lentlərin çeşidini, qayışlara və nəqledici lentlərə uyğun dövlət standartlarını və texniki şərtlərini.

2. Darayıcı-lentli aqreqatın operatoru 4-cü dərəcə

İşin xüsusiyyəti. Darayıcı-lentləYici maşının aqreqatında lentlərin istehsal edilməsi. Darayıcı maşınların ardıcıl, bərabər vericilər vasitəsilə hava bölüşdürücülərindən liflə təmini, Daranmışın və lentlərin keyfiyyətinin yoxlanılması, lentin qidalandırıcı masaya gətirilməsi. Darammış lent qırılmalarının aradan qaldırılması. Lentin lent maşınlarının kompensatoruna və qidalandırıcı mexanizmlərinə yüklənməsi. Dartıcı cihazın nasaz sıxıcı vallarının və lent maşının yastılayıcı vallarının dəyişdirilməsi. Lent maşının üzvlərinə sarınmış lentin köməyi ilə aqreqatın işinin idarə edilməsi. Aqreqatın maşınlarının əlaqələndirici vasitə ilə işə salınmasının dayandırılmasının maşınların işinin sinxron gedişini və axınını, işlənmiş lentlə dolu teştləri dəyişən avtomatın işinin müşahidə edilməsi. Lent maşınlarının tiftikyığıcılarından tullantıların yığılması, Müəyyən olunmuş cədvələ uyğun avadanlığa xidmət edilməsi.

Bilməlidir. Xidmət etdiyi aqreqatın quruluşunu, istismar qaydasını və ona qulluq edilməsini, aqreqatın işinin əl və ya avtomatik idarə olunmasının prinsipini, avtomat qurğunun iş fəndlərinin yerinə verilməsinin düzgünlüyünü, daranmIş lent qırılmalarını səbəblərini, daranmışın və lentin keyfiyyətinə təqdim edilən tələbləri, pambığın çırpılma dərəcəsini, tullantıların çeşidini və normasını, onların azaldılması üsullarını.

3. Darayıcı maşının üst xard daraqlarını (şlyapanı) itiləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Stasionar (daimi işləyən) dəzgahlarda darayıcı maşının şlyapasının itilənməsi. Şlyapa dəstinin hazırlanması. Xüsusi cihazlarda iynəli lentin hündürlüyünün yoxlanılması və iynəli lentin hündürlüyünə görə şlyapa dəstinin seçilməsi. İtilənməyə daxil olan şlyapanın kard qarniturunun yeyilməsinin və keyfiyyətinin yoxlanılması. Şlyapaya təzə iynəli lentin seçilməsi. Stasionar dəzgahın təmiri və səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, itilənməyə aid təlimatı, şlyapalarda iynəli lentin itilənmə qaydasını və cədvəlini, şlyapaya yeni lentin çəkilməsi qaydasını, iynənin hündürlüyünün yoxlanılması üsulunu, iynəli lenti itiləyəndə onu itiləyicinin vərdənəsinə düzgün oturdulması qaydasını.

4. Əriş hopdurma-dartıcı operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş texnoloji qaydaya uyğun kard saplarının əriş- hopdurma-dartıcı maşınlarında ərişin hazırlanması, hopdurulması, dartılması əməliyyatının aparılması. Vannanın hopdurma məhlulu ilə doldurulması. Kard saplarının üzərinə sarınmış valın (navoyun) eni boyunca düzülməsi və bərkidilməsi. Makara saxlayanda qarqarların dəyişdirilməsi və sap qırılmalarının ləğv edilməsi. Altlıqda hesablanmış sapların miqdarının və ərişin verilən uzunluğunun közlənilməsi, sapların dartılmasının nizamlanması. Maşının cihazlarının və mexanizmlərinin vəziyyətlərinin və işləmələrinin müşahidə edilməsi. Sepin salınması. Üzərinə əriş sarınmı valın çıxardılması. Tullantıların yığılması və nəql edilməsi. Müəyyən olunmuş cədvələ uyğun maşının təmizlənməsi və sürtünən səthlərin yağlanması. Maşının təmirdən qəbul edilməsində iştirak.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi. Ərişin yükləmə hesabatlarını, kard saplarının növünü, xassəsini, onların keyfiyyətinə təqdim edilən tələbləri, kard sapları üçün qüvvədə olan dövlət standartlarını, texniki şərtləri. Hopdurma məhlulunun adını, nüsxəsini, xassələrini və onun əməliyyatını, hopdurmanın texnoloji qaydasını, sapların dartılmasını, nizamlamaq qaydalarını, tullantıların normasını və təsnifatını.

5. Yumşaldıcı-didici aqreqatık operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Avtomatlaşdırılmış axın xətlərində yumşaldıcı-didici aqreqatda yumşaltma, təmizlənmə. quraşdırılma və didmə əməliyyatının aparılması. Aqreqatın maşınlarında lifin olmasının və siqnalizasiya sisteminin vəziyyətinin yoxlanılması. Avto-qidalandırıcıların yüklənməsi qaydasına uyğun maşının liflə yüklənməsi, onların fasiləsiz işlənməsinin təmin edilməsi. Qarışdırıcı maşınlarda xolkalı barabanların fırlanmasının, yük plitəsinin düzgün vəziyyətinin, qidalandırıcının elektrik talının perosunun vəziyyətinin, lifin düzgün quraşdırılmasının müşahidə edilməsi. Kolkalı barabanlardan sarınan lifin vaxtında açılıb kənarlaşdırılması. Avtomatik və ya əl ilə idarə olunan sistemin köməyi ilə yumşaldıcı-didici aqreqatın işinin idarə olunması. Maşınların işində ardıcıllığı və sinxronluğu gözləmək məqsədi ilə aqreqatın maşının dayandırılmasının buraxılmasının, blokirovkanın işinin müşahidə edilməsi. Konveyerin və saxlayan məhəccərin səthinin xırdalanmış pambıqdan və qıraqlardan təmizlənməsi. Aqreqatın hava ötürməsinin qidalandırıcı çıxış boğazlığının tıxanmış pambıqdan təmizlənməsi. Aqreqatın maşınlarının altından tapşırılan qaydaya riayət etməklə tullantıların yığılması. Cədvələ uyğun avadanlığa qulluq edilməsi.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq etməyi, texnoloji əməliyyatın fasiləsiz işlənməsinin təmin edilməsi, sinxron düzəltmə üçün aqreqatın işinin avtomatik və ya əl ilə nizamlanması prinsipini. Emal olunan xammalın keyfiyyətini və adını, pambıq kipləri ilə avtoqidalandırıcıların yüklənmə qaydası, pambığın təmizlənməsinin, yumşaldılmasının, qarışdırılmasının və didilməsinin keyfiyyət tələblərini, tullantıların normasını, təsnifatını və onların azaldılması üsullarını.

6. Kaset yükləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Kasetin və ya maşının bunkerinin əl ilə makara və ya silindrlə (patronla) yüklənməsi. Teştlərdəki makara və ya silindrlərin (patronların) işçi stolunun üstünə tökülməsi və qüsurları seçməklə kasetdə yerləşdirilməsi. Nəqledici qurğuda doldurulmuş kasetlərin asılması və ya qurulması və yerdəyişmənin müşahidə edilməsi. Nəqledici qurğudan boş kasetlərin, makara və silindrlərin (patronların) çıxardılması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, kasetlərin, makara və ya silindrlərin (patronların) ölçülərini, damğalanmasını, makara və silindrlərin (patronların) qalıq sarınmadan təmizlənməsi qaydasını, kasetlərin makara və silindrlərin (patronların) nəqledici qurğuda yerləşdirilməsi qaydasını.

7. Kaustifikasiya aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Buxarlandırıcı qurğuda kaustifikasiya texnoloji əməliyyatının aparılması. Qurğunun kaustik məhlulu ilə doldurulması. Yoxlama-ölçü mexanizmlərinin göstəricilərinin müşahidə edilməsi. Təhlil üçün əyarım seçilməsi. Buxarlandırıcı qurğudan qəbuledici böyük qaba (baka) kaustik məhlulunun buraxılması. Merserizasiya (pambığın, pambıq parçanın və ya ipliyin yumşaldılması, pardaqlandırılması və s. üçün qələvinin işlədilməsi) üçün məhlulun hazırlanması, bişirmədən qabaq parçanın isladılması və hopdurulması.

Bİlməlidir. Buxarlandırıcı qurğunun quruluşunu, istismar qaydasını və ona qulluq etməyi; kaustik məhlulunun əsas xassələrini, cihazlarla rəftar qaydalarını.

8. Lif zolağını dartan maşının operatoru. 3-cü dərəcə

İşim xüsusiyyəti. Lif zolağını dartan maşınlarda qısa liflərin istehsalı. Maşının qısa liflərə yüklənməsi. Maşının buraxılışında xolstik qırılmalarının ləğv edilməsi, qısa zolağların ilişmələrinin kənarlaşdırılması, dartıcı cihaza silindr və vallardan sarınmış liflərin aradan qaldırılması. İşlənmiş zolağların çıxardılması və elastik valın dəyişdirilməsi. Müəyyən olunmuş cədvələ uyğun maşına qulluq edilməsi. İşlənmiş qısa lif zolağlarının, zədələnmiş qarqarların, tullantıların nəql edilməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi xolstiklərin xətti sıxlığını, xolstiklərin keyfiyyətinə təqdim edilən tələbləri.

9. Parçanı açan, 2-ci dərəcə

İşim xüsusiyyəti. Maşında parçanın və çexolun açılması. Parçanın keyfiyyətinə baxılması. Parça ilə yüklənmiş arabacığın, diyircəklərin gətirilməsi, diyircəyin maşına qurulması, parçanın tikilməsi və boşalmış diyircəklərin yerləşdirilməsi. Ustanın və ya usta köməkçisinin göstərişinə uyğun parçanın artikuluna, növünə görə partiyalarla seçilməsi. Aşkarlanmış qüsurları qeyd etməklə parça yüklənmiş diyircəyə, pasportun doldurulması. Müəyyən olunmuş cədvələ uyğun maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, parçanın çeşidini, çexolu və parçanı açmağın və tikməyin qaydasını, pasportu tərtib etməyin qaydasını.

10. Süzgəc sarıyan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Maşınlarda maye yanacağı təmizləmək üçün istifadə edilən süzgəc elementlərin sarınması. Zəif əyrilmiş ipliyin (ipin) yerləşdirilməsi və onun maşına yüklənməsi. Spiralın sarıyıcı iyə geydirilməsi və onun işə buraxılması. Süzgəc elementlərin keyfiyyətinin və düzgün bükülməsinin müşahidə edilməsi, ikinci kağız süzgəc elementlərinin çıxardılması. Tullantıların yığılması və nəql edilməsi. Maşının təmizlənməsi və sürtünən hissələrin yağlanması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, zəif əyrilmiş ipliyin xətti sıxlığını, hazırlanacaq süzgəc elementlərin növünü, sarınmanın qaydasını.

11. Süzgəc sarıyan 4-cü dərəcə

İşin xüsusiyyəti. Axın xəttində maye yanacağı təmizləmək üçün süzgəc elementlərin sarınması. Maşının yüklənməsi. Axın xəttinin maşınlarında texnoloji əməliyyatın müşahidə edilməsi. Yastılayıcı vallarla çıxarıcı baraban arasındakı daranma qırılmalarının, burucu-çəkici və sarıyıcı mexanizmlərdə iplik qırılmalarının aradan qaldırılması. Mıçkanı burmaq üçün iplikdə sarınmış makaranın çıxardılması. Süzgəc elementlərinin damğalanması, tullantıların yığılması və növləşdirilməsi, hazır məhsulun və tullantıların nəql edilməsi. Avadanlığın təmizlənməsi və iş yerinin qaydaya salınması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, istismar qaydasını və onlara qulluq etməyi, hazırlanan süzgəc elementlərinin növünü və onların sarınma qaydasını.

12. Tullantıları emal edən aqreqatın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Aqreqatın maşınlarında tullantıların emal əməliyyatının aparılması və onların avtomatik presdə müəyyən edilmiş nümunədə kipdə preslənməsi. Talvarların tullantılarla doldurulmasının səviyyəsinin, liflərin qarışdırılmasının. aqreqatda tullantıların təmizlənməsinin yoxlanması. Tablaşdırma parçasının presə yüklənməsi və tullantıların presləndikdən sonra parça sarınmış kiplərin boşaldılması. Qoyulmuş tələblərə uyğun kipin çəkilməsi və damğalanması. Avtomatik və ya əl ilə idarə sisteminin vasitəsilə aqreqatın işinin normal idarə olunması, Əlaqələndirmə sisteminin işində sinxronluğa nail olmaq üçün maşının işə buraxılmasına və dayandırılmasına nəzarət edilməsi. Aqreqatın, maşının sürtünən səthlərinin təmizlənməsi və yağlanması. Təmirdən sonra maşının qəbulunda iştirak. Maşının iş prosesində baş verən qüsurların və xırda nasazlıqların aradan qaldırılması.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, maşınların işində sinxronluğu korrektə etmək üçün avtomatik və ya əl ilə nizamlama qaydalarını. Tullantıların və məhsulların qablaşdırılmasına aid olan standartlarını, onların preslənmə qaydalarını ev texnoloji avadanlıqlardan fasiləli yığılmasını.

13. Tullantıları emal edən aqreqatın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Cari təmiri və profilaktiki işləri yerinə yetirməklə aqreqatın maşınlarında tullantıların emal əməliyyatı və onların avtomatik presdə müəyyən edilmiş nümunədə kipdə preslənməsi.

Bilməlidir. Xidmət etdiyi maşının quruluşunu, istismar qaydasını və ona qulluq etməyi, təmir işlərimin yerinə yetirmək qaydalarını.

Darayıcı-lentli aqreqatın operatoru

Оператор чесально-ленточного агрегата

Darayıcı maşının üst kard daraqlarını (şlyapanı) itiləyən

Əriş hopdurma-dartıcı maşının operatoru

Оператор сновальной пропиточно-вытяжной

Yumşaldıcı-didici aqreqatın operatoru

Оператор разрыхлительно-трепалного агрегата

Kaustifikasiya aparıcısı

Аппаратчик каустификачии

Lif zolağını dartan maşının operatoru

Оператор холстовяжной машины

Tullantıları emal edən aqreqatın operatoru

Оператор агрегата оброботки отходов

1. Ayırıcı, 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı ayırıcıların rəhbərliyi altında ayırıcı maşında əriş saplarının ayrılması. Ərişin maşında qurulması və vacib gərilmənin təmin edilməsi. Sıxacda sapların uclarının bərkidilməsi və onların kəsilməsi. Maşının ayırmaya hazırlanması. Maşının sökülüb yığılmasında iştirak edilməsi. Maşının yellənməsi və təmizlənməsi. Tullantının təhvil verilməsi.

Bilməlidir. Ayırma maşının quruluşunu, avadanlığa qulluq qaydalarını, sapların ayırma qaydalarını, maşının ayırmaya hazırlanmasını, ərişin cihaza bərkidilmə qaydalarını.

2. Ayırıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xovlu ayırma maşınların xovlu vallarından çərçivələrə sapların ayrılması. Boruvari çərçivənin və xovlu valların alınması, onların vəziyyətinin və yükləməyə uyğunluğunun yoxlanması. Boruvari çərçivə üçün xovlu valın yükləmə eninə uyğunluğuna görə pazın nizamlanması. Boruvari çərçivənin paza salınması və sıxıcıların bərkidilməsi. Xovlu valın dartıcı dirsəklərə quraşdırılması. Nəzarət darağının quraşdırılması və karetkanın gətirilməsi. Ayırma qaydasına və naxışın rapportuna riayət edərək salların ayrılması. Boruvari çərçivənin qıfılına yoxlama talonunun qoyulması. Yoxlama darağının çıxarılması və yerləşdirilməsi. Razılaşdırılmış sıra nömrələrinə uyğun ayrıcı xovlu valların arabalara yerləşdirilməsi. Arabaların müəyyən yerə daşınması.

Bilməlidir. Xovayırıcı maşının quruluşunu, avadanlığa qulluq qaydalarını, boruvari çərçivədə sapların ayrılıqla qaydalarını, yükləmə hesabatını, ayırmanın naxışını, ayırma xovlu valının keyfiyyətinə təqdim edilən tələbləri.

3. Ayırıcı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Bütün sistemli ayırıcı maşınlarda əriş sapların

ayrılması. Ərişin ayrılmaya hazırlanması, onun maşına quraşdırılması və lazım olan gərilmə ilə təmin edilməsi. Sıxacda sapların uclarının bərkidilməsi və onların kəsilməsi. Maşının ayırmağa hazırlanması. Remiz, berdo, lamelin maşının yanına gətirilməsi və ona quraşdırılması, Naxışın düzgün ayrılmasına riayət edilməsinin yoxlanması, vacib təsadüflərdə onun düzəldilməsi, maşının mexanizmlərinin: sapseçənin, qalevseçən, bördobölücü və s. işinin və vəziyyətinin müşahidə edilməsi. Cihazın ərişə bərkidilməsi. Maşının yellənməsi və təmizlənməsi. Aşağı ixtisaslı ayırıcıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Ayırıcı maşının quruluşunu, onun mexanizmlərinin işini və qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydalarını, ipliyin çeşidini və xətti sıxlığını, parçanın çeşidlərini, hörülmənin növünü, naxışın ayrılmasını, parçanın yükləmə hesabatını.

4. Ayırma və flotasiya aparatçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Ayırma və flotasiya qurğularında yun yuyucu maşınlarda işlədilmiş suyun ayırma və flotasiya əməliyyatının aparılması, işlənmiş suyun qurğuya buraxılması. Qurğunun işinin, köpüyün əmələ gölməsi və emalı, yağın aparılması, texnoloji əməliyyatın gedişinin müşahidə edilməsi. Qurğunun işinin tənzimlənməsi,

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu, iş prinsipini, ona qulluq etmə qaydasını, yağın xassəsini, işlənmiş suyun xassəsini, yun yağına texniki şərti.

5. Ayırma və flotasiya aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sistemli ayrıma qurğularında yunun emalı zamanı işlənmiş suyun ayırma texnoloji əməliyyatının aparılması. Emulsiyanın verilməsinin tənzimlənməsi və separatorların bir maddəni başqasından və maddənin hissələrini bir-birindən ayırmaq üçün cihaz) işə hazırlanması. Texnoloji əməliyyatın gedişinin yoxlama-ölçü cihazlarının tətbiq edilməsinin hazır məhsulun keyfiyyətinin və tullanan suyun gözlə və laboratoriya təhlilinə görə Yoxlanmasının müşahidə edilməsi. Texnoloji dəftərdə qeydiyyatların aparılması, Avadanlıqların təmirə hazırlanması və təmirdən qəbulu. Avadanlıqlara qulluq edilməsi.

Bilməlidir. Müxtəlif sistemli ayırma qurğularının, nasosların, kommunikasiyaların quruluşunu və işini, onlara qulluq qaydasını, ayırma əməliyyatının texnologiyasını} qurğuya daxil olan işlənmiş suyun xassəsini, əyar seçmə qaydasını, təhlil aparma üsulunu, yağın xassəsini və ona təqdim edilən tələbləri.

6. Bişirici. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı işçinin rəhbərliyi altında bişirmə aqreqatında, bişirmə-keçirici aparatında, müxtəlif növlü yuyulma-bişirilmə xəttində parçanın bişirmə əməliyyatının aparılması. İş yerinə parçanın daşınması. Parçanın artikulu ilə müşayiət edilən sənədlərin uyğunluğunun yoxlanılması. Parça tikələrinin sonlarının tikilməsi. Vannanın su ilə doldurulması və müəyyən istiliyə qədər qızdırılması. Parçanın maşına yüklənməsində iştirak edilməsi. Suyun dəyişdirilməsi və müəyyən səviyyədə saxlanılması, özü yığanın işinin, parçanın arabaya yığılmasının, diyirlətmə qurğusunun işinin və parçanın diyircəyə diyirlənməsinin müşahidə edilməsi. Parçanın müəyyən olunmuş yerə daşınması. Avadanlığa qulluq edilməsi. Pasportun doldurulması.

Bilməlidir. Avadanlığın qurulması və istismar qaydalarını, onun ayrı-ayrı mexanizmlərinin qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydalarını, parçanın çeşidlərini, bişirilmənin texnoloji qaydasını, parçanın maşına yüklənməsi qaydasını.

7. Bişirici. 3-cü dərəcə

İşin xüsusiyyəti. Diyircəkli-bişirmə maşınında, aqreqatda, bişirmə-keçirici aqreqatda, müxtəlif növlü yuma-bişirmə xəttində parçaların bişirilmə əməliyyatının müəyyən olunmuş texnoloji qaydaya uyğun aparılması. Vannanın lazımı modulunun müəyyən olunması. Parçanın maşına yüklənməsi və onun normal dartılmasının təmin edilməsi. Tələb olunan qatılıqda kimyəvi məhlulların hazırlanması və tökülməsi. Bişirmə əməliyyatında istiliyin və vannanın səviyyəsinin tapşırılmış parametrlərinin saxlanılması. Kimyəvi maddələrin məhlulların hazırlanması üçün daşınması. Diyircəkli maşınlarda işləyərkən parçaların bişirilmə müddətinin tənzimlənməsi və diyircəyə diyirlənməsinin müşahidə edilməsi. Parçanın bişirilmə keyfiyyətinin yoxlanması. Buxar və su keçirici sisteminin vəziyyətinin müşahidə edilməsi. Nəzarət-ölçü cihazlarının tənzimləyici qurğularının yoxlanılması. Daha aşağı ixtisaslı bişiricilərin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu və istismar qaydalarını, nəzarət ölçü cihazları və tənzimləyici qurğunun işi və təyinatını, kimyəvi məhlulun nüsxəsini və hazırlanması qaydalarını.

8. Qarışığı mexaniki verən operator. 3-cü dərəcə

İşin xüsusiyyəti. Darayıcı aparata qarışığın verilməsinin pultla (idarəedicidən) idarə edilməsi. Bunkerin, transportyorun, talvar və avtoqidalandırıcının vəziyyətinin və işinin müşahidə edilməsi. Uyğun növdə qatışıqla özüçəkənin bunkerin fasiləsiz doldurulmasının təmin edilməsi. Avtoqidalandırıcının təmizlənməsi. Qatışığın nömrələrinin tutuşdurulması.

Bilməlidir. Avtoqidalandırıcıların, bunkerin, transportyorun, mexaniki labazın işini və quruluşunu, pultla (idarəedici ilə) idarə etmədə işin qaydalarını. Bunker və ya talvarların qarşılıqlı doldurulması və boşaldılması qaydalarını, siqnal verilməsini, xəbərdarlığı. Qarışığın növlərini.

9. İynədələn aqreqatın operatoru. 5-ci dərəcə

İşin xüsusiyyəti. Toxunmamış parçanın müxtəlif sistemli iynədəlici aqreqatlarda texniki mahud və xalça örtüyü istehsal edərkən bir və ya bir neçə dəfə iynədəlməklə hazırlanması əməliyyatının aparılması. Xidmət edilən avadanlığın saz olmasının yoxlanılması. Darayımı maşının özüçəkəninə liflər qarışığının doldurulması. Daranmanın və lifli layların əmələ gəlməsinin müşahidə edilməsi. İynədələn maşına lif layının verilməsi sürətinin və iynədələnin dərinliyinin nizama salınması. Lif zolağının qırılmasının və siyrilməsinin ləğv edilməsi. İynə lövhəsinin vəziyyətinin iynə altlığının dəyişdirilməsinin pazlı iynələrin düzəldilməsinin müşahidə edilməsi. Daranma dəyişdiricisinin sıxlaşdırıcı vərdənələrin təmizlənməsi. Transportyorun vəziyyətinin, daranma dəyişdiricinin, sarıyıcı qurğunun müşahidə edilməsi. Müəyyən edilmiş qayda ilə avadanlığın təmizlənməsi və ona qulluq edilməsi,

Bilməlidir. Aqreqatın quruluşunu, əsas mexanizmlərinin qarşılıqlı hərəkətini və işini, avadanlığın istismar və qulluq edilmə qaydalarını, iynədəlmə kətanın istehsalı üçün yükləmə məmulatlarını, parçanın istehsalına təqdim edilən tələbləri; işlədilən liflərin xassə və növünü, iynədəlmə kotanı istehsalı üçün texnoloji qaydanı; xovlu ərişin iynədəlmə maşınına yüklənmə qaydalarını; tullantıların növünü və normasını, onların ixtisarı tədbirlərini.

10. İynədələn aqreqatı yükləyən. 5-ci dərəcə

İşin xüsusiyyəti. İynədələn aqreqatın iynə lövhələri ilə yüklənməsi və onların pambıq lüləsi və gövdə ilə bərkidilməsi. Gövdənin ölçü xətkeşinə uyğun maşımda qurulması. İynə lövhəsinin aşağı iynə dirəyinin yuxarı qalxma hündürlüyünün, iynədəlmənin dərinliyi və sıxlığının, gövdənin gərginlik gücünün, hərəkətin sürətinin nizamlanması. Gövdə ilə lifli ərişin birləşməsi, mahudun əmələ gəlməsi texnoloji əməliyyatımın gedişini, mahudun kompensatordan çıxarılmasının və onun ambara yığılmasının müşahidə edilməsi. Tullantıların yığılması və təhvil verilməsi. Sıxılmış hava ilə iynədəlmə layının üfürülməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Aqreqatın quruluşunu, onun üzvlərinin qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydalarını, lifli ərişin və gövdənin yüklənməsi və nizama salınması qaydalarını, mahudun növündən asılı olaraq iynə lövhələrinin qurulması və nizama salınması qaydalarını, mahudun çeşidlərini, mahudun keyfiyyətinə təqdim edilən tələbləri. İynənin növünü və nömrəsini.

11. Yuyulmamış yunu çeşidləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı çeşidləyicinin rəhbərliyi altında keyfiyyəti orqanoleptik qiymətləndirilən yuyulmamış yunun çeşidləyici masada və ya konveyerdə çeşidlənməsi. Yunun növünün, onun nazikliyinin, uzunluğunun və vəziyyətinin təyin edilməsi. Qoyun dorisinin açılması və onun iş yerinə verilməsi. Qoyun dərisinin tədarük standartlarına görə çeşidlənərkən siniflərə aid edilməsi. Dəridə yunun nazikliyinin üstünlüyünə əsasən sənaye standartlarına görə çeşidlənərkən dəridən qoyun yununun seçilib ayrılmışların və aşağı növlərin ayrılması. Müəyyən olunmuş əlamətlərə görə seçilib ayrılmışların və aşağı növlərin xüsusi çeşidlərə ayrılması. Xüsusi çeşidlərə ayrılmış yunun qaba yığılması və yoxlanmağa təhvil verilməsi. qabın təmizlənməsi və onun müəyyən olunmuş yörə daşınması. İş yerinin yığışdırılması.

Bilməlidir. Tədarük və sənaye standartlarını; yunun çeşidlərini və texniki şərtlərini: yunun əlamətlərinə görə növünün nazikliyinin (keyfiyyətinin), uzunluğunun, vəziyyətinin və rənginin təyin edilməsini yunun keyfiyyətinin uyğunluğu üçün liflərin nazikliyinə görə nümunəvi əyrilik diaqrammasında bölüşdürülməsi.

12. Yuyulmamış yunu çeşidləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Tədarük və sənaye standartlarına görə konveyerdə və, ya çeşidləyici masada yuyulmamış yunun çeşidlərə ayrılması. Yunun növünün, onun. nazikliyinin, uzunluğunun və vəziyyətinin təyin edilməsi. Dəridə yunun nazikliyinin (keyfiyyətinin) üstünlüyünə əsasən tədarük standartlarına görə çeşidlənərkən qoyun dərisinin siniflərə aid edilməsi. Sənaye standartlarına görə çeşidlənərkən dəridən qoyun yununun seçilib ayrılmışların və aşağı növlərin ayrılması. Qoyun yununun rənginə və keyfiyyətinə görə, uzunluğuna və vəziyyətinə görə xüsusi çeşidlərə ayrılması Müəyyən olmuş əlamətlərə görə aşağı növlərin və seçilib ayrılmışların xüsusi çeşidlərə ayrılması. Yunun çeşidlənməsinin ilkin hesabının aparılması. Aşağı ixtisaslı çeşidləyicinin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Tədarük və sənaye standartlarını; yunun texniki şərtlərini, daxil olan yunun çeşidini; yunun əlamətlərinə görə növünün, nazikliyinin (keyfiyyətinin), uzunluğunun, yunun rənginin və vəziyyətinin təyin edilməsini; yunun qəbul olunma qaydalarını, yoxlamanı və yunun növləşdirmə keyfiyyətinin təyinedilmə əlamətlərini. Qoyun dorisinin onun sinfinə uyğun növlərə bölünməsi prinsipini. Yunun keyfiyyətinin uyğunluğu üçün liflərin nazikliyinə görə nümunəvi əyrilik diaqrammasında bölüşdürülməsi. Müxtəlif cinsli qoyun yunlarının xassəsini, ilkin hesabın aparılması qaydasını.

13. Yuyulmamış yunu çeşidləyən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Tədarük və sənaye standartlarına görə konveyerdə və ya çeşidləyici masada yuyulmamış yunun çeşidlərə ayrılması; çeşidləmə üçün yunun qəbulu, çeşidlərə ayırma qayıdışı, təyinatı və çeşidləmənin üsulu. Texniki şərtlərə 88 standartlara uyğun yunun çeşidlərə ayrılmasının düzgünlüyünün, qoyun dorisinin siniflərə aid edilməsinin yoxlanması, rənginə, keyfiyyətinə, uzunluğuna, vəziyyətinə görə xüsusi çeşidlərə ayrılması. Çeşidlərə ayırma nəticəsinin və hesabının aparılması. Aşağı ixtisaslı çeşidləyicinin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Tədarük və sənaye standartlarını, yunun texniki şərtlərini və çeşidlərini, yunun keyfiyyətinin uyğunluğu üçün liflərin nazikliyinə görə nümunəvi əyrilik diaqrammasında bölüşdürülməsi. Yunun vəziyyətinin xassəsini, yunun rəngi, vəziyyəti, uzunluğu, nazikliyi, növünün təyini əlamətlərini, çeşidlərə ayırmaya görə yoxlamanın seçmə üsullarını. Yunun qiymətləndirilməsinin orqanoleptik və instrumental üsullarını. Çeşidlərə ayırmaya görə hesabın aparılma qaydalarını.

14. Yun yuyan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif üsullarla müəyyən olunmuş texnoloji qaydaya uyğun yuyucu maşın və )un aqreqatlarda yunun yuyulma əməliyyatının aparılması. Barkanın müəyyən olunmuş səviyyədə su ilə doldurulması. Yuyucu məhlulun hazırlanması və barkaya tökülməsi. Yunun yağlılığından və çirkli olmasından asılı olaraq sonuncu barkadan əvvəlki barkaya suyun tökülməsinin, saxlanmasının, buxarın verilməsinin, suyun və məhlulun istiliyinin və məhlulun qatılığının tənzimlənməsinin, nizamlayıcı qurğunun və aqreqatın mexanizmlərinin saz olmasının müşahidə edilməsi. Laboratoriya təhlilinin göstəricisinə əsasən yuyulmanın keyfiyyətinin yoxlanması. Göstəricinin (indikator) köməyi ilə yuyucu məlulun təhlil edilməsi. İşlənmiş suyun buraxılması. Sıxma vərdənələrinin tarımlaşdırılması. Barkaların və kommunikasiyanın yuyulması və tənzimlənməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın və nəzarət-ölçü cihazlarının iş prinsipini, onun qulluq qaydasını, yunun çeşidlərini, müxtəlif növ yunların yuyulmasının texnoloji qaydasını, yuyumu məhlulun nüsxə ilə hazırlanma qaydalarını, kimyəvi materialın xassəsi və sərf etmə normasını, göstərici (indikator) tətbiq etməklə məhlulun təhlili üsulunu, yunun yağlılıq normasını, istilik qaydasını tənzimləmə üsulunu, sıxıcı vərdənələrin təzyiqini, yunun yuyulma keyfiyyətinin yoxlanılmasını.

15. Yun yuyan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yuyucu-quruducu aqreqatda müəyyən edilmiş texnoloji qaydaya uyğun su və müxtəlif həlledicilər işlətməklə eyni vaxtda qurudulmaqla, yunun yuyulması əməliyyatının aparılması. Aqreqatın vannasının su ilə doldurulması və içinə yuyucu məhlulun tökülməsi. Yunun aqreqata verilməsinin, istiliyi yarımavtomat və avtomat köməyi ilə tənzimləməklə mineral və üzvü qatışıqların təmizlənməsinin və yuyucu məhlulun qatılığının fasiləsiz saxlamasının, yuyucu məhlulun bölünməsinin yoxlanması və tənzimlənməsi. Yunun yuyulması və qurudulması texnoloji əməliyyatının yoxlanması və təhlil üçün əyarın hazırlanması. Aqreqatın və kommunikasiyanın yuyulması. Aqreqatın vəziyyətinin yoxlanılması. Cari təmirin

aparılmasın İşin texnoloji parametrlərinin və avadanlığın boş dayanmalarının səbəblərinə görə hesabının aparılması.

Bilməlidir. Yuyumu-quruducu aqreqatın, nəzarət-ölçü cihazlarının quruluşunu, istismar qaydalarını, avadanlığa qulluq qaydasını və təmirin aparılması qaydasını: yunun yuyulma-və qurudulmasının texnoloji qaydasını; yunun fiziki-kimyəvi xassələrini; təhlilin aparılma üsullarını, kimyəvi materialların xassələrini və sərfi normasını.

16. Yun yuyan. 5-ci dərəcə

İşin xüsusiyyəti. Yuyucu-ekstrakt aqreqatında müəyyən edilmiş texnoloji qaydaya uyğun su, heksan, izopropil spirti və başqa üzvi həlledicilər işlətməklə yunun yuyulması əməliyyatının aparılması, fosfat turşusu ilə qurutma eyni vaxtda əməliyyatının aparılması və fasiləsiz çox pilləli əməliyyatla lanolinin (yun yuyulması zamanı əmələ gələn yağ) alınması və tullantıların istifadə edilməsi. Aqreqatın sinxron işə salınması və dayandırılması. Texnoloji parametrlərin, yunun aqreqata verilməsinin, yunun mineral və üzvi qarışıqdan təmizlənməsinin, lanolinin çıxarılmasının, həlledicilərin regenerasiyasının, tullantının istifadə edilməsinin, nəzarət-ölçü cihazlarının istilik dəyişmə aparatı və yun tutanın köməyi ilə yoxlanması və tənzimlənməsi. Təhlil üçün əyarın hazırlanması. Aqreqat və kommunikasiyanın üflənməsi və yuyulması. Aqreqatın, avadanlığın vəziyyətinin yoxlanması. Cari təmirin aparılması.

Bilməlidir. Yuyucu-ekstrakt aqreqatının və nəzarət-ölçü cihazlarının quruluşunu və konstruktiv xüsusiyyətini, avadanlığın işə salınması və dayandırılması qaydasını, avadanlığa qulluq və təmirin aparılma qaydalarını; yunun və həlledicilərin fiziki-kimyəvi xassələrini; növlərinə görə yunun texnoloji qayda ilə emal edilməsini; lanolinin alınma qaydasını; həlledicilərin yenidən bərpa edilməsi (regenerasiya) və tullantıların istifadə edilməsini, texnoloji əməliyyatının nizamlanması qaydalarını, yuyucu maddələrin miqdarının hesablama qaydasını, hazırlanmış məhlulun təhlili üsullarını, xammalın və köməkçi materialların sərfedilmə normasını.

17. Yun məmulatları buxara verən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş texnoloji qayda ilə uyğun buxar kameralarında ipliyin, yaylıqların və güllənmiş parçaların buxara verilməsi əməliyyatının aparılması. Buxar kamerasının hazırlanması, onun müəyyən istiliyə qədər qızdırılması. Manometrlərin, termometrlərin, su və buxar keçirici sistemin yoxlanması, məmulatla birlikdə çərçivənin buxar kamerasına qurulması və ya illiyin yüklənməsi. Nəzarət-ölçü cihazlarının, buxarın təzyiqinin və onun kameraya bərabər verilməsinin müəyyən olunmuş texnoloji qaydasına riayət edilməsi. Vaxtında kondensatın (buxarın maye halına keçməsi nəticəsində alınan məhlul) kənar edilməsi. Buxar vermənin keyfiyyətinin yoxlanılması. İpliyin və ya çərçivənin kameradan boşaldılması, məmulatın çıxarılması və yığılması, məmulatların və ipliyin müəyyən edilmiş yerə daşınması: kameraya qulluq edilməsi. Çərçivələrin daşınması.

Bilməlidir. Xidmət edilən avadanlığın idarəetmə mexanizmlərinin nəzarət-ölçü cihazlarının quruluşunu, avadanlığa qulluq edilməsini, ipliyin, küllənmiş parçanın, yaylıqların çeşidini, təyinatını və buxara vermənin qaydasını, buxara vermədən sonra ipliyin, yaylıqların, parçanın keyfiyyətinə təqdim edilən tələbləri hava dəyişən qurğularla buxar, su keçirici sistemlərlə davranış qaydaların.

18. Karbonlaşdırıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yunun, parçanın və parça tikələrinin karbonlaşdırma əməliyyatının vaxtaşırı və fasiləsiz olaraq karbonlaşdırma qurğularında daha yüksək ixtisaslı karbonlaşdırıcı tərəfindən aparılması. Vannanın su ilə doldurulması. Sulfat turşusu məhlulunun vannaya tökülməsi. Parçanın yüklənməsi və ya yunun parça tikələrinin qurğuya doldurulması, onların bərabər hopdurulmasının müşahidə edilməsi. Parçaya tikilmiş nömrələrin neytrallaşdırılması. Vannada məhlulun qatılığının və səviyyəsinin tapşırılmış parametrlərinə uyğun saxlanılması. Yunun və parça tikələrinin sentrifuqada saxlanılması. Quruducu kameraya və ya maşına yun və parça tikələrinin doldurulması, parçanın yüklənməsi, qurudulma itiliyinin müşahidə edilməsi. Qurudulma əməliyyatında yunun və parça tikələrinin qarışdırılması. Yunun, parça tikələrinin çıxarılması və qablaşdırılması. Pasportun yazılması. Daxil olmuş xammalın keyfiyyətinin yoxlanılması, rəngli liflərin, kənar əşyaların, zibillərin, kəndirlərin və s. seçilməsi. Avadanlığa qulluq edilməsi,

Bilməlidir. Karbonlaşdırma qurğularının quruluşunu və iş prinsipini, avadanlığa qulluq qaydalarını, yunun, parçanın və parça tikələrinin çeşidini, karbonlaşdırmanın texnoloji qaydasını, turşu məhlulunun qatılığını müəyyən etmək üsulunu, sulfat turşusu idə davranmaq qaydalarını.

19. Karbonlaşdırıcı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Texnoloji qaydaya uyğun vaxtaşırı və fasiləsiz hərəkət edən karbonlaşdırma qurğularında yunun, parçanın və parça tikələrinin karbonlaşdırma əməliyyatının aparılması. Vannanın lazımi modulunun təyin edilməsi. Qurğuya parçanın yüklənməsində və ya parça tikələrinin doldurulmasında iştirak edilməsi. Quruducu kamera bölmələrində və maşınlarda istiliyin və karbonlaşdırmanın keyfiyyətinin və vannada məhlulun tapşırılmış qatılıqda və səviyyədə saxlanmasının yoxlanması. Parçanın hərəkət sürətinin nizama salınması, nizamlayıcı qurğunun doğrayan və sıxan vərdənələrinin sazlığının yoxlanması. Daha aşağı ixtisaslı karbonlaşdırıcının işinə rəhbərlik edilməsi.

Bilməlidir. Karbonlaşdırma qurğusunun quruluşunu və istismar qaydalarını, nizamlayıcı qurğunun və nəzarət-ölçü cihazlarının təyinatını, avadanlığa qulluq qaydalarını; yunun, parçanın və parça tikələrinin çeşidlərini, karbonlaşdırmanın texnoloji qaydasını, sulfat turşusu məhlulunun qatılığının təyin edilməsi üsulunu, sulfat turşusunu işlətmək qaydalarını.

20. Lentləri təkrar sarıyan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yumaq maşınında lentin təkrar sarınması. Lentin maşına yüklənməsi, keyfiyyətin yoxlanması və qüsurlu sahələrin çıxarılması. Lent yumaqlarının çıxarılması. Maşının özü saxlayan mexanizminin işimin və vəziyyətinin müşahidə edilməsi. Lentli teştlərin maşının yanına və lent yumaqlarının boşalmış teştlərin müəyyən olunmuş yerə daşınması. Maşının yellənməsi və təmizlənməsi.

Bilməlidir. Maşının quruluşunu, iş prinsipini, ona qulluq qaydalarını, emal edilən lentin çeşidlərini, lent partiyalarını biri-birindən fərqləndirən əlamətləri: lentin maşına yüklənmə qaydalarını.

21. Manera ilə (şablonla) naxışbasan. 4-cü dərəсə

İşin xüsusiyyəti. Rənglərin köməyi ilə keçid sayı yeddiyə qədər çiçək və ornamentli şəkillərin böyük fiqurlarla parçaya əllə çəkilməsi. Şəkillərin cədvəlinə uyğun boyaların seçilməsi və çiçəyin hazırlanması. Parçanın su ilə isladılması və çərçivəyə bərabər çəkilməsi. Parçada şəkilin yerləşdirilməsinin nişanlanması. Boyağın toz halına salınması. Boyaqların çəkilməsinin ardıcıllığına riayət edilməsi. Şəkildə qüsurun aradan qaldırılması. Məmulatın növbəti boyağın vurulmasından qabaq qurudulması. Çiçəyin yuyulması. Çərçivədən məmulatın çıxarılması, yığılması və təhvil verilməsi. Çiçəklərin işçi səthinin knopla örtülməsi. Çərçivəyə müşəmbə üz vurulması. Mahudun dəyişdirilməsi. Naxış basma inventarına qulluq edilməsi.

Bilməlidir. Parçanın və məmulatın çeşidini; şəkillərin növünü, basma boyaqların keyfiyyətini; parçaya boyaqların çəkilməsi ardıcıllığını və qaydalarını; parçada şəkillərin düzülüş qaydasını.

22. Manera ilə naxışbasan. 5-ci dərəcə

İşin xüsusiyyəti. Rənglərin köməyi ilə keçid sayı doqquza qədər çiçək və ornamentli şəkillərin cədvəlinə uyğun çiçəyin hazırlanması. Parçanın su ilə isladılması və çərçivəyə bərabər çəkilməsi. Parçada şəkilin yerləşdirilməsinin nişanlanması. Boyağın toz halına salınması. Boyağların çəkilməsinin ardıcıllığına riayət edilməsi. Şəkildə qüsurun aradan qaldırılması. Məmulatın növbəti boyağın vurulmasından qabaq qurudulması. Çiçəyin yuyulması. Çərçivədən məmulatın çıxarılması, yığılması və təhvil verilməsi. Çiçəklərin işçi səthinin knopla örtülməsi. Çərçivənin müşəmbə ilə tikilməsi. Mahudun dəyişdirilməsi. Naxışbasma inventarına qulluq edilməsi.

Bilməlidir. Parçanın və məmulatın çeşidini; şəkillərin növünü, basma boyaların keyfiyyətini; parçaya boyaların ardıcıl vurulması qaydalarını; parçada şəkillərin yerləşdirilməsi qaydasını.

23. Manera ilə naxışbasan. 6-cı dərəcə

İşin xüsusiyyəti. Rənglərin köməyi ilə keçid sayı doqquz və daha çox çiçək və ornamentli şəkillərinin kiçik fiqurla (vena, türkiyə, asiya, bessarabiya) parçaya əllə vurulması. Boyaların seçilməsi və şəkillərin cədvəlinə uyğun çiçəyin hazırlanması. Parçanın su ilə isladılması və çərçivəyə bərabər çəkilməsi. Parçada şəkilin yerləşdirilməsinin nişanlanması, Boyağın toz halına salınması. Boyağın çəkilməsinin ardıcıllığına riayət edilməsi. Şəkildə qüsurun aradan qaldırılması Məmulatın növbəti boyağın vurulmasından qabaq qurudulması. Çiçəyin yuyulması. Çərçivədən məmulatın çıxarılması, yığılması və təhvil verilməsi. Çiçəklərin işçi səthinin knopla örtülməsi. Çərçivənin müşəmbə ilə tikilməsi. Mahudun dəyişdirilməsi. Naxışbasma inventarına qulluq edilməsi.

Bilməlidir. Parçanın və məmulatın çeşidini; şəkillərin növünü, basma boyaların keyfiyyətini, parçaya boyaların ardıcıl vurulması qaydalarını; parçada şəkillərin yerləşdirilməsi qaydasını.

24. Mahudbasan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı mahudbasanın rəhbərliyi altında müəyyən olunmuş texnoloji qaydaya texnoloji markalı mahudbasan maşınlarda mahudun və ağır kamvol parçalarının basılması. Parçanın maşına yüklənməsi. Müəyyən olunmuş istilikdə məhlulun tökülməsi. Parçanın məhlulla bərabər hopdurulması. Basma əməliyyatında parçanın uzunluğunun və eninin ölçülməsi. Emal etmənin başlanğıc və qurtarma vaxtlarının yazılması. Parça tikələrinin sonlarının tikilməsi. Parçanın maşından çıxarılması və müəyyən edilmiş yerə daşınması. Maşının təmizlənməsi və yağlanması.

Bilməlidir. Maşının ayrı-ayrı mexanizmlərinin quruluşunu və qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydalarını, parçanın çeşidlərini, basmanın texnoloji qaydasını, parçanın maşına yükləmə qaydalarını.

25. Mahudbasan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı mahudbasanın rəhbərliyi altında müəyyən olunmuş texnoloji qayda ilə müxtəlif markalı mahudbasan maşınlarda mahudun, texniki mahudun və ağır kamvol parçaların basılması. Parçanın maşına yüklənməsi. Müəyyən olunmuş istilikdə məhlulun tökülməsi. Parçanın bərabər məhlulla hopdurulmasının təmin edilməsi. Parçanın uzununa və eninə qısalmasının ölçmə yolu ilə yoxlanması. Emal etmənin başlanğıc və qurtarma vaxtlarının yazılması. Parçanın sonlarının tikilməsi. Parçanın və ya mahudun maşından çıxarılması. Maşının təmizlənməsi və yağlanması, pasportların doldurulması. Mahud və ağır kamvol parçaları basılarkən basma əməliyyatının müşahidə edilməsi. Basılmanın səmərəliliyinin və davamiyyətinin tənzimlənməsi. Basılma əməliyyatının bütün aparılma müddətində parçanın tapşırılmış nəmliyinin saxlanılması. Ayrı-ayrı mexanizmlərin saz olmasının yoxlanılması. Mahud və kamvol parçaları basılarkən aşağı ixtisaslı mahudbasanların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Maşının ayrı-ayrı mexanizmlərinin quruluşunu və onun qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydalarını, texniki mahudun və parçaların çeşidlərini, basmanın texnoloji qaydasını, məhlulun tərkibini və onun keyfiyyətinə təqdim edilən tələbləri, basmanın səmərəliliyinin nizamlanması üsullarını, basmanın qurtarma anının əlamətlərini, parçanın maşına yüklənmə qaydalarını.

26. Mahudbasan. 5-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif markalı mahudbasan maşınlarda müəyyən olunmuş texnoloji qaydaya uyqun texniki mahudun basılması. Mahudun maşına yüklənməsində iştirak edilməsi. Müəyyən edilmiş istilikdə məhlulun tökülməsi. Basma məhlulu ilə mahudun bərabər hopdurulmasının təmin edilməsi. Basma əməliyyatının müşahidə edilməsi. Seçmə yolu ilə mahudun uzununa və eninə qısalmasının yoxlanması. Basmanın səmərəliliyinin və davamiyyətinin tənzimlənməsi. Basılma əməliyyatının bütün aparılma müddətində parçanın tapşırılmış nəmliyinin saxlanılması. Ayrı-ayrı mexanizmlərin sazlığının yoxlanılması. Emal etmənin başlanğıc və qurtarma vaxtlarının yazılması. Maşının təmizlənməsi və yağlanması. Pasportların doldurulması. Aşağı ixtisaslı mahudbasanların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Maşının ayrı-ayrı mexanizmlərinin quruluşunu və qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydalarını, texniki mahudun çeşidlərini, basmakın texnoloji qaydasını, məhlulun tərkibini və onun keyfiyyətinə təqdim edilən tələbləri, basmanın səmərəliliyinin tənzimlənməsi üsullarını, basmanın qurtarma anının əlamətlərini, mahudun maşına yüklənmə qaydalarını.

27. Parça və lif emalçısı, 2-ci dərəcə

İşin xüsusiyyəti. Parça və lif emal edilməsi. Əzmə maşınlarında parçanın müəyyən edilmiş texnoloji qayda ilə əzilməsi. Parçanın maşına yüklənməsi. Vallar arasında ayrılma məsafəsinin böyüklüyünün, parçanın hərəkət sürətinin və quruducu kamerada temperaturun nizama salınması. Didici maşında liflərin didilməsi. Tayların və kisələrin açılması. Lifin qidalandırıcı məhəccərdə döşənməsi və ya müəyyən edilmiş normaya uyğun qidalandırıcı qurğunun onunla doldurulması. Emulsiya verilməsinin nizama salınması. Didilmənin və yağlanmanın keyfiyyətinin yoxlanması. Emaldan sonra parçanın yığılması, liflərin qablaşdırılması. Emaldan sonra parça və liflərin müəyyən edilmiş yerə və maşının yanına daşınması. Maşının yellənməsi və təmizlənməsi.

Bilməlidir. Avadanlığın quruluşunu, iş prinsipimi və ona qulluq qaydalarını; parçanın çeşidini; liflərin növünü və çeşidini, əzilmənin və qurudulmanın texnoloji qaydasını; ayrılma məsafəsinin böyüklüyünü, liflərin qidalandırıcı məhəccərə döşəmə normasını, emal edilmiş parça və liflərin keyfiyyət tələblərini.

28. Parça presləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Məmulatı və parçanı presləmək üçün hazırlıq işlərinin aparılması. Məmulat və parçanın layları arasında kartonun əllə və ya maşınla salınması. Parçanın, kartonun maşının yanına və ya iş yerinə, hazırlanmış parçanın presin yanına və emal edilmiş parçanın müəyyən edilmiş yerə daşınması. Parça hissələrinin sonlarının tikilməsi, maşına yüklənməsi. Hazırlanmış parça və ya məmulatın yükləmənin müəyyən edilmiş normasına riayət edərək presə yüklənməsi. Presdən parçanın və ya məmulatın çıxarılması. Preslənmədən sonra kartonun çıxarılması.

Bilməlidir. Avadanlığın quruluşunu, iş prinsipini, ona qulluq qaydalarını, məmulatın və parçanın çeşidlərini, kartonun keyfiyyətini və ölçüsünü, parçanın bir-birinə tikilməsi, kartonun sapınması və çıxarılması, presin yüklənməsi qaydalarını.

29. Parça presləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parça və məmulatın mexaniki, hidravlik və başqa müxtəlif sistemli preslərdə müəyyən edilmiş texnoloji qayda ilə preslənməsi. Presin nizamlayıcı qurğusunun saz olmasının buxar və su keçirici sisteminin vəziyyətinin yoxlanılması. İşçi səthinin qızdırılıması, istiliyin tənzimlənməsi. Özü presləyəndə işləyərkən ütülərin barabana sıxılma böyüklüyünün tənzimlənməsi. Buxar təzyiqinin nizama salınması, texnoloji əməliyyatın gedişinin yoxlanılması. Ayrı-ayrı partiyaların parçalarının sonunun biri-birinə tikilməsi və tikişin sökülməsi. Pasportun doldurulması. Presin yellənməsi və tənzimlənməsi.

30. Parçanı sabunlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti Müəyyən olunmuş texnoloji qayda ilə uyğun maşında parçanın sabunlanması. Vannanın sabun məhlulu ilə doldurulması. Parçanın maşına yüklənməsi. Parçanın bərabər surətdə sabunlanmasının təmin edilməsi. Vannada tapşırılmış parametrlərdə məhlulun qatılığının və səviyyəsinin saxlanılması və onun başqa rəngdə parçanı yükləmədən qabaq dəyişdirilməsi. Parçanın sıxılması. Parçanın çıxarılması və müəyyən olunmuş yerə nəql daşınması. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Maşının quruluşunu və ayrı-ayrı mexanizmlərinin qarşılıqlı hərəkətini; avadanlığa qulluq qaydalarını; parçaların çeşidini; sabunlanmanın texnoloji qaydasını. Parçanın yüklənmə qaydasını. Sabunlanmanın keyfiyyətinə təqdim edilən tələbləri.

31. Ratinləşdirən maşının maşinisti. 2-ci dərəcə

İşin xüsusiyyəti. Ratinləşdirən maşında müəyyən edilmiş texnoloji qayda ilə parçanın ratinləşdirilməsi (parçanın xovunu qıvırcıqlaşdırmaq). Parçanın maşına doldurulması. Keçidlərin sayını, yelləmək və lövhənin hərəkət istiqamətini, parçaya onun təzyiqinin böyüklüyünün dəyişdirilməsi yolu ilə ratinləşdirmə əməliyyatının nizama salınması. Parçanın bükülməsi və müəyyən olunmuş yerə daşınması. Maşının yellənməsi və təmizlənməsi.

Bilməlidir. Ratinləşdirən maşının quruluşunu, iş prinsipini, ona qulluq qaydalarını, parçaların çeşidini, ratinləşdirmənin texnoloji qaydasını.

32. Təzədən eşmə maşının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Ərişin təzədən eşmə maşınında çillə barabanından toxucu valına təzədən eşilməsi. Valın (navoy) daşınması və maşına qurulması, onun təzədən eşilmə üçün hazırlanması. Toxucu dəzgahında parçanın yüklənmə normativinə uyğun flansların seyrəkləşdirilməsi. Təzədən eşilərkən sapların düşməsinin müşahidə edilməsi. Sapların qırılmalarının aradan qaldırılması. Hazır ərişin maşından çıxarılması, çəkilməsi və daşınması. Maşına qulluq edilməsi.

Bilməlidir. Təzədən eşmə maşının quruluşunu və avadanlığa qulluq qaydalarını. Parçanın yükləmə eninə uyğun valların flyansları arasındakı məsafənin ölçüsünü və yol verilə bilən artıq-əskikliyini, ipliyin əsas xassələrini və onun sıxlığını; parçanın çeşidlərini; ərişin təzədən eşilmə qaydalarını.

33. Texniki mahudları yuyan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən edilmiş texnoloji qaydaya uyğun texniki mahudun müxtəlif sistemli aparatlarda, aqreqatlarda və maşınlarda yuyulma əməliyyatının aparılması. Nüsxəyə uyqun yuyumu məhlulun hazırlanması. Yuyucu məhlulun tökülməsi və yuma əməliyyatında istiliyin, məhlulun qatılığının və səviyyəsinin saxlanılması. Avadanlığın, nizamlayıcı qurğunun, sıxıcı valların, yoxlama-ölçü cihazlarının İşlərinin, texnoloji qaydaya riayət edilməsinin və yuyulma keyfiyyətinin yoxlanılması. Qayda lövhələrində texnoloji qaydanın başlanğıc və qurtarmasının yazılması və avadanlığa qulluq edilməsi. Maşının yazılması və avadanlığa qulluq

.edilməsi. Maşının təmirdən qəbulunda iştirak edilməsi.

Bilməlidir. Müxtəlif sistemli yuyucu avadanlığın quruluşunu və istismar qaydalarını, yuyulan mahudun çeşidlərini, yuyulmanın texnoloji qaydasını, yuma əməliyyatının tənzimlənməsi və aparılması qaydalarını, yuyucu maddələrin xassəsini və növünü, məhlulun hazırlanma qaydalarını, yuma keyfiyyətinə təqdim edilən tələbləri.

34. Xalçaçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Xalça məmulatının toxuma, haşiyələmə və haşiyəli-toxuma maşınlarının bütün sistemlərində istehsal edilməsi. Daxil olan ipliyin və gövdə parçasının keyfiyyətinin yoxlanılması. Xalçanın naxışlarına uyğun astarlıq, xovlu, arğaclıq ipliyin və karkaslı parçanın maşına yüklənməsi. Texnoloji əməliyyatın normal gedişinin təmin edilməsi. Maşının bütün mexanizmlərinin işinin və vəziyyətinin, lamel və başqa nəzarət-ölçü cihazlarının, sapın və karkaslı parçanın hərəkətinin müşahidə edilməsi. Sapın, karkaslı parçanın gərilməsinin, xovunun hündürlüyünün və sıxlığının nizama sapınması. Makara yığanda makaraların qoyulması və dəyişdirilməsi, eləmə də ehtiyat və işçi makaralarla sapların ucu bağlanmış ehtiyat makaraların qoyulması. Üzərinə əriş sarınmış vəl (navoy) işlənib qurtararkən haşiyəli ərişin bağlanması. Boru şəkilli və dəlikli iynəyə qırılmanın və çarpazlaşmayın qarşısını almaqla sapların yüklənməsi zamanı daraqlı sistemin iynələrinin, kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi. İstehsal olunmuş məhsulun keyfiyyətinin yoxlanılması. İşlənmiş lülənin çıxarılması. Maşınların təmirdən qəbulunda iştirak edilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Avadanlığın bütün mexanizmlərinin quruluşunu, iş prinsipini və qarşılıqlı hərəkətini və ona qulluq qaydalarını, xalça məmulatlarının çeşidini, yükləmə hesabını və naxışını, xalça məmulatının keyfiyyətinə olan tələbləri, tullantıların növünü və normasını, onların ixtisarı üsullarını, daxil olan karkaslı parçanın və ipliyin keyfiyyət tələblərini, səmərəli iş fəndlərini və onun yerinə yetirilməsi ardıcıllığını.

35. Xalçaçı. 5-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif növlü liflərdən xalça toxuyan maşınlarında jakkard xalça və iki taylı xalçaların istehsal edilməsi. Daxil olan ipliyin keyfiyyətinin yoxlanması, ipliyin nöqsanlarının kənar edilməsi. Xammalın qənaətlə işlədərkən texnoloji əməliyyatının normal gedişinin təmin edilməsi. Jakkard maşınlarının bütün mexanizmlərinin, lamelin və başqa nəzarət-ölçü cihazlarının işinin və vəziyyətinin müşahidə edilməsi. Pult arxasından texnoloji əməliyyatım idarə olunması. Makara yığana makaranın, ehtiyat makaraların boş makara saxlayana qoyulması. ehtiyat və işçi makaraların sapın uçunun bağlanması. Verici valdan keçən xovlu və arğaclı ərişin düzgün yüklənməsinin, lamel cihazlarının, berdonun, sapların gərilməsinin, istehsal edilmiş xalçaların keyfiyyətinin yoxlanılması. Sapların qırılmasının və çarpazlaşmasının, arkatın qırılmasının ləğv edilməsi. Üzəri əriş sarınmış vəl (navoy) işlənib qurtararkən ərişin (haşiyəli, arğaclı) bağlanması. Usta köməkçisi ilə birlikdə islanmış lülənin çıxarılması. Maşının təmirdən qəbulunda iştirak edilməsi.

Bilməlidir. Maşının bütün mexanizmlərinin quruluşunu, iş prinsipini və qarşılıqlı hərəkətini və ona qulluq qaydalarını; ipliyin növlərini və istehsal olunan xalçanın çeşidlərini, xalçanın texnoloji hesabatını, toxuma növünü və ayırmanı; xalçanın və daxil olan ipliyin keyfiyyətinə təqdim edilən tələbləri; arkat bağının yüklənməsi qaydasını, jakkard maşınlarda xəritələrin bir-birini əvəz etməsini və tikməsini, makara yığana makaraların rənglərə görə qoyulması, tullantıların növünü və onun ixtisarı üsulunu, səmərəli iş fəndlərini və onun yerinə yetirilməsi ardıcıllığını.

36. Xlorlama və stannirləmə aparatçısı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında stannatlı-turşulu və xlorlu-turşulu aqreqatlarda parçanın xlorlama və stannirləmə əməliyyatının aparılması. Aqreqata parçanın yüklənməsi. Müəyyən olunmuş parametrlərə uyğun məhlulun qatılığının və səviyyəsinin saxlanması. Parçanın sıxılma dərəcəsinin yoxlanması, qopartmaların qarşısının alınması və aradan qaldırılması. Parçanın düzəldilməsi. Parçanın yerləşdirilməsinin müşahidə edilməsi. Kimyəvi məhlulun hazırlanmasında iştirak edilməsi. Parçanın sonunun lentə bağlanması, Parçanın maşının yanına və müəyyən olunmuş yerə daşınması. Aqreqata qulluq edilməsi.

Bilməlidir. Aqreqatın quruluşunu, tənzimləyici qurğunun təyinatını. Avadanlığa qulluq və istismar qaydalarını. Parçanın çeşidini, onların emalının texnoloji qaydalarını. Məhlulun hazırlanma nüsxəsini. Keyfiyyətə təqdim edilən tələbləri.

37. Xlorlama və stannirləmə aparatçısı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında stannatlı-turşulu və xlorlu-turşulu aqreqatlarda müəyyən olunmuş texnoloji qaydaya uyğun parçanın xlorlama və stannirləmə əməliyyatının aparılması. Vannada məhlulun modulunun və qatılığının müəyyənləşdirilməsi. Kimyəvi məhlulum tökülməsi. Parçanın yüklənməsi. Müəyyən olunmuş parametrlərə uyğun məhlulun səviyyəsinin və qatılığının saxlanması. Texnoloji əməliyyatın müşahidə edilməsi. Təmizləyici qurğuların, qaytan düzəldicinin, sıxıcı vərdənələrin sazlığının yoxlanılması. Nüsxəyə uyğun məhlulun hazırlanması. Daha aşağı ixtisaslı aparatçının işinə rəhbərlik edilməsi. Aqreqata qulluq edilməsi.

Bilməlidir. Aqreqatın quruluşunu, tənzimləyici qurğunun təyinatını və hərəkətini. Avadanlığın istismarını və qulluq qaydalarını. Parçanın çeşidini: onların emalı texnoloji qaydasını. İşlədilən kimyəvi materialların xassəsini, təyinatını və onların parçaya təsirini. Məhlulun hazırlanma nüsxəsini.

38. Xovlu çərçivə düzən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Təbii və süni qozalarla xovlu çərçivənin əllə yığılması. Çərçivənin iş yerinə daşınması, Qozaların keyfiyyət və ölçüsünə görə seçilməsi. Qozaların isladılması və bərabər ölçüdə çərçivəyə yerləşdirilməsi. Yığılmış çərçivənin qurudulması. Onların keyfiyyətinin yoxlanılması. Zəruri halda xovlamadan sonra qozaların təmizlənməsi. Çərçivədən köhnə qozaların döndərilməsi və ya çıxarılması.

Bilməlidir. Xovlama qozalarının növünü, ölçüsünü və tələb olunan keyfiyyətini, qozaların seçilmə qaydalarını və xovlama çərçivəsinə yığılma üsulunu, xovlama çərçivəsinin keyfiyyət tələblərini.

Yun istehsalına daxil olan fəhlə peşələrinin müqayisəli adları və dərəcələr diapozonu

İndiyədək qüvvədə olan peşə adları (rusca)

Ayırma və flotasiya aparatçısı

Аппаратчик сепарирования и флотации

Qarışığı mexaniki verən operator

Оператор механизированной подачи смеси.

İynədələn aqreqatı yükləyən

Запарщик иглопробивного агрегата

İynədələn aqreqatın operatoru

Оператор иглопробивного агрегата

Yuyulmamış yunu çeşidləyən

Сортировщик немытой шерсти

Yun məmulatları buxara verən

Заларщик шерстяных изделий

Lentləri təkrar sarıyan

Manera ilə naxışbasan

Набойшик рисунков манерами.

Parça və lif emalçısı

Обработчик ткани и волокна

Ratinləşdirən maşının maşinisti

Машинист ратинирующей машины

Təzədən eşmə maşının operatoru

Оператор перевивочной

Texniki mahudları yuyan

Промывальщик технических

Xlorlama və stannirləmə aparatçısı

Аппаратчик хлорирования и станнирования

Наборшик ворсовальных рамок.

1. Bölgü maşının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Bölgü maşınında müəyyən uzunluqda və çəkidə lentin hazırlanması əməliyyatının aparılması. Xammalın istehsala hazırlanması. Verilmiş miqdarda daranmış məhsulun çəkilməsi. Daranmış məhsulun maşının qidalandırıcı qoluna salınması. Lentin kəsilməsi və onun fırlanan barabandan çıxarılması. Təkrar buraxılışda lentin çəkisinin yoxlanılması. Xüsusi işıqlanmış şüşədə lentin keyfiyyətinin yoxlanılması, kənar aşqarların və işlənilmiş sahələrin xaric edilməsi, lentin lülə şəklində (rulona) bükülməsi və qablaşdırılması. Maşının işləyən hissələrinin sarınmış liflərdən təmizlənməsi. Darayımı sahənin, dartıcı silindrlərin və dəri qolların işini müşahidə etmək. Bölgü maşınlarının təmirdən qəbulunda iştirak etmək.

Bilməlidir. Maşının quruluşunu, emal olunan xammalın növlərini, lentin və daranmanın keyfiyyətinə təqdim olan tələbləri; çəkini, salınmanın uzunluğunu, çeşid üzrə keçidlərin sayını, tullantıların normasını və onun ixtisar tədbirlərini, avadanlığa qulluq etmək qaydasını.

2. Burulmuş ipəyi pörtən (buxara verən). 3-cü dərəcə

İşin xüsusiyyəti. Burulmuş ipəyin pörtmə kameralarında pörtülməsi, onun doldurulması və daşınması, kameranın yüklənməsi. Pörtmənin texnoloji əməliyyatlarının müşahidə edilməsi. Pörtülmüş ipəyin boşaldılması və müəyyən yerə yığılması, avadanlığın təmizlənməsi.

Bilməlidir. Pörtmə kameralarının və nəzarət-ölçü qurğularının quruluşunu; emal edilən ipəyin çeşidini; pörtülən ipəyə təqdim edilən pörtmə qaydalarını, tələblərini; avadanlığın təmizləmə qaydasını.

3. Dairəvi darayıcı maşının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Dairəvi darayıcı maşında ipək liflərinin darama əməliyyatının aparılması. Daranmış məhsulun (porsiyanın) hissəsinin və liflərin daraqağzı tullantıların alınması.

- Xammalın yüklənmək üçün hazırlanmış.

-Maşının məngənəsinə lif hissəsinin (payının) qoyulması və təkrar qoyulması.

- Lifin hissələrinin bölünməsi daranmışların çıxarılması.:

- Onun qablara yığılması.

Maşında texnoloji əməliyyatın gedişini, açmaq üçün mexanizmin işlənməsini və çubuğun təmizlənməsini, darayıcı barabanın (silindr şəkilli hissə) öz vaxtında təmizlənməsi, lif hissəsinin daraqdan çıxarılmasını müşahidə etməli və daranma əməliyyat əməliyyatının normal gedişində aşkar olunan pozulmanın aradan qaldırılması.

- Avadanlığın təmirdən qəbul edilməsində iştirak etmək.

- Maşının altından tullantıları çıxartmaq.

- Qoyulmuş cədvəl əsasında maşını tənzimləmək.

Bilməlidir. Dairəvi darayıcı maşının quruluşunu, iş prosesini. İşlədilən xammalın növünü. Lifin daranmasına və hissəsinə təqdim edilən tələbləri.

- Keçidlərə yükləmə hissələrinin miqdarını.

- Tullantıların növünü və onun ixtisarı üsullarını.

- Avadanlığa qulluq etmək qaydasını.

4. Darayıcı avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Tək darayıcı mexanizmli maşımda süni), xəz kətanlarının daranması əməliyyatının aparılması. Maşının işə hazırlanması, maşının yüklənməsi, mexanizmlərin nizama salınmasında iştirak etmək. İynəvari lentipn dartılması. Xəzin daranmasının dərinliyini müşahidə etməli. Kotanların tikilməsi, tikişlərin sökülməsi, maşının tozdan təmizlənməsi və üfürülməsi. Maşının yağlanması, tullantıların yığılması. Lentdən düşən iynələrin uzaqlaşdırılması.

Bilməlidir. Darayıcı maşınların quruluşunu və iş prinsipini, mexanizmlərin iynəvari lentlə çəkilməsi və dəyişdirilməsi qaydalarını, emal edilən xəzin növlərini, xəzin keyfiyyətinə təqdim olunan tələbləri.

5. Darayıcı avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Darayıcı və ayırıcı mexanizmli maşın və aparatlarda süni xəzin kətanlarının daranma əməliyyatının aparılması. Maşının və aparatın işə hazırlanması, maşının və aparatın yüklənməsi və mexanizmlərin nizamlanmasında iştirak etmək. İynəvari lentin itilənməsi.

Bilməlidir. Maşının darayıcı aparatlarının ayırıcı (fırlanan silindrlərin (valların) quruluşunu və iş prinsiplərini, darayıcı mexanizmlərin sazlanmasını.

6. İpliyi termik emal edən. 3-cü dərəcə

İşin xüsusiyyəti. İplik hamarlayıcı maşında ipliyin istinəm emalı. Normal nəmliyin və iplik kələflərinin düzgün dartılmasının təmin edilməsi. Kələfin uzunluğundan asılı olaraq diyircəklərarası məsafənin tənzimlənməsi. İpək ipliyin hamarlanmasının və düzəldilməsinin keyfiyyətini müşahidə etmək. Avadanlığa qulluq, ipəyin düzəldilməsi, yumaqlanması və qəfəslərə yığılması.

Bilməlidir. Maşının quruluşunu və iş prinsipini, ipliyin növlərini və təyinatını ip, ipliyin xətti sıxlığını, ipliyin emal olunma qaydalarını, hamarlanmanın nöqsanlarını.

7. Lif çıxaran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Dairəvi darayıcı maşınların daraq və darayıcı barabanlarından lifin çıxarılması. Lif hissələrinin çıxarılması üçün çubuqların və qutuların hazırlanması. Lifin daraqağzı tullantı hissələrinin çıxarılması, onların qablara yerləşdirilməsi. Uyğun keçiddə dairəvi darayıcı maşınlara qabların daşınması. Darayıcı maşındakı boşalmış çubuqların vaxtında çıxarılması.

Bilməlidir. Dairəvi darayıcı maşınların quruluşunu; xammalın növünü; lif hissələrinin daraqlardan çıxarılmasını və darayıcı barabanın təmizlənməsi; keçidlər qaba yerləşdirilən lif hissələrinin sayını; keçidlərlə lif hissələrinin çəkisinin normalarını və onların kənara çıxma hədlərini.

8. Parçanı yumşaldan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müəyyən olunmuş emal etmə qaydalarına uyğun ipək parçaların düyməli və vintli yumşaldıcı maşınlarda yumşaltmalı. Parçanın maşına yüklənməsi. Parçanın istiqamətləndirici diyircəklərdən keçməyini müşahidə etməli. Parçanın keçid miqdarına riayət etmək. Vintli və düyməli diyircəklərin vəziyyətini müşahidə etmək. Parça ilə birlikdə diyircəyin maşına quraşdırılması. Parça ilə birlikdə diyircəklərin çıxarılması və onun daşınılması. Maşına qulluq etmək.

Bilməlidir. Maşının quruluşunu, parçanın çeşidini, emal etmə qaydasını, parçanın yüklənməsinin qaydalarını, avadanlığa qulluq etmək qaydasını.

9. Parçanı soyudan. 1-ci dərəcə

İşin xüsusiyyəti. Soyuducu qurğuda parçanın soyudulması (gülləmədən sonra). Qurğunun işini və parçanın keçməsini müşahidə etmək. Tikişlərin arabaya çıxardılması. Parçanın daşınması və hesaba alınması. Maşının təmizlənməsi.

Bilməlidir. Parçanın çeşidlərini, parçanın hərəkət sürətini, parçanın sonrakı emala istiqamətləndirilməsini, avadanlığın təmizlənmə qaydasını.

10. Parçanı pörtən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı buxara verənin rəhbərliyi altında pörtmə qazanlarında parçanın pörtülməsi. Su və buxar xətti sisteminin yoxlanılması. Aparatın işə hazırlanması. Parçanın pörtmə qazanına və pörtüldükdən sonra müəyyən edilmiş yerə yığılması. Parçanın tikilməsi və tikişin sökülməsi. Parçanın qazana yüklənməsi və boşaldılması. Avadanlığın yuyulması və təmizlənməsi.

Bilməlidir. Pörtmə aparatının quruluşunu; emal edilən parçaların çeşidini; pörtmə aparatlarında pörtmə qaydalarını, tikişlərin tikilməsi və sökülməsi qaydasını.

11. Parçanı pörtən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən edilmiş qayda ilə parçanın pörtmə qazanlarında pörtülməsi. Parçanın arabanın qarmaq və diyircəklərindən asılması. Parçanın qazana yüklənməsi. Qazanın tələb olunan istiliyə qədər qızdırılması. Buxarın verilməsinin tənzimlənməsi. Pörtmənin istilik qaydasına və parçanın qazanda qalmaq vaxtına nəzarət. Parçanın qazandan boşaldılması. Avadanlığın yağlanması. Aşağı ixtisaslı parça buxara verənin işinə rəhbərlik etməli.

Bilməlidir. Pörtmə qazanlarının və nəzarət-ölçü qurğularının quruluşunu; emal edilən parçaların çeşidini; pörtülən parçaya təqdim edilən pörtmə qaydalarını və tələblərini; avadanlığın təmizlənməsi və yağlanması qaydasını.

12. Təmizləyici maşının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Təmizləyici maşında ipliyin təmizlənməsi əməliyyatının aparılması. İpliyin və boş qarqarların işə hazırlanması. Sapın qırılmalarının ləğvi, düşən qarqarların dolu ilə və işlənmiş qarqarların boş qarqarlarla dəyişilməsi. Qoyulan yayılmanın saxlanması. İlənilmiş qarqarların qaba yığılması. Daxil olan ipliyin keyfiyyətinin yoxlanılması, sapların iki ucla sarınması. İylərin paylaşdırıcıların, təmizləyici qutuların, dartıcı qurğunun işini müşahidə etmək. İpliyin dartılmasına və hava dəyişənin, yelləyənin işinə nəzarət etmək. Tullantıların növlərə ayrılması və onların təhvil verilməsi. Təmizləyici maşınların təmirdən qəbulunda iştirak etmək.

Bilməlidir. Təmizləyici maşının quruluşunu, işlənilən ipliyin növlərinin və xassələrini, onun keyfiyyətinə təqdim olunan tələbləri, sapın dartılmasının miqdarını və onun tənzimlənməsi üsullarını, tullantıların növlərini və normasını və onun ixtisarı üsullarını; avadanlığa qulluq etmək qaydalarını.

13. Tullantıları bişirmək üçün kimyəvi tərkibləri bişirən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Təsdiq olunmuş qayda və nüsxələrə (reseptlərə) uyğun barama tullantılarının bişirilməsi üçün kimyəvi tərkiblərin hazırlanması və bişirilməsi. Kimyəvi materialların tədarükü, onların keyfiyyətlərinin yoxlanılması, çəkilməsi və müəyyən olunmuş qaydada qazanlara və ya böyük qablara doldurulması. Buxarın verilməsinin, təzyiqin və bişmənin davamiyyətinin tənzimlənməsi məhlullarla fasiləsiz təchizatı təyin etmək (qaba tökülməsi və ya boru xətti ilə). Avadanlığa qulluq v onun növbəti bişirilməyə hazırlanması. Sərf olunan materialların hesaba alınması. Kimyəvi tərkiblərin hazır olmasının təyin edilməsi. Avadanlığın sazlığının yoxlanılması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu; işlədilən vəsaitlərin növlərini və xassəsini; hazırlanan məhlulun keyfiyyətinə təqdim edilmiş nüsxələrini və xassəsini; hazırlanmanın texnoloji üsullarını və tələblərini.

14. Xam ipəyi isladan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Xam ipəyin isladılması texnoloji əməliyyatının qoyulmuş qaydaya əsasən vannada, vakuum aparatda aparılması, Xam ipəyin isladılmasına hazırlıq. İpək kələflərin dəsmallara bükülməsi, vannaya, vakuum-aparata yığılması, xam-ipək oxlarının kaseta qoyulması və baka doldurulması. Nüsxəyə əsasən emulsiyanın hazırlanıb, isladılması. Emulsiyanın istiliyi, təzyiqi və dövr etmə istiqamətini müşahidə etmək. İpəyi boşaldaraq qoyulmuş oxlarda xam ipəyin arabacığa yığılması. Kələfaçanların və oxların yığılması.

Bilməlidir. Aparatın quruluşunu və onun qaydasını. İsladılmanın texnoloji qaydasını. İsladılmanın keyfiyyətinə təqdim edilən tələbləri. İsladılmanın nüsxəsini və emulsiyanın hazırlanması üsulunu. İsladılma qaydasını; xam ipəyin yüklənməsi qaydasını.

15. Xammal yuyan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yuyumu maşın və sentrifuqalarda xammalın yuyulması

əməliyyatının aparılması. Xammalın barkalardan boşaldılması, yarılması və onun sıxılması. Xammalın yuyucu maşınına daşınılması. Maşının vannasının su ilə doldurulması. Xammalın maşına qoyulması. Qoyulmuş qayda ilə xamalın yuyulması. Xammalın sentrifuqaya qoyulması. Xammalın sentriyuqada əlavə yuyulmaqla sıxılması. Yuyulmuş və sıxılmış xammalın quruducuya daşınması.

Bilməlidir. Avadanlığın quruluşunu; xammalın qoyulmasının normasını, suyun hərarətini və yuyulma vaxtını; suyun codluğunu, yuyulma sayını, xammalın yuyulmasının keyfiyyətinə təqdim olunan tələbləri, avadanlığa qulluq qaydalarını.

16. Xammal hazırlayan. 1-ci dərəcə

İşin xüsusiyyəti. Xammalın bişirilməyə hazırlanması. Tayların açılması və xammalın iş yerinə daşınması. Xammalın kənar qatışıqlardan təmizlənməsi. Sərtə və ya köynək lif zolağlarının düzəldilməsi, kəsilməsi və çəkilməsi, tapşırılan çəkidə hissəli xammal torbalarına doldurulması və torbaların yerləşdirilməsi.

Bilməlidir. İşlədilən xammalın növlərini və ona təqdim olunan tələbləri; torbadakı bir hissə xammalın çəkisini və kənara çıxmanın mümkün hədlərini, aparata yükləmək üçün tələb olunan xammal torbalarının sayını.

17. Xammal nəmləşdirən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Nəmləşdirici aparatda xammalın nəmləşmə əməliyYatının aparılması. Onun iş yerinə daşınması və xüsusi arabaya bərabər salınması. Xammalla birlikdə arabanın nəmləşdirici aparata yüklənməsi. Aparatın germetikləşdirilməsi, buxarın suyun və hava dəyişənin buraxılması, qoyulmuş qaydaya uyğun nəmləmə əməliyyatının müşahidə edilməsi. Aparatda hərarətin və havanın nəmliyinin təmizlənməsi. Xammalın aparatdan boşaldılması, qablaşdırılması və çəkilməsi. Nəmlənənədək və nəmləndikdən sonra çəkini göstərən etiketin qoyulması. Qabların qoyulmuş yerə yığılması. Xammalın qoyulmuş vaxt ərzində saxlanmasını müşahidə etmək.

Bilməlidir. Nəmləndirici aparatın quruluşunu, xammalın növlərinin, nəmlənmə qaydalarını (rejimini), maşına yüklənmiş xammalın çəkisini, xammalın saxlanması qaydasını, şəraitini.

18. Xammalı işləyən, hazırlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Tullantı təmizləyici maşının didici fırfıralarında xammalın işləmə və yumşaldılması. Xammalın iş yerinə daşınması. Emulsiyanın tərtib edilməsi. Qatışığın tərtib edilməsi və "sərilməsi" və eyni zamanda onun yağlanması. Tullantıların maşına yığılması. Lifin talvara mexaniki sıxılmış hava ilə verilməsini müşahidə etmək. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Maşının ayrıca mexanizmlərinin qarşılıqlı hərəkətini və quruluşunu; qatışığın tərkibini və onların nisbətini; emulsiyanın hazırlanması qaydalarını; avadanlığa qulluq qaydalarını.

19. Xammalı işləyən, hazırlayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Tullantı təmizləyici maşının fırfıralarında xammalın işləmə və yumşaldılması, təbii ipəyin tullantılardan müəyyən çəkidə və uzunluqda lentin alınması. Lentlərin kəsilməsi və təkrar işləmək üçün çıxarılıb taxılan silindrlərə yüklənməsi. Lentlərin çıxarılması, bürmələnməsi və qutuya yerləşdirilməsi. Maşının işçi hissələrinə sarınan liflərin çıxarılması. Ötürülən ilkin hesab sənədinin doldurulması.

Bilməlidir. Maşının ayrı-ayrı mexanizmlərinin qarşılıqlı əlaqəsini və quruluşunu; qatışığın tərkib hissələrini; bir hissənin çəkisini; salınmanın enini və uzunluğunu, tullantıların normasını və onların təsnifatını; xammalın keyfiyyətinə təqdim olunan tələbləri; ötürülən ilkin hesab sənədinin (etiketin) doldurulması qaydalarını.

20. Ştapelçi. 1-ci dərəcə

İşin xüsusiyyəti. Maşındakı çubuqların liflərdən təmizlənməsi. Çubuqların dairəvi-darayıcı maşından yığılması və onların ştapel edən maşınlara daşınması. Xidmət olunan maşınların lazımi miqdarda çubuqlarla təmin olunması. İynəli barabana sarınmış liflərin vaxtaşırı təmizlənməsi.

Bilməlidir. Ştapeledici maşınlarda bir növbə ərzində işlədilən çubuqların normasını.

21. Ştapelçi. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı ştapelçinin rəhbərliyi altında ştapeledici maşınlarda müəyyən uzunluq və çəkidə lif hissələrinin daraqağzı tullantılardan istehsalı. Daraqağzı tullantı hissəsinin çəkilməsi və onun maşının qidalandırıcı məhəccərinə salınması. Daraqağzı tullantıların ayrı-ayrı hissələrə kəsilməsi; daraqağzı tullantı hissələrinin çubuqlara sarınması, çıxarılması və onların qablara yerləşdirilməsi. İstiqamətləndirici valiklərdən və qidalandırıcı silindrlərdən sarınmış liflərin çıxarılması. Qoyulmuş qaydaya uyğun maşına qulluq etmək.

Bilməlidir. Maşının təyinatını və iş prinsipini, salınmanın çəkisini, uzunluğunu və enini; avadanlığa qulluq qaydasını.

22. Ştapelçi. 3-cü dərəcə

İşin xüsusiyyəti. Ştapeledici maşınlarda müəyyən uzunluq və çəkidə iplik hissələrinin istehsalı. Daha aşağı ixtisaslı ştapelçilərə rəhbərlik. Xammalın çəkilməsi və onun qidalandırıcı məhəccərə salınması. Uzun liflərin bıçaqla ayrı-ayrı hissələrə bölünməsi. Lif hissələrinin çubuqlara sarınması. Onların çıxarılması və qablara yerləşdirilməsi.

Bilməlidir. Maşın quruluşu, emal olunan xammalın növləri.

1. Basma-qəlib hazırlayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Vurulan rəsmlərin və görünüşlərin sadə və mürəkkəbliyindən asılı olaraq onların əl üsulu ilə taxta dəstəklər üzərinə kontur xətlərlə köçürməli, hamar taxta dəstəklər hazırlamalı. Taxta üzərinə köçürülmüş kontur xətlərin üzərinə 10-15 mm uzunluğunda metal iynələ taxmalı və rəsmi yoxlamalı. Nümunə rəsmləri yoxlamalı. Nasazlıqları, nöqsanları ləğv etməli. Sınan hissələri aradan qaldırmalı. Tilişkəli sahələri hamar etməli. hazırlanan qəlibləri baş örpəyinin ölçülərinə uyğun hazırlamalı. Rəsmlərin Tam, səlis və nöqsansız qəliblərini hazırlamalı və yoxlamalı.

Bilməlidir. Rəsmlərə, görünüşlərə işlənən materialları, kontur xətlərinin köçürülməsini, metal millərinin xassəsini, onların aralarında məsafələri və uzunluğunu, kəlağayının ölçülərini, taxta dəstəklərin ölçülərinin. Nasazlıqları.

2. Məmulata naxış vuran. 4-cü dərəcə

İşin xüsusiyyəti. Dövlət standartına və texnoloji şərtlərə uyğun olaraq bütün görünüşlü kəlağayı məmulatlarının keyfiyyətlə bişirilməsi və onun qəbulunu, hazırlanmış xüsusi qatışıqların tərkibini, keyfiyyətini, Qəliblərin parafin, solidol, kanifol məhlulundan hazırlanması və qəliblərin saxlanılması. Ağ və qara və digər rənglərdən olan kəlağayı və kəlağayı məmulatlarının küllənməsi qaydalarına riayət etməli. Kəlağayının dörd tərəfini parafinləməli. Lent, gül, dilik vurmaqla yağlamalı. Ağ kəlağayının isə ağ qalan sahəsini yoxlamalı, haşiyəli sahəsinə qəlib vurmalı, parafinləməli. Qəlibləri təmizləməli, kimyəvi qatışıqları hazırlamalı. Naxışlandıqdan sonra quruduculara təhvil verməli.

Bilməlidir. Milli baş örpəyi "kəlağayının" dörd kənar hissələrinin üzərinə müxtəlif rənglərdə müxtəlif formada (görünüşdə) rəsmin köçürülməsində (vurulmasında) stolun və şablonun quruluşunu. Rəsmin güllənməsində məmulatların çeşidlərini, istifadə olunan boyaqların və kimyəvi maddələrin qarışıqlarının xassələrini. Rəsmlərin keyfiyyətli, nöqsansız vurulması, boyaq səbəbli nöqsanın əmələ gəlməsinin səbəblərinin və qarşısının alınması.

3. Sarağan üyüdən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Xüsusi taxta yonan maşınlarda sarağan ağaclarını işləmə texnologiyasına uyğun xırda hissələrə üyütməli. Sarağan ağacını başqa ağaclardan seçməli. İşlətdiyi qurğunun iş prinsipinə, quruluşuna, işlətmə qaydalarına riayət etməli. Təmir etməli, nasazlıqları aradan qaldırmalı. Təmizləməli və yağlamalı.

Bilməlidir, Qurğunun quruluşunu, işləmə qaydalarını, texniki təhlükəsizliyini; sarağan alağının növlərini, üyütmə ölçülərini. İş sahəsini, maşının təmizlənməsi və yağlanması.

4. Saçaq hörən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Dövlət standartına və texniki şərtə əsasən krep-şalın iki tərəfli parçanın kənar hissəsinə, iki tərəfi isə tikiş maşınında sapla tikilmiş halda. yəni dörd tərəfinə təbii (ipəkdən) sapdan ibarət (baxroma) saçaq tökməli, toxumalı. Krep-şala tökülən saçaq sapının ölçüsünü 145x145=4,0 sm olmasını bilməli. Saçaq sapının rəngini krep-şalın parçasının rənginə uyğun götürməli, toxumalı. Krep-şala tökülən saçaq sapının uzunluğu 36 sm-dən ibarət eninə isə (20 sm ölçüyə 18 ədəd) hesabı ilə 1 sm-dən bir eninə sıx setkada olan (toxunan) yuva cərgələrin sayı 5 olmaqla toxumalı. Bir ədəd hazır krep-şala tökülən (toxunan) saçaq sapının uzunluğu 32x2 sm, çəkisi 187-9 qram olmalı. Bir ədəd şala saçaq tökülməzdən əvvəld çəkisi 115 qram təşkil etməli, tökülən saçağın sıxlığını, uzunluğunu, bərabərliyini, keyfiyyətini yoxlamalı.

Bilməlidir. Krep-şalın ölçüsünü (eni və uzunluğunu)( 145x145=4,0 omalıdır).

Saçağın rənginin krep-şalın parçasının rənginə uyğun olmasını. Bir ədəd krep şalın çəkisini, saçağın uzunluğunu, (setkada yuvanın) sayını, sıxlığını. Saçağın bərabər nöqsansız qaydada tökülməsini (toxunmasını).

İpək istehsalı sahəsinə daxil olan fəhlə peşələrinin müqayisəli adları və dərəcələr diapozonu

Basma-qəlib hazırlayan

Bölgü maşının operatoru

Оператор раскладочной м-ны

Burulmuş ipəyin operatoru

Запарщик коученого шелка

Dairəvi darayıcı maşının operatoru

Оператор круглочесальной машины

Darayıcı avadanlığın operatoru

Оператор расчесывающего

İpliyi termik emal edən

Термоогделочник пряжи

Parçanı pörtən (buxara verən)

Təmizləyici maşının operatoru

Оператор чистильной машины

Tullantıları bişirmək üçün kimyəvi tərkibləri bişirən

Варилыдик химических составов для варки отходов

Замачивальщик шелка-сырца

Xammalı işləyən, hazırlayan

Разрабатывальщик сырья

1. Barama qarışdıran. 2-ci dərəcə

İşin xüsusiyyəti. Barama qarışdıran maşında baramaların qarışılması texnoloji əməliyyatının aparılması və bir barama qarışdırıcı maşında müxtəlif partiyaların iriləşdirilməsi. Tapşırılmış qaydaya uyğun qarışdırılmış baramaları maşının bunkerinə doldurma. Torbalara barama yığıldıqda onları çıxartmaq. Torbaları çökmək, tikmək və qoyulmuş Yerə daşımaq. Maşının işlənməsini müşahidə etmək. Maşını təmizləmək.

Bilməlidir. Maşının quruluşunu; barama partiyalarının qarışdırılma qaydasını və üsulunu; baramaların cins və ya hibridliyini müəyyənləşdirmə əlamətlərini. Baramaların növünü və ölçüsünü; maşının təmizlənməsi qaydasını.

2. Barama köynəklərini dolduran. 1-ci dərəcə

İşin xüsusiyyəti. Köynəklərin əl ilə yeşiklərə doldurulması. Yeşiklərin hazırlanması və təmizlənməsi. Köynəklərin qəbulu üçün döşəmənin süpürülməsi. Açılmamış qalan qalın qabıq baramaların və kənar qarışıqların köynəklərdən seçilməsi,

Bilməlidir. Yeşiklərin doldurulma normasını; açılmamış qapan qalın qabıq baramaların seçilməsi qaydasını.

3. Barama köynəklərini pörtən, buxara verən aparatçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Avtoklavda köynəklərin pörtmə texnoloji əməliyyatının aparılması. Köynəkləri pörtmə kamerasına əl ilə yükləmə. Köynəklərin seçilməsi, kənar əşyaların və açılmamış baramaların götürülməsi, köynəklərin əl ilə yeşiklərə yerləşdirilməsi, yeşikləri pörtmə kameralarına yükləmə, kamerada istilik və nəmlik qaydalarının tənzimlənməsi. Yeşikləri kameradan çıxartma, onları fırfıralara aparma. Avtoklavda texnoloji qaydaları müşahidə etmə. Pörtülmüş köynəklər olan arabanı diyirlədə-diyirlədə çıxarmaq. Buxar kamerasını yumaq və təmizləmək. Nəzarət ölçü cihazlarının işinin sazlığını yoxlamaq.

Bilməlidir. Avtoklavın işləmə qaydasını; köynəklərin sonrakı əməliyyatlarda təyin olunmasını, köynəklərin pörtülməsi texnoloji əməliyyatında vaxtı, istilik dərəcəsini və buxarın təzyiqini; avtoklavın istismar edilmə qaydasını. Köynəklərin düzgün pörtülməsini müəyyənləşdirən əlamətləri və onların xolstların keyfiyyətinə təsirini.

4. Barama pörtən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Mexaniki baramasarınan dəzgahda və ya maşında, birləşdirilmiş avtomat baramasarıyan dəzgahlarda baramaların pörtülməsi əməliyyatının aparılması. Maşının barama pörtən qazanının və ya kanalının verilmiş nisbətə “təzə” və “köhnə” baramalarla təmin edilməsi və barama saplarının uclarının tapılması. Baramaların bölünərək tellənməsi və barama saplarının təmizlənməsi. Uc vermiş baramaların, uc verməyən baramalardan ayrılması və telləmə zonasını çox uc vermiş baramalardan və köynəklərdən təmizlənməsi. Tellənib ucları tapılmış baramaların barama açan taza boşaldılması. Baramaların daşınmaması üçün barama hissələrinin konveyerin kasasına, verilməsini nizama salmalı. Barama sərtosunun düzəldilməsi. Baramaları daraq zonasından telləmə zonasına keçirmə, sərtonu avtomat barama sarınan maşının silkələyici qarmaqlarına və kələf açanına yükləmə. Vaxaşırı kələf açanı dəyişmə, barama tellərinin kələf açandan kəsilməsi və dəstə bağlanması. Baramaların şotka ilə işlənmək üçün maşının kanalına verilməsini təmin etmək. Şotkaların vəziyyətinin yoxlanması və onların müntəzəm fırlanmasına nəzarət edilməsi. Barama hissələrinin avtomatın zəncirvari daşıyıcı borulara verilməsini, suyun səviyyəsini və hərarətini tənzimləmək. Xidmət etdiyi avadanlığın təmizlənməsi. Yığımının yuyulması, bölüşdürücü tazın və yığıcının suyunun boşaldılması qalıqlarının təhvili.

Bilməlidir. Pörtmə avadanlığının quruluşunu, baramaların pörtülməsində texnoloji qaydasını, pörtülmüş baramaların və xam ipəyin keyfiyyətinə təqdim olunan tələbləri, baramaların cinsini, ölçüsünü və növünü təyin edən əlamətləri, barama ipəyinin uclarının tapılması və baramaların tellənməsindəki çətinliklərin səbəbi, onların xüsusi çəkiyə, maşının məhsuldarlığına, istehsal oluan xam ipəyin keyfiyyətinə təsirini, “təzə” və “köhnə” baramaların qarışdırılma qaydasını. Baramaların pörtülməsində hərarətin tənzimlənməsi qaydasını, maşının təmizlənməsi və yuyulması qaydasını, nəzarət edici-ölçü cihazlarının istifadə qaydasını.

5. Barama pörtən maşının aparatçısı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Barama buxara verən, pörtən maşında baramaların buxara verilməsi, pörtülməsi əməliyyatının aparılması. Müəyyən olunmuş növ və ölçüdə baramaların alınması və daşınması. Baramaların hərəkətdə olan kasetlərə müəyyən olunmuş çəkidə hissələrlə çəkilərək doldurulması. Kasetlərin hərəkətinin müşahidə edilməsi. Boş boçka (çəllək) dəstinin olmasının, kasetlərin öz vaxtında və avtomatik olaraq düzgün açılmasının yoxlanılması. Qarışdırıcı böyük qabdan kiçik qablara, çəlləklərə suyun verilməsi və onların boşaldıcı qıfın altına yerləşdirilməsi. Barama ilə dolu çəlləklərin daşınmağa hazırlanması. Növbənin axırında qalan baramanın təhvil verilməsi. Maşın və ləvazimatların (inventarın) təmizlənməsi.

Bilməlidir. Maşının quruluşunu; kasetlərdəki barama hissələrinin çəkisini; pörtülmüş baramaların keyfiyyətinə texniki tələbatı; baramaların cinsini, növünü, ölçüsünü müəyyənləşdirən əlamətləri; maşının təmizləmə qaydası.

6. Barama sarıyan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Keçmiş SSRİ-də istehsal edilmiş hər hansı sistem mexaniki və ya avtomat barama sarınan dəzgahda müəyyən xətti sıxlıqda xam ipək istehsal etmək üçün baramaların sarınması əməliyyatının aparılması. Barama sapı üzərində olan çatdan, nazik təbəqədən çıxıntıdan təmizlənməsinə baxmaq. Uc verməmiş baramaları uc verənlərdən ayırmaq, barama saplarının ucunun barama sarınan tazdakı qarmağa və ya dartıcı vala bərkidilməsi, uclu baramaların tutucu altına atılması və tutumu altındakı artıq baramaları və köynək baramaları qoparma; xam ipək sapın qırılmasını aradan qaldırmaq, köynəkləri açılmamış baramalardan ayırmaq. Baramalar qidalandırıcı kanala çıxarkən maneləri aradan qaldırmaq. Dartıcı valları sarınmış ipək saplardan təmizləmək. Uyğun xətti sıxlıqda xam ipək almaq üçün tutucu (çeşmə) altında eyni vaxtda açılan “təzə” və “köhnə” baramaların tapşırılan miqdarını və uyğunlaşdırmanı təmin etmək. Barama açan tazlarda suyun tapşırılan səviyyəsini və hərarətini təmin etmək. Quruducu şkafın hərarətini, kələf açana salın sarınmasını müşahidə etmək. İşlənmiş xam ipəyin çıxarılmasında iştirak etmək. Barama açan dəzgahların təmirdən qəbul edilməsində iştirak ötmək. Dəzgahın təmizlənməsi.

Bilməlidir. Dəzgahın quruluşunu; baramanın açılmasında texnoloji qaydaları, pörtülmüş baramaların və xam ipəyin keyfiyyətinə təqdim edilən tələbləri; xam ipəyin orta xətti sıxlığını, onun bərabərsizliyini, açılma qabiliyyətinin dəyişilməsinə təsir edən səbəbləri, xam ipəyin təmizliyinə, baramanın xüsusi sərfinə tələbkarlığı, baramanın növünü, ölçüləri və cinsini ayırd etmək qaydasını; xam ipəyin xətti sıxlığını; dəzgahın təmizlənmə qaydasını.

7. Barama sarıyan. 5-ci dərəcə

İşin xüsusiyyəti. Xaricdə, keçmiş SSRİ-yə daxil olunmuş ölkələrdən başqa, istehal edilmiş avtomat barama sarınan dəzgahlarda müəyyən edilmiş xətti sıxlıqda xam ipək işləmək üçün baramaların sarınması əməliyyatının aparılması. Baramaların konveyerdən barama sarınan tazın gözləmə zonasına boşaldılması. Barama sallarının uclarını dartıcı vala bərkitmək, tutucuların və düymə gözlərinin yüklənməsi. Sapın istiqamətverici diyircəklərə yüklənməsi; sapın təzədən eşilməsi; sapı yoxlayıcı aparatın vericisinə yükləmək; paylayıcı (bölüşdürücü) gözü yükləmək. Baramaları tutucunun altına atmaq və ya atıq baramaları və köynəkləri qopartma və xam ipək saplarının qırılmasını aradan qaldırmaq. Qidalandırıcıların kasalarında baramanın olmasını yoxlamaq, yoxlayıcı aparatın vericisi iş zibillənmiş şotkaların (qırıntı yığmaq üçün) təmizlənməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Dəzgahın quruluşunu və hissələrin təyinatını. Baramaların sarınmasında texnoloji qaydanı; xammalın xassəsini, pörtülmüş barama və xam ipəyin keyfiyyətinə təqdim edilən tələbləri; xam ipəyin təmizliyinə tələbatı; baramanın xüsusi sərfini; avadanlığın təmizlənmə qaydasını.

8. Barama sərtosunu təmizləyən, 1-ci dərəcə

İşin xüsusiyyəti. Barama sərtolarının tellərinin əl ilə təmizlənməsi və düzəldilməsi, onların qurdlardan, köynəklərdən, açılmayan və müxtəlif qarışıqlardan təmizlənməsi. Sıx hissələrin düzəldilməsi. Təmizlənmiş sərtoların dəstə yığılması və qurudulmaqla təhvil verilməsi.

Bilməlidir. Barama sərtosunun təmizlənmə qaydasını və keyfiyyətini müəyyənləşdirən əlamtləri, rəngini və rəng çalarlarını.

9. Barama tullantılarını bişirən, 3-cü dərəcə

İşin xüsusiyyəti. Qoyulmuş (təsdiqlənmiş) texnoloji qayda ilə uyğun tutumlu bişirici aparatda barama tullantılarının bişirilməsi texnoloji əməliyyatının aparılması. Barama tullantılarının yüklənməsi və boşaldılması. Aparatda və ya tutumda olan məhlulun hərarətinin bişirilmə texnoloji qaydasının tələb olunan səviyyəyə qaldırılması və bişmə əməliyyatında onun tənzimlənməsi. Aparatda bişərkən vannada olan məhlulun səviyyəsini və konsentrasiyasını və bişmə əməliyyatının hərəkətini, konveyerin hərəkət etmə sürətini müşahidə etmək. Tullantıların çıxarılması, yuyunması və onların sentrifuqada sıxılması, sabun məhlulunun hazırlanması, işlənmiş məhlulun boşaldılması. Avadanlığın təmizlənməsi və yuyulması.

Bilməlidir. Avadanlığın və nəzarət-ölçü cihazlarının quruluşunu; barama tullantılarının bişirilməsində texnoloji qaydanı, tullantıların növlərini, kimyəvi materialların sərfi normasını və məhlula qarışdırılan maddələrin miqdarını; bişmə əməliyyatına hərarətin və məhlulun qarışığının təsirini; bişirilmiş tullantıların keyfiyyətinə texniki tələbatı; buxar və su xətləri sistemindən istifadə qaydasını; avadanlığın təmizləmə və yuyulma qaydasını.

10. Baramaları ölçülərə ayıran (kalibrləyici). 2-ci dərəcə

İşin xüsusiyyəti. Baramaların üzərindən pürzəni-sərtonu çıxartmaq pürzə-sərto qopardıcı-ayırıcı aqreqatın (qurğunun) eninə diametrləri ilə kalibrləmə-ölçülərə ayırma əməliyyatının aparılması. Bunkerim (barama tökülən yer) yüklənməsi. Pürzə ilə birlikdə valların çıxarılması və ehtiyat valiklə dəyişdirilməsi. Valdan pürzənin kəsilməsi. Ölçülərə ayrılmış baramalarla dolu torbaların çəkilməsi, tikilməsi və qoyulan yerə aparılması. Baramaların pürzə-qopardıcı-ölçülərə ayırıcı aqreqata daxil olmasını, pürzənin çıxarılması və hərəkətlə ölçülərə ayrılması əməliyyatını müşahidə etməli. Aqreqatın yellənməsi (çırpılması), təmizlənməsi və sürtünən səthiin yağlanması.

Bilməlidir. Aqreqatın (qurğunun) quruluşunu, baramaların cinsini, növü və ölçüsünü təyin edən əlamətləri, valların çıxarılması və qurulması qaydasını, pürzə-sərtonun kəsilməsi, aqreqatın təmizlənməsi və yağlanması qaydasını.

11. Baramaların analizi üzrə laborant. 3-cü dərəcə

İşin xüsusiyyəti. Barama xammalının qarışdırılması qaydası üçün, ölçülərə ayırma, barmaların növləşdirilməsi, pörtülmə qaydası, tapşırılmış xətti sıxlığı, sarınma surətinin və baramaların xüsusi sərfiyyat normasının müəyyən edilməsi üçün təhlili. Onların qabığının bərkliyinə, ölçüsünə və nöqsanlarına görə növləşdirilməsi. Nümunləri barama salının xətti sıxlıq üzrə bərabərsizliyini müəyyənləşdirmək üçün açmaq. Baramaların pörtülməsi qaydasını, uzunluğunu müəyyənləşdirmək üçün barama nümunələrinin açmasını, barama sapının fasiləsiz açılmasını, açılma surətini, baramanın xüsusi sərfi normasının müəyyənləşdirilməsi qaydasını müşahidə etmək. Sınaq nəticələrini yazmaq və işləmək, uyqun sənədləri qanuniləşdirmək.

Bilməlidir. Xam ipək istehsalı texnoloji xəritəsini, nümunələrin təhlili təlimatını, növləşdirmə, pörtülmə və sarınma qaydalarını müəyyənləşdirməyi, fasiləsiz barama sapının açılma uzunluğunu təyin etmək üçün nümunələrin təhlilini; baramaların xüsusi sərfiyat normasını, sınaq aparatlarının quruluşunu və işinin texnikasını; ilk sənədlərin tərtibatı qaydasını.

12. Baramaların analizi üzrə laborant. 4-ci dərəcə

İşin xüsusiyyəti. Barama və xam ipək nümunələri təhlilinin və nümunələri təhlil edərkən yazılmaların düzgün aparılmasını yoxlamaq. Kontrol (nəzarətçi) sınaqlarının aparılması. Baramaların növləşdirilməsi və sarınması üzrə texnoloji xəritənin tərtib edilməsi. Qoyulmuş qaydaları dəftərdə (jurnalda) qeyd etmək. Daxil olan barama nümunələrinin, xam ipək çıxımının və tullantıların hesabını.

Bilməlidir. Xammalın pasportlaşdırılmasının, barama sapının fasiləsiz açılma uzunluğunu təyin etmək üçün nümunələrin sınağını, baramaların xüsusi sərfiyat normasını, baramanın cinsini, hibridini, növünü (sortunu), ölçüsünü, rəngliyini və nöqsanlığının növlərini aparma təlimatını; baramaların ölçülərə ayrılması, növləşdirilməsi, pörtülməsi və açılması üzrə texnoloji əməliyyatları; sınaq aparat və cihazlarının quruluşunu; sınaq aparma və sənədlərin işləmə qaydasının texnikasını.

13. Kələfləri hörən. 1-ci dərəcə

İşin xüsusiyyəti. Xam ipək kələflərinin pambıq sapı ilə əl ilə hörülməsi. Xam ipək kələflərinin təmizliyinə, nöqsanlığına üzdən baxış. Kələflərin şvilə geydirilməsi. Kələflərin düzəldilməsi və alt və üst uclarının tapılması. Kələflərin yapışqanlı yerlərinin ovulması. Kələflərdə olan ləkəli yerlərin həlledici maye ilə təmizlənməsi. Kələflərin alt və üst uclarının tikiş yerlərindən birində birləşdirilərək bağlanması. Hörülmüş xam ipək kələflərinin çıxarılıb asıcaya asılması.

Bilməlidir. Kələflərin Dövlət standartına əsasən hörülməsi qaydasını; dəzgahların xam ipəyin xətti sıxlığı və cərgəsi ilə yerləşdirilməsini; ipəyin taylara dəstələnməsi qaydasını; xam ipəyin xətti sıxlığının, rəngi və rəng çalarlarının təyin edilməsi əlamətləri; həll edici ilə davranış qaydasını.

14. Lif zolaqlarını yuyan. 2-ci dərəcə

İşin xüsusiyyət. Lif zolağlarının vanna və ya yuyucu maşında yuyulması işinin aparılması. Maşının və ya vannanın işə hazırlanması, vannanın su ilə doldurulması, suyu qızdırmaq üçün buxarın açılması, kimyəvi materialların verilmiş miqdarda tökülməsi və xolstların yüklənməsi. Lif zolağını yuyan maşının işlənməsini müşahidə etmək və ya lif zolağının vannada qarışdırılması. Yuyulmamış lif zolağının maşından və ya vannadan çıxarılması. Maşının sürtünən hissələrinin səthinin təmizlənməsi və yağlanması.

Bilməlidir. Maşının quruluşunu, lif zolağının yuyulmasının texnoloji qaydasını, lif zolağının keyfiyyətinə tələbatını, lif zolağının yükləmə qaydasını; kimyəvi maddələrin qarışdırılma miqdarını; maşının sürtünən hissələrinin səthinin təmizlənməsi və yoxlanması qaydasını.

15. Lif zolaqlarını sıxan 2-ci dərəcə

İşin xüsusiyyəti. Sentrifuqada lif zolağlarının sıxılmasında texnoloji əməliyyatın aparılması. Lif zolağlarının sentrifuqaya yüklənməsi. Sentrifuqanın işini və sıxılma davamiyyətini müşahidə etmək. Lif zolağlarının yerləşdirilməsi. Maşının sürtünən səthinin təmizlənməsi və yağlanması.

Bilməlidir. Maşının iş prinsipini və quruluşunu: lif zolağlarının maşına yüklənməsi qaydasını və normasını; sıxma qaydasını, sıxıldıqdan sonra lif zolağların nəmliyinin normasını; maşının təmizlənmə və yağlanma qaydasını.

16. Tullantıları qurudan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yeşikli (qutulu) quruducuda qurdların qurudulması texnoloji əməliyyatının aparılması. Qurdların kənar qarışıqlardan təmizlənməsi, onların sentrifuqada sıxılması və yeşikli quruducuya qurutmaq üçün yüklənməsi. Verilmiş istiliyi quruducuda saxlamaq və qaydaya uyğun qurutma əməliyyatını müşahidə etmək. Qurdların çevrilməsi və yeşiklərə boşaldılması. Qurdların ələnməsi və torbalara tökülməsi, çəkilməsi, tikilməsi və onların lazımi yerə daşınması.

Bilməlidir. Sentrifuqanın və quruducunun doldurulması qaydasını; qurdların qurudulma qaydasını; qurdların kənar qarışıqlardan təmizlənməsi qaydalarını.

17. Tullantıları qurudan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Barama sarımındakı tullantıların quruducu kamerada (qapalı boş yer) və ya maşında qurudulması texnoloji əməliyyatının aparılması. Tullantıların maşının və ya quruducunun yanına gətirilməsi, onların düzəldilməsi və çırpılması. Tullantıların (sərtonun, xolstun) bərabər qatda maşının qidalandırıcı məhəccərinə salınması və ya barama sərtosunun və xolstun quruducu kameranın asıcılarına asılması. Verilmiş qaydaya əsasən qurudulma əməliyyatının davamiyyətinə və istiliyinə nəzarət. Qurumuş tullantıların quruducu kameranın asıcılarından və ]a maşının məhəccərindən çıxarılması, daşınması və onların qoyulmuş yerə yerləşdirilməsi.

Bilməlidir. Quruducu kameranın və ya maşının doldurulma qaydasını; tullantıların qurudulmasında istilik qaydasını, tullantıların qurudulduqdan sonra nəmlik normasını.

18. Uc düyünləyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Mexaniki baramaaçan dəzgahlarda xam ipək sapının qırılmış uclarının düyülməsi (bənd edilməsi). Xam ipəyin kələfaçana sarınmasını müşahidə etmə; istiqamət-verici diyircəkləri onların üzərinə sarınan ipəklərdən təmizləmək. Xam ipək sapının nazik və yoğun hissələrinin götürülməsi. Təzələnməsinin normal uzunluğunu təmin etmək, barama pörtənlər və barama sarıyanların baramanın pörtülməsi və sarınması qaydalarına riayət etməsinə nəzarət. Baramaların açılmasında texnoloji qaydalar pozularkən laboratoriyada sınaq üçün yoxlama kələfçiklərinin götürülməsi. Quruducu şkaflarda (qutuda) qoyulmuş hərarəti təmin etmək. Xam ipək kələflərinin pambıq ipliklə bağlanması. Kələfaçandan işlənən ipəyin çıxarılması. İşlənmiş xam ipəyin keyfiyyətini yoxlama. Qırıntıların torbacıqlara yığılması. Dəzgahın xidmət sahəsinin təmizlənməsi.

Bilməlidir. Dəzgahın quruluşunu; xam ipək sapların bənd etmə fəndləri; təzədən eşmənin böyüklüyünü. Qurudulmanın hərarət qaydasını; xam ipəyin kiplərə yığılması qaydasını və xam ipəyin keyfiyyətinə tələbatı; baramanın pörtülməsində və sarınmasında texnoloji qaydanı; dəzgahın təmizlənmə qaydasını.

19. Xam ipəyi çıxaran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xaricin istehsal etdiyi baramasarıyan avtomatlardan xam ipəyin çıxarılması. Oxların, talonların, arabacıqların, baramasarıyan dəzgahların çıxarılmasına hazırlanması; dəzgahın saxlanması, xam ipək saplarının qırılması; avtomat dəzgahın fırlanan silindrlərindən xam ipəyin kələfaçanla birlikdə çıxarılması, eyni zamanda onların boş kələfaçanlarla dəyişdirilməsi və xam ipək saplarının kələfaçana yüklənməsi. Fırlanan silindrlərdən kələfaçanla birlikdə çıxarılmış xam ipəyin arabacıqlara yerləşdirilməsi, vala (fırlanan silindrə) talonun geydirilməsi. Xam ipək saplarını kələfaçana yüklədikdən və maşının işə salarkən qırılan xam ipək saplarının qırılmasını aradan qaldırdıqdan sonra dəzgahın işə salınması. Xam ipəyin kələfaçanlara düzgün yayılması və sarınmasını müşahidə etmək. Dəzgahların fırlanan silindrlərindən kələfaçanla birlikdə çıxarılmış xam ipəyin vakuum-aparata (seyrək hava əmələ gətirən cihaz) daşınması, kələfaçanların fırlanan silindrdən çıxarılması, eyni zamanda onların arğac oxlara geydirilməsi və xam ipək kələfaçanlarının, oxları daşıyıcı arabacıqların sazlığının yoxlanılması, onların təmizlənməsi, saz olmayan kələfaçanların və oxların dəyişdirilməsi. Cədvələ əsasən baramasarıyan avtomatın quruducu şkaflarının təmizlənməsi.

Bilməlidir. Avtomat barama sarıyan dəzgahın hissələrinin quruluşunu və xidmət qaydasını; xam ipək yığımı və bölüşdürmə qaydasını; kələfaçanların çıxarılma və yükləmə qaydasını; xam ipəyin keyfiyyətinə və onun kələfaçana sarınmasına təqdim olunan tələbləri.

Barama köynəklərini dolduran

Barama köynəklərini pörtən, buxara verən aparatçı

Аппартчик запаривания одонков

Barama pörtən maşının operatoru

Аппаратчик коконозапарочной

Barama sərtosunu təmizləyən

Чистильщик коконного сдира

Barama tullantılarını bişirən

Отварщик коконных отходов

Baramaları ölçülərə ayıran (kalibrləyici)

Baramaların analizi üzrə laborant

Лаборант по анализу коконов

Провязывальщик коконов

1. Darayıcı maşının operatoru. 2-ci dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı darayıcı maşının operatorunun rəhbərliyi altında süni xəz uçun liflərin daranması və daranmış lentlərin əmələ kəlməsi əməliyyatının aparılması. Bilavasitə talvardakı yumşaldılmış lif kütləsinin teştlərə yüklənməsi, lifli teştlərin darayıcı maşının bunkerinin yanına gətirilməsi. Rənginə görə qarışıqdan fərqlənən lifləri seçməklə hər qarışıq üçün təyin olunmuş hündürlük müəyyənləşənə qədər bütün bunker boyu lifləri diqqətlə silkələməklə əllə bunkerin doldurulması. Təkrar yükləyərkən darayıcı maşının talvarları və qidalandırıcısının təmizlənməsi.

Bilməlidir. Qarışığın tərkibini: hər növ qarışıq üçün darayıcı maşının bunkerlərinin doldurulmasını. Darayıcı maşının qidalandırıcısının və talvarlarının təmizlənməsi qaydasını.

2. Darayıcı maşının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Süni xəz üçün liflərin daranması və daranmış lentlərin əmələ gəlməsi əməliyyatının aparılması. Çəkmək yolu ilə lentin xətti sıxlığının yoxlanması. Maşının işə salınması və dayandırılması, yüklənməsi. Lentlərin qırılmalarInın ləğv edilməsi. Maşının başqa qarışıqla düzgün doldurulmasının və darama əməliyyatının müşahidə edilməsi. Maşının təmizlənməsi, sürtünən səthlərin yağlanması, Tullantıların qablara yığılması və onların müəyyən olunmuş yerə daşınması.

Bilməlidir. Darayıcı maşının iş prinsipini və onların ayrı-ayrı mexnizmlərinin qarşılıqlı hərəkətini. Lentlərin çəkisini və fərqlənmə hədlərini; lif qarışığının və lentin keyfiyyətinə təqdim edilən tələbləri. Liflərin növlərini və lentlərin xətti sıxlığını; daranmış lentin çəkisinin yoxlama qaydalarını; tullantıların növlərini və onların ixtisarı üsullarını.

3. İlmə və dişlikləri düzəm. 2-ci dərəcə

İşin xüsusiyyəti. Kontur naxışına riayət etməklə boyanmadan sonra polad iynələrin köməyi ilə sapa palatinlərin, şərflərin və yaylıqların dişlərinin (diliklərinin), yaylıqların, şərflərin və palatinlərin ilmələrinin milə məmulatın bir və başqa tərəfindən onları dövrü maşından çıxardıqdan sonra sonrakı dişin bu məmulata əlavə toxunması uçun düzülməsi. Məmulatın işlənməyə hazırlanması. Sapların uclarının bağlanması və şərflərin, yaylıqların və palatinlərin quruducu aqreqata verilməsi. Millərin xüsusi başlıqlarla bərkidilməsi.

Bilməldir. Məmulatların artikullarını, onların ölçülərini, hörmələrin növlərini, toxunmanın sıxlığını. İlmə və dişlərin düzülməsi qaydalarını.

4. İsti termoçapçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. İsti basqının köməkliyi ilə yarımnizamlı və ədədi trikotaj məmulatlarına kağızdan şəkilin (naxışın) köçürülməsi texnoloji əməliyyatının aparılması. Biçilmə məmulatların yarımnizamlı və ədədi məmulatların basqı stoluna döşənməsi. Köçürücü kağızın kəsilməsi və basılması. Sınaq şüşəsinə müvafiq biçilmə hissələrinə və məmulatlara şəklin çəkilməsi. Emal edilən məmulatlardan köçürücü kağızın çıxarılması. Məmulatların və ya biçilmə hissələrin soyudulması və yığılması. Şəklin düzgün çəkilməsinin yoxlanması. Basqının işinin müşahidə edilməsi. Basqının işində xırda nasazlıqların öz vaxtında aradan qaldırılması.

Bilməlidir. İsti çap etmə üçün basqının işinin tənzimlənməsi və qaydası, quruluşunu, şəklin köçürülmə texnologiyasını (xammalın növünə uyğun istilik qaydası), məmulatın çeşidini; köçürücü kağızın növlərini.

5. İsti termoçapçı. 5-ci dərəcə

İşin xüsusiyyəti. Köçürücü kalandrların (parçanı hamarlayıb ona parıltı verən maşın) köməyi ilə texnoloji qaydaya əməl etməklə trikotaj kətanına kağızdan şəkillərin köçürülməsi texnoloji əməliyyatının aparılması. Avadanlığın işə hazırlanması. Qaz keçiricilərinin və yağ qazanlarının, onlardakı armaturların, elektrik ölçmə cihazlarının vəziyyətlərinin sazlığının yoxlanılması. Nasosun, qaz odluğunun, avtomat qurğunun qoşulması və onların işlərinin müşahidə edilməsi. Yağ qazanına avtomat qurğunun qoşulması ardıcıllığının yoxlanılması. Kalandrdakı mahuda baxılması. Kalandrın tələb olunan istiliyə qədər qızdırılması. Xammalın növündən asılı olaraq texnoloji qaydaların parametrlərinin nizamlanması. Kətanın və kağızın maşının yanına gətirilməsi, onların kalandrla yüklənməsi, kətanın və kağızın hərəkətini, işlənmiş kağızın və çap olunmuş kətanın düzgün sarınmasının müşahidə edilməsi. Kətanın çəpliyinin, kənarlarının qatlanmasının, kətanla və kağızda əyriliyin, gərginliyinin əmələ gəlməsinin qarşısının alınması. Çap edilmiş kətanın keyfiyyətinə görə vərdənənin bərabər qızdırılmasının yoxlanması. İşlənmiş kotanın və işlənmiş kağızın çıxarılması və onların müəyyən olunmuş yerə daşınması. Avadanlığa xidmət edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu və onun ayrı-ayrı hissələrinin, avtomat qurğusunun qarşılıqlı hərəkətini. İsti çap edilməyə uğradılan trikotaj kətanının çeşdini, kağızın və s. boyaqların xassəsini, qazın xassəsini, qazın təzyiqinin son həddini. Xammalın növündən asılı olaraq kətana naxışın köçürülməsi, texnoloji qaydalarını. Xidmət edilən avadanlığa qulluq qaydalarını. Kağızın və kətanın yüklənməsi və çıxarılması üsullarını; isti çap edilməyə uğradılan trikotaj kətanının növündən asılı olaraq kalandrın vərdənəsinin qızdırılma dərəcəsini.

6. Yuma-qurutma-enləşdirmə-stabilləşdirmə xəttinin maşinisti. 6-cı dərəcə

İşin xüsusiyyəti. Müxtəlif formaların yuma-qurutma-enləşdirmə-stabilləşdirmə xətlərində kətanın yuyulma, appretləmə, enləşdirmə, qurutma, stabilləşdirmə, buğa verilmə və soyudulma texnoloji əməliyyatlarının aparılması. Verilən texnoloji əməliyyatlar üçün işin optimal qaydasının seçilməsinin sərbəst həyata keçirilməsi. Vannanın qaynar su ilə doldurulması və sıxılmış havanın verilməsi. Kotanın yüklənməsi. Təsdiq edilmiş nüsxəyə və qaydaya görə kətanın yuyulması və appretlənməsi üçün məhlulun hazırlanması. Texnoloji əməliyyatın gedişinə, xəttə xidmət edilməsi. Kətanın yuyulması, appretlənməsi, enləşdirilməsi, qurudulması, stabilləşdirilməsi, təsbit edilmə, buğa verilmə və elektrik qurğuların işinin cihazlarının göstəricilərinə müşahidə edilməsi. Mexanizmlərin yuyulması, sazlanması və təkrar sazlanması.

Bilməlidir. Yuma–qurutma–enləşdirmə-stabilləşdirmə xətlərinin quruluşunu, mexanizmlərin və avtomat qurğularının qarşılıqlı hərəkətini və keçirilən çeşiddən asılı olaraq onların tənzimlənməsi. Kətanın yuyulması, appretlənməsi, qurudulması və stabilləşdirilməsi texnoloji qaydasını. Emala qədər və emaldan sonra normal nəmliyin faizini, yüksək istilikdə müxtəlif liflərin rəftarını, növünü, artikulunu, naxışını. Yuyulmada, appretləmədə və stabilləşdirmədə işlədilən kimyəvi maddələri: kompressor Qurğularının işini, avadanlığın sazlanması və təmiri, yuyulması, təmizlənməsi, sürtünən səthlərin yağlanması təlimatını.

7. Kettelləyici. 4-cü dərəcə

İşin xüsusiyyəti. Corab, qısa corab, əlcək və üst trikotaj məmulatlarının kettel maşınında və əldə ketellənməsi. Məmulatın qəbulu və kettellənməyə hazırlanması. İlmə və ya tokolları buraxmadan məmulatın hissələrinin çəpinə kəsiyi və ya ilmə sütunu ilə üfüqi xətlə ayırıcı cərgə ilə bir-bir sağ və tərs üzdən kettel maşının tikən mexanizminin yüklənməsi. Sapın qırılmasının ləğvi. Makaranın dəyişdirilməsi. Özü bortovka edən kətan maşınından üst trikotaj məmulatlarının hissələrini əldə kettelləyərkən, qolların və yanların, bortiklərin, cemperlərin yaxalıqlarının tikilməsi, kettellənmiş məmulatların keyfiyyətinin yoxlanılması Müəyyən edilmiş qaydada məmulatların çıxarılması və ambara yığılması, dəstlərin və ya cüt məmulatın içinə qoyulması. Məhsulun təhvili. Maşının yellənməsi, təmizlənəsi və sürtünən səthinin yağlanması.

Bilməlidir. Kettel maşınının əsas mexanizmlərinin işini, quruluşunu və qarşılıqlı hərəkətini. Kettelləmə üçün işlədilən ilmələyicilərin və iynənin, tokolların mövqeyini və növlərini. İpliyin, sapın növlərini və xətti sıxlığını, məmulatın artikulunu və hörmələrin quruluşunu; növləşdirmənin təyini üzrə təlimatı.

8. Kətanı cilalayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Əlcək məmulatlarını hazırlamaq üçün cilalayıcı maşında vertelka trikotaj kətanının zamşa bənzər altında cilalanması əməliyyatının aparılması. Vertelka kətanının keyfiyyətinin yoxlanılması və qəbulu. Kətanın kənarının kəsilməsi və tikiş maşınında tikilərik saplarının tikilməsi. Cilalayıcı maşına kətanın yüklənməsi. Cilalama qaydalarına riayət edilməsi, kotanı cilalama əməliyyatının müşahidə edilməsi. Kətana kərtiklərin və əyriliklərin qarşısının alınması, sürətinin tənzimlənməsi

Bilməlidir. Tikiş və cilalayıcı maşının işini, təyinatını və quruluşunu. Kətanın növlərini və artikulunu, onun cilalanma qaydalarını, kənarların kəsilmiş enini, kotanı kəsərkən və tikərkən tullantıların ixtisarı tədbirlərini.

9. Kimyəvi materialları bölüşdürən operator. 4-cü dərəcə

İşin xüsusiyyəti. Bölüşdürücü şitlərin, televiziya kamerasının və əlaqlər selektoru, idarəetmə pultunun knopkasının köməyi ilə kimyəvi materialların və boyağların iş yerinə verilməsi əməliyyatının aparılması. Kimyəvi materialların hissələrə bölünməsinə ciddi əməl edilməsi. Pultdan (idarəedicidən) pnevmo xəttin hermetikliyinin havanın səviyyəsinin yoxlanması, pult idarəetmənin işinin yoxlanması. İşıq və səs siqnalizasiyaların, televiziya kamerasının pnevmatik sxemə görə yoxlama obyektlərinin işinin və texnoloji əməliyyatların gedişinin müşahidə edilməsi. Operativ jurnalların idarə edilməsi.

Bilməlidir. Pult idarəetmənin hərəkət prinsipini, pultda pnevmo sistemlərin hermetikliyinin yoxlama qaydalarını, kimyəvi stansiyaların nasazlığı imkanlarını. Materialların boyanması texnoloji əməliyyatını; boyağların və kimyəvi məhlulların hazırlanmasının texnoloji qaydasını və nüsxəsini (resepturu), onların təyinatını, keyfiyyətini və xassəsini; avtomatik qaydada sahələrin mexanizmlərlə idarəetmə qaydalarını, hərəkət prinsipini və quruluşunu. Nizamlayıcı qurğu yoxlama-ölçü cihazlarının təyinatını. Onlardan istifadə qaydalarını.

10. Məmulatları basan aparatçı. 3-cü dərəcə

İşim xüsusiyyəti. Baraban (silindr şəkilli hissə) tipli avadanlıqlarda texnoloji tələblərə uyğun müxtəlif nov liflərdən hazırlanmış ipliklərdən trikotaj, corab, qısa-corab, ölmək və toxucu-xırdavat məmulatlarının döymə əməliyyatının aparılması. Verilmiş nüsxəyə görə, məhlulun hazırlanması. Avadanlığın məhlulla doldurulması. Məhlulun tökülməsi. Suyun və buxarın verilməsinin nizamlanması. Döymədə istilik qaydasına riayət edilməsi. Düymənin sona çatdırılması vaxtının təyin edilməsi. Məhsulun düymədən sonra boşaldılması. Məhsulun sentrifuqaya doldurulması, sıxılması və boşaldılması. Avadanlığın təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu, işlənən məhsulun növünü və onun keçələşmə qabiliyyətini. Müxtəlif nov lif və iplikdən məmulatların düymə, basma qaydasını. Düymənin keyfiyyətinə təqdim edilən tələbləri. İşlənilən partiyanın həcmini. İşlənmə təlimatını.

11. Naxış düzən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusi qurğuların köməyi ilə və ya əllə şəklin rapportuna uyğun dairəvi toxuyan maşının naxış diskinə platinin və şəkilli barabanlara ştiftlərin yerləşdirilməsi və yığılması. İdarəetmənin və naxışın texnoloji xəritəsinin, naxış vurmaq üçün barabanların hazırlanması (patronda naxışın hesabatı və maşının sisteminə görə kuponun toxunmasının sxematik yazılması). İdarəetmə lentlərinin və perfolentlərin yapışdırılması. İpliyin növünə, xətti sıxlığına və keyfiyyətinə görə qəbul edilməsi, tətbiq edilən avadanlığa xidmət edilməsi, bəndlərin dəyişdirilməsi və itiləyicilərin yerinin dəyişdirilməsi, kətanın çıxarılması, onun saf-çürük edilməsi. Naxışın yığılmasında qüsurların tapılması və düzəldilməsi.

Bilməlidir. Maşının quruluşunu, əsas mexanizmlərin iş prinsipini. Naxışın alınması və hesabatı prinsipini, iynə-platin məmulatını; kətan və kuponun toxunma texnoloji əməliyyatını. Yükləmə və texnoloji xəritələrini. Hörmələrin növlərini, ipliyin xətti sıxlığını və ipliyə təqdim edilən tələbləri. Kətanın növləşdirilmə təlimatını.

12. Texnoloji ləvazimatı düzəldən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Malez maşını üçün iynənin əyilməsi və aparatlarda, xüsusi qurğularda və ya əldə yükləyici darağın və iynə-platin yükləyici darağın alınması və onların iş yerinə daşınması. Qoyulmuş dəqiqliyə və texniki şətrlərə uyğun iynə və platinin keyfiyyətinin yoxlanması və xarici baxış. Qüsurlu iynə və platinin saf-çürük edilməsi və üzə çıxarılması. Qarmaqlı iynələrin ağzının və dabanının, oxunun düzəldilməsi, kasasının və dilinin təmizlənməsi. Qapağın düzəldilməsi, dilli iynələrin qapaqlarının yoxlanması və düzəldilməsi. İynəliyin iynə ilə və ya yükləyici darağın qarmaqla doldurulması, onların maşının bütün tərəflərinə görə qurulması. Maşında ciddi şaquli xətlə iynə addımına görə iynə başlıqlarının düzləndirilməsi və düzəldilməsi və onların bərkidilməsi. Düzəldilmiş iynə və daraqların müəyyən olunmuş qaydada təhvil verilməsi.

Bilməlidir. Maşının sinfi və iynə-platin məmulatlarının təyinatını. İynə və platinin hamarlanması-düzəldilməsi təlimatını. Hamarlama və düzəldilmə qurğusunun və aparatının quruluşunu və onlardan istifadə qaydalarını. Yastı toxuyan və dairəvi oxuyan maşının toxuyucu mexanizmlərində iynə və platinin yerləşdirilməsinə tələbləri, texniki şərtlərə uyğun iynə-platin məmulatlarının keyfiyyətinə tələbləri. Trikotaj istehsalının texnologiyasını və iynə düzəldilməsi texnologiyasını.

13. Trikotaj məmulatlarını, kətanını toxuyan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Xüsusi qurğularda və ya qarmaqla millə ol ilə oyuncaq istehsalında tərs və saya hörmə ilə ikirəng naxışlı haşiyə ilə birrəngli məmulatların, əlcəklərin, şərflərin, papaqların, yaylıqların, qısa corabların, məmulat hissələrinin sıxlığına və hörmənin növünə uyğun bir neçə qat ipliyin yuyulmağa, təkrar sarınmağa hazırlanması. Milin və qarmağın seçilməsi. Toxunarkən məmulatların tapşırılmış ölçüsünə riayət edilməsi.

Bilməlidir. Qarmağın, milin nömrəsini, hörmənin növlərini və onların alınma üsullarını, ipliyin xətti sıxlığını, toxunmanın sızlığını, müxtəlif növlü hörülmələrlə ilmənin toxunması üsullarını, ilmənin artırılmasını və azaldılmasını.

14. Trikotaj məmulatlarını, kətanını toxuyan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Çox bəndli və dövrü maşınlarda, yastı toxuyan yarımavtomat və mexanikləşdirilmiş maşınlarda, əldə saya kətanın və saya hörməli beykaların, palatinlərin (xəz və ya məxmərdən qadın şərfi), şərflərin, yaylıqların, yastıtoxuyan və dairəvitoxuyan maşınlarda texniki corabların bilək sarğıları üçün lastiklərin, qaytantoxuyan maşınlarda qablaşdırma tesmalarının və üst trikotajı bəzəmə üçün qaytanların maşında və ya mildə əl ilə tərs hörmə ilə rəng naxışlı haşiyəli və ya saya əlcəklərin və uşaq dəstlərinin, bir rəngli üst trikotaj məmulatlarının, mildə ol ilə maşında əyrilmiş iplikdən yaylıqlara bədii haşiyələrin toxunması. İpliyin hazırlanması və maşının yüklənməsi. Sapın gərginliyinin və toxunmanın sıxlığının tənzimlənməsi. Makaranın, iynənin dəyişdirilməsi və onların düzəldilməsi. Uyğun nömrəli millərin, qarmaqların seçilməsi. Sapın qırılmasının, kətanın qopardılmalarının aradan qaldırılması. Özüişləyən mexanizm olmadıqda məmulatların ölçüsünün təyin edilməsi. Maşının tozunun alınması, təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Maşının sinfini: qarmağın və ya milin nömrəsini, hörmələrin növlərini və onların alınma üsullarını. Xidmət edilən maşının əsas mexanizmlərinin işini və qarşılıqlı hərəkətini, iynə-platin məmulatlarının sinfinə, mövqeyinə və təyinatına görə işlədilməsini. İpliyin növlərini və xətti sıxlığını, məmulatın artikulunu. Yüklənmə xəritəsini. Toxunmanın sıxlığını tənzimləmə qaydasını. Məmulatın növləşdirmə təlimatını, maşının tənzimlənməsi qaydasını.

15. Trikotaj məmulatlarını, kətanını toxuyan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yarımnizamlı üst trikotaj məmulatlarının, əlcək məmulatlarının, kotanların, kuponların və bütün növ əlavə materialların və hörmələrin: pərğu yaylıqların, şərflərin bədii haşiyəli palatinlərin (xəz və ya məxmərdən qadın şərfi), süni trikotaj xəzlərin, saya corab, qısa corab məmuatlarının (o cümlədən, ləpiraltıların), yastı toxuyan, dövrü, dairəvi toxuyan, dairəvi trikotaj, val, ərişlə toxuyan incə köbə maşınlarında və dairəvi corab avtomatlarında toxunması. Çoxrəngli və birrəngli üst trikotaj məmulatlarına, uşaq dəstlərinə, uşaq yarım corablarına, naxışlı və ajur hörmələrə çoxrəngli naxışla haşiyələrin mildə və ya maşında toxunması: mildə ilə ilə hazırlanmış iplkdən bədii haşiyəli yaylıqların toxunması. Maşın və avtomatların yüklənməsi. İynənin iynə plitkasının, iynə aparanın dəyişdirilməsi və düzəldilməsi, makaranın dəyişdirilməsi. Toxunmanın quruluşunun və ilmənin hesabatını. Vacib rəngdə və çalarda ipliyin hazırlanması. Mil və qarmaqların seçilməsi. Hesablayıcı zənciri çevirməklə kətan və məmulatların qopmalarının, darayıcı lentin, sapın qırılmasının ləğv edilməsi.

Toxunmanın sıxlığının, kətanın dartılmasının tənzimlənməsi, məmulatın verilmiş ölçülərinin yoxlanması. Toxucu avadanlığın texniki vəziyyətinin, mexanizmlərin və qurğuların işinin, toxuyucu maşının, darayıcı aparatların və lentin düzgün verilməsinin müşahidə edilməsi, işlənmiş yarımfabrikatların, kətanın kəsilməsi və çıxarılması, lazım olarsa, onların ayrılması, məmulatların əllə və ya xüsusi qurğularda çevrilməsi, bənd ilmələrinin kəsilməsi, rezin sapların bərkidilməsi.

İş prosesində darayıcı lentin, məmulatın və kətanın keyfiyyətinin yoxlanması və məmulatların ölçülərinin təyin edilməsi.

İlmələrin qaldırılması və naxışı bərpa etməklə tullantıların gözəməsi. Məmulatların növləşdirilməsi, dəstələşdirilməsi, məhsulun qeyd edilməsi, talonun tikilməsi, məmulatların dəstlərə bağlanması, məhsulun təhvil verilməsi. Maşının tozunun alınması, qismən təmizlənməsi və sürtülən səthinin yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu və iş prinsipini və onlara qulluq qaydalarını, bəndlərin təyinatını, onların keçirilmə üsullarını, iynə-platin məmulatlarını, onların təyinatını, nömrəsini və mövqeyini; xüsusi yükləmələr üçün mexanizmlərin və qurğuların təyinatını, hörülmələrin növlərini; əsas yükləmə məmulatlarını, ipliyin və sapın xəttİ sıxlığını, məmulatın artikulunu və ölçüsünü, texnoloji əməliyyatların səmərəli yerinə yetirmə fəndlərini, tullantıların tənzimlənməsi qaydalarını, məmulatın və kətanın növləşdirilməsi təlimatını, maşının təmizlənməsi qaydalarını və sürtülən səthlərin yağlanması.

16. Trikotaj məmulatlarımı, kətanını toxuyan. 5-ci dərəcə

İşin xüsusiyyəti. Nizami üst trikotaj məmulatlarının kotan və krujevaların, perğu yaylıqların, şərflərin və bədii haşiyəli palantinlərin əllə dekkerləməni yerinə yetirərək toxunması. Müxtəlif sinifli və sistemli (o cümlədən 28-34 sinif dairəvi avtomatlarında (podoledniklərdən başqa, saya corab, qısa corab məmulatlarının istehsalına) dairəvi corab avtomatlarında dövrü ərişlə toxuyan, kotton maşınlarında avtomatik burnu bağlanan məmulatlar və rəngli, eninə zolaqlı, şəkilli, naxışlı corab, qısa corab məmulatları. Əllə mildə hazırlanmış iplikdən ajur (şəbəkəli) yaylıqlar, şərflər və palatinlər. Modellər evində, bədii emalatxanalarda, laboratoriyalarda bütün növ avadanlıqda və əllə trikotaj məmulatlarının və kətanın və sexlərdə, atelyelərdə əhalinin sifarişi ilə trikotaj məmulatlarının, emalatxanalarda hər hansı hörmədə naxışda, rəngdə, rəssam və texnoloqla birlikdə təklif olunan nümunəyə, ölçüyə, şəklə, eskizə görə trikotaj məmulatlarının təmiri və hazırlanması.

Avadanlığın, iynə-platin məmulatlarının vəziyyətinə, yağın səviyyəsinə vacib miqdarda xammalın olmasına kontrol baxış. Maşının və avtomatın yüklənməsi. Makaranın, kopsların dəyişdirilməsi, hesablayıcı zənciri keçirməklə məmulatların, ketanın qırılmasının ləğvi, avadanlığın, alətlərin və dartıcı qurğunun işini və texniki vəziyyətini müşahidə ötmək, onları tənzimləmək.

İynənin, iynədaşıyıcının, yükləyici qarmaqların və dikkerlərin dəyişdirilməsi və düzəldilməsi. Xüsusi qurğularda və ya lazım gəldikdə məmulatın tərs üzünü çevirməklə məhsulun keyfiyyətinin yoxlanması, bənd ilmələrinin kəsilməsi, məmulatların ədədə ayrılması, rezin sapın bərkidilməsi. İynəliyin bütün eni boyu arğac sapının çəkilməsi, əriş sapının ayrılması. Məmulatın ölçüsünün təyin edilməsi və ya yoxlanması. Məhsulun qeyd edilməsi, dəstələşdirilməsi, talonun bərkidilməsi və ya pasportun doldurulması və içəri atılması, konteynerlərin dəyişdirilməsi, məhsulun təhvil verilməsi.

Maşının tozunun alınması, qismən təmizlənməsi və sürtünən səthinin yağlanması.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismar qaydalarını və onlara qulluq edilməsini. Mövqeyinə görə işlədilən iynə-platin məmulatlarını, milin nömrəsini, hesablayıcı qurğunun iş prinsipini, ipliyin xətti sıxlığını, məmulatın artikulunu və ölçüsünü. Məmulatların və kətanın hörmələrinin əsas növlərini, onların alınma üsullarını, toxunmanın sıxlığını, hörmənin şəbəkələrinin və naxışlarının əmələ gəlməsi üçün ilmələrin hesabatını, yükləmə xəritəsini, növü təyin edən təlimatı: avtomat mexanizmlərinin keçirilməsi və sıxlığın tənzimləndirilməsi, ərişin ayrılması və eşilib birləşdirilməsi qaydalarını. Texnoloji əməliyyatların səmərəli yerinə yetirilmə fəndlərini, maşının tozunun alınması və təmizlənməsi qaydalarını. Müəyyən məmulatın sərbəst ülgü qurularkən sifarişçinin ölçüsünə və yükləyici xəritəyə uyğun hesabatı.

17. Trikotaj məmulatlarını formalaşdıran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yüngül buxar müqavvalarında və buxar basqılarında, elektrik və buxar formalarında, quruducu-formalaşdırıcı maşınlarda üst və alt trikotajın isti-nəm emalı, əlcək məmulatlarının, corab, qısa corab məmulatlarının formalaşması. Məmulatların qobulu və hazırlanması. Formalaşma tikişinə riayət etməklə onların formalara geydirilməsi. Quruducu-formalaşdırıcı maşınlarda formalarla karetkanı işləyərkən, quruducu kameranın içinə diyirləndirilməsi və qurudulduqdan sonra və formalaşdıqdan sonra onların kameradan diyirlədə-diyirlədə çıxarılması. Basqı stolunda məmulatların döşənməsi, ütülənməsi, sıxılması (basılması). Məmulatların yüngül buxar müqavvalarında isti-nəm emal, ütüləmə-basılma formalaşma müddətinin qaydalarına riayət edilməsi. Buxarın təzyiqini saxlamaqla havanın və ya formamın qızdırılma-istiliyinə riayət edilməsi. Yoxlama-ölçü cihazlarının, avtomat nizamlayıcılarının, yüngül buxar müqavvalarından öz vaxtında çıxarılması. Formalaşma və isti-nəm emalının, yığılmanın keyfiyyətinin və hazır məmulatlarım seçilməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Quruducu-formalaşdırıcı avadanlığın və isti-nəm emal avadanlığının quruluşunu və təyinatını. Emal olunan məmulatların artikulunu və ölçüsümü. Formaların ölçülərinin məmulatlarının ölçülərinə uyğunluğunu. İsti-nəm emalın və formalaşmanın texnoloji istilik qaydalarını.

18. Turşu ilə işləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Barkalarda və aparatlarda, yuyucu maşınlarda merserləşdirmədən sonra ipliyin turşu ilə işlənməsi, yuma, lillənmə texnoloji əməliyyatlarının aparılması. Kimyəvi materialların alınması və daşınması, turşu və lilləmə məhlullarının hazırlanması. İplik kələflərinin lövhələrdən asılması və ya kələflərin kisələrə qablaşdırılması, kələflərin maşına və ya barkaya doldurulması. Turşu ilə işləmə əməliyyatının aparılması və tənzimlənməsi, iplik tam neytrallaşana qədər Yuyulması və qoyulmuş qaydaya görə lillənməsi. İşləmə prosesində ip iyin bir barkadan digərinə yüklənməsi, ilənmiş məhsulun boşaldılması. Maşının və barkaların təmizlənməsi və yuyulması.

Bilməlidir. Avtomat aparatların və nəzarət-ölçü cihazlarının, yuyucu barkaların və maşınların işini və quruluşunu. Turşu ilə işləmə və yuma əməliyyatlarında turşu və qələvilərin xassəsini və onların ipliyə təsirini, kimyəvi materiallarla davranış qaydalarını.

19. Xovu işləyən. 2-ci dərəcə

İşin xüsusiyyətləri. Təmizləyici maşında bərkidilməmiş xovdan süni xəz kətanının təmizlənməsi və xovun işlənməsi əməliyyatının aparılması. Kətanın iş yerinə keçirilməsi. Maşının yüklənməsi. Süni xəz kətanının nizamlanması. Kətanın qablaşdırılması və müəyyən olunmuş yerə daşınması.

Bilməlidir. Təmizləyici maşının quruluşunu və əsas mexanizmlərin işini. Təmizləmənin texnoloji qaydasını.

20. Xovu işləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Daha yüksək ixtisaslı xovu işləyənin rəhbərliyi altında xov yığan maşında və elektrik pardaqlayan maşında süni xəzin xovun işlənməsi əməliyyatının aparılması. Kətanın maşına yüklənməsi. Texnoloji qaydaların parametrlərinə riayət edilməsinə və xovun isti emalı əməliyyatlarının müşahidə edilməsi. Məhsulun çıxarılması, kətanın təkrar emal üçün köçürülməsi. Ventilyatorların (yelləyənlərin) təmizlənməsi, yağlanması, yığma kamerasının təmizlənməsi.

Bilməlidir. Maşının xidmət edilən qovşağlarının və mexanizmlərinin quruluşunu. Onların vacib hissələrinin adlarını və təyinatını. Kətanın yüklənməsini və çıxarılmasını. Kətanın və süni xəzin keyfiyyətinin təyin edilməsi üzrə təlimatı.

21. Hörmə təkrar sarıma maşınının operatoru. 2-cü dərəcə

İşin xüsusiyyəti. Hörmə təkrar sarıma maşınında merserləşdirilmiş ipliyin hörmə sapları ilə eşilib birləşdirməklə təkrar sarınması və onların daraqlara yüklənməsi. Merserləşdirilmiş iplik hörmələrimin merserləşdirmənin keyfiyyətinə, xətti sıxlığına və çalarlarına görə qəbulu. Təkrar sarıma əməliyyatında hörmədə sapların qırılmasının ləğv edilməsi.

Bilməlidir. Hörmə təkrar sarıma maşınının işini və quruluşunu. İpliyin növünü və xətti sıxlığını.

22. Hörmə təkrar sarıma maşınının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Merserləşdirilmiş iplik hörmələrinin hörmə təkrar sarıma maşınında təkrar sarınması. İpliyin merserləşdirmə keyfiyyətinə, xətti sıxlığına və çalarlarına görə qəbul edilməsi. Maşının saplarının qırılmasının ləğv edilməsi. Hörmələrin və onun ayrı-ayrı saplarının birləşdirməklə gərginliyin nizamlanması. Maşının qurğularının və gərginliyi yoxlama mexanizmlərinin vəziyyətinin, hörmənin irəliləməsinin, ipliyi sarıma əməliyyatının müşahidə edilməsi. Təkrar sarıma əməliyyatında hörmənin düzəldilməsi. Qıçada ipliyin müəyyən olunmuş sarıma diametrinə riayət edilməsi. Qıçaların zəifliyinə və silindr boyu illiyin qeyri-bərabər yerləşdirilməsinə yol verilməsi, işlənmiş qıçalarım çıxarılması, yeşiklərə yığılması, çıxımın tullantının çəkiyə görə təhvil verilməsi. Boş silindrlərin maşına yüklənməsi. Maşının yüklənməsi, təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Maşının quruluşunu və əsas mexanizmlərinin qarşılıqlı hərəkətini. İlliyin növlərini və xətti sıxlığını.

Peşələrin rus dilində adları

Darayıcı maşının operatoru

Оператор чесальной машины

İlmə və dişlikləri düzən

Наборщик зубцов и петель

Yuma-qurutma-enləşdirmə-stabilləşdirmə xəttinin maşinisti

сушильно-ширильно-стабилизационной линии

Kimyəvi materialların bölüşdürən operator

Оператор распределения химичеслих материалов

Məmulatları basan operator

Аппаратчик валки изделий

Texnoloji ləvazimatı düzəldən.

Правщик технологической оснастки

Trikotaj məmulatlarını kətanı toxuyan

Вязальщица трикотажных изделий, полотна

Trikotaj məmulatlarını formalaşdıran

Формировщик трикотажных изделий

Hörmə təkrar sarıma operatoru.

Оператор жгутоперемоточной машины

1. Batançı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Lenttoxuyan maşılar üçün məkiklərin, batanların və onların ayrı-ayrı hissələrinin profilaktik və cari təmir edilməsi. Lenttoxuyan dəzgahlarda batanların istismarı əməliyyatında onların vəziyyətinə nəzarət edilməsi, fatan işləyən vaxtı xırda nasazlıqların aşkarlanması və onların bilavasitə maşında qarşısının alınması. Daha yüksək ixtisaslı batançının rəhbərliyi altında batan emalatxanasında yeni batanları hazırlayarkən və onların orta və əsaslı təmir edərkən ayrı-ayrı dülgərlik işlərinin yerinə yetirilməsi.

Bilməlidir. Batanların və məkiklərin istismarı əməliyyatında onlara təqdim edilən texniki tələbləri; xırda nasazlıqların əmələ kəlmə üsullarını; batan və məkiklərin profilaktik və cari təmirləri üçün işlədilən alətləri; lenttoxuyan dəzgahların batanla qarşılıqlı hərəkətdə olan mexanizmlərini.

2. Batançı. 5-ci dərəcə

İşin xüsusiyyəti. Lenttoxuyan dəzgahlarda istehsal olunan məmulatların çeşidinə uyğun qoyulmuş qruppaya görə batan və məkiklərin sadə həndəsi formasının çertyoj və nümunəyə hazırlanması. Uyqun ağac cinslərinin seçilməsi, xüsusi alət və dəzgahlarda batan və məkiklərin bütün hissələrinin hazırlanması. Xüsusi dəzgahlarda və qurğularda batanın bütün hissələrinin və məkiklərin hazırlanması və qayrılması. Yapışqanın və digər materialların hazırlanması. Məkiklə birlikdə batanın yığılması, onun dəzgahda qurulması və işlənməsi. Defekt cədvəlinə uyğun siyahıya görə batanın orta və əsaslı təmirinin aparılması. Alətlərə və avadanlığa qulluq edilməsi.

Bilməlidir. Batanın və ona hissələr hazırlamaq üçün işlədilən müxtəlif cinsli oduncuqların və digər materialların xassələrini; çertyoja görə sadə həndəsi formada batan və məkiklərin hazırlanması və yığılması üsullarını; lenttoxuyan dəzgahlarda hazırlanan məmulatların eninə uyğun batanların qruppaya görə hesabatını; batanın istismarı əməliyyatında ona təqdim edilən texniki tələbləri; nasazlıqların əmələ gəlmə səbəblərini və onların qarşısının alınması və aradan qaldırılması üsullarını; batanları təmir edərkən və hazırlayarkən işlədilən alətləri, yoxlama-ölçü cihazlarının, avadanlığın işini və quruluşunu; lenttoxuyan dəzgahlarda batan mexanizmləri ilə qarşılıqlı hərəkətdə olan mexanizmləri.

3. Batançı. 6-cı dərəcə

İşin xüsusiyyəti. Lenttoxumada istehsal edilən məmulatların çeşidinə uyğun qoyulmuş qruppaya görə nümunə əsasında hazırlanması. Batan və məkiklərin bütün hissələrinin uyğun ağac cinsindən hazırlanması. Məkikilərə üz çəkilməsi, onların cilalanması və laklanması. Daha aşağı ixtisaslı batançıların işinə rəhbərlik edilməsi.

Bilməlidir. Batan və ona hissələr hazırlamaq üçün işlədilən müxtəlif ağac cinslərinin və digər materialların xassəsini; qruppaların unifikasiyasını nəzərə almaqla çertyoj əsasında müxtəlif həndəsi formalarda batan və məkiklərin yığılması üsullarını; batanın istismar əməliyyatında korlanma səbəblərini və onların qarşısının alınması və aradan qaldırılması üsullarını.

4. Qaytan buran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Burucu maşınlarda və əl ilə buruq-buruq iplərin, fasonlu qaytanların burulması. Əyrilmişlərin, bizaların, iplikdən trunsalın, müxtəlif növlü və xətti sıxlıqlı ipəkdən alınması. İpliyli və ya ipəkli makaranın maşına yüklənməsi, makaranın dəyişdirilməsi. Qaytanın burulması keyfiyyətinin müşahidə edilməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması. hazırlanmış məhsulun çıxardılması və müəyyən olunmuş qaydada onun təhvil verilməsi. İplik eşmələrin, bağların, trunsalın və ya bizlərin iki tərəfdən qarmağa geydirilməsi və əl ilə müəyyən uzunluqda qaytanın burulması. Hazır qaytanların kələf şəklində yığılması və qəfəslərə yerləşdirilməsi.

Bilməlidir. Burucu maşınların quruluşunu və onun əsas mexanizmlərini və qarşılıqlı hərəkətini; işlədilən ipliyin növlərini, xassələrini və nominal xətti sıxlığını; hər növ və artikula görə vahid uzunluğa düşən burulmaların sayını; yükləmə parametrlərini; qaytanın çıxarılması və yerləşdirilməsi qaydasını; avadanlığa qulluq etmək qaydasını.

5. Qaytanlara ucluqları taxan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Avtomat və ya əl ştampında çəkmə qaytanlarına ucluqların taxılması, taxıcı maşına əl tutacaqlarının bərkidilməsi. Nitroərişin və qaytanın yüklənməsi, avtomatı asetonla qidalandırmaq üçün böyük bir qabın (çənin) doldurulması, on-on nəqledicidən hazır qaytanların çıxardılması, qüsurlu qaytanların saf-çürük edilməsi. Hazır qaytanların dəstə bağlanması. Avtomatın təmizlənməsi və sürtünən səthlərin yağlanması. Əl ştampının mis qəlibinə metal ucluqların, qaytanların, metal bərkidicilərin və taxıcı maşınların əl tutacağının və mis qəlibinin qoyulması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu və işini; toxuma maşınının sinfinə görə qaytanın çeşidini, ölçülərini və artikullarımı; avadanlığa qulluq qaydasını.

6. Qan damarı protezlərinin büzməçisi. 3-cü dərəcə

İşin xüsusiyyəti. Büzücü dəzgahda qan damarı protezlərinin büzülməsi və onların avtoklavda (mayeləri yüksək təzyiq altında qızdırmaq üçün kip bağlanan qazanda) emal olunması. Boru-tədarük, viskoz saplarının və yivli metal milin hazırlanması; boru-tədarükün milə geydirilməsi, milin patrona (sıxaca) bərkidilməsi; milin yivinə uyğun sapın çəkilməsi. Büzücü dəzgahdan milin çıxardılması və onu isti emal etmək üçün avtoklavda yerləşdirilməsi, boru-tədarüklə milin çıxarılması, soyudulması, sapların və büzülmüş protezin müəyyən olunmuş qaydada təhvil verilməsi. Dəzgahın və avtoklavın təmizlənməsi, sürtünən səthlərin yağlanması.

Bilməlidir. Büzücü dəzgahın və avtoklavın quruluşunu və işini; boru-tədarükün ölçülərini və növlərini və onlara metal millərin uyğunluğunu; büzülmüş protezlərin keyfiyyətinə təqdim edilən tələbləri; avadanlığın təmizlənməsi və yağlanması qaydasını.

7. Krujevaı ayıran. 1-ci dərəcə

İşin xüsusiyyəti. Birləşdirici sapları kənarlaşdırmaq yolu ilə krujevalı (şəbəkəli, torlu) kətanın əl ilə ayrı-ayrı lentlərə (zolaqlara) ayrılması. Eyni vaxtda bir neçə birləşdirici sapların bərabər dartmaqla çıxardılması. Qırılmaların və ilişmənin qarşısının alınması. Krujevanın kənarlarının məkik saplarından təmizlənməsi. Ayrılmış krujevanın kələf bağlanması və müəyyən olunmuş qaydada təhvil verilməsi.

Bilməlidir. Krujevanın növlərini, çeşidini və enini; yüklənmə növünə görə birləşdirici sapların yerləşdirilməsi.

8. Krujevanı ayıran. 2-ci dərəcə

İşin xüsusiyyəti. Qırılma maşınında krujeva kətanının ayrı-ayrı lentlərə (zolağlara), eyni vaxtda onları ölçməklə və mal vərdənəsinə dolamaqla ayrılması. Krujeva kətanının hazırlanması və maşına yüklənməsi. Zolağın eninə uyğun bölənlərin qurulması, vərdənələrin hərəkətinin, yüklərin, sökülən birləşdirici sapların və kətanın dartılmasının nizamlanması. Krujevalı, kətanın ayrı-ayrı lentlərə ayrılmasının keyfiyyətinin yoxlanması. Müəyyən olunmuş texnoloji qaydaya riayət edilməsi. Mal vərdənəsinin çıxardılması. Sayğacın göstərişinə görə metrənin qeyd olunması. Maşınların yelpiklənməsi və təmizlənməsi.

Bilməlidir. Maşınların quruluşunu və əsas mexanizmlərin qarşılıqlı hərəkətini; krujevalı kətanın və krujevanın quruluşunu, krujevanın artikulunu və enini. Yükləmənin növünə görə birləşdirici sapların yerləşdirilməsini; Dövlət standartlarını və texniki şərtləri; avadanlığa qulluq edilmə qaydasını.

9. Krujevanı ayıran. 3-cü dərəcə

İşin xüsusiyyəti. Krujevalı kətanın müxtəlif sökmə və ya elektrik əridici maşınlarda ayrı-ayrı lentlərə (zolağlara) ayrılması, eyni vaxtda maşınlarda onların ölçülməsi və mal vərdənəsinə dolanması. Krujevalı kətanın maşına yüklənməsi. Zolağın eninə uyğun bölənlərin (elektrik bıçaqlarının) qurulması; vərdənələrin, yüklərin, kameralarda istiliyin, sökülən birləşdirici sapların və kətanın dartılmasının tənzimlənməsi. Ayırmanın, krujevalı lentin dişlərinin kəsilməsi, ayrı-ayrı leşin bölünməsi və mal vərdənəsinə dola masının keyfiyyətini, iş vaxtında bölənlərin (elektrik bıçaqların) vəziyyətinin, maşında cihazların göstərişinin yoxlanması. Ərimə istliyi qaydasına, birləşdirici sapların ərimə keyfiyyətinə və hərəkət sürətinə riayət olunması. Sayğacın göstəricisinə görə metrənin qeyd edilməsi. Hazır məhsulun çıxardılması. Havanı dəyişmə qurğularının işə salınması və işinə riayət edilməsi.

Bilməlidir. Maşınların quruluşunu və əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; krujevanın və krujevalı kətanın quruluşunu, krujevaların artikulunu və enini; sapların ərimə istiliyi qaydasını.

10. Krujevaçı. 1-ci dərəcə

İşin xüsusiyyəti. 12-yə qədər cüt miqdarla krujeva millərində şəbəkənin verilən naxışlarıma uyğun krujevanın toxunması. İşçi naxışın (sancaqla) yastığa bərkidilməsi, rapportu işləyərkən naxışın əvəz edilməsi, naxışa uyqun sapın sancaqlara taxılması. Toxunmanın sadə elementləri ilə krujevanın cüt texnika ilə toxunması; kətanla, yenidən hörməklə, hörgü ilə, torla moskva şəbəkəli, 4-6 cüt hörümçəkli düz sıralı vilyuşla, naxışlarla. Toxunmanın sadə elementli naxışlarına görə, hörmənin və sarımaların hesabatına görə naxışsız ağ və rəngli krujevanın hazırlanması. Müəyyən olunmuş qaydada hazırlanmış məhsulun təhvil verilməsi.

Bilməlidir. Mürəkkəb olmayan naxışların cüt krujevanın toxuma texnikasını və fəndlərini; toxunmanın bir elementindən başqasına köçməyi; məmulatların ölçülərini və artikulunu; verilən naxışı yerinə yetirmək üçün sapın nominal xətti sıxlığını və normasını, qurğulardan istifadə qaydasını.

11. Krujevaçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. 12-dən 20 qədər cüt saylı krujeva toxuyan millərdə verilən naxışlara uyğun krujevaların və ədədi krujeva məmulatlarının hörülməsi. Sadə elementi daha mürəkkəblə birləşdirməklə cüt-cüt və zəncirvari texnika ilə hörülməsi; yumurtavari, dörd tərəfi bərabər olan düzbucaq (kvadrat) ərişli kənar hörgülü, fonu şəbəkəli və romblu, torlu və hörməli sarımalı, zəncirli, atılmaqla və sadə tikişlə; hörümcəkli kətana müxtəlif tərzli toxunmuş naxışlarla. Gözlərinin ölçüsü 4mm-ə və daha çox olan xonçalı krujeva məmulatları üçün torların əllə hörülməsi.

Bilməlidir. Krujeva məmulatlarından sadə toxunma elementlərinin daha mürəkkəblərlə birləşdirməklə, cüt hörmənin və zəncir hörmələrinin texnikasını; məmulatın ölçülərini və çeşedini; cüt və zəncirli toxuma texnikasının yeni səmərəli (rasional) üsullarını; əriş sapları salınarkən sapların dartılması fəndlərini; kəsmənin fəndlərini; tikməni yerinə yetirərkən sapların bərkidilməsini və dartılmasını; xonçalı krujevalar üçün torların və düyünlərin toxunması fəndlərini.

12. Krujevaçı 3-cü dərəcə

İşin xüsusiyyəti. 20-dən 30-a qədər cüt saylı krujeva toxuyan millərdə krujevaların və ədədi məmulatların hörülməsi. Verilən naxışlara uyğun krujevaların və ədədi krujeva məmulatlarının cüt-cüt növbəti elementi hörməklə cüt zəncirli və zəncirli hörmə texnikası ilə; “hörükcüklə” və “kəndir ipciklə” düz xətt formalı eşməyə tikilməklə və atılmaqla hörülməsi. Naxışsız ağ və rəngli krujevaların və krujeva hörgülü kətanların yenidən hörməklə 4-6 cüt hörümcəkli, iki cütdən rəngli haşiyələməklə, eşmə növlü və digər naxışlara görə hörülməsi. Gözlərimin ölçüləri 3mm-ə qədər olan xonçalı krujevalar və krujeva məmulatları üçün torların öl ilə toxunması.

Bilməlidir. Hörmənin bütün elementləri ilə, cüt-cüt, zəncirli və cüt zəncirli krujevaların toxunması texnikasını və fəndlərini; ilgəklərin azaldılması və artırılması üsullarını; ajur toxunması ilə və “kəndirciklə” və “hörükcüklə” eşməyə tikilən sapların bərkidilməsi və kəsilməsi.

13. Krujevaçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. 30-dan 40-a qədər cüt saylı krujeva toxuyan millərdə krujevaların və ödədi məmulatların hörülməsi. Müxtəlif şəkilli naxışların bitkili, həndəsi uyğunlaşdırılması ilə müxtəlif hörmə elementli şəbəkələrin hörülməsi.

Bilməlidir. Krujevaların və krujevalı ədədi məmulatların ayrı-ayrı şəkilli naxışlarının hörülməsi texnikasını və fəndlərini; cütün keçirilməsi və çıxarılması, onların şəbəkə formasında tikilməsi qaydasını.

14. Krujevaçı. 5-ci dərəcə

İşin xüsusiyyəti. 40-dan 50-yə qədər cut saylı krujeva toxuyan millərdə krujevaların və krujevalı ədədi məmulatların toxunması. Bitkili, həndəsi və bitkili və həndəsi uyğunlaşdırılmış şəbəkələrin, müxtəlif süjetli formanın, şəbəkənin və məmulatın ayrı-ayrı hissələrinin tikilməsi daxil edilməklə yüksək bədii naxışların hörülməsi.

Bilməlidir. Krujevaların və krujevalı məmulatların hörülməsi texnikasını və fəndlərini; naxışı tərkib hissələrinə bölməyin qaydasını; işçi naxışı şəbəkənin süjet formalarına yerləşdirilməsi; şəbəkənin və məmulatın ayrı-ayrı hissələrinin tikilişini.

15. Krujevaçı. 6-cı dərəcə

İşin xüsusiyyəti. 50-dən yuxarı saylı sərgi üçün nadir krujevaların və krujevalı məmulatların toxunması. Bitkili və həndəsi şəbəkələrin müxtəlif şəkilli naxışlarının müxtəlif materialları; qızılı və gümüşü sapları, muncuqları, parıltılı şeyləri sintetik liflərdən alınan sapları tətbiq etməklə süjetli-mövzulu naxışların toxunması.

Bilməlidir. Yüksək bədii krujevalı məmulatların süjetli-mövzulu naxışlarının toxunması texnikasını və fəndlərini; krujeva toxuyarkən qızılı və gümüşü sapların dartılma xüsusiyyətlərini və fəndlərini; krujevaya muncuq, parıldayan şeylər və digər bəzək materialları daxil edərkən sapların toxuma fəndlərini; cüt toxuma ardıcıllığının qaydasını ev millərin yastığa yerləşdirilməsini.

16. Lif işləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Əl daraqlarında kapron liflərinin və at tüklərinin daranması. Kapronun, at tükünün (kapronun və tükün tullantıları) alınması və işə hazırlanması: kapronun (tükün) müəyyən olunmuş uzunluqda hissələrə doğranması və ştabelə yığılması, tam düzəldilməsi üçün kapronun (tükün) ağ neftlə isladılması. Hazırlanmış kapronun (tükün) darağın qabağındakı masaya qoyulması və müəyyən olunmuş uzunluqda seçilib ayrılması. Ağ neft tətbiq etməklə kapronun daranması, kapronun (tükün) lülə bağlanması və əllə dartılması. İşlədilən bort parçalarının enini nəzərə almaqla uyğun gələn uzunluğa qədər kapronun (tükün) çatdırılması, kapronum (tükün) “şurupa” bağlanması, ucların kəsilməsi və hazır məhsulun təhvil verilməsi

Bilməlidir. Lifin işlənməsi usllarını; işlədilən xammalın növlərini, onlra təqdim edilən tələbləri; xammalın işlədilməsi və növləşdrilməsi təlimatını; qablaşdırmanın qaydasını; məhsulun təhvil verilməsi qaydasını.

17. Məmulat diyirlədən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Toxuma və bafta məmulatlarının bütün növlərinin, krujevaların, krujeva kətanının, köbələrin, lülədə lentin və kələfaçanda kələflərin diyirlədici və qablaşdırıcı-ölçülü maşınlarda, avtomatlarda, uzlaşdırılmış maşınlarda diyirləndirilməsi (qüsurları kəsib götürmədən). Məhsulun iş yerinə gətirilməsi. Məmulatların sıxlığından və enindən asılı olaraq ara məsafələrinin qoyulması. Bərabər və düzgün diyirləndirilməsinin, məmulatın sarınmasının və sayğacın göstərişinə görə uzunluğunun müşahidə edilməsi. Məhsulun çıxardılması. Kələflərin və lülələrin bağlanması. Məmulatın yerləşdirilməsi. Hər kələfdə və lülədə məhsulun ölçüsünün və növünün talona qeyd edilməsi. Xidmət olunan avadanlığın təmizlənməsi və sürtülən səthlərin yağlanması. Uzlaşdırılmış maşınlarda və avtomatlarda lent sarıyarkən krona lentin geydirilməsi, uclarının düzəldilməsi və tikiş maşınında tikilməsi; düzəldilmiş şəkildə qarqara sarınması, məmulatın əyrilməsinin qarşısının alınması, qarqarların bütün eni boyunca lentin bərabər paylanmasının müşahidə edilməsi.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu və işini; məmulatların növlərini, çeşidini və artikullarını; məmulatın düzgün diyirləndirilməsini və sarınmasını; müxtəlif növ məmulatlar üçün müəyyən olunmuş uzunluq ölçüsünü.

18. Məmulat diyirlədən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Krujevaların, krujeva və pərdəlik kətanının, gəbələrin, lentin, toxuma və bafta məmulatlarının sarıyıcı maşınlarda izolyasiya lenti üçüm kələfaçanda parçaların avtomatlarda, diyirləndiricidə qablaşdırıcı-ölçücü maşınlarında sf-çürük edən diyrləndiricidə və uzlaşdırılmış maşınlarda (qüsurların kəsilib götürülməsi ilə) diyirləndirilməsi. Məhsulun iş yerinə gətirilməsi və maşına yüklənməsi. Məmulatın sıxlığından və enindən asılı olaraq araməsafələrinin qoyulması, Sarınmanın düzgünlüyünün və sıxlığının nizamlanması. Sayğacın göstərişinə görə sarınmanın uzunluğunun müşahidə edilməsi. Qüsurların kəsilib götürülməsi və məhsulun növünün təyin edilməsi. Hər bir kələfdə və lülədə məhsulun növünün və uzunluğu ölçüsünün talona qeyd edilməsi. Sarınmış məhsulun çıxardılması. Kələflərin və ya lülələrin bağlanması və müəyyən olunmuş yerə yerləşdirlməsi. Məmulatı avtomatlarda, uzlaşdırılmış və saf-çürükedici-diyirlədici maşınlarda diyirləndirərkən lentin krona geydirilməsi, kətanın baxış masasına yüklənməsi, iynənin və makaranın dəyişdirilməsi, sapların qırılmasının qarşısının alınması. Avadanlığın təmizlənməsi və sürtünən səthlərin yağlanması və xırda nasazlıqların aradan qaldırılması.

Bilməlidir. Xidmət olunan avadanlığın quruluşunu və işini; məmulatın çeşidini və artikulunu; məmulatın sarınması və diyirləndirilməsi qaydasını; müxtəlif növ məmulatlar üçün müəyyən olunmuş uzunluq ölçüsümü; Dövlət standartlarına görə məmulatın keyfiyyətinə təqdim edilən tələbləri.

19. Məmulatı və kətanı əridib təmizləyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Sintetik liflərdən alınan kətanın, məmulatın və tikişdən sonra qalan sapların uclarının lehimləyici ilə əridilib təmizlənməsi. Kəsiyinin ölçüsünü təyin etmək üçün məmulatın ölçülməsi, texniki şərtə və naxışa uyğun məmulatın düzəldilməsi. Əridib təmizlənmənin keyfiyyətinin, qüsurlarının qarşısını almaq məqsədilə iynələrin qızmasının müşahidə edilməsi. Parçanın xassəsindən asılı olaraq əridib təmizlənmənin sürətinin və iynələrin addımının ölçülərinin nizamlanması. Qüsurların aradan qaldırılması.

Bilməlidir. Maşınların quruluşunu və əsas mexanizmlərin qarşılıqlı hərəkətini; parçaların növlərini və onların xassələrini; məmulatdakı naxışa uyğun məmulatın işlənilmə adasımı.

20. Məmulatları çıxaran 2-ci dərəcə

İşin xüsusiyyəti. Toxuma, bafta-toxuyan maşınlardan, lent-toxuyan dəzgahlardan və digər avadanlıqlardan işlənmiş lentin, şəridlərin, qaytanların, hörülmüş krujevaların çıxardılması; hazır məmulatın miqdarının ölçülməsi, kəsilməsi və onların uyğun qaba yerləşdirilməsi və növbəti işləmə yerinə və ya müəyyən olunmuş qaydada xüsusi qəfəslərə çatdırılması. Avadanlığın özüdiyirləndirən mexanizmlə təchiz edilməsi; müəyyən olunmuş uzunluqlarda işlənərkən məhlul lüləsinin çıxardılması, lülənin dağıdılması və qüsurların aşkarlanması məqsədilə onların sarınması və baxılması. Lentin uclarının ştamplanması. Etiketin və pasportun doldurulması.

Bilməlidir: Hazır məhsulun avadanlıqdan kəsilməsi üçün onların müəyyən olunmuş uzunluğunu və çeşidini; pasportun, etiketin doldurulmasını.

21. “Pantoqraf” naxıştikən maşının maşinisti 4-cü dərəcə

İşin xüsusiyyəti. İki yaruslu əl və mexaniki ötürücülü “Pantoqraf” maşınlarında müxtəlif parçalarda və tüldə mürəkkəb olmayan naxışların tikilməsi. Maşınların kətan ilə yüklənməsi, naxışın çertyojunun pantoqraf lövhəsinə qoyulması və bərkidilməsi. Daxil olan sapların nominal xətti sıxlıqlarının və rənglərinin uyğunluğunun yoxlanılması. Naxışın rapportuna, verilən naxışa uyğun iynələrin gedişinin ardıcıllığına, sıxlığına, ölçülərinə və tikişik dərinliyinə riayət olunması. Məhsulun keyfiyyətinin təmin edilməsi. Naxış tikilmiş kətanın çıxardılması. Maşınların orta və əsaslı təmirdən qəbul edilməsində, təmirdən sonra onun işlədilməsində iştirak edilməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması. İynəli və məkikli plankaların (ensiz hamar lövhələrin) hərəkətinə uyğun naxıştikən çərçivənin (pantoqrafla) idarə olunması, iş prosesində iynəli, şəbəkəli və sancaqlı mexanizmlərin işə salınması və dayandırılması, mexaniki ötürücülü “Pantoqraf” maşınlarında işləyərkən iynəli və məkikli sapların dartılmasının nizamlanmasına riayət olunması.

Bilməlidir. Maşınların quruluşunu və onun əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; naxışların çertyojunu və onların şərti işarələrini; naxışların rapportunu; naxıştikmənin tikişlərində sıxlığı; tətbiq olunan sapların xətti sıxlığını və rəng çalarlarını; iynənin nömrəsini və onların tətbiqini; naxış tikilmiş məmulatların və kətanın növünün təyin edilməsi təlimatını.

22. “Pantoqraf” naxıştikan maşının maşinisti. 5-ci dərəcə

İşin xüsusiyyətləri. İki yaruslu əl və mexaniki ötürücülü “Pantoqraf” maşınlarında müxtəlif parçalarda və tüldə mürəkkəb olmayan naxışların tikilməsi. Maşınların kətan ilə yüklənməsi, naxışın çertyojunun pantoqraf lövhəsinə qoyulması və bərkidilməsi. Daxil olan sapların nominal xətti sıxlıqlarının və rənglərinin uyğunluğunun yoxlanılması. Verilən naxışlara uyğun naxışların rapportuna, iynələrin gedişinin ardıcıllığına, sıxlığına, tikişin ölçülərinə və dərinliyinə riayət olunması. Məhsulun keyfiyyətinin təmin edilməsi. Naxış tikilmiş kətanın çıxardılması. Maşınların orta və əsaslı təmirdən qəbul edilməsində, təmirdən sonra onun işlədilməsində iştirak edilməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması. Maşınların mexanizmlərinin xırda təmirinin aparılması.

Bilməlidir. Maşınların quruluşunu və omun əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; naxışların çertyojunu və onların şərti işarələrini; naxışların rapportunu; naxıştikmənin tikişlərində sıxlığı; tətbiq olunan sapların xətti sıxlığını və rəng çalarlarını; iynənin nömrəsini və onların tətbiqini; məmulatların və kətanların növünün təyininə görə təlimatını; maşının xırda nasazlıqlarının aradan qaldırılması qaydasını.

23. Parçaları şəkillə bəzəyən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif toxuсu liflərindən ədədi məmulatların parçaların qəlibə, əndazəyə görə şəkil ilə bəzədilməsi. Masaya parçanın salınması, qəlibin, əndazəlin keyfiyyətinin yoxlanılması və onların qüsurlarının aradan qaldırılması. Parçaya ardıcıl olaraq qəliblərin, əndazələrin qoyulması və yastıqça və ya fırçanın köməyi ilə bitki, həndəsi və başqa şəbəkə naxışlarla məmulatın bəzədilməsi. Kətanla naxışın uyğunluğunun yoxlanılması. İşçi masadan məmulatın çıxarılması, onun qurudulması və müəyyən olunmuş qaydada təhvil verilməsi

Bilməlidir. Qəlibə, əndazəyə görə bəzədilməsi fəndlərini; qəliblərin, əndazələrin ardıcıl qoyulmasını; rənglərin və parçaların növlərini və xassələrini; məmulatın ölçülərini və artikullarını; Dövlət standartlarını və texniki şərtlərini.

24. Parçaları şəkillə bəzəyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Ədədi məmulatların kontur boyu soyuq və ya qaynar batiklə; batik-ştiftlərin, fırçaların, borucuqların və başqa alətlərin köməyi ilə yaylıqların, ləçəklərin, şərflərin, kaşnelərin və başqa, rəssamın nümunəsinə əsasən böyük formalı naxışlarla onların tökülməsi yolu ilə müxtəlif liflərdən alınan parçalara və “noxud”, “şotlandka” tipli naxışlarla bir-ikisini örtməklə şəkil ilə bəzədilməsi. Dartılmanın düzgünlüyünə riayət etməklə kətanın çərçivəyə sancılması. Naxışın konturunun yoxlanılması, əgər lazım gələrsə onun çəkilib qurtarması. Kətanın keyfiyyətinin yoxlanılması, verilən nümunənin uyğun rəngə və rəng çaparlarına görə boyağın seçilməsi və tərtib edilməsi. Şəkil ilə bəzədilmiş məmulatın qurudulması, çərçivədən çıxarılması və müəyyən olunmuş qaydada onların təhvil verilməsi.

Bilməlidir. Bir-ikisini örtməklə iri formatı naxışların və “noxud”, “şotlandka” tipli naxışların batiklə soyuq və qaynar yerinə yetirilməsi texnikasını; qurğulardan istifadə etməyin saydasını; pörtmə əməliyyatında boyağın rənginin dəyişdirilməsini.

25. Parçaları şəkillə bəzəyən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Ədədi məmulatların rəssamın nümunəsinə görə soyuq və ya qaynar batiklə kontur boyu və ya sərbəst cədvəllə: yaylıqların, şərflərin, ləçəklərin, kaşnelərin və başqa müxtəlif növ toxucu liflərindən alınmış parçaların kiçik formalı bitki və həndəsi şəbəkəli, xırda formanın iri formalarla uyğunlaşdırılmış naxışlarla bəzədilməsi. Şablonların köməyi ilə

Naxışın konturunun yoxlanılması və əgər lazım gələrsə onun tam bəzədilib qurtarması. Məmulatların tökmə, rəngləmə və quru piltə ilə işləyib qurtarma, uyğun alətin köməyi ilə iki-üç və daha çox üstünü örtməklə rəngin çəkilməsi yolu ilə şəkillə bəzədilməsi. Əgər parçada toxuculuq qüsuru varsa - naxışların uyğun tamamlanması yolu ilə onların aradan qaldırılması.

Bilməlidir. Sərbəst cədvəllə, xırda formalı və xırda formanın bitki və həndəsi şəbəkəli iri forma ilə uyğunlaşdırılmış naxışların batiklə soyuq və qaynar şəkillə bəzədilməsinin yerinə yetirilməsinin texnikasını.

26. Parçanı şəkillə bəzəyən. 5-ci dərəcə

İşin xüsusiyyəti. Ədədi məmulatların rəssamın nümunəsinə görə soyuq və ya qaynar batiklə kontur boyu və ya sərbəst cədvəllə: yaylıqların, şərflərin, ləçəklərin, kaşnelərin və başqa müxtəlif nov toxucu liflərindən alınmış parçaların üstünün üç və daha çox dəfə “ot pyatna” (ləkədən) üsulu ilə örtməklə və quru piltə ilə rəsmin formasını və fonunu çəkməklə. Məmulatın kütləvi buraxılışı üçün cədvəl növlərinin surət-talonlarının hazırlanması. Pörtdükdən sonra məmulatın bərpa edilməsi.

Bilməlidir. Məmulatın şəkillə bəzədilməsi üçün istifadə olunan bütün üsulların texnikasını; naxışların icra edilməsi ardıcıllığını; rənglərin bədii uyğunlaşdırılmasını və naxışın formasını; pörtmədən sonra məmulatın bərpa edilməsi üsullarını.

27. Plünjerli maşının maşinisti. 6-cı dərəcə

İşin xüsusiyyəti. Patronlaşdırma xəritənin deşilməsinə, rəssamın naxışlarına görə plünjerli maşında nümunəyə naxış tikilməsi işlərinin yerinə yetirilməsi. Rəssam tərəfindən yaradılmış naxışın-naxış trafaretinin (patronun) öyrənilməsi və onun işlənib axıra çatdırılması. Kartonun seçilməsi. Naxışın jakkard kartonuna surətini çıxartma və onun toxunmanın növünü və sıxlığını, lifin növünü nəzərə almaqla naxış tikilməsi üçün qabaqcadan təyin edilmiş parça nümunəsinə köçürülməsi. Deşik açılmış xəritələrin yoxlanması. Xəritələrin avtomatik naxıştikən maşına yüklənməsi, yüklənmənin hesabatının aparılması və istehsalatın bütün texnoloji keçidlərində naxıştikmə istehsalatına yeni naxışların tətbiq edilməsi. Yükləmə xəritələrinin surətinin çıxardılması və yoxlanması. Avtomat naxıştikən maşınlar üçün jakkard xəritələrinin kolleksiyasının tərtibi.

Bilməlidir. Avadanlığın quruluşunu və işini; çertyoj və şərti işarələri, naxışın rapportunu, tikişdə tikmənin sıxlığını, hər artikul və naxış üçün naxıştikmənin enini, naxıştikmə üçün parçaların toxunmasını və quruluşunu; lifin növlərini və xətti sıxlığını; naxışı və onun kartona surətinin çıxarılma üsullarını; kartonun ölçülərini, növlərini və xassəsini; jakkard xəritələrinin kolleksiyalaşdırma və saxlama qaydasını.

28. Sapları və toxucu-xırdavat məmulatlarını yapışdıran. 1-ci dərəcə

İşin xüsusiyyəti. Yapışqanın hissələrə və parçaya sürtülməsi və onların fasonlu kartonla yapışdırılması, parçanın künclərinin əyilməsi; kişi asma qayışı və corabbağı, dizbağı üçün taxmaların əllə qayrılması. Yapışqanın hazırlanması və biçilmiş hissələrin (taxmaların) alınması. Hazır taxmaların sayılması, onların dəstə şəklində yığılması, dəstələrin bağlanması, qutulara yığılması və qəbuledənə təhvil verilməsi.

Bilməlidir. Taxmaların formalarını və təyinatını, onlar üçün tətbiq olunan parçanı; yapışqanım hazırlanması üsullarını; taxmaların keyfiyyətinə təqdim edilən tələbləri.

29. Sapları və toxucu-xırdavat məmulatlarını yapışdıran. 2-ci dərəcə

İşin xüsusiyyəti. Parça hissələrinin fasonlu kartonlara yapışdırılması və yarımavtomatlarda kişi asmaqayışı və corabbağı, dizbağı üçün taxmaların, salmaların hazırlanması; keçid aparatında eyni vaxtda rəngləməklə qablaşdırma şəridləri (tesma) üçün sapların yapışdırılması. Avadanlığın işə hazırlanması. Rənglərin, nişastanın, yapışqanın hazırlanması. Kəsilmiş hissələrin və xammalın alınması, biçilmişlərin və xammalın alınması, onların maşına yüklənməsi. Texnoloji əməliyyatın qarşısının alınması. Hazır məhsulun çıxardılması, qablaşdırılması və müəyyən olunmuş qaydada təhvil verilməsi.

Bilməlidir. Maşınların quruluşunu, əsas mexanizmlərin qarşılıqlı hərəkətini və işini; yapışdırılan sapların xətti sıxlığını və qatların sayını; taxmaların, salmaların təyinatını və onlar üçün tətbiq olunan parçaları; məmulatın növünə görə taxmaların, salmaların formasını; yapışqanın, nişastanın və rənglərin hazırlanması üsullarını; boyama, yapışdırma və qurutma qaydalarını.

30. Sinel (qotaz, saçaq və s. qayırmaq üçün məxmər qaytan) hazırlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Sinelin hazırlanması. Maşının ipliklə yüklənməsi, qarqarların dəyişdirilməsi, sinelin xovunun lazımi hündürlüklərini təmin etmək üçün ülgücün tutacağa qoyulması və onun işinin nizamlanması. Məftilin çəkilməsi; məftilli qarqarların sonlarının calanması ilə ötürücü qayışların dəyişdirilməsi. Məhsulun keyfiyyətinin yoxlanması və qüsurların qarşısının alınması və aradan qaldırılması üçün ölçü götürülməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Maşının mexanizmlərinin quruluşunu və qarşılıqlı hərəkətini; işlədilən yarımfabrikatların və xammalın xassələrini, onlara təqdim edilən tələbləri; növünü təyin etmək üçün təlimatı, avadanlığın təmizlənməsi və yağlanması qaydasını.

31. Toxuculuq-xırdavat məmulatlarının naxıştikəni. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əllə ötürücülü “Pantoqraf” maşınında parçalara və tüllərə naxışların tikilməsi. “Pantoqraf” naxıştikən maşın üçün avtomata iynələrin sapların yüklənməsi. Maşınların kətan ilə yüklənməsi. Verilən milli dəmir oxların qoyulması və çıxarılması. Qırılma yerini nişanlamaqla sapların qırılmalarının aradan qaldırılması. İynələrin saplardan təmizlənməsi. Sapların uclarının kəsilməsinin, naxışın tikilməsinin keyfiyyətinin yoxlanması. Naxış tikilmiş kətanın çıxardılmasında iştirak edilməsi. Avtomatın seçilməsi, saplı iynələrlə və qarqarlarla yüklənməsi. Saplarla yüklənmiş iynənin çıxardılması və müəyyən olunmuş qaydada təhvil verilməsi. Qarqarların dəyişdirilməsi. Nişanlanmış qüsurlarla baxılması, kətanın, məmulatların və ya kərgahın içinə yüklənməsi, kətanın saplardan təmizlənməsi, naxışların bərpa edilməsi. İynələrin və makaraların dəyişdirilməsi. Məhsulun alınması və xırda nasazlıqların aradan qaldırılması.

Bilməlidir. Maşınların quruluşunu və əsas mexanizmlərin qarşılıqlı hərəkətini; kətanın naxışlarını və şəbəkələrini, toxunmanın növlərini, çeşidini; işlədilən sapların nominal xətti sıxlığını və növlərini; iynənin nömrəsini; naxışları bərpa edənədək və ondan sonra məmulatlarım növlərinin təyin olunmasına görə təlimatını; avadanlığa qulluq etmək cədvəlini.

32. Toxuculuq-xırdavat məmulatlarının naxıştikəni. 3-cü dərəcə

İşin xüsusiyyəti. İki yaruslu əl və mexaniki ötürücülü “Pantoqraf” maşınlarında müxtəlif parçalara və tüllərə naxışların tikilməsi, tikiş maşınında pozulmuş naxışların tikilməsi və 6-9-cu sinif pərdə maşınından alınan pərdəlik tüldə, saya pambıq tüldə, arğacla toxuyan maşından pərdəlik kətanda naxışların tam bərpa edilməsi, deşilmişlərdən, hamarlayan valdan, briddən, bərkitmənin müxtəlif növlərinin səpələnmişlərindən və digər tikiş və baxyalardan təşkil olunmuş naxıştikilmiş kətanda sadə naxışların borla edilməsi; məkikli naxıştikən maşınlarda məkiyin məkik mexanizminə yüklənməsi. Kətanların naxıştikməyə hazırlanması və onların maşına yüklənməsi. Qarqaraların dəyişdirilməsi, sapların qırılmasının aradan qaldırılması, deşmənin dərinliyinin nizamlanması. Naxiştikilən məmulatların keyfiyyətinin yoxlanması və yağ ləkələrinin təmizlənməsi. Kətana baxılması, nişanlanmış qüsurların yoxlanması və pozulmuş naxışların bərpa edilməsi üsullarının təyin edilməsi. İynələrin və makaraların dəyişdirilməsi, məkiklərin makara ilə yüklənməsi. Məkikli naxıştikən maşınlarda məkiklərin dəyişirilməsi, məkik saplarımın dartılmasının nizamlanması. Yükləmədə, naxıştikilmiş kətanın diyirləndirilməsi və çıxardılmasında iştirak edilməsi.

Bilməlidir. Avadanlığın, onun mexanizmlərinin quruluşunu və onların qarşılıqlı hərəkətini, çeşidini, toxunmanın növlərini, naxışları və şəbəkələri; işlədilən sapların rəng uyğunluğunu və nominal xətti sıxlığını; deşmənin dərinliyini; Dövlət standartlarını və texniki şərtləri; maşına xidmət qaydasını.

33. Toxuculuq-xırdavat məmulatlarının naxıştikəni. 4-cü dərəcə

İşin xüsusiyyəti. Məkikli naxıştikən avtomat maşınlarında parçalara, tüllərə, trikotaj kətanına müxtəlif naxışların tikilməsi; müxtəlif ölçülü və formalı deşilmişlərdən, hamarlamadan, bridlərdə ilgəklərdən, dartılmış tikmələrdən, güpürdən və digər tikiş və baxyalardan təşkil olunmuş naxıştikilmiş kətanda mürəkkəb naxışların tam bərpa edilməsi. Verilən naxışa görə tikmə əməliyyatında avtomatın dəyişdirmə funksiyasının, xəritələrin dəyişməsinin müşahidə edilməsi. Sap qırılmalarının aradan qaldırılması, qarqarların dəyişdirilməsi. Naxiştikilən məmulatların keyfiyyətinin təyin edilməsi. Naxıştikilmiş kətanın çıxardılması, kətanın diyirləndirməklə aparılması və müəyyən olunmuş qaydada məhsulun təhvil verilməsi. Kətanın saplardan təmizlənməsi. Naxışların bərpa edilməsi üsullarının təyin edilməsi. Uzlaşdırılımış maşınlarda işləyərkən lülənin və mal vardənəsinin aqreqata qurulması, xam kətanın keyfiyyətinin yoxlanılması. Qüsurların aşkarlanması. Dövlət standartına uyğun növün təyin edilməsi və kəsiyin pasportunda qeyd aparılması. Avadanlığa qulluq edilməsi və xırda nasazlıqların aradan qaldırılması.

Bilməlidir. Avadanlığın quruluşunu, onum əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; xəritələrin yerləşdirilməsi üsullarını, naxışların növlərini və onların məmulatlarda yerləşdirilməsini; toxunmanın növlərini və çeşidini; pozulmuş naxışları bərpa edənədək və ondan sonra növünün təyini təlimatını; Dövlət standartlarını və texniki şərtləri.

34. Toxuculuq-xırdavat məmulatlarının naxıştikəni. 6-cı dərəcə

İşin xüsusiyyəti. 32-dən 38-ə qədər sap tonları işlətməklə tikiş-tikmə maşınında “baraşek”, “sepoçka” və digər işlərlə rəhbər portretinin bütüm səthi boyu naxışın tikilməsi. Bədii portretdən kalka kağızına barelyefin surətinin çıxarılması, qrafikin köməyi ilə barelyefin parçaya köçürülməsi. Etalon-nümunəyə uyğun sapların seçilməsi. İynənin, makaranın dəyişdirilməsi, sapların qırılmasının qarşısının alınması, tikiş tezliyinin və sapların dartılmasının nizamlanması. Maşıların təmizlənməsi və yağlanması.

Bilməlidir. Portret naxıştikməsini və surət çıxarılması texnikasını və fəndlərini; rənglərin uyğunluğunu və növlərini; tikişin növlərini; naxış tikən maşınların quruluşunu, işini və əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; tikmə tezliyinin və sapların dartılmasının nizamlanmasının, sapların xətti sıxlığını; avadanlığın təmizlənməsi və yağlanması qaydasımı.

35. Toxuculuq-xırdavat məmulatlarını toxuyan. 1-ci dərəcə

İşin xüsusiyyəti. Qaytandan, pambıq və kimyəvi liflərin ipliyindən saç və təsərrüfat üçün torların əl ilə toxunması. Xammalın işə hazırlanması. Keyfiyyət tələblərinə və qəbul olunmuş nümunəyə uyqun torların toxunması. Hazırlanmış torların təhvil verilməsi.

Bilməlidir. Xammalın növlərini və nominal xətti sıxlığını, toxumanın qaydasını; məmulatın nümunələrinin qurulmasını.

36. Toxuculuq-xırdavat məmulatlarını toxuyan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə sadə alətlə voleybol, basketbol, tennis üçün torların, futbol qapıları üçün torların, tor yellənciklərin, kapron və xammalın kəsilməsi, məkiyin sırılması, dartılmanın, düyünlərin, dartılma sıxlığını, gözlərinin ölçüsünü və formasını, əməliyyatın ardıcıllıqla və keyfiyyətli yerinə yetirilməsini gözləməklə torlarım toxunması. Kapron saplarından tor toxunarkən onu bərkitmək üçün düyün saplarının kəsilməsi və əridilib təmizlənməsi. Məhsulun müəyyən olunmuş qaydada yığılması və təhvil verilməsi. Tor yelləncək toxunarkən xüsusi qurğuda yelləncək üçün hamar, ensiz lövhələrin bərkidilməsi. Onun deşiyinə və kətanın hörülmüş ilmələrinə kəndirin keçirilməsi, kəndirin, telin verilən ölçüyə qədər dartılması və onların iki tərəfdən tor yelləncəyə (qamaka) bərkidilməsi, həlqələrin hazırlanması və onların içinə kouşun salınması.

Bilməlidir. Torun ölçüsünü və çeşidini, onların hazırlanması texnologiyasını; gözlərin ölçülərini və formasını; işlədilən materialların xassəsini.

37. Toxuculuq-xırdavat məmulatlarını toxuyan. 3-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sinifli və sistemli qaytan toxuyan, arğac toxuyan, saçaq düzəldən, dövr edən və aqroman maşınlarından müxtəlif növlü xammaldan yaylıqların, şərflərin, bəzək şərflərin, lentin, qaytanların, saçaqlarım və digər məmulatların toxunması. Nominal xətti sıxlığına və rənginə uyğun daxil olam xammalın keyfiyyətinin yoxlanması. İynələrin düzəldilməsi, qarqarların üzərində əriş sarıman valların, makaraların, plastinin dəyişdirilməsi. Keyfiyyətli məhsulun buraxılmasına yönəldilmiş lazımi işçi fəndlərin yerinə yetirilməsi. İşlənmiş məhsulun çıxardılması. Avadanlığın təmirə təhvil verilməsində və onun təmirdən qəbul edilməsində iştirak edilməsi. Maşınların təmir edilməsi və sürtünən səthlərin yağlanması. Yaylığın naxışını dəyişdirmək üçün sayğacın və mexanizmlərin yerinin dəyişdirilməsi.

Bilməlidir. Maşınların qurluşunu və əsas mexanizmlərinin qarşılıqlı hərəkətini, işlədilən xammalım növlərini və onların keyfiyyətinə təqdim edilən tələbləri; məmulatın yüklənməsi hesabatını və çeşidini; toxunmanın növlərini; avadanlığın təmizlənməsi və yağlanması qaydasını, dövlət standartlarını və texniki şərtləri.

38. Toxuculuq-xırdavat məmulatlarını toxuyan. 4-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif sinifli jakkard maşınla pərdətoxuyan maşınlarda, arğaclatoxuyan və əriştoxuyan maşınlarda sadə naxışlı pərdəlik kətanın və ədədi məmulatların (örtük, çiyinlik, ayaqaltı və s), müxtəlif təbii və kimyəvi liflərdən əriştoxuyan maşınlarda şəridlərin (tesma) toxunması. Texnoloji hesabata uyğun maşının yüklənməsində iştirak edilməsi. Yükləndikdən sonra məmulatın emal edilməsi. Qarqarların və üzərində əriş sarınan valların dəyişdirilməsi, sap qırılmalarının aradan qaldırılması, məmulatların sıxlığının yoxlanması, rapportuna riayət edilməsi. Məmulat qüsurlarının və sap qırılmalarının qarşısının alınmasIna görə profilaktik işlərin yerinə yetirilməsi. İynələrin düzəldilməsi və dəyişdirilməsi. Hazır məhsulun çıxardılmasında, avadanlığın təmirdən qəbul olunmasında iştirak edilməsi. Maşının təmizlənməsi və sürtünən səthlərin yatlanması. İynələrin üfürüb təmizlənməsi. Arkat qırılmalarının aradan qaldırılması, pərdə toxuyan maşınlarda işləyərkən ərişlərin emulsiyalanması.

Bilməlidir. Müxtəlif sinifli maşınların quruluşunu, əsas mexanizmlərin qarşılıqlı hərəkətini, konstruktiv xüsusiyyətlərini; toxunmanın növlərinə, naxışlarına və eninə görə yüklənmənin hesabatını; işlədilən xammalın xətti sıxlığını və növlərini; xammalın hazır məhsulun, kətanın və valın üzərinə ərişin sarınmasının keyfiyyətinə təqdim edilən tələbləri; kəsiyin uzunluğunu; ərişin seçilib ayrılması qaydasını; Dövlət standartlarını və texniki şərtləri; avadanlığın təmizlənməsi və yağlanması qaydasını.

39. Toxuculuq-xırdavat məmulatlarını toxuyan. 5-ci dərəcə

İşin xüsusiyyəti. İki jakkardlı aparatla əriştoxuyan maşınlarda mürəkkəb naxışlı pərdəlik kətanın və ədədi məmulatların (örtük, çiyinlik, ayaqaltı və başmaqları); mürəkkəb toxunmalı və müxtəlif növlü liflərdən naxışlı krujevanın; çoxdaraqlı ərişlətoxuyan maşınlarda elastiki şəridin və elastiki kətanın toxunması. Tarazlaşdıran qurğunun nizamlanması ilə üzərinə əriş sarınan valın dəyişdirilməsi və kətanın məmulatın keyfiyyətini, xammalın səmərəli sərfini, texnoloji əməliyyatın fasiləsizliyini təmin edən başqa işçi fəndlərin yerinə yetirilməsi. İlmə əmələ gətirən sistemlərin vəziyyətinə nəzarət edilməsi, iynələrlə birlikdə plastinin dəyişidirilməsi və onların düzəldilməsi, Hazır məhsulun çıxarılmasında, maşının təmirə verilməsində və onun təmirdən qəbul olunmasında iştirak edilməsi. Arkatın dartılmasının nizamlanması və qırılmasının qarşısının alınması.

Bilməlidir. Maşınların əsas mexanizmlərinin quruluşunu, təyinatını və qarşılıqlı hərəkətini; işlədilən xammalım növlərini və xassəsini; vala sarınmış ərişin və xammalın keyfiyyətinə təqdim edilən tələbləri; toxunmanın növünə, naxışına, çeşidinə və eninə görə sapların yüklənməsi hesabatını; dövlət standartını və texniki şərtləri, avadanlığın təmizlənməsi və yağlaması qaydasını.

40. Toxuculuq-xırdavat məmulatlarının termo işləyicisi. 2-ci dərəcə

İşin xüsusiyyəti. Ütüləyici-pörtücü maşında sinellərin nəm-isti işlənilməsi əməliyyatının aparılması. Sinellərin, maşınların dəstəklərində, qızdırılmış borulara və qəbuledici sarıyıcı mexanizmə yüklənməsi. Sinellərin növündən və lifin xüsusiyyətindən asılı olaraq buxarın verilməsi, qızdırmanın dərəcəsinin və nəmləşdirmənin nizamlanması.

Bilməlidir. Avadanlığın quruluşumu və onun əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; istilik qaydasını və nəmləşdirmə dərəcəsini.

41. Toxuculuq-xırdavat məmulatlarının termo işləyicisi. 3-ci dərəcə

İşin xüsusiyyəti. Verilən texnoloji qaydanı gözləməklə ütüləyici-pörtücü maşında krujevaların və başqa toxucu xırdavat məmulatların ütülənməsi əməliyyatının aparılması. Məmulatın nəql edilməsi və onların maşına yüklənməsi. Buxarın verilməsinin, qızdırma və nəmləşdirmə sisteminin nizamlanması. İşlədilən məmulatın hərəkətinin vərdənələrin müəyyən olunmuş sıxılmasının müşahidə edilməsi. Əyilmiş kənarların əmələ gəlməsinin qarşısının alınması. Qüsurlarını kəsib götürməklə məmulatın keyfiyyətinin yoxlanması. Növünün yazılması, məmulatın çıxarılması və müəyyən olunmuş yerə nəql edilməsi. Xidmət olunan avadanlığın təmizlənməsi və yağlanması.

Bilməlidir. Ütüləyici-pörtücü maşınların quruluşunu və işini, temperatur-nəmlik qaydasını, məmulatın növlərini, çeşidini və artikullarını; Dövlət standartlarını və texniki şərtlərini; müşayiətçi sənədlərin doldurulması qaydasını.

42. Hörmə maşınlarının operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif konstruksiyalı hörmə maşınlarında qaytanların, falların, şəridlərin və müxtəlif növ liflərdən və elastomer saplardan alınan krujevaların hörülməsi. Daxil olan xammalın keyfiyyətinin, nominal xətti sıxlığının uyğunluğunun yoxlanılması. Maşınların əriş sapları ilə yüklənməsi və hörülməsi. Makaraların və qarqarların dəyişdirilməsi, sapların qırılmasının qarşısının alınması, hörmənin və əriş sapların dartılmasının nizamlanması. Şişlərin, qalınlaşmanın, makaralara artıq sarılmış sapların kənarlaşdırılması. Məhsulun keyfiyyətinin yoxlanılması və dartıcı aparatın, iylərin işinin müşahidə edilməsi. Sayğacdan məhsulun istehsal göstəricisinin çıxardılması. Maşının orta və əsaslı təmirə təhvil verilməsində və onların təmirdən qəbul edilməsində iştirak edilməsi. Maşınların yelpiklənməsi və onlarım təmizlənməsi.

Bilməlidir. Maşınların quruluşunun və əsas mexanizmlərinin qarşılıqlı hərəkətinin, məmulatın çeşidini və yükləmə hesabatını; növünün təyin etmə qaydasını; avadanlığa qulluq etmə qaydasını.

43. Hörmə maşınlarının operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Hörmə maşınlarında müxtəlif növ lifdərdən xüsusi qaytanların hörülməsi. Nominal xetti sıxlığına uyğun olaraq daxil olan xammalın keyfiyyətinin yoxlanması. Maşınların yüklənməsi. Texnoloji əməliyyatın fasiləsizliyini təmin edən məhsulun keyfiyyətini və xammalın səmərəli sərfini, işçi fəndlərin yerinə yetirilməsi. Sapların qırılmasının qarşısını almaq üçün işlərin yerinə yetirilməsi.

Bilməlidir. Maşınların əsas mexanizmlərinin quruluşunu və qarşılıqlı hərəkətini; məmulatın çeşidini; artikullarını və yükləmə hesabatımı; hörmənin və əriş saplarının qırılmasını aradan qaldırarkən düyünlərin açmaq üsullarını və onların hörmə saplarının altında işlədilməsini; xammalın keyfiyyətinə təqdim olunan tələbləri.

44. Çiçəkçi. 1-ci dərəcə

İşin xüsusiyyəti. Hazırlanmış hissələrdən gövdələrin hazırlanması. Məftillərin müxtəlif materialların zolağlara kəsilməsi və onların rənglənməsi. Keyfiyyətin yoxlanılması. Müəyyən olunmuş qaydada hazırlanmış yarımfabrikatın təhvil verilməsi.

Bilməlidir. Çiçəyin hazırlanması üçün sadə köməkçi materialların hazırlanması texnologiyasını; işlədilən materialların növünü və xassəsini; alətdən istifadə qaydalarını; yarımfabrikatın keyfiyyətinin təyin edilməsi üçün təlimatı.

45. Çiçəkçi. 2-ci dərəcə

İşin xüsusiyyəti. Parçadan və digər materiallardan istilikdə işləməklə dekorativ çiçəklərin hazırlanması; çiçəyin tərkib hissələrini; erkəkciyi, yarpaqları, özək hissəsini. Çiçəyin növündən və hissənin işlədilməsindən asılı olmayaraq bir, iki kəsilmiş hissədən çiçəyin yığılması. Məftil əsasında sinel kəsiklərindən budağın hazırlanması. Hazırlanmış hissələrin alınması.

Bilməlidir. Çiçəyin hazırlanması texnologiyası; işlədilən materialların xassələrini; çiçəyin tərtib edilməsi fəndlərini; hazırlanan məmulatların çeşidini; Dövlət standartlarını və texniki şərtləri.

46. Çiçəkçi. 3-cü dərəcə

İşin xüsusiyyəti. Parçadan və digər materiallardan (vəsaitlərdən) istiliklə işləməklə dekorativ çiçəklərin, toy və bəzək üçün çiçəklərin və buketlərin, toy üçün əklillərin, karkasda çiçəklərin, ayrı-ayrı hissələrin bədii rənglənməsi ilə qayrılması, düzəldilməsi. Boyağın tərtibi, hissələrin istiliklə işlənməsi və bədii rənglənməsi. İstiliklə işləməklə və ya toxuma üsulu ilə erkəkciyin, özək hissəsinin düzəldilməsi. Hissələrin işlənməsindən asılı olmayaraq üç və çox hissələrin biçilməsindən çiçəklərin yığılması. Budaqların, buketlərin, əklillərin yığılması.

Bilməlidir. Bütün növ çiçəklərin düzəldilməsi texnologiyasını; işlədilən materialların və boyaqların xassəsini; qurğulardan istifadə etməyin qaydasını; çiçəklərin və buketlərin bədii tərtibi və düzəldilməsi fəndlərini.

47. Çiçəkçi. 4-cü dərəcə

İşin xüsusiyyəti. Toxunma karkasda toy üçün şlyapaların və əklillərin, mərasim üçün məmulatların (əklilləri, süni çiçəklərdən səbətdə dekorativ buketləri və başqa) düzəldilməsi. Karkasın toxunması, dekorativ elementlərin hazırlanması. Toxuma karkaslara toy əklillərinin və şlayapaların və mərasim üçün məmulatların tərkib hissələrinin yığılması.

Bilməlidir. Toy və mərasim üçün məmulatların yığılması və düzəldilməsi və məmulatların tərtib olunması fəndlərini.

48. Şəbəkə kəsən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Kəsici maşında eyni vaxtda krujevanın (torun) keyfiyyətini və diyirlənməsini yoxlamaqla, kontur boyu krujevanın (torun) şəbəkələrinin qurulması, əl ilə şəbəkənin kəsilməsi. Sayğacın göstərişinə görə krujevanın diyirlənməsi uzunluğuna, sıxlığına, şəbəkənin kəsilməsinin keyfiyyətinə nəzarət edilməsi. Şəbəkənin dəqiq kəsilməsinin nizamlanması. Qüsurların aşkarlanması, onların kəsilməsi və krujevanın sonlarının birləşdirilməsi. Dövlət standartına uyğun krujevanın növlərinin təyin edilməsi. Hazır məhsula etiketin qeyd edilməsi. Məhsulun çıxardılması və yerləşdirilməsi. Maşınların təmizlənməsi və sürtünən səthlərin yağlanması.

Bilməlidir. Avadanlığın quruluşunu və onun əsas mexanizmlərinin qarşılıqlı hərəkətini; krujevanın çeşidini; krujevanın şəbəkəsinin kəsilməsi, diyirlənməsi, damğalanması və müşayiət edici sənədlərin rəsmiləşdirilməsi qaydasını; qoyulmuş diyirlətmənin uzunluğunu; Dövlət standartlarını və texniki şərtləri.

49. Ştamplayıcı. 1-ci dərəcə

İşim xüsusiyyəti. Əl və ya mexaniki ştamplarda parça və digər materiallardan çiçəklərin hissələrinin yumurtavari, dairəvi və digər xətlərin ştamplanması, çiçək hissələri üçün işlədilən materialların keyfiyyətinin və ştampının vəziyyətinin yoxlanılması. Ştampın qurulması və vəziyyətinin nizamlanması. Müəyyən olunmuş qaydada tədarük edilmişin təhvil verlməsi.

Bilməlidir. Ştampın təyinatını və iş prinsipini, onlara qulluq etmə qaydasını və qurulma üsullarını; hissələrin ştamplanması fəndlərini; tədarük etmə növlərini; işlədilən materialların xassəsini.

50. Ştamplayıcı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl və ya mexaniki ştamplarda dəridən salma hissələrin, poqonlar üçün kartonun, asmaqayışların ştamplanması. Taxmanın vəziyyətinin yoxlanılması.

Bilməlidir. Ştampın quruluşunu; hissələrin ştamplanması üsullarını; tədarük etmə növlərini; işlədilən materialların xassələrini.

51. Ştamplayıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Kəsici yerli. preslərdə müxtəlif materiallardan çiçək hissələrinin ştamplanması. Zərbəvuranın qurulması və hündürlüyünün nizamlanması. Materialın zərbvuranın altına qoyulması. Hissələrin vurulub deşilməsi. Hissələrin vurulub deşilmiş xətlərinin keyfiyyətinə, komplektliyinə nəzarət edilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu, iş prinsipini, onun istismarı qaydasını; daxil olan materialların xassələrini və onların işlədilmə normasını; rasional biçmənin üsullarını; məmulatın yarılıb çıxarılmış hissələrinin sayını, ölçülərini, növlərini, onların konfiqurasiyasını; materiallara və yarılıb çıxarılmış hissələrə görə Dövlət standartlarını və texniki şərtləri.

Dərəcə-lər dia-pozonu

İndiyədək qüvvədə olan peşələrin adları (rusca)

Qaytanlara ucluqlar taxan

Набивальщик наконечников на

Qan damarı protezlərinin büzməçisi

Гофрировщик протезов кровеносных сосудов

Məmulatları və kətanı əridib təmizləyən

Оплавщик полотна и изделий

“Pantoqraf” naxıştikən maşının maşinisti

Машинист вышивальной машины “Пантограф”

Parçaları şəkillə bəzəyən

Plunjerli maşının maşinisti

Машинист плунжерной машины

Sapları və toxucu-xırdavat məmulatlarını yapışdıran

Склеивальщик нитей и текстильно-галантерейных изделий

Изготовитель синельки

Toxucu-xırdavat məmulatlarının naxıştikəni

Вышивалыщица текстильно-галантерейных изделий

Toxucu-xırdavat məmulatlarının toxuyan

Вязальщица текстильно-галантерейных изделий

Toxucu-xırdavat məmulatlarının termo işləyicisi

Термоотделочник текстильно-галантерейных изделий

Hörmə maşınlarının operatoru

Оператор плетельной машины

Вырезальщица фестонов

1. Vatilin yapışqanlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı yapışqanlayıcının rəhbərliyi altında yapışqanlı-quruducu maşında vatilinin tərs üzünün yapışqanlanması və quruması əməliyyatının aparılması, baka yapışqanlı emulsiyanın doldurulması, köpüyü qarışdırmaq üçün mexanizmin işə salınması. Hərəkət edən vatilin kətanının bütün sahəsinə məhlulun bərabər bölüşdürülməsi, vatilinin qopmalarının qırılmalarının ləğv edilməsi. Kətanın keyfiyyətli yapışqanlanmasına nəzarət edilməsi, maşının təmizlənməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu, istismarını və ona qulluq qaydasını, yapışqanlı məhlul çəkilməsinin normasını, hazır vatilinin keyfiyyətinə təqdim edilən tələbləri, vatilinin qopmalarının və qırılmalarının ləğv edilməsi fəndlərini.

2. Vatilin yapışqanlayan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Quruducu-yapışqanlayıcı maşında vatilinin sağ üzünün yapışqanlanması əməliyyatının aparılması. Maşının işə hazırlanması: yapışqanlı emulsiyanı bişirmək, böyük qabların komponentlərlə doldurulması, hazırlanmış buxarın buraxılması, emulsiyanın bişirilməsi, emulsiyanın maşının yanına gətirilməsi, maşının quruducu hissəsinin qızdırılması. Qurudumu yapışqanlayıcı maşında qidalandırıcı məhəccərin üzərinə lif zolağının döşənməməsi, onun uç-uça yüklənməsi. Hərəkətdə olan vatilin kətanının bərabər yapışqanlanması. Yapışqanlanan vatilinin, maşının quruducu hissəsinə daxil olan hazır vatilinin keyfiyyətinin müşahidə edilməsi. Qopmaların ləğv edilməsi. Quruducunun istliyinin tənzimlənməsi, hazır məhsul lüləsinin çıxarılması. Qidalandırıcı silindrin təmizlənməsi. Aşağı ixtisaslı yapışqanlayıcılara rəhbərlik etməsi.

Bilməlidir. Xidmət edilən avdanlığın quruluşunu, istismarını və ona qulluq qaydasını; vatilinin keyfiyyətinə təqdim edilən tələbləri; yapışqan məhlulunun hərəkat edən vatilin kətanının üzərinə yaxma normasını; yapışqan məhlulunun nüsxəsini və hazırlama üsullarını; lif zolağının uc-uca gəlməsi qaydasını; kətanın qopma və qırılmasının ləğv edilməsi, hazır vatilinin çıxarılması; quruducu maşından vatilinin keçmə sürətinin tənzimlənmə qaydasını; vatilinin quruma qaydasını.

3. Yuyucu-sıxıcı aqreqatın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Yuyucu-sıxıcı aqreqatla birləşmiş quruducu aqreqatda pambığın yumşaldılması, sıxılması və qurudulması əməliyyatının yerinə yetirilməsi. Vannaların su ilə doldurulması və pambıqla yüklənməsi. Vaxtaşırı suyun dəyişdirilməsi. Suyun müəyyən olunmuş səviyyəsinin saxlanması. Aqreqatın bərabər pambıqla qidalanmasının təmini və istifadə olunmamış pambığın müəyyən olunuş yerlərə daşınması. Normal sıxılmanın təmin olunması. Sıxılmış pambığın bərabər avtoqidalandırıcıya verilməsi. Ağardılmamış məhsulun saf-çürük edilməsi.

Bilməlidir. Xidmət olunan aqreqatın quruluşunu, istismarını və ona qulluq qaydasını, pambığın yumşalması, sıxılması və qurudulması qaydasını; aqreqatda sıxılma dərəcələrini və avtoqidalandırıcı işçi üzvlərinin, sürətlərinin tənzimlənməsi fəndlərini; yuyulmada istifadə edilən kimyəvi materialların xassəsini.

4. Yumşaldıcı-didici aqreqatın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Axın xəttinə daxil olan yumşaldıcı-didici aqreqatda pambığın və qarışığın digər komponentlərinin (lent tullantılarının) ilkin yumşaldılması, təmizlənməsi və didilməsi əməliyyatının yerinə yetirilməsi. Pambığın və qarışığın digər komponentlərinin qidalandırıcı-quraşdırıcının qidalandırıcı məhəccərinin üzərinə döşənməsi. Qoyulanların bərabər qarışdırılması və düşürülməsinin təmini. Aqreqatın yumşaldıcı maşınlarının və lifsiz didici maşınlarının fasiləsiz olaraq qidalandırılması. Aqreqatın maşınlarında qarışığın yumşaldılması və didilməsi əməliyyatının, pnevmonəqliyyatın işlərinin müşahidə edilməsi. Pnevmosistemin köməyi ilə əllə maşınların altından tullantıların vaxtaşırı uzaqlaşdırılması. Müəyyən olunmuş cədvələ əsasən maşınlara qulluq edilməsi.

Bilməlidir. Xidmət edilən avadanlığın quruluşunu; avadanlığın istismarını və ona qulluq qaydalarını. Emal üçün daxil olan xammalın adını, növləşdirmənin tərkibini; tullantının çıxım normasını; işlədilən xammalın keyfiyyətinə təqdim edilən tələbləri.

5. Pambıq qatını kəsən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl və ya kəsici maşınla vatniklərin pambıq qatının kənarlarının kəsilməsi. Texniki şərtlərə uyğun vatniklərin müəyyən olunmuş sayda hissələrə kəsilməsi. Vatniklərin qəfəslərə yığılması. Bıçağın itilənməsi.

Bilməlidir. Kəsici maşının quruluşunu; istismarı və ona qulluq qaydalarını, vatniklərin kənarlarının vurulması, kəsilməsi qaydasını, vatniklərin hazırlanmasının texniki şərtlərini hazırlanan hissələrin çeşidlərini, vurularkən hissələrin çertyojunu.

6. Pambıq boşaldan. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xam pambığın boşaldılması və sonrakı emal üçün eyni vaxtda əl ilə və ya hidromonitor vasitəsilə ağarmayan pambığı seçməklə onun nəqlediciyə verilməsi. Xarici görünüşünə görə pambığın ağardılma keyfiyyətinin təyin olunması. Ağarmayan pambığın yenidən emal üçün xüsusi böyük qablara doldurulması. Nəqlediciyə xidmət edilməsi və böyük qabların (canların) təmizlənməsi.

Bilməlidir. Pambığın boşaldılması və növləşdirilməsinin qaydasını. Ağardılmış pambığın keyfiyyətinə təqdim edilən tələbləri, xarici görünüşünə görə ağartma keyfiyyətinin təyin edilməsi üsullarını. Pambığa təqdim olunan Dövlət standartlarını və ya texniki şərtləri. Nəqledicinin və hidromonitorun istismar qaydasını və ona qulluğu.

7. Pambıq süzgəclərini ştamplayan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Pambıq süzgəclərinin ştamplama presində hazırlanması. Döşəmənin verilməsi, əl ilə bıçağın quraşdırılması. Süzgəclərin kəsilməsi. Kəsilmiş dəstlərin stol üzərinə saf-çürük edilməsi üçün verilməsi. Kəsilmiş - süzgəclərin keyfiyyətinin və presin işinin müşahidə edilməsi. Presin cari təmiri, sazlanması və tənzimlənməsi. Presin profilaktik baxışının keçirilməsi. Təmirdə və təmirdən sonra qəbul edərkən qüsur cədvəlinin tutulmasında iştirak edilməsi. Tullantının yığılması və təhvil verilməsi. Sürtülən səthlərin yağlanması.

Bilməlidir. Xidmət edilən presin quruluşunu, istismarı və qulluq qaydalarını; filtrlərin hazırlanması texnoloji əməliyyatlarını. İşlədilən xammalın növünü. Süzgəclərə verilən Dövlət standartlarını. Presin korlanma səbəblərini və onların qarşısının alınması üsullarını. Presin təmirə verilməsinin təlimatı və qaydalarını.

8. Pambığı sterilizasiya edən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Yüksək ixtisaslı sterilizasiya edənin rəhbərliyi altında pambıq məmulatlarının qazanlarda sterilizasiya edilməsi əməliyyatının aparılması. Qazanların və arabacığın işə hazırlanması, armaturların yoxlanması. Məhsulların arabacığa yüklənməsi. Arabanın gətirilməsi və qazanın içinə qoyulması. Qazanların boşaldılması, sterilizə edilmiş məhsulu saf-çürük etmək üçün monorelslərlə qəfəslərə və boş arabalara onların doldurulması üçün verilməsi. Qazanların təmizlənməsi.

Bilməlidir. Qazanlarla, buxar qəbuledicilərlə onlara quraşdırılmış armaturlarla davranış qaydasını; sterilizasiya etmənin texnoloji qaydasını, sanitar və gigiyena qaydasını. İstehsal olunacaq məhsulun çeşidini və onun qazana bir dəfədə yüklənmək miqdarını; sterilizasiya olunan pambığın qablaşdırılmasının keyfiyyətinə təqdim edilən tələbləri; buxarın təzyiqinin normasını.

9. Pambığı sterilizasiya edən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Qazanlarda pambıq məmulatlarının sterilizasiya edilməsi əməliyyatının aparılması. Qazanların və armaturların saz olmasının müşahidə edilməsi. Qazanların yüklənməsi və üfürülməsi, qazanlara buxarın buraxılması. Qazanlarda müəyyən olunmuş texnoloji qayda ilə sterilizasiya edilmə müddətinə buxarın təzyiqi və istiliyinə riayət edilməsi. Sterilizasiya etmə əməliyyatının sonunda buxarın buraxılması və qazanların soyudulması. Sterilizasiya etmə hesabının aparılması. Qazanların təmizlənməsi. Aşağı ixtisaslı sterilizasiya edən işçilərin işinə rəhbərlik edilməsi.

Bilməlidir. Məhsulların çeşidini, onun təyinatını və bir dəfədə qazana yüklənən məmulatların miqdarını; sterilizasiya etmənin texnoloji qaydasını. Qazanlarla, buxar qəbuledicilərlə və ona quraşdırılmış armaturlarla davranış qaydalarını; buxarın təzyiqinin son həddə çatma normasını. Sanitar və gigiyena qaydalarını; sterilizasiya olunmuş pambığın qablaşdırılımasının keyfiyyətinə təqdim edilən tələbləri.

10. Pambığı çəkib-bükən. 2-ci dərəcə

İşin xüsusiyyəti. Pambığın tapşırılmış çəkidə əllə çəkib-bükülməsi. Pambıq təbəqələrinin iş yerinə gətirilməsi; onların qatlanması və qüvvədə olan Dövlət standartlarına uyğun çəki müxtəlifliyinə görə bölünməsi. Pambığın çəkilməsi, onun lüləli maşının və yarımavtomatın Qidalandırıcı stoluna verilməsi. Müxtəlif çəkili pambığın növçaya qoyulması və onların lüləli maşının və ya yarımavtomatik valının altına gətirilməsi. Pambıq dəstlərinin əmələ gölməsi əməliyyatının müşahidə edilməsi. Çəki işinin dəqiqliyinin yoxlanması,

Bilməlidir. Xidmət etdiyi avadanlığın quruluşunu, istismarını və ona qulluq etmə qaydasını, istehsal olunmuş pambığın çeşidini. Dövlət standartlarını və texniki şərtləri, pambığın keyfiyyətinə və. çəkilib bükülməsinə təqdim edilən tələbləri; tərəzidən istifadə qaydasını.

11. Darayıcı-ikiləyici aqreqatın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Darama və ikilətmə aqreqatında süzgəc istehsal edərkən daranma və daranmış liflərin tənzif ilə ikilətməz əməliyyatının aparılması. Aqreqatın işə hazırlanması; darayıcı maşının lif zolağı ilə yüklənməsi, tikiş maşının yüklənməsi. Daranmışın keyfiyyətinin, pambığın dəyişdiricinin üzərinə döşənməsinin, süzgəclərin kənarlarının kəsilməsi və bükülmƏsinin yoxlanması; tikiş maşınında bıçağın yoxlanması; pambığın daranma və ikilətmə qırılmalarının aradan qaldırılması; süzgəcin kənarlarının düzəldilməsi; kətanda çirkli yerlərin ləğv edilməsi. İşlənmiş süzgəc lüləsinin çıxarılması, stolu üzərinə qoyulması, mal valının mal nizamlayıcısının sıxıcısında qurulması. Yeni süzgəc lüləsinin yüklənməsi. Kətanın kənarının yığılması və onların yenidən işləməyə verilməsi.

Bilməlidir. Xidmət olunan aqreqatın quruluşunu, istismarını və ona qulluq qaydasını, süzgəc istehsalında əsas yükləmə parametrlərini; tikiş sapını, lifin növü və xətti sıxlığını. Dövlət standartlarını, süzgəclərin keyfiyyətinə təqdim edilən tələbləri.

12. Tiftik və tullantıları Yığan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Vaxtaşırı tiftik və tullantıların darayıcı maşınların altından əl və ya pnevmatik sistemin köməyi ilə kürünüb yığılması və kənar edilməsi. Tiftiyin və tullantıların ayrılmasını müşahidə etmək. Tiftiyin və tullantıların kisələrə növlərinə görə yığılması və müəyyən olunmuş yerə daşınması.

Bilməlidir. Darayıcı maşınların altından tiftiyin və tullantıların yığılması yerini. Tiftiyin və tullantılarım növünü və çıxım normasını. Darayıcı maşının dolanma yolunu.

Vatilin yapışqanlayan

Проклеивальщик ватилина

Yuyucu-sıxıcı aqreqatın operatoru

Оператор мойно-отжимного

Yumşaldıcı-didici aqreqatın operatoru

Оператор разрыхлигельно-

Pambığı sterilizasiya edən

Darayıcı-ikiləyici aqreqatın operatoru

Оператор чесально-дублировочного агрегата

Tiftik və tullantıları yığan

Выгребальщик пуха и отходов

1. Bitki keçəsinə iynə batıran. 2-ci dərəcə

İşin xüsusiyyəti. Bitki keçəsinin iynə batıran maşında istehsalı, çətənə, kətan liflərinin lüləyə yüklənməsi, tənziflə təkrar yüklənməsi və döşənmənin bərabərlişdirilməsi. İynə batırma əməliyyatının müşahidəsi. Lifin çıxarılması və döşəmə stoluna gətirilməsi. Maşına qulluq edilməsi.

Bilməlidir. Avadanlığın quruluşunu, ona xidmət qaydasını, tənzifin artikulunu, çətənə, kətan liflərinin xüsusiyyətlərini və növünü, lülənin çıxarılması və yüklənmə fəndlərini.

2. Bitki keçəsini presləyən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Mexaniki və hidravlik preslərdə bitki keçələrinin q oyulmuş ölçüdə və çəkidə taylara preslənməsi. Lentli-biçici dəzgahda keçə məmulatlarının lazımi ölçüdə kəsilməsi. Dövlət standartlarına uyğun olaraq plastinlərin (lövhələrin) dəstələşməsi (komplektləşməsi), qablaşdırılıması və damğalanması. Qablaşdırma üçün qablama materialların (torların) hazırlanması. Tullantıların yığılması və təhvil verilməsi. Bıçağın itilənməsi. Avadanlığın təmizlənməsi və ona qulluq edilməsi.

Bilməlidir. Presin və lentli-biçici dəzgahın quruluşunu və təyinatını, ona qulluq qaydasını, presin təzyiqinin buraxıla bilmə həddini, bitki keçələrinin qablaşdırılması və damğalanması qaydasını, keçə məmulatlarının keyfiyyətinə təqdim edilən tələbləri, plastilinin və bitki keçələrinin komplektləşməsinə, damğalanmasına və qablaşdırmasına təqdim edilən dövlət standartlarının tələblərini.

3. Vatinçi. 3-cü dərəcə

İşin xüsusiyyəti. İynədələn aqreqatda vatin istehsalı. Əsas parçanın hazırlanması və onun yüklənməsi. Darayıcı maşının ölçüçəkən bunkerinə lifin doldurulması. Əsas parçanın konveyerin iynələrində fasiləsiz dəlinməsinin təmin edilməsi. Lifli qatların bərabər formalaşması əməliyyatının müşahidə edilməsi. İşlənmiş vatin lüləsinin çıxarılması və yenisinin yüklənməsi. Maşının yellənməsi və tullantıların yığılması.

Bilməlidir. İynədələn aqreqatın quruluşunu, hissələrinin və mexanizmlərinin qarşılıqlı hərəkətini, onlara qulluq qaydasını. Yükləmə qaydasını və əsas parçanın və vatinin keyfiyyətinə təqdim edilən tələbləri. Tullantıların növünü və normasını, onların ixtisar olunması tədbirlərini,

4. Darayıcı-hörücü avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Darayıcı-hörücü avadanlıqların bütün növlərində toxunmayan kətanın və vatinlərin istehsalı əməliyyatının aparılması. Darama və hörmə əməliyyatının, əriş valından illiyin və sapın üzərinə əsas (karkas) zolağın bərabər düşməsinin, əriş sarınan valın, makaranın, avtomat qidalandırıcıya lif qarışığının verilməsinin müşahidə edilməsi. Darayıcı maşının özüçəkən bunkerinin doldurulması və ya avadanlığın lif zolağı ilə yüklənməsi. Makara saxlayanda makaraların qoyulması, dəyişdirilməsi. Daranmış ipliyin qırılmalarının ləğv edilməsi. Avadanlığın əsas polotno ilə yüklənməsi. İynənin və platinin dəyişdirilməsi, iynənin düzəldilməsi. İşlənmiş kətanın çıxarılması, çəkilməsi və damğalanması. Cədvələ uyğun avadanlığın təmizlənməsi və yellənməsi, sarğıların çıxarılması, tullantıların yığılması.

Bilməlidir. Avadanlığın əsas mexanizmlərinin quruluşunu və qarşılıqlı hərəkətini, onun sinfini, onlara qulluq qaydasını, toxunmayan kətan istehsalı əsas yükləmə məmulatlarını, lif zolağının tikiş sapının (ipliyin) xətti sıxlığını. hörmənin növünü, əsas (karkas) kətanın artikulunu, məhsulun texniki şərtlərini, toxunmayan kətanın keyfiyyətinə təqdim edilən tələbləri, zolağın keyfiyyətinin təyin qaydasını və təlimatını, tullantıların növünü və normasını və omların ixtisarı tədbirlərini.

5. İynədələn avadanlığın operatoru, 4-cü dərəcə

İşin xüsusiyyəti. Bütün iynədələn avadanlıqlarda toxunmayan kətanların hazırlanması əməliyyatının aparılması. Xidmət olunan avadanlığın sazlığının yoxlanması, Darayıcı maşının bunkerinin lif qarışıqları ilə yüklənməsi. Daranma əməliyyatının və lifli zolağın əmələ gölməsini, iynə plankasının vəziyyətini, diyirlətmə qurğusunun işinin müşahidə edilməsi, iynədələn maşına zolağın yüklənməsi. İynədələn maşına lifli zolağın verilmə sürətinin və onun dəlinmə dərinliyinin tənzimlənməsi. Darama qırılmalarının, lifli zolağın qırılmasının və lifli zolağın qopmalarının ləğv edilməsi. İşlənmiş lülənin çıxarılması və yüklənməsi. Təkrarlanarkən iynədələn maşına ərişin yüklənməsi. Lülənin çəkilməsi və damğalanması. Əsas kətanın dəyişdirilməsi. Avadanlığa qulluq edilməsi.

Bilməlidir. Avadanlığın quuluşunu, əsas mexanizmlərinin qarşılıqlı hərəkətini və işini, Toxunmayan kətan istehsalının əsas yüklənmə məmulatlarını, toxunmayan kətanın keyfiyyətinə təqdim edilən tələbləri, toxunmayan kətan istehsalı üçün işlədilən liflərin növünü və xassəsini, iynədələn maşına lifli zolağın yüklənməsi qaydasını. Daranmanın fəndlərini, tullantıların növünü və normasını və onların ixtisarı tədbirlərini, avadanlığa qulluq qaydasını.

6. İynədələn avadanlığın operatoru. 5-ci dərəcə

İşin xüsusiyyəti. Axın xəttinin tərkibinə daxil olan avadanlıqlarda lifli zolağın təkrarlama və iynədəlmə texnoloji əməliyyatının pultdan idarə olunmasının aparılması, Avadanlığın işə hazırlanması, xidmət edilən avadanlığın və yoxlama-ölçü cihazlarının sazlığının yoxlanması. İdarəetmə pultunda qurulmuş cihazaların göstəriciləri ilə təkrarlanma və iynədəlmə əməliyyatının müşahidəsi. Lifli zolağın verilməsi sürətinin tənzimlənməsi. Lifli zolağın qalınlığının və buraxılan məhsulun keyfiyyətinin yoxlanması. Bütün hissələrdə və mexanizmlərdə işin sinxronluğunun (eynizamanlığının) tənzimlənməsi. Jurnalda texnoloji əməliyyatın gedişinin qeyd olunması. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Bütün axın xəttinin quruluşunu, iş prinsipini və qarşılıqlı hərəkətini, buraxılan məhsulun keyfiyyətinə təqdim edilən tələbləri və avadanlığa qulluq qaydası cədvəlini, idarəetmə pultunda qurulmuş yoxlama-ölçü cihazlarının quruluşunu və təyinatını, məhsulun texniki şərtlərini. Avadanlığın işində sinxronluğun təmin edilməsini.

7. Yapışqanlayan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Toxunmayan kətanların, süni xəzlərin tərs uzunun, xalça və xalça məmulatlarının quruducu-vulkanizasiyalı maşında məhlulla yapışqanlanması əməliyyatının aparılması. Kətanın, süni xəzin, xalçanın, xalça məmulatlarının maşına verilməsinin, yapışqan məhlulunun kətana keyfiyyətli yaxılmasının müşahidəsi. Əl ilə (fırça ilə) buraxılmış yerlərin yapışqanlamaqla aradan qapdırılması. Maşının yapışqan təknəsinə yapışqan məhlulunun verilməsinin tənzimlənməsi. Makara yığanın makaralarla yüklənməsi, maşında və makara yığanda ipliyin qırılmasının ləğv edilməsi. İşlənmiş kətanın çıxarılması. Qoyulmuş cədvəldə uyğun maşının təmizlənməsi.

Bilməlidir. Maşının quruluşunu və işini və ona qulluq qaydasını, yapışqanlanmanın keyfiyyətinə təqdim edilən tələbləri, yapışqanlayan məhlulun xassələrini, kətanın dartılma və verilmə qaydasını, ipliyin xetti sıxlığını.

8. Yapışqlayan avadanlığın operatoru. 3-cü dərəcə

İşin xüsusiyyəti. Məsafəli avtomatda idarəetmə pultun vasitəsi ilə lifli, zolağın alınması texnoloji əməliyyatının aparılması. Yapışqanlanan kətanın mal valına diyirlənməsi. Daha yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi altında darayımı maşının və yapışqanlayan avadanlığın buraxılmış hissəsinə xidmət edilməsi. Liflərin darayıcı və maşının avtoqidalandırıcısına bərabər daxil olmasının darama əməliyyatının, sayğacın göstəricisinə görə kətanın uzunluğunun müşahidə edilməsi. Xəttin işinin, titrəyək qidalandırıcı, darayıcı maşın diyirlədici qurğu idarəedici (pult) ilə idarə olunması. Lifli zolağın qırılmalarının ləğv edilməsi, Mal valının qalxma səviyyəsinin, bıçağın işinin tənzimlənməsi. İşlənmiş kotanın çıxarılması, çəkilməsi, qablaşdırılması və damğalanması. Kətanın yoxlanılması. Maşının təmizlənməsi.

Bilməlidir. Yapışqanlayan avadanlığın quruluşunu, onun təyinatını və işçi üzvlərinin qarşılıqlı hərəkətini, ona qulluq qaydasını. Yapışqanlı kətan hazırlanmasının texnoloji əməliyyatını, yapışqanlı kətanın və lifli zolağın keyfiyyətinə təqdim edilən tələbləri. İdarəedicinin (pultun) idarəetmə sxemini və onunla işləmə qaydasını. İşlənmiş kətanın çıxarılma fəndlərini. İşlənilən xammalın növü və keyfiyyətinə təqdim edilən tələbləri.

9. Yapışqanlayan avadanlığın operatoru. 4-cü dərəcə

İşin xüsusiyyəti. Yapışqanlayan avadanlıqların bütün növlərində lifli zolağın. qurudulması əməliyyatının aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında yapışqanlanması. Hopdurucu maşının və bütün çəkib vurma sisteminin, qurudumu kameranın (maşının) işə hazırlanması. Lifin bərabər fasiləsiz olaraq verilməsinin, quruducuda buxarın, lifli zolağın hopdurucu maşından səpələyici qurğu ilə kameraya daxil olmasının və keçməsinin, idarəedicidə (pultda) quraşdırılmış ölçü cihazlarının göstəricisi ilə quruducunun müşahidə edilməsi. Hopdurucu maşına əlaqələndirici tərkibin və çiləyici qurğu vasitəsi ilə kameraya havanın, quruducu maşına (kameraya) kətanın, kalandrlara (hamarlayan maşınlara) istiliyin verilməsinin tənzimlənməsi. Lifli zolağın və kətanın qırılmasının, əlaqələndirici tərkiblə hopdurucu maşının torunun tıxanmasının qarşısının alınması. Lifli zolağın bərabərliyinin yoxlanması. İşlənmiş əlaqələndirici tərkibin tökülməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Hopdurma maşının, quruducu kameranın, kalandrın (hamarlayıcı maşının) iş prinsipini və quruluşunu, onlara qulluq qaydasını, yapışqanlanmanın və qurumanın texnoloji qaydasını, qəbul edilən kimyəvi materialların xassəsini, əlaqələndirici tərkibin nüsxəsini, yoxlama-ölçü cihazlarının təyinatını və quruluşunu.

10. Yapışqanlayan avadanlığın operatoru. 5-ci dərəcə

İşin xüsusiyyəti. Yapışqanlayan avadanlıqların bütün növlərində lifli zolağın əmələ gəlməsi və yapışqanlanması əməliyyatının aparılması. Avadanlığın işə salınmasına hazırlıq, yapışqanlayan avadanlığın və yoxlama cihazlarının sazlığının yoxlanması. Əlaqələndirici tərkiblə işçi bakların (böyük qabların) doldurulmasına qoyulmuş qaydalara riayət edilməsinin yoxlanması. İdarəetmə pultunda qoyulmuş cihazaların hərəkətinin müşahidə edilməsi. Yapışqanlayan avadanlığın bütün bölmələrində işin sinxronluğunun (əməliyyatın vaxt etibarı ilə tam uyğunluğu) təmin edilməsi, lifli zolağın yapışqanlanması əməliyyatının yoxlanması. Aşağı ixtisaslı operatorun işinə rəhbərlik edilməsi.

Bilməlidir. Yapışqanlayan avadanqlığın bütün bölmələrində quruluşunu, iş prinsipini və qarşılıqlı hərəkətini, avadanlığa qulluq qaydasını və cədvəlini, xammalın əlaqələndirici tərkibin, elektrik enerjisinin, sıxılmış havanın normasını. Yapışqanlama texnologiyasının qaydasını, tətbiq edilən kimyəvi materialların xassələrini, kimyəvi materiallarla davranış qaydasını, əlaqələndirici tərkibin qatılığını və nüsxəsini, lifli materialların keyfiyyətinə təqdim edilən tələbləri, avadanlığın işinin sinxronluğunun təmin edilməsi qaydasını.

11. Termobərkidici avadanlığın operatoru. 5-ci dərəcə

İşin xüsusiyyəti. Termobərkidici avadanlıqda toxunmayan kətanın istiliklə bərkidilməsi əməliyyatının idarəedici (pultu) ilə aparılması. Avadanlığın işə hazırlanması, maşın və yoxlama-ölçü cihazlarının sazlığının yoxlanması. Avadanlığın yüklənməsində iştirak edilməsi. Kətanın uzunluğunun və eninin, məhsulun keyfiyyətinin, teflon və silikon lentlərinin gərginliyinin, kalandrların (kətanın hamarlanması) qızdırıcı sistemlərinin yoxlanması. Kətanın hərəkət sürətinin, istilik qaydasının, təzyiqinin, yağın səviyyəsinin, havanın soyuducuya verilməsinin tənzimlənməsi. İdarəetmə pultunda qurulmuş cihazların göstəriciləri ilə istiliklə bərkitmə əməliyyatının və Yağ stansiyasının işinin müşahidə edilməsi. Avadanlığın təmizlənməsi.

Bilməlidir. Termobərkidici avadanlığın quruluşunu, qarşılıqlı hərəkətini və işini, ona qulluq qaydasını, toxunmayan kətanın keyfiyyətinə təqdim edilən tələbləri, istiliklə bərkitmə texnologiyasının qaydasını, idarəetmə pultunda qurulmuş yoxlama-ölçü cihazlarının quruluşunu və təyinatını.

12. Termoqısaldıcı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Termoqısaldıcı kamerada lifli ərişin qısalması (kiçilməsi) əməliyyatının aparılması. Yarımfabrikat lüləsinin açılma qurğusuna qoyulması, onun yükləyici sonluğa tikilməsi. Lülənin istilikdə qısaldıcı kameradan buraxılması. İstilik kamerasının istiliyinin, lifli ərişin dartılmasının, açma qurğusunun sürətinin tənzimlənməsinin müşahidə. edilməsi. Ərişin qısalma faizinin yoxlanması, hazır lülənin çıxarılması, çəkilməsi və damğalanması. Müəyyən olunmuş cədvələ görə maşının təmizlənməsi.

Bilməlidir. Termoqısaldıcı kameranın quruluşunu və yoxlama-ölçü cihazalarının təyinatını, avadanlığa qulluq qaydasını, lifli ərişin qısalma faizinin və onun yoxlanması fəndlərini, lifli ərişin keyfiyyətinə təqdim edilən tələbləri.

13. Hörücü-tikici avadanlığın operatoru, 4-cü dərəcə

İşin xüsusiyyəti. Hörücü-tikici avadanlığın bütün növlərində toxunmayan kətan istehsalı əməliyyatının yerinə yetirilməsi. Makara saxlayana makaraların və maşına əsas (karkas) kətanın yüklənməsi. Tikmə (iki üzdən) əməliyyatına, sapın gərilməsinə, əsas (karkas) kətanın və makaradan (əriş valından) ipliyin bərabər çıxımının müşahidə edilməsi. İpliyin maşında və makara saxlayanda qırılmasının aradan qaldırılması. İstehsal olunmuş kətanın çıxarılması, damğalanması. Müəyyən olunmuş cədvələ uyğun maşının təmizlənməsi.

Bilməlidir. Avadanlığın əsas mexanizmlərinin quruluşunu, qarşılıqlı Hərəkətini və işini və ona qulluq qaydasını, müxtəlif növlü toxunmayan kətanların istehsalı üçün əsas yükləmə məmulatlarını, toxunmayan kətanın keyfiyyətinə təqdim edilən tələbləri» ipliyin (sapın) xətti sıxlığını, əsas (karkas) kətanın artikulunu, ipliyin (sapın) qırılma səbəblərini və onun xəbərdarlıq üsullarını, tullantıların növünü və normasını onun ixtisarı tədbirlərini.

Toxunmayan mallar istehsalına daxil olan fəhlə peşələrinin müqayisəli adları və dərəcələr di

Bitki keçəsinə iynə batıran

Накалывальщик растительного войлока.

Bitki keçəsini presləyən

Прессовщик растительного войлока

Darayıcı-hörücü avadanlığın operatoru

Оператор чесально-вязального оборудования

İynədələn avadanlığın operatoru

Оператор иглопробивного оборудования

Yapışqanlayan avadanlığın operatoru

Оператор клеевого оборудования

Termobərkidici avadanlığın operatoru

Оператор термоскрепляющего оборудования

Hörücü-tikici avadanlığın opertoru

Оператор вязального оборүдования

1. Arğac sarıyan. 2-ci dərəcə

İşin xüsusiyyəti. Müxtəlif alətlərdə yumağa, bağlamaya, dollağa və makaraya ipliyin sarınması. İpliyin alınması və onun keyfiyyətinin yoxlanması. Sapın yüklənməsi. Sapın qırılmasının aradan qaldırılması. İşlənmiş ipliyin çıxarılması, tullantıların yığılması və təhvili.

Bilməlidir. İplik sarıyan alətlərin yığılması və iş prinsipi. İpliyin çeşidini və onun keyfiyyətinə tələbatı.

2. Əl ilə toxuyan toxucu. 2-ci dərəcə

İşini xüsusiyyəti. Sadə birrəngli ip yığımında və 2-3 remizada döşəmə üstü ayaqaltıların və dekorativ ədədi məmulatların el toxucu dəzgahlarında istehsalı. İpliyin alınması və onun keyfiyyətinin yoxlanması. Dəzgahın hazırlanması və yüklənməsi. Əsas sapların remizalardan və berdodan keçirilməsi. Salınan naxışa görə remizaların bağlanması və remizaların dayaq yerinə bərkidilməsi. Məkiyin doldurulması. Dəzgahın yüklənmədən sonra işlədilməsi. Ərişin verilməsinin və gərginliyinin, arğacın sıxlığının tənzimlənməsi. Əriş və arğac saplarının qırılmasının aradan qıldırılması. Məkiyin dəyişdirilməsi. Məkiyin vəziyyətinin yoxlanılması. Qırılan remizaların və qallevaların bağlanması. İşlənmiş parçanın saplarının sonluqlarından təmizlənməsi. Parçanın nöqsanlarının işlənməsi. İşlənmiş məmulatların çıxarılması. Tullantıların yığılması və təhvili. Dəzgaha qulluq edilməsi.

Bilməlidir. Əl ilə toxunmanın texnoloji əməliyyatlarını, əl toxucu dəzgahının quruluşunu və onda işlərin fəndlərini, dəzgahın yüklənmə qaydalarını.

3. Əl ilə toxuyan toxucu. 3-cü dərəcə

İşin xüsusiyyəti. 3-4 rəngdə rəng qamması ilə sadə yenidən yığma ilə 3-4 remizada döşəməüstü ayaqaltıların və dekorativ ədədi məmulatların öl toxucu dəzgahlarında itehsalı.

Bilməlidir. Əl toxucu dəzgahlarının ayrı-ayrı hissələrinin qarşılıqlı hərəkətini; xammalın təyinatını və növlərini, salınan naxışı; ayırmaların növlərini və yüklənməsi. Parçaların hörülməsini.

4. Əl ilə toxuyan toxucu. 4-cü dərəcə

İşin xüsusiyyəti. 4-5 rəngdə rəng qamması ilə 4-6 remizada remiza texnikası ilə icra edilmiş dekorativ ədədi məmulatların əl toxucu dəzgahlarında istehsalı. Ərişin tarımlanması və ötürülməsinin tənzimlənməsi. Ayaq yerinin remizalara salınan naxışa görə bağlanması. Arğac üzrə sıxlığın tənzimlənməsi.

Bilməlidir. Xalq naxışlarının toxunma texnikasının əsas növlərini. Məmulatlarda boyaların, rənglərin uyğunluğunun əsasını. Texnoloji əməliyyatların təyinatını. Məkiyin keyfiyyətinə tələbləri.

5. Əl ilə toxuyan toxucu. 5-ci dərəcə

İşin xüsusiyyəti. Əl toxunmasının kombinasiya edilmiş, birləşdirilmiş texnikasından istifadə edilərək yerinə yetirilmiş dekorativ parçaların ol toxucu dəzgahlarında istehsalı; butalı, yenidən yığılmış, seçilmiş, qoyma, şəbəkəli, çox remizalı 6-remizadan çox, jakkard, yenidən yığılma ilə, mürəkkəb kompozisiya ilə həll edilmiş ornamentin təkrar olunan forması ilə, kompozisiyalı elementlərlə ayrı-ayrı parçalarda yerləşdirilən 5-10 rəng qamması və naxışların qovuşmasını tələb edən.

Bilməlidir. Keyfiyyəti yoxlama üsullarını, növün təyin edilməsini; tullantıların növlərini və normasını, onların azaldılması tədbirlərini.

6. Əl ilə toxuyan toxucu. 6-cı dərəcə

İşin xüsusiyyəti. Əl toxunmasının müxtəlif texnikasından istifadə etməklə yerinə yetirilmiş unikal, tematik süjetli məmulatların əl toxucu dəzgahlarında istehsalı.

Bilməlidir. Toxucu dəzgahın quruluşunu və onun bütün hissələrinin hesabatını.

7. Əriş çəkən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xovsuz, xovlu xalçaların toxunması üçün öl ilə ərişin hazırlanması. İpliyin alınması və onun keyfiyyətinin yoxlanması. Sena ağaclarının salınması, sapın yüklənməsi. Ərişin keyfiyyətinin yoxlanması. Sapın gərilməsinin tənzimlənməsi.

Bilməlidir. Əl ilə xalçatoxuyan dəzgaha ərişin qəbulunu, ərişin hesabatını, ipliyin növünü və təyinatını, xətti sıxlığını, remizlərin bağlanma üsullarını.

8. Əriş çəkən. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müxtəlif növ xammala bədii, unikal bədii məmulatların qayrılması üçün əl ilə maner ərişin hazırlanması.

Bilməlidir. İstehsal olunan məmulatın çeşidini, ərişin hesabatını.

9. İplik kəsən. 3-cü dərəcə

İşin xüsusiyyəti. Xalçaların istehsalı üçün müəyyən olunmuş kəsiklərə yun ipliyin kəsilməsi. İpliyin alınması və onun keyfiyyətinin yoxlanması. Sapın yüklənməsi və tarımlığının tənzimlənməsi. Hazır ipliyin anbara təhvili, tullantıların yığılması və təhvil verilməsi. Maşına və ya alətlərə qulluq edilməsi. Bıçağın itilənməsi

Bilməlidir. Kəsici maşının və ya alətin quruluşunu, ipliyin təyinatını və növünü, xətti sıxlığını, ipliyin keyfiyyətinə tələbləri.

10. Xalça yuyan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Müəyyən edilmiş texnoloji qaYdaya uyğun sadə alətlərin tətbiqi və ya mexanizmlərin köməyi ilə xalçaların əl ilə yuyulması. Xalçaların uyğun texniki göstəricilərə görə hazırlanması (sıxlığa, xovun hündürlüyünə və s). İstehsalat sahəsindən səmərəli istifadə etmək hesabı ilə yuyulmanın keyfiyyətinin yoxlanması, məmulatın sıxılması. Yuyucu məhlulların hazırlanması.

Bilməlidir. Xalçaların çeşidini, kimyəvi yuyulma əməliyyatının texnoloji qaydasını, kimyəvi maddələrin təyinatını və xassəsini, məhlulun hazırlanması qaydasını.

11. Xalçaçı. 2-ci dərəcə

İşin xüsusiyyəti. Əl ilə yarımmexaniki xalçatoxuma dəzgahlarında sadə xovsuz, xovlu və sumax-xalçaların toxunması. Xalçanın başlanğıc palas hissəsinin və xalçanın kənarının hazırlanması. Xovlu xalça toxunarkən xovlu düyünün toxunması, bəndləyici arğac salının salınması və vurulması. Xovun qaydaya salınması və qayçılanması. Xovsuz xalçalar toxunarkən naxış əmələ gətirən atrğac sapın salınması və yuyulması. Axırıncı palas hissəsinin hazırlanması və xalçanın kəsilməsi. Sapın alınması, qırıntıların yığılıb təhvil verilməsi. Xalçanın işlənmiş hissəsinin ötürülməsi. Xalçanın keyfiyyətinə, sıxlığına nəzarət. Sapın keyfiyyətinə nəzarət.

Bilməlidir. Əl və yarımmexaniki xalçatoxuma dəzgahlarının iş prinsipini; xalçaların toxunması zamanı əməliyyatların qaydasını və ardıcıllığını, ərişin düzgün çəkilməsini və saçağın məqsədə uyğunluğunu, palas hissəsinin, kənarın hazırlanması, xov əmələ gətirən düyünün toxunması, arğac sapının salınması, sapın xətti sıxlığını.

Xalçaların istehsalı.

1. Ornamentin (naxışın) növləri ilə ülgüyə görə xovsuz ikitərəfli texniki hesablama üsulu ilə yerinə yetirmə:

- Həndəsi, bitki formalı müstəvi həlli ilə rəng dəyişmə göstəriciləri 6%-ə qədər, rəng qamması 6-ya qədər rənglərdə.

2. Xovsuz birtərəfli remizlə naxış əmələ gətirmə ilə 20%-ə qədər naxış zolağının doldurma göstəricisi ilə, işçi remizaların miqdarı 3-ə qədər.

3. Ornamentin (naxışın) növləri ilə və ya 1 kv.m xalçada 120,0 min. qədər düyünlər sıxlığı ilə xovlu:

- Həndəsi, bitki formaların müstəvi həlli ilə, rəng dəyişmə göstəriciləri 19%-ə qədər, rəng qamması 6-ya qədər rənglərdə.

4. Çoxləçəkli həndəsi ornamentli 25%-ə qədər rəng dəyişmə göstəricisi ilə, rəng qamması 5-ə qədər rənglərdə.

5. Sumaxlar 20,0%-ə qədər dəyişmə göstəricisi ilə.

12. Xalçaçı. 3-cü dərəcə

İşin xüsusiyyəti. Orta mürəkkəblikdə xovsuz, xovlu xalçaların və sumax-xalçaların əl ilə yarımmexaniki dəzgahlarda istehsalı. Yun arğac işlətməklə xovlu xalçaların istehsalı. Ərişin çəkilməsinin tənzimlənməsi. Saçağın toxunması. Dəzgahların qaydaya salınması.

Bilməlidir. Xalçatoxuma əl və yarımmexaniki dəzgahların quruluşunu və ayrı-ayrı mexanizmlərinin qarşılıqlı hərəkətini. Yerinə yetirmə texnikasından asılı olaraq xalça istehsalının texnoloji əməliyyatlarını, sapın növünü və təyinatımı, xalçaların keyfiyyətinə nəzarət üsullarını, dəzgahların qaydaya salınması qaydalarını.

Xalçaların istehsalı.

1. Ornamentin növləri ilə ülgüyə görə xovsuz ikitərəfli texniki hesablama üsulu ilə yerinə yetirmə:

-həndəsi, bitki formaların müstəvi həlli ilə rəng dəyişmə göstəriciləri 6,1%-dən 9,0%-ə qədər, rəng qamması 5-8-ə qədər rəngdə.

-bitki formaların həcmli, ölçülü həlli ilə 17%-ə qədər rəng dəyişmə göstəriciləri ilə, rəng qamma rəngləri 10-a qədər rənglərlə.

2. Xovsuz birtərəfli remizlə naxış əmələ gətirmə ilə 20,1%-dən 30,0%-ə qedər naxış zolağının doldurma göstəricisi ilə, işçi remizaların miqdarı 4-dən 6-ya qədər.

3. Xovsuz birtərəfli - “iomud”, rəng qamması 5-6 rəngdə.

4. Ornamentin növləri ilə və ya 1 kv.m xalçada 120,0-dən 140,0 min. düyün sıxlığı ilə xovlu:

-həndəsi, bitki formaların müstəvi həlli ilə 19,1%-dən 28,0%-ə qədər rəng dəyişmə göstəricisi ilə, rəng qamması 8-ə qədər rənglərdə.

5. Çoxləçəkli ornament növləri ilə:

-həndəsi 25,1%-dən 30,0%-ə qədər rəng dəyişmə göstəricisi ilə, rəng qamması 5-7 rənglərdə.

-bitki formaların həcmli, ölçülü həlli ilə 19,0%-ə qədər rəng dəyişmə göstəriciləri ilə rəng qaması 9-a qədər rənglərdə.

13. Xalçaçı. 4-cü dərəcə

İşin xüsusiyyəti. Əl ilə yarımmexaniki xalçatoxuma dəzgahlarında mürəkkəb xovsuz, xovlu və sumax-xalçaların istehsalı. Xalçada nöqsanların əmələ gəlməsinin qarşısını almaq üçün profilaktiki işin görülməsi.

Bilməlidir. Xalçanın hazırlanması texnoloji əməliyyatlarını; xalçanın yüklənmə hesabatını, xalçanın çeşidini və onların keyfiyyət tələblərini; düyünün toxunma qaydasını və kənarların hazırlanmasını, sıxlığa uyğun möhkəmləndirici arğacın seçilməsini, qırıntıların növünü və normasını, onların azaldılması tədbirlərini.

Xalçaların istehsalı.

1. Ornamentin növləri ilə ülgüyə görə xovsuz ikitərəfli texniki hesablama üsulu ilə yerinə yetirmə:

-həndəsi, bitki formaların müstəvi həlli ilə 9,1%-dən 13,0%-ə qədər rəng dəyişmə göstəriciləri ilə, rəng qamması 6-9 rənglərdə.

-bitki formaların həcmli, ölçülü həlli ilə 17,1%-dən 21,0%-ə qədər rəng dəyişmə göstəriciləri ilə, rəng qamması 10-13 rəngdə.

2. Xovsuz birtərəfli naxış əmələ gətirmə ilə 30,1%-dən 40,0%-ə qədər naxış zolağının doldurma göstəricisi ilə, işçi remizaların miqdarı 6-dan 8-ə qədər.

3. Ornamentin növləri ilə və ya 1kv.m xalçada 140,0-dən 170,0 min. düyün sıxlığı ilə xovlu:

-həndəsi, bitki formaların müstəvi həlli ilə 28,1%-dən 36,0%-ə qədər rəng dəyişmə göstəricisi ilə, rəng qamması 5-9 rənglərdə.

- bitki formaların həcmli, ölçülü həlli ilə 18,1%-dən 24,0%-ə qədər rəng dəyişmə göstəriciləri ilə rəng qaması 9-12 rənglərdə.

4. Çoxləçəkli ornament növləri ilə:

-həndəsi 30,1%-dən 34,0%-ə qədər rəng dəyişmə göstəricisi ilə, rəng qamması 7-9 rənglərdə.

-bitki formaların həcmli, ölçülü həlli ilə 19,1%-dən 24,0%-ə qədər rəng dəyişmə göstəriciləri ilə rəng qamması 9-12 rənglərdə.

5. Sumaxlar 24,1%-dən 30,0%-a qədər rəng dəyişmə göstəriciləri ilə.

14. Xalçaçı. 5-ci dərəcə

İşin xüsusiyyəti. Əl və yarımmexaniki xalçatoxuma dəzgahlarında xüsusi mürəkkəb xovsuz, xovlu xalçaların, sumax xalçaların və başqa xalçaların istehsalının texniki tərtibi.

Bilməlidir. Saçağın müxtəlif qaydalarla toxunmasını, keyfiyyətə nəzarəti, xalçanın növünün təyinini.

Xalçaların istehsalı.

1. Ornamentin növləri ilə ülgüyə görə xovsuz ikitərəfli texniki hesablama üsulu ilə yerinə yetirmə:

-həndəsi, bitki formaların müstəvi həlli ilə 13,0%-dən çox rəng dəyişmə göstəriciləri ilə, rəng qamması 9-dan rənglərdə.

-bitki formaların həcmli, ölçülü həlli ilə 21,0%-dan çox rəng deyişmə göstəriciləri ilə, rəng qamması 13-dən çox rəngdə.

2. Xovsuz birtərəfli naxış əmələ gətirmə ilə 40,0%-dan çox naxış zolağının doldurma göstəricisi ilə, işçi remizaların miqdarı 8-dən çox içi remizaların miqdarı ilə.

3. Ornamentin növləri ilə və ya 1kv.m xalçada 170,1-dən 340,0 min. qədər düyün sıxlığı ilə xovlu:

-həndəsi, bitki formaların müstəvi həlli ilə 36,0%-dən çox rəng dəyişmə göstəricisi ilə, rəng qamması 9-dan çox rənglərlə

- bitki formaların həcmli, ölçülü həlli ilə 24,0%-dən çox rəng dəyişmə göstəriciləri ilə rəng qamması 12-dən çox rənglərdə.

4. Xalçalar: varnalar, dumlar, zililər, kilimlər, yamanlar.

5. Çoxləçəkli ornament növləri ilə:

-həndəsi 34,0%- dən çox rəng dəyişmə göstəricisi ilə, rəng qamması 9-dan çox rənglərdə.

-bitki formaların həcmli, ölçülü həlli ilə 24,0%-dən çox rəng dəyişmə göstəriciləri ilə rəng qaması 12-dən çox rənglərdə.

5. Sumaxlar 30,0%-dan çox rəng dəyişmə göstəriciləri ilə.

15. Xalçaçı. 6-cı dərəcə

İşin xüsusiyyəti. Əl ilə yarımmexaniki xalça toxuma dəzgahlarında unikal, tematik-süjetli xovsuz, xovlu xalça toxunması.

Bilməlidir. Qobelen məmulatlarının hörülmə üsullarını.

16. Xov (narıntük) qırxan. 4-cü dərəcə

İşin xüsusiyyəti. Tələb olunan hündürlükdə xalçaların xovunun maşınla qırxılması. Xalçaların xovunun qırxılmasının keyfiyyətinin Yoxlanılması. Maşının sazlanması. Xalçaların təmizlənməsi, tullantıların yığılması və təhvili.

Bilməlidir. Maşının quruluşumu və onun hissələrinin qarşılıqlı hərəkətini; onun sazlanması üsullarını; xalçaların çeşidini, onun keyfiyyətinə tələbatı, xovun hündürlüyünün təyin olunma metodlarını.

Əl ilə toxuyan toxucu.

Ткач ручного ткачества

Xov (narıntük) qırxan

Avadanlığı təmizləyən

Barabanları daraqağzı tullantılardan təmizləyən

Burucu avadanlığın operatoru

Ventilyasiyaya qurğularını təmizliyən

Qırxıcı avadanlığın operatoru

Qırxıcı bıçaqları itləyən

Daraqlı-darayıcı avadanlığın operatoru

Dayıcı avadanlığın operatoru

Darayıcı aparatları təmizləyən itiləyən

Dartıcıları gəriciləri yoxlayan

Dolayıcı avadanlığın operatoru

Düyünləyən maşının operatoru

Enləşdirici avadanlığın operatoru

Eşmə avadanlığının operatoru

Əriş avadanlığının operatoru

Zəif əyrilmiş iplik avadanlığın operatoru

İynə-platin məmulatları tökən

İpliyi paylayan operator

İpliyi, parça və məmulatları komplektləşdirən

İpliyi termorelaksasiya edən aparatçı

Yandırmaqla naxış açan

Yaş malı və ipliyi əl ilə seçib-yerləşdirən

Yuyucu avadanlığın operatoru

Yumşaldıcı-lif-didici maşının operatoru

Kard qarniturlarını itiləyən

Keyfiyyət nəzarətçisi

Kimyəvi məhsulları və boyaqları hazırlayan

Lentləyici avadanlığın operatoru

Makaraları təmizləyən

Materialları və məmulatları kəsən

Merserləşdirmə aparatçısı

Məmulatları və ölçüləri hesablayan

Məhsulu ölçən nəzarətçi

Naxışların patronçusu

Nəmləşdirmə aparatçısı

Odaverici avadanlığın operatoru

Parafin həlqələr hazırlayan

Parça nümunələrinin kolleksiyaçısı

Parçanı, kətanı diyirlədən

Parçanı parafinləşirən aparatçı

Parçanı termik emal edən aparatçı

Parçaları, məmulatları təmizləyən

Relaksasiyon-sarıyıcı aqreqatın operatoru

Sarıyıcı avadanlığın operatoru

Temostabilləşdirmə aparatçısı

Texnoloji ləvazimatın təmirçisi

Texnoloji prosesin nəzarətçisi

Toxucu avadanlığı yükləyən

Toxucu məmulatların qəlibçisi

Ütüləmə-qurutma aqreqatın operatoru

Fotomexaniki həkk etmə fotoqrafı

Xammalı, materialları və məmulatları növləşdirən

Xəritə və qablaşdırma materiallarını hazırlayan

Xəritə və naxışların surətini çıxaran

Xovlayıcı avadanlığın operatoru

Hazır məhsulun bərpaçısı

Hazır məhsulu və tullantıları presləyən

Hazır məhsulu təhvil verən

Çap avadanlığının operatoru

Çap vərdənələrini cilalayan

Şəkilləri (naxışları) diyirlədən

Şlixtləyici (yapışqanlayıcı) avadanlığın operatoru

Darayıcı-lentli aqreqatın operatoru

Darayıcı maşının üst kard darağlarını (şlyapanı)

Əriş hopdurma-dartıcı maşının opertoru

Yumşaldıcı-didici aqreqatın operatoru

Kaustifikasiya aparatçısı

Lif zolağını dartan maşının operatoru

Tullantıları emal edən aqreqatın operatoru

Ayırma və flotasiya aparatçısı

Qarışığı mexaniki verən operator

İynədələn aqreqatın operatoru

İynədələn aqreqatın yükləyən

Yumşalamamış yunu çeşidləyən

Yun məmulatlarını buxara verən

Lentləri təkrar sarıyan

Manera ilə naxış basan

Parça və lif emalçısı

Ratinləşdirən maşının maşinisti

Təzədən eşmə maşının operatoru

Texniki mahudları yuyan

Xlorlama və stannirləmə aparatçısı

Xovlu çərçivəyə düzən

Bölgü maşının operatoru

Burulmuş ipəyi pörtən (buxara verən)

Dairəvi darayıcı maşının operatoru

Darayıcı avadanlığın operatoru

İpliyi termik emal edən

Parçanı pörtən (buxara verən)

Təmizləyici maşının operatoru

Tullantıları bişirmək üçün kimyəvi tərkibləri

Xamalı işləyən, hazırlayan

Basma-qəlib hazırlayan

Barama köynəklərini dolduran

Barama köynəklərini pörtən, buxara verən aparatçı

Barama pörtən maşının operatoru

Barama sertosunu təmizləyən

Barama tullantılarını bişirən

Baramaları ölçülərə ayıran (kalibrləyici)

Baramaların analizi üzrə laborant

Darayıcı maşının operatoru

İlmə və dişlikləri düzən

Yuma-qurutma-enləşdirmə-stabilləşdirmə xəttinin maşinisti

Kimyəvi materialları bölüşdürən operator

Məmulatları basan aparatçı

Texnoloji ləvazimatı düzəldən

Trikotaj məmulatlarını, kətanını toxuyan

Trikotaj məmulatlarını formalaşdıran

Hörmə təkrar sarıma maşının operatoru

Qaytanlara ucluqlarıtaxan

Qan damarı protezlərinin büzməçisi

Məmulatları və kətanı əridib təmizləyən

“Pantoqraf” naxıştikən maşının maşinisti

Parçaları şəkillə bəzəyən

Plünjerli maşının maşinisti

Sapları və toxucu-xırdavat məmulatlarını yapışdıran

Toxucu-xırdavat məmulatlarının naxıştikəni

Toxucu-xırdavat məmulatların toxuyan

Toxucu-xırdavat məmulatlarının termo işləyicisi

Hörmə maşınlarının operatoru

Vatilin yapışqanlayan

Yuyucu-sıxıcı aqreqatın opeatoru

Yumşaldıcı-didici aqreqatın operatoru

Pambıq süzgəclərini ştamplayan

Pambığı sterilizasiya edən

Darayıcı-ikiləyici aqreqatın operatoru

Tiftik və tullantıları yığan

Bitki keçəsinə iynə batıran

Bitki keçəsini presləyən

Darayıcı-hörücü avadanlığın operatoru

İynədələn avadanlığın operatoru

Yapışqanlayan avadanlığım operatoru

Termobərkidici avadanlığın operatoru

Hörücü -tikici avdanlığın opertoru

Əl ilə toxuyan toxucu

Xov (narıntük) qırxan

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fəhlə və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası

1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin təqdim etdiyi və “Xalq üçün mallar” Dövlət Konserninin işlədiyi “Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərim Vahid Tarif-ixtisas sorğu kitabçası” (hissə-47) təsdiq edilsin.

2. SSRİ Dövlət Əmək və Sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nin 13 mart 1986-cı il 87/5-130 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələrimin və işlərin Vahid Tarif-ixtisas sorğu kitabçası (hissə-47) “Toxucu istehsalatımın ümumi peşələri”, “Pambıq parça istehsalı”, “Yun istehsalı”, “İpək istehsalı”, “İpək sarıma istehsalatı”, “Trikotaj istehsalı”, “Toxucu xırdavat istehsalı”, “Pambıq istehsalı”, “Toxunmayan mallar istehsalı” “Əl toxunması istehsalatı” bölmələri Azərbaycan Respublikası ərazisində öz qüvvəsini itirmiş hesab edilsin.

Kollegiyanın sədri prof. Ə. Nağıyev.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver