Qanunvericilik › “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022) › Tam mətn

“Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022)

“Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 sentyabr 2022-ci il

1.1. “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası” (bundan sonra – Qayda) “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 33.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və transplantasiya məqsədilə insan orqan və toxumalarının (bundan sonra – donor orqanlar) Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından ixracı ilə bağlı yaranan münasibətləri tənzimləyir.

1.2. Transplantasiya məqsədilə insan orqan və toxumalarının Azərbaycan Respublikasına idxalına və Azərbaycan Respublikasından ixracına “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na uyğun olaraq xüsusi icazə (bundan sonra – icazə) əsasında yol verilir.

1.3. Donor orqanların mübadiləsi sahəsində xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq Qanunun 33.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə uyğun olaraq həyata keçirilir.

1.4. Qanunun 7.1-ci maddəsinə əsasən donor orqanların idxalı və ixracı siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisələri, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələri (bundan sonra – tibb müəssisələri) tərəfindən həyata keçirilir.

1.5. Bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.

2.1. Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tabeliyindəki Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi (bundan sonra – Koordinasiya Mərkəzi) vasitəsilə verilir.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş icazənin alınması üçün tibb müəssisələri donor orqanlar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən və ya bu ərazidən aparılmazdan əvvəl bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilmiş formada ərizə ilə müraciət edirlər.

2.3. Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. transplantasiya məqsədilə xarici ölkənin tibb müəssisəsi və ya xarici ölkənin aidiyyəti qurumu ilə bağlanılmış donor orqanların idxal-ixracına dair müqavilənin surəti;

2.3.2. transplantasiya məqsədilə donor orqanların idxalına icazə alınması üçün ərizə ilə müraciət etmiş tibb müəssisəsinin həkim komissiyasının Qanunun 14.2-ci maddəsinə uyğun olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasına dair qəbul etdiyi qərarının surəti, yaxud xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasının müəyyən edilməsi üçün xarici ölkənin tibb müəssisəsinin həmin xarici ölkənin qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi müvafiq sənədin surəti;

2.3.3. donor və ya resipiyent barədə müvafiq xarici ölkənin identik (ekvivalent) informasiya bazasından “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda nəzərdə tutulan məlumatları özündə əks etdirən çıxarış və ya həmin məlumatları özündə əks etdirən tibbi sənəd;

2.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 15-ci hissəsi ilə müəyyən edilmiş təsdiqedici sənədlər (əlavə şərtlər olduğu halda).

2.4. Ərizəçidən Qanunda və bu Qaydada nəzərdə tutulan sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağandır.

3.1. Koordinasiya Mərkəzi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq ərizəçi tərəfindən təqdim olunmuş ərizəni və bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri qəbul edir və həmin gün qeydiyyata alır.

3.2. Koordinasiya Mərkəzi ərizənin qeydiyyata alındığı gündən 2 (iki) iş günü müddətində ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Koordinasiya Mərkəzi ərizənin qeydiyyata alındığı tarixdən 1 (bir) iş günündən gec olmayaraq bütün çatışmazlıqlar göstərilməklə ərizəçiyə yazılı məlumat verir.

3.3. Ərizəçi bu Qaydanın 3.2-ci bəndində qeyd edilən çatışmazlıqları bu barədə yazılı məlumatı aldığı gündən 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi 10 (on) iş günü müddətində təqdim edilmiş sənədlərdə aşkar edilmiş çatışmazlıqları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır.

3.4. Bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla, ərizənin qeydiyyata alındığı gündən 7 (yeddi) iş günü müddətində Koordinasiya Mərkəzi bu Qaydanın 3 və 4 nömrəli əlavələrində göstərilmiş formada transplantasiya məqsədilə donor orqanların idxalına və ya ixracına icazənin verilməsi və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir, həmin qərarı 1 (bir) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

3.5. Hər bir donor orqanın idxalına və ya ixracına, onların transplantasiya üçün götürülməsi, saxlanması, hazırlanması və daşınması xüsusiyyətləri nəzərə alınmaqla, icazənin verilməsi barədə qərar qəbul edildiyi tarixdən 1 (bir) il müddətində qüvvədə olur.

3.6. Donor orqanların transplantasiya məqsədilə idxalına və ya ixracına icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

3.6.1. təqdim edilmiş sənədlərdə saxta və təhrif olunmuş məlumatlar aşkar edildikdə;

3.6.2. Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş donor orqanlardan başqa, digər orqan və toxumaların idxalı və ya ixracı barədə müraciət edildikdə;

3.6.3. Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmayan tibb müəssisəsi tərəfindən müraciət olunduqda;

3.6.4. “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”ndakı resipiyentlərin reyestrində ixrac olunan orqana ehtiyacı və genetik, immunoloji uyğunluğu olan resipiyentin olduğu aşkar edildikdə;

3.6.5. verilmiş icazənin müddəti bitdikdə.

3.7. Hər bir donor orqanın transplantasiya üçün götürülməsi, saxlanması, hazırlanması və daşınması xüsusiyyətləri nəzərə alınmaqla, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri istisna olmaqla, digər donor orqanların idxalı və ya ixracı ilə bağlı müraciətlərə baxılarkən bu Qaydanın 3.2-3.4-cü bəndlərində qeyd olunan müraciətə baxılması müddətləri tətbiq edilmir və həmin müraciətlər barədə dərhal qərar qəbul edilir.

3.8. Donor orqanların idxalına və ya ixracına icazənin verilməsindən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

3.9. Donor orqanların idxalına və ya ixracına icazənin verilməsindən imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra tibb müəssisələri icazənin əldə edilməsi məqsədilə bu Qaydaya uyğun olaraq təkrar müraciət edə bilər.

3.10. Donor orqanların idxalına və ya ixracına dair verilmiş icazə aşağıdakı hallarda Koordinasiya Mərkəzi tərəfindən səbəbi göstərilməklə ləğv edilir və bu barədə qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində icazənin sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir:

3.10.1. tibb müəssisəsi ləğv edildikdə;

3.10.2. tibb müəssisəsi ona verilmiş icazənin ləğv edilməsinə dair müvafiq ərizə ilə müraciət etdikdə;

3.10.3. tibb müəssisəsinin Qanunun 7.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıdan adı çıxarıldıqda;

3.10.4. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

3.10.5. icazənin verilməsi üçün tibb müəssisəsinin təqdim etdiyi sənədlərdə sonralar saxta və təhrif olunmuş məlumatlar aşkar edildikdə.

3.11. Koordinasiya Mərkəzi transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə qərarı “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsisteminə daxil edir və dərhal bu barədə məlumatı elektron qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürür.

4.1. Tibb müəssisələri tərəfindən bu Qaydaya uyğun olaraq verilmiş icazə şərtlərinə əməl olunmasına nəzarəti Koordinasiya Mərkəzi həyata keçirir.

Sizdən xahiş edirik ki, _____ №-li ________tarixli Müqaviləyə əsasən transplantasiya məqsədilə aşağıdakı donor orqanların Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verəsiniz.

____________________________________________________________________________

____________________________________________________________________________

İxracatçı_____________________________________________________________________

Aşağıdakı sənədlər əlavə olunur:

____________________________________________________________________________

____________________________________________________________________________

Müraciət edən tibb müəssisəsinin vəzifəli şəxsi __________________________________

______________________________________ ___________________________

Əlaqə vasitələri (telefon nömrəsi, faks nömrəsi, elektron poçt ünvanı)

____________________________________________________________________________

Sizdən xahiş edirik ki, _________ №-li ___________ tarixli Müqaviləyə əsasən transplantasiya məqsədilə aşağıdakı donor orqanların Azərbaycan Respublikasının ərazisindən ixracına icazə verəsiniz.

_____________________________________________________________________________

_____________________________________________________________________________

İdxalatçı_____________________________________________________________________

_____________________________________________________________________________

Aşağıdakı sənədlər əlavə olunur:

_____________________________________________________________________________

_____________________________________________________________________________

Müraciət edən tibb müəssisəsinin vəzifəli şəxsi ___________________________________

______________________________________ ___________________________

Tarix _______________

Əlaqə vasitələri (telefon nömrəsi, faks nömrəsi, elektron poçt ünvanı)

_____________________________________________________________________________

Verilmişdir _______________________________________________________________

İxracatçı_____________________________________________________________________

_____________________________________________________________________________

Əlavə məlumat (vardırsa)______________________________________________________

Bu Qərar “_____”__________ 20____ il tarixinədək qüvvədədir.

______________________________________________ ___________________

Verilmişdir___________________________________________________________________

İxracatçı_____________________________________________________________________

_____________________________________________________________________________

Əlavə məlumat (vardırsa)______________________________________________________

Bu Qərar “_____”__________ 20____ il tarixinədək qüvvədədir.

1. 7 sentyabr 2023-cü il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 10 sentyabr 2023-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1337)

2. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver