Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materiallar və əşyalar mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılır.
Utilizatorlar bağlanılmış müvafiq müqavilənin və təhvil-təslim sənədlərinin surətlərini əlavə etməklə bu barədə hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.
III fəsil
Tullantılarla bağlı fəalİyyətə nəzarət