Qanunvericilik › Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri

Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifələri aşağıdakılardır:

tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi;

qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və onların yerinə yetirilməsinə dövlət nəzarəti;

tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması;

müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] ilə razılaşdırılmaqla tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;

tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;

tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi;

təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin dövlət ekoloji ekspertizasının aparılması;

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi;

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada tullantılarla bağlı fəaliyyətdə lisenziya və icazə sisteminin tətbiq edilməsi;

tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;

tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət uçotunun və hesabatlarının aparılması

dövlət kadastrının aparılması;

əhalinin məlumat almasının təmin olunması;

faciə və bədbəxt hadisələrin aradan qaldırılması;

tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin layihələşdirilməsi və tikintisi;

tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi, sosial və hüquqi şərtlərin təmin edilməsi;

tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;

tullantıların emalı üzrə qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılmasının təşkili və onların yerləşdirildiyi yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə tələblərin həyata keçirilməsi;

tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;

hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və basdırılma üsullarını göstərməklə uçotunun aparılması.

qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver