Qanunvericilik › Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2002) › Tam mətn

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2002)

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 11 aprel 2002-ci il № 61

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 11 aprel tarixli 61 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi

1. Bu Qaydalar “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının hər bir ədədinin tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumat istehsalçı tərəfindən ildə bir dəfə tərtib edilir və dekabr ayının 15-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilir.

3. Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlarda aşağıdakılar əks etdirilməlidir:

tütün məmulatını istehsal edən müəssisənin adı və ünvanı;

tütün məmulatının markası;

tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin ayrılıqda miqdarı;

tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarını təhlil edən laboratoriyanın adı;

tütün məmulatının laboratoriya müayinə protokollarının surətləri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver