Qanunvericilik › Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslər aşağıdakı hüquqlara malikdirlər:

6.1.1. tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunmasını müvafiq dövlət və bələdiyyə orqanlarından tələb etmək;

6.1.2. tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın müalicəsinə yönəlmiş tibbi yardım almaq;

6.1.3. dövlət və bələdiyyə orqanlarından, fərdi sahibkarlardan, hüquqi şəxslərdən və digər qurumlardan ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlər haqqında məlumat almaq;

6.1.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə ictimai nəzarətdə iştirak etmək;

6.1.5. tütündən istifadənin nəticələrindən qorunmanın təmin edilməsi barədə dövlət və bələdiyyə orqanlarına, habelə digər şəxslərə təkliflər təqdim etmək;

6.1.6. qanunvericiliyin digər şəxslər tərəfindən pozulması nəticəsində həyat və sağlamlıqlarına, əmlaklarına vurulmuş ziyanın ödənilməsini tələb etmək.

6.2. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşların vəzifələri aşağıdakılardır:

6.2.1. tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanunvericiliyin tələblərinə riayət etmək;

6.2.2. uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq;

6.2.3. başqa şəxslərin tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən qorunması hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər etməmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver