Qanunvericilik › “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 27.06.2019) › Tam mətn

“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 27.06.2019)

“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 27.06.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. üç ay müddətində:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Aviasiya haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.4. həmin Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.5. həmin Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş aviasiya hadisələrinin araşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.6. həmin Qaydanın 10.2-ci bəndində nəzərdə tutulmuş müfəttiş heyətinin peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.7. “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 10.1.1-ci yarımbəndinə uyğun olaraq, hava gəmilərinin qeydiyyatı qaydasını, habelə mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün;

4.2. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il

1.1. Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına, tövsiyə olunan təcrübəsinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi qaydasını müəyyənləşdirir.

1.2. Bu Qayda mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin idarə edilməsinə, o cümlədən uçuşların təhlükəsizliyinin yüksək səviyyəsinin əldə olunmasına, aviasiya hadisələrinin və aviasiya insidentlərinin (bundan sonra - aviasiya hadisələri) sayının müntəzəm azaldılmasına, risklərin idarə olunmasına, habelə beynəlxalq standartlarına və tövsiyə olunan təcrübənin səmərəli tətbiqinə yönəldilmiş təşkilati tədbirlərin məcmusundan ibarətdir.

1.3. Bu Qaydanın əsas məqsədi Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin məqbul hesab edilən səviyyəsini əldə etmək, təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yolu ilə uçuşların təhlükəsizliyinin daha yüksək səviyyəsinə nail olmaqdır.

2.1. Bu Qaydada aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. aviasiya personalı - ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələri, vəsiqələri (sertifikatları) olan, aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər;

2.1.2. beynəlxalq standartlar - mülki aviasiya sahəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının zəruri hesab etdiyi tələblər;

2.1.3. tövsiyə olunan beynəlxalq təcrübə - mülki aviasiya sahəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsədəuyğun hesab etdiyi tələblər;

2.1.4. uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi (UTİS) - zəruri təşkilati struktur, uçuşların təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş subyektlərin vəzifələri və məsuliyyəti daxil olmaqla, bu sahədə müvafiq qayda və prosedurların məcmusu;

2.1.5. xidmət təminatçısı – təlim təşkilatları, hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, hava gəmisinin, mühərrik və ya pərlərin növ dizaynına və istehsalına məsul olan hüquqi şəxslər və fərdi sahibkarlar, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı;

2.1.6. uçuşların təhlükəsizliyi - təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yolu ilə uçuşların təhlükəsiz həyata keçirilməsi, o cümlədən insan həyatına və sağlamlığına, yaxud əmlaka ziyan vurulma riskinin azaldılması və məqbul səviyyədə saxlanılması üçün görülən tədbirlərin məcmusu;

2.1.6-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans – müəyyən edilmiş uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans indikatorlarına və hədəflərinə uyğun olaraq dövlətin və ya xidmət təminatçısının nailiyyəti;

2.1.7. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans indikatoru (bundan sonra – performans indikatoru) – uçuşların təhlükəsizliyinin təmin edilməsinin monitorinqi və performansının qiymətləndirilməsi üçün istifadə olunan və məlumatlara əsaslanan meyarlar;

2.1.7-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans hədəfi (bundan sonra – performans hədəfi) – uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə uyğun olan dövlətin və ya xidmət təminatçısının planlaşdırdığı və ya nəzərdə tutduğu performans indikatoru ilə bağlı müəyyən müddət üçün hədəf;

2.1.8. uçuşların təhlükəsizliyi üçün risk (bundan sonra – risk) – proqnozlaşdırılmış təhlükə amilinin fəsadlarının və ya nəticələrinin başvermə ehtimalı və uçuşların təhlükəsizliyinə təsirinin ciddiliyi;

2.1.8-1. mülki aviasiya subyektləri – xidmət təminatçıları da daxil olmaqla mülki aviasiya sahəsində fəaliyyət göstərən və təhlükəsizliyin təmin edilməsi öhdəliyini üzərinə götürmüş fiziki və ya hüquqi şəxslər;

2.1.9. risklərin azaldılması – proqnozlaşdırılmış təhlükə amilinin fəsadlarının və ya nəticələrinin başvermə ehtimalı və uçuşların təhlükəsizliyinə təsirinin ciddiliyinin azaldılmasına yönəlmiş profilaktik və bərpaedici tədbirlərin məcmusu;

2.1.9-1. risklərin qiymətləndirilməsi – risklərin məqbul olub-olmadığını müəyyən etmək üçün analitik üsullara əsaslanan qiymətləndirmə;

2.1.10. risklərin idarə edilməsi sistemi - zəruri təşkilati struktur, risklərin idarə edilməsinə cəlb olunmuş subyektlərin vəzifələri və məsuliyyəti daxil olmaqla risklərin idarə edilməsi sistemi;

2.1.10-1. təhlükə amili – aviasiya hadisəsinə və ya insidentinə səbəb ola biləcək, yaxud buna şərait yarada biləcək vəziyyət və ya obyekt;

2.1.10-2. təhlükəsizlik mədəniyyəti – uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi məsuliyyətin, öhdəliyin və hesabatlılığın yaranmasına yönəldilmiş, eləcə də insanların təhlükə amillərinə məruz qalmasının minimuma endirilməsi ilə bağlı davamlı dəyərlər, normalar, münasibətlər və təcrübələr toplusu;

2.1.10-3. uçuşların təhlükəsizliyinə dair məlumat – uçuşların təhlükəsizliyinin təkmilləşdirilməsi üçün aviasiya ilə bağlı müxtəlif mənbələrdən toplanılmış faktlar toplusu;

2.1.12. uçuşların təhlükəsizliyinin idarə edilməsi üzrə toplanılmış məlumat bazası – uçuşların təhlükəsizliyinin idarə edilməsi məqsədləri üçün işlənmiş, sistemləşdirilmiş və təhlil edilmiş uçuş təhlükəsizliyinə dair məlumatların toplusu;

2.1.13. uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət - aviasiya fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq standartlara, tövsiyə olunan təcrübəyə, habelə aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi və həmin tələblərin pozulması hallarının aradan qaldırılması məqsədilə Nazirliyin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilən fəaliyyət;

2.1.14. uçuşların təhlükəsizliyi üzrə müfəttiş yoxlaması (bundan sonra – müfəttiş yoxlaması) – aviasiya fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən dövlətin müəyyən etdiyi səriştə və uçuşların təhlükəsizliyinin təmin edilməsi səviyyəsinə uyğun olaraq fəaliyyət göstərdiklərini müəyyən etmək məqsədilə audit və inspeksiyalar daxil olmaqla yerinə yetirilən fəaliyyət.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

3.1. Uçuşların təhlükəsizliyinin təşkilini Nazirlik və Agentlik həyata keçirirlər.

3.2. Uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində Nazirliyin vəzifələri aşağıdakılardır:

3.2.1. dövlət siyasətini, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

3.2.2. mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, habelə mülki hava gəmilərinin ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət etmək;

3.2.3. mülki aviasiya sahəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin mülki aviasiya sahəsində xarici ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

3.2.4. mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə, beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə mülki aviasiya sahəsində normativ hüquqi aktlarla İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumat vermək;

3.2.5. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirmək;

3.2.6. mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının, beynəlxalq uçuşlar üçün açılması (bağlanması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

3.2.7. təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr vermək;

3.2.8. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya xidmətləri göstərənlər üçün tələbləri müəyyən etmək;

3.2.9. xarici ölkələrin səlahiyyətli orqanlarının mülki hava gəmiləri, hava limanları (aerodromları) və mülki aviasiya subyektləri ilə əlaqədar verdikləri sertifikatların, şəhadətnamələrin, vəsiqələrin, habelə digər anoloji sənədlərin tanınmasına dair tələbləri müəyyən etmək;

3.2.10. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatları təsdiq etmək;

3.2.11. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və yoxlanmasına dair tələbləri təsdiq etmək.

3.3. Uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində Agentliyin vəzifələri aşağıdakılardır:

3.3.1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin hazırlanması ilə bağlı Nazirliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

3.3.2. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.3.3. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydalara, normalara, prosedurlara, beynəlxalq standartlara və tövsiyə edilən təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə bu sahədə hüquqi aktlarla Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə Nazirliyə məlumat vermək;

3.3.4. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.3.5. mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrini aidiyyəti qurumlarla birgə araşdırmaq, aviasiya hadisələrinin qarşısını almaq məqsədilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılmasını həyata keçirmək, aviasiya hadisələrinin uçotunu aparmaq, onlar barədə müvafiq beynəlxalq mülki aviasiya təşkilatlarına vaxtında məlumat vermək;

3.3.6. aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə UTİS üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq və tətbiq etmək;

3.3.7. təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr verilməsi ilə bağlı Nazirliyə təkliflər təqdim etmək;

3.3.8. hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq vermək;

3.3.9. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və onun yoxlanmasına dair tələbləri Nazirliyə təqdim etmək;

3.3.10. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin, hava limanlarının rejim zonaları ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatların layihələrini Nazirliyə təqdim etmək, onların icrasına nəzarəti həyata keçirmək;

3.3.11. mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərini Nazirliklə razılaşdırmaqla təşkil etmək;

3.3.12. uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərilən xidmətlərə, görülən işlərə, bunlarla bağlı müəyyənləşdirilmiş qiymətlərin tətbiqinə nəzarət etmək;

3.3.13. kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.3.14. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya subyektlərinə sertikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, etibarlılıq müddətinin uzadılması, qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul etmək;

3.3.15. Agentliyin səlahiyyətlərinə aid olan məsələlərin (aviasiya hadisələrinin araşdırılması, müvafiq rəylər hazırlanması və s.) həlli məqsədilə elmi və kommersiya təşkilatlarını, ayrı-ayrı mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri müqavilə əsasında cəlb etmək.

4.1. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı istiqamətlərdə tədbirlər görülür:

4.1.1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bu sahəni tənzimləyən normativ hüquqi aktlarda müvafiq tələblərin müəyyən edilməsi və zəruri təşkilati strukturun formalaşdırılması;

4.1.2. UTİS çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsində iştirak edən fiziki və hüquqi şəxslərin öhdəliklərini və məsuliyyətini, uçuşların təhlükəsizliyinə məsul əməkdaşların müəyyən edilməsini, qəza hallarında tədbirlərin planlaşdırılmasının əlaqələndirilməsini nəzərdə tutan koordinasiya sisteminin yaradılması;

4.1.3. təhlükə amillərinin müəyyən edilməsindən, riskin qiymətləndirilməsindən və xidmət təminatçılarının xidmət göstərməsi zamanı həmin amillərin təsir dərəcəsinin azaldılması üçün müvafiq tədbirlər hazırlanmasından ibarət risklərin idarə edilməsi sisteminin yaradılması;

4.1.4. uçuşların təhlükəsizliyinin təmin edilməsi zamanı zəruri tədbirlərin vaxtında görülməsi məqsədilə xidmət təminatçılarının monitorinqlər aparması;

4.1.5. aviasiya personalının uçuşların təhlükəsizliyi ilə bağlı zəruri biliklərə yiyələnməsi və onların bu sahədə bacarıqlarının artırılması, o cümlədən peşə hazırlığının yüksəldilməsi üçün xidmət təminatçılarının tədbirlər görməsi;

4.1.6. uçuşların təhlükəsizliyi barədə məlumat mübadiləsinin həyata keçirilməsi.

5.1. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarəti uçuşların təhlükəsizliyinə təhlükə yaradan halların aşkar edilməsi, araşdırılması, təhlili və aradan qaldırılması məqsədilə “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, beynəlxalq standartlar və tövsiyə olunan təcrübə, bu Qayda, habelə mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları (bundan sonra - mülki aviasiya sahəsində müvafiq normativ hüquqi aktlar) ilə müəyyən edilmiş qaydada Agentlik həyata keçirir.

5.2. Agentlik bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan nəzarəti aşağıdakı üsullarla həyata keçirir:

5.2.1. uçuşların təhlükəsizliyinin təmin edilməsinə cəlb edilmiş hüquqi və fiziki şəxslərin fəaliyyətinin mülki aviasiya sahəsində müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada yoxlanılması və təhlili;

5.2.2. uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin, habelə uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilməsi üçün Agentliyin hazırlıqlı müfəttişlər ilə komplektləşdirilməsi;

5.2.3. uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün müntəzəm olaraq müfəttiş yoxlamalarının həyata keçirilməsi;

5.2.4. uçuşların təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar barədə məlumatların sistemli təhlili və müvafiq tədbirlər görülməsi;

5.2.5. uçuşların təhlükəsizliyi sahəsində gündəlik nəticələri əks etdirən məlumatların sistematik toplanılması;

5.2.6. uçuşların təhlükəsizliyi vəziyyəti ilə bağlı araşdırmalar aparılması;

5.2.7. uçuşların təhlükəsizliyinin ayrı-ayrı aspektlərinin monitorinqi də daxil olmaqla, Agentliyin təsdiq etdiyi operativ yoxlamalar proqramının həyata keçirilməsi;

5.2.8. uçuşların təhlükəsizliyinin vəziyyəti barədə aidiyyəti aviasiya personalının məlumatlandırılması;

5.2.9. mülki aviasiya sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərin pozulduğu aşkarlandığı təqdirdə müvafiq tədbirlərin görülməsi.

5.3. Müfəttiş yoxlamaları mülki aviasiya sahəsində müvafiq normativ hüquqi aktların səmərəli həyata keçirilməsinə nəzarət etmək, həmçinin uçuşların təhlükəsizliyinə təsir edə biləcək nöqsan və pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılması məqsədilə aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

5.3.1. Azərbaycan Respublikasına uçuşlar yerinə yetirən xarici dövlətə mənsub hava gəmilərinin istismarçıları tərəfindən mülki aviasiya sahəsində beynəlxalq standartlara riayət edilməsi;

5.3.2. hava limanlarının (aerodromların), habelə yerüstü naviqasiya vasitələrinin texniki vəziyyəti və istismarı;

5.3.3. mülki aviasiya sahəsində aviasiya personalının nəzəri və təcrübi bilik səviyyəsi;

5.3.4. uçuş heyətinə mürəkkəb uçuş (hava) şəraitlərində uçuşlara icazə verilməsi;

5.3.5. hava nəqliyyatı istismarçılarının xüsusi şəraitdə uçuş əməliyyatlarını yerinə yetirməyə hazırlığının müəyyən edilməsi;

5.3.6. aerodromların ərazisində hava gəmilərinə texniki və yerüstü xidmətlər göstərən xüsusi avtonəqliyyatın istismarı, uçuşların radio, işıq və texniki təminatı, aerodromların sertifikasiya tələblərinə uyğunluğu;

5.3.7. Azərbaycan Respublikasının hava məkanında aeronaviqasiya xidmətlərinin və bu xidmətlərin göstərilməsində istifadə olunan vasitələrin keyfiyyətinin müəyyən edilməsi;

5.3.8. Azərbaycan Respublikasının mülki hava limanlarında və onların yerləşdiyi ərazidən kənarda mülki hava gəmilərinə münasibətdə qəza-xilasetmə və yanğınsöndürmə işlərinin təşkili;

5.3.9. aviasiya hadisələrinin düzgün təsnifatı, aviasiya hadisələrini və fövqəladə halları, mülki aviasiya subyektlərinin araşdırması zamanı obyektivliyin və keyfiyyətin təmin edilməsi;

5.3.10. uçuş heyətinin, hava hərəkətinə xidmət dispetçerlərinin və digər aviasiya personalının sağlamlığına tibbi nəzarət;

5.3.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada hava nəqliyyatında təhlükəli yüklərin saxlanmasına, emalına və daşınmasına dair müəyyən edilmiş tələblərə mülki aviasiya subyektlərinin əməl etmələri;

5.3.12. mülki hava gəmilərinin istismarçılarının, eləcə də mülki hava gəmilərinə texniki xidmət göstərən və onların uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırma tələblərinə uyğunluğu.

5.4. Müfəttiş yoxlamaları plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) aparılır.

5.5. Plan üzrə (növbəti) müfəttiş yoxlaması yoxlamanın müddəti, yeri və yoxlamanın əhatə dairəsi göstərilməklə Agentliyin təsdiq etdiyi illik plan əsasında həyata keçirilir.

5.6. Plandankənar (növbədənkənar) müfəttiş yoxlaması aşağıdakı hallarda həyata keçirilir:

5.6.1. sonuncu müfəttiş yoxlaması zamanı aşkar edilmiş pozuntuların və onların nəticələrinin aradan qaldırıldığı barədə xidmət təminatçısı Agentliyə məlumat vermədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;

5.6.2. uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək halların olması barədə fiziki və hüquqi şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;

5.6.3. xidmət təminatçısının müraciəti əsasında.

5.7. Müfəttiş yoxlamalarının nəticələrinə dair, o cümlədən aşkar edilmiş nöqsanlar barədə hesabat hazırlanır, Agentliyə və yoxlamanın aparıldığı xidmət təminatçısına təqdim edilir.

5.8. Müfəttiş yoxlaması zamanı aşkar edilmiş nöqsanların müəyyən edilmiş müddətdə aradan qaldırılması üçün müfəttiş xidmət təminatçısına müvafiq göstəriş verir.

5.9. Müfəttişlərin öz vəzifə funksiyalarının səmərəli həyata keçirmələri üçün onlar Agentliyin təsdiq etdiyi texniki normativ hüquqi aktlarla (təlimat, prosedur qaydaları) təmin edilirlər.

5.10. Bu Qaydanın 5.9-cu bəndində göstərilən aktlar aşağıdakı tələblərə cavab verməlidir:

5.10.1. aviasiya sahəsində müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmalıdır;

5.10.2. müfəttiş yoxlamalarının qaydası müəyyən edilməlidir;

5.10.3. xidmət təminatçılarının müfəttişlərin yoxlamalarının nəticələri ilə bağlı inzibati qaydada şikayət etmək imkanları nəzərdə tutulmalıdır.

5.11. uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirərkən Agentliyin müfəttiş heyətinin aşağıdakı hüquqları vardır:

5.11.1. Azərbaycan Respublikasının hava limanlarında nəzarət edilən zonalara, hava gəmilərinə və mülki aviasiya təşkilatlarının obyektlərinə, o cümlədən anqarlara, yanacaq anbarlarına, xidmət təminatçılarının xidməti binalarına maneəsiz daxil olmaq;

5.11.2. xidmət təminatçılarından məlumatların, sənədlərin, o cümlədən aviasiya personalının ixtisası haqqında məlumatın, habelə öz funksiyalarının yerinə yetirməsi üçün, onların təqdim edilməsi müddətinin müəyyən edilməsi şərtilə, zəruri olan izahat və materialları tələb etmək;

5.11.3. uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə xidmət təminatçılarının səlahiyyətli şəxslərinə icra müddəti müəyyən edilməklə müvafiq göstərişlər vermək;

5.11.4. istismarçı ilə razılaşma əsasında, uçuş müddətində mülki hava gəmisinin salonuna, o cümlədən heyət kabinəsinə daxil olmaq;

5.11.5. aviasiya personalının şəhadətnamələrinin, hava gəmisinin uçuş sənədlərinin, sertifikatların, icazə və sənədlərin mövcudluğunu, həmçinin yoxlama vərəqlərinə uyğun olaraq xarici dövlətə mənsub hava gəmiləri də daxil olmaqla mülki hava gəmilərinin Azərbaycan Respublikasında müəyyən edilmiş uçuşa yararlılıq tələblərinə və ICAO-nun standartlarına uyğunluğunu yoxlamaq;

5.11.6. uçuş heyəti tərəfindən yoxlanılan hava gəmisində ICAO standartlarının və ya istismarçının sertifikatının istismar məhdudiyyətləri və istismar şəraiti ilə bağlı aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər görülmədən həmin hava gəmisinin heyəti uçmağa təşəbbüs göstərdikdə, hava gəmisinin uçuşuna qadağa qoymaq və əlavə göstərişlər alana qədər belə hava gəmisinin uçuşa icazəsi olmaması haqqında hava gəmisinin kapitanını və (və ya) istismarçını məlumatlandırmaq;

5.11.7. aviasiya sahəsində müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq uçuşların təhlükəsizliyinə təhdid yaradan hallar aşkar edildikdə, onların istismarçı və ya mülki aviasiya təşkilatı tərəfindən aradan qaldırılması üçün tədbirlər görmək, o cümlədən Agentliyin verdiyi sertifikatların (şəhadətnamələrin) hüquqi qüvvəsinin dayandırılması və ya onların ləğv edilməsi üçün Agentliyə təkliflər vermək;

5.11.8. uçuşların təhlükəsizliyi sahəsində sorğular keçirməklə seçmə qaydada uçuşların təhlükəsizlik vəziyyəti barədə əməkdaşların rəyini öyrənmək;

5.11.9. uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütün sahələrdə gündəlik fəaliyyətlə əlaqədar müfəttiş yoxlamalarını həyata keçirmək.

5.12. Agentlik uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmət təminatçıları üçün nəzarət proqramını, müfəttiş heyəti üçün isə texniki təlimatları təsdiq edir.

6.1. Uçuşların təhlükəsizliyi ilə bağlı risklərin idarə edilməsi aşağıdakı iki mərhələdə həyata keçirilir:

6.1.1. təhlükə amillərinin aşkar edilməsi;

6.1.2. aşkar edilmiş təhlükə amillərinin risklərinin qiymətləndirilməsi və azaldılması.

6.2. Agentlik uçuşların təhlükəsizliyi ilə bağlı riskin idarə edilməsi üçün aşağıdakı tədbirləri görür:

6.2.1. mülki aviasiyanın fəaliyyətində uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performansa nail olmaq məqsədilə bu Qayda əsasında xidmət təminatçılarına münasibətdə tənzimləmə, yoxlama və nəzarəti həyata keçirir;

6.2.2. təhlükə amillərinin müəyyən edilməsi, uçuşların təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsi və onların azaldılması üçün zəruri tədbirlər görür;

6.2.3. aviasiya fəaliyyətinin göstərilməsi zamanı mövcud olan təhlükənin sistemli şəkildə aşkar edilməsi üçün tədbirlər görür;

6.2.4. Bu Qaydanın 6.2.3-cü yarımbəndində nəzərdə tutulan təhlükəni aviasiya sahəsində normativ hüquqi aktların yerinə yetirilməsi, aviasiya personalının hazırlığı və mövcud infrastrukturun, həmçinin həyata keçirilən fəaliyyətin müəyyən olunmuş tələblərə uyğunluğu baxımından qiymətləndirir.

6.3. Bütün xidmət təminatçıları UTİS-ə malik olmalıdır, eləcə də həyata keçirdikləri fəaliyyətlə əlaqədar təhlükə amillərinin aşkar edilməsinə və risklərin idarə edilməsinə təminat verən qaydaları təsdiq və tətbiq etməlidirlər.

6.4. Təhlükə amillərinin müəyyən edilməsi üçün uçuşların təhlükəsizliyi ilə bağlı məlumatlar aşağıdakı üsulların tətbiqi yolu ilə toplanılır:

6.4.1. aviasiya hadisələrinə dair verilməsi məcburi olan məlumatların toplanması;

6.4.2. potensial təhdid yaradan təhlükə amilləri barədə məlumatların toplanması;

6.4.3. aviasiya hadisələrinin başvermə ehtimalım proqnozlaşdırmaq məqsədilə mümkün nöqsanların aşkar edilməsi üçün normal iş şəraitində həyata keçirilən fəaliyyətin göstəriciləri haqqında məlumatların toplanması;

6.4.4. aviasiya fəaliyyəti ilə bağlı digər aidiyyəti məlumatların toplanılması.

6.5. Təhlükəli amillərin müəyyən edilməsi zamanı aşağıdakı şərtlərin nəzərə alınması zəruridir:

6.5.1. avadanlığın konstruksiyasına və layihəndirməsinə dair tələblər;

6.5.2. aviasiya personalının fəaliyyəti üçün məhdudiyyətlər (fizioloji və psixoloji vəziyyəti, qavrama qabiliyyəti);

6.5.3. istismar təcrübəsi və bu sahədə müvafiq prosedurlar, o cümlədən həmin prosedurların rəsmiləşdirilməsi sənədləri və müfəttişin yoxlama vərəqələri;

6.5.4. məlumatlandırma sisteminin vəziyyəti, o cümlədən mediadan və digər informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə məlumatların toplanması və təhlili vəziyyəti;

6.5.5. təşkilati amillər (xidmət təminatçısının aviasiya personalının işə qəbulu sahəsində siyasəti, aviasiya personalının hazırlıq səviyyəsi və uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər təşkilati amillər);

6.5.6. istismar sahəsinə dair amillər (ətraf mühitə və insan sağlamlığına mənfi təsir edən vibrasiya, səs-küy və digər zərərli fiziki amillər, istismar sahələrinin işıqlandırılması və zəruri avadanlıqla təmin edilməsi, habelə aviasiya personalının xüsusi geyimlə təchiz edilməsi səviyyəsi);

6.5.7. uçuşların təhlükəsizliyi sahəsində qaydaların yerinə yetirilməsinin təmin edilməsi, avadanlığın sertifikatlaşdırılması, aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlara malik olması və sair nəzarət amilləri;

6.5.8. fəaliyyətin səmərəliliyinin monitorinqi sistemi.

6.6. Uçuşların təhlükəsizliyi ilə bağlı riskin səviyyəsi məqbul hesab edilmədikdə, onun uçuşların təhlükəsizliyinə təsirinin aradan qaldırılması və ya azaldılması üçün Agentlik tədbirlər görməli, həmçinin onun sonrakı monitorinqini Agentlik həyata keçirməlidir.

7.1. Uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət təminatçılarının vəzifələri aşağıdakılardır:

7.1.1. müfəttiş yoxlamaları zamanı hava gəmilərinə, avadanlığın yerləşdiyi əraziyə və xidmət sahələrinə daxil olmaq, habelə əməkdaşların şəxsi işləri ilə, müvafiq sənədlərlə tanış olmaq üçün Agentliyin müfəttiş heyətinə zəruri şərait yaratmaq və onların öz vəzifələrini yerinə yetirmələrinə kömək etmək;

7.1.2. uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə daxili monitorinq sistemini hazırlamaq və tətbiq etmək;

7.1.3. uçuşların təhlükəsizliyi ilə bağlı cari məlumatları müntəzəm olaraq toplamaq;

7.1.4. uçuşların təhlükəsizliyi sahəsində aşkar edilmiş problemlərə dair məlumatları müntəzəm olaraq təhlil etmək və problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görmək;

7.1.5. uçuşların təhlükəsizliyi vəziyyətini təhlil etmək;

7.1.6. operativ yoxlamalar proqramını həyata keçirmək;

7.1.7. uçuşların təhlükəsizliyinin səmərəliliyinə dair məlumatları bütün maraqlı aviasiya personalına çatdırmaq.

7.2. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud və potensial nöqsanlar barədə məlumatların toplanmasını təmin etmək məqsədilə Agentlik Azərbaycan Respublikasının mülki hava gəmiləri ilə baş verən aviasiya hadisələri barədə məcburi verilməli olan məlumatların vahid sistemini formalaşdırır.

7.3. Aviasiya hadisələri haqqında məlumatların bilərəkdən gizlədilməsində və (və ya) onların təhrif edilməsində təqsirli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

7.4. Uçuşların təhlükəsizliyinin təmin olunmasında faktiki və ya potensial nöqsanlar barədə məlumatların toplanmasını asanlaşdırmaq məqsədilə, Agentlik həmçinin aviasiya hadisələri haqqında könüllü verilməli olan məlumatların vahid sistemini yaradır. Bu sistem məlumatı verən şəxsin məsuliyyətdən azad edilməsinə yönəlməli və məlumat mənbələrinin qorunmasını nəzərdə tutmalıdır.

7.5. Bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulan sistem aviasiya hadisələrinə dair məlumatların verilməsi ilə yanaşı, aviasiya hadisəsi ilə nəticələnə biləcək təhlükəli amillərin və ya şəraitin yaranması səbəbləri haqqında məlumatların toplanmasını da nəzərdə tutmalıdır.

7.6. Uçuşların təhlükəsizliyi sahəsində idarəetmənin bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə xidmət təminatçılarının təsdiq etdikləri UTİS aşağıdakılara təminat verməlidir:

7.6.1. risklərin müəyyən edilməsində ardıcıl yanaşmaya;

7.6.2. uçuşların təhlükəsizliyi ilə əlaqədar olan və uçuşların təhlükəsizliyinin məqbul hesab edilən səviyyədə saxlanılmasına yönələn zəruri tədbirlər görülməsinə;

7.6.3. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performansa və onun müəyyən edilmiş indikatorlarına və hədəflərinə uyğun olmasına daimi nəzarətin həyata keçirilməsinə;

7.6. 4. uçuşların təhlükəsizlik səviyyəsinin daim təkmilləşdirilməsinə.

7.7. Xidmət təminatçısının performans indikatorunun müəyyən edilməsi üçün xidmət təminatçıları tərəfindən hazırlanmış UTİS Agentliklə razılaşdırılmalıdır.

7.8. Agentlik xidmət təminatçıları, habelə digər mülki aviasiya subyektləri üçün hər təqvim ili üzrə Azərbaycan Respublikasının mülki aviasiyasında uçuşların təhlükəsizliyinin hədəflənən minimal səviyyəsini müəyyən edir.

8.1. Azərbaycan Respublikasının mülki aviasiya subyektləri uçuşların təhlükəsizliyinin təmin edilməsində faktiki və potensial nöqsanlar barədə məlumatların toplanmasına yardım məqsədilə istismar etdikləri hava gəmilərinin məruz qaldıqları bütün aviasiya hadisələri barədə məlumatları Agentliyə təqdim etməlidirlər.

8.2. Agentlik aviasiya hadisələri barədə məcburi və könüllü qaydada təqdim edilmiş məlumatları toplayır, qeydiyyatını aparır, uçuşların təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlər hazırlanması məqsədilə onları təhlil edir və ümumiləşdirir.

8.3. Agentlik məcburi araşdırılmalı olan hadisələr siyahısına düşən aviasiya hadisələrinin araşdırılmasını təşkil edir, təhlükə amillərinə münasibətdə isə onların qarşısının alınması və ya təsirlərinin azaldılması üçün müvafiq profilaktik tədbirlər görür.

8.4. Aviasiya hadisəsi və ya aviasiya insidentinin araşdırılmasının iştirakçıları uçuşların təhlükəsizliyinin artırılmasına yönəlmiş bərpaedici tədbirlər görülməsi məqsədilə aviasiya hadisəsinin səbəbləri barədə bütün informasiyadan öz təşkilatları üçün istifadə edə bilərlər. Araşdırma prosesinə xələl gətirməmək üçün qeyd edilən informasiya heç bir halda səlahiyyəti olmayan şəxslərə verilə və ya onlarla müzakirə edilə bilməz.

8.5. Aviasiya hadisəsi və ya aviasiya insidentinin araşdırılmasının istənilən mərhələsində bu Qaydanın 9.2-ci bəndində nəzərdə tutulan araşdırma komissiyası əldə olunmuş məlumatlar əsasında uçuşların təhlükəsizliyinin artırılması üçün təcili görülməli olan qabaqlayıcı tədbirlər işləyib hazırlaya bilər.

8.6. Uçuşların təhlükəsizliyinin vəziyyəti aşağıdakılar əsasında təhlil edilir:

8.6.1. aviasiya hadisələrinin araşdırılma nəticələri və onların məlumat bazası;

8.6.2. təhlükəli amilləri müəyyən etmək üçün müxtəlif proqramların yerinə yetirilməsi;

8.6.3. xidmət təminatçılarının fəaliyyətinə nəzarət edilməsi.

8.7. Agentlik aviasiya təşkilatları və aviasiya personalı üçün aviasiya hadisələrinin qarşısının alınmasına dair tövsiyələr hazırlamaq məqsədilə Azərbaycan Respublikasının mülki hava gəmilərinin uçuşlarının təhlükəsizlik vəziyyəti ilə bağlı aylıq, rüblük, yarımillik və illik təhlillər hazırlayır, onları nəşr etdirir və xidmət təminatçılarına göndərilməsini təmin edir.

8.8. Nazirlik xidmət təminatçılarının, o cümlədən xarici dövlətə mənsub hava gəmilərinin istismarçılarının UTİS-ində uyğunsuzluqlar aşkar etdikdə, uçuşların təhlükəsizliyi baxımından daha problemli sahələrdə və ya xidmət təminatçılarının əlavə yoxlamalar tələb edən fəaliyyət sahələrində plandankənar (növbədənkənar) yoxlama aparır.

8.9. Xidmət təminatçıları uçuşların təhlükəsizlik vəziyyəti ilə bağlı yarımillik və illik təhlilləri tərtib edir, uçuşların təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə ümumiləşmə aparılması və profilaktik tədbirlər görülməsi üçün onları Agentliyə göndərirlər.

9.1. Aviasiya hadisəsinin başvermə səbəblərinin və (və ya) ona şərait yaradan amillərin müəyyən edilməsi, aviasiya hadisələrinin qarşısının alınması üçün tövsiyələrin hazırlanması və uçuşların təhlükəsizliyinin səmərəliliyinin təmin edilməsi məqsədilə “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının hava gəmisi və ya Azərbaycan Respublikasının ərazisində xarici dövlətə mənsub hava gəmisi ilə baş vermiş bütün aviasiya hadisələrinin araşdırılması aparılır.

9.2. Aviasiya hadisəsinin araşdırılmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya həyata keçirir.

9.3. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

9.4. Xidmət təminatçılarının UTİS-i çərçivəsində aviasiya hadisələrinin araşdırılması mexanizmi nəzərdə tutulmalıdır.

10.1. Agentlik uçuşların təhlükəsizliyinin təşkilinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğun təşkil edilməsi üçün müntəzəm qaydada təlimlər keçirilməsini təmin edir.

10.2. Agentlik müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçməsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirir.

10.3. Müfəttiş yoxlamalarını həyata keçirən heyətin işə qəbulu zamanı onların uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyətinin xüsusiyyətləri, ixtisası, uçuşların təhlükəsizliyi sahəsindəki iş təcrübəsi və şəxsi keyfiyyətləri nəzərə alınır.

10.4. Uçuşların təhlükəsizliyi üzrə hazırlığın formaları iş yerində hazırlıqdan, ilk peşə təhsilindən və əlavə təhsildən ibarətdir.

10.5. Uçuşların təhlükəsizliyinin təmin edilməsində fəaliyyət göstərən müfəttiş heyətinin bu sahədə hazırlığı üzrə illik təlim planı tərtib olunaraq təsdiq edilir.

10.6. Agentlik uçuşların təhlükəsizliyi üzrə bütün növ hazırlıq kurslarının təşkilinə və keçirilməsinə nəzarət edir.

10.7. Agentlik uçuşların təhlükəsizliyinə nəzarətin həyata keçirilməsində iştirak edən müfəttiş heyətinin təlimini sertifikatlaşdırılmış təhsil müəssisəsində və ya ICAO-nun təlim mərkəzlərində, habelə Agentlik tərəfindən səlahiyyət bəyanı verilmiş müvafiq təlimçi sertifikatına malik şəxslər vasitəsilə Agentlikdə həyata keçirir.

Uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri, hava hərəkətinin intensivliyinin və həcminin sürətlə artması, mövcud hava gəmilərinin yenilənməsi və müasir tələblərə cavab verən aviasiya mütəxəssisləri hazırlanmasının vacibliyi, hava hərəkətinə xidmət, hava gəmilərinin, hava limanı və aerodromların istismarı zamanı dövlət tərəfindən məqbul təhlükəsizlik səviyyəsinin müəyyən olunması və təmin edilməsi məqsədilə uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramının (bundan sonra - Dövlət Proqramı) qəbulunu zəruri etmişdir.

Dövlət Proqramı “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə və mülki aviasiya sahəsində digər beynəlxalq təşkilatların standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq, habelə mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

Mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi dedikdə təhlükə mənbələrinin aşkarlanması və risklərə nəzarət yolu ilə uçuşların təhlükəsiz həyata keçirilməsi, o cümlədən hava nəqliyyatında şəxsin həyat və sağlamlığına və ya əmlakına ziyan vurulması riskinin məqbul həddə qədər azaldılması, təhlükə mənbələrinin aşkarlanmasını, risklərə daimi nəzarət vasitəsilə onların bu səviyyədə və ya daha aşağı səviyyədə saxlanılması nəzərdə tutulur.

Dövlət Proqramı mülki aviasiya sahəsində normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini, mülki aviasiyanın təhlükəsiz inkişafı ilə bağlı prioritetlər sisteminin formalaşdırılıb həyata keçirilməsini, uçuşların həyata keçirilməsinə cəlb olunmuş dövlət qurumlarında uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemlərinin qiymətləndirilməsini nəzərdə tutur.

Dövlət Proqramı həmçinin beynəlxalq mülki aviasiya təşkilatlarının və Müstəqil Dövlətlər Birliyi ölkələri ilə regional əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur.

Mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet vəzifələrindən biri olduğundan, Dövlət Proqramı uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş strateji məqsədləri, vəzifələri, prinsipləri, əsas fəaliyyət istiqamətlərini müəyyən edir.

Dövlət Proqramının müddəaları Azərbaycan Respublikasında mülki aviasiyanın fəaliyyətinə şamil olunur.

3.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:

3.1.1. aviasiya sahəsində uçuşların təhlükəsizliyinin idarə edilməsi strategiyasının (mülki aviasiyanın təhlükəsiz inkişafı ilə bağlı prioritetlər sisteminin formalaşdırılması və tətbiqi) müəyyən edilməsi və onun həyata keçirilməsi üçün mülki aviasiya sahəsinə cavabdeh olan dövlət orqanlarının və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi;

3.1.2. mülki aviasiya sahəsində beynəlxalq standartların və tövsiyə olunan təcrübənin səmərəli tətbiqinin təmin edilməsi;

3.1.3. uçuşların təhlükəsizliyinin yüksək səviyyəsinin əldə edilməsi, aviasiya hadisələrinin və insidentlərinin sayının azaldılması üçün risklərin idarə edilməsi prosesinin təşkili;

3.1.4. Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin məqbul hesab edilən səviyyəsinə nail olmaq üçün təhlükə mənbələrinin müəyyənləşdirilməsi və risklərin idarə edilməsi vasitəsilə uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olmasının təmin edilməsi;

3.1.5. Azərbaycan Respublikasında hava hərəkətinin intensivliyinin və həcminin əhəmiyyətli artımının proqnozlaşdırılması, mövcud hava gəmilərinin yenilənməsi və müasir tələblərə cavab verən aviasiya mütəxəssislərinin hazırlanması ilə əlaqədar olaraq, milli səviyyədə bu sahənin gələcək inkişafının planlı, təhlükəsiz, səmərəli idarə edilməsi;

3.1.6. mülki aviasiya sahəsində təhlükəsizlik mədəniyyətinin təşviq edilməsi;

3.1.7. müxtəlif mənbələrdən uçuşların təhlükəsizliyinə dair məlumatların toplanılması, qorunması və təhlili, o cümlədən bu təhlilin nəticəsi olaraq mülki aviasiyanın daha təhlükəsiz və səmərəli fəaliyyət göstərməsi üçün düzgün qərarların verilməsi, habelə risklərə əsaslanan uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi.

3.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.2.1. Azərbaycan Respublikasında mülki aviasiya, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın beynəlxalq standartlar və tövsiyə edilən təcrübə nəzərə alınmaqla formalaşdırılmasının təmin edilməsi;

3.2.2. uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün risklərin idarə edilməsi funksiyalarının yerinə yetirilməsi sahəsində aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi;

3.2.3. Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə performans indikatorlarının və hədəflərinin monitorinqi;

3.2.4. uçuşların təhlükəsizliyinin idarə olunması sahəsində dövlətin funksiyalarının əlaqələndirilməsi və təkmilləşdirilməsi;

3.2.5. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqini təşviq etmək;

3.2.6. uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət, eləcə də aviasiya hadisələrinin araşdırılması funksiyalarının yüksək səviyyədə keçirilməsi üçün lazımi insan və maliyyə resurslarının cəlb edilməsi;

3.2.7. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti dövlət qurumları və mülki aviasiya sənayesi arasında fəal əməkdaşlığın qurulması və dəstəklənməsi.

3.3. Dövlət Proqramının əsas prinsipləri aşağıdakılardır:

3.3.1. uçuşların təhlükəsizliyinin təmin edilməsində qabaqlayıcı tədbirlər görülməsi və sistemli yanaşmanın təmin edilməsi;

3.3.2. risklərin qiymətləndirilməsi və azaldılması;

3.3.3. uçuşların təhlükəsizliyinin təmin edilməsində süründürməçiliyin aradan qaldırılması;

3.3.4. səmərəlilik, mütənasiblik, dəqiqlik və dayanıqlılıq;

3.3.5. mülki aviasiya sahəsində əsas insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi;

3.3.6. Azərbaycan Respublikasının uçuşların təhlükəsizliyi sisteminin beynəlxalq sistemlərə inteqrasiyası;

3.3.7. uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, aviasiya hadisələri və insidentlərinin sayının azaldılması üçün risklərin idarə edilməsi prosesinin təşkili.

4.1. Mülki aviasiya sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlər:

4.1.1. “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiya;

4.1.2. “Beynəlxalq mülki aviasiya haqqında” Konvensiyaya 1 - 19-cu Əlavələr və onların qoşmalarından irəli gələn tələblər;

4.1.3. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında” Konvensiya;

4.1.4. “Hava gəmiləri üzərində hüquqların beynəlxalq miqyasda tanınması haqqında” Konvensiya;

4.1.5. “Xarici hava gəmilərinin yer səthindəki üçüncü şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi haqqında” Konvensiya;

4.1.6. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiya;

4.1.7. “Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin həyata keçirdikləri beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında” Varşava Konvensiyasına Əlavə Konvensiya;

4.1.8. “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiya;

4.1.9. “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında” Konvensiya;

4.1.10. “Plastik partlayıcı maddələri aşkar etmək məqsədilə onlara nişan vurulması haqqında” Konvensiya;

4.1.11. “Beynəlxalq hava əlaqələri zamanı tranzit haqqında” Saziş;

4.1.12. 1929-cu il oktyabrın 12-də Varşavada imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya düzəlişlər haqqında” Protokol;

4.1.13. “Çikaqo Konvensiyasının üç dildə tərtib edilmiş mətninin mötəbərliyi haqqında” Protokol;

4.1.14. “Çikaqo Konvensiyasının dörd dildə tərtib edilmiş mətninin mötəbərliyi haqqında” Protokol;

4.1.15. 1929-cu il oktyabrın 12-də Varşavada imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya”ya 1-4 nömrəli Əlavə Protokollar;

4.1.16. “Beynəlxalq mülki aviasiya haqqında Konvensiya”nın dəyişdirilməsinə aid 1977-ci il 30 sentyabr tarixli Protokol;

4.1.17. “Beynəlxalq mülki aviasiya haqqında Konvensiya”nın dəyişdirilməsinə aid 1980-ci il 6 oktyabr tarixli Protokol;

4.1.18. “Beynəlxalq mülki aviasiya haqqında Konvensiya”nın dəyişdirilməsinə aid 1984-cü il 10 may tarixli Protokol;

4.1.19. “Xarici hava gəmilərinin yer səthindəki üçüncü şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi haqqında Konvensiya”nın dəyişdirilməsi haqqında Protokol;

4.1.20. “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya”nı tamamlayan Beynəlxalq mülki aviasiyaya xidmət göstərən hava limanlarında qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol.

4.2. Milli qanunvericilik aktları:

4.2.1. Azərbaycan Respublikasının Konstitusiyası;

4.2.2. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu;

4.2.3. “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı;

4.2.4. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi;

4.2.5. “Azərbaycan Respublikasının “Mülki aviasiya haqqında” Beynəlxalq Konvensiyaya qoşulması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı;

4.2.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 mart tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”;

4.2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”;

4.2.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Aviasiya qəzalarını və insidentlərini araşdıran Komissiyanın fəaliyyət göstərməsi Qaydaları”;

4.2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları”;

4.2.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”.

5.1. Bu Dövlət Proqramı ilə müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq, mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:

5.1.1. müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi;

5.1.2. uçuşların təhlükəsizliyi ilə bağlı informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi;

5.1.3. aviasiya hadisələri və insidentləri barədə analitik informasiyanın müntəzəm olaraq toplanmasının, təhlil edilməsinin və yayılmasının beynəlxalq, dövlət və yerli səviyyədə təşkili;

5.1.4. uçuşların təhlükəsizliyinin təmin edilməsi işində iştirak edən subyektlərin fəaliyyəti üçün zəruri şərait yaradılması və onların maddi-texniki təchizatının yaxşılaşdırılması;

5.1.5. uçuşların təhlükəsizliyi sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi;

5.1.6. uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

5.1.7. uçuşların təhlükəsizliyi ilə bağlı risklərin idarə edilməsi;

5.1.8. aviasiya texnikasının səmərəli istifadə və istismarının təmin edilməsi;

5.1.9. mülki aviasiya subyektlərinin hüquqi və fiziki şəxslərə göstərdikləri xidmətlərin milli və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi.

6.1. Uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

6.1.1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;

6.1.2. uçuşların təhlükəsizliyi üzrə Dövlət Proqramının qəbulu və icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi;

6.1.3. uçuşların təhlükəsizliyinin təmin edilməsinə, beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğunluğuna, aviasiya sahəsində yarana biləcək təhlükə amillərinin müəyyən edilməsinə, risklərin qiymətləndirilməsinə və xidmət təminatçılarının xidmət göstərməsi zamanı həmin amillərin təsir dərəcəsinin azaldılması üçün risklərin idarə edilməsi sisteminə nəzarətin həyata keçirilməsi;

6.1.4. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

6.1.5. Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün maarifləndirmə və məlumatlandırma işlərinin görülməsi, aviasiya hadisələri və insidentlərinin məlumat bazasının formalaşdırılması.

7.1. İnformasiya əlaqəsi aşağıdakı şəkildə həyata keçirilir:

7.1.1. uçuşların təhlükəsizliyi ilə bağlı tədbirlərin səmərəliliyini artırmaq üçün beynəlxalq, dövlət və yerli səviyyələrdə analitik məlumatların toplanması müntəzəm olaraq təşkil edilir və bu məlumatlardan istifadə etməklə uçuşların təhlükəsizliyinin yüksək səviyyədə saxlanılması üçün müvafiq tədbirlər görülür;

7.1.2. aviasiya hadisələri və insidentlərinə məruz qalmış hava gəmiləri haqqında ilkin informasiyanın toplanması və aidiyyəti üzrə ötürülməsi məlumatlandırma sxeminə əsasən həyata keçirilir.

7.2. Uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq aşağıdakı şəkildə həyata keçirilir:

7.2.1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq beynəlxalq standartların təkmilləşdirilməsi. insidentlərin nizamlanmasında digər dövlətlərin aidiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və ondan istifadə məqsədilə həyata keçirilir;

7.2.2. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə çoxtərəfli əməkdaşlıq ICAO. Avropa Mülki Aviasiya Konfransı (bundan sonra - ECAC), həmçinin Azərbaycan Respublikasının tamhüquqlu üzv olduğu digər beynəlxalq təşkilatlar çərçivəsində, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə uyğun olaraq həyata keçirilir;

7.2.3. ICAO və ECAC çərçivəsində beynəlxalq əməkdaşlıq aşağıdakı istiqamətlərdə həyata keçirilir:

1. uçuşların təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyaların və çoxtərəfli sazişlərin işlənib hazırlanması;

2. beynəlxalq standartların və tövsiyə edilən təcrübənin təkmilləşdirilməsi;

3. ICAO və ECAC-ın uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində daimi əsaslarla fəaliyyət göstərən orqanlarının işində iştirak;

4. uçuşların təhlükəsizliyinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;

7.2.4. uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə xarici dövlətlərlə ikitərəfli əməkdaşlıq hava nəqliyyatı haqqında hökumətlərarası sazişlərə əsaslanır.

7.2.5. ikitərəfli əməkdaşlıq çərçivəsində bağlanmış sazişlərlə aşağıdakı məsələlər tənzimlənir:

1. uçuşların təhlükəsizliyinə məsul şəxslərin adları, ünvanları, telefon, teleks və faks nömrələri, avtomatik fiksasiyalı teleqraf rabitəsinin (AFTN) ünvanı göstərilməklə onlar arasında əlaqə yaradılması qaydası;

2. qabaqlayıcı xarakterli cari məlumat daxil olduqda, qarşılıqlı fəaliyyətin təşkili qaydası;

3. uçuşların təhlükəsizliyi ilə bağlı məlumat və təcrübə mübadiləsi.

8.1. Uçuşların təhlükəsizliyinin təmin edilməsi xərclərinin Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

8.1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üçün müvafiq il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait;

8.1.2. yerli və xarici investisiyalar;

8.1.3. beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaiti;

8.1.4. büdcədənkənar fondlar;

8.1.5. qanunla qadağan olunmayan digər mənbələr.

8.2. Hava limanlarının istismarçıları uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cari xərcləri həmin hava limanlarının xidmətindən istifadə edən aviasiya müəssisələrinin ödədikləri yığımlar hesabına təmin edirlər.

8.3. Hava limanlarının istismarçıları aviasiya daşıyıcılarının və digər müəssisə, idarə və təşkilatların sifarişlərinə əsasən uçuşların təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər həyata keçirildiyi hallarda əlavə yığım tətbiq etmək hüququna malikdirlər.

8.4. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə görə yığımlar, sərnişinlərin sayı və (və ya) hava gəmisinin çəkisi nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun tətbiq edilir.

8.5. Uçuşların təhlükəsizliyinin təmin edilməsinə gərə yığımlardan bu Dövlət Proqramı ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edilir.

9.1. Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

9.1.1. mülki aviasiya sahəsində dövlət siyasətinin möhkəmlənməsi, o cümlədən ICAO, ECAC və digər aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin artırılması;

9.1.2. mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin edilməsi;

9.1.3. mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyi ilə bağlı yeni qayda, prosedur, təlimat və tədbirlərin hazırlanması və tətbiqi;

9.1.4. uçuşların təhlükəsizliyinin təmin edilməsinə cəlb edilmiş aidiyyəti dövlət qurumları, müəssisə, idarə və təşkilatların, o cümlədən xarici dövlətə mənsub hava gəmiləri istismarçılarının bu Dövlət Proqramının tələblərini daha səmərəli yerinə yetirməsi;

9.1.5. uçuşların təhlükəsizliyinə birbaşa və dolayı yolla cəlb edilmiş aidiyyəti dövlət qurumlarına təqdim edilmiş ilkin məlumatların təhlili nəticəsində sadələşdirilmiş və səmərəli nəzarət prosedurlarının tətbiqinin təmin edilməsi;

9.1.6. bu Dövlət Proqramının icrasına cəlb olunmuş aidiyyəti dövlət qurumlarının nümayəndələrinin mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması;

9.1.7. mülki aviasiya sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin Dövlət Proqramının müddəalarına dair biliklərinin artırılması və onların bu Dövlət Proqramının tələblərini yerinə yetirməsinin təmin edilməsi;

9.1.8. Azərbaycan Respublikasının hava limanlarında həyata keçirilən uçuşların təhlükəsizliyi ilə bağlı tədbirlərin ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunlaşdırılması.

Aviasiya sahəsində, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi

Aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyi sahəsində prosedur qaydaların qəbul edilməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyi ilə bağlı məcburi və könüllü qaydada verilməli olan məlumatlara dair normativ hüquqi aktların hazırlanması

Dövlət Mülki Aviasiya Agentliyi

İxtisaslaşmış texniki personalın hazırlanması və uçuşların təhlükəsizliyinə cəlb edilməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi

Aviasiya personalı üçün təlimlərin təşkili

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyinin təmin edilməsinin davamlı monitoringi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün müfəttiş yoxlamalarının həyata keçirilməsi

Dövlət Mülki Aviasiya Agentliyi

Şəhadətnamə, sertifikat və uçuşa icazələrin verilməsi mexanizminin təkmilləşdirilməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyinin təmin edilməsi sisteminin təkmilləşdirilməsi üzrə öhdəliklərin icrası

Dövlət Mülki Aviasiya Agentliyi,

Aviasiya hadisələri və insidentlərinin araşdırılması

Dövlət Mülki Aviasiya Agentliyi, Baş Prokurorluq

Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəli amillərin aşkar edilməsi və risklərin qiymətləndirilməsi

Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyi sahəsində nəzarətin təmin edilməsi və aşkar edilən nöqsanların aradan qaldırılması

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyinin sahəsində effektivliyin artırılması üçün tədbirlər görülməsi

Dövlət Mülki Aviasiya Agentliyi

Uçuşların təhlükəsizliyinə dair məlumatların toplanması, təhlili və mübadiləsi

Dövlət Mülki Aviasiya Agentliyi, xidmət təminatçıları

Aviasiya hadisələri haqqında məcburi və könüllü verilməli olan məlumatların vahid sisteminin yaradılması

Dövlət Mülki Aviasiya Agentliyi

1. 31 may 2022-ci il tarixli 1695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 463)

2. 3 sentyabr 2022-ci il tarixli 1839 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 4 sentyabr 2022-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1028)

3. 5 avqust 2023-cü il tarixli 2292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust 2023-cü il, “Xalq” qəzeti, 6 avqust 2023-cü il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1159)

4. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)

5. 11 mart 2025-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 mart 2025-ci il, “Xalq” qəzeti, 12 mart 2025-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 224)

6. 17 iyun 2025-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Xalq” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 552)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver