Qanunvericilik › “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 22.07.2014) › Tam mətn

“Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 22.07.2014)

“Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 22.07.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI

“Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Kollegiyanın sədri Aydın Əliyev

Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/02/004 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanı”nın 28.11-ci bəndinə əsasən hazırlanmışdır və Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri (bundan sonra - BPG) ilə göndərilən malların gömrük rəsmiləşdirilməsini tənzimləyir.

1.2. Bu Qaydalar fiziki və hüquqi şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallara şamil edilmir.

1.3. Əqli mülkiyyət hüquqlarının qorunması tədbirləri fiziki şəxslər tərəfindən beynəlxalq poçt göndərişləri ilə göndərilən istehsal və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara münasibətdə tətbiq olunmur.

1.4. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. Beynəlxalq poçt göndərişləri(bundan sonra - BPG) - Azərbaycan Respublikasından xaricə göndərilən və Azərbaycan Respublikasına daxil olan, həmçinin tranzit göndərilən poçt göndərişləri;

1.4.2. Beynəlxalq poçt mübadiləsi yeri (bundan sonra - BPMY) – BPG-nə gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti;

1.4.3. Beynəlxalq poçt mübadiləsi məntəqəsi (bundan sonra - BPMM) - beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer;

1.4.4. Poçt rabitəsinin milli operatoru (milli operator) – Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən universal poçt rabitəsi və poçt-rabitə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru;

1.4.5. Depeş - beynəlxalq poçtun istiqamət planına uyğun olaraq eyni vaxtda, eyni ölkənin, eyni mübadilə yerindən digər ölkənin müvafiq mübadilə yerinə göndərilən poçt;

1.4.6. Daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;

1.4.7. Əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar;

1.4.8. Gömrük təminatı - gömrük nəzarətinin və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;

1.4.9. Beynəlxalq poçt mübadiləsi məntəqələrini və Beynəlxalq poçt mübadiləsi yerlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə müəyyən edirlər.

2. Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi

2.1. BPG-nə aşağıdakılar aiddir:

2.1.1. poçt kartları;

2.1.4. xüsusi “M” kisələri;

2.1.5. kiçik paketlər;

2.1.6. poçt bağlamaları;

2.1.8. sürətli poçt göndərişləri (EMS).

2.2. Yerüstü nəqliyyatla ölkələr arasında birbaşa (BPMM-nə daxil olmadan) daşınan BPG-nə gömrük nəzarəti gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilməklə, BPG-nin yerləşdirildiyi yük bölmələrində, kisələrdə gömrük təminatlarının mövcudluğu, bütövlüyü və müşayiət qaimələri yoxlanılır, BPG-nə dair müvafiq məlumatlar gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınaraq, nəqliyyat vasitəsinin BPMY-nə gömrük nəzarəti altında çatdırılmasına icazə verilir.

2.3. Gömrük sərhəd buraxılış məntəqəsində daşıyıcının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş BPG-nə məsul gömrük orqanının vəzifəli şəxsi tərəfindən müvafiq gömrük nəzarəti həyata keçirildikdən sonra BPG-nə dair müvafiq məlumatlar gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınmaqla, BPG-nin təyinatı üzrə BPMM-nə çatdırılmasına icazə verilir.

2.4. BPMM-nə daxil olan BPG daşıyıcının səlahiyyətli nümayəndəsindən adbaad yoxlanılmaqla gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə poçt işçiləri tərəfindən təhvil alınır. BPG-nə vizual baxış keçirilərək, onların bütövlüyü və salamatlığı yoxlanıldıqdan sonra, kisələr bir-bir tərəzidə çəkilir. Faktiki çəki və digər məlumatlar müşayiət qaimələrində (CN-37 - yerüstü poçt, CN-38 - aviapoçt, CN-41 - S.A.L. poçtu, CN-47 - boş kisələr) və depeş yarlıqlarında (CN-34, CN-35, CN-36 - LC/AO depeşlərində, CN35-EMS depeşlərində, CP-83, CP-84, CP-85 - bağlama CP depeşlərində) göstərilənlərlə eyniləşdirilir. Aşkar olunmuş uyğunsuzluqlar - çəki fərqləri, zədələnmələr, yanlış göndərişlər, qablaşdırmanın bütövlüyünün pozulması və s. barədə gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə daşıyıcının səlahiyyətli nümayəndəsi və poçt işçiləri tərəfindən akt tərtib edilərək imzalanır. Hər hansı uyğunsuzluq aşkar olunmazsa, kisələrə gömrük nəzarətini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük təminatı vurulur.

2.5. Tərkibinə görə depeşlər aşağıdakı növlərə bölünür:

2.5.1. məktub korrespondesiyası (LC/AO) depeşləri;

2.5.2. poçt bağlamaları (CP) depeşləri;

5.2.3. sürətli poçt göndərişləri (EMS) depeşləri;

5.2.4. geri qaytarılan boş kisə (SV) depeşləri.

2.6. Daxil olan boş kisələrin depeş (SV) qaimələri (CN-47) və içərisində yalnız dövrü mətbuat olan xüsusi “M” kisələrinin qaimələri (əgər bu qaimələr M kisələri üçün ayrıca tərtib edilmişdirsə) istisna olmaqla, müvafiq qaimələrə gömrük orqanı tərəfindən “Gömrük yükü” ştampı və məsul gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü vurulur.

2.7. BPMM-də beynəlxalq poçt daşımalarını həyata keçirən daşıyıcının səlahiyyətli nümayəndəsindən qəbul olunmuş BPG BPMM-dən BPMY- ə yola düşəcək daşıyıcının səlahiyyətli nümayəndəsinə gömrük orqanının vəzifəli şəxsinin nəzarəti altında poçt işçiləri tərəfindən tərtib olunmuş f.16 qaiməsi (daxili təhvil qaiməsi) əsasında təhvil verilir. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən f.16 qaiməsindəki qeydlər beynəlxalq müşayiət qaimələri və malların təyinat yerinə gömrük nəzarəti altında çatdırılmasına nəzarətin təşkil edilməsi məqsədilə gömrük orqanının vəzifəli şəxsi tərəfindən tərtib edilən daşınmaya nəzarət vərəqəsi ilə eyniləşdirilir. f.16 qaiməsinə “Gömrük yükü” ştampı vurulur, daşınmaya nəzarət vərəqəsi isə BPG-nin BPMY-nə çatdırılmasına məsul şəxs tərəfindən imzalanır. f.16 qaiməsinin və malların daşınmasına nəzarət vərəqəsinin hər birindən bir nüsxə gömrük orqanında saxlanılmaqla, bütün sənədlər poçtla birlikdə daşınmanı həyata keçirən səlahiyyətli nümayəndəyə verilir və BPG-nə dair məlumatları özündə əks etdirən sənəddə göstərilənlər gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınır. Nəqliyyat vasitəsinin növü və imkanları nəzərə alınmaqla göndərən gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə BPG-nin təyinat gömrük orqanına (BPMY-nə) çatdırılması daşıyıcının səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirməlidir.

2.8. BPG BPMM-də qəbul edildiyi andan BPMY-nə çatdırılmasına qədər daşıyıcının tam məsuliyyəti altında saxlanılır.

2.9. BPMY-nə çatdırılmış BPG daxil olduğu vaxtdan sonra bir saat ərzində, gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda isə həmin orqanın iş vaxtı başlandıqdan sonra bir saat ərzində poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsi tərəfindən gömrük nəzarətinə təqdim edilir.

2.10. BPG-nin gömrük orqanlarına bu Qaydalarla müəyyən olunmuş müddətdə təqdim olunmasına görə poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndələri məsuliyyət daşıyırlar.

2.11. BPMM-dən (göndərən gömrük orqanı) BPMY-nə (təyinat gömrük orqanı) çatdırılmış BPG BPMY-də gömrük orqanı tərəfindən beynəlxalq poçtun müşayiət qaimələri, daxili qaimə (f.16), həmçinin BPMM-də gömrük orqanının vəzifəli şəxsinin tərtib etdiyi malların daşınmasına nəzarət vərəqəsi ilə eyniləşdirilməsi həyata keçirilir və gömrük orqanının vəzifəli şəxsi tərəfindən BPG-nin BPMM-dən BPMY-nə daxil olması gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində təsdiqlənir (malların təyinat gömrük orqanına çatdırılmasının təsdiqlənməsini tənzimləyən normativ sənədlərə uyğun şəkildə) və bu gömrük sərhəd buraxılış orqanı tərəfindən BPG-nin təyinat yerinə çatdırılmasının nəzarətdən çıxarılması üçün əsas sayılır.

2.12. BPG nəqliyyat vasitəsindən boşaldılarkən gömrük orqanının vəzifəli şəxsləri tərəfindən gömrük eyniləşdirmə vasitələrinin, plombların, sarğıların bütövlüyü və qüsursuzluğu yoxlanılır. Kisələrin sayı poçt qaimələrindəki məlumatlarla eyniləşdirildikdən sonra gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə poçt işçiləri tərəfindən ümumi hesabla qəbul edilir.

2.13. BPMY-də qəbul edilən BPG kisələri tərəzidə çəkilərək, adbaad müşayiət qaimələri ilə eyniləşdirilir. Müşayiət qaimələrində müvafiq gömrük orqanının “Gömrük yükü” ştampının mövcudluğu yoxlanılır. BPG olan kisələr gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə poçt işçiləri tərəfindən açılır, içərisindəki kiçik paketlər və qiymətli məktublar seçilərək sənədləşdirilir və gömrük nəzarətinə təqdim edilmək üçün hazırlanır. Sadə, sifarişli məktub və banderolların, “M” kisələrinin içərisində şübhə doğuran və ya gömrük yoxlamasından keçməli əşyalar olduqda, onlar da poçt işçiləri tərəfindən gömrük nəzarətinə təqdim edilir.

2.14. BPG-nə gömrük nəzarətinin həyata keçirilməsi ən azı üç nəfər işçinin (iki nəfər poçt işçisi və bir nəfər gömrük orqanının vəzifəli şəxsi) iştirakı ilə həyata keçirilir. Gömrük nəzarəti üçün təqdim olunmuş BPG-nin xarici görünüşü yoxlanılmaqla və faktiki çəkisi dəqiqləşdirilməklə müşayiət qaimələrində və gömrük bəyannamələrində (CN-22 və CN-23) qeyd olunan məlumatlarla eyniləşdirilir.

2.15. Gömrük orqanı əməkdaşı gömrük nəzarətini həyata keçirərkən zəruri hesab etdiyi BPG-nin açılmasını, içərisindəki əşya və malların bir-bir gömrük yoxlamasına təqdim olunmasını tələb edir. Poçt göndərişinin xarici görünüşünün heç bir şübhə doğurmadığı (göndərişin mövcud Qaydalara tam olaraq qablaşdırıldığı), eləcə də müvafiq texniki nəzarət vasitələrindən istifadə edilməklə baxış zamanı içərisində heç bir şübhəli əşyanın aşkar olunmadığı və gömrük bəyannaməsinin Ümumdünya Poçt İttifaqı Konvensiyasının tələblərinə uyğun şəkildə doldurulduğu (içərisindəki mal və əşyaların adbaad sadalanaraq, hər birinin çəkisi, gömrük dəyəri) hallarda, həmin göndərişlərin açılmadan gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

2.16. BPG-nin gömrük yoxlanılması BPMY-də Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 91.3-cü maddəsinə əsasən BPG sahiblərinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan gömrük orqanları tərəfindən həyata keçirilir.

2.17. BPMY-dən göndərilən BPG (bağlama və kiçik paketlər) bu Qaydaların 2.14-cü bəndinə uyğun olaraq gömrük bəyannamələri əsasında poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndələri tərəfindən gömrük nəzarətinə təqdim edilir. Gömrük nəzarəti həyata keçirildikdən və göndərilən malların gömrük qanunvericiliyinə zidd olmadığı dəqiqləşdirildikdən sonra, müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müşayiət qaimələrinə gömrük orqanının vəzifəli şəxsi tərəfindən «Buraxılsın» ştampı və məsul gömrük orqanının vəzifəli şəxsinin şəxsi nömrəli möhürü vurulur və bir nüsxəsi gömrük orqanında saxlanılır. Ölkədən göndərilən BPG-nə dair sənəddə göstərilən məlumatlar gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınır.

2.18. Ölkədən göndəriləcək BPG-nin poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsinə təhvil verilməsi, BPMY-də gömrük orqanının vəzifəli şəxslərinin nəzarəti altında yerinə yetirilir və beynəlxalq müşayiət qaimələrində gömrük orqanının «Buraxılsın» ştampının və məsul gömrük orqanının vəzifəli şəxsinin möhürünün olması yoxlanılır.

2.19. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan BPG Azərbaycan Respublikasının gömrük ərazisindən kənara güzəştli qaydada göndərilə bilər.

2.20. Gömrük orqanları üçün zəruri olan məlumatları özündə əks etdirən Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan BPG ilə göndərilən mallar üçün gömrük bəyannaməsi tələb olunmur.

2.21. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödənilir.

2.22. Gömrük orqanı tərəfindən müəyyən edilmiş istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar BPG ilə daxil olduqda, aidiyyəti gömrük orqanına gömrük bəyannaməsi təqdim etmələri barədə poçt rabitəsinin milli operatorunun əməkdaşları tərəfindən malın gömrük rəsmiləşdirilməsini həyata keçirəcək səlahiyyətli şəxsə (alıcıya) bildiriş (elektron və ya yazılı) göndərilir.

2.23. BPG-nin içərisində Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının icazə sənədləri tələb olunan mallar olduqda, həmin malların gömrük rəsmiləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada mallara dair müvafiq icazə sənədləri təqdim edilməklə həyata keçirilir.

2.24. Poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndələri gömrük rəsmiləşdirilməsini və nəzarətini həyata keçirən gömrük orqanına qanunvericiliklə ilə nəzərdə tutulmuş güzəştlərə nəzarətin həyata keçirilməsi məqsədilə 30 gün ərzində bir dəfədən çox eyni şəxsin adına daxil olmuş BPG barədə yazılı, şifahi və ya elektron formada məlumat təqdim edirlər.

2.25. Malların BPG ilə tranziti gömrük sərhəd buraxılış məntəqəsində müvafiq gömrük nəzarəti prosedurları həyata keçirilməklə, BPG-nə dair müvafiq məlumatlar gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

2.26. Gömrük orqanının qərarına əsasən qanunvericiliyə uyğun olaraq BPG xaricə geri qaytarıldıqda poçt rabitəsinin milli operatorunun əməkdaşı tərəfindən müşayiətedici sənədlərə müvafiq ştamp vurulur və bu barədə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydiyyat aparılır.

2.27. BPG ilə gömrük ərazisinə gətirilən (göndərilən) qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş mallar olduqda, həmin malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, müvafiq sənədləşmə aparılmaqla gömrük orqanlarının müvəqqəti saxlancına verilir.

2.27. Fiziki şəxslər tərəfindən qanunvericiliklə bəyan olunması nəzərdə tutulmuş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan BPG-nə dair bəyannamə gömrük orqanına kağız üzərində yazılı və ya elektron formalarda təqdim edilə bilər. Elektron bəyannamə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinin (customs.gov.az) elektron gömrük xidməti bölməsindən istifadə etməklə doldurulur.

3. Beynəlxalq poçt göndərişlərinin yoxlanılması zamanı aşkar edilmiş pozuntuların rəsmiləşdirilməsi

3.1. BPG müəyyən olunmuş müddət ərzində BPMY-nə çatdırılmadığı təqdirdə, habelə BPG-nin gömrük yoxlanılması zamanı aşkar olunmuş hüquq pozmalarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

3.2. Azərbaycan Respublikasından göndərilən poçt göndərişləri üçün gömrük nəzarətinə təqdim olunmuş BPG-nin bəyannaməsi düzgün doldurulmadıqda, həmin göndərişlər bəyannaməçi tərəfindən dəqiqləşdirilməsi və tam doldurulması üçün geri qaytarıla bilər.

3.3. Azərbaycan Respublikasına daxil olan gömrük nəzarətinə təqdim olunmuş BPG-nə dair bəyannamə düzgün və ya tam doldurulmadıqda, poçt rabitəsinin milli operatoru BPG-ni göndərən ölkənin poçt müəssisəsini bu barədə xəbərdar edir. Hər hansı xarici poçt müəssisəsi tərəfindən belə vəziyyət davamlı hala çevrildikdə və xəbərdarlıq nəzərə alınmadıqda, poçt rabitəsinin milli operatoru yuxarıda göstərilən qüsurların müəyyən olunmuş qaydada aradan qaldırılması üçün həmin poçt işçiləri qarşısında mövcud qanunvericiliyə uyğun olaraq tədbir görülməsi barədə məsələ qaldırır.

3.4. BPG-nin göndərilməsi zamanı aşkar edilmiş gömrük hüquq pozuntuları qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilir.

4.1. BPG-nin göndərilməsi zamanı itməsi, zədələnməsi, yaxud yubadılmasına görə (gömrük orqanları tərəfindən qəbul olunmuş qərar istisna olmaqla) maddi məsuliyyəti Azərbaycan Respublikası qanunvericiliyinin və Ümumdünya Poçt İttifaqı Konvensiyasının müəyyən etdiyi qaydada müvafiq poçt rabitəsinin milli operatoru daşıyır.

4.2. BPG-nin daşınması zamanı daşıyıcının təqsiri üzündən BPG-nin itməsi, zədələnməsi və ya yubadılması hallarına görə qanunvericiliyə və Ümumdünya Poçt İttifaqı Konvensiyasına uyğun olaraq daşıyıcı məsuliyyət daşıyır.

4.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə görə gömrük orqanının vəzifəli şəxsiləri məsuliyyət daşıyırlar.

13 dekabr 2016-cı il tarixli 100/04/002 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612130002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2016-cı il)

28 dekabr 2020-ci il tarixli 1000/04/001 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012280001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2021-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver