“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların şamil edildiyi avtonəqliyyat vasitələri 2016-cı il 1 iyul tarixindən rəqəmsal taxoqraflarla təchiz edilsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, rəqəmsal taxoqrafların növlərinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası”na uyğun rəqəmsal taxoqrafların ölçmə vasitəsi kimi tipinin təsdiq edilərək ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.
4. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1125; 2014, №7, maddə 947) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin qərarla təsdiq edilmiş “Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda”ya 1, 2, 3, 4 və 5 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
4.2. həmin qərarla təsdiq edilmiş “Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları”na 1 nömrəli əlavədə “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin” sözləri “Azərbaycan Respublikası qanunvericiliyinin” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 mart 2016-cı il
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinə
1. Xahiş edirəm mənə avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək sürücü kartını verəsiniz:
2. Sürücü kartının verilməsi üçün məlumatlar:
2.1. adı, soyadı, atasının adı __________________________
2.2. yaşayış ünvanı __________________________________
2.3. poçt ünvanı ____________________________________
2.4. doğulduğu tarix ________________________________
2.5. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir (xarici vətəndaşlar üçün xarici pasportun məlumatları)
______________________________________________________
2.6. milli sürücülük vəsiqəsinin nömrəsi __________________
2.7. sürücülük vəsiqəsinin verildiyi ölkənin adı ____________
2.8. ünsiyyət dili_______________________________________
2.9. xüsusi təlim keçmə barədə məlumat __________________
3. Bu ərizə ilə sürücü kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.
4. □ Beynəlxalq avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
5. □ Ölkədaxili avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
6. Sürücü kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.
7. Ərizədə göstərilmiş məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:
7.1. şəxsiyyəti təsdiq edən sənədin məlumatlarını (soyadı, adı, atasının adı, kim tərəfindən və nə vaxt verilmişdir, qeydiyyat yeri) əks etdirən səhifələrinin surəti;
7.2. sürücülük vəsiqəsinin surəti;
7.3. xüsusi təlim keçmə barədə sənədin surəti;
(tarix) (ərizəçinin imzası) (adı, soyadı)
Qeyd. Bu ərizənin 2.8-ci, 2.9-cu, 7.3-cü bəndlərinin və 3-cü hissənin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinə
(ərizəçinin adı, soyadı, atasının adı)
1. Xahiş edirəm mənə qüvvədəolma müddətinin bitməsi ilə əlaqədar avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə edilən yeni sürücü kartını verəsiniz:
2. Əvvəl verilmiş kartın nömrəsi ______________________________
3. Şəxsi məlumatların dəyişdirilməsi barədə məlumatlar (əgər həmin məlumatlarda dəyişikliklər olmuşdursa):
3.1. adı, soyadı, atasının adı ___________________________________
3.2. yaşayış ünvanı ___________________________________________
3.3. poçt ünvanı ______________________________________________
3.4. doğulduğu tarix __________________________________________
3.5. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir (xarici vətəndaşlar üçün xarici pasport məlumatları)
__________________________________________________________________
3.6. milli sürücülük vəsiqəsinin nömrəsi __________________________
3.7. sürücülük vəsiqəsinin verildiyi ölkənin adı ____________________
3.8. ünsiyyət dili _______________________________________________
4. Bu ərizə ilə sürücü kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.
5. □ Beynəlxalq avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
6. □ Ölkədaxili avtomobil daşımaları zamanı sürücü kartını ondan istifadə etmək hüququ olmayan digər şəxslərə verməməyi və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və onun təyinatına uyğun olaraq, kartın istifadəsini mümkünsüz edən hallar yarandıqda (məsələn, sürücülük hüquqlarından məhrumetmə və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
7. Sürücü kartının təzələnməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.
8. Şəxsi məlumatların dəyişdirilməsi ilə əlaqədar ərizədə göstərilmiş məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:
8.1. şəxsi məlumatların dəyişdirilməsini təsdiq edən sənədlər;
(tarix) (ərizəçinin imzası) (adı, soyadı)
Qeyd. Bu ərizənin 3.8-ci bəndinin və 4-cü hissəsinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinə
(daşıyıcı hüquqi şəxsin adı və ya fərdi sahibkarın adı, soyadı, atasının adı)
1. _____________________________________________________________ şəxsində
_________________________________________________________________________
avtomobil daşımalarının həyata keçirilməsi zamanı istifadə ediləcək _____ ədəd daşıyıcı kartının verilməsini xahiş edirik:
2.1. ______ ədəd daşıyıcı kartının ___________________________________________
2.2. ______ ədəd daşıyıcı kartının ___________________________________________
(vəzifəsi, adı, soyadı, atasının adı)
adına rəsmiləşdirilməsini xahiş edirəm.
3. Bu ərizə ilə daşıyıcı kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.
4. □ Beynəlxalq avtomobil daşımaları zamanı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və təyinatına uyğun olaraq, daşıyıcı kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda, kartı qaytarmağı öz öhdəmə götürürəm.
5. □ Ölkədaxili avtomobil daşımaları zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və təyinatına uyğun olaraq, daşıyıcı kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda, kartı qaytarmağı öz öhdəmə götürürəm.
6. Daşıyıcı kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.
7. Daşıyıcı kartının verilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) haqqında məlumatlar:
7.1. tam və qısaldılmış adı ________________________________________
7.2. qeydiyyat və idarəetmə orqanının ünvanı _______________________
7.3. poçt ünvanı _________________________________________________
8. Daşıyıcı kartı verilən şəxs (şəxslər) barədə məlumatlar:
8.1. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin vəzifəsi, adı, soyadı, atasının adı _________________
8.2. doğulduğu tarix _______________________
8.3. şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir)________________________________________________________
8.4. xüsusi təlim keçmə barədə məlumat ______________________________
8.5. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin nömrəsi və tarixi _____________________________________
_____________________________________________________________________________
9. Əvvəllər verilmiş daşıyıcı kartı haqqında məlumatlar:
9.1. kartın nömrəsi ____________________________________________
9.2. qüvvədəolma müddəti _____________________________________
9.3. daşıyıcı kartının verildiyi şəxsin adı, soyadı, atasının adı ___________________
_____________________________________________________________________________
10. Ərizədə qeyd edilən məlumatları ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə təsdiq edirəm:
10.1. hüquqi şəxsin (fərdi sahibkarın) dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
10.2. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə təyin edilmiş məsul şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
10.3. sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin surəti;
10.4. kartın verilməsi nəzərdə tutulmuş hər bir şəxsin xüsusi təlim keçməsi haqqında sənədin surəti;
10.5. təzələnməsi tələb olunan əvvəllər verilmiş kartlar.
(tarix) (ərizəçinin imzası) (adı, soyadı)
Qeyd. Bu ərizənin 3-cü hissəsinin, 8.4-cü və 10.4-cü bəndlərinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinə
(emalatxana rəhbərinin adı, soyadı, atasının adı, vəzifəsi)
1. ______________________________________________________________________
_________________________________________________________________ şəxsində
“Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi” üzrə səlahiyyətli orqan tərəfindən icazə verilən taxoqrafların quraşdırılması, yoxlanılması, plomblanması, təmiri və onlara texniki xidmət göstərilməsi üçün _____________ ədəd emalatxana kartının verilməsini xahiş edirik.
2.1. _____ ədəd emalatxana kartının ____________________________________
(vəzifəsi, adı, soyadı, atasının adı)
2.2. _____ ədəd emalatxana kartının ____________________________________
(vəzifəsi, adı, soyadı, atasının adı)
adına rəsmiləşdirilməsini xahiş edirik.
3. Emalatxana kartının verilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) barədə məlumatlar:
3.1. emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın tarixi və qeydiyyat nömrəsi _______________________________________________________________
3.2. tam və qısaldılmış adı ___________________________________________
3.3. qeydiyyat və idarəetmə orqanının ünvanı __________________________
3.4. poçt ünvanı_____________________________________________________
4. Emalatxana kartının verilməsi üçün məlumatlar:
4.1. kartların alınması, saxlanılması və istifadə edilməsi üçün hüquqi şəxs (fərdi sahibkar) tərəfindən təyin edilmiş təşkilatın rəhbəri və ya digər şəxsin (şəxslərin) adı, soyadı, atasının adı və vəzifəsi __________________________________________________ ______________________________
4.2. doğulduğu tarix ______________________________________
4.3. şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir) _____________________________________________________
4.4. xüsusi təlim keçmə barədə məlumat ____________________________
4.5. kartın alınması, saxlanılması və istifadə edilməsi üçün məsul şəxsin təyin edilməsi barədə əmrin nömrəsi və tarixi _________________________________
5. Əvvəllər verilmiş emalatxana kartı haqqında məlumatlar:
5.1. kartın nömrəsi _______________________________________________
5.2. qüvvədəolma müddəti ________________________________________
5.3. kartının verildiyi şəxsin adı, soyadı, atasının adı __________________
6. Bu ərizə ilə daşıyıcı kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.
7. □ Beynəlxalq avtomobil daşımaları zamanı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və təyinatına uyğun olaraq, emalatxana kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (müvafiq fəaliyyətin dayandırılması, emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın qüvvəsinin dayandırılması və ya ləğv olunması, xidmət göstərilən növ taxoqrafların istismardan çıxarılması və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
8. □ Ölkədaxili avtomobil daşımaları zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və təyinatına uyğun olaraq, emalatxana kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (müvafiq fəaliyyətin dayandırılması, emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın qüvvəsinin dayandırılması və ya ləğv olunması, xidmət göstərilən növ taxoqrafların istismardan çıxarılması və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
9. Emalatxana kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.
10. Ərizədə göstərilən məlumatlar ərizəyə əlavə edilən aşağıdakı sənədlərlə təsdiq edilir:
10.1. hüquqi şəxsin (fərdi sahibkarın) dövlət qeydiyyatına alınması haqqında sənədin surəti;
10.2. emalatxanaya səlahiyyət verilməsi haqqında attestatın surəti;
10.3. emalatxana üzrə təyin edilmiş məsul şəxsin və ya rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti;
10.4. kartların alınması, saxlanılması və istifadə edilməsinə məsul şəxsin təyin edilməsi barədə əmrin surəti;
10.5. kartın verilməsi nəzərdə tutulmuş hər bir şəxsin xüsusi təlim keçməsi haqqında sənədin surəti;
10.6. təzələnməsi tələb olunan ilk dəfə verilmiş kartlar.
(tarix) (ərizəçinin imzası) (adı, soyadı)
Qeyd. Bu ərizənin 7-ci hissəsinin, 5.4-cü və 11.5-ci bəndlərinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.
Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyinə
1. □ Beynəlxalq □ Ölkədaxili avtomobil daşımalarını həyata keçirən sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsi üçün aşağıdakı əməkdaşlara nəzarətçi kartlarının verilməsini xahiş edirik.
2. Nəzarətçi kartının verilməsi üçün məlumatlar:
2.1. nəzarət orqanının adı ____________________________
2.2. ünvanı ________________________________________
3. Nəzarətçi kartının verilməsi nəzərdə tutulmuş şəxs (şəxslər) barədə məlumatlar:
3.1. vəzifəsi ________________________________________
3.2. doğulduğu tarix ________________________________
3.3. şəxsiyyəti təsdiq edən sənədin məlumatları (nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir) ______________________________________________
3.4. xüsusi təlim keçmə barədə məlumat _____________________
4. Bu ərizə ilə nəzarətçi kartının verildiyi andan onun qüvvədəolma müddətinin bitməsinədək istifadə müddəti və şərtlərinə dair “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinin yerinə yetirilməsinə razı olduğumu təsdiq edirəm.
5. □ Beynəlxalq avtomobil daşımaları zamanı “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və təyinatına uyğun olaraq, nəzarətçi kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (kartın verildiyi nəzarətçi tutduğu vəzifədən azad olunduqda və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
6. □ Ölkədaxili avtomobil daşımaları zamanı Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və təyinatına uyğun olaraq, nəzarətçi kartının istifadəsini mümkünsüz edən hallar yarandıqda (kartın verildiyi nəzarətçi tutduğu vəzifədən azad olunduqda və s.), kartı onu verən orqana qaytarmağı öz öhdəmə götürürəm.
7. Nəzarətçi kartının verilməsi üçün xidmət haqqını ödəməyə təminat verirəm.
8. Ərizədə qeyd olunan məlumatları ərizəyə əlavə edilən aşağıdakı sənədlərlə təsdiq edirəm:
8.1. nəzarətçi kartının verilməsi nəzərdə tutulmuş şəxsə (şəxsələrə) dair məlumatlar;
8.2. şəxsiyyəti təsdiq edən sənədin məlumatlarını (nömrəsi, soyadı, adı, atasının adı, kim tərəfindən və nə vaxt verilmişdir, qeydiyyat yeri) əks etdirən səhifələrinin surəti;
8.3. xüsusi təlim keçmə barədə sənədin surəti;
Qeyd. Bu ərizənin 5-ci hissəsinin, 3.4-cü və 10.2-ci bəndlərinin tələbləri ölkədaxili avtomobil daşımalarına şamil olunmur.
1. 21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165)
2. 29 may 2019-cu il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2019-cu il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 982)
3. 4 aprel 2022-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 382)