Qanunvericilik › “Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.06.2026) › Tam mətn

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.06.2026)

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyun 2026-cı il

1.1. Bu Qaydalar ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun (bundan sonra – infrastruktur) saxlanması və ondan istifadə qaydalarını müəyyən edir.

1.2. İnfrastrukturun saxlanmasının və ondan istifadənin idarə olunması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) təklifləri nəzərə alınmaqla infrastruktur sahibi tərəfindən həyata keçirilir.

1.3. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. infrastruktur – dəmiryol nəqliyyatında daşıma proseslərinin bütün mərhələlərinin yerinə yetirilməsini təmin edən xidməti obyektləri özündə birləşdirən texnoloji kompleks (dəmir yolları, onlara aid tikililər, texnoloji sistemlər, qurğular, avadanlıqlar və konstruksiyalar);

1.3.2. infrastrukturun saxlanması – infrastrukturun texniki vəziyyətinin müəyyən edilmiş normativ tələblərə və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək məqsədilə illik, rüblük, aylıq və həftəlik tərtib edilmiş texnoloji qrafiklərə uyğun həyata keçirilən daimi xarakterli tədbirlərin, o cümlədən texniki xidmət, təmir və yenidənqurma, təkmilləşdirmə işlərinin məcmusu;

1.3.3. infrastruktur sahibi – infrastruktur üzərində mülkiyyət hüququna və ya digər hüquqlara malik olan və daşıma proseslərinin idarəçiliyini həyata keçirən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

1.4. bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır.

2.2. İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər.

2.3. İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

2.4. Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.

3.1. İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir.

3.2. Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılır.

3.3. İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər (bundan sonra – infrastrukturdan istifadə edən subyektlər) arasında bağlanılan müqavilə əsasında göstərilir.

3.4. İnfrastrukturdan istifadə edən subyektlər:

3.4.1. infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli;

3.4.2. ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli;

3.4.3. infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli;

3.4.4. infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir.

3.5. İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver