AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI
“Ümumi meyarların və prioritet nəzarət sahələrin müəyyən edilməsi üzrə Qaydalar”ın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən
1. “ Ümumi meyarların və prioritet nəzarət sahələrin müəyyən edilməsi üzrə Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi (Sənan Muxtarov) təsdiq edilmiş Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Kollegiyanın sədri Aydın Əliyev
Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/04/002 nömrəli, 14 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 92.6.3-cü maddəsinə əsasən hazırlanmışdır və risklərin təhlili zamanı istifadə olunan ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi qaydalarını tənzimləyir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənalar kəsb edir:
1.2.1. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
1.2.2. risklərin idarə edilməsi sistemi (RİS) – risklərin idarə edilməsi zamanı məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi görülən tədbirlərin həyata keçirilməsi qaydaları;
1.2.3. meyar – riskli sahələri qiymətləndirən ölçü;
1.2.4. prioritet nəzarət sahəsi – gömrük qaydaların riayət edilməməsi ehtimalı yarana biləcək gömrük nəzarətinə və rəsmiləşdirilməsinə aid qanunla müəyyən olunmuş gömrük orqanlarının fəaliyyət dairəsi;
1.2.5. məlumat mənbələri – risklərin idarə edilməsi sisteminin yaradılması və təkmilləşdirilməsi məqsədilə kağız və elektron formada mötəbər informasiyanı əks etdirən sənədlər və digər elektron məlumat daşıyıcıları.
2.1. Ümumi meyarlar aşağıda göstərilən bölmələrdən ibarətdir:
2.1.1. mallar və onların daşıma xüsusiyyətləri;
2.1.3. xarici iqtisadi fəaliyyət iştirakçısı və fiziki şəxslər;
2.1.4. gömrük əməliyyatlarının aparılması üçün təqdim olunan sənədlər.
2.2. Mallar hissəsinə aşağıdakılar aiddir:
2.2.1. riskli mallar üzrə:
2.2.1.1. gömrük ödənişləri üzrə daha yüksək daxilolmaları təmin edən böyük həcmdə idxal/ixrac olunan mallar;
2.2.1.2. yüksək advalor gömrük tarifləri tətbiq olunan mallar;
2.2.1.3. kombinə edilmiş və (və ya) spesifik gömrük tarifləri tətbiq olunan
2.2.1.4. Qarşı dövlətin gömrük statistikasına görə ixracının həcmi Azərbaycan Respublikasının gömrük statistikasına əsasən idxaldan əhəmiyyətli dərəcədə aşağı olan mallar;
2.2.1.5. aksizli mallar;
2.2.1.6. qeyri-tarif tədbirləri tətbiq edilən və ya ixrac nəzarətinə düşən mallar;
2.2.1.7. xüsusi gömrük proseduru altında bəyan olunmuş mallar.
2.2.2. yayındırıcı (yüksək ehtimalla riskli mallar kimi bəyan edilə bilən) mallar:
2.2.2.1. tarif güzəştləri olan və ya gömrük ödənişlərindən tamamilə və ya qismən azad olunan mallar;
2.2.2.2. eyni mal mövqeyində yerləşən tarif dərəcələri yüksək olan mallardan tarif dərəcələri aşağı olan və xüsusiyyətləri ilə oxşar mallar;
2.2.2.3. Azərbaycan Respublikasının gömrük statistikasına əsasən ixracı qarşı dövlətin gömrük statistikasına görə idxalının həcmindən əhəmiyyətli dərəcədə yüksək olan mallar;
2.2.2.4. aşağı advalor gömrük tarifləri tətbiq olunan mallar.
2.2.3. Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası (XİFMN) üzrə:
2.2.3.1. fiziki-kimyəvi göstəriciləri, tərkibi və funksional təyinatı oxşayan malların XİFMN mövqeyi;
2.2.3.2. malların tərkib hissəsi ola bilən və bir mal kimi bəyan olunan XİFMN mövqeyi;
2.2.3.3. XİFMN üzrə “digərləri” bəndləri və (və ya) yarımbəndləri üzrə təsnif olunmuş mal mövqeləri.
2.2.4. Daşıma xüsusiyyətləri hissəsinə aşağıdakılar aiddir:
2.2.4.1. bir gömrük bəyannaməsində bir neçə nəqliyyat vasitəsi ilə göndərilən mallar (naval, tökmə qaydasında daşınan mallar istisna olmaqla);
2.2.4.2. nəqliyyat vasitəsinin, onun texniki göstəriciləri ilə müəyyən olunduğundan aşağı/yuxarı yüklənməsi;
2.2.4.3. bir nəqliyyat vasitəsində və (və ya) bir qablaşdırmada riskli malların onların yayındırıcı malları ilə daşınması;
2.2.4.4. daşıma xüsusiyyətləri fərqli olan malların bir nəqliyyat vasitəsində daşınması;
2.2.4.5. malların nəqli zamanı qeyri - adi marşrut;
2.2.4.6. müəyyən malların ümumi qəbul olunan brutto və netto çəkiləri arasında uyğunsuzluq;
2.2.4.7. malların dəyərinə görə yüksək ödənişli daşınma;
2.2.4.8. eyni istehsalçının (təchizatçının) mallarının qablaşdırılmasında fərqlilik.
2.3. Ölkələr hissəsinə aşağıdakıları aiddir:
2.3.1. malların mənşə ölkəsi üzrə:
2.3.1.1. tarif güzəştləri verilən mənşə ölkələri;
2.3.1.2. idxal olunan malların mənşə ölkəsində istehsal olunmayan və ya istehsalın həcmi Azərbaycan Respublikasına idxalın həcmindən az olan mallar.
2.3.2. göndərən ölkə üzrə:
2.3.2.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin sanksiyaları tətbiq edilən ölkələr;
2.3.2.2. göndərilən malların aşağı vergitutma sistemi olan və bank sirri açıqlanmayan (offşor) ölkələr;
2.3.2.3. malların narkotrafik dəhlizində yerləşən ölkələrin ərazisindən nəqli.
2.3.2.4 ticarət edən ölkə aşağı vergitutma sistemi olan və bank sirri açıqlanmayan (offşor) ölkə olduqda.
2.4. Xarici iqtisadi fəaliyyət iştirakçısı və fiziki şəxslər hissəsinə aşağıdakılar aiddir:
2.4.1. xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən gömrük bəyannaməsinin ilk dəfə təqdim edilməsi;
2.4.2. xarici iqtisadi fəaliyyət iştirakçılarından birinin offşor zonada qeydiyyatda olması;
2.4.3. xarici iqtisadi fəaliyyət iştirakçılarının (təsisçilərinin) hüquqazidd fəaliyyəti barədə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında, o cümlədən gömrük orqanlarında və beynəlxalq təşkilatlarda müvafiq məlumatların mövcudluğu;
2.4.4. idxal olunan malların, onların sahibinin fəaliyyət sahəsinə uyğun olmaması;
2.4.5. idxalçı üçün qeyri-adi böyük həcmdə göndəriş;
2.4.6. daşımanın bu sahəyə aid olmayan üçüncü şəxs tərəfindən ödənilməsi;
2.4.7. fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların keçirilməsi.
2.5. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlər hissəsinə aşağıdakılar aiddir:
2.5.1. valyuta barədə məlumatların sövdələşmə ölkəsinin valyutasına və ya sərbəst dönərli valyutaya uyğun olmaması;
2.5.2. müqavilələrdə ödənişlərin aparılmasının offşorlarda yerləşən banklar vasitəsilə həyata keçirilməsi;
2.5.3. malın ölçü vahidin eyni və ya eynicinsli malların ölçülməsi üçün nəzərdə tutulmaması;
2.5.4. Malların gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edilməsi;
2.5.5. təqdim olunmuş sənədlərlə faktiki göstəricilər arasında fərqlərin olması;
3.1. Məlumat mənbələrdən əldə olunan məlumatların təhlili və bu Qaydaların 2-ci bəndi əsasında müəyyən olunan ümumi meyarların və ya yarana biləcək risklərin təhlili nəticəsində prioritet nəzarət sahələri müəyyən edilir.
3.2. Seçilmiş prioritet nəzarət sahələri gömrük nəzarəti və rəsmiləşdirilməsi üzrə gömrük orqanlarının fəaliyyətində yüksək riskli sahələr kimi qiymətləndirilməlidir.
Bu Qaydaların 2-ci bəndində göstərilənlərə risklərin idarə edilməsi sisteminin tətbiqi zamanı yaranan əlavə şərtlər daxil ola bilər.