12.1. Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.
12.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, ümumi təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
12.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir.
12.4. Ümumi təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
12.5. Ümumi təhsil müəssisəsində iş rejimi müəssisənin Pedaqoji Şurası tərəfindən müəyyən edilir.
12.6. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır.
12.7. Özəl ümumi təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
12.8. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.9. Dövlət ümumi təhsil müəssisəsinin nizamnaməsi və ona dəyişikliklər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
12.10. Bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla təsdiq edilir.
12.11. Ümumi təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
12.12. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (TMİS-ə) və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
12.13. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
12.13-1. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.
12.14. Ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
12.14.1. ibtidai ümumtəhsil məktəbi;
12.14.2. ümumi orta ümumtəhsil məktəbi;
12.14.3. tam orta ümumtəhsil məktəbi;
12.14.4. lisey;
12.14.5. gimnaziya;
12.14.6. inteqrasiya təlimli ümumtəhsil məktəbi;
12.14.7. xüsusi ümumtəhsil məktəbi;
12.14.8. ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
12.14.9. internat tipli lisey;
12.14.10. internat tipli gimnaziya;
12.14.11. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
12.14.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;
12.14.13. internat tipli sanator ümumtəhsil məktəbi;
12.14.14. digər məktəblər.
12.15. Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarını müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
12.16. Təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədi ilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil edilir.