14.1. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və təhsil haqqında dövlət sənədinin verilməsi məqsədi ilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) təhsilalanların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada yekun attestasiyası keçirilir.
14.2. Təhsilalanların nailiyyətlərinin izlənilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydada təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) təşkil edilir.
14.3. Ümumi təhsil sistemində baş verən dəyişiklikləri və kurikulumların keyfiyyətini dəyərləndirmək məqsədi ilə ümumi təhsil müəssisələrində ölkə səviyyəli qiymətləndirmə keçirilir.
14.4. Təhsilin vəziyyəti barədə məlumatlar əldə etmək, nəticələri digər ölkələrin nəticələri ilə müqayisə etmək və ümumi təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ümumi təhsil müəssisələrinin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı barədə qərar qəbul edə bilər.