4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;
4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;
4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.