AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q73-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Daxili İşlər Nazirliyinin uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi qaydalarını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.23-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Daxili İşlər Nazirliyinin uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.2.1. Uşaq bağçalarına yollayışların əldə edilməsi ödənişsizdir;
2.2.2. Yay istirahət düşərgələrinə yollayışların əldə edilməsi ödənişlidir:
Yay istirahət düşərgəsində istirahət etmək üçün verilən yollayışın qiyməti əmək haqqı fondu, ərzaqın qiyməti, kommunal xərclər, müxtəlif ayırmalar nəzərə alınmaqla tərtib olunmuş və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən hər il təsdiq olunan smetaya uyğun təyin edilir. Yollayışın qiyməti polis əməkdaşları tərəfindən 50%, digər şəxslər tərəfindən 100% həcmdə ödənilir.
2.2.3. DİN-in Təchizat İdarəsinin bank rekvizitləri:
Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
m/h AZ41NABZ01360100000000003944
S.W.I.F.T. Bik: AIIBAZ2X
Alan müştəri: DİN-in Təchizat İdarəsi
Büdcə təsnifatının kodu 142319
Büdcə səviyyəsinin kodu 3
2.2.4. Ödəmə üsulları - bank, poçt, plastik kart və ya internet-ödəmə vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29785/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29785/
- e-poçt: info@mia.gov.az
- telefon: +994 12 562-38-40
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən raporta və ərizəyə aşağıdakılar əlavə olunur:
2.6.1.1. yollayışın alınması üçün müraciət (daxili işlər orqanları əməkdaşlarının raportu – 1, 2 nömrəli əlavələr, mülki şəxslərin ərizəsi – 3, 4 nömrəli əlavələr);
raporta və ərizəyə əlavə edilir: yetkinlik yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin nömrəsi və verildiyi tarix.
2.6.1.2. Uşağın rəqəmli fotoşəkili (3x4sm) ölçüdə;
2.6.1.3. Uşağın sağlamlığı haqqında arayışın skan edilmiş surəti.
3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:
3.2.1. sorğunun formalaşdırılması: raport və ya ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.3.1.1. istifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (raport və ya ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, eyni zamanda:
uşaq bağçalarına dair: uşağın yaşı 2-dən aşağı və ya 6-dan yuxarı olduqda, yer məhdudiyyəti olduqda, uşağın nevroloji, infeksion xəstəliyi və hərəkət məhdudluğu olduqda;
uşaq istirahət düşərgəsinə dair: uşağın yaşı növbə başlandığı günədək 7-dən aşağı və ya 14-dən yuxarı olduqda, düşərgəyə qəbul edilənlərin sayı limitdən (növbə ərzində 100 nəfərdən) artıq olduqda, uşağın nevroloji, infeksion xəstəliyi və hərəkət məhdudluğu olduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu:
istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üçün Təchizat İdarəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:
Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 2 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və 3 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) baxılır.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Daxili İşlər Nazirliyinin uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsinin yeri, vaxtı, tarixi, eyni zamanda yay istirahət düşərgələrinə yollayışların qiyməti barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi həyata keçirir.
3.5.1. Nəzarət forması:
daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
şikayət ərizəsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;
3.6.3. Şikayətin baxılma müddəti:
şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə Ə L A V Ə № 1
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəhbərliyinə
Xahiş edirəm ki, övladım ________________________________________________________
(uşağın soyadı, adı, atasının adı)
Daxili İşlər Nazirliyinin _____ nömrəli Uşaq bağçasına qəbul olunması üçün göstəriş verəsiniz.
_________________________________________________
(polis orqanının adı)
_________________________________________________
(əməkdaşın adı, soyadı atasının adı)
_________________________________________________
vəzifəsi, xüsusi rütbəsi)
_________________________________________________
(xidməti vəsiqəsinin nömrəsi)
telefon və ya faks nömrələri ________________
elektron poçt ünvanı________________________
“_____“ ___________ 201__-ci il
Tarix _______________
Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə Ə L A V Ə № 2
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəhbərliyinə
Xahiş edirəm ki, övladım ________________________________________________________
(uşağın soyadı, adı, atasının adı)
Ç.Mustafayev adına uşaq istirahət düşərgəsinə ______ növbəyə qəbul olunması üçün göstəriş verəsiniz.
_________________________________________________
(polis orqanının adı)
_________________________________________________
(əməkdaşın adı, soyadı atasının adı)
_________________________________________________
vəzifəsi, xüsusi rütbəsi)
_________________________________________________
(xidməti vəsiqəsinin nömrəsi)
telefon və ya faks nömrələri _____________
elektron poçt ünvanı______________________
Tarix _______________
Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə Ə L A V Ə № 3
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəhbərliyinə
____________________________________________
____________________________________ yaşayan
vət. ________________________________________
____________________________________________
____________________________________________
____________________________________________
telefon və ya faks nömrələri___________
elektron poçt ünvanı__________________
__________________________ tərəfindən
Xahiş edirəm ki, övladım ____________________________________________________
(uşağın soyadı, adı, atasının adı)
Daxili İşlər Nazirliyinin _____ nömrəli Uşaq bağçasına qəbul olunması üçün göstəriş verəsiniz.
________________________________ ________________________
(vətəndaşın soyadı, adı) (imza)
Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə Ə L A V Ə № 4
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəhbərliyinə
____________________________________________
____________________________________ yaşayan
vət. ________________________________________
____________________________________________
____________________________________________
____________________________________________
telefon və ya faks nömrələri____________
elektron poçt ünvanı__________________
___________________________ tərəfindən
Xahiş edirəm ki, övladım ____________________________________________________
(uşağın soyadı, adı, atasının adı)
Ç.Mustafayev adına uşaq istirahət düşərgəsinə ______ növbəyə qəbul olunması üçün göstəriş verəsiniz.
_________________________________ _________________________
(vətəndaşın soyadı, adı) (imza)
1. 20 noyabr 2015-ci il tarixli Q55-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511200055, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 noyabr 2015-ci il)
2. 3 fevral 2016-cı il tarixli Q5-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 fevral 2016-cı il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI