Qanunvericilik › Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Dövlət valideynləri və ya digər şəxslər tərəfindən müşayiət edilib-edilməməsindən asılı olmayaraq, qaçqın və ya məcburi köçkün olan uşaqları lazımi müdafiə və humanitar yardımla təmin etmək üçün təcili tədbirlər görür, valideynlərindən (onları əvəz edən şəxslərdən) ayrı düşmüş uşaqların valideynlərinin (onları əvəz edən şəxslərin) axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri kömək göstərir.

32.2. Qaçqın və ya məcburi köçkün uşaqların hüquqi statusu “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

32.3. Məcburi köçkün statusu almış uşaqların sosial müdafiəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver