14.1. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların qanuni nümayəndələrinin vəzifələri aşağıdakılardır:
14.1.1. dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərini yerinə yetirmək;
14.1.2. həkimin çağırışı ilə uşağı aidiyyəti tibb müəssisəsinə gətirmək;
14.1.3. daimi yaşayış yerini dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə bir ay müddətində müraciət etmək;
14.1.4. uşağın icbari dispanserizasiyasından imtinanın səbəbini yazılı şəkildə bildirmək.