5.1. Dispanserizasiyanın həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
5.1.1. uşaqların sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi;
5.1.2. dispanserizasiya tədbirlərinin həyata keçirilməsi qaydasının müəyyən edilməsi;
5.1.3. dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi;
5.1.4. uşaqlara keyfiyyətli tibbi-sosial yardımın göstərilməsinə təminat verilməsi;
5.1.5. dispanserizasiyanın nəticələrinin təhlili əsasında müalicə-sağlamlaşdırıcı tədbirlərinin vaxtında həyata keçirilməsi;
5.1.6. illik baxışlar və zəruri müayinələr keçirməklə dispanser müşahidənin keyfiyyətinin yüksəldilməsi;
5.1.7. hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərinin qeydiyyatının aparılması;
5.1.8. uşaqlarda patologiyaların və digər pozuntuların erkən mərhələdə aşkar edilməsi;
5.1.9. dispanserizasiya barəsində maarifləndirmə işinin təşkili.