Qanunvericilik › Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İnformasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri

Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görməlidirlər.

10.2. Uşaqların ola biləcəyi yerlərdə onların zərərli informasiyadan qorunması üçün telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilir.

10.3. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver