Qanunvericilik › “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.07.2015) › Tam mətn

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.07.2015)

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 02.07.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 229 nömrəli Fərmanının 1.1.3-1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. ”Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. ”Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının nümunəsi və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Akkreditasiya orqanının Apelyasiya Şurasının Əsasnaməsi” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası” təsdiq edilsin (6 nömrəli əlavə).

7. Bu qərarla təsdiq edilmiş normativ-hüquqi aktların müddəaları Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə” ilə tənzimlənən dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş informasiyanı mühafizə vasitələrinin uyğunluğunu qiymətləndirən qurumların akkreditasiyası ilə bağlı münasibətlərə şamil edilmir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 2 iyul 2015-ci il

1.1. Bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur:

1.2.1. sınaq laboratoriyaları;

1.2.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;

1.2.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;

1.2.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;

1.2.5. inspeksiya orqanları;

1.2.6. etalon material istehsalçıları;

1.2.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar.

1.3. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası aşağıdakı mərhələləri əhatə edir:

1.3.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti;

1.3.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;

1.3.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.

1.4. Akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 (altmış) iş günündən çox ola bilməz.

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. uyğunluğu qiymətləndirən qurum – malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar (dövlət orqanları), hüquqi və fiziki şəxslər;

2.1.2. uyğunluğu qiymətləndirən qurumun əsasnaməsi – uyğunluğu qiymətləndirən qurum tərəfindən tərtib edilmiş uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin həyata keçirilməsi üçün qurumun və işçi heyətin hüquq və vəzifələrini, fəaliyyət qaydasını müəyyən edən sənəd;

2.1.3. akkreditasiya sahəsi – uyğunluğu qiymətləndirən qurumun uyğunluğunu qiymətləndirə biləcəyi malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və işçi heyətinin təsvirinin (adı və ya digər fərqləndirici əlaməti) və həmçinin mala, xidmətə, işə, prosesə, idarəetmə sisteminə və işçi heyətə dair tələbləri, sınaq üsullarını müəyyən edən standart, texniki reqlament və digər normativ hüquqi akta dair məlumatın əks olunduğu sənəd;

2.1.4. keyfiyyət üzrə rəhbərlik sənədi – uyğunluğu qiymətləndirən qurumun idarəetmə sistemini (konkret məqsədə nail olmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu) tənzimləyən sənəd;

2.1.5. laboratoriyanın pasportu – laboratoriya otaqlarının və sınaq aparılması üçün mövcud olan avadanlıqların sayı və vəziyyəti barədə məlumatların əks olunduğu sənəd.

3.1. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir (müraciətin forması əlavə olunur).

3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi-2 nüsxə;

3.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin layihəsi-2 nüsxə;

3.2.3. uyğunluğu qiymətləndirən qurumun idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi;

3.2.4. uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmuş işçi heyəti barədə məlumat (sayı, ixtisası, təcrübəsi);

3.2.5. laboratoriyanın pasportu (laboratoriyalar üçün);

3.2.6. şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün);

3.2.7. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün).

3.2-1. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

3.3. Akkreditasiya orqanı bu Qaydaların 3.2-ci bəndində göstərilən sənədlərdən başqa sənədlər tələb edə bilməz.

3.4. Akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.

3.5. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 (on) iş günündən çox olmayan müddətdə araşdırır. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda (bu Qaydaların 3.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), akkreditasiya orqanı tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar qəbul edilir. Həmin qərarda uyğunluğu qiymətləndirən qurumdan sənədlərin və ya məlumatların təqdim edilməsi tələb olunur və uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim edilməli sənədlərin, məlumatların siyahısı və təqdimolunma müddəti göstərilir. Əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 (iyirmi) iş günündən çox olmamalıdır.

3.6. Müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar qəbul edildiyi gün müraciət etmiş quruma təqdim edilir.

3.7. Əlavə sənədlər və ya məlumatlar akkreditasiya orqanına təqdim edilən gün müddətin axımının bərpa olunması haqqında qərar qəbul edilir və bu barədə müraciət etmiş şəxsə dərhal məlumat verilir.

3.8. Müəyyən edilmiş müddətdə tələb edilən sənədlər və məlumatlar təqdim olunmadıqda, akkreditasiya orqanına edilən müraciət və sənədlər baxılmadan müraciət etmiş quruma qaytarılır.

4.1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkreditasiya komissiyasının (bundan sonra - komissiya) yaradılması haqqında qərar qəbul edilir.

4.2. Komissiya ən azı 3 (üç) nəfərdən ibarət olmaqla təşkil olunur və tərkibinə akkreditasiya orqanının əməkdaşları daxil edilir. Uyğunluğun qiymətləndirilməsi qurumunun fəaliyyət sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla, akkreditasiya orqanında müvafiq sahə üzrə mütəxəssis olmadıqda komissiyanın tərkibinə müstəqil mütəxəssislər də daxil edilir.

4.3. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və komissiyanın yaradılması haqqında qərarın surəti qəbul edildiyi gün müraciət etmiş şəxsə göndərilir. Qərarda qiymətləndirmənin başlandığı tarix və akkreditasiya üçün müraciət etmiş şəxsin konkret əsaslar göstərməklə komissiyanın üzvlərinə 5 (beş) iş günü müddətində etiraz etmək hüququ göstərilməlidir.

4.4. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və komissiyanın yaradılması haqqında qərar təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində müraciət etmiş şəxsin komissiyanın tərkibinə dair əsaslandırılmış etirazı daxil olmadıqda, komissiya qiymətləndirmə fəaliyyətinə başlayır. Etiraz olduğu halda 1 (bir) iş günü müddətində etirazın əsaslı olub-olmaması araşdırılır və etirazın təmin olunması və ya təmin olunmaması haqqında qərar qəbul edilir. Etiraz təmin olunduğu halda komissiyanın tərkibində dəyişiklik edilir və bu barədə dərhal müraciət etmiş şəxsə məlumat verilir.

4.5. Komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir.

4.6. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir.

4.7. Qiymətləndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir.

4.8. Akkreditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır.

4.9. Komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edilir. Qiymətləndirmə zamanı çatışmazlıqlar aşkar edildikdə, çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri hesabatda göstərilməlidir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq və akkreditasiya üçün müraciət etmiş şəxsin həmin çatışmazlıqları aradan qaldıracağı müddətlə bağlı təklifi nəzərə alınmaqla təyin edilir.

4.10. Qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 (beş) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir.

4.11. Qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində akkreditasiya orqanı tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar qəbul edilir və bu barədə dərhal uyğunluğu qiymətləndirən quruma məlumat verilir.

4.12. Uyğunluğu qiymətləndirən qurum qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqları aradan qaldırması və düzəliş tədbirlərini icra etməsi barədə məlumat verdikdə 3 (üç) iş günü ərzində müddətin axımının bərpa olunması haqqında qərar qəbul edilir və bu barədə dərhal müraciət etmiş şəxsə məlumat verilir. Müddətin axımının bərpa olunması haqqında qərar qəbul edildikdən sonra komissiya tərəfindən düzəliş tədbirlərinin icra vəziyyəti yoxlanılır. Düzəliş tədbirlərinin yerinə yetirilməsi komissiya tərəfindən yerində yoxlanılır və yoxlama nəticələrinə dair qiymətləndirmə hesabatı tərtib edilir.

5.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir.

5.2. Akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 (iki) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir.

5.3. Akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır.

5.4. Akkreditasiya edilmiş qurum barədə məlumatlar uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir.

5.5. Aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir:

5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə;

5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə;

5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə.

5.6. Bu Qaydaların 5.5-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) iş günü müddətində akkreditasiya orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə müraciət etmiş uyğunluğu qiymətləndirən quruma dərhal məlumat verilir.

6.1. Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsində dəyişikliklər edilməsi ilə bağlı müraciətinə bu Qaydaların 1.4-cü və 4-cü bəndlərinə uyğun olaraq baxılır. Qiymətləndirilmənin müsbət nəticələrinə əsasən 2 (iki) iş günü müddətində akkreditasiya sahəsində dəyişikliklər edilməsi barədə qərar qəbul olunur, yeni akkreditasiya sahəsi təsdiq olunur və müraciət etmiş uyğunluğu qiymətləndirən quruma təqdim edilir. Akkreditasiya sahəsində dəyişikliklər edilməsi barədə məlumat uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir.

6.2. Akkreditasiya attestatının qüvvədəolma müddəti başa çatdıqda akkreditasiya attestatının etibarlılıq müddətinin uzadılması barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə bu Qaydalara uyğun baxılır və qiymətləndirmənin müsbət nəticələri əsasında yeni akkreditasiya attestatı verilir.

6.3. Akkreditasiya attestatının dublikatının verilməsi barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə 3 (üç) iş günü müddətində baxılır və akkreditasiya attestatının üzərinə dublikat yazısının əks olunduğu möhür vurulmaqla və möhürün vurulma tarixi göstərilməklə dublikat verilir.

6.4. Akkreditasiya üçün müraciət etmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiya orqanının akkreditasiyadan imtina barədə qərarından (hərəkətsizliyindən) inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

_________________________________________

Xahiş edirəm______________________________________________________________

__________________________________________________________________________

__________________________________________________ akkreditasiyasını keçirəsiniz.

Qoşma_____________________________________________________________________

Qeyd. Müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

Müraciət etmiş şəxslə əlaqə vasitələri______________________________________

(telefon nömrəsi, elektron poçt ünvanı)

____________________________________________ ___________

(fiziki şəxsin, hüquqi şəxsin və ya təşkilat rəhbərinin adı, soyadı) (imza)

“__”__________20__ il

Qeyd. Hüquqi şəxsin və ya təşkilatın müraciəti möhürlə təsdiq edilməlidir.

Verilmə tarixi: ______________20__ il

Yenilənmə tarixi: ________________20__ il

Etibarlıdır: _________________20__ ilədək

Bu Attestat təsdiq edir ki, _____________________________________________ünvanında

(uyğunluğu qiymətləndirən qurumun ünvanı)

yerləşən______________________________________________________________________

________________________________________________________həyata keçirilməsi üçün

________________________________________________________________________uyğun

akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Attestat akkreditasiya sahəsi ilə birgə etibarlıdır.

__________________________

burada “X” – ölçü vahididir və onun dəyəri “Z” hərfinin eninin ölçüsünə bərabərdir. Akkreditasiya nişanının minimum ölçüsü 12 mm-dir.

1.1. Bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını müəyyən edir.

1.2. Reyestr – akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair məlumat toplusudur.

1.3. Reyestr akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair sənədlərin və məlumatların mərkəzləşdirilmiş məlumat fondunun yaradılması, maraqlı şəxslərin akkreditasiya işlərinin nəticələri barədə məlumatla təmin olunması məqsədi ilə aparılır.

1.4. Reyestrə aşağıdakı qurumlar barədə məlumatlar daxil edilir:

1.4.1. sınaq laboratoriyaları;

1.4.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;

1.4.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;

1.4.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;

1.4.5. inspeksiya orqanları;

1.4.6. etalon material istehsalçıları;

1.4.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasını aparan qurumlar;

1.4.8. tipin təsdiq edilməsi məqsədi ilə standart nümunələrin və ölçmə vasitələrinin sınaqlarını aparan qurumlar;

1.4.9. ölçmə vasitələrinin yoxlanılmasını aparan qurumlar;

1.4.10. layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasını aparan qurumlar.

1.5. Reyestr “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (bundan sonra - akkreditasiya orqanı) tərəfindən həyata keçirilir.

2.1. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə attestat tərtib edildiyi gün həmin qurumlar barədə məlumatlar və sənədlər akkreditasiya orqanı tərəfindən Reyestrə daxil edilir.

2.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatında və akkreditasiya sahəsində dəyişikliklər edilməsi, akkreditasiya attestatının ləğvi haqqında qərar qəbul edildikdə 3 (üç) iş günü müddətində məlumatlar Reyestrə daxil edilir.

2.3. Uyğunluğu qiymətləndirən qurumlar barədə məlumatlar Reyestrə uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üçün təqdim edilmiş sənədlər və akkreditasiya orqanı tərəfindən verilmiş attestat əsasında daxil edilir.

2.4. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.4.1. akkreditasiya attestatının qeydiyyat nömrəsi;

2.4.2. attestatın verilmə, yenilənmə tarixi və etibarlılıq müddəti;

2.4.3. akkreditasiya attestatında və akkreditasiya sahəsində edilmiş dəyişikliklər;

2.4.4. akkreditasiya olunmuş qurumun adı;

2.4.5. akkreditasiya sahəsi haqqında məlumat;

2.4.6. akkreditasiya üçün müraciət etmiş şəxsin adı;

2.4.7. ünvan, telefon nömrəsi, elektron poçt ünvanı.

2.5. Reyestr bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada aparılır.

2.6. Akkreditasiya orqanı tərəfindən verilmiş attestata bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun qeydiyyat nömrəsi verilir.

2.7. Uyğunluğu qiymətləndirən qurumun Reyestrdə qeydiyyat müddəti akkreditasiya orqanı tərəfindən verilmiş attestatın etibarlılıq müddətinə əsasən müəyyən edilir.

2.8. Akkreditasiya orqanı tərəfindən verilmiş attestatın etibarlılıq müddəti bitdikdə və ya ləğv edilməsi barədə qərar qəbul edildikdə, uyğunluğu qiymətləndirən qurum barədə məlumatlar dərhal Reyestrdən çıxarılır.

3.1. Reyestrin məlumatı akkreditasiya orqanının dövri nəşrlərində və xüsusi informasiya məcmuələrində (göstəricilərində, məlumat kitabçalarında, kataloqlarda) çap olunur və akkreditasiya orqanının internet informasiya resurslarında yerləşdirilir.

3.2. Akkreditasiya orqanı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun Reyestr məlumatlarını hazırlayır və bu məlumatların informasiya resurslarında yayılmasını təşkil edir. Reyestrdəki dəyişikliklər haqqında məlumatların 3 (üç) iş günü müddətində informasiya resurslarında yayılmasını təşkil edir.

3.2-1. Akkreditasiya orqanı akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqanlar üzrə informasiya ehtiyatının “Lisenziyalar və icazələr” portalına inteqrasiyasını təmin edir.

3.3. Reyestrdən istifadə edən şəxslərin müraciətlərinə qanunvericiliyə uyğun baxılır.

4.1. Reyestrə qeydiyyat üçün təqdim edilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə Reyestrin arxivində mühafizə edilməlidir.

Yenidən verilmiş attestat blanklarının sayı

Qeydiyyatın ardıcıllıq nömrəsi

Qeydiyyat obyektinin kodu

ISO 3166 beynəlxalq standartı üzrə Azərbaycan Respublikasının kodu

Qeydiyyat obyektlərinin kodu:

“01” - sınaq laboratoriyaları;

“02” - malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;

“03” - idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;

“04” - işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;

“05” - inspeksiya orqanları;

“06” - etalon material istehsalçıları;

“07” - ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasını aparan qurumlar;

“08” - tipin təsdiq edilməsi məqsədi ilə standart nümunələrin və ölçmə vasitələrinin sınaqlarını aparan qurumlar;

“09” - ölçmə vasitələrinin yoxlanılmasını aparan qurumlar;

“10” - layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasını aparan qurumlar.

1.1. Bu Əsasnamə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Akkreditasiya orqanının Apellyasiya Şurası (bundan sonra - Şura) akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədi ilə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq akkreditasiyanın prinsipləri nəzərə alınmaqla təşkil olunur.

1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmçinin bu Əsasnaməni rəhbər tutur.

2.1. Şura daxil olmuş şikayətə baxarkən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müstəqil şəkildə fəaliyyət göstərməli, qanunvericiliyə uyğun və əsaslandırılmış rəy verməlidir.

2.2. Şuranın vəzifələri aşağıdakılardır:

2.2.1. daxil olan şikayətlərə baxaraq müvafiq rəy vermək;

2.2.2. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq akkreditasiyanın prinsiplərinə riayət etmək;

2.2.3. öz fəaliyyətinə dair materialları akkreditasiya orqanının rəsmi nəşrlərində dərc edilməsi üçün təqdim etmək;

2.2.4. daxil olmuş şikayətlərə 15 (on beş) gün müddətində baxmaq;

2.2.5. daxil olmuş şikayətlə bağlı maraqlı tərəflərə Şuranın iclasının keçirilmə yeri və vaxtı barədə məlumat vermək;

2.3. Şura şikayət etmiş şəxslərdən və şikayətlə əlaqəli uyğunluğu qiymətləndirən qurumlardan, akkreditasiya orqanından şikayətə baxılması üçün lazım olan sənədləri tələb etmək hüququna malikdir.

3.1. Şuranın tərkibi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin əmri ilə təsdiq edilir.

3.2. Şuranın tərkibi 5 (beş) nəfərdən az olmamaqla (tək sayda) təşkil olunur.

3.3. Şuranın fəaliyyətinə Şuranın sədri rəhbərlik edir.

3.4.1. Şuranın kargüzarlıq işlərini aparır;

3.4.2. iclasların keçirilməsini təşkil edir.

3.5. Şuranın üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iştirak etdikdə, Şura şikayətə baxılması üçün səlahiyyətli hesab edilir.

4.1. Fiziki və hüquqi şəxslər, təşkilatlar Şuraya bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş nümayəndələri vasitəsilə kağız üzərində yazılı və ya elektron formada şikayət verə bilərlər.

4.2. Şikayətə daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində baxılır.

4.3. Şuraya verilən şikayətdə aşağıdakılar göstərilməlidir:

4.3.1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;

4.3.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, ünvanı (təşkilatın və ya hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;

4.3.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);

4.3.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;

4.3.5. şikayətin tərtib edildiyi tarix;

4.3.6. şikayəti verən şəxsin imzası.

4.4. Şuraya verilən şikayətə aşağıdakılar əlavə olunur:

4.4.1. şikayət edən şəxsin nümayəndəsi haqqında məlumat və səlahiyyətini təsdiq edən sənəd;

4.4.2. şikayət edən şəxsin tələb və etirazını əsaslandırdığı dəlillər (istinad edilən materialların surəti).

4.4-1. Şikayətin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

4.5. Daxil olmuş şikayət Şuranın katibi tərəfindən qeydiyyata alınır və daxilolma nömrəsi verilir.

4.6. Şuranın iclasının keçirilmə yeri və tarixi Şuranın sədri tərəfindən müəyyən edilir.

4.7. Şikayət daxil olduğu gündən 5 (beş) iş günü müddətində Şuranın iclasının keçirilmə yeri və vaxtı barədə maraqlı tərəflərə bildiriş göndərilir.

4.8. Şikayətə baxılması prosesində iştirak etmək hüququ olan və Şuranın iclasının günü və yeri barədə xəbərdarlıq edilmiş şəxsin üzrsüz səbəbdən iclasa gəlməməsi şikayətə baxılmaması üçün əsas deyildir.

4.9. Şuranın fəaliyyəti üçün yetərsay olmadıqda və ya şikayətə baxılması prosesində iştirak etmək hüququ olan şəxslər üzrlü səbəbdən iclasda iştirak edə bilmədikdə, Şuranın iclası başqa tarixə keçirilir. Bu barədə dərhal maraqlı tərəflərə məlumat verilməlidir.

4.10. Şikayətə baxılmazdan əvvəl Şuranın sədri tərəfindən şikayət obyekti ilə bağlı Şura üzvlərinin özlərinə etirazı olub-olmaması müəyyənləşdirilir. Şikayət edən şəxslə yaxın qohumluq (valideynlər və uşaqlar, baba, nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) və ya şəxsi yaxınlıq münasibəti olduqda və ya obyektiv səsverməyə təsir edə biləcək digər səbəblər olduqda, Şuranın üzvü özünə etiraz etməli və yekun səsvermədə iştirak etməməlidir. Həmçinin şikayət edən şəxs Şuranın hər hansı bir üzvünə etiraz edə bilər. Şuranın üzvü barəsində etirazın təmin edilib-edilməməsi həmin üzvün iştirakı olmadan Şura üzvləri arasında keçirilən səsvermə yolu ilə həll edilir. Etiraz təmin edilərsə, Şuranın həmin üzvü yekun səsvermədə iştirak etmir.

4.11. Şikayətə baxılma prosesi Şura sədrinin və ya onun həvalə etdiyi Şura üzvlərinin birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır:

4.11.1. şikayət edən şəxsin və ya onun nümayəndəsinin çıxışı;

4.11.2. barəsində şikayət verilmiş şəxsin çıxışı;

4.11.3. tərəflərin Şura üzvlərinin suallarını cavablandırması.

4.12. Tərəflərin şikayətə baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək (bu Əsasnamənin 4.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) və izahat vermək hüququ vardır.

4.13. Şura şikayətə baxılmasının nəticəsinə uyğun olaraq üzvlərin yarısından çoxu lehinə səs verdikdə, akkreditasiya attestatının olduğu kimi saxlanılması, akkreditasiyadan imtina barədə qərarın əsassız olması, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə rəy verir.

4.14. Şuranın rəyi Şuranın sədri və bütün üzvləri tərəfindən imzalanır, surəti isə şikayət materiallarına əlavə edilir. Şura üzvlərinin xüsusi rəyi olduqda, Şuranın rəyinə əlavə olunur.

4.15. Şuranın qəbul etdiyi rəy hər hansı səbəb və şərtdən asılı olmamalıdır. Şərti rəy verilməsinə yol verilmir.

4.16. Şuranın iclasları protokolla rəsmiləşdirilir. Protokol Şuranın sədri və katibi tərəfindən imzalanır.

4.17. Qəbul edilmiş rəyin surəti 3 (üç) iş günü müddətində işə baxılmasında iştirak edən tərəflərə göndərilir.

4.18. Bu Əsasnamənin 4.13-cü bəndində nəzərdə tutulmuş qaydada verilmiş Şuranın rəyi əsasında akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının olduğu kimi saxlanılması, akkreditasiya attestatının ləğvi və ya akkreditasiyadan imtina barədə qərarın ləğvi, akkreditasiya sahəsinin məhdudlaşdırılması haqqında qərar qəbul edilir və qərarın surəti dərhal işə baxılmasında iştirak edən tərəflərə göndərilir.

4.19. Şuranın rəyindən və bu Əsasnamənin 4.18-ci bəndinə uyğun akkreditasiya orqanı tərəfindən qəbul edilmiş qərardan məhkəmə qaydasında şikayət verilə bilər.

1.1. Bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə qaydasını müəyyən edir.

1.2. Akkreditasiya nişanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişandır.

1.3. Akkreditasiya orqanı tərəfindən akkreditasiya olunmamış uyğunluğu qiymətləndirən qurumlar akkreditasiya nişanından istifadə edə bilməzlər.

2.1. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından akkreditasiya olunduğu fəaliyyət sahəsinə uyğun istifadə etməlidir.

2.2. Akkreditasiya nişanından bilavasitə uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tərtib olunmuş sənədlərdə istifadə olunmalıdır.

2.3. Uyğunluğun qiymətləndirilməsi qurumunun blanklarında və reklam materiallarında akkreditasiya nişanından istifadə oluna bilər.

2.4. Uyğunluğun qiymətləndirilməsi qurumunun personalının vizit kartlarında akkreditasiya nişanından istifadə oluna bilməz.

2.5. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından akkreditasiya attestatının qüvvədə olduğu müddətdə istifadə etməlidir və attestatın etibarlılıq müddəti başa çatan gün nişandan istifadə dayandırılmalıdır.

2.6. Akkreditasiya nişanının təsviri ölçülərində hündürlüyün eninə nisbəti 1:2 olmalıdır. Akkreditasiya nişanı təsviri ölçülərindən asılı olmayaraq dəqiq görünən formada əks olunmalıdır.

2.7. Akkreditasiya nişanının təsviri müxtəlif texnoloji üsullarla yerinə yetirilə bilər.

2.8. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin nəticəsinə dair tərtib edilmiş sənəddə akkreditasiya nişanının rəngli formasından istifadə olunmalıdır.

2.9. Akkreditasiya nişanı uyğunluğu qiymətləndirən qurumun loqosu və ya əmtəə nişanı ilə birgə istifadə oluna bilər. Bu zaman nişanların təsviri yanaşı yerləşdirilməlidir.

2.10. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu Azərbaycan Respublikasında akkreditasiyadan keçdikdə və ya fəaliyyətini razılaşdırdıqda, Azərbaycan Respublikasında həyata keçirdiyi fəaliyyətində milli akkreditasiya nişanından istifadə edir. Milli akkreditasiya nişanı ilə yanaşı, həmin qurum xarici akkreditasiya nişanından istifadə etməkdə sərbəstdir.

1.1. Bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumlarının Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin razılaşdırılması (bundan sonra - fəaliyyətin razılaşdırılması) qaydasını müəyyən edir.

1.2. Akkreditasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumları Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs (bundan sonra - akkreditasiya orqanı) ilə razılaşdırmalıdır.

2.1. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun fəaliyyətinin razılaşdırılması qurumun akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciəti əsasında aparılır(1 nömrəli əlavə).

2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

2.2.1. uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya olunması barədə sənədin (bundan sonra – akkreditasiya sənədi) notarial qaydada təsdiq olunmuş surəti və Azərbaycan dilində tərcüməsi;

2.2.2. uyğunluğu qiymətləndirən qurumun xarici ölkənin akkreditasiya orqanı tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsinin notarial qaydada təsdiq olunmuş surəti;

2.2.3. müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədin və şəxsiyyətini təsdiq edən sənədin surəti.

2.2-1. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun fəaliyyətinin razılaşdırılması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

2.3. Fəaliyyətin razılaşdırılması barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.

2.4. Əgər müraciətlə birlikdə təqdim edilən sənədlərdə çatışmazlıqlar (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar olunarsa, çatışmazlıqlar dəqiq göstərilməklə müraciət edən şəxsə 1 (bir) iş günü müddətində məlumat verilir. Sənədlər təqdim olunduqdan sonra müraciətə baxılması davam etdirilir.

2.5. Fəaliyyətin razılaşdırılması ilə bağlı müraciətə 3 (üç) iş günü müddətində baxılır.

2.6. Akkreditasiya orqanı tərəfindən akkreditasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq fəaliyyətinin razılaşdırılması ilə bağlı müraciət etmiş uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olub-olmaması (həqiqiliyi, etibarlılıq müddətinin başa çatması) araşdırılır.

2.7. Uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olduğu halda fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul edilir və fəaliyyətin razılaşdırılması haqqında attestat tərtib edilərək 2 (iki) iş günü müddətində müraciət etmiş quruma təqdim olunur (2 nömrəli əlavə). Fəaliyyətin razılaşdırılması haqqında attestatın etibarlılıq müddəti quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin etibarlılıq müddətinə uyğun müəyyən edilir.

2.8. Uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olmaması müəyyən edildikdə, fəaliyyətin razılaşdırılmasından imtina haqqında qərar qəbul edilir və qərarın surəti 2 (iki) iş günü müddətində müraciət etmiş quruma göndərilir.

2.9. Fəaliyyətin razılaşdırılması haqqında attestatın etibarlılıq müddəti bitdikdə, müddətin uzadılması üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən xarici ölkədə verilmiş akkreditasiya sənədinin etibarlılıq müddəti uzadıldıqdan sonra akkreditasiya orqanına müraciət olunur. Müraciətə uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş etibarlılıq müddəti uzadılmış yeni akkreditasiya sənədinin notarial qaydada təsdiq edilmiş surəti (Azərbaycan dilində tərcüməsi ilə birlikdə) və akkreditasiya sahəsi əlavə olunur (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Müraciətə 3 (üç) iş günü müddətində baxılır və yeni akkreditasiya sənədinin həqiqiliyi, qüvvədə olub-olmaması araşdırılır. Uyğunluğu qiymətləndirən qurumun sənədlərinin təhlili və araşdırma nəticələri müsbət olduğu halda, fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul olunaraq yeni attestat təqdim olunur. Attestatın etibarlılıq müddəti quruma xarici ölkədə verilmiş yeni akkreditasiya sənədinin etibarlılıq müddətinə uyğun müəyyən edilir.

2.10. Uyğunluğu qiymətləndirən qurum akkreditasiya orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

______________________________________

Xahiş edirəm_______________________________________________________________

tərəfindən həyata keçirilən __________________________________________________

________________________________________________________________ tərəfindən

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi təmin olunacaqdır.

Qoşma ____________________________________________

Qeyd. Müraciətə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.

Müraciət etmiş şəxslə əlaqə vasitələri ________________________________________

“__”_____________20__ il

Qeyd. Hüquqi şəxsin və ya təşkilatın müraciəti möhürlə təsdiq edilməlidir.

Qeydiyyat tarixi: _______________20__ il

Yenilənmə tarixi: ________________20__ il

Etibarlıdır: ___________________20__ ilədək

Bu Attestat təsdiq edir ki, __________________________________________tərəfindən

(uyğunluğu qiymətləndirən qurumun adı)

təqdim edilmiş sənədlərin təhlili və araşdırmanın müsbət nəticələrinə əsaslanaraq

____________________________________________ tərəfindən həyata keçirilməsi üçün

____________________ fəaliyyəti “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs

ilə razılaşdırılmışdır.

1. 21 dekabr 2017-ci il tarixli 582 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2529)

2. 13 iyun 2018-ci il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2018-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1363)

3. 17 sentyabr 2018-ci il tarixli 398 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2018-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1926)

4. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

5. 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1090)

6. 4 avqust 2025-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 avqust 2025-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 814)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver