Qanunvericilik › “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.07.2021) › Tam mətn

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.07.2021)

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.07.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 17 iyul 2021-ci il

1.1. Bu Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun olaraq uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən, elektron formada tərtib edilən müəyyən formalı sənəd;

1.2.2. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi, elektron formada tərtib edilən müəyyən formalı sənəd;

1.2.3. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurması hallarının olmaması;

1.2.4. xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliynə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

1.2.5. risk - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;

1.2.6. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki normativ hüquqi akt;

1.2.7. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);

1.2.8. uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;

1.2.9. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) - uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan prosedurlar və onların ardıcıllığı;

1.2.10. uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş, malların texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

1.2.11. malın partiya nömrəsi - istehsalçısı, etiketlənməsi, istehsal tarixi, istehsal növbəsi, istifadə olunan xammalı eyni olan eynixassəli mallara istehsalçı tərəfindən tətbiq edilən eyniləşdirmə nömrəsi;

1.2.12. seriyalı istehsal olunan mallar - vahid texnoloji prosesdən istifadə etməklə eyni sənədlərə uyğun istehsal olunan və mal vahidlərinin və ya vaxtaşırı təkrarlanan mal partiyalarının ardıcıl seriyası şəklində dövriyyəyə buraxılan mallar;

1.2.12-1. malı müşayiət edən sənədlər - malın nomenklaturasını və miqdarını müəyyən edən sənədlər.

1.3. Uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi Azərbaycan Respublikasında istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilir.

1.4. Azərbaycan Respublikasına idxal olunan mallara verilmiş xarici mənşəli uyğunluq sənədləri “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydaları”na müvafiq olaraq tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, həmin malların uyğunluğunun qiymətləndirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

1.5. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki reqlamentlər qüvvəyə minənədək malların, onlarla əlaqəli proseslərin və ya istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi onlara dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar əsasında həyata keçirilir.

1.6. Uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi onlarda qeyd olunan mal partiyasına, mal vahidinə və ya seriyalı istehsal olunan mallara şamil edilir.

1.7. Uyğunluğun qiymətləndirilməsi xərcləri tərəflər arasında razılaşmaya əsasən təsərrüfat subyektlərinin vəsaiti hesabına nağd, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir.

1.8. Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

2.1. Uyğunluq sertifikatı (bundan sonra - sertifikat) təsərrüfat subyektinin müraciəti əsasında yüksək riskli malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələrinə əsasən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir.

2.2. Sertifikatın aşağıdakı formaları tərtib edilir:

2.2.1. malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikat;

2.2.2. mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikat.

2.3. Sertifikatda aşağıdakı məlumatlar qeyd olunur:

2.3.1. sertifikatın adı;

2.3.2. blankın qeydiyyat nömrəsi;

2.3.3. sertifikatın verilmə tarixi;

2.3.3-1. sertifikatın qüvvədəolma müddəti (olduqda);

2.3.4. sertifikatın qeydiyyat nömrəsi;

2.3.5. sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

2.3.6. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi, uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin) və uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin soyadı, adı və atasının adı;

2.3.7. texniki reqlamentin adı, nömrəsi və tarixi;

2.3.8. istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi.

2.4. Bu Qaydaların 2.3-cü bəndində qeyd olunanlardan əlavə malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda malın adı, növü, modeli, markası, partiya nömrəsi və ya seriyalı istehsal olduğu, istehsalçının adı və ünvanı, istehsal tarixi, texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri, miqdarı (mal partiyası üçün), sertifikatın tərtib edilməsi üçün əsas, istifadə sahəsi, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, məhsul növləri üzrə təsnifat kodu, malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda), mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatda isə mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi və istehsal müəssisəsinin ünvanı göstərilir.

2.5. Malın uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatın forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə sertifikatın forması isə bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

2.6. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin təmin edilməsi üçün təsərrüfat subyekti özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə müraciət edir.

2.6-1. Ərizədə ərizəçi tərəfindən seçilən uyğunluğun qiymətləndirilməsi sxemi (modulu) göstərilməlidir.

2.7. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.7.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

2.7.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

2.7.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.7.4. idxal olunan mallara dair xarici mənşəli uyğunluq sənədləri və ya malın təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri;

2.7.5. idxal olunan mallara dair hesab-faktura (invoys);

2.7.6. Azərbaycan Respublikasının ərazisində istehsal olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri (olduqda);

2.7.7. istinad edilmiş standartlar və ya texniki şərtlər;

2.7.8. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

2.7.9. idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (olduqda);

2.7.10. texniki sənədlərin (konstruktor, texnoloji, layihə) surəti;

2.7.11. mal vahidinin və ya mal partiyasının eyniləşdirmə xüsusiyyətlərini, tərkibini və ölçüsünü, partiyaya daxil olan mal vahidlərinin sayını təsdiq edən, habelə malı müşayiət edən sənədlərin surəti (olduqda);

2.7.12. texniki həllərin siyahısı (olduqda);

2.7.13. malların xammal və materiallarının, komplektlərinin, tərkib hissələrinin (olduqda) tədqiq (sınaq) və müayinə protokollarının və (və ya) uyğunluq sertifikatlarının və ya uyğunluq bəyannamələrinin surətləri.

2.7-1. Bu Qaydaların 2.7-ci bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.8. Təsərrüfat subyekti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartları, belə standartlar olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən olunmuş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə istehsal olunan mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair texniki şərtləri uyğunluğu qiymətləndirən quruma təqdim edir.

2.9. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilməlidir.

2.10. Uyğunluğu qiymətləndirən qurum ərizəçi tərəfindən təqdim olunmuş ərizəni qəbul edir və həmin gün qeydiyyata alır. Uyğunluğu qiymətləndirən qurum ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və sertifikatın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydaların 2.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq uyğunluğu qiymətləndirən qurum onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman sertifikatın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət sertifikatın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.11. Ərizəçi ərizədə və ona əlavə olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqları bu Qaydaların 2.10-cu bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda, uyğunluğu qiymətləndirən qurum ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.12. Uyğunluğu qiymətləndirən qurum malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini yüksək risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemlərinə (modullarına) və prosedurlarına müvafiq olaraq həyata keçirir.

2.13. Uyğunluğun qiymətləndirilməsi zamanı istifadə olunan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının əhatə olunduğu texniki reqlamentlərdə göstərilir.

2.14. Təsərrüfat subyektləri uyğunluğun qiymətləndirilməsi zamanı uyğunluğun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən qurumların mütəxəssislərinə şərait yaradır.

2.15. Təsərrüfat subyekti Azərbaycan Respublikasında istehsal olunan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsi üçün uyğunluğu qiymətləndirən quruma istehsal obyektinə baxışın keçirilməsi və texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda və qaydada seçmə üsulu ilə mal nümunələrinin əvəzsiz götürülməsinə şərait yaradır.

2.16. Təsərrüfat subyekti malın idxalından əvvəl texniki reqlamentlərdə nəzərdə tutulduğu hallarda və qaydada uyğunluğu qiymətləndirilən malın nümunəsini uyğunluğu qiymətləndirən quruma əvəzsiz qaydada təqdim edir.

2.17. Malın ölçüsü, forması, saxlanma və daşınma şərtləri və ya istehlak xüsusiyyətləri səbəbindən nümunələrin malın idxalından əvvəl təqdim edilməsi mümkün olmadıqda, təsərrüfat subyekti uyğunluğu qiymətləndirən qurumun mütəxəssislərinə ixracatçı ölkədə həmin malın istehsal olunduğu obyektə baxışın keçirilməsini və texniki reqlamentlərdə nəzərdə tutulduğu qaydada seçmə üsulu ilə mal nümunələrinin götürülməsini öz vəsaiti hesabına təmin edir.

2.18. Uyğunluğun qiymətləndirilməsi zamanı istehlak üçün yararlılığını itirməmiş mal nümunələri həmin uyğunluğu qiymətləndirən qurum tərəfindən təsərrüfat subyektinə qaytarılır.

2.19. Uyğunluğun qiymətləndirilməsi prosedurlarını həyata keçirmək üçün obyektə baxışın keçirilməsi və seçmə üsulu ilə mal nümunələrinin götürülməsi təsərrüfat subyektinin fəaliyyətinə maneələr yaratmamalıdır.

2.20. Uyğunluğu qiymətləndirən qurum təqdim edilmiş ərizənin qeydiyyata alındığı tarixdən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələri əsasında 7 (yeddi) iş günündən gec olmayaraq sertifikatın verilməsi və ya sertifikatın verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Sertifikatın verilməsindən imtina haqqında qərar qəbul edildiyi gündən 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müayinəsinə, tədqiqinə və ya sınaqlarına, habelə ixracatçı dövlətlərin istehsalçılarına məxsus obyektlərə baxışın keçirilməsinə sərf olunan müddət sertifikatın verilməsi ilə bağlı müddətə daxil edilmir.

2.22. Uyğunluq sertifikatının yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Uyğunluq sertifikatı hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.

2.24. Təsərrüfat subyekti sertifikatı müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində saxlamalı, habelə malı müşayiət olunmasını təmin etməlidir.

2.25. Sertifikatın sahibi sertifikatdan yalnız özü istifadə edə bilər.

2.26. Sertifikat xüsusi nömrələnmiş blanklarda Azərbaycan və ingilis dillərində tərtib edilir.

2.27. Sertifikatın blankları uyğunluğu qiymətləndirən qurumun sifarişinə əsasən onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır.

2.28. Sertifikat tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud zədələnmiş sertifikatlar etibarsızdır.

2.28-1. Texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, uyğunluq sertifikatı seriyalı istehsal olunan mallara 5 (beş) ildən çox olmayan müddətə verilir, mal partiya və ya mal vahidi üçün müddət müəyyən edilmir.

2.28-2. İdarəetmə sisteminin uyğunluq sertifikatının müddəti malın uyğunluq sertifikatının müddətindən əvvəl bitdikdə, təsərrüfat subyekti malın uyğunluq sertifikatının qüvvədə olduğu müddət üçün idarəetmə sisteminin uyğunluq sertifikatının qüvvədə olmasını təmin etməlidir.

2.30. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətləri uyğunluğun qiymətləndirilməsi aparıldıqdan sonra dəyişdirildikdə, təsərrüfat subyekti bununla bağlı bu Qaydaların 2.6-2.9-cu bəndləri ilə müəyyən olunmuş qaydada özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir.

2.31. Təsərrüfat subyekti tərəfindən malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə həmin malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsini aparmış uyğunluğu qiymətləndirən quruma müraciət etdiyi hallarda bu Qaydaların 2.7-ci bəndində qeyd olunan sənədlər tələb edilmir.

2.34. Sertifikatın qüvvəsi aşağıdakı hallarda dayandırılır:

2.34.1. sertifikat sahibi tərəfindən uyğunluğun qiymətləndirilməsini aparmış quruma ərizə təqdim edildikdə;

2.34.1-1. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin nəticələrinə əsasən malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və müvafiq texniki reqlamentin tələblərinə uyğunluğun təsdiq olunması düzəliş tədbirləri ilə mümkün olduqda və ya ərizəçi sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin aparılmasından imtina etdikdə;

2.34.1-2. malın istismar xüsusiyyətlərində onun sertifikatlaşdırılması zamanı müvafiq texniki reqlamentlərlə müəyyən edilmiş təhlükəsizlik tələblərinə təsir edə biləcək dəyişikliklər nəticəsində həmin tələblərə uyğunsuzluq yarandıqda;

2.34.1-3. ərizəçinin idarəetmə sisteminin qüvvədə olan uyğunluq sertifikatı olmadıqda (uyğunluğun qiymətləndirilməsi prosedurunda nəzərdə tutulmuş hallarda);

2.34.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə;

2.34.3. məhkəmənin müvafiq qərarı olduqda;

2.34.4. qanunda nəzərdə tutulan digər hallarda.

2.35. Sertifikat aşağıdakı hallarda ləğv edilir:

2.35.1. sertifikat sahibi tərəfindən uyğunluğun qiymətləndirilməsini aparmış quruma ərizə təqdim edildikdə;

2.35.1-1. sertifikatlaşdırılmış malların dövri qiymətləndirilməsinin nəticələrinə əsasən malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və müvafiq texniki reqlamentin tələblərinə uyğunluğun təsdiq olunması düzəliş tədbirləri ilə mümkün olmadıqda;

2.35.1-2. malın istismar xüsusiyyətlərində onun sertifikatlaşdırılması zamanı müvafiq texniki reqlamentlərlə müəyyən edilmiş təhlükəsizlik tələblərinə təsir edə biləcək dəyişikliklər nəticəsində həmin tələblərə uyğunsuzluq yarandıqda və ərizəçi uyğunsuzluqların aradan qaldırılması məqsədilə malın sertifikatlaşdırılmasını aparan qurum ilə razılaşdırılmış müddət ərzində düzəliş tədbirləri həyata keçirmədikdə və ya malın sertifikatlaşdırılmasını aparan quruma göstərilən dəyişikliklər barədə məlumat vermədikdə;

2.35.1-3. bu Qaydaların 2.34.1-3-cü yarımbəndinə uyğun olaraq ərizəçi malın sertifikatlaşdırılmasını aparan qurum ilə razılaşdırılmış müddət ərzində idarəetmə sisteminin uyğunluq sertifikatının qüvvədə olmasını təmin etmədikdə;

2.35.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən edildikdə;

2.35.3. sertifikat verilməsi üçün təqdim edilmiş ərizədə və ona əlavə olunmuş sənədlərdə sonradan təhrif edilmə aşkar olunduqda;

2.35.4. sertifikat bu Qaydaların tələbləri pozulmaqla tərtib edildikdə;

2.35.5. məhkəmənin müvafiq qərarı olduqda;

2.35.6. qanunda nəzərdə tutulan digər hallarda.

2.36. Bu Qaydaların 2.34.2-ci və 2.35.2-ci yarımbəndlərinə uyğun olaraq malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə və ya malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən olunduqda Agentlik bu barədə məlumatı 2 (iki) iş günü müddətində həmin sertifikatı vermiş uyğunluğu qiymətləndirən quruma təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

2.37. Uyğunluğu qiymətləndirən qurum bu Qaydaların 2.34-cü (2.34.3-cü yarımbəndində qeyd olunan hal istisna olmaqla), 2.35-ci (2.35.5-ci yarımbəndində qeyd olunan hal istisna olmaqla) və 2.36-cı bəndlərinə uyğun olaraq müvafiq məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində sertifikatın qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edir.

2.39. Sertifikatı vermiş uyğunluğu qiymətləndirən qurum bu Qaydaların 2.34.1-ci yarımbəndində göstərilən əsas üzrə sertifikat sahibinin müvafiq ərizəsini, bu Qaydaların 2.34.1-1–2.34.1-3-cü, 2.34.2-ci və 2.34.4-cü yarımbəndlərində qeyd olunan hallarda isə həmin halların aradan qaldırılması barədə sertifikat sahibinin təqdim etdiyi yazılı məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində sertifikatın qüvvəsinin bərpası ilə bağlı qərar qəbul edir.

2.41. Sertifikat aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

2.41.1. sertifikatın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

2.41.2. sertifikatın sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və yaxud nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

2.41.3. sertifikatın sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;

2.41.4. sertifikatın tərtibi ilə bağlı sonradan texniki səhvlər aşkar edildikdə.

2.42. Bu Qaydaların 2.41-ci bəndinə uyğun olaraq sertifikatın yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda, təsərrüfat subyekti bu Qaydaların 2.6-cı bəndi və 2.7.1-ci, 2.7.2-ci, 2.7.3-cü yarımbəndləri ilə müəyyən edilmiş qaydada həmin malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini aparmış uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət edir. Uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq sertifikatın yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul edir.

2.44. Malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunu qiymətləndirmiş qurumun hüquq və vəzifələri digər uyğunluğu qiymətləndirən quruma ötürülmədən ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda həmin qurumun verdiyi sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi bu Qaydalara əsasən Agentliyin müəyyən etdiyi uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilir.

3.1. Təsərrüfat subyekti orta və aşağı riskli malların istehsalı mərhələsində malların idxalından, bazara yerləşdirilməzdənvə ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi nəticələri əsasında uyğunluq bəyannaməsini (bundan sonra - bəyannamə) tərtib edir.

3.2. Bəyannamənin aşağıdakı formaları tərtib edilir:

3.2.1. malların uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə;

3.2.2. mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamə.

3.3. Bəyannamədə aşağıdakı məlumatlar qeyd olunur:

3.3.1. bəyannamənin adı;

3.3.2. bəyannamənin verilmə tarixi;

3.3.2-1. bəyannamənin qüvvədəolma müddəti (olduqda);

3.3.3. bəyannamənin qeydiyyat nömrəsi;

3.3.4. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.3.5. texniki reqlamentin adı, nömrəsi və tarixi;

3.3.6. istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;

3.3.7. orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;

3.3.8. bəyannaməni tərtib edən təsərrüfat subyektinin rəhbərinin (səlahiyyətli nümayəndəsinin), malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə məsul şəxsin soyadı, adı və atasının adı.

3.4. Bu Qaydaların 3.3-cü bəndində olan məlumatlardan əlavə bəyannamədə bu Qaydaların 2.4-cü bəndindəki məlumatlar qeyd olunur.

3.5. Malın uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamənin forması bu Qaydaların 3 nömrəli əlavəsinə, mal ilə əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsi barədə bəyannamənin forması isə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

3.6. Təsərrüfat subyekti orta riskli mallar üçün bəyannaməni tərtib etməklə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədilə uyğunluğu qiymətləndirən qurumu cəlb edir. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi barədə təsdiqedici sənəd verir. Uyğunluğun təsdiqi barədə təsdiqedici sənəddə malların texniki reqlamentlərin tələblərinə uyğun olması qeyd edilir.

3.7. Təsərrüfat subyekti orta riskli malların uyğunluğunun təsdiqlənməsi məqsədilə özünün sərbəst seçdiyi uyğunluğu qiymətləndirən quruma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə müraciət edir.

3.8. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

3.8.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

3.8.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

3.8.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

3.8.4. idxal olunan mallara dair xarici mənşəli uyğunluq sənədləri və ya malın təhlükəsizliyinə dair aparılmış sınaqların nəticələri;

3.8.5. idxal olunan mala dair hesab-faktura (invoys);

3.8.6. Azərbaycan Respublikasının ərazisində istehsal olunan malların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmış sınaqların nəticələri;

3.8.7. istinad edilmiş standartlar və texniki şərtlər;

3.8.8. ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

3.8.9. idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (olduqda);

3.8.10. texniki sənədlərin (konstruktor, texnoloji, layihə) surəti;

3.8.11. mal vahidi və ya mal partiyasının eyniləşdirmə xüsusiyyətləri, tərkibi və ölçüsünü (habelə partiyaya daxil olan mal vahidlərinin sayını) təsdiq edən, həmçinin malı müşayiət edən sənədlərin surəti;

3.8.12. texniki həllərin siyahısı (olduqda).

3.8-1. Bu Qaydaların 3.8-ci bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.9. Təsərrüfat subyekti “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara dair standartları belə standartlar olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən olunmuş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə istehsal olunan mallara dair texniki şərtləri uyğunluğu qiymətləndirən quruma təqdim edir.

3.10. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunaraq təqdim edilməlidir.

3.11. Uyğunluğu qiymətləndirən qurum ərizəçi tərəfindən təqdim edilmiş ərizəni qəbul edir və həmin gün ərzində qeydiyyata alır. Uyğunluğu qiymətləndirən qurum ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və uyğunluğun təsdiq edilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydaların 3.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar olunduqda, ərizənin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq uyğunluğu qiymətləndirən qurum onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman təsdiqedici sənədin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət təsdiqedici sənədin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.12. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydaların 3.11-ci bəndində qeyd olunan müddətdə aradan qaldırmadıqda uyğunluğu qiymətləndirən qurum ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.13. Uyğunluğu qiymətləndirən qurum uyğunluğun təsdiqi məqsədilə bu Qaydaların 3.7-ci və 3.8-ci bəndləri ilə müəyyən olunmuş qaydada təqdim edilmiş sənəd və məlumatları malların əhatə olunduğu texniki reqlamentlərdə qeyd edilmiş uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurlarına uyğun olaraq təhlil edir və onların mala aid olmasını araşdırır.

3.14. Uyğunluğun təsdiqi zamanı istifadə olunan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurları həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının əhatə olunduğu texniki reqlamentlərdə göstərilir.

3.15. Uyğunluğu qiymətləndirən qurum təqdim edilmiş ərizənin qeydiyyata alındığı tarixdən malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin nəticələri əsasında 5 (beş) iş günündən gec olmayaraq, təsdiqedici sənədin verilməsi və ya onun verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Uyğunluğu qiymətləndirən qurum müvafiq qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində təsdiqedici sənədi və ya onun verilməsindən imtina haqqında əsaslandırılmış qərarı təsərrüfat subyektinə təqdim edir.

3.15-1. Uyğunluğu təsdiq edən sənədin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Uyğunluğu təsdiq edən sənəd hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.

3.16. Orta riskli mallara münasibətdə təsərrüfat subyekti təsdiqedici sənəd əsasında bəyannaməni tərtib edir.

3.17. Təsərrüfat subyekti malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsini orta və aşağı risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemlərinə (modullarına) və prosedurlarına müvafiq olaraq həyata keçirir.

3.18. Uyğunluğu qiymətləndirən qurum tərəfindən verilmiş təsdiqedici sənəd təsərrüfat subyekti tərəfindən tərtib edilmiş bəyannaməyə müşayiətedici sənəd kimi əlavə olunur. Orta riskli mallara münasibətdə təsdiqedici sənəd olmadıqda, tərtib edilmiş bəyannamə etibarsız hesab edilir.

3.20-1. Texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, uyğunluq bəyannaməsi seriyalı istehsal olunan mallara 5 (beş) ildən çox olmayan müddətə tərtib olunur, mal partiyası və ya mal vahidi üçün müddət müəyyən edilmir.

3.20-2. İdarəetmə sisteminin uyğunluq sertifikatının müddəti malın uyğunluq bəyannaməsinin müddətindən əvvəl bitdikdə, təsərrüfat subyekti malın uyğunluq bəyannaməsinin qüvvədə olduğu müddət üçün idarəetmə sisteminin uyğunluq sertifikatının qüvvədə olmasını təmin etməlidir.

3.23. Təsərrüfat subyekti bəyannaməni müvafiq texniki reqlamentdə malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən olunmuş müddət ərzində saxlayır, habelə malın müşayiətini təmin edir.

3.29. Bəyannamənin qüvvəsi aşağıdakı hallarda dayandırılır:

3.29.1. bəyannamə sahibinin öz qərarı əsasında;

3.29.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə;

3.29.3. məhkəmənin müvafiq qərarı olduqda;

3.29.4. qanunda nəzərdə tutulan digər hallarda.

3.30. Bəyannamə aşağıdakı hallarda ləğv edilir:

3.30.1. bəyannamə sahibinin öz qərarı əsasında;

3.30.1-1. ərizəçinin idarəetmə sisteminin qüvvədə olan uyğunluq sertifikatı olmadıqda (uyğunluğun qiymətləndirilməsi prosedurunda nəzərdə tutulmuş hallarda);

3.30.2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə uyğun olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılan yoxlamalar zamanı malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən edildikdə;

3.30.3. bəyannamənin tərtibi zamanı əsas götürülmüş sənədlərdə sonradan təhrif olunmuş məlumatlar aşkar edildikdə;

3.30.4. bəyannamə bu Qaydalara uyğun tərtib edilmədikdə;

3.30.5. məhkəmənin müvafiq qərarı olduqda;

3.30.6. qanunda nəzərdə tutulan digər hallarda.

3.31. Bu Qaydaların 3.29.2-ci və 3.30.2-ci yarımbəndlərinə uyğun olaraq malda, onunla əlaqəli proseslərdə və istehsal metodlarında aradan qaldırıla biləcək çatışmazlıqlar aşkar edildikdə və ya malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına təhlükə törətdiyi müəyyən olduqda, Agentlik bu barədə məlumatı 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

3.32. Təsərrüfat subyekti bu Qaydaların 3.29.2-ci, 3.29.4-cü, 3.30.1-1-ci, 3.30.2-3.30.4-cü, 3.30.6-cı yarımbəndlərinə və 3.31-ci bəndinə uyğun olaraq müvafiq məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində bəyannamənin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə qərar qəbul edir.

3.34. Təsərrüfat subyekti bu Qaydaların 3.29.2-ci yarımbəndində qeyd olunan əsas üzrə çatışmazlıqların aradan qaldırıldığına dair Agentliyin qərarını, 3.29.4-cü yarımbəndində həmin halların aradan qaldırılması barədə məlumatı aldığı tarixdən 1 (bir) iş günü müddətində, 3.29.1-ci yarımbəndində qeyd olunan halda isə öz təşəbbüsü əsasında bəyannamənin qüvvəsinin bərpası ilə bağlı qərar qəbul edir.

3.36. Bəyannamə aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

3.36.1. bəyannamə sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;

3.36.2. bəyannamə sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının və yaxud nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;

3.36.3. bəyannamə sahibi olan fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;

3.36.4. bəyannamənin və ya təsdiqedici sənədin tərtibi ilə bağlı sonradan texniki səhvlər aşkar edildikdə.

3.37. Bu Qaydaların 3.36-cı bəndinə uyğun olaraq, bəyannamənin yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda, orta riskli mallara münasibətdə təsərrüfat subyekti bu Qaydaların 3.7-ci bəndi və 3.8.1-3.8.3-cü yarımbəndləri ilə müəyyən olunmuş qaydada həmin malın uyğunluğunun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən quruma müraciət edir. Uyğunluğu qiymətləndirən qurum 2 (iki) iş günü müddətində yeni təsdiqedici sənədi təsərrüfat subyektinə təqdim edir. Təsərrüfat subyekti həmin təsdiqedici sənəd əsasında yenidən rəsmiləşdirilmiş bəyannaməni tərtib edir.

3.38. Malın uyğunluğunun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun hüquq və vəzifələri digər uyğunluğu qiymətləndirən quruma ötürülmədən ləğv edildikdə və ya onun fəaliyyəti dayandırıldıqda, bəyannamənin yenidən rəsmiləşdirilməsi ilə əlaqədar yeni təsdiqedici sənədin verilməsi bu Qaydalara əsasən Agentliyin müəyyən etdiyi uyğunluğu qiymətləndirən qurum tərəfindən həyata keçirilir.

3.39. Bu Qaydaların 3.36-cı bəndinə uyğun olaraq aşağı riskli mallara münasibətdə bəyannamənin yenidən rəsmiləşdirilməsi zərurəti yarandığı halda, təsərrüfat subyekti yenidən rəsmiləşdirilmiş bəyannaməni tərtib edir.

1. Sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi / Certificate registration number and date of issue

2. Sertifikatın qüvvədəolma müddəti / Validity period of Certificate

3. Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX ID of the legal entity, surname, name, patronymic, address and TAX ID of the individual to which the certificate is issued

4. Sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi / Name and legal address of the conformity assessment body issued the certificate, registration number of accreditation certificate and date of issue

5. İstehsalçının adı və ünvanı / Name and address of the manufacturer

6. Malın adı, növü, markası, modeli / Name, type, brand, model of the goods

7. Malın partiya nömrəsi, mal vahidi və ya seriyalı istehsal / Batch number of goods, unit of goods or serial production

8. Malın miqdarı (mal partiyası üçün) / Quantity of goods (for batch of goods)

9. Sertifikatın tərtib edilməsi üçün əsas / Basis for issuing Certificate

10. Malın istehsal tarixi /

Manufacturing date of goods

11. XİF MİN / HS CODE

12. Məhsul növləri üzrə təsnifat kodu / Product classification code

13. Texniki reqlanmentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

14. İstifadə sahəsi /

Intended purpose of use

15. Texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri / Terms and conditions of storage of goods in cases stipulated by technical regulations

16. Malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda) / Additional information provided by the business entity on the consumer characteristics or quality of the goods (if any)

Bu sertifikat təsdiq edir ki, yuxarıda göstərilən mal partiyası və ya seriyalı istehsal təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan texniki reqlamentlərin tələblərinə uyğundur / This certificate of conformity confirms that the above mentioned batch of goods or serial production complies with the requirements of the technical regulations in force, in terms of safety indicators

Uyğunluğu qiymətləndirən qurumun rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the accredited conformity assessment body

(authorized representative)

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

Uyğunluğu qiymətləndirən səlahiyyətli şəxs

Conformity assessment authorized person ________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

1. Sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi / Certificate of conformity registration number and date of issue

2. Sertifikatın qüvvədəolma müddəti / Validity period of Certificate

3. Sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX ID of the legal entity, surname, name, patronymic, address and TAX ID of the individual to which the certificate is issued

4. Sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi / Name and legal address of the conformity assessment body issued the certificate, registration number of accreditation certificate and date of issue

5. Mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi / Area of activity in which process related to the product and production method being applied

6. Sertifikatın tərtib edilməsi üçün əsas / Basis for issuing Certificate

7. Texniki reqlamentlərin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

8. Mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi istehsal müəssisəsinin ünvanı / Address of manufacturing facility where process related to the product and production method being applied

Bu sertifikat təsdiq edir ki, yuxarıda qeyd olunan mal ilə əlaqəli proses və istehsal metodu texniki reqlamentlərin tələblərinə uyğundur / This certificate of conformity confirms that the above mentioned goods related process and method of manufacturing complies with the requirements of the technical regulations in force

Uyğunluğu qiymətləndirən qurumun rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the accredited conformity

assessment body (authorized representative)

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

Uyğunluğu qiymətləndirən səlahiyyətli şəxs

Conformity assessment authorized person

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

1. Bəyannamənin qeydiyyat nömrəsi və verilmə tarixi / Declaration of conformity registration number and date of issue

2. Bəyannamənin qüvvədəolma müddəti / Validity period of Declaration

3. Bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX ID of the legal entity, surname, name, patronymic, address and TAX ID of the individual to which the certificate is issued

4. Orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi / Name and legal address of the conformity assessment body involved in order to confirm conformity of medium risk goods, registration number of accreditation certificate and date of issue

5. İstehsalçının adı və ünvanı / Name and address of the manufacturer

6. Malın adı, növü, markası, modeli / Name, type, brand, model of the goods

7. Malın partiya nömrəsi, mal vahidi və ya seriyalı istehsal / Batch number of goods, unit of goods or serial production

8. Malın miqdarı (mal partiyası üçün) / Quantity of goods (for batch of goods)

9. Orta riskli mallara münasibətdə uyğunluğu qiymətləndirən qurum tərəfindən verilən təsdiqedici sənəd haqqında məlumat (sənədin nömrəsi, verilmə tarixi, verən qurum haqqında məlumatlar göstərilməklə) / Information about the confirmation document issued by the conformity assessment body for medium risk goods (indicating the document number, date of issue, information about the issuing body)

10. Malın istehsal tarixi / Manufacturing date of goods

11. XİF MİN / HS CODE

12. Məhsul növləri üzrə təsnifat kodu / Product classification code

13. Texniki reqlanmentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

14. İstifadə sahəsi / Intended purpose of use

15. Texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri / Terms and conditions of storage of goods in cases stipulated by technical regulations

16. Malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda) / Additional information provided by the business entity on the consumer characteristics or quality of the goods (if any)

Bu bəyannamə təsdiq edir ki, yuxarıda göstərilən mal partiyası və ya seriyalı istehsal təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan texniki reqlamentlərin tələblərinə uyğundur / This declaration of conformity confirms that the above mentioned batch of goods or serial production complies with the requirements of the technical regulations in force, in terms of safety indicators

Təsərrüfat subyektinin rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the business operator

(authorized representative)

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

1. Bəyannamənin qeydiyyat nömrəsi və verilmə tarixi / Declaration of conformity registration number and date of issue

2. Bəyannamənin qüvvədəolma müddəti / Validity period of Declaration

3. Bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i / Name, legal address and TAX ID of the legal entity, surname, name, patronymic, address and TAX ID of the individual to which the certificate is issued

4. Mal ilə əlaqəli prosesin və istehsal metodlarının tətbiq edildiyi istehsal müəssisəsinin ünvanı / Address of manufacturing facility where process related to the product and production method being applied

5. Texniki reqlamentlərin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi, tarixi / Name, number, date of technical regulations, referenced standards or technical specifications

6. Mal ilə əlaqəli prosesin və istehsal metodunun tətbiq edildiyi fəaliyyət sahəsi / Area of activity in which process related to the product and production methods being applied

7. Orta riskli mallara münasibətdə uyğunluğu qiymətləndirən qurum tərəfindən verilən təsdiqedici sənəd haqqında məlumat (sənədin nömrəsi, verilmə tarixi, verən qurum haqqında məlumatlar göstərilməklə) / Information about the confirmation document issued by the conformity assessment body for medium risk goods (indicating the document number, date of issue, information about the issuing body)

Bu bəyannamə təsdiq edir ki, yuxarıda göstərilən mal ilə əlaqəli proses və istehsal metodu texniki reqlamentlərin tələblərinə uyğundur / This declaration of conformity confirms that the above mentioned goods related process and method of manufacturing complies with the requirements of the technical regulations in force

Təsərrüfat subyektinin rəhbəri

(səlahiyyətli nümayəndəsi)

Head of the business operator

(authorized representative)

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

________________________________________________________

(soyadı, adı, atasının adı / surname, name, father`s name)

1. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

2. 27 noyabr 2025-ci il tarixli 348 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 29 noyabr 2025-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1099)

3. 12 may 2026-cı il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2026-cı il, “Xalq” qəzeti, 16 may 2026-cı il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 465)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver