15-1.1. Şərabçılıq məhsullarının reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi ilə müəyyən olunur.
15-1.2. Aşağıdakı reklam daşıyıcılarında şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz:
15-1.2.1. tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda;
15-1.2.2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;
15-1.2.3. nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla).
15-1.3. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
15-1.4. Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır.
15-1.5. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
15-1.6. Şərabçılıq məhsullarının qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alındıqda və ya təsdiq olunduqda və idxal olunmuş məhsullar idxal sağlamlıq aktına malik olduqda həmin məhsulların reklamına icazə verilir. Reklamda idxal olunmuş məhsulların idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi, verilmə tarixi, onu verən orqanın adı göstərilməlidir.
15-1.7. Əmtəə satışını stimullaşdıran tədbirlərdə müəyyən əmtəəni satın alana hədiyyə qismində tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsulları təklif oluna bilməz.
15-1.8. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarını alanlara hədiyyə qismində başqa əmtəələrin təklifi qadağandır.
IV fəsil
Üzümçülüyün və şərabçılığın İnkİşafının İqtİsadİ tənzİmlənməsİ