Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Üzümçülüyün və şərabçılığın inkişafı üzrə məqsədli kreditlər

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Kommersiya banklarını üzümçülük və şərabçılıq üzrə dövlət proqramları çərçivəsində üzümçülüyün inkişafı sahəsində həyata keçirilən layihələrin kreditləşdirilməsinə həvəsləndirmək və risklərini azaltmaq məqsədi ilə:

19.1.2. məqsədli kreditlərə görə bank faizi üzrə güzəştlər dövlət büdcəsinin fermer təsərrüfatlarına kredit güzəştləri fondu və bu kimi digər vəsaitlər hesabına ödənilir.

19.2. Üzümçülüyün və şərabçılığın inkişafında kooperasiyanı sürətləndirmək üçün aşağıdakı üzümçülük və şərabçılıq subyektlərinə məqsədli kreditlərin ayrılmasında üstünlük verilir:

19.2.1. hüquqi şəxslərə - 10 hektardan artıq yeni üzüm bağlarının salınmasına, 2 hektardan artıq calaqaltı və calaqüstü anaclıqların yaradılmasına;

19.2.2. fiziki şəxslərə - 1 hektardan artıq yeni üzüm bağlarının salınmasına, 0,5 hektardan artıq calaqaltı və calaqüstü anaclıqların yaradılmasına;

19.2.3. 50 hektardan az olmayan yeni üzümlüklərin salınması üçün hüquqi və fiziki şəxslərlə uzunmüddətli müqavilə bağlamış üzüm emalı müəssisələrinə.

19.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması, habelə bank faizi üzrə güzəştlərin ödənilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən olunur.

V fəsil

Şərabçılıq məhsullarının dövrİyyəsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver