2.1. Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının mülki və aqrar qanunvericiliyindən, habelə bu Qanunla əlaqədar qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Vətəndaşların şəxsi istehlakı üçün şərabçılıq məhsullarının istehsalı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə şərabçılıq məhsullarının istehsalı, dövriyyəsi, keyfiyyəti və təhlükəsizliyinə dair müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.