22.1. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada həyata keçirilir.
22.2. Dövriyyədən çıxarılmış şərabçılıq məhsullarının məhv edilməsi və ya utilizasiyası “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
22.3. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddətdə onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq xüsusi rejim yaradıla bilər.
VI fəsil
Üzüm və şərabçılıq məhsullarının MİNİMUM keyfİyyətİnİn VƏ TƏHLÜKƏSİZLİYİNİN təmİn edİlməsİ