Qanunvericilik › Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Şərabçılıq məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Şərabçılıq məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə nəzarətin məqsədi bu məhsulların istehsalını, emalını, dövriyyəsini, utilizasiyasını və minimum keyfiyyətini tənzimləyən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etməkdir.

27.2. Şərabçılıq məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

VII fəsil

Üzümçülük və şərabçılıq haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət və mübahİsələrİn həllİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver