8.1. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalı müvafiq inzibati ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.
8.2. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm sortlarının becərilməsində herbisidlərdən istifadəyə yol verilmir.
8.3. İstehsal mənşəyinə görə adlar verilən şərablar hazırlanması üçün üzüm istehsalının texnologiyası bu Qanunun 7-ci maddəsində göstərilən texniki normativ hüquqi aktlarla müəyyən edilir.