Qanunvericilik › “Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 14.07.2022) › Tam mətn

“Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 14.07.2022)

“Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə (Kənd Təsərrüfatı Nazirliyi, 14.07.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1570 nömrəli Fərmanının 2-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası

1. “Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsi bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılsın.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2022-ci il “14” iyul tarixli MİHO/1.2-3.2-2022-5 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Qaydalar “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1570 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi ilə bağlı fəaliyyəti müəyyən edir.

1.2. Vahid əkin sahələrində vahid əkin üsulu azı 5 (beş) fermer və onların istifadələrində olan 10 (on) hektardan az olmayan torpaq sahəsində su resursları, kənd təsərrüfatı istehsal vasitələri, habelə aqrotexniki xidmətlərin birgə tətbiqi ilə vahid bitki becərilməsi və növbəli əkin üsulunun tətbiqini nəzərdə tutan könüllü fəaliyyət növüdür.

1.3. Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi və bu sahədə fermerlərə dövlət xidmətlərinin göstərilməsində əlaqələndirilməni Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

2.1. Vahid əkin sahəsi yerlərinin siyahısı hər il Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə əsasən Aqrar Subsidiya Şurası tərəfindən təsdiq edilir və Agentliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə elan edilir.

2.1. Vahid əkin sahəsi elan edilən yerlərdə fəaliyyət göstərən fermerlərə bu barədə məlumat (SMS və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM) vasitəsilə) verilir. Vahid əkin sahəsi elan edilən yerlərdə tətbiq ediləcək növbəli əkin qrafiki barədə DAİM tərəfindən əlavə məlumatlandırma və maarifləndirmə tədbirləri həyata keçirilir.

2.3. Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqinə qoşulmaq istəyən fermerlər bu barədə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan növbəli əkin qrafikinə uyğun olaraq apardıqları əkini subsidiya almaq məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyan edərkən razılıq verirlər.

2.4. Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqinə qoşulmağa razılıq verən fermerlərə onların müraciətləri əsasında DAİM tərəfindən aşağıdakı dəstək tədbirləri görülür:

2.4.1. əkinin aparılma üsulları və aqrotexniki xidmətlərlə bağlı təlim və informasiya məsləhət xidmətinin həyata keçirilməsi;

2.4.2. kənd təsərrüfatı istehsal vasitələrindən (toxum, gübrə, texnika, pestisid) istifadə, torpaqların aqrokimyəvi analizlərinin aparılması, aqrotexniki xidmətin göstərilməsi (bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təminat);

2.4.3. aqrar sığortanın tətbiqi ilə əlaqədar məlumatlandırma və maarifləndirmənin aparılması.

2.5. Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqinə qoşulmuş fermerlərin əkin sahələrində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5-ci hissəsinə əsasən monitorinq və qiymətləndirmə həyata keçirilir.

2.6. Monitorinq nəticəsində bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan növbəli əkin qrafikinə əməl olunmadığı müəyyən edildikdə vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi ilə bağlı bu Qaydaların 2.4-cü bəndində nəzərdə tutulan dəstək tədbirləri dayandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver