Qanunvericilik › “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.01.2007) › Tam mətn

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.01.2007)

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.01.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunması ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, gənclər tədbirlərinin keçirilməsinə tələb olunan xərclərin hər il dövlət büdcəsində Gənclər və İdman Nazirliyinə “Gənclər siyasəti” bölməsi üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi normativinin təsdiqi haqqında” 1999-cu il 28 dekabr tarixli 206 nömrəli qərarı, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” 2003-cü il 8 aprel tarixli 47 nömrəli qərarının 8-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” 2005-ci il 2 iyun tarixli 96 nömrəli qərarının 1-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə” 2006-cı il 2 may tarixli 119 nömrəli qərarının 14-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 18 yanvar 2007-ci il

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsait hesabına keçirilən ölkə səviyyəli gənclər tədbirlərinə xərclərin ödənilməsi 1 nömrəli cədvəldəki normalara uyğun həyata keçirilir.

Müsabiqə, olimpiada və s. qaliblərinin mükafatlandırılması

Dəftərxana (dəvətnamə, proqram, kağız, bloknot, qovluq və s. üçün), nəşriyyat və təsərrüfat xərcləri

Tədbirlər zamanı çay, qəhvə fasiləsi

1.1. İştirakçının gündəlik və kommunal xərclərinin məbləği respublika üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin normalarına uyğun olaraq tənzimlənir.

1.2. Gənclər tədbirlərinin keçirilməsi üçün tərtibat işləri (o cümlədən, bədii tərtibat, dekorasiya, qrim materialları, səhnə geyimləri və s.), saytların hazırlanması, sosial şəbəkələrdə təbliğat-maarifləndirmə işlərinin aparılması, zalların icarəsi, sorğu və tədqiqatların keçirilməsi, tərcümə işləri, elm olimpiadaları və intellektual yarışlar zamanı sualların, telelayihələrin, videoçarxların və filmlərin hazırlanması, foto və videoçəkiliş xidməti, inventar və avadanlığın icarəsi və digər xərclər üçün vəsaitin ödənilməsi tədbir haqqında əsasnaməyə, dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə, digər tənzimləyici normativ sənədlərə, həmçinin tədbiri keçirən və iştirakçı təşkilatların real bazar qiymətlərinə uyğun bağlanılmış müqavilələrə əsasən tənzimlənir.

1.3. Ölkə səviyyəli gənclər tədbirlərində iştirak edən xarici ölkə nümayəndə heyətlərinin xərcləri 2 nömrəli cədvəldə həmin şəxslərə şamil olunan normalarla tənzimlənir.

2. Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsait hesabına keçirilən beynəlxalq səviyyəli gənclər tədbirlərinə xərclərin ödənilməsi 2 nömrəli cədvəldəki normalara uyğun həyata keçirilir.

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün

Nümayəndə heyətinin üzvləri üçün

Tədbirlər zamanı çay, qəhvə fasiləsi

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün

Nümayəndə heyətinin üzvləri üçün

Nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün

Nümayəndə heyətinin üzvləri üçün

2.1. Beynəlxalq səviyyəli gənclər tədbirlərinin keçirilməsi zamanı Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edən şəxslərin xərc normaları 2 nömrəli cədvəllə (1-ci və 4-cü hissələri istisna olmaqla), beynəlxalq səviyyəli gənclər tədbirinin keçirildiyi yerin həmin şəxslərin yaşayış yerindən uzaq məsafədə yerləşdiyi hala münasibətdə isə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarının 1-ci hissəsi ilə tənzimlənir.

2.2. Xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar və şam yeməyi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır.

2.3. Mehmanxanalarda kateqoriyalar üzrə nömrələrin kirayə xərcləri xarici nümayəndə heyətlərinin qəbul edildiyi şəhərin mehmanxanalarında qüvvədə olan tariflərə uyğun olaraq müvafiq təsdiqedici sənədlər əsasında ödənilir. Xarici ölkələrdən gələn qonaq yüksəkvəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.

2.4. Mehmanxanalarda yerlər nümayəndə heyətini qəbul edən təşkilatın tələbnaməsinə əsasən bronlaşdırılır.

2.5. Xarici ölkələrin nümayəndə heyətlərinə avtomobil nəqliyyatı xidməti xərcləri nəqliyyat xidməti göstərən və ya nəqliyyat vasitələrinin icarəsini təklif edən müəssisələrlə real bazar qiymətlərinə və dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə uyğun bağlanılmış müqavilə əsasında saat hesabı ilə aşağıdakı qaydada ödənilir:

2.5.1. cədvəlin 1.1-ci bəndində göstərilən şəxslər üçün banı “Sedan” tipli minik avtomobili ilə 1 gündə 12 saata qədər (tədbir keçirilən müddətdə respublikanın regionlarına səfər etmək zərurəti yarandıqda, habelə ölkənin beynəlxalq hava limanlarında uçuşların vaxt qrafiki nəzərə alınmaqla, daha artıq müddətə);

2.5.2. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərə qədər olduqda, nümayəndə heyətinin hər 3 üzvünə banı “Sedan” tipli 1 ədəd minik avtomobili ilə 1 gündə 10 saata qədər;

2.5.3. nümayəndə heyətinin üzvlərinin sayı 10 nəfərdən çox olduqda, üzvlərin sayından asılı olaraq müvafiq tipli avtobusla 1 gündə 10 saata qədər.

2.6. Tərcümə xidmətlərinin ödənişi:

2.6.1. xarici ölkələrin nümayəndə heyətlərinə tərcümə xidməti xərcləri tərcümə xidməti göstərən hüquqi və ya fiziki şəxslərlə real bazar qiymətlərinə və dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə uyğun olaraq bağlanılmış müqavilə və müvafiq təsdiqedici sənədlər əsasında ödənilir;

2.6.2. xarici ölkələrin nümayəndə heyəti üzvlərinin sayı 5 nəfərdən çox olduqda, nümayəndə heyətinə xidmət göstərən tərcüməçilərin və müşayiət edən şəxslərin sayı 5 nəfərdən az olmayan hər nümayəndə heyəti üçün 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxs hesabı ilə müəyyən edilir;

2.6.3 xarici nümayəndə heyətinin say tərkibindən asılı olmayaraq, nümayəndə heyətinə (nümayəndəsinə) tərcümə xidmətinə görə 1 nəfər tərcüməçi və ya müşayiət edən şəxsin təyin edilməsi onların ayrı-ayrı dil qruplarına mənsub olması zamanı tətbiq edilir.

2.7. Beynəlxalq səviyyəli gənclər tədbirlərinin keçirilməsi üçün tərtibat işləri (o cümlədən, bədii tərtibat, dekorasiya, qrim materialları, səhnə geyimləri və s.), saytların hazırlanması, sosial şəbəkələrdə təbliğat-maarifləndirmənin aparılması, zalların icarəsi, sorğu və tədqiqatların keçirilməsi, tərcümə işləri, elm olimpiadaları və intellektual yarışlar zamanı sualların, telelayihələrin, videoçarxların və filmlərin hazırlanması, foto və videoçəkiliş xidməti, inventar və avadanlığın icarəsi və digər xərclər üçün vəsaitin ödənilməsi tədbir haqqında əsasnaməyə, dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə, digər tənzimləyici normativ sənədlərə, həmçinin tədbiri keçirən və iştirakçı təşkilatların real bazar qiymətlərinə uyğun bağlanılmış müqavilələrə əsasən tənzimlənir.

1. 26 sentyabr 2014-cü il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 sentyabr 2014-cü il, № 211; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1135)

2. 10 yanvar 2019-cu il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 yanvar 2019-cu il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 146)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver