Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının sahibləri və ya operatorları həmin informasiya sistemlərinin və ehtiyatlarının “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiyası zamanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərini nəzərə alsınlar.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Siyahıda nəzərdə tutulan informasiya sistemləri və ehtiyatları ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2020-ci il
Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminin
“Azərbaycan Respublikası vətəndaşları” və "Əcnəbilər” informasiya resursu
“Elektron notariat” informasiya sistemi
“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi
Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi
Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı
Məişət zorakılığı ilə bağlı məlumat bankı
Kredit tarixçələrinin məlumat bazası
“Elektron məhkəmə” informasiya sistemi
1. 03 mart 2023-cü il tarixli 2054 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 349)
2. 12 iyul 2023-cü il tarixli 2207 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 13 iyul 2023-cü il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 932)
3. 6 iyun 2024-cü il tarixli 88 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 iyun 2024-cü il, “Xalq” qəzeti, 8 iyun 2024-cü il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 654)
4. 19 aprel 2025-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 aprel 2025-ci il, “Xalq” qəzeti, 20 aprel 2025-ci il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 341)
5. 25 iyun 2026-cı il tarixli 697 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Xalq” qəzeti, 26 iyun 2026-cı il, № 111)