Qanunvericilik › Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər

Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur.

Müvafiq icra hakimiyyəti orqanları valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.

Valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5 – 8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver