Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 12 fevral 2024-cü il
1.1. Bu Qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir.
1.2. Bu Qaydalar fiziki və hüquqi şəxslər tərəfindən valyuta sərvətləri və milli valyutanın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və tranzit keçirilməsi zamanı tətbiq olunur.
2.1. Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu Qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir (əlavə olunur).
2.3. Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir:
2.3.1. qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında;
2.3.2. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.
3.1. Bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan hallarda gömrük orqanları aşağıdakı indikatorları nəzərə alır:
3.1.1. valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədilə bağlı məlumatların onları Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirən şəxs tərəfindən təqdim olunmasından imtina edilməsi və ya bu barədə bir-biri ilə ziddiyyət təşkil edən, habelə düzgün olmayan məlumatların verilməsi;
3.1.2. valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxs tərəfindən gömrük orqanlarına düzgün olmayan məlumatları əks etdirən və ya etibarsız sənədlərin təqdim edilməsi;
3.1.3. valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan yüksək riskli zona hesab edilən ölkəyə (əraziyə) səyahət etməsi və ya belə ölkədən (ərazidən) qayıtması, habelə valyuta sərvətləri və milli valyutanın mənbəyinin və ya istifadə yerinin belə ölkə (ərazi) göstərilməsi;
3.1.4. valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində şəxsin müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması.
4.1. Bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan hallarda gömrük orqanları müvafiq məlumat və sənədləri araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə və cinayət təqibini həyata keçirən orqana göndərir.
4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan məlumat və sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 23 sentyabr tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması”nda nəzərdə tutulmuş formada və qaydada göndərilir.
4.3. Hərəkəti dayandırılmış valyuta sərvətləri və milli valyuta bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının müəyyən etdiyi yerlərdə nəzarət altında saxlanılır.
4.4. Gömrük orqanlarına bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş müddət ərzində cinayət təqibini həyata keçirən orqan və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən valyuta sərvətləri və milli valyutanın dayandırılmasına kifayət qədər əsasın olmaması ilə bağlı məlumat daxil olduqda və ya hər hansı məlumat daxil olmadıqda, gömrük orqanları onların sahibinə qaytarılması ilə bağlı əsaslandırılmış qərar qəbul edirlər.
*Formanı doldurmazdan əvvəl qeydləri oxuyun
*BÖYÜK HƏRFLƏRDƏN İSTİFADƏ EDİN / UYĞUN OLARAQ İŞARƏLƏYİN
O Azərbaycandan çıxış
O Azərbaycan ərazisindən tranzit keçid
Sənədin etibarlılıq tarixi
Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi
3. Valyuta sərvətləri və milli valyutanın sahibi sizsiniz
O Bəli (4-cü cədvəli doldurun) Xeyr, sahibi:
(şəxs haqqında məlumatları qeyd edin) O Fiziki şəxs
4. Valyuta sərvətləri və milli valyuta haqqında məlumatlar
O AZN O USD O EUR O TRY O RUB O Digər
O AZN O USD O EUR O TRY O RUB O Digər
O AZN O USD O EUR O TRY O RUB O Digər
5. Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi
O Əməkhaqqı O Pensiya O Müavinət O Miras O Sahibkarlıq fəaliyyəti O Lotereya O Mərc oyunu O Kazino oyunları O Digər (cavab digərdirsə, mənbəyi qeyd edin)
O Əməkhaqqı ödənişi O İnvestisiya O Xeyriyyəçilik O Sahibkarlıq fəaliyyəti O Digər
(cavab digərdirsə, məqsədi qeyd edin)
Valyuta sərvətləri və milli valyutanın istifadəçisi sizsiniz
O Bəli (6-cı cədvəli doldurun) Xeyr, istifadəçi:
(istifadəçi haqqında məlumatları qeyd edin) O Fiziki şəxs
6. Nəqliyyat məlumatları
O Hava O Dəniz O Avtomobil O Dəmir yolu O Digər
Səlahiyyətli şəxsin imzası və möhürü
Qeydlər: Kimlər Formanı təqdim etməlidir? Gömrük sərhəd buraxılış məntəqələri vasitəsilə ölkə sərhədlərini keçən hər bir fiziki şəxs.
Hansı hallarda Forma təqdim edilməlidir?
• valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında.
Nəyə görə Forma təqdim etməliyəm?
• ölkənin iqtisadi və milli təhlükəsizliyini təmin etmək; cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq;
• ölkənin qanunvericiliyindən irəli gələn tələblərə əməl edən cəmiyyət formalaşdırmaq
1. 22 iyul 2024-cü il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyul 2024-cü il, “Xalq” qəzeti, 26 iyul 2024-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 912)
2. 23 fevral 2026-cı il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2026-cı il, “Xalq” qəzeti, 4 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 185)