Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-10

Maddə 13-10. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov məbləğinə və nizamnamə (şərikli) kapitalına dair tələblər

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-10.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir.

13-10.3. Bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən edilmiş girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır.

13-10.4. Bu Qanunun 13-8.1.1-ci, 13-8.1.2-ci və 13-8.1.6–13-8.1.11-ci maddələrinə əsasən lisenziyası ləğv edilmiş şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankın rəyini təqdim etməklə müvəkkil bankdan girov vəsaitini geri ala bilər. Rəyin forması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

13-10.4-1. Bu Qanunun 13-10.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş girov vəsaitinin məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən azaldılarsa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən xüsusi hesabında yerləşdirilən girov vəsaitinin artıq olan hissəsi Azərbaycan Respublikası Mərkəzi Bankının rəyi təqdim edilməklə müvəkkil bankdan geri alına bilər.

13-10.5. Bu Qanunun 13-8.1.5-ci və 13-11.6-cı maddələrində nəzərdə tutulmuş hallarda girov vəsaitinin geri qaytarılması məhkəmə qərarına əsasən həyata keçirilir.

13-10.6. Müvəkkil bank bu Qanunla müəyyən olunmuş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs üçün açılmış hesab və bu hesaba yerləşdirilmiş girov vəsaiti barədə məlumatı 3 iş günü müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.

13-10.7. Müvəkkil bank bu Qanunla müəyyən edilmiş hallarda geri qaytarılmış girov məbləği ilə bağlı məlumatı 3 iş günü müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.

13-10.8. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs tərəfindən minimum nizamnamə (şərikli) kapitalı pul şəklində Azərbaycan Respublikasının milli valyutasında formalaşdırmalıdır.

13-10.9. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən bu fəaliyyət iki və daha artıq obyektdə həyata keçirildikdə minimum nizamnamə (şərikli) kapitalı hər əlavə obyekt üçün bu Qanunun 13-10.10-cu maddəsində müəyyən edilmiş miqdarda artırılmalıdır.

13-10.10. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

13-10.11. Nizamnamə (şərikli) kapitalının minimum miqdarı ilə bağlı tələblərə dəyişikliklər valyuta mübadilə fəaliyyətinə lisenziya almış şəxslərə rəsmi qaydada bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.

13-10.12. Nizamnamə (şərikli) kapitalına dair bu Qanunun 13-1.2.8-2-ci, 13-10.8 - 13-10.11-ci maddələrində nəzərdə tutulan tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver