Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-5

Maddə 13-5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-5.1. Lisenziya aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

13-5.1.1. lisenziyanın sahibi olan rezident hüquqi şəxs yenidən təşkil edildikdə;

13-5.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi şəxsin filialının adı və ya hüquqi ünvanı dəyişdikdə.

13-5.2. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilən əsaslar olduqda, lisenziyanın sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət etməlidir.

13-5.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri əlavə olunur (bu Qanunun 13-1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla).

13-5.4. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanunun 13-5.2-ci və 13-5.3-cü maddələrinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş lisenziyanı lisenziyanın sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-5.5. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

13-5.6. Azərbaycan Respublikasının Mərkəzi Bankın adı dəyişdikdə və ya lisenziya vermə səlahiyyəti digər lisenziya verən orqana keçdikdə, əvvəllər verilmiş lisenziyanın yenidən rəsmiləşdirilməsi yalnız lisenziya sahibinin müraciəti əsasında bu Qanunun 13-5.3-cü və 13-5.4-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver