Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması və ondan istifadə edilməsi

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir.

2. Azərbaycan Respublikasının valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir.

3. Azərbaycan Respublikasının valyuta ehtiyatları respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir.

Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4. Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədilə yaradılır və ondan istifadə edilməsi barədə sərəncamı Azərbaycan Respublikasının Mərkəzi Bankı verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver