Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Rezidentlərin xarici valyuta hesabları

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Rezidentlər Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesablarına malik ola bilərlər.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər.

3. Rezidentlər Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesabı aça bilərlər.

4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması və bu hesablar üzrə əməliyyatların aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver