Qanunvericilik › Varidata təminat verilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Tam mətn

Varidata təminat verilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Varidata təminat verilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatı əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər.

2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri daşınar və daşınmaz əmlak: pul, valyuta və sair varidat investisiya şəklində Azərbaycan Respublikasına gətirilərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur.

3. Qanunla müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında hər kəsin və qeyri-dövlət hüquqi şəxslərinin varidatının toxunulmazlığına, məcburi şəkildə və zərər ödənilmədən Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilməyəcəyinə, müsadirə olunmayacağına tam təminat verilir.

4. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 1993-cü il.

13 iyun 1995-ci il tarixli 1058 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1995-ci il, № 22, maddə 350)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver