AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndini və 5.10-cu bəndini rəhbər tutaraq
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Məşğulluq siyasəti şöbəsinə (V.Məmmədov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işlə təmin olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 09 iyul 2002-ci il tarixli 9-5 nömrəli qərarı ləğv edilsin.
5. Bu Qərarın icrasına nəzarət nazir müavini Mətin Kərimliyə həvalə edilsin.
1. 17 sentyabr 2019-cu il tarixli 1905000045 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170045, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2019-cu il)