Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Vəkillik fəaliyyətinin əsasları və prinsipləri

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.

II. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, şəffaflıq, insan hüquqlarına hörmət və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir.

III. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir:

Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əməl edilməsi;

vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə və digər dövlət orqanları (qurumları), habelə fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi;

vəkillərin hüquqlarının bərabərliyi;

özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver