Qanunvericilik › Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2007) › Tam mətn

Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2007)

Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.12.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri 30 dekabr 2007-ci il

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir.

1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra – DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir.

ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.

Fərdi identifikasiya nömrəsi - Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə verilən vahid təkrarolunmaz koddur.

1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsində başqa hal nəzərdə tutulmadıqda ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına və ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur.

1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra – alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra – satıcı) bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:

- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank və digər ödəniş hesablarından;

- digər vergi ödəyicilərinin bank və digər ödəniş hesablarından;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən.

2.2. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaimə-fakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi, o cümlədən ƏDV məqsədləri üçün qeydiyyatda olmayan büdcə təşkilatları, dövlət müəssisələri, səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sərəncamları əsasında köçürülür.

2.3. Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır.

Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər.

2.4. ƏDV-nin ödənilməsi üçün təqdim edilmiş ödəniş tapşırığının ödəniş xidməti təchizatçısı tərəfindən bu Qaydalara və qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılır.

2.5. Ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda, daxil olmuş vəsait onu ödəyən alıcının VÖEN-inə uyğun olaraq, açılmış ƏDV-nin “naməlum sub-uçot hesabı”na mədaxil edilir.

2.6. Mərkəzi Bankın ödəniş sistemləri vasitəsi ilə alınmış məlumatlar DXA tərəfindən Bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun formada, elektron formatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə ötürülür.

İş gününün sonunda isə DXA tərəfindən hesabdan çıxarış bank sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

3.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür:

- əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün;

- vergi ödəyicisinin rəsmi müraciətinə əsasən.

3.2. Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq ödəniş tapşırığı, dövlət büdcəsinə ödənilmiş vəsaitlərə dair “Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) və “ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında” Reyestr (3 nömrəli əlavə) elektron imzalarla təsdiq edilərək elektron formada saat 14:30-dək DXA-ya təqdim edilir.

Kassa xərclərinin sifarişi” (2 nömrəli əlavə) DXA tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra təsdiq barədə məlumat növbəti iş günündə elektron formada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilir. DXA tərəfindən ödəniş tapşırığı üzrə vəsaitlərin aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsi məqsədi ilə elektron formatda ödəniş tapşırıqlarının təsdiq edilməsi təmin olunur və bank hesab müqaviləsində nəzərdə tutulmuş reqlamentə uyğun olaraq xidmət olunduğu banka göndərilir.

ƏDV-nin depozit hesabı üzrə bank əməliyyatları Mərkəzi Bankın ödəniş sistemləri vasitəsi ilə aparılır.

Bank DXA tərəfindən təqdim olunmuş ödəniş tapşırığı üzrə vəsaitlərin gün ərzində aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsini təmin edir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi təqdim edilmiş ödəniş tapşırığında qeyd olunan ödəmə məbləğlərinin həmin vəsaitlərin dövlət büdcəsinə mədaxil edilmə tarixlərinə müvafiq olaraq vergi ödəyicilərinin vergi orqanında aparılan şəxsi hesab vərəqələrinə daxil edilməsini təmin edir.

4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.

4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır:

– dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına;

- ƏDV sub-uçot hesablarına.

4.3. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.

4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:

4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;

4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).

4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış “Səlahiyyətlərin idarə edilməsi” menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.

4.4. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər.

4.5. Ödəniş tapşırığında satıcının VÖEN-i düzgün göstərilmədiyi halda alıcı İnternet vergi idarəsinə daxil olaraq, ƏDV-nin “naməlum sub-uçot hesabı” ndan satıcıya ünvanlanan vəsaitləri onun VÖEN-i göstərməklə köçürmə əməliyyatları aparmalıdır.

Ödəniş tapşırığının “B2. Vəsaiti alan” bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda və vəsaiti ödəyən ƏDV qeydiyyatında olmadıqda, həmin vəsait ƏDV-nin “naməlum sub-uçot hesabı”na mədaxil edilməklə dövlət büdcəsinə köçürülür və həmin məbləğ vəsaiti ödəyən vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından, naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 14:15-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər həmin gün bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 14:15-dən sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər də növbəti iş günündə bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir.

4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.

4.10. ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank və digər ödəniş hesabından digər ƏDV ödəyicisinin bank və digər ödəniş hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır.

Bu məlumatların itirilməsi və yaxud acıqlanması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

5. ƏDV qeydiyyatının ləğvi, vergi ödəyicisinin ləğvi və yenidən təşkili ilə bağlı ƏDV sub-uçot hesabları üzrə əməliyyatların aparılması

5.1. Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi onun ƏDV sub-uçot hesabından istifadəsinin məhdudlaşdırılması üçün əsasdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan və sonradan bu sub-uçot hesabına daxil olan pul vəsaitləri dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

5.2. Vergi ödəyicisi ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bu Qaydalara uyğun olaraq, dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

5.3. Hüquqi şəxs birləşmə, qoşulma və bölünmə nəticəsində ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına və ya dövlət büdcəsinə köçürülür.

5.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda, onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bölünmə balansına uyğun olaraq, yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına köçürülə bilər.

___ ___________ 200 il

Məbləğ:_______________________________________________________________________manat.

(vəzifə) (adı, soyadı, atasının adı) M.Y.

Xəzinədarlıq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Büdcə təşkilatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Tarìx: " " " " 200 ìl

Məbləğ___________________________________________________________________________manat.

Vergi orqanının vəzifəli şəxsi 1. ________ Xəzinədarlıq orqanının vəzifəli şəxsi 1. __________

2. ________ 2. _________

___ ___________ 200 il

Cəmi ___________YXO üzrə

Yekun məbləği:______________________­__________________________________________________manat.

Vergi orqanının vəzifəli şəxsi:

__________________________ __________________________ ____________________________

(imza) (vəzifə) (adı, soyadı, atasının adı)

1. 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127)

2. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

3. 16 iyun 2009-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 494)

4. 30 iyul 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 610)

5. 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)

6. 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2014-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 314)

7. 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 942)

8. 12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9, maddə 1724)

9. 12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763)

10. 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)

11. 27 mart 2024-cü il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 mart 2024-cü il, “Xalq” qəzeti, 31 mart 2024-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 359)

12. 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 930)

13. 21 fevral 2025-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Xalq” qəzeti, 25 fevral 2025-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 203)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver